Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib .....                     Vilyam Hacıyev çaba sərf edir... .....                     Paşinyanla Xankəndi arasında SAVAŞ .....                     Sabah dollar neçəyə olacaq? .....                     Səhiyyə Nazirliyi əhalini Çin restoranlarına getməkdən çəkinməyə çağırıb .....                     Vəzifəli şəxslərin telefonla məxfi danışıq qaydaları müəyyənləşib .....                     Millət vəkillərinin övladları harada işləyir? .....                     Allahşükür Paşazadəyə medal təqdim olunub .....                     Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmayıb .....                     Seçicilərdən Şeyxin qardaşına etiraz: .....                     AQTA koronavirusla bağlı Çindən bir sıra məhsulların idxalına qadağa qoyub .....                     “İranlı generallar Bakı ilə İrəvanı səhv salırlar” .....                     Qoşunların yeni tədris dövrünə hazırlığının yoxlanılması davam edir .....                     Əli Həsənov həbs olunur... .....                     Hadisə yerindən qaçan sürücü tutulub .....                     Çin vətəndaşı Gürcüstanda koronavirus şübhəsi ilə nəzarətə götürülüb .....                     “Mən deputatlığa səlahiyyət kimi yox, məsuliyyət kimi baxıram” .....                     Azərbaycanda koronavirusla bağlı şübhəli xəstə aşkar olunmayıb .....                     Prezident İlham Əliyev koronavirusla bağlı tapşırıq verib, .....                     "Millinin baş məşqçi postuna 32 namizədimiz var" .....                     Müsavat AKM cinayәt әmәllәri ilә Almaniyaya xәyanәt edib .....                     Səhər bəzi yerlərdə zəif duman olacaq .....                     Azərbaycan Mərkəzi Bankında 4 yeni departament yaradılıb .....                     Koronavirusla bağlı Ağciyər Xəstəlikləri İnstitutunda 8 palata ayrılıb .....                     Taleh Qaraşov da seçkidə qurban gedəcək... .....                     Brakonyerlər cəzalanıb .....                     “Bu il yerli ixracatçı şirkətlərin biri ilə tam blokçeyn texnologiyaları vasitəsilə pilot daşımaları təşkil ediləcək” .....                     Radikal müxalifət düşərgəsi darmadağın olub .....                     Xəzərdə quşların kütləvi ölümü olubmu? .....                     Samir Şərifov sahibkarlara qarşı "SƏLİB YÜRÜŞÜNƏ" çıxıb .....                     Xırdalanın Heydər Əliyev prospekti əsaslı şəkildə yenidən qurulur .....                     “Oturmağa stul yoxdur, soyuq döşəmədə yatırıq, astma xəstəsiyəm” .....                     Yasamal sakinləri Ülvi Quliyevin xidmətlərini yüksək qiymətləndirir .....                     Eyvazov rəisi vəzifəsindən azad etdi .....                     "Sizin səsiniz rol oynamır, mandatım cibimdədir" .....                     Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb .....                     Ağdaşda oğurluq edən qardaşlar saxlanılıb .....                     AFFA-nın İcraiyyə Komitəsinin heyəti müəyyənləşib .....                     Ötən ilki haqqımızı bu il geri qaytaracaqlar? .....                     DİN-dən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq .....                 

"Ola bilər ki, razılaşma əsasında başqa bir dairədən namizəd olum" - Sərdar Cəlaloğlu
Tarix: 11-12-2019, 08:24 | Çap et
"Ola bilər ki, razılaşma əsasında başqa bir dairədən namizəd olum"
Azərbaycan Demokrat Partiyası gələn il 9 fevralda keçiriləcək seçkilərdə iştirak edəcək namizədlərinin siyahısını açıqlayıb. 28 iddiaçının iştirak edəcəyi seçkidə partiyanın sədri Sərdar Cəlaloğlu 15 saylı Yasamal I seçki dairəsindən namizəd olacaq. Bu da ciddi müzakirələrə səbəb olub.

Sosial şəbəkələrdə belə iddialar irəli sürülüb ki, ADP sədri hakimiyyətin müəyyən qanadı ilə razılaşma əsasında həmin dairəyə gedib. Belə ehtimalların formalaşması isə əsassız deyil. Belə ki, S.Cəlaloğlu indiyə qədər iki dəfə 9 saylı Binəqədi seçki dairəsindən və 21 saylı Nəsimi seçki dairəsindən namizəd olub. Hər kəs onun bu iki dairədən birindən, əsasən də son iştirak etdiyi Nəsimidən namizəd olacağını gözləyirdi. Amma, necə deyərlər, ADP sədri “sağ göstərib, sol vurdu”...

İddialarla bağlı S.Cəlaloğlu “Yeni Müsavat”a bunları dedi: “Əvvəla, onu deyim ki, hər bir dairədən namizədliyimizi verərkən müəyyən prinsipləri əsas götürmüşük. 2005-ci ildə 9 saylı Binəqədi dairəsindən namizədliyimi ”Azadlıq bloku" irəli sürmüşdü. O zaman həddindən artıq böyük səs yığdım. 9-cu dairədə mən qalib gəlmişdim, lakin, bildiyiniz kimi, həbslər filan oldu və orada nəticələr ləğv olundu. Təkrar seçkilərdə o zaman, ümumiyyətlə, iştirakdan imtina etdim. Seçkilərdə ikinci dəfə 21 saylı Nəsimi seçki dairəsindən namizədliyimi verdim. Partiya hesab etmişdi ki, orada təbliğat aparmaq daha asandır. 15 saylı dairə mənim üçün çox yaxındır. Bunun da səbəbi var. 5 illik tələbəlik illərimdə o ərazidə yaşamışam. Orada həddindən artıq dostlarım, tanışlarım var. Rayon təşkilatımız da orada çox güclüdür. Bu baxımdan məsləhət gördük ki, oradan namizəd olum. Deyilən şeylərin hamısı böhtandan başqa bir şey deyil. Siyasi partiyalarla vahid namizədlik yolunda müəyyən razılaşmalarımız var. Ola bilər ki, razılaşma əsasında başqa bir dairədən namizəd olum, yəni də mümkündür. İlkin olaraq, sadəcə, namizədliyim verilib. Bu iddiaların heç bir əsası yoxdur. Tamamilə boş və mənasızdır. Mən istənilən dairədən namizədliyimi verib qalib gələrəm. Heç bir dairə mənim üçün pis və ya yaxşı deyil. Guya mən hökumətlə danışıqlara gedib seçkilərə getmişəm, dairəmi də müəyyənləşdirmişəm deyən adamlar mənəviyyatsız insanlardır. Bununla bağlı ortaya bir fakt qoysunlar, fikir irəli sürsünlər. 21-ci dairədən namizəd versəydim, eyni sözləri deyəcəkdilər. Hansı formada olursa, olsun, bir dairədən deputat olmamışamsa, oradan təkrar namizəd verməyi düzgün hesab etmirəm. Həm də o dairədən olan seçicilərə sözümü kifayət qədər demişəm. Dairəmi dəyişməklə seçicilərimin, sadəcə, siyahısını genişləndirirəm. 9-cü dairənin seçiciləri məni yaxşı tanıyırlar. 21-ci dairədə də belə idi. İndi də 15-ci dairə tanıyacaq. Dairəmi dəyişməklə həm də onu nümayiş etdirirəm ki, mənim üçün dairəni dəyişməyin heç bir önəmi yoxdur. İstənilən dairədən namizəd olub seçilə bilərəm".

S.Cəlaloğlu 15 saylı dairənin indiki deputatı Ülvi Quliyevi udacağını da söylədi: “YAP-ın ən ”xod" gedən, yaxud ilk 10 onluqda olan, nüfuzlu sayılan insanları gəlsinlər bir dairədən namizəd olaq. Onların toplam səsindən çox toplamasam, siyasətdən getməsəm, insan deyiləm. Prezident seçkilərində rəsmən ikinci yerə çıxmışam, sadəcə, qeyri-rəsmi üçün yer elan ediblər. O seçkilərdə 6 partiya sədrini udmuşam. İndi YAP-ın namizədi nə qədər güclü reytinqə malik olacaq ki, gəlib mənə qalib gəlsin. Bu baxımdan mənim üçün heç bir dairədən namizədliyimi vermək problem deyil. Vaxt var, digər partiyalarla razılaşacağıq. Ola bilsin ki, dairəmi dəyişim. Amma mənə elə gəlir ki, həmin dairədən başqa partiyalar namizədlər irəli sürməzlər. O dairədən vaxtilə İsa Qəmbər də, Əli Əliyev də namizədliyini verib. Orada müxalif əhvali-ruhiyyəli elektorat var. Hər bir namizədin gərək seçicilərə bağlılığı olsun. Mən də orada 5 il qaldığım üçün bağlılığım var. Müəyyən nüansları nəzərə alıb dairəni seçirik. Deyilən ittihamları vicdansızlar səsləndirir. Bu fikirlər vicdansızlıqla ortalığa atılır. Müsavatla anlaşmamız olub ki, namizəd məsələsində razılaşaq. Ümid, VİP və digər partiyalarla da razılaşmamız olub. Çalışırıq ki, dairələrdə alternativ namizədlərimiz olmasın. Belə olan təqdirdə ola bilsin ki, namizədlərimizdən seçkidə iştirak etməyənlər olsun. Seçki situasiyasına uyğun siyasət aparırıq".





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib
Bu gün, 17:29
Vilyam Hacıyev çaba sərf edir... - İDDİA
Bu gün, 17:12
Paşinyanla Xankəndi arasında SAVAŞ
Bu gün, 17:08
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:06
Səhiyyə Nazirliyi əhalini Çin restoranlarına getməkdən çəkinməyə çağırıb
Bu gün, 17:05
Vəzifəli şəxslərin telefonla məxfi danışıq qaydaları müəyyənləşib
Bu gün, 17:00
“Ermənilərin Qarabağa köçürülməsi ilə bağlı filmin çəkilişlərinə hazırıq” - Mixalkov
Bu gün, 16:58
Millət vəkillərinin övladları harada işləyir? - NAZİR MÜAVİNİ, GÖMRÜK SƏDRİ, FOND RƏHBƏRİ
Bu gün, 16:55
Allahşükür Paşazadəyə medal təqdim olunub
Bu gün, 16:49
Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmayıb - Səhiyyə Nazirliyi
Bu gün, 16:42
Yataq xəstəsi olan Ağakərimin SON HALI - Heç kimi tanımır
Bu gün, 16:40
Seçicilərdən Şeyxin qardaşına etiraz: - "Gedib biznesini, məscidini işlətsin"
Bu gün, 16:33
"Mən bahalı müğənniyəm"
Bu gün, 16:31
AQTA koronavirusla bağlı Çindən bir sıra məhsulların idxalına qadağa qoyub
Bu gün, 16:26
“İranlı generallar Bakı ilə İrəvanı səhv salırlar” - “Boz qurd” batalyonunun komandiri
Bu gün, 16:25
Qoşunların yeni tədris dövrünə hazırlığının yoxlanılması davam edir
Bu gün, 16:22
Əli Həsənov həbs olunur... - İDDİA
Bu gün, 16:11
Hadisə yerindən qaçan sürücü tutulub
Bu gün, 16:06
Çin vətəndaşı Gürcüstanda koronavirus şübhəsi ilə nəzarətə götürülüb
Bu gün, 16:02
“Mən deputatlığa səlahiyyət kimi yox, məsuliyyət kimi baxıram” - Vüqar Bayarmov
Bu gün, 15:56
Azərbaycanda koronavirusla bağlı şübhəli xəstə aşkar olunmayıb - RƏSMİ
Bu gün, 15:42
Prezident İlham Əliyev koronavirusla bağlı tapşırıq verib, hökumət müşavirə keçirib
Bu gün, 15:41
"Millinin baş məşqçi postuna 32 namizədimiz var"
Bu gün, 13:05
Müsavat AKM cinayәt әmәllәri ilә Almaniyaya xәyanәt edib - MÜHACİR QALMAQALI yenidən gündəmdə
Bu gün, 13:04
Azərbaycanlı aktrisanın səsi batdı
Bu gün, 13:03
Səhər bəzi yerlərdə zəif duman olacaq - Belə deyirlər...
Bu gün, 12:59
Azərbaycan Mərkəzi Bankında 4 yeni departament yaradılıb
Bu gün, 12:59
Koronavirusla bağlı Ağciyər Xəstəlikləri İnstitutunda 8 palata ayrılıb
Bu gün, 12:51
Kərimdən qalmaqallı açıqlama: - “Arvaddan qorxuram”
Bu gün, 12:50
Taleh Qaraşov da seçkidə qurban gedəcək... - İDDİA
Bu gün, 12:47
"Məni danışdırma, ölürəm" - Günay İbrahimli anasını belə qorxutdu
Bu gün, 12:42
Brakonyerlər cəzalanıb
Bu gün, 12:37
“Bu il yerli ixracatçı şirkətlərin biri ilə tam blokçeyn texnologiyaları vasitəsilə pilot daşımaları təşkil ediləcək” - Səfər Mehdiyev
Bu gün, 12:30
AzTV-nin yeni loqoları – 28 MİN MANATA BAŞA GƏLİB
Bu gün, 12:19
Bülənt Ərsoya 100 minlik üzük bağışlayan Nigar danışdı - Görün hansı şirkətin sahibi imiş
Bu gün, 12:15
Radikal müxalifət düşərgəsi darmadağın olub - VİDEO
Bu gün, 12:11
Xəzərdə quşların kütləvi ölümü olubmu? - RƏSMİ AÇIQLAMA
Bu gün, 11:53
Samir Şərifov sahibkarlara qarşı "SƏLİB YÜRÜŞÜNƏ" çıxıb - Cəzalar işə düşüb
Bu gün, 11:42
Xırdalanın Heydər Əliyev prospekti əsaslı şəkildə yenidən qurulur
Bu gün, 11:38
“Oturmağa stul yoxdur, soyuq döşəmədə yatırıq, astma xəstəsiyəm” - Şəhid anası bu evdə yaşayır
Bu gün, 11:35
Yasamal sakinləri Ülvi Quliyevin xidmətlərini yüksək qiymətləndirir
Bu gün, 11:27
Eyvazov rəisi vəzifəsindən azad etdi
Bu gün, 11:25
"Efirə gəlmir ki, axşam toyum var"
Bu gün, 11:23
"Sizin səsiniz rol oynamır, mandatım cibimdədir" - İqbal Məmmədov
Bu gün, 11:13
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb
Bu gün, 11:09
Ağdaşda oğurluq edən qardaşlar saxlanılıb
Bu gün, 11:07
AFFA-nın İcraiyyə Komitəsinin heyəti müəyyənləşib - SİYAHI
Bu gün, 11:06
Ötən ilki haqqımızı bu il geri qaytaracaqlar? - Gözlənti
Bu gün, 11:05
DİN-dən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq - aldanmayın
Bu gün, 10:56
Rövnəq Abdullayev növbəti dəfə AFFA-nın prezidenti seçildi
Bu gün, 10:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru