Pulu çox alanda tibb bacısına virus keçmirmi?! .....                     Bank müştəridən pulun mənbəyini niyə soruşur? .....                     Müdafiə Nazirliyindən erməni sərsəmləmələrinə .....                     Paşinyan Lukaşenko haqda nələr yazıb? .....                     Məktəbəhazırlıq qruplarına şagird qəbulu .....                     "İcra başçısı bizi susdurmağa çalışır" .....                     Azərbaycanın dövlət büdcəsində kəsir yaranıb .....                     Eldar Həsənov Abbas Abbasovla birgə Azərbaycana qarşı: .....                     Azərbaycanda indiyədək 34 018 nəfərdə COVID-19 aşkarlanıb, .....                     Azərbaycanda ümumilikdə 820 002 koronavirus testi aparılıb .....                     Azərbaycanda son sutkada 221 nəfər COVID-19-dan sağalıb, .....                     Sabiq təhsil nazirindən yeni təhsil nazirinin müraciətinə cavab .....                     "DTX-nin yaydığı bəyanatdan da məlum olur ki..." .....                     Atasını öldürən oğulun işi .....                     Sumqayıtda bir neçə nəfərin gənci döyməsi DİN-də araşdırılır .....                     DİN-dən AŞURA GÜNÜ ilə bağlı .....                     Xırdalanda koronavirus pandemiyası ilə əlaqədar reyd keçirild .....                     17 avqustda dollar neçəyə olacaq? .....                     "WizzAir" bütün Gürcüstan reyslərini ləğv edib .....                     Baş Nazir AİH-in yaradılması ilə bağlı fərmanın icrasının təmini məqsədilə tapşırıq verib .....                     Azərbaycan Prezidentinin rusiyalı həmkarına telefon zəngi sıradan bir zəng deyildi .....                     Vahid Ələkbərovun bankını batırırlar .....                     "Nə deyim, vallah, Azərbaycan məhkəməsidir də..." .....                     Gəncədə Nizami rayon icra başçısına İTTİHAM .....                     15 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı .....                     İcra hakimiyyəti KİV-dəki iddialara cavab verdi .....                     Ramiz Mehdiyevin şirkəti dövlətə borcunun böyük hissəsini .....                     “Virusa yoluxmuş adamın yaşayış yerini tərk etməsi başqalarının həyatına real təhlükə deməkdir” .....                     “Hərbi xidmət keçməyənləri dövlət qulluğuna işə götürmürlər” .....                     Balakəndə nişan mərasimi keçirənlər barəsində toplanmış materiallar məhkəməyə göndərilib .....                     Rezonans doğuran qərara imza atan hakim danışdı: “Qanuni hökm çıxarmışam” .....                     "Məktəbimizi korrupsioner qadından xilas edin" .....                     Ramiz Həsənov yalançı nazir müavinidir, yoxsa sabiq naziri “rasxod”a verir? .....                     Gələn həftədən tələbələrin köçürülməsinə başlanılır .....                     Elmar Məmmədyarov istintaqa çağrılmasından danışdı .....                     “Bu həbslər Eldar Həsənovla yekunlaşmayacaq” .....                     Belarus MSK prezident seçkiləri ilə bağlı yekun nəticələri açıqlayıb .....                     Ermənistan xüsusi xidmət orqanlarına işləyənlərin məqsədləri... .....                     Novxanıda ağac kəsdirən qadın cəzalandırıldı .....                     Nurəddin Mustafayev öz ərizəsi ilə işdən çıxıb .....                 

“Ceyhun Bayramov erməni nazirlə mənasız danışıqlarda iştirak etməyəcək” - Gözlənti
Tarix: 18-07-2020, 08:58 | Çap et
“Ceyhun Bayramov erməni nazirlə mənasız danışıqlarda iştirak etməyəcək”
Azərbaycan prezidenti İlham Əliyevin iyulun 16-da verdiyi sərəncamla xarici işlər naziri Elmar Məmmədyarovu təhsil naziri Ceyhun Bayramovun əvəzləməsi geniş müzakirələr doğurub. Yeni nazirin ölkəmizin xarici siyasətində ciddi dönüşə imza atacağına inananlar çoxluq təşkil edirlər.

Bundan əlavə, Azərbaycan XİN-də böyük kadr dəyişikliklərinin olacağı da deyilir. Eyni zamanda, Azərbaycan hücum diplomatiyası üçün nədən başlamalıdır kimi suallara da cavab axtarılır. Ölkə müxalifətinin bu təyinatla bağlı mövqeyini öyrəndik.

AĞ Partiya başqanı Tural Abbaslı yeni nazirə vaxt tanımağın tərəfdarıdır: “Əslində Elmar Məmədyarovun istefaya göndəriləcəyi çoxdan gözlənilirdi. Odur ki, bu kimsə üçün təəccüblü olmadı. Ancaq Ceyhun Bayramovun təyinatı gözlənilməz oldu. Şəxsən mən bu posta Hikmət Hacıyevin təyin olunacağını gözləyirdim. Hər halda təyinat iqtidarın öz işidir və kimi istəsələr, təyin edə bilərlər. Mən təhsil sistemindən birdən-birə xarici siyasət arenasına keçidin rahat olmayacağı düşüncəsindəyəm. Hər halda, prezidentin hansı keyfiyyət və göstəricilərə görə bu təyinatı etdiyini biz dəqiq deyə bilmərik. Yəni ola bilər ki, onda hansısa keyfiyyətlər hazırkı siyasi konyukturda onun xarici siyasət idarəsinin başında olmasını labüd edib. Mən bu məsələdə o qədər optimist olmasam da, hər halda yeni nazirə bir müddət vaxt tanımağın tərəfdarıyam.

Zatən yaxın zamanlarda onun bu postlardakı bilik və bacarıqları hər kəsə aydın olacaq. Təbii ki, yeni nazir təyin olunursa, onun ilk gördüyü iş öz komandasını formalaşdırmasıdır. Nəzərə alsaq ki, Elmar Məmədyarovun komandasının yüksək rütbəli işçiləri həbs edilib, o zaman gözləmək olar ki, heyətin böyük əksəriyyəti dəyişəcək. O ki, qaldı xarici siyasətdə yürüdülməli olan hücum siyasətinə, bu xarici işlər nazirinin təkbaşına görəcəyi iş deyil, bütün iqtidar komandasının birgə yürütməli olduğu siyasətdir. Bu siyasətdə XİN ancaq bir qanad rolu oynaya bilər. Gözləyək, görək zaman nə göstərəcək”.

ALDP rəhbəri Fuad Əliyev ümidlidir: “Ceyhun Bayramovun təyinatı, sözsüz ki, gözlənilməz idi. Təhsil naziri dövründə vətəndaşların mənə ünvanladığı şikayətləri, mənim tərəfimdən, ona yazıb göndərirdim. Və Ceyhun Bayramov bu şikayətləri nəzarətə götürüb həll edirdi. Onun peşəkar təşkilatçısı olduğunu nəzərə alsaq, hesab edirəm ki, XİN bundan sonra tamam başqa səviyyədə qurulacaq. XİN-in keçmiş nazirinin adı ABŞ-da 4 milyonluq əmlakın sahibi olması və nazirlikdə korrupsiya işlərində hallanırdı. İndi yeni naziri çox çətin işlər gözləyir. Nazirliyi bu səriştəsiz kadrlardan təmizləmək onun üçün prioritet məsələsi olmalıdır. Hesab edirəm ki, onu kənardan gətirib XİN naziri təyin etmək onun üstünlüyüdür. Vaxt aparmadan kadr dəyişikliyi edilməlidir. Yaxın zamanda hücum diplomatiyasının şahidi olacağıq. Hesab edirəm ki, birinci növbədə səfirlər dəyişilməlidir. Bu, əsas amildir. Adətən vəzifəyə təyin olunandan sonra ilk 100 günlüyündə görülən işlərə qiymət verilir. Ümid edirəm ki, Ceyhun Bayramovun XİN rəhbəri kimi ilk 100 günü uğurlu olacaq”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu sualımıza bir neçə bəndlə cavab verdi: “Prezident İlham Əliyev xarici işlər naziri vəzifəsinə Ceyhun Bayramovu təyin edərkən onun qarşısında dayanan vəzifələri bir-bir sıraladı. Prezidentin geniş nitqində önəmli məqamlar var idi. Birincisi, o, Xarici İşlər Nazirliyinin fəaliyyətindən narazı qaldığını ortaya qoydu. Dövlət başçısının öz sözləri ilə desək, nazirlikdə kadr siyasəti yanlışdır, kadrlar kimlərinsə qohumluğu əsasında qurulub. Prezident yeni nazir qarşısında ilk vəzifəni belə qoydu: ”Nazirliyə təyinatlar zamanı peşəkarlıq, vətənpərvərlik və milli dəyərlər əsas olmalıdır". Dövlət başçısı nazirlikdə müxtəlif idarələr, o cümlədən rəhbər işçilər arasındakı koordinasiya işlərinin lazımi səviyyədə təmin edilməsi vacibliyini də bildirdi.

İkincisi, prezident yeni nazirdən xarici nümayəndəliklərdə buna qədər görülən işlərin ciddi təhlil olunmasını tələb etdi. Prezident səfirliklərin işinin səmərəlilik əmsalından narazı olduğunu bu şəkildə izah etdi: “Bəzi hallarda bizim səfirliklərimizdə çalışan insanlar öz işinə laqeyd yanaşırlar, passiv olurlar, ölkəmizin maraqlarını lazımi səviyyədə müdafiə və təmin edə bilmirlər. Ölkəmiz haqqında reallıqları geniş ictimaiyyətə çatdıra bilmirlər, ya da ki, bunu etmək istəmirlər”. Prezident səfirliklərin xaricdə yaşayan, fəaliyyət göstərən Azərbaycan icmaları ilə sıx əlaqələr qurmamasından da narazıdır.

Üçüncüsü, prezidentin sözlərindən o da aydın oldu ki, diplomatlar çalışdıqları ölkələrdə kütləvi informasiya vasitələri ilə sıx təmasda deyillər. Prezident vurğuladı ki, diplomatların bir qismi Azərbaycan haqqında qəsdən uydurulan, heç bir əsası olmayan şayiələri təkzib etmirlər. “Azərbaycana qarşı kampaniyaya adekvat cavab verilirmi? Verilmir” - deyən İlham Əliyev həmin diplomatların ünvanına belə bir sərt ifadə də işlətdi: “Bəzi hallarda fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycanın maraqlarını yox, özlərini həmin ölkələrin yüksək vəzifəli nümayəndələrinə yaxşı tərəfdən göstərmək üçün o ölkələrin maraqlarını müdafiə edirlər”. Prezident bu qüsurların Xarici İşlər Nazirliyində aparılan yanlış kadr siyasəti ilə izah etdi. O, hətta bəzi diplomatların dövlətə xəyanət - satqınlıq etdiklərini, yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətində olduqlarını səsləndirdi.

Dördüncüsü, prezident Azərbaycanın xarici siyasətinin priroritetlərini sıralayarkən qonşu ölkələrlə sıx əlaqələrə əvvəlkitək üstünlük verdiyini bildirdi. Dövlət başçısı bu zaman qonşu dövlətlərin adlarını xüsusi olaraq çəkməsə də, Azərbaycanın təşəbbüsü ilə qurulan üçtərəfli formatların ölkəmiz üçün önəmli olduğunu bir daha qeyd etdi. Prezident Azərbaycan üçün vacib olan təşkilatlardan İslam Konfransı Təşkilatının və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adlarını çəkdi. Prezident Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığa önəm verdiyini, bu qurumla saziş üzərində işlərin davam etdiyini, ancaq sazişin Azərbaycanın maraqlarına cavab verməsi üçün sənədi tələsik imzalamağın da əleyhinə olduğunu vurğuladı.

Beşincisi, prezident çıxışında ayrıca olaraq Azərbaycanın ABŞ və Böyük Britaniya əlaqələrinə toxundu. “Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə münasibətləri çox böyük əhəmiyyət daşıyır və bu münasibətlərin böyük tarixi var. Həm siyasi, iqtisadi, enerji sahələrində, həm də təhlükəsizlik sahəsində çox yaxşı nəticələr var” - deyən İlham Əliyev Ağ Ev sahibi Donald Trampın il ərzində ona göndərdiyi məktublardan tutmuş, iki ölkənin Əfqanıstanda əməkdaşlığına dair bəndləri sadaladı. Prezident çıxışının Amerika ilə bağlı hissəsinə bu cümlə ilə yekun vurdu: “Amerika ilə əlaqələrin gələcəyi çox müsbət olacaq”. Prezident Böyük Britaniyanın və BP-nin Azərbaycan üçün strateji investor olduğunu xatırladaraq iki ölkənin qeyri-neft sektorunda daha böyük işlər görməli olduğunu da sözlərinə əlavə etdi.

Altıncısı, prezident yeni nazir qarşısında ən mühüm vəzifənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində olacağını vurğuladı. Ölkə başçısı istefaya göndərilən nazirdən fərqli olaraq yeni nazirin mənasız danışıqlarda iştirakının əleyhinə olduğunu bildirdi".

Politoloq onu da bildirdi ki, Ceyhun Bayramovu gərgin iş gözləyir: “O bir neçə istiqamətdə fəaliyyət göstərməlidir. Yeni nazir ilk növbədə prezidentin də dediyi kimi, nazirlikdə kadr islahatlarından başlamalıdır. Bu, uzun prosesdir. Çünki özünü doğrultmayan səfirlərin və nazirlikdə çalışanların dəyişdirilməsi vaxt aparacaq. Ancaq Ceyhun Bayramovun başqa alternativi yoxdur. O, prezidentin tapşığırını yerinə yetirməlidir. Digər tərəfdən yeni nazir Xarici İşlər Nazirliyinin cəmiyyətdə itirilən nüfuzunu bərpa etməyə çalışmalıdır.

Ceyhun Bayramov Elmar Məmmədyarovdan fərqli olaraq həmsədrlər və erməni nazirlə mənasız danışıqlarda iştirak etməyəcək. Bunu nə prezident, nə də Azərbaycan cəmiyyəti istəyir. Danışıqlar predmetli olmalıldır. Ancaq erməni tərəfi predmetli danışıqlara hazır deyil. Bu, o deməkdir ki, danışıqlara bir müddət ara veriləcək. Ümumiyyətlə, hərbi əməliyyatların davam etdiyi şəraitdə danışıqlara başlamaq Azərbaycanın maraqlarına cavab vermir.

Azərbaycanla Ermənistan arasındakı hazırki gərginlikdə Azərbaycana əsas dəstək verən dövlət Türkiyədir. Bunu prezident İlham Əliyev Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğana iyulun 15-də göndərdiyi məktubda da yazıb. Türkiyə prezidenti, xarici işlər və müdafiə naziri, parlamentdəki partiyalar, ictimai fəallar Azərbaycana istənilən, o cümlədən hərbi dəstəyi verməyə hazır olduqlarını vurğulayıblar. Bu arada Azərbaycanın müdafiə nazirinin müavini Ankaraya gedərək Türkiyənin müdafiə naziri Hulusi Akarla görüşməsi xüsusi əhəmiyyət kəsb edir. Bu, o deməkdir ki, rəsmi Bakı balanslaşdırılmış xarici siyasəti davam etdirməklə yanaşı Türkiyə ilə siyasi və hərbi ittifaqı gücləndirməyə qərar verib. Bu doğru strategiyadır. Xarici işlər naziri Ceyhun Bayramov bu strategiyanın həyata keçirilməsində əsas firurlardan birinə çevriləcək".
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pulu çox alanda tibb bacısına virus keçmirmi?!
Bu gün, 18:25
Bank müştəridən pulun mənbəyini niyə soruşur? – Təzyiq!
Bu gün, 18:09
"İstədilər barışaq, Oqtay razı olmadı" - Keçmiş məmur qızı DANIŞDI
Bu gün, 18:05
Müdafiə Nazirliyindən erməni sərsəmləmələrinə REAKSİYA
Bu gün, 17:59
Paşinyan Lukaşenko haqda nələr yazıb? - Görün, kim kimi qəddarlıqda ittiham edir...
Bu gün, 17:54
"Balaca bazarımız var"
Bu gün, 17:53
Məktəbəhazırlıq qruplarına şagird qəbulu nə vaxt başlayacaq?
Bu gün, 17:48
"İcra başçısı bizi susdurmağa çalışır" - Gənc başçı ilk günlərdəncə QALMAQALA GİRİB
Bu gün, 17:40
Azərbaycanın dövlət büdcəsində kəsir yaranıb
Bu gün, 17:38
Eldar Həsənov Abbas Abbasovla birgə Azərbaycana qarşı: - xəyanət projesinin “qaranquş”u Arif Məmmədov da unudulmayıb...
Bu gün, 17:37
"Elə yandırıb-yaxmalısan ki, ömür boyu unuda bilməsin"
Bu gün, 17:32
Azərbaycanda indiyədək 34 018 nəfərdə COVID-19 aşkarlanıb, 504 nəfər vəfat edib
Bu gün, 17:30
Azərbaycanda ümumilikdə 820 002 koronavirus testi aparılıb
Bu gün, 17:29
Azərbaycanda son sutkada 221 nəfər COVID-19-dan sağalıb, 103 nəfər yoluxub, 4 nəfər vəfat edib
Bu gün, 17:28
Sərhədyanı bölgələrdə erməni radiosu yayımlanır? - RƏSMİ AÇIQLAMA
Bu gün, 17:26
Sabiq təhsil nazirindən yeni təhsil nazirinin müraciətinə cavab - Məktəb, yoxsa ev?
Bu gün, 17:23
"DTX-nin yaydığı bəyanatdan da məlum olur ki..." - deputat
Bu gün, 17:18
Atasını öldürən oğulun işi MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ
Bu gün, 17:17
Sumqayıtda bir neçə nəfərin gənci döyməsi DİN-də araşdırılır
Bu gün, 17:15
Meyxanaçı Vüqar Coratlı qəfil vəfat etdi
Bu gün, 17:11
DİN-dən AŞURA GÜNÜ ilə bağlı ÇAĞIRIŞ
Bu gün, 17:05
Xırdalanda koronavirus pandemiyası ilə əlaqədar reyd keçirild
Bu gün, 17:03
17 avqustda dollar neçəyə olacaq?
Bu gün, 17:00
"WizzAir" bütün Gürcüstan reyslərini ləğv edib
Bu gün, 16:52
Baş Nazir AİH-in yaradılması ilə bağlı fərmanın icrasının təmini məqsədilə tapşırıq verib - SƏRƏNCAM
Bu gün, 16:51
Prezidentin nəvəsi müğənnilik fəaliyyətinə başladı - AUDİO
Bu gün, 16:50
Azərbaycan Prezidentinin rusiyalı həmkarına telefon zəngi sıradan bir zəng deyildi - Gərginlik...
Bu gün, 16:47
Vahid Ələkbərovun bankını batırırlar – "Yelo Bank"da nələr baş verir?
Bu gün, 16:42
"Nə deyim, vallah, Azərbaycan məhkəməsidir də..." - LERİK İŞİ
Bu gün, 16:40
Qızı Xalq artistinin şeirlərini nəşr etdirəcək
Bu gün, 16:39
Gəncədə Nizami rayon icra başçısına İTTİHAM - Vətəndaşın pulu mənimsənilib...
Bu gün, 16:37
15 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı - Polisdən daha bir uğurlu əməliyyat
Bu gün, 16:35
İcra hakimiyyəti KİV-dəki iddialara cavab verdi
Bu gün, 16:33
Ramiz Mehdiyevin şirkəti dövlətə borcunun böyük hissəsini ÖDƏYİB
Bu gün, 16:05
“Virusa yoluxmuş adamın yaşayış yerini tərk etməsi başqalarının həyatına real təhlükə deməkdir” - Bəs vicdan harda qaldı?!
Bu gün, 16:03
“Hər şeyi kəsmək olar, "uşaq pulu"nu olmaz” – Rəşid Mahmudov
Bu gün, 16:02
“Hərbi xidmət keçməyənləri dövlət qulluğuna işə götürmürlər”
Bu gün, 15:59
Balakəndə nişan mərasimi keçirənlər barəsində toplanmış materiallar məhkəməyə göndərilib
Bu gün, 15:57
Rezonans doğuran qərara imza atan hakim danışdı: “Qanuni hökm çıxarmışam” - LERİK İŞİ
Bu gün, 15:56
"Məktəbimizi korrupsioner qadından xilas edin" - Təhsil nazirinə müraciət
Bu gün, 15:47
Ramiz Həsənov yalançı nazir müavinidir, yoxsa sabiq naziri “rasxod”a verir? - İLGİNC
Bu gün, 15:37
Gələn həftədən tələbələrin köçürülməsinə başlanılır - Diqqət!
Bu gün, 15:35
Bəşirqızının məktəb direktoru olan gəlinindən ilk səhv - FOTO
Bu gün, 15:34
Elmar Məmmədyarov istintaqa çağrılmasından danışdı - "Şüvəlandakı bağımda dincəlirəm"
Bu gün, 15:30
“Bu həbslər Eldar Həsənovla yekunlaşmayacaq” - deputat
Bu gün, 15:28
Belarus MSK prezident seçkiləri ilə bağlı yekun nəticələri açıqlayıb - 80,1%
Bu gün, 15:16
Onlar hər şeyə görə internetə borcludurlar: - Üzeyir Mehdizadədən Çinarə Məlikzadəyə...
Bu gün, 15:10
Ermənistan xüsusi xidmət orqanlarına işləyənlərin məqsədləri... - İki səbəb var
Bu gün, 15:08
Novxanıda ağac kəsdirən qadın cəzalandırıldı
Bu gün, 15:04
Nurəddin Mustafayev öz ərizəsi ilə işdən çıxıb - Belə deyirlər...
Bu gün, 15:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru