Futbol üzrə İtaliya çempionatının bərpa olunacağı vaxt bəlli oldu .....                     Dünyada koronavirusa daha 101,5 min yoluxma qeydə alınıb .....                     "Bakının daşınmaz əmlak bazarında aktivlik artıb" .....                     Dövlət Gömrük Komitəsi nə zaman YOXLANILACAQ? .....                     Lənkəranda COVİD-19 pandemiyası ilə mübarizə tədbirləri davam etdirilir .....                     Bakıda bərbad vəziyyətdə olan kitabxana binası ilə bağlı .....                     Gürcüstan Ermənistanın səhiyyə nazirinə cavab verdi .....                     Güclü külək bəzi rayonlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub .....                     Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən növbəti videokonfrans keçirilib .....                     Bu il məscidlərdə bayram namazı qılınmayacaq .....                     İşğala qarşı yeni platforma: Azərbaycan GUAM-ı dirçəldə bilər .....                     Cərimələr niyə ləğv edilməlidir? .....                     Azərbaycan və Türkmənistan Xəzərin dibi ilə kabel xəttinin çəkilməsi şərtlərini müzakirə edib .....                     "Cəmiyyətimiz müharibəyə hazır deyil..." .....                     Kürdəmir sakinini həmkəndlisi döydü .....                     Daha bir qadının boğazı kəsildi .....                     İranın Qarabağ aktivliyi: nə baş verir? .....                     Nazirlik hərəkətə keçdi: YOXLAMA BAŞLADI .....                     Kamran Əliyevdən avtomobillərin texniki baxışı ilə bağlı .....                     “Hazırda islahatlara mane olanların sıradan çıxarılması prosesi gedir” .....                     Lənkəranda yaşayış evindən külli miqdarda tiryək aşkarlanıb .....                     Yol polisinin yazdığı cərimələr ləğv olunmalıdır .....                     Bayram Səfərovun gedişi yenidən gündəmdə... .....                     Naxçıvanda "Cənab Sədr" dövrü bitir .....                     NAXÇIVANIN YENİ BAŞ NAZİRİ KİM OLACAQ? .....                     “Əməkhaqqı fonduna və işsiz vətəndaşlara iyunda da yardım edilməlidir” .....                     "Alov qüllələri" yaxınlığında yanğın baş verməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir .....                     “Məmmədyarov seçki komissiyasının qadın üzvü kimi hamının üzünə dirənib” .....                     Beyləqanda PETrolçu hacı ŞANTAJLA məşğuldur .....                     Bakıda güclü yanğın BAŞLADI .....                     Ceyhun Bayramovdan tələbələrdən təhsil haqqının tələb edilməsinə .....                     Qarabağ məsələsinin həllində Rusiyanın mövqeyi zəifləyir .....                     Rusiyalı milyarder həbsxanada koronavirusa yoluxub .....                     Korrupsiya yeminə çevrilən ictimai iş yerləri: .....                     Ermənistanda koronavirusdan ölənlərin sayı 77-yə çatdı .....                     İcra başçıları niyə Padşaha çevrilir? .....                     Bakının üç rayonunda Ramazan yarmarkası açılıb .....                     Uğurlu idarəçi məsuliyyət daşıyan bir şəxs olmalıdır .....                     Yeni iqtidar komandasının üstün cəhətləri .....                     AzTV-ni Əli Həsənov idarə edir?! .....                 

"Dialoqa bütün siyasi partiyalar dəvət olunsun" - VİDEO
Tarix: 21-05-2020, 09:25 | Çap et
"Dialoqa bütün siyasi partiyalar dəvət olunsun"
Bu həftənin bazar ertəsi Azərbaycan Xalq Partiyasının (AXP) qərargahında 9 müxalifət partiyasının sədrinin toplantısının keçirilməsi müxalifət düşərgəsində yeni prosesin başlandığı barədə müzakirələrə yol açıb.

AXP sədri, sabiq baş nazir Pənah Hüseynlə partiyanın qərargahında görüşüb ortaya çıxan sualları, mülahizələri cavablandırmasını istədik. Pənah Hüseyn “Yeni Müsavat”a verdiyi müsahibədə müxalifətdaxili proseslərdən, hakimiyyət-müxalifət münasibətlərindən, tərəflər arasında dialoq və digər aktual məsələlərdən danışıb.

- Pənah bəy, mayın 18-də AXP qərargahında bir neçə siyasi partiya sədrinin iştirakı ilə toplantı keçirilib. Toplantı AXP qərargahında keçirildiyi üçün belə bir rəy yaranıb ki, Pənah Hüseyn müxalifəti toparlayır. Belə bir toplantının çağırılmasının təşəbbüskarı siz olmusuz? Məqsəd nə idi?

- AXP qərargahında 9 siyasi partiyanın sədri toplanmışdı. Onlar özlərini ən azı öz bəyanatlarında, kurslarında indiki iqtidara müxalif siyasi qüvvə elan edirlər. Kimlərsə bundan qıcıqlanır. Bilirsiniz ki, mayın 18-dən etibarən xüsusi karantin rejiminin yumşaldılması qərarının verilməsi ilə bir sıra fəaliyyət növləri ilə yanaşı, siyasi fəaliyyət də qadağan olunmuş fəaliyyətlər sırasından çıxmış oldu. Çünki faktiki olaraq həqiqətən əgər biz Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından çıxış eləsək, əvvəlki dövrdə belə bir düstur tətbiq edilirdi ki, icazə verilən fəaliyyət formaları içərisində siyasi partiyaların fəaliyyəti yox idi. Bu, əslində siyasi fəaliyyət hüququnun məhdudlaşdırılması idi. Biz bu məsələni bir neçə dəfə qaldırmışdıq. Amma mayın 16-da Operativ Qərargahın məlum qərarından sonra baş nazirin bir qərarı oldu. Bildirildi ki, onun qərarında göstərilən fəaliyyət növlərindən başqa digərlərinə icazə verilir. Artıq bununla siyasi partiyaların toplanması, yığıncaqların keçirilməsi qadağadan çıxmış oldu. Biz xüsusi karantin rejimi dövründə onun şərtlərinə əməl etməklə, bir sıra siyasi partiyaların qərargahlarında, o cümlədən AXP-nin ofisində toplanırdıq. Mayın 16-da AMİP-in sədr əvəzi Arzuxan Əlizadə və AĞ Partiyanın sədri Tural Abbaslı AXP qərargahında idik. Mənim təklifim əsasında razılaşdıq ki, mayın 18-də siyasi partiyaların toplantısını keçirək. Əvvəla, yaranmış vəziyyət barədə fikir mübadiləsi edək. Bilirsiniz ki, Operativ Qərargahın qərarında 10 nəfərdən artıq şəxsin bir yerə toplanmasına məhdudiyyət qoyulub. Biz 18 may toplantısında iştirak üçün açığı, 12 partiyanı razılaşdırdıq. Bizim dəvət etdiyim partiyalardan bu və ya digər səbəblərdən üçü iştirak etmədi. Bizə deyildi ki, həmin vaxt başqa işləri olub. Biz də bununla qane olduq. Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimovla əlaqə saxladıq. Toplantıya qatıla bilməsə də toplantının ümumi rəyi ilə həmrəy olduğunu bildirdi. KXCP sədri Mirmahmud Mirəlioğluna Tural Abbaslı zəng etmişdik. Mirmahmud bəy də mayın 18-də eyni vaxtda partiyasının iclasının olduğunu və bu səbəbdən toplantıya qatıla bilməyəcəyini dedi. VİP sədri Əli Əliyevə də toplantı barədə demişdik. Əli Əliyev də həmin vaxtda partiyalarının iclasının olduğunu əsas göstərək qatıla bilmədiyini dedi. Nəticədə 9 siyasi partiyanın sədri toplandı.

- Nə üçün məhz bu partiyalara müraciət olunub?

- Mən istəyirəm buna da aydınlıq gətirim. Bilirsiniz ki, aprelin 9-da Nazirlər Kabineti yanında Operativ Qərargaha 15 siyasi partiyanın və 1 hərəkatın birgə müraciəti olmuşdu. Müraciətdə pandemiya ilə bağlı təkliflər əksini tapırdı. Həmin sənədi imzalamış və yaxud onun hazırlanmasında iştirak etmiş partiyalara, həm bu müddətdə mütəmadi olaraq əlaqə saxlaya bildiyimiz partiyalara 18 mayda toplanmaq üçün müraciət elədik. Formatın belə bir tərkibdə olması bununla bağlı idi. Fikir mübadiləsi aparıldı və onun çox hissəsi canlı efirdə yayınlandı. Təxminən 40 dəqiqə isə canlı efirdən kənar fikir mübadiləsi etdik. Sonda razılaşdıq ki, burada qaldırılan məsələlər ətrafında artıq konkret müzakirələr təşkil olunsun, tədbirlər keçirilsin. Ola bilsin çox böyük ehtimalla gələn həftə AMİP-in təşkilatçılığı ilə belə bir tədbir yenidən keçirilsin. Toplantıda fikir səsləndi ki, növbəti toplantılarda çevrənin daha geniş olmasına çalışmaq lazımdır. Yəni bu, format deyil, birlik deyil, blok deyil. Bu, sadəcə olaraq, Azərbaycanda yaranmış ictimai-siyasi vəziyyət, koronavirusla bağlı ortaya çıxmış situasiya, gözlənilən vəziyyətə hazırlıq məsələlərini müzakirəyə çıxarıb, təkliflər irəli sürmək məqsədilə keçirilən toplantıdır. Həm də aktual olan məsələlərdən biri iqtidar-müxalifət dialoqu məsələsidir. Bu, ən yüksək səviyyədə həm iqtidar tərəfindən səslənib, həm də müxalifət tərəfindən müzakirə olunub və indi də olunmaqdadır. Bu məsələ barədə bir mövqeyin işlənib hazırlanması üçün də siyasi partiyaların toplanması zərurəti var. Nəhayət, Qarabağla bağlı indiki şəraitə uyğun ümummilli platformanın müzakirəsi və mövqelərin müəyyənləşdirilməsi də vacibdir. Bu üç əsas temada ola bilsin ki, yaxın bir ay ərzində müzakirələr olması gözlənilir.

- Müxalifətin yeni konfiqurasiyasından söhbət gedə bilərmi? Yəni bu tərkibi yeni konfiqurasiya adlandırmaq olar?

- Heç bir konfiqurasiyadan söhbət getmir. 18 maydakı toplantıda bu barədə açıq deyildi. Yəni mümkün olmayan və bu barədə hər hansı bir diskussiyalara da ehtiyac yoxdur. Konkret yuxarıda dediyimiz məsələlər barədə ümumi mövqenin hazırlanması üçün keçirilən toplantı olub. Məsələn, efirə getməyən hissədəki müzakirələr zamanı təkliflər oldu ki, ölkədə dövlət qeydiyyatından keçən bütün siyasi partiyalara müraciət olunsun. Təbii ki, onların əksəriyyəti ya dəvəti qəbul edib gəlmirlər, ya da siyasi mövqeləri üzündən bu cür toplantılara qoşulmurlar. Lakin hər bir halda hamıya müraciət olması təklifi verildi. İqtidara da təklif etmişik ki, əgər söhbət siyasi partiyalarla və ya müxalifətlə dialoqdan gedirsə, bütün siyasi partiyalar dəvət olunsun.

Konfiqurasiya məsələsi isə bir tərəfdən həm doğru deyil, ikincisi, kifayət qədər fərqli siyasi mövqelər var. 18 mayda keçirilən müzakirələrdə də məlum oldu ki, hətta bir-birinə bəzən tamamilə fərqli yanaşmalar var. İstər iqtidar-müxalifət dialoquna aid, istər Qarabağ probleminə yanaşmada müəyyən fərqlərin olduğu meydana çıxır. Hətta ümumi vəziyyətin dəyərləndirilməsində də bəzən fərqli yanaşmalar meydana çıxır. Məsələn, toplantıda iştirak edən Ümid Partiyasının sədri İqbal Ağazadə, ümumiyyətlə, bu cür məsələlərin lazımlılığını şübhə altına alan çıxış elədi. Prinsip etibarilə əlbəttə ki, müzakirələrin gedişində bu və ya digər məsələlər barəsində mövqeləri üst-üstə düşən qüvvələrin hansısa bir məqamda sizin dediyiniz kimi formatlar şəklində fəaliyyət göstərməsini də istisna eləmirəm. Amma bu prosesə aidiyyəti yoxdur və bu prosesin də məqsədi müxalifətin yeni konfiqurasiyasının qurulması deyil.

- 9 partiyanın sırasında Müsavat Partiyasını və AXCP-ni görmədik. Siz dəvət etməmişdiniz, yoxsa dəvət olunublar, gəlməyiblər? Dəvət etməmisinizsə, səbəb nədir? Növbəti toplantı üçün onlara da müraciət ediləcək?

- Biz 9 apreldə yuxarıda xatırlatdığım sənədi hazırlayarkən Hacıbaba Əzimov Müsavat başqanı Arif Hacılı ilə danışmışdı və Müsavatın da bu sənədə qoşulmasını təklif etmişdi. Lakin bir cavab gəlməmişdi. O zaman AXCP sədri Əli Kərimlinin telefonları cavab vermirdi. Onun köməkçisi Faiq Əmirovla mənim birinci müavinim Qiyas Sadıqlı danışmışdı və xahiş etmişdi ki, o sənədi Əli Kərimliyə göstərsin. Sonra Faiq Əmirli həbs olundu. Açıq demək lazımdır, bir qayda olaraq AXCP və Müsavat bu cür formatlarda irəli sürülən təşəbbüslərdə və hazırlanan sənədlərdə son illərdə iştirak eləmir. Əlbəttə, biz bu mövqeyə də hörmətlə yanaşırıq. Bu, həmin partiyaların suveren hüququdur. Yuxarıda xatırlatdım ki, xüsusi karantin rejimi günlərində bir-biri ilə əlaqə saxlamış, ünsiyyətdə olmuş və əməkdaşlıq etmiş partiyaları 18 mayda toplantıya dəvət etdik. Əlbəttə, mən şəxsən çox istərdim ki, Müsavat Partiyası və AXCP də bu məsələdə öz mövqelərində bir korrektə eləsinlər. Bu, Azərbaycan demokratik qüvvələrinin, Azərbaycan müxalifətinin maraqlarına cavab verərdi. Amma bir daha təkrar edirəm, hər hansı bir prosesdə iştirak edib-etməmək onların suveren hüququdur, öz taktikalarıdır. Biz də buna hörmətlə yanaşırıq.

18 may toplantısına REAL Partiyası, Əli İnsanovun sədrlik etdiyi Haqq Ədalət Partiyası, Demokratiya və Rifah Hərəkatı da dəvət edilməyib. Halbuki 9 aprel sənədində Əli İnsanovun imzası var. Qubad İbadoğlu sənədin hazırlanmasında müəlliflərdən biri idi. Qeydə alınan siyasi partiyaların iştirakını indiki etapda əsas götürdük.

- Pənah Hüseyn, axı Siz nə istəyirsiniz?

- Mənim bir gizli niyyətim yoxdur. Birincisi, iqtidarda olmayan siyasi qüvvələrin bir araya gəlməsini mən indiki dövrdə dövlətin və xalqın problemlərinin həlli üçün həyati əhəmiyyətə malik hadisələrdən biri hesab edirəm. İstər Qarabağ problemi, istər korrupsiyaya qarşı mübarizə, istər demokratikləşmənin yeni bir mərhələyə keçməsi olsun, bu və digər məsələlər, həmçinin milli həmrəyliyin formalaşması baxımından bunu vacib sayıram. Ona görə də iqtidarda təmsil olunmayan qüvvələrin bir araya gəlməsini və əməkdaşlığını olduqca əhəmiyyətli sayıram. Biz iqtidar-müxalifət dialoqundan danışdıq. Çox təəssüf ki, müxalifətdaxili və siyasi partiyalararası dialoqa da ehtiyac var. Məqsədlərimizdən biri də budur. Bəzi məqsəd və niyyətləri də özümüz üçün saxlayaq.

Toplantıda iştirak edənlər bildirdilər ki, bu toplantıda iştirak eləyən siyasi qüvvələrə münasibətindən asılı olmayaraq Müsavat, AXCP və digər siyasi qüvvələrin də növbəti etapda iştirakı üçün səylər göstərilsin. Mən bu gün (dünən-red.) Müsavat başqanı Arif Hacılıya zəng elədim. Hansısa səbəbdən telefonu cavab vermədi. Əslində ondan bir görüş istəyəcəkdim. Bu gün AXCP sədri Əli Kərimli ilə danışa bildim. Uzun müddət idi onun telefonları bağlandığı səbəbindən danışa bilmirdim. İndi Əli Kərimlinin vəziyyəti də elə deyil ki, dərhal görüş istəyəsən. Amma bugünkü telefon danışığımızda ümumi şəkildə mən bir görüşmək arzumu ifadə elədim. Digər siyasi partiyalarla da həm mən, həm də 18 mayda toplantıda iştirak eləyən partiya sədrlərinin bəziləri, növbəti toplantının təşkilatçısı kimi AMİP danışıqlar aparacaq.

- Belə demək mümkündürmü ki, müxalifət partiyalarının özü iki cinaha bölünüb? Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə görüşdə iştirak edən, 9 aprel sənədində və mayın 18-də keçirilən toplantıda iştirak eləyən müxalifət partiyaları bir tərəf, iştirak eləməyənlər isə digər tərəfdə qalıblar...

- Çox təəssüf ki, əslində 18 may toplantısının məqsədinə və perspektivinə uyğun olmayan təəssürat yaranır. Sözün doğrusu, insanlarda bu cür təəssüratın yaranmasını insanların üzərinə bir təqsir kimi qoymaq olmur. Çünki mənzərə həqiqətən elə görünür. Amma halbuki məsələn, ADP sədri Sərdar Cəlaloğlu dialoq məsələsində ən loyal mövqe ortalığa qoyub, lakin Prezident Administrasiyasındakı görüşdə iştirak eləməyib, 9 partiyanın toplantısında isə iştirak edib. O, qeyd-şərtsiz dialoq tərəfdarı kimi çıxış elədi. Mənim hakimiyyət rəsmisi ilə görüşdə iştirak eləməyən partiyalarla ümumi siyasi məsələlərdə mövqeyim daha çox üst-üstə düşür, nəinki 18 mayda toplantıda iştirak eləyən bəzi partiyaların mövqeləri və yanaşması ilə. Siyasət həm də mümkün olanı etməkdən ibarətdir. Son toplantımız göstərdi ki, bu və digər konkret məsələlərdə mövqeləri üst-üstə düşməyən qüvvələrin də bir araya gəlməsi, müzakirə aparması və mümkün olarsa, mövqelərini uzlaşdırması mümkündür. Bunun da yolu dəyirmi masanın ətrafında əyləşməkdən keçir.

- İqtidar-müxalifət dialoqu gündəmdə qalırmı və yaxın zamanlarda növbəti mərhələsi gözlənilirmi?

-...

(Davamı növbəti sayımızda)







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Futbol üzrə İtaliya çempionatının bərpa olunacağı vaxt bəlli oldu
Bu gün, 08:11
Dünyada koronavirusa daha 101,5 min yoluxma qeydə alınıb
Bu gün, 08:05
"Bakının daşınmaz əmlak bazarında aktivlik artıb"
23-05-2020, 13:26
Dövlət Gömrük Komitəsi nə zaman YOXLANILACAQ? - Sahibkarlar TƏLƏB EDİR
23-05-2020, 13:24
Lənkəranda COVİD-19 pandemiyası ilə mübarizə tədbirləri davam etdirilir - FOTO
23-05-2020, 13:03
Bakıda bərbad vəziyyətdə olan kitabxana binası ilə bağlı RƏSMİ AÇIQLAMA
23-05-2020, 12:54
"Qadın sevdiyi kişinin cinayətlərini belə ilahiləşdirir"
23-05-2020, 12:52
Gürcüstan Ermənistanın səhiyyə nazirinə cavab verdi
23-05-2020, 12:48
Güclü külək bəzi rayonlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub - FOTO
23-05-2020, 12:47
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən növbəti videokonfrans keçirilib
23-05-2020, 12:46
Bu il məscidlərdə bayram namazı qılınmayacaq - QMİ
23-05-2020, 12:34
''Mənim təmtəraqla aram yoxdur''
23-05-2020, 12:23
İşğala qarşı yeni platforma: Azərbaycan GUAM-ı dirçəldə bilər - GƏLİŞMƏ
23-05-2020, 12:17
Cərimələr niyə ləğv edilməlidir? - DYP-dən cavab
23-05-2020, 12:13
Azərbaycan və Türkmənistan Xəzərin dibi ilə kabel xəttinin çəkilməsi şərtlərini müzakirə edib
23-05-2020, 12:09
"Cəmiyyətimiz müharibəyə hazır deyil..." - deputat
23-05-2020, 12:08
"Karantində arvadımı daha çox sevdim" - Xalq artisti
23-05-2020, 12:04
Kürdəmir sakinini həmkəndlisi döydü
23-05-2020, 11:57
“Belələrinə 100 manat verirsən, ürəyin nə istəyir yazdırırsan”
23-05-2020, 11:56
Daha bir qadının boğazı kəsildi - Bakıda DƏHŞƏTLİ QƏTL
23-05-2020, 11:54
İranın Qarabağ aktivliyi: nə baş verir? - TƏHLİL
23-05-2020, 11:53
Nazirlik hərəkətə keçdi: YOXLAMA BAŞLADI - Neçə icra başçısının başı ağrıyacaq
23-05-2020, 11:48
Kamran Əliyevdən avtomobillərin texniki baxışı ilə bağlı VACİB AÇIQLAMA
23-05-2020, 11:46
“Hazırda islahatlara mane olanların sıradan çıxarılması prosesi gedir” - deputat
23-05-2020, 11:38
Lənkəranda yaşayış evindən külli miqdarda tiryək aşkarlanıb
23-05-2020, 11:37
Yol polisinin yazdığı cərimələr ləğv olunmalıdır - Baş nazirə müraciət
23-05-2020, 11:35
Bayram Səfərovun gedişi yenidən gündəmdə... - İDDİA
23-05-2020, 11:32
“Bilinmir aktrisadır, yoxsa porno ulduzdur…”
23-05-2020, 11:29
Naxçıvanda "Cənab Sədr" dövrü bitir – Səlahiyyətlər kimə keçəcək?
23-05-2020, 11:25
NAXÇIVANIN YENİ BAŞ NAZİRİ KİM OLACAQ? - Ali Məclis bu gün Prezidentin təqdimatına baxacaq
23-05-2020, 11:22
“Əməkhaqqı fonduna və işsiz vətəndaşlara iyunda da yardım edilməlidir” - TƏKLİF
23-05-2020, 11:20
"Alov qüllələri" yaxınlığında yanğın baş verməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir - FHN
23-05-2020, 11:19
“Məmmədyarov seçki komissiyasının qadın üzvü kimi hamının üzünə dirənib” - Eldar Namazov
23-05-2020, 11:17
Beyləqanda PETrolçu hacı ŞANTAJLA məşğuldur - İDDİA
23-05-2020, 11:16
Bakıda güclü yanğın BAŞLADI - VİDEO
23-05-2020, 11:12
Ceyhun Bayramovdan tələbələrdən təhsil haqqının tələb edilməsinə REAKSİYA
23-05-2020, 11:10
Qarabağ məsələsinin həllində Rusiyanın mövqeyi zəifləyir - TƏHLİL
23-05-2020, 11:08
"Flora xanım cinsiyyəti bəlli olmayan tulalarına, küçə uşaqlarına desin ki..." - QALMAQAL
23-05-2020, 10:57
Rusiyalı milyarder həbsxanada koronavirusa yoluxub
23-05-2020, 10:56
Korrupsiya yeminə çevrilən ictimai iş yerləri: - “İcra başçıları düşünür ki, kim yoxlayacaq...”
23-05-2020, 10:54
Ermənistanda koronavirusdan ölənlərin sayı 77-yə çatdı
23-05-2020, 10:51
Rasim Balayev mədəniyyət naziri olsun?! - “...Məni təyin etməzlər !”
23-05-2020, 10:50
İcra başçıları niyə Padşaha çevrilir? - AKTUAL
23-05-2020, 10:48
Zeynəb Xanlarovanı öldürmək istəyənlər - İşin arxasındakı şəxs və maraqlar
23-05-2020, 10:47
Bakının üç rayonunda Ramazan yarmarkası açılıb - SİYAHI
23-05-2020, 10:44
Uğurlu idarəçi məsuliyyət daşıyan bir şəxs olmalıdır - Muxtar Babayev
23-05-2020, 10:43
"Əvvəllər həmin məmur barmağıyla hansı işarəni verirdisə, təşkilat o işi görürdü..."
23-05-2020, 10:42
Yeni iqtidar komandasının üstün cəhətləri - TƏHLİL
23-05-2020, 10:37
AzTV-ni Əli Həsənov idarə edir?! — Dövlət televiziyasının yenilikçilərə bağlanan pavilyonu...
23-05-2020, 10:36
Oqtay Gülalıyev Bakıya gətirilə bilər - AÇIQLAMA
23-05-2020, 10:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru