Qaxda məktəb direktoru həbs oluna bilər .....                     Fazil İsmayılovun Gəncə Dövlət Universiteti arzusu .....                     Çində koronavirus qurbanlarının sayı 2592-ə yüksəlib .....                     Türkiyədə növbəti dəfə zəlzələ oldu .....                     Türkiyəli məşhurları "Piyanist"in mahnılarını oxudular .....                     Bir sıra Avropa ölkələrinin səhiyyə nazirləri arasında koronavirusla bağlı müzakirələr başlayacaq .....                     “Brent” markalı neftin qiyməti ucuzlaşır .....                     Bu gün dollar neçəyədir? .....                     Quba sakinləri narkotiklə yaxalandılar .....                     Daha hansı başçını yola salacaqlar? .....                     Naxçıvan Ali Məclisinə yeni sədr seçiləcək .....                     DTX-nın tutduğu YAP-ın namizədi .....                     Vasif Talıbov Ali Məclisə yeni Aparat rəhbəri təyin etdi .....                     Azərbaycan nefti 2 dollar ucuzlaşıb .....                     Zərdabda polis əməkdaşları məktəblilərin qonağı olub .....                     Bakıda hava limanında nəzarət gücləndirilib: .....                     “Nar” ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub .....                     Büdcəni dağıdan saxta tender şirkətləri kimlərin adınadır? .....                     Azərbaycanda vəzifəli şəxs vəfat edib .....                     Bakıda nəfəs borusunda dərman həbi qalan 3 yaşlı uşaq ölüb .....                     "Vurğun müəllim, bizim protokolları verin, çıxıb gedək..." .....                     Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Bala Bəhmənli kəndində keçirilib .....                     Bakıda tələbə dəm qazından boğulub .....                     Əhəd Abıyevin işdən çıxarılan qardaşı danışdı .....                     Qohum olan keçmişli-indikili DEPUTATLAR… .....                     "Tahir Kərimov da İsmayıl Vəliyev kimi qanun qarşısında cavab verməlidir" .....                     Əhmədzadənin çətiri altında ilginc olaylar... .....                     Həbs olunan icra başçısını nə gözləyir? .....                     Şabranın icra başçısı da sahibkar imiş... .....                     Neftçalada tender udan şirkətlər... .....                     "DTX-nin Neftçalada keçirdiyi əməliyyatdan hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır..." .....                     İsmayıl Vəliyevin obyektlərinin siyahısı yayıldı... .....                     Tofiq Zülfüqarovun iştirakçısı olduğu yol qəzası ilə bağlı sürücüyə bəraət verilib .....                     "Rəhman Rəhmanovun vəziyyəti günü-gündən pisləşir" .....                     "Çəkilən qadın hüquq-mühafizə orqanlarına müraciət edib" .....                     Baş redaktor Şeyx Sərdar Hacıhəsənli azadlığa çıxıb .....                     Səudiyyə Ərəbistanı İrana uçuşları dayandırdı .....                     İsmayıl Vəliyevin qollarındakı qandal... .....                     Kremlin gizli planına qarşı İrəvanın Xocalı şantajı .....                     Bakıda qadın evdə bıçaq xəsarətləri alıb .....                 

"O vaxt Rəsul Quliyevin yanlış hərəkətlərinə uymuşdu" - Sərdar Cəlaloğlu
Tarix: 29-01-2020, 09:57 | Çap et
"O vaxt Rəsul Quliyevin yanlış hərəkətlərinə uymuşdu"
Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun iki ay öncə qurduğu Haqq və Ədalət Partiyasının (HƏP) təsis konfransı keçirilib. Bu barədə sabiq nazirin özü facebook səhifəsində məlumat yayıb. Statusda bildirilir ki, partiyanın Təşkilat Komitəsinin Bakı Şəhər İcra Hakimiyyətinə təsis konfransının keçirilməsi üçün 200 (iki yüz) nəfərlik bir yer ayrılması ilə bağlı müraciət etsə də, Bakı şəhər rəhbərliyinin cavab məktubunda konfransın keçirilməsi üçün müvafiq yeri özlərinin axtarıb tapması tövsiyə olunub. Konfransın Ə.İnsanovun evində keçirildiyi bildirilir.

Tədbirdə Əli İnsanov partiyanın sədri seçilib. Həmçinin HƏP-in 15 nəfərdən ibarət İdarə Heyəti formalaşıb. Xaricdə yaşayan siyasi mühacir, polkovnik İsa Sadıqov partiya sədrinin 1-ci müavini, mərhum xalq şairi Bəxtiyar Vahabzadənin oğlu, Azərbaycanın Belarusdakı sabiq səfiri İsfəndiyar Vahabzadə və sabiq deputat Zəminə Dünyamalıyeva sədr müavinləri seçilib. Bu da diqqətləri daha çox çəkib.

Sabiq nazirin partiyasının Azərbaycanın siyasi səhnəsində özünə yer tutub-tutmayacağı, hər hansı bir uğur qazanıb-qazanmayacağı müzakirə olunur.

ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”da keçmiş partiyadaşı Z.Dünyamalıyevanın HƏP-də müavin olmasına bu cür şərh verdi: “Zəminə xanımın hansı partiyaya getməsi, kiməsə qoşulması onun şəxsi işidir. O vaxt Rəsul Quliyevin yanlış hərəkətlərinə uymuşdu. Bizim partiyadan çıxandan sonra açığı, siyasi fəaliyyəti ilə o qədər də maraqlanmamışam. Amma deyə bilərəm ki, bir neçə təşkilatın üzvü olub. Azərbaycan Naminə Alyans var idi, ona üzv olmuşdu. Sonradan Rəsul Quliyev bir partiya yaratdı və ora getdi. Çox aktiv bir qadındır. İndi, görünür, ümidi daha çox Əli İnsanovun partiyasınadır. Onun üçün, hər halda, HƏP-i seçib. Bəxtiyar Vahabzadənin oğlunun müavin olmasına gəlincə, o, təxminən iki ay öncə bəyanat vermişdi ki, Təşkilat Komitəsində deyiləm, adım yalandan yayılıb. Bu sözləri deyib, sonradan gedib ora üzv olursa, hətta müavin seçilirsə, bu onu göstərir ki, o, sabit bir adam deyil. Dünən bir cür danışırsan, bu gün tamam fikirlərinin əksini edirsən, demək, ya o vaxt yalan deyirdin, ya da indiki addımın yalandır. Bu cür qurulan partiyanın heç bir perspektivi yoxdur. Birinci müavin İsa Sadıqov olub. O, Norveçdə yaşayır, oranın vətəndaşıdır, övladları da həmçinin. Özü Gürcüstan vətəndaşı idi, gəlib Azərbaycanda hərbi xidmət edirdi. İkinci vətəndaşlığı faktiki Norveç olub, 15 ildən çoxdur ki, orada yaşayır. Xaricdə yaşayan və orada bir ölkənin vətəndaşı olanlar Azərbaycanda siyasi fəaliyyətlə məşğul ola bilməzlər. Bunu qanun deyir. Açığı, mənim üçün təəccüblüdür ki, İsa Sadıqov hara, Əli İnsanov hara. Mən İsa Sadıqovla dostam. Onunla ailəvi dostluğumuz var. Fəxr ediləsi bir Azərbaycan oğludur. Düzdür, siyasətdən başı bir o qədər də çıxmayan adamdır. Müdafiə Nazirliyində çalışarkən öz işinin öhdəsindən layiqincə gəlib. Onun Gürcüstanda çox böyük nüfuzu var. Əgər İsanın bundan, yəni müavin təyin olunmasından xəbəri varsa, sadəcə, buna təəccüblənirəm. Xəbəri yoxdursa, bu, başqa məsələdir”.

ADP sədri Ə.İnsanovun heç bir uğur qazanmayacağını bildirdi: “Bəzən həqiqətləri dediyim üçün insanlar mənə nifrət edir, üzərimə hücumlar təşkil olunur. Onun və ətrafında olan adamların Azərbaycan siyasətinə heç bir təsirləri olmayacaq. Bunu yaxın gələcəkdə görəcəyik. Azərbaycanda yeni siyasi partiya o zaman yarana bilər ki, ideoloji bir boşluq olsun. Ölkəmizdə 54 qeydiyyatdan keçən siyasi partiya var və onlarda ideologiyanın demək olar bütün alternativləri ifadə olunub. 55-ci siyasi partiya hansı ideologiyaya əsaslanacaq? Əli İnsanov hansı keyfiyyətlərinə, xüsusiyyətlərinə görə siyasi arenada özünə yer tutacaq? Düzdür, o, iradəsi, prinsipallığı ilə müəyyən rəğbət qazana bilər. Amma açığı deyim ki, hiddət doğuracaq bir adamdır. O, bu gün tənqid etdiyi hakimiyyəti yaradanlardan biridir, mövcud vəziyyətdə onun da birbaşa rolu var. Zəminə xanımın ora getməsi ola bilsin ki, vaxtilə Əli İnsanovla birlikdə YAP-ın idarə heyətinin üzvü olmasından irəli gəlib. Hakim partiyadan incik düşənlərin bir araya gəlməsi kimi də bunu qəbul etmək olar. Onlar YAP-da olanda az qala partiyanı Azərbaycanın xilaskarı kimi qələmə verirdilər. Rəqiblərə qarşı amansız mübarizə aparırdılar. Düşünürəm ki, ortada bu faktlar ola-ola müxalifətçilik etmək olmaz. Bu gün Əli İnsanovun partiyasında olan bəziləri var ki, sanki hökumət onlara bir şey vermədiyi üçün bu cür mövqe seçiblər. Əli İnsanov vaxtilə indiki hakimiyyətin ən yüksək postlarından birində təmsil olunub. İndi nə oldu? Bir vaxtlar mənə nazirlik, deputatlıq verirdilər, yaxşı idilər, indi həbs olundum, azadlığa çıxdım, pisdirlər. Hökumət bir şey verəndə tərifləyirsən, verməyəndə pisləyirsən. Müxalifətdə də belədir. Mandatın ucu görünən kimi iqtidarçı olurlar. Bu cür yollarla ölkəni inkişaf etdirə bilmərik. Əli İnsanovun partiyası Azərbaycana ciddi nəsə verə biləcək imkana malik deyil. Maraqlı qüvvələrin toplandığı partiyaların fəaliyyəti Azərbaycanda olub. AXCP, Müsavat kimi revanşist partiyalar var və bu dəqiqə də fəaliyyətləri davam edir. Əli İnsanovun partiyasını da revanşist təşkilat adlandırmaq olar. Müxalifətçilikdə Müsavat və AXCP Azərbaycana nə veribsə, eyni nəticələri də Əli İnsanov əldə edəcək. Bundan uzağa gedə bilməyəcək. Ümumiyyətlə, Azərbaycanda revanşistlərin siyasi səhnədə olmalarının əleyhinəyəm. Çünki revanşizm demokratik islahatların qarşısında ən böyük maneədir”.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qaxda məktəb direktoru həbs oluna bilər - korrupsiya faktları və...
Bu gün, 08:24
Fazil İsmayılovun Gəncə Dövlət Universiteti arzusu - İTTİHAM
Bu gün, 08:21
Çində koronavirus qurbanlarının sayı 2592-ə yüksəlib
Bu gün, 08:16
Türkiyədə növbəti dəfə zəlzələ oldu
Bu gün, 08:15
Türkiyəli məşhurları "Piyanist"in mahnılarını oxudular
Bu gün, 08:13
Bir sıra Avropa ölkələrinin səhiyyə nazirləri arasında koronavirusla bağlı müzakirələr başlayacaq
Bu gün, 08:10
“Brent” markalı neftin qiyməti ucuzlaşır
Bu gün, 08:09
Bu gün dollar neçəyədir?
Bu gün, 08:07
Quba sakinləri narkotiklə yaxalandılar
22-02-2020, 12:27
Daha hansı başçını yola salacaqlar? - GƏLİŞMƏ
22-02-2020, 12:25
Naxçıvan Ali Məclisinə yeni sədr seçiləcək - QƏRAR
22-02-2020, 12:19
DTX-nın tutduğu YAP-ın namizədi cəmi 351 səs alıb
22-02-2020, 12:18
"Bunu Damlaya qadağan etmişəm"
22-02-2020, 12:16
Vasif Talıbov Ali Məclisə yeni Aparat rəhbəri təyin etdi
22-02-2020, 12:12
Azərbaycan nefti 2 dollar ucuzlaşıb
22-02-2020, 12:08
Zərdabda polis əməkdaşları məktəblilərin qonağı olub
22-02-2020, 12:07
“80 yaşımda deputat olmaq arzum yaransa…” - Azər Qərib
22-02-2020, 12:02
Bakıda hava limanında nəzarət gücləndirilib: - Koronovirusa nəzarətçi heyətin sayı artırılıb
22-02-2020, 11:58
“Nar” ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub
22-02-2020, 11:56
Büdcəni dağıdan saxta tender şirkətləri kimlərin adınadır? - İLGİNC SİYAHI
22-02-2020, 11:54
Xalq artistinin tüfeyli həyat yaşayan oğlu - “Qadınlara sataşır, özünü apara bilmir”
22-02-2020, 11:52
Azərbaycanda vəzifəli şəxs vəfat edib
22-02-2020, 11:42
Bakıda nəfəs borusunda dərman həbi qalan 3 yaşlı uşaq ölüb
22-02-2020, 11:34
"Vurğun müəllim, bizim protokolları verin, çıxıb gedək..." - VİDEO
22-02-2020, 11:33
Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Bala Bəhmənli kəndində keçirilib
22-02-2020, 11:29
Bakıda tələbə dəm qazından boğulub
22-02-2020, 11:17
Tanınmış azərbaycanlı teleaparıcı təcili xəstəxanaya yerləşdirildi –"Çox pis virusdur..."
22-02-2020, 11:16
Əhəd Abıyevin işdən çıxarılan qardaşı danışdı - "Burada başaa məna axtarmağa lüzum yoxdur"
22-02-2020, 11:15
Əməkdar artist depressiyaya düşdü - "Əməliyyat olunmalıyam, amma..."
22-02-2020, 11:11
Qohum olan keçmişli-indikili DEPUTATLAR… - SİYAHI
22-02-2020, 11:08
"Tahir Kərimov da İsmayıl Vəliyev kimi qanun qarşısında cavab verməlidir" - Salyan sakinlərindən ÇAĞIRIŞ
22-02-2020, 11:06
Əhmədzadənin çətiri altında ilginc olaylar... - VİDEO
22-02-2020, 11:02
Həbs olunan icra başçısını nə gözləyir? – Ağır cəza...
22-02-2020, 10:57
Şabranın icra başçısı da sahibkar imiş... - FOTO
22-02-2020, 10:54
Neftçalada tender udan şirkətlər... - Onların da işi araşdırılmalıdır...
22-02-2020, 10:45
"DTX-nin Neftçalada keçirdiyi əməliyyatdan hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır..." - deputat
22-02-2020, 10:41
İsmayıl Vəliyevin obyektlərinin siyahısı yayıldı... - Adam rüşvəti biznesə yatırırmış...
22-02-2020, 10:39
Tofiq Zülfüqarovun iştirakçısı olduğu yol qəzası ilə bağlı sürücüyə bəraət verilib
22-02-2020, 10:33
“Efiri bazara çevirmisən” - Yeni qalmaqal
22-02-2020, 10:32
"Rəhman Rəhmanovun vəziyyəti günü-gündən pisləşir"
22-02-2020, 10:30
"Çəkilən qadın hüquq-mühafizə orqanlarına müraciət edib" - QALMAQAL
22-02-2020, 10:27
Baş redaktor Şeyx Sərdar Hacıhəsənli azadlığa çıxıb - FOTO
22-02-2020, 10:25
Səudiyyə Ərəbistanı İrana uçuşları dayandırdı
22-02-2020, 10:23
İsmayıl Vəliyevin qollarındakı qandal... – Yaxud keçilərin SİNFONİYASI
22-02-2020, 10:23
Kremlin gizli planına qarşı İrəvanın Xocalı şantajı - TƏHLİL
22-02-2020, 10:21
Bakıda qadın evdə bıçaq xəsarətləri alıb
22-02-2020, 10:19
Zibil qutusunda yeni doğulmuş körpənin meyiti tapıldı - Sumqayıtda DƏHŞƏT
22-02-2020, 10:18
Paşinyan Münhen məğlubiyyətinin depressiyasından çıxa bilmir - GƏLİŞMƏ
22-02-2020, 10:15
Hacıqabul ikinci dəfə silkələndi - YENİLƏNİB
22-02-2020, 10:13
Neft yenidən ucuzlaşıb
22-02-2020, 10:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru