Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait açıqlanıb .....                     "Biz vətəndaşlarımıza üstünlük verdik" .....                     Əlahiddə Çevik Polis Alayının əməkdaşlarındən .....                     Onlar hakimiyyətə gələrsə... .....                     Qayınanasını amansızcasına öldürən qadın hökmdən narazıdır .....                     Ramiz Mehdiyev itirə-itirə gedir... .....                     Çörəyi ver çörəkçiyə, birini də üstəlik... .....                     "Azərsun" Holdinq müştərini ələ saldı... .....                     “Tut ağacı” kafesinin karantin qaydalarını pozaraq gizli fəaliyyət göstərdiyi aşkar edilib .....                     Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb .....                     “Palmali” öz gəmisini Beyrut limanında atıb? .....                     Saxta yolla pensiya düzəldən məmurlara CƏZA... .....                     Bakıda restoranın karantin qaydalarını pozaraq faliyyət göstərdiyi məlum olub .....                     Cəlilabad sakini özünün də xəbəri olmadan işə götürülüb .....                     Bu maskalar niyə 10 manata satılır? .....                     "Azərbaycanda yaxın zamanlarda karantin rejimi yenidən yumşaldılacaq" .....                     12 saylı Peşə Təhsil Mərkəzinin direktoru qanunu pozur? .....                     Pulsuz çimərliklərdə kim pul yığır? .....                     "Bizdə ən pik vəziyyət 11 iyul tarixində qeydə alınıb" .....                     Amerikalı keçmiş həmsədrin Qarabağ “dərdi” .....                     190 manatın verilməsi bu şəhərlərə şamil olunacaq .....                     “Xaliq Faiqoğlu” şirkətindən BNA-ya CAVAB GƏLDİ: .....                     Ədalət Vəliyev İlyas İsmayılovla görüşüb .....                     Azərbaycanda daha 435 nəfər COVID-19-dan sağalıb, .....                     Sabah dollar neçəyə olacaq? .....                     “Bu tip "ziyalı”ların susması daha faydalıdır” .....                     Maskanın qiyməti “dəvənin belindən” enmir: .....                     Rəhimov daha bir gəncə vəzifə verdi .....                     "Bu xəstəlik yaş tanımır, cavan insanlar, gənc insanlar, fiziki cəhətdən sağlam insanlar, idmançılar xəstələnir və rəhmətə gedir" .....                     "Ancaq bu yolla biz bu müəssisələri işə sala bilərik" .....                     "Bəzi hallarda təqdim edilən layihələr tam təhlil edilmir" .....                     "Dövlət şirkətlərinə ayrılan vəsait o şirkətlərin səmərəliliyi ilə üst-üstə düşmür" .....                     "Təmiz işləyin ki, həm vicdanınız rahat olsun, həm də halal pul qazanın" .....                     "Bizim güclü iqtisadi imkanlarımız olmasa, bütün niyyətlərimiz kağızda qalacaq" .....                     Naftalan icra başçısının nümayəndəsilə bağlı iş .....                     "Bu xəstəlik yoxa çıxmayıb, ona görə mübarizə aparılır" .....                     "Biz ən kritik ssenariyə hazır olmalıyıq" .....                     “Yaxın gələcəkdə modul tipli xəstəxanaların sayı bütövlükdə 16-ya çatdırılacaq” .....                     Azərbaycan üçün ammonium nitrat təhlükəsi .....                     Nazir yeni yaradılan dövlət qurumuna sədr təyin etdi .....                 

“Hazırda islahatlara mane olanların sıradan çıxarılması prosesi gedir” - deputat
Tarix: 23-05-2020, 11:38 | Çap et
“Hazırda islahatlara mane olanların sıradan çıxarılması prosesi gedir”
Ölkədə həyata keçirilən islahatlar fərqli müstəviyə keçib. Artıq korrupsiya və rüşvətxorluğa qarşı sərt mübarizə üsulu tətbiq olunur. Əvvəlki dönəmlərdən fərqli olaraq, daha yüksək vəzifəli şəxslər həbs edilərək cəzalandırılır.

“Unikal” qəzetinə müsahibə verən Böyük Quruluş Partiyasının sədri, Millət vəkili Fazil Mustafa ilə söhbətimiz də elə bu mövzu ətrafında oldu.

-Fazil bəy, bir il öncə sizinlə söhbətimizdə demişdiniz ki, hakim komanda daxilində Prezidentin islahatlarına qarşı çıxan məmurlar var. Son bir ildə çox şey dəyişib, Siz dediyiniz məsələ ilə bağlı nələr dəyişdi?

-İlk növbədə parlament müstəvisində dəyişikliklərin olamsından başlamaq olar. Parlamentin tərkibində dəyişiklik oldu. Rəhbərliyin dəyişməsi də parlament demokratiyasının inkişafı üçün ümidverici mühit yaratdı. İndi də parlamentdə baş verənlər onu göstərir ki, daha ciddi bir quruma çevrilmə prosesi özünü göstərir. Şox dəyərli bir ziyalının, elm adamının parlamentin sədri seçilməsi imic, cəmiyyətdəki aqressiyanın ora yönəlməsi baxımından vəziyyəti xeyli dərəcədə müsbətə doğru dəyişdi. İndi kimlərsə deyir ki, guya parlament sədri deputatlara qarşı aqressiya göstərir. Bu, bir az gülməli səslənir. Çünki indi parlamentdə münasibətlərə əvvəlkinə nisbətdə həsəd aparmaq olar. Yalnız qanundan, yaxud mövzudan kənara çıxılanda spiker tərəfindən irad bildirilir, bu da normaldır. Rəhbərlikdə də kifayət qədər dəyərli şəxslər təmsil olundu. Əli Hüseynov kimi çox savadlı, hazırlıqlı hüquqşünasın birinci müavin olması, Adil Əliyev və Fəzail İbrahimli kimi cəmiyyətdə müsbət reputasiyası olan şəxslərin sədr müavinləri olması olduqca müsbətdir. Deputatların da arasında yüksək performans ortaya qoymaq potensialına məxsus şəxslərin olması da müsbət haldır. Bu mənada ötən il dediyim islahatlar öncə parlament müstəvisində öz əksini tapdı.

-Bəs icra hakimiyyəti strukturlarında necə?

-İcra hakimiyyəti strukturlarında korrupsiyaya qarşı mübarizənin müəyyən praktiki nəticələri ortaya çıxdı. Prezident tərəfindən ortaya iradə qoyuldu ki, icra hakimiyyəti qolunda ciddi dəyişikliklər olsun. Ölkə başçısı çıxışlarında da konkret ifadə etdi ki, icra hakimiyyəti orqanlarında yoxlamalar və korrupsiyaya qarşı amansız mübarizə aparılmalıdır. Son aylar bunun da praktik nəticəsini gördük. Yəni, ötən il qeyd etdiyim kimi, hazırda islahatlara mane olanların sıradan çıxarılması prosesi gedir. Burada islahata mane olanların səlahiyyətinin azaldılmasından söhbət gedir, əslində, bu da reallıqdır.

-Son 5-6 ayda ciddi proseslər baş verdi, icra başçıları, nazir müavinləri, generallar həbs olundu. Bu həbslər nəyin nəticəsidir? Sadəcə, islahatlara mane olan məmurlar sıradan çıxarılır, yoxsa məsələnin daha dərin kökləri var?

-Dərin məqamlar hər bir şeydə var. Bu gün cəmiyyət yeniləşmənin sərt formasına üstünlük verir. Cəmiyyətin sağlam mühakimə potensialı elə də çox deyil. Bir nümunə deyim. Dünən könüllü gənclə söhbətim oldu. Deyir ki, metronun qarşısında insanlara pulsuz maska paylayırlar, amma onların 70 faizi təhqir edərək onları qovurlar. Yəni, insana xeyri üçün nəsə edirsən, amma tərsinə reaksiya verir. Bu, təkcə aqressiya məsləsi deyil, elementar mədəniyyət yoxdur. Milli Məclisdə çıxış edirsən, hansısa problemi qaldırırsan, amma bu adamlar susan deputata da, danışanlara da eyni aqressiv münasibət bəsləyirlər. Başa düşmək olmur. Siz nə istəyirsiz? Nə istədiyini bilməyən cəmiyyətdə islahat aparmaq çox çətindir. İslahatları mütləq mərkəzdən, bir az da sərt üslübda, aşağıları bu prosesə çox dərindən qoşmadan aparmaq lazımdır. Biz tələb edirik ki, ictimai şuralar yaradılsın, müəyyən vətəndaşlar fəal olsun, amma vətəndaşın 50 faizində qərəzlilik var. Şikayət daxil olub, araşdırmışam, məlub olub ki, icra hakimiyyəti adama torpaq verib, şərait yaradıb, amma vətəndaş əsassız olaraq, daha çox qazanmaq istəyib. Sonra da hər yerə şikayət məktubları yazır.

-Maraqlı bir məsələ var ki, bundan əvvəlki dönəmdə cəmiyyətdə hansısa həbslər olanda birmənalı qarşılanmırdı, bəzən dəstəkçiləri də olurdu. Amma son həbslər zamanı sanki cəmiyyət bir ağızdan “əcəb oldu” dedi...

-Bax, əsas məqam budur. Cəmiyyət həbs olunanların haqlı yerə həbs olunduğunu deyir. Məsələ odur ki, dövlətin atdığı addımlarla cəmiyyətin mövqeyi üst-üstə düşür. Bilirsiniz, cəmiyyətdə müəyyən dəyərlərin yerinə oturmasına ehtiyac var. Kamuflyaj arxasında gizlənən cəmiyyətdə ədalət axtarışı çox çətin olur. Elə nüanslar var ki, orada cəmiyyəti bu işə qoşmaq mümkün olsaydı, heç bu proseslər də olmazdı. Hər zaman deyirəm, beş nəfər rüşvət alan var, amma min nəfər rüşvət vermək istəyən növbəyə durur. Hərbi komissarlığın qabağını kəsib rüşvət verir ki, oğlumu Bakıda saxla. Hamı Qarabağda savaş istəyir, amma oğlunu rüşvətlə Bakıda saxlatdırır. Bu cəmiyyətlə, bu cür düşünənlərlə nə etmək olar? Demək istədiyim odur ki, süni qəhrəmanlığa, pafosa aldanaraq, cəmiyyəti düzəltmək olmaz. Bəzən cəmiyyətin istəyinin əleyhinə gedərək, islahat aparmaq lazımdır. Oxumaq istəməyən cəmiyyətlə nə etməlisən ki? Karantin dövründə əksəriyyət loto və domino aldı, kitab alan yoxdu. Bu cəmiyyət hara gedir?

-Bir məqama da diqqətinizi çəkmək istərdim. Bu həbslərdən sonra cəmiyyətdə daha yüksək vəzifəli məmurların da həbsinin, yaxud istefaya göndərilməsinin vacibliyi irəli sürüldü. Məsələn, tələblər var ki, müavinləri o boyda cinayətə görə həbs olunan Elçin Quliyev və Əbülfəs Qarayev niyə vəzifədə qalsın. İndi Prezidentin Sərəncamı ilə Əbülfəs Qarayev işdən çıxarılıb, amma cəmiyyət daha yüksək rütbəli məmurların həbsini tələb edir. Haqlı tələb deyilmi?

-Bu tələblərdə haqlılıq payı var. Təbii ki, məsuliyyət fərdidir, amma bir nazirliyin, hansısa qurumun tərkibində korrupsiya şəbəkəsi qurulubsa, burada nazirin məsuliyyəti var. Nazir üç ay təzə ola bilər. Amma nazir 15-20 il işləyirsə, deməli, baş verənlərdən xəbəri olmalıdır. Bunlar da cəzasız qalanda, davamlı olur. Nazir himayə olunur, amma müavinlərin himayəsi yoxdur. Bununla da məsələ yekunlaşır, artıq inam azalmağa başlayır. Ona görə də burada daha prinsipial mövqe qoymaq lazımdır. Hansı qurumda nə baş verirsə, o qurumun birinci şəxsi də məsuliyyət daşıyır. YAP-ın içində yüzlərlə dürüst, normal kadrlar var, amma irəli çəkən yoxdur. Kimsə öz adamını, qohumunu bəzəyib aparıb təqdim edir, axırda da belə olur.

-Bu nazirləri kim himayə edə bilər, onlar Prezindentdən üstündürlərmi?

-Yox, elə deyil. Baxın, icra başçılarını prezident təyin edir, amma onları təqdim edənlər var. Ona görə də korrupsioner, qanunsuzluq və özbaşınalıq edən məmurları Prezidentə təqdim edənlərin araşdırılıb cəzalandırılmasına ehtiyac var. Vətəndaşın hüququ pozulur, 10 ildən sonra onu bərpa edəndə nə olacaq? Axı insan taleyindən söhbət gedir.

-Sizin Əbülfəs Qarayev və rəhbərlik etdiyi sahə ilə bağlı məlum çıxışınız da diqqət çəkdi. Sizcə, bu cür reaksiyalar bir qədər gecikmir ki?

-Yox. Biz bundan əvvəl də bu kimi məsələlərə toxunurduq, problemləri qabardırdıq. Mədəniyyət nazirliyindəki həbslərdən öncə də Milli Məclisdə çıxış eləmişdim. Demişdim ki, bu adamlar yerlərində deyillər. Ölkədə mədəniyyət darmadağın olub. Toy müğənnilərinə, küçə adamlarına tanışlıqla, pulla, başqa vasitələrlə ad verilir, əsl sənətkarlar isə sıradan çıxır. İstedadlı tərcüməçi kirayədə yaşayır, amma komfort içində yaşayan toy müğənnisinə üçüncü, dördüncü ev verilir. Yəni, mən bu barədə fikrimi əvvəlcədə demişdim.

-Mən Sizi nəzərdə tutmuram, sizin bu və ya digər məsələlərlə bağlı hər zaman reaksiyalarınız olub. Amma ümumiyyətlə, kimsə “vurulandan” sonra o məmura qarşı fikirlər səsləndirilir.

-Belə hallar da var. Amma söhbət məndən gedirsə, bu problemi hər zaman qaldırmışam. Bütün bunlar elə-belə məsələlər deyil. Hər şeydən öncə ədalətsizliyə səbəb olan mexanizmi dağıtmaq lazımdır. Yoxsa bir naziri işdən çıxaracaqsan, başqası öz komandasını yığıb yenə həmin kursu davam etdirəcək.

-Qeyd etdiyiniz problemlər təxminən 30 ildir ki, mövcuddur və davam edir. Sizcə, bu cəmiyyətdə ədalətli mexanizmi tətbiq etmək mümkün olacaqmı?

- Qısa müddətdə bunları həll eləmək olar. Maliyyə aministiyası elan edirsən, sonra normal sistem qurursan. Hamını tutmaq olmaz ki. Maaşları qaldırırıq, ondan sonra ədalətli, halal işləməyi tələb edirik. Məhkəmə sistemini dürüstləşdirirk və insanlar məqamı gələndə öz hüquqlarını orada təmin eləsinlər. Yəni, biz tənzimləyici mexanizmləri işə salmalıyıq. Bu mexanizm dəyişməsə, çox çətin olacaq.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait açıqlanıb
Dünən, 19:02
"Biz vətəndaşlarımıza üstünlük verdik" - Azər Badamov
Dünən, 19:00
Əlahiddə Çevik Polis Alayının əməkdaşlarındən ŞÜCAƏT
Dünən, 18:57
Onlar hakimiyyətə gələrsə... - Xalqa düşmənçiliyin etirafları
Dünən, 18:51
Qayınanasını amansızcasına öldürən qadın hökmdən narazıdır
Dünən, 18:48
Ramiz Mehdiyev itirə-itirə gedir... - GƏLİŞMƏ
Dünən, 18:47
Türkiyəyə dincəlməyə gedən tanınmışlar - SİYAHI
Dünən, 18:45
Çörəyi ver çörəkçiyə, birini də üstəlik... - Əlavələrin fəsadı...
Dünən, 18:42
"Azərsun" Holdinq müştərini ələ saldı... - GİLEY
Dünən, 18:36
“Tut ağacı” kafesinin karantin qaydalarını pozaraq gizli fəaliyyət göstərdiyi aşkar edilib - FOTO
Dünən, 18:25
Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb
Dünən, 18:21
“Palmali” öz gəmisini Beyrut limanında atıb? - Şirkətdən açıqlama
Dünən, 18:18
Saxta yolla pensiya düzəldən məmurlara CƏZA... - “54 milyon az məbləğ deyil”
Dünən, 18:16
Bakıda restoranın karantin qaydalarını pozaraq faliyyət göstərdiyi məlum olub - FOTO
Dünən, 18:08
Cəlilabad sakini özünün də xəbəri olmadan işə götürülüb
Dünən, 18:04
ARB TV-nin çimərliklərlə bağlı reportajı lağa qoyuldu - VİDEO
Dünən, 17:49
Bu maskalar niyə 10 manata satılır?
Dünən, 17:42
"Azərbaycanda yaxın zamanlarda karantin rejimi yenidən yumşaldılacaq" - Baş Nazirdən MÜJDƏ
Dünən, 17:40
12 saylı Peşə Təhsil Mərkəzinin direktoru qanunu pozur? - GİLEY
Dünən, 17:37
Pulsuz çimərliklərdə kim pul yığır? – Cavab
Dünən, 17:35
"Bizdə ən pik vəziyyət 11 iyul tarixində qeydə alınıb" - Əli Əsədov
Dünən, 17:33
Türkiyədə məşhur modelin döyüldüyü çimərlik bağlandı
Dünən, 17:25
Amerikalı keçmiş həmsədrin Qarabağ “dərdi” – Volskinin komitəsi yeni formatda
Dünən, 17:16
"Kişilər üçün qadınlar, qadınlar üçün isə kişilər güvənilməzdir"
Dünən, 17:11
190 manatın verilməsi bu şəhərlərə şamil olunacaq - SİYAHI
Dünən, 17:08
“Xaliq Faiqoğlu” şirkətindən BNA-ya CAVAB GƏLDİ: - "Marşrut xətləri üzrə avtobusların sayı azaldılmayıb"
Dünən, 17:06
Ədalət Vəliyev İlyas İsmayılovla görüşüb
Dünən, 17:05
Azərbaycanda daha 435 nəfər COVID-19-dan sağalıb, 144 nəfər yoluxub, 3 nəfər vəfat edib
Dünən, 17:02
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:00
“Bu tip "ziyalı”ların susması daha faydalıdır” - Partiya sədri
Dünən, 17:00
Maskanın qiyməti “dəvənin belindən” enmir: - 30 qəpik, vəssalam!
Dünən, 16:57
Rəhimov daha bir gəncə vəzifə verdi - TƏYİNAT
Dünən, 16:54
"Bu xəstəlik yaş tanımır, cavan insanlar, gənc insanlar, fiziki cəhətdən sağlam insanlar, idmançılar xəstələnir və rəhmətə gedir" - İlham Əliyev
Dünən, 16:52
"Ancaq bu yolla biz bu müəssisələri işə sala bilərik" - Prezident çıxış yolunu göstərdi
Dünən, 16:51
"Bəzi hallarda təqdim edilən layihələr tam təhlil edilmir" - Azərbaycan Prezidenti
Dünən, 16:49
"Dövlət şirkətlərinə ayrılan vəsait o şirkətlərin səmərəliliyi ilə üst-üstə düşmür" - İlham Əliyev
Dünən, 16:48
"Təmiz işləyin ki, həm vicdanınız rahat olsun, həm də halal pul qazanın" - Prezident məmurlara bir daha XƏBƏRDARLIQ ETDİ
Dünən, 16:46
"Bizim güclü iqtisadi imkanlarımız olmasa, bütün niyyətlərimiz kağızda qalacaq" - Dövlət başçısı
Dünən, 16:45
Naftalan icra başçısının nümayəndəsilə bağlı iş MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ
Dünən, 16:43
"Bu xəstəlik yoxa çıxmayıb, ona görə mübarizə aparılır" - Prezident İlham Əliyev
Dünən, 16:38
Əsgərimiz erməni öldürsün, biz də içimizdəki pula hərisliyi…
Dünən, 16:35
"Biz ən kritik ssenariyə hazır olmalıyıq" - İlham Əliyev
Dünən, 16:32
“Yaxın gələcəkdə modul tipli xəstəxanaların sayı bütövlükdə 16-ya çatdırılacaq” - Azərbaycan Prezidenti
Dünən, 16:31
Azərbaycan üçün ammonium nitrat təhlükəsi - Deputat danışır
Dünən, 16:30
Nazir yeni yaradılan dövlət qurumuna sədr təyin etdi - ƏMR
Dünən, 16:28
"Bu il rekord sayda - 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcək" - Dövlət başçısı
Dünən, 16:26
Hafiz Hacıyev hiddətləndi: - “Biz nə etmişik ki, sürücülükdən məhrum olunaq?!”
Dünən, 16:25
“Mənə təzyiqlər var, sabaha sağ çıxmaya bilərəm” – TƏBİB-i tənqid edən deputat
Dünən, 16:24
“Bu müsbət dinamika deməyə əsas verir ki, koronavirusu bundan sonra da nəzarət altında saxlayacağıq” - İlham Əliyev
Dünən, 16:22
“Sərt karantinin tətbiq edildiyi şəhər və rayonlarda avqust ayında 190 manat ödənilsin” - Azərbaycan Prezidentindən MÜJDƏ
Dünən, 16:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru