“Surət Hüseynovun dedikləri mənasız, qeyri-ciddidir” .....                     “Pandemiya dövründə kreditlərə dair güzəştlər paketinə hazırda baxılmır” .....                     İnsanlar maska taxsa belə, əl gigiyenasına diqqət yetirməsə, yenə yoluxma olacaq .....                     "Bizdə bu proqram Gürcüstana nisbətən dəfələrlə genişdir" .....                     Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsi artırılıb .....                     “Torpaq yollarla hansısa otelə gedib əylənmək bəlkə də kiminsə ölümünə səbəb olub” .....                     “Əli İnsanov təqib olunmasında Ramiz Mehdiyevi günahlandırırdı” .....                     Saatlıda yaranmış su problemi yaxın günlərdə tam şəkildə həll olunacaq .....                     Azərbaycanda daha bir tibb işçisi COVID-19-dan vəfat edib .....                     Naxçıvanda koronavirusdan ölənlərin sayı açıqlandı .....                     "Biz risk edərək rayonlara gediş-gəlişi bərpa edə bilmərik" .....                     “Pandemiya ilə əlaqədar zərərçəkən sektorlara müvafiq dəstək nəzərdə tutulub, bunun üzərində iş gedir" .....                     Prezident Şahin Mustafayevi bu vəzifədən .....                     "Ağciyərində "buzlu şüşə" aşkarlanan 600-dən çox xəstə müalicə alır" .....                     “Elmar Məmmədyarovun işdən çıxarılması...” .....                     4 iyul saat 00:00-dan metroda sərnişindaşıma fəaliyyəti dayandırılır .....                     “Gələcəkdə neft bazarını kəskin dalğalanma gözləyir” .....                     Prezidentin köməkçisi rayonlararası hərəkətin nə vaxt açılacağına .....                     “Jurnalistlərin arasında da COVID-19-a yoluxduğunu bilməyənlər ola bilər” .....                     Tibb içşçiləri arasında da yoluxmalar var .....                     "5 iyuldan insanlar SMS-lə icazə alarkən avtomobillərini də daxil etməlidir" .....                     İctimai nəqliyyat işlməyən günlərdə işçilər işə necə getməlidir? .....                     Evdə müalicə alan COVID-19 xəstələrinə dərmanların paylanılmasına başlanılıb .....                     Karantin olan digər rayonlara da 190 manat verilməsi şamil olunacaq .....                     "Bəzən şəxslər tanımadığı adamların şəxsiyyət nömrəsini təqdim edərək SMS icazə alırdılar" .....                     Ölkə üzrə hərəkətinə icazəsi olanlar yalnız bir halda rayonlara gedə biləcək .....                     Bakıda xəstəxanaların 80-90%-i dolub .....                     icaze.e-gov.az portalında 5 iyula qədər olan icazələr avtomatik olaraq deaktiv olunacaq .....                     Koronavirusa daha çox 50-59 yaşlı şəxslər yoluxur .....                     TƏBİB xaricdən bir sıra məşhur həkimlər .....                     Bakıda koronavirusa yoluxma ən çox Binəqədi rayonundadır .....                     Bölgələr üzrə koronavirusa yoluxma faizi açıqlanıb .....                     "Elə yas yeri var ki, 84 nəfər yeni yoluxan və təmasları aşkar edilib" .....                     Reanimasiyada olan və süni nəfəs aparatına qoşulmuş koronavirus xəstələrinin sayı açıqlanıb .....                     “TƏBİB-lə Səhiyyə Nazirliyi birgə fəaliyyət göstərir” .....                     Alimpaşa Məmmədov beş döyüşçü qardaşın yaşadığı evi dağıtdırıb… .....                     Azərbaycanda aparılan koronavirus testlərinin sayı .....                     Azərbaycanda COVID-19-a yoluxanların sayı 19 267-yə çatıb, 10 820 nəfər sağalıb, 235 nəfər vəfat edib .....                     Azərbaycanda daha 583 nəfərdə COVID-19 aşkarlanıb, .....                     “Əlindəki bellə Ömərin başına vurmağa başlayıb, anası onu xilas edə bilməyib” .....                 

“1993-cü ilin iyununda dediklərimi İsa Qəmbər və Pənah Hüseyn 25 il sonra etiraf etdi...” - Etibar Məmmədov
Tarix: 24-06-2020, 08:07 | Çap et
“1993-cü ilin iyununda dediklərimi İsa Qəmbər və Pənah Hüseyn 25 il sonra etiraf etdi...”
Srağagün – iyunun 22-də tanınmış Amerika araşdırmaçı jurnalisti Tomas Qoltsun Azərbaycanın yaxın tarixində baş vermiş olaylar barədəki qeyd və xatirələrindən ibarət "Azərbaycan gündəliyi" adlı kitabından təqdim etdiyimiz növbəti epizodda(bax:https://www.moderator.az/news/331157.html ) o vaxt AXC hakimiyyətinə müxalifətdə olan AMİP lideri, deputat Etibar Məmmədov 1993-cü ilin iyununun “ən acınacaqlı fiquru” adlandırılıb. Aydınlıq üçün həmin parçanı bir daha nəzərinizə çatdırırıq:

“...Obrazlar qalareyası geniş idi. Lakin ən acınacaqlı fiqur Etibar Məmmədov idi – Azərbaycanın 1980-ci illərin axırı üçün bəlkə də ən məşhur dissidenti... 1992-ci ilin mayında Elçibəyin Xalq Cəbhəsi ilə arası dəyəndən sonra o, “müxalifət lideri” rolunu elə məmnuniyyətlə oynamağa başladı ki, onu məsuliyyətsiz adlandırmaq olardı. Qiyamdan qabaq buna saysız-hesabsız misallar vardı, lakin “qiyam + işin gətirməsi” hər şeyi kəskinliklə diqqət mərkəzinə gətirdi. Və 1993-cü il iyunun 9-da Etibar yenidən baş tutmayan demokratiyanın təbilini döyməyə başlayaraq hər şeyə səbəbkar kimi İsa Qəmbəri günahlandırdı...

Etibar özünə xas diksiyası ilə səsləri burnu ilə tələffüz edərək dedi ki, “İsa cinayətkardır” və bu səbəbdən də səlahiyyəti çatmadığına görə onun özü ilə sıx bağlı olan Gəncə hadisələrinin gedişini “idarə edə bilməz”. Sonra isə əsassız olaraq belə bir ideyanı ortalığa atdı ki, “Gəncə məsələsi bütünlüklə hökumətin düzüb qoşduğu qiyam “planı” imiş(özünə qarşı mən belə güman edirəm). İsa isə çalışdı ki, zaldakılara bunun səbəbləri ilə bağlı izahat versin...”

Moderator.az-a açıqlamasında AMİP lideri, sabiq parlament üzvü Etibar Məmmədov amerikalı jurnalistin barəsində söylədiklərinə belə münasibət bildirib:

“Əvvəla, hiss olunur ki, Tomas Qoltsun kitabının tərcüməsində qüsurlar var. Bu, özünü bəzi ifadələrdə də göstərir. İkincisi isə o, bir Amerika jurnalisti kimi hadisələrə öz düşüncə tərzi ilə yanaşaraq münasibətini bildirib. Bu da onun jurnalist olaraq haqqıdır...

Üçüncüsü də, hələ səhv etmirəmsə, ötən il saytınıza verdiyim açıqlamada da dediyim kimi, mənim o iclasda söylədiyim fikirlər 25 il sonra olsa da, öz təsdiqini tapdı. Yəni mən həmin iclasda deyirdim ki, Gəncə əməliyyatının hazırlanmasında İsa Qəmbər və Pənah Hüseynov bilavasitə iştirak ediblər. Onlar isə bunu boyunlarından atırdılar və etiraf etmək istəmirdilər. Və o iclasda mənim tələbim də çox qanuni bir tələb idi. Bu, bütün dünyada etik bir məsələdir. Bir adamın özünə aid ittihamlar olanda həmin adam o iclası apara bilməz. Burada təəccüblü bir şey yox idi. İsa Qəmbərdən tələb edilən yalnız o idi ki, iclası onun müavinlərindən biri aparsın. Çünki o, bəhs edilən əməliyyata görə tərəfimdən ittiham olunurdu... Ancaq onlar imtina edirdilər ki, biz DİN-də olmamışıq, əməliyyatın hazırlanmasından xəbərimiz olmayıb. Və ümumiyyətlə, guya heç belə bir əməliyyat keçirilməyib. Nəhayət, üzərindən 25 il ötəndən sonra onlar hər şeyi etiraf etdilər. Həmin Pənah Hüseyn o vaxtkı təhlükəsizlik şurasının iclasının stenoqramını ortalığa çıxarıb dərc elətdirdi. Və orada aydın şəkildə göstərilir ki, 1993-cü il mayın 25-də təhlükəsizlik şurasının iclası olub. Və o iclasda Gəncədə keçiriləcək əməliyyat hazırlanıb, Prezident Elçibəy konkret tapşırıqlar verib. Ondan sonrakı dövrdə digər hadisə iştirakçıları və AXC komandasının keçmiş üzvləri də etiraf etdilər ki, həqiqətən əməliyyat günü – iyunun 4-də İsa Qəmbər, Pənah Hüseyn və digərləri Daxili İşlər nazirinin kabinetində olublar və bilavasitə oradan göstərişlər veriblər...”

Etibar Məmmədov 1993-cü il Gəncə olaylarını tədqiq etmiş deputat-istintaq komissiyasının materiallarını da xatırladıb.

“Hətta bu etiraflar olmasa belə, 1993-cü ilin iyulunda Mətləb Mütəllimlinin sədrlik etdiyi deputat-istintaq komissiyasının yekun rəyində də konkret olaraq göstərilib ki, Gəncə əməliyyatına Daxili İşlər nazirinin kabinetindən rəhbərlik olunub. Və hətta orada Pənah Hüseynə qarşı belə bir ittiham da var: həmin vaxt Baş qərargah rəisi olan Nurəddin Sadıqov izahatında bildirir ki, Pənah Hüseyn təkidlə Gəncədəki hərbi hissənin aviasiya ilə vurulmasını tələb edib...

Yəni Tomas Qolts 1993-cü ilin iyununda – hadisələrin hələ isti vaxtında bütün bu baş verənlərdən, Bakıda Gəncə ilə bağlı verilən əmrlərdən xəbərsiz olaraq olaylar və mənim çıxışlarım barədə öz mühakimələrini yürüdüb. Eləcə də onun təsvir etdiyi 9 iyun iclasında iştirak edənlərin çoxu da deyilənlərdən xəbərsiz olub. Ancaq dediyim kimi, 25 il sonra İsa Qəmbər də, Pənah Hüseyn də, digərləri də deyilənlərin hamısını etiraf edir. Bu da bir daha təsdiqləyir ki, mənim bəhs edilən iclasdakı çıxışlarım tamamilə əsaslandırılmış olub. Və AXC hakimiyyətindəkilər öz uğursuz əməliyyatları sayəsində yıxılıblarsa, kimi iittiham etməlidirlər. İlk növbədə özlərini...”- deyə AMİP lideri fikrini tamamlayıb.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Surət Hüseynovun dedikləri mənasız, qeyri-ciddidir” - Pənah Hüseyn
Dünən, 19:04
“Pandemiya dövründə kreditlərə dair güzəştlər paketinə hazırda baxılmır” - Prezidentin köməkçisi
Dünən, 18:56
"Kaspi" qəzetinin baş redaktoru koronavirusdan sağalıb
Dünən, 18:55
Koronavirusdan ölən Etibar Babayevin ailəsi KARANTİNƏ ALINDI
Dünən, 18:52
İnsanlar maska taxsa belə, əl gigiyenasına diqqət yetirməsə, yenə yoluxma olacaq - TƏBİB
Dünən, 18:49
"Bizdə bu proqram Gürcüstana nisbətən dəfələrlə genişdir" - Prezidentin köməkçisi
Dünən, 18:47
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsi artırılıb
Dünən, 18:44
“Torpaq yollarla hansısa otelə gedib əylənmək bəlkə də kiminsə ölümünə səbəb olub”
Dünən, 18:43
“Əli İnsanov təqib olunmasında Ramiz Mehdiyevi günahlandırırdı” – sabiq deputat 15 il öncənin sirrini açdı
Dünən, 18:41
Saatlıda yaranmış su problemi yaxın günlərdə tam şəkildə həll olunacaq - "...bu istiqamətdə iş aparılır"
Dünən, 18:38
Azərbaycanda daha bir tibb işçisi COVID-19-dan vəfat edib
Dünən, 18:37
Naxçıvanda koronavirusdan ölənlərin sayı açıqlandı
Dünən, 18:35
"Biz risk edərək rayonlara gediş-gəlişi bərpa edə bilmərik" - Prezidentin köməkçisi
Dünən, 18:31
“Pandemiya ilə əlaqədar zərərçəkən sektorlara müvafiq dəstək nəzərdə tutulub, bunun üzərində iş gedir" - Şahmar Mövsümov
Dünən, 18:29
Prezident Şahin Mustafayevi bu vəzifədən AZAD ETDİ
Dünən, 18:27
"Ağciyərində "buzlu şüşə" aşkarlanan 600-dən çox xəstə müalicə alır" - TƏBİB sədri
Dünən, 18:23
“Elmar Məmmədyarovun işdən çıxarılması...” – Deputatlar XİN-dəki əməliyyat haqda...
Dünən, 18:22
4 iyul saat 00:00-dan metroda sərnişindaşıma fəaliyyəti dayandırılır - Diqqət!
Dünən, 18:18
“Gələcəkdə neft bazarını kəskin dalğalanma gözləyir” - ekspert
Dünən, 18:13
Prezidentin köməkçisi rayonlararası hərəkətin nə vaxt açılacağına aydınlıq gətirib
Dünən, 18:12
"Televiziya verilişinə gələn qonaqlar SMS-lə icazə almalıdırlar"
Dünən, 18:11
“Jurnalistlərin arasında da COVID-19-a yoluxduğunu bilməyənlər ola bilər”
Dünən, 18:10
"Oxuyan kimi, çağırıb cərimə yazırlar" - ETİRAZ
Dünən, 18:08
Tibb içşçiləri arasında da yoluxmalar var
Dünən, 18:05
"5 iyuldan insanlar SMS-lə icazə alarkən avtomobillərini də daxil etməlidir" - Agentlik sədri
Dünən, 18:01
İctimai nəqliyyat işlməyən günlərdə işçilər işə necə getməlidir? – RƏSMİ CAVAB
Dünən, 17:57
Evdə müalicə alan COVID-19 xəstələrinə dərmanların paylanılmasına başlanılıb
Dünən, 17:56
Karantin olan digər rayonlara da 190 manat verilməsi şamil olunacaq - MÜJDƏ
Dünən, 17:55
"Bəzən şəxslər tanımadığı adamların şəxsiyyət nömrəsini təqdim edərək SMS icazə alırdılar"
Dünən, 17:47
Ölkə üzrə hərəkətinə icazəsi olanlar yalnız bir halda rayonlara gedə biləcək - Diqqət!
Dünən, 17:45
Bakıda xəstəxanaların 80-90%-i dolub - TƏBİB
Dünən, 17:42
icaze.e-gov.az portalında 5 iyula qədər olan icazələr avtomatik olaraq deaktiv olunacaq - Diqqət!
Dünən, 17:40
Koronavirusa daha çox 50-59 yaşlı şəxslər yoluxur
Dünən, 17:39
TƏBİB xaricdən bir sıra məşhur həkimlər dəvət edib
Dünən, 17:38
Bakıda koronavirusa yoluxma ən çox Binəqədi rayonundadır - SİYAHI
Dünən, 17:31
Bölgələr üzrə koronavirusa yoluxma faizi açıqlanıb
Dünən, 17:30
"Elə yas yeri var ki, 84 nəfər yeni yoluxan və təmasları aşkar edilib" - Ramin Bayramlı
Dünən, 17:30
"Mən kişilərin stollarına yaxınlaşmıram"
Dünən, 17:28
Reanimasiyada olan və süni nəfəs aparatına qoşulmuş koronavirus xəstələrinin sayı açıqlanıb
Dünən, 17:26
“TƏBİB-lə Səhiyyə Nazirliyi birgə fəaliyyət göstərir” - Ramin Bayramlı
Dünən, 17:23
Alimpaşa Məmmədov beş döyüşçü qardaşın yaşadığı evi dağıtdırıb… - NARAZILIQ...
Dünən, 17:21
Azərbaycanda aparılan koronavirus testlərinin sayı 500 mini keçib
Dünən, 17:20
Azərbaycanda COVID-19-a yoluxanların sayı 19 267-yə çatıb, 10 820 nəfər sağalıb, 235 nəfər vəfat edib
Dünən, 17:19
Azərbaycanda daha 583 nəfərdə COVID-19 aşkarlanıb, 7 nəfər vəfat edib
Dünən, 17:18
“Əlindəki bellə Ömərin başına vurmağa başlayıb, anası onu xilas edə bilməyib” – DƏHŞƏTLİ TƏFƏRRÜAT
Dünən, 17:17
Biz bütün dünyanın üzləşdiyi problemlə qarşılaşmışıq - Şahmar Mövsümov
Dünən, 17:15
6 iyulda dollar neçəyə olacaq?
Dünən, 17:14
DYP hərəkət iştirakçılarını yoxlamağa başladı - VİDEO
Dünən, 17:12
Türkiyə Yaxın Şərqin yeni sahibinə çevrilir: - Amerika məyus, Avropa kədərli, Rusiya dirəşib
Dünən, 17:08
Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar təsdiqləndi - RƏSMİ
Dünən, 17:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru