“Prezidentlə görüşüb, razılığını almışam” .....                     Əhaliyə 60 faizlə pul verən kredit təşkilatı haqqında şok iddia .....                     Xatunun itləri .....                     Leriklilər niyə İqbal Məmmədova qarşıdır? .....                     “Böyük Britaniya yanvarın 31-də Avropa Birliyindən çıxmağa hazırdır” .....                     Bu gün dollar neçəyədir? .....                     Hadı Rəcəbli seçicilərinin sayını montaj proqramı ilə "artırdı" .....                     Naqif Həmzəyevin uğurlu görüşlər seriyası .....                     Bakı şəhər prokurorluğunda .....                     Dilqəm Əsgərov nəvəsinin şəklini görəndə sevinib .....                     BDU tələbəsinin müəmmalı ölümündə sirr pərdəsi .....                     FİFA Azərbaycan klublarının transferlərdən 100 min dollar ziyana düşdüyünü açıqlayıb .....                     Deputatlığa namizədlərin sayı açıqlanıb .....                     "Onlar cinayət törədən, qayda-qanunu pozan vətəndaşı müdafiə etməyi özlərinə peşə seçiblər" .....                     "AFB Bank"da yeni təyinat .....                     "Azərsun"un Bakıdakı ofisi qarşısında etiraz aksiyası KEÇİRİLDİ .....                     Azərbaycan və Monqolustan prezidentləri görüşüblər .....                     Leriki İqbal Məmmədova peşkəş edən kimdir? .....                     Azərbaycan və Polşa prezidentlərinin Davosda görüşü olub .....                     Ekspertdən İpoteka və Kredit Zəmanət Fonduna: .....                     Prezident İlham Əliyev “SUEZ Group”un yeni baş icraçı direktoru Bertran Kamusla görüşüb .....                     "Seçicilərin minnəti olsun ki, mənim danışığıma qulaq assın" .....                     Arif Qasımov rayon sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib .....                     Vilayət Eyvazov Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib .....                     Azərbaycanda məktəbli geyimləri hansı formada olmalıdır? .....                     Dövlət Komitəsi məcburi köçkünlərin yaşamadıqları mənzillərin boşaldılmasına aydınlıq gətirib .....                     DSMF Dövlətin Ana Qanununu tanımır? .....                     Liviya Milli Ordusu Tripolini vurdu .....                     Ziyad Səmədzadə seçki qanununu vecinə almır .....                     Məhkəmə erməni generalın ölümünü gözləyir .....                     Metroda cibgirlik edən şəxs saxlanılıb .....                     Taleh Qaraşovun işçiləri belə işləyir .....                     Adil Vəliyev kimi başçı varsa... .....                     Bu, Mingəçevirin adına ayıbdır... .....                     Obyektlərin üzərinə yapışdırılan namizəd plakatları sökülür? .....                     “Bu rayona həyatında ayağı dəyməyən Sadiq Qurbanov...” .....                     Pompeo ilk dəfə Belarusa səfər edəcək .....                     Ukrayna radiosunda Ermənistanın işğalçılıq siyasəti pislənilib .....                     Zərgərin oğlunu öldürən "Pulya Nəriman”la bağlı qərar elan olunub .....                     “Əli Kərimli cəbhəçiləri şantaj edib mitinqlərə çıxarırdı” .....                 

Bəzi DSK-lar və bank xidmətindən narazılıqlar var
Tarix: 26-12-2019, 08:52 | Çap et
Bəzi DSK-lar və bank xidmətindən narazılıqlar var
2020-ci il fevralın 9-na təyin olunmuş növbədənkənar parlament seçkisinin Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilən təqvim planına görə, hazırda deputatlığa namizədliyin irəli sürülməsi və imzatoplama kampaniyası prosesi gedir. Namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə qərar sənədlər seçki komissiyasına təqdim ediləndən sonra 5 gün müddətində verilir. İmza vərəqələrinin verilməsi namizədliyin irəli sürülməsini təsdiqləyən qərar qəbul edildiyi gündən start götürür. Namizədin müdafiəsi üçün toplanan seçici imzalarının və təqdim edilən digər sənədlərin yoxlanması, qeydə alınıb-alınmaması haqqında qərar sənədlər qəbul edildikdən sonra 7 gün müddətində rəsmiləşir. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.

Bu sənədlər 2019-cu il dekabrın 21-dən 2020-ci il yanvarın 10-dək dairə seçki komissiyalarına təqdim edilməlidir.

Seçkilərdə 10-dan yuxarı siyasi partiya iştirak edir. Hakim Yeni Azərbaycan Partiyası, parlamentdə təmsil olunan partiyalarla yanaşı parlamentdə təmsil olunmayan müxalifət partiyalarının da bir çoxu seçkilərdə namizədlərini irəli sürüblər. Müxalif partiyaların namizədlərinin imzatoplama kampaniyasının necə getdiyini, hansısa çətinliklərinin olub-olmadığını araşdırdıq.

AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, budəfəki parlament seçkilərinə fərdi qaydada deyil, partiya siyahısı ilə, AĞ Partiya kimi qatılıblar. Bu da o deməkdir ki, istər sənədləşmə, istərsə də digər hüquqi prosedur qaydaları daha da ağırlaşıb. Yəni kiminsə fərdi qaydada öz təşəbbüsü ilə namizəd olması ilə partiya xətti ilə namizəd olma arasında xeyli bürokratik fərqlər mövcuddur: “Odur ki, seçki başlayandan bu yana partiya olaraq bu proses bizim daha çox vaxtımızı və enerjimizi alır. İlkin hesablamalara əsasən, AĞ Partiya olaraq 20 namizədlə seçkilərdə iştirak nəzərdə tutulur. Ancaq proses davam etdikcə bu rəqəm artıb-azala bilir. Çünki bəzi hüquqi və texniki problemlərin təsiri çoxdur. Artıq partiyanın səlahiyyətli nümayəndələri 5 namizədin sənədlərini müvafiq DSK-lara təqdim edib. Onlardan ikisi də artıq imza vərəqələrini götürərək imzatoplama kampaniyasına başlayıb. Yaxın günlərdə qalan 3 nəfərin imza vərəqələrini götürəcəyi və digər 15-ə yaxın namizədin də sənədlərinin DSK-lara təqdim ediləcəyi gözlənilir. Hələlik imza toplayanlara hər hansı bir təzyiq və ya başqa qeyri-qanuni əməllər olmayıb. Eyni zamanda bəzi dairə komissiya sədrlərinin qanunları tam bilməməsi və seçki hesabı açılması prosesində bank işçilərinin savadsızlığı da bizi süni problemlərlə üz-üzə qoyur. Bu da əlavə vaxt itkisinə və süründürməçiliyə səbəb olur. Qarşıdakı günlərdə prosesin necə davam edəcəyini isə zaman göstərəcək. Ancaq onu da mütləq qeyd etməliyəm ki, bələdiyyə seçkiləri ilə parlament seçkilərinin toqquşması işlərimizə mane törədir. Belə ki, dairə seçki komissiya üzvləri faktiki olaraq fiziki cəhətdən bu iki seçkini eyni anda keçirməyi çatdırmırlar. Zatən ümumi seçki müddəti çox azdır, hələ bunun içərisində zamanımız bələdiyyə seçkilərinə görə itir. Məsələn, 23 dekabrda bələdiyyələrə seçkiləri günü və o günün səhərisi demək olar ki, heç bir komissiya parlament seçkiləri ilə bağlı hər hansı bir iş görmədi, görə bilmədilər. Bu barədə MSK-ya müraciət etdikdə isə onlar da anlayış gözləyir, bizlər də. Ancaq Seçki Məcəlləsi, seçki təqvimi partiyalara qarşı anlayışla yanaşmır, konkret zamanlar və sənədlər tələb edir. Hələlik tək problemlərimiz əsasən bunlardır”.

AMİP katibi Əli Orucov isə bildirdi ki, namizədlərin imzatoplama kampaniyası seçki kampaniyasının ən məsul və bir qədər də ağır mərhələsidir. Seçkilərə inam yetərli olmadığından seçicilər hansısa namizədə, xüsusən də tanımadığı namizədə imza verməyə həvəsli deyillər: “Bir-iki xırda insidenti və anlaşılmazlığı nəzərə almasaq, hələ ki seçki kampaniyasında inzibatı maneçilik törədilməsi və yaxud suni problemlərin yaradılması haqqında partiyanın seçki qərargahına hər hansı bir məlumat daxil olmayıb. Namizədliyimin AMİP tərəfindən irəli sürüldüyü 9 saylı ikinci Binəqədi seçki dairəsində mənə və imza toplayanlarıma qarşı əngəl-filan yoxdur. Artıq demək olar ki, bu mərhələni az müddətdə yekunlaşdırmaqdayıq. Müşahidələrim və seçicilərlə şəxsi təmaslarımdan doğan nəticə isə ondan ibarətdir ki, seçici fəallığı aşağıdır və onları inandırıb sandıq başına gətirmək lazımdır”.

ADP sədrinin seçki məsələləri üzrə müavini Taliyət Əliyev isə qeyd etdi ki, namizədləri imzatoplama kampaniyasına yeni başlayırlar, əksəriyyəti hələ imza vərəqələrini götürə bilməyib: “Bu baxımdan imzatoplama kampaniyasının necə getməsi ilə bağlı hələ ki fikir söyləmək çətindir. Amma bu günə kimi üzləşdiyimiz maneələr həddindən artıq çoxdur. Belə ki, bildiyiniz kimi, biz partiya olaraq qarşıdan gələn növbədənkənar parlament seçkilərinə qatılmışıq. Qanunvericiliyin tələblərinə uyğun olaraq MSK-ya sənədlər təqdim ediləndən sonra müvafiq dairələr üzrə hər bir namizədin sənədləri hazırlanaraq DSK-lara təqdim olunur. Lakin əksər DSK-lar namizədlərimizdən qanunvericilikdə nəzərdə tutulmayan sənədlər tələb edirlər. Bu cür bürokratik əngəllər hər addımda bizi təqib edir. İkinci ən böyük problem hər bir namizədin özü üçün xüsusi seçki hesablarının açılmasında baş verir. MSK tərəfindən təsdiq olunan təlimata görə hər bir partiya 60-dan yuxarı dairə üzrə namizəd irəli sürərsə, onda partiya vahid seçki hesabı açmalıdır. Partiyanın 60 dairədən aşağı namizədi varsa, onda hər bir namizəd özü üçün xüsusi seçki hesabı açmalıdır. Bu hesablar da Beynəlxalq Bankın istənilən filialında açıla bilər. Lakin adıçəkilən bankın əksər filialları qanunvericiliyin və təlimatın tələblərinə zidd şəkildə bizdən əlavə sənədlər tələb edir, bir çox hallarda hesab açmaqdan imtina edilir. Seçki hesabı isə namizədliyin irəli sürülməsi barədə sənədlər müvafiq DSK-ya təqdim edildikdən sonra 5 gün ərzində və imzatoplama kampaniyasına ən azı 24 saat qalmışa qədər açılmalıdır. Təsəvvür edin, hesab açmaq 10-15 dəqiqəlik vaxt aparan iş olduğu halda elə namizədlərimiz var ki, 3 gün ərzində hesab aça bilmir. Baş verənlər çox düşündürücüdür, çoxillik seçki təcrübəmdən çıxış edərək deyə bilərəm ki, əvvəlki illərdə ilkin mərhələdə bu qədər bürokratik problemlər müşahidə etməmişdim. Sanki hansısa qüvvə qarşıdan gələn növbədənkənar parlament seçkilərinin keçirilməsini sabotaj etməyə cəhd göstərir”.

Vətəndaş Həmrəyliyi Partiyasının İcra Aparatının rəhbəri Samir Əsədli isə bildirdi ki, partiyanın namizədlərinin imzatoplama kampaniyası davam edir: “Həm Bakı dairələrində, həm də regionlardakı seçki dairələrində namizədlərimiz var. Bir çoxları imza toplamaqdadırlar, bəziləri imza vərəqələrini bugünlərdə götürməlidir. Kampaniya Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, normal davam edir”.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Prezidentlə görüşüb, razılığını almışam” – Azər Kərimli Qax idmançıları ilə görüşdə ölkə rəhbərliyinin adını hallandırıb
Bu gün, 08:55
Əhaliyə 60 faizlə pul verən kredit təşkilatı haqqında şok iddia - İLGİNC
Bu gün, 08:52
Xatunun itləri
Bu gün, 08:50
Leriklilər niyə İqbal Məmmədova qarşıdır? - VİDEO
Bu gün, 08:42
“Böyük Britaniya yanvarın 31-də Avropa Birliyindən çıxmağa hazırdır”
Bu gün, 08:40
Bu gün dollar neçəyədir?
Bu gün, 08:39
Hadı Rəcəbli seçicilərinin sayını montaj proqramı ilə "artırdı" - FOTO
Dünən, 18:16
Naqif Həmzəyevin uğurlu görüşlər seriyası - VİDEO
Dünən, 18:11
Azərbaycanlı iş adamının qızının ilginc fotoları
Dünən, 18:07
Bakı şəhər prokurorluğunda - FOTO
Dünən, 18:05
Dilqəm Əsgərov nəvəsinin şəklini görəndə sevinib - Şuşadan məktub gətirdilər
Dünən, 18:00
BDU tələbəsinin müəmmalı ölümündə sirr pərdəsi – “Görünməyən bir əl faktları ört-basdır edir?”
Dünən, 17:57
FİFA Azərbaycan klublarının transferlərdən 100 min dollar ziyana düşdüyünü açıqlayıb
Dünən, 17:55
Deputatlığa namizədlərin sayı açıqlanıb
Dünən, 17:54
"Onlar cinayət törədən, qayda-qanunu pozan vətəndaşı müdafiə etməyi özlərinə peşə seçiblər" - DİN
Dünən, 17:45
"AFB Bank"da yeni təyinat
Dünən, 17:44
"Azərsun"un Bakıdakı ofisi qarşısında etiraz aksiyası KEÇİRİLDİ - VİDEO
Dünən, 17:43
Real xəbərlərdən fərqli olaraq, saxta xəbər həmişə “partladır” - MTRŞ
Dünən, 17:36
Azərbaycan və Monqolustan prezidentləri görüşüblər - FOTO
Dünən, 17:33
Leriki İqbal Məmmədova peşkəş edən kimdir? - Nə qanun bilirlər, nə də qayda...
Dünən, 17:32
Azərbaycan və Polşa prezidentlərinin Davosda görüşü olub - FOTO
Dünən, 17:29
Ekspertdən İpoteka və Kredit Zəmanət Fonduna: - “9 milyon manatlıq elektron sistem niyə işləmir?”
Dünən, 17:28
Prezident İlham Əliyev “SUEZ Group”un yeni baş icraçı direktoru Bertran Kamusla görüşüb - FOTO
Dünən, 17:19
"Seçicilərin minnəti olsun ki, mənim danışığıma qulaq assın" - QALMAQAL
Dünən, 17:16
Arif Qasımov rayon sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib - FOTO
Dünən, 17:13
İcra Hakimiyyəti “Bu şəhərdə”yə yenə icazə vermədi
Dünən, 17:08
Vilayət Eyvazov Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib - FOTO
Dünən, 17:04
Azərbaycanda məktəbli geyimləri hansı formada olmalıdır?
Dünən, 16:55
Dövlət Komitəsi məcburi köçkünlərin yaşamadıqları mənzillərin boşaldılmasına aydınlıq gətirib
Dünən, 16:40
DSMF Dövlətin Ana Qanununu tanımır? - İTTİHAM
Dünən, 16:36
Liviya Milli Ordusu Tripolini vurdu
Dünən, 16:34
Ziyad Səmədzadə seçki qanununu vecinə almır
Dünən, 16:18
Məhkəmə erməni generalın ölümünü gözləyir
Dünən, 16:16
Metroda cibgirlik edən şəxs saxlanılıb
Dünən, 16:14
Taleh Qaraşovun işçiləri belə işləyir - Vətəndaş problemini araşdırmaqdan belə imtina edirlər...
Dünən, 16:12
Bayram Nurlu bu namizədlərin TƏBLİĞATINA BAŞLADI — Aralarında YAP-ın tanınmış üzvü də var
Dünən, 16:06
Adil Vəliyev kimi başçı varsa... - Güzəran da belə olmalıdır
Dünən, 16:03
"Kimlər namizədliyi irəli sürüb mənim xəbərim yoxdur"
Dünən, 16:01
Bu, Mingəçevirin adına ayıbdır... - FOTO
Dünən, 15:57
Obyektlərin üzərinə yapışdırılan namizəd plakatları sökülür? - ARAŞDIRMA
Dünən, 15:50
“Bu rayona həyatında ayağı dəyməyən Sadiq Qurbanov...”
Dünən, 15:49
İTV "Eurovision-2020" üçün mahnı qəbulunu elan edib
Dünən, 15:44
Pompeo ilk dəfə Belarusa səfər edəcək
Dünən, 15:32
Ukrayna radiosunda Ermənistanın işğalçılıq siyasəti pislənilib
Dünən, 15:28
Zərgərin oğlunu öldürən "Pulya Nəriman”la bağlı qərar elan olunub
Dünən, 15:24
“Əli Kərimli cəbhəçiləri şantaj edib mitinqlərə çıxarırdı” - AXCP-nin sabiq funksioneri
Dünən, 13:16
26 yaşlı üç uşaq anası Əfsanənin yaşadığı dəhşət: - Əri qırmancla döyürmüş
Dünən, 13:13
Kəlbəcər “sakini”, politoloq Kənanyan Tərtərçayın üstündə SES tikintisinə görə aclıq elan edib - BƏS BAKIDA BUNDAN NARAHAT OLAN VAR?
Dünən, 13:09
10 milyon manatlıq sistem niyə çökdü? - “Ciddi məsuliyytətsizlik ediblər”
Dünən, 13:07
Güclü cənub-qərb küləyi əsəcək - Belə deyirlər...
Dünən, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru