BDYPİ sərtləşdirilmiş karantin rejimində avtomobillərin texniki baxışdan keçməsi məsələsinə aydınlıq gətirib .....                     “Azərbaycanda COVID-19-dan sağalanların sayı artır” .....                     Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə kütləvi dava olub .....                     "Sizin rəhbərliyinizlə hökumətinizin milli və beynəlxalq səviyyədə fəaliyyəti təqdirəlayiqdir" .....                     Şəmkirdə karantin qaydalarını pozaraq stolüstü oyunlar təşkil edən çayxana sahibləri həbs edilib .....                     Xüsusi karantin dövründə biznes subyektlərinin icazə alma qaydası asanlaşdı .....                     "Pandemiya ilə mübarizədə Azərbaycanın yanında olduğumuzu bir daha ifadə edirik" .....                     Prezident İlham Əliyev Nursultan Nazarbayevə telefonla .....                     Bakıda karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən “play station” zalı aşkar edilib .....                     İşçilərin fəaliyyətinin davam etdirilməsinə dair icazələr yalnız e-imza ilə alına bilər .....                     DTX XİN-də BELƏ ƏMƏLİYYAT KEÇİRDİ .....                     Elmar Məmmədyarovdan .....                     Bərdədə karantin rejiminin vəziyyəti ilə bağlı reydlər davam etdirilir .....                     Baş Prokurorluqda daha bir YENİLİK .....                     Vilayət Eyvazovdan üç polis rəisi ilə bağlı ƏMR .....                     Həkim və tibb işçiləri çatışmayan vaxt kütləvi istefa: Ağciyər İnstitutunda nə baş verir? .....                     Azərbaycanda 12 gün süni tənəffüs aparatına qoşulmuş koronaviruslu xəstə sağalıb .....                     "Ajiotaj yaradıb, əhalini təşvişə salmaq istəyirlər, lakin..." .....                     Hansı ölkələr Azərbaycana yardım edib? .....                     "Fairmont"da keçirilən əməliyyatdan sonra jurnalistləri təhqir edən şəxs həbs edilib .....                     FONDUN SİYAHISINDAN KİM ÇIXDI, KİM QALDI? .....                     İlham Əliyev üç yerli telekanala .....                     Özəl klinikalar koronavirus xəstələrini müalicə edəcəkmi? .....                     Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda modul tipli hospitalın açılışında .....                     “Ehsan verməklə Allahın ölüyə münasibəti dəyişmir” .....                     Neftçalanın icra başçısından yeni təyinat .....                     MDB Oyunlarında Ermənistan Azərbaycana rəqib olmayacaq .....                     Bakıda kriminal avtoritetin öldürülmə anının görüntüləri yayılıb .....                     Evdəki xəstələrə pullu xidmət .....                     Əhmədli sakinlərinin rahatlığı pozulub .....                     “VÖEN-lərin icazəsini bir düyməni basmaqla ləğv edirlər” .....                     Deputat məşhur oteldə baş verənləri qudurğanlıq adlandırdı .....                     Azərbaycanlı dünya və Avropa çempionu 22 yaşında öldü .....                     Cənub küləyi əsəcək .....                     Bakıda tədrisi digər dildə aparılan bölmələrin I sinfinə qəbul üçün .....                     KARANTİNDƏN KƏNARDA, PANDEMİYANIN ORTASINDA… .....                     Nizami rayonunda sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar reydlər davam etdirilir .....                     Bərdə icra hakimiyyətində onlayn müşavirə keçirilib .....                     "Unicapital" rəhbərliyində yeni təyinatlar olub .....                     Bakıda yas mərasimi təşkil etmək istəyənlər polislər tərəfindən saxlanılıb .....                 

“Özlərinə yer tapmayanlar iqtidar-müxalifət və cəmiyyət arasında harmoniya yaranmasına maneçilik törədirlər” - deputat
Tarix: 30-06-2020, 09:32 | Çap et
“Özlərinə yer tapmayanlar iqtidar-müxalifət və cəmiyyət arasında harmoniya yaranmasına maneçilik törədirlər”
Azərbaycanda pandemiya dövründə psixoloji cəhətdən gərgin olan və əsəbləri tarıma çəkilən insanları daha da aqressivləşdirməkdə maraqlı görünən lokal qruplar, marginal dərnəklər, ayrı-ayrı adamlar var.

Son həftələrdə onlar həddən-ziyadə aktivləşiblər və virtualda “yetənə yetir, yetməyə bir daş atırlar”.

Bu “virtual bombardman” sayəsində özlərini “qəhrəman” kimi təqdim edən qrup üzvləri suyu bulandırmaqla məşğuldurlar.

Onlar dərin olmayan dünyagörüşləri ilə siyasəti çirkləndirir, ölkədəki ictimai-siyasi mühiti gərginləşdirir, iqtidar-müxalifət-cəmiyyət arasında sivil münasibətlərin yaranmasına qarşı çıxırlar.

Bu qruplar və uzantıları sosial mediada çox aktiv, güclü görünürlər, təşkilatlanmış bir forma alıblar. Zombiləşmiş və reallıq hissini itirmiş belə kateqoriyalı adamlar bütün yaxşı nə varsa imtina edirlər, inkarçılıq mövqeyindədirlər, saxta və aşkar profillərlə hücum kombinasiyaları qururlar.

Onlar Azərbaycanda bütün növ yumşalmanın, yaxınlaşmanın, siyasi münasibətlərdə normallaşmanın qabağının alınmasında maraqlı görünürlər.

Sanki bu statusda olan adamların missiyası körpüləri yandırmaqdan, hakimiyyətlə opponentləri arasında əlaqələrin Azərbaycan naminə yaxınlaşmasını linç etmək, satqın damğası vurmaqdan ibarətdir.

Təsəvvür edin, bir ziyalı, yaxud tanınmış sima Azərbaycanın siyasi rəhbərliyi haqda pozitiv fikir səsləndirirsə, iqtidarın rəqiblərinə olan münasibətini yumşaltmaq üçün hansısa jest edirsə, həmin adam mənəvi-psixoloji terrora məruz qoyulur, peşman edilir.

Onun dünən yazdıqlarına görə az qala heykəlini qoyanlar, bu gün neytral mövqe sərgiləməsi üstündə başını gilyotinə qoymağa hazır olurlar.

Bu, siyasi əlaqələrin inkişafı müstəvisində heç yaxşı hal deyil, qorxunc ssenarilərdən xəbər verir. Ölkədə düşmən mühiti yaratmaq, protest elektoratı, aktivistləri aqressivləşdirmək, nifrət toxumları səpmək, qisasçılığın təbliği yaxşı perspektiv vəd etməyə bilər.

Sonra idarəolunmaz bir proses, böhran və xaotik mərhələ başlaya, əngəllənməsi nonsens ola bilər.

Bütün bu gedişat belə əsas yaradır ki, ölkədə sosial partlayış yaratmaq, prosesləri öz nəzarətlərinə keçirmək istəyənlər var.

Onlar iqtidar olmağı belə görürlər. Bəs bu qorxunc prosesi necə dayandırmaq, yaxud yavaşlatmaq mümkündür?

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadənin “Yeni Müsavat”a bildirdiyinə görə, əslində belə hərəkətlərə yol verənlər öz zəifliklərini ortaya qoyurlar.

Deputatın fikrincə, özlərinə yer tapmayanlar, inkişafa töhfəsi olmayanlar hamını yeri gəldi-gəlmədi qınamaqla iqtidar-müxalifət və cəmiyyət arasında bir harmoniya yaranmasına maneçilik törədirlər.

A.Mollazadə hesab edir ki, bu kiçik qrupları böyütməyin əleyhinədir və əhəmiyyət verməməyin tərəfdarıdır: “Tərbiyədən uzaq, Azərbaycanın adət-ənənəsinə, mental dəyərlərinə zidd addım atanlar var.

Onların hərəkətlərinə fikir verəndə özlərini meydanda güclü sayırlar. Halbuki bu adamlar heç yoxdurlar, mövcudluqlarını göstərmək istəyirlər".

AĞ Partiyanın sədri Tural Abbaslı hesab edir ki, iqtidar-müxalifət ümummili məsələlərdə həmrəylik nümayiş etdirməlidir:

“Amma təəssüf ki, koronavirus dövründə milli birlik təşkil oluna bilmədi. Bu gün cəmiyyətdə parçalanma var və getdikcə dərinləşir.

Faktiki, vətəndaş həmrəyliyi yoxdur. Təbii ki, müəyyən qrupların olması istisna deyil. Amma həmrəyliyin təşkil olunmamasında günahı iqtidarda görməliyik. Çünki lazımi addımlar atmadılar və hələ də atmırlar".

T.Abbaslının fikrincə, Operativ Qərargahın tərkibində müxalifətdən, mediadan, ictimai fəallardan və mədəniyyət adamlarından da tanınmışlar olmalıydı: “Amma Qərargah bir siyasi qüvvədən təşəkkül tapdı. Ona görə insanlar fikirləşirlər ki, iştirak etmədiyim qərarın icrasında da məcbur deyiləm. Amma hələ də gec deyil. Hakimiyyət bir milli həmrəylik mühiti yarada bilər ki, gərginlik azalsın. Məsələn, iqtidar-müxalifət adamları, mədəniyyət sahəsində tanınmışlar, cəmiyyətin qəbul etdiyi şəxslərin iştirakı ilə “zoom” toplantısı keçirilə bilər".

Hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Yeni Müsavat”a bildirdi ki, artıq facebooka girməkdən iyrənir: “O qədər əxlaqsız sözlər, təhqirlər olur ki... Bunun adı söz azadlığı deyil. Mən hüquq müdafiəçisi olsam da, təhqir yazan facebook istifadəçilərinə cərimə kəsilməsi tərəfdarıyam və onların sosial şəbəkədə fəaliyyətinin məhdudlaşdırılmasını arzulayıram. Çünki bu cür adamlar tənqidlə təhqiri ayırd edə bilmirlər”.

N.Cəfəroğlunun sözlərinə görə, bizim ölkə olaraq həmrəyliyə su-hava kimi ehtiyacımız var: “Bir yandan bu koronavirus xəstəliyi, digər tərəfdən Qarabağ problemi var.

Bu gün infeksiya müxalifətdən də, iqtidardan da adam öldürür. Xəstəlik siyasi mövqeyə baxmır. Ona görə hamımız bir-birimizə dəstək olmalıyıq. İnsanların əsəbləri onsuz da həssasdır, bu yalan və təhqirləri görəndən sonra bir az daha aqressivləşirlər".

N.Cəfəroğlu hesab edir ki, həmin qruplar trollardır, idarə edilirlər: “Hamının üstünə hücuma keçirlər. Onlar gərginliyin çoxalmasını istəyirlər. Çünki siz məndən də yaxşı bilirsiniz - pul verənləri belə istəyir. Bizim iqtidar-müxalifətli hamımızın ağır günüdür”.

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin sözlərinə görə, cəmiyyət birmənalı deyil, müxtəlif qrupların olması başadüşüləndir.

Onun fikrincə, həmin adamlar özləri kimi düşünməyənləri düşmən sayırlar: “Mən güman etmirəm ki, məqsədləri ara qarışdırmaqdır. Sadəcə, özü kimi fikirləşməyəni özündən saymır. Bu da insan psixologiyasındakı anormallıqdır. Bu qruplar xüsusilə sosial şəbəkələrdə fəaldırlar.

Həm öz profil hesabları, həm uydurma adlarla daxil olaraq müəyyən şəxsləri təhqir etməyi gündəlik bir iş sayırlar. Mən son günlərdə sizin qəzetə və rəhbərliyinə də bu hücumların şahidiyəm".

Q.Əlibəyli hesab edir ki, pandemiya səbəbindən cəmiyyətdə bir gərginlik yaranıb, insanlar sosial çətinliklərlə qarşılaşıblar və müxtəlif qruplar prosesi qarşıdurmaya çevirməyə maraqlı ola bilərlər:

“Burada kənar təsirləri, hansısa xarici təşkilatların maraqlarının olmasını da istisna etmirəm. Lakin həmin qrupların üzvlərinin dediklərinə bir o qədər əhəmiyyət vermək lazım deyil”.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BDYPİ sərtləşdirilmiş karantin rejimində avtomobillərin texniki baxışdan keçməsi məsələsinə aydınlıq gətirib
Bu gün, 15:55
“Azərbaycanda COVID-19-dan sağalanların sayı artır” - Baş infeksionist
Bu gün, 15:51
Müğənni Safura Əlizadənin atası HƏBS EDİLDİ
Bu gün, 15:45
Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə kütləvi dava olub
Bu gün, 15:40
"Sizin rəhbərliyinizlə hökumətinizin milli və beynəlxalq səviyyədə fəaliyyəti təqdirəlayiqdir" - Prezident İlham Əliyev
Bu gün, 15:35
Şəmkirdə karantin qaydalarını pozaraq stolüstü oyunlar təşkil edən çayxana sahibləri həbs edilib - FOTO
Bu gün, 15:32
Xüsusi karantin dövründə biznes subyektlərinin icazə alma qaydası asanlaşdı
Bu gün, 15:29
"Pandemiya ilə mübarizədə Azərbaycanın yanında olduğumuzu bir daha ifadə edirik" - Ərdoğan
Bu gün, 15:28
Prezident İlham Əliyev Nursultan Nazarbayevə telefonla zəng edib
Bu gün, 15:27
"Heç vaxt heç kimin 1 qəpiyinə göz dikməmişəm"
Bu gün, 15:26
Bakıda karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən “play station” zalı aşkar edilib - FOTO
Bu gün, 15:20
İşçilərin fəaliyyətinin davam etdirilməsinə dair icazələr yalnız e-imza ilə alına bilər - Dövlət Vergi Xidməti
Bu gün, 15:17
DTX XİN-də BELƏ ƏMƏLİYYAT KEÇİRDİ - VİDEO
Bu gün, 15:11
Elmar Məmmədyarovdan XƏBƏR VAR
Bu gün, 15:10
Bərdədə karantin rejiminin vəziyyəti ilə bağlı reydlər davam etdirilir
Bu gün, 15:08
Baş Prokurorluqda daha bir YENİLİK - VİDEO
Bu gün, 15:06
Vilayət Eyvazovdan üç polis rəisi ilə bağlı ƏMR
Bu gün, 15:02
Həkim və tibb işçiləri çatışmayan vaxt kütləvi istefa: Ağciyər İnstitutunda nə baş verir? - "Həyatım risq altında olduğu üçün..."
Bu gün, 15:00
Azərbaycanda 12 gün süni tənəffüs aparatına qoşulmuş koronaviruslu xəstə sağalıb
Bu gün, 14:55
"Ajiotaj yaradıb, əhalini təşvişə salmaq istəyirlər, lakin..." - deputat
Bu gün, 14:53
Hansı ölkələr Azərbaycana yardım edib? - SİYAHI
Bu gün, 14:35
“Müğənnilər 190 manatı da ala bilmədilər, bəs necə yaşasınlar?!”
Bu gün, 14:28
"Fairmont"da keçirilən əməliyyatdan sonra jurnalistləri təhqir edən şəxs həbs edilib - 20 günlük
Bu gün, 14:24
FONDUN SİYAHISINDAN KİM ÇIXDI, KİM QALDI? – Əli Həsənovun qohumu kimi hədələyir?
Bu gün, 14:23
Fikrət Adıgözəlli və Rövşən Binnətli koronavirusa yoluxub, onlar xəstəxanaya yerləşdirilib - AzTV-dən AÇIQLAMA
Bu gün, 14:16
İlham Əliyev üç yerli telekanala müsahibə verdi
Bu gün, 14:11
Özəl klinikalar koronavirus xəstələrini müalicə edəcəkmi? - Qadağa yoxdur
Bu gün, 14:04
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda modul tipli hospitalın açılışında iştirak ediblər
Bu gün, 14:02
“Ehsan verməklə Allahın ölüyə münasibəti dəyişmir” - deputat
Bu gün, 13:39
Neftçalanın icra başçısından yeni təyinat
Bu gün, 13:37
MDB Oyunlarında Ermənistan Azərbaycana rəqib olmayacaq
Bu gün, 13:36
Bakıda kriminal avtoritetin öldürülmə anının görüntüləri yayılıb - VİDEO
Bu gün, 13:32
Evdəki xəstələrə pullu xidmət - Qapıdan şəfa girir, yoxsa virus?
Bu gün, 13:30
Əhmədli sakinlərinin rahatlığı pozulub - FOTO + VİDEO
Bu gün, 13:28
"Bu mövzuda heç nə danışmaq istəmirəm"
Bu gün, 13:25
“VÖEN-lərin icazəsini bir düyməni basmaqla ləğv edirlər” - ETİRAZ
Bu gün, 13:23
Deputat məşhur oteldə baş verənləri qudurğanlıq adlandırdı - "...onların cəzası ciddi olmalı və insanlara görk olmalıdır"
Bu gün, 13:12
Azərbaycanlı dünya və Avropa çempionu 22 yaşında öldü
Bu gün, 13:10
Cənub küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 13:09
AzTV-nin daha 2 işçisi koronavirusa yoluxdu
Bu gün, 13:08
“Güvəndiyim dağlara qar yağdı”
Bu gün, 13:06
Bakıda tədrisi digər dildə aparılan bölmələrin I sinfinə qəbul üçün məktəb seçiminə start verilir
Bu gün, 13:03
KARANTİNDƏN KƏNARDA, PANDEMİYANIN ORTASINDA… – Qərb bölgəsi də hökumətdən dəstək gözləyir
Bu gün, 12:58
Nizami rayonunda sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar reydlər davam etdirilir - FOTO
Bu gün, 12:53
Bərdə icra hakimiyyətində onlayn müşavirə keçirilib
Bu gün, 12:52
"Unicapital" rəhbərliyində yeni təyinatlar olub - FOTO
Bu gün, 12:50
Bakıda yas mərasimi təşkil etmək istəyənlər polislər tərəfindən saxlanılıb
Bu gün, 12:49
Banklardakı qanunsuzluqların qarşısı necə alınmalıdır? - PROBLEM
Bu gün, 12:48
Bərdədə mobil qrupların fəaliyyəti gücləndirilib
Bu gün, 12:46
Rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına getməyən uşaqların 1-ci sinfə qəbulu üçün onlayn müsahibələr başa çatıb - Diqqət!
Bu gün, 12:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru