Ölkədə turizm böhranı: .....                     Daha 260 Azərbaycan vətəndaşı Dağıstandan Vətənə gətirilib .....                     BNA 69 min manat vergi borcu olan şirkəti 828 min manatlıq tenderin qalibi etdi .....                     Paşinyan xalqın əleyhinə gedir .....                     “Gürcüstanın timsalında strateji tərəfdaş görmədik” .....                     Bakı Nəqliyyat Agentliyinin şirkətlərinin .....                     “Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib .....                     “Səhiyyə xərcləri rekord səviyyədə artırılır” .....                     “Neftin qiymətinin 35 dollar götürülməsi kifayət qədər əsaslıdır” .....                     “Guya, mən demişəm ki, Azərbaycan bayrağındakı ulduzu götürmək lazımdır” .....                     “Paşinyanın ətrafı ondan “qalib lider” obrazı yaratmağa çalışır” .....                     Azərbaycanda aparılmış koronavirus testlərinin sayı 750 mini keçib .....                     Azərbaycanda COVID-19-a yoluxanların sayı 32 910-a çatıb, 473 nəfər vəfat edib .....                     Azərbaycanda bir gündə 588 nəfər COVID-19-dan sağalıb, .....                     “26 min vakant iş yerimiz var, vətəndaşlar isə işləmək əvəzinə, 190 manatı tələb edirlər” .....                     Xızının icra başçısı karantin qaydalarını belə pozdu .....                     Deputat TƏBİB-i tənqid edib .....                     Müavinət xərclərində 23,6 mln. manat artıq ödəmə aşkar edilib .....                     Ədalət Vəliyev partiya sədri Asim Mollazadə ilə görüşüb .....                     AXCP və "Milli Şura" növbəti qeybətxana şousunda əsl iç üzlərini açdılar .....                     “Bu ərazi zəbt olunmuşdu və hissə-hissə satmaq istəyirdilər” .....                     Nazirin “üsyankar səfir”in qohumunu vəzifəyə təyin etməsinə aydınlıq gətirildi .....                     “Mehdiyevin göndərilməsinin bir səbəbi də...” .....                     Sabah dollar neçəyə olacaq? .....                     “Kapital Bank”dan Şəhidlərin adı ilə ÖZÜNÜREKLAM: .....                     Türkiyə Milli Müdafiə Nazirliyi Liviya ilə bağlı açıqlama yaydı .....                     AMEA-nın iki müxbir üzvü vaksin hazırlayıb: .....                     “Qapanmalara gedilibsə, 190 manat ödəniş verilməlidir” .....                     Göstəriş verdim ki, bütün hasarlar sökülsün və vətəndaşların sərəncamına gözəl bir park verilsin .....                     Əgər bu iş ilin sonuna qədər başa çatsa, bu park sakinlər üçün yaxşı Yeni il bayramı hədiyyəsi ola bilər .....                     Azərbaycanda 2 idman kompleksi modul tipli xəstəxanaya çevrilir .....                     Dəniz suyunda "COVID-19"a yoluxmaq mümkündürmü? .....                     Pandemiya ilə əlaqədar mart ayının sonlarından ölkədə iqtisadi artım səngiməyə başlayıb .....                     Qazaxda yeni məktəb binası tikiləcək .....                     Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva nekroloq imzalayıblar .....                     DİN-dən karantin rejimi ilə bağlı .....                     "Bu məktublar da hər dəfə yox, ayda-ildə bir dəfə gəlir" .....                     Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb .....                     Səfər Mehdiyevdən ŞOK ADDIM .....                     Regionlara və Bakıya gediş-gəlişin təklif olunan forması nə dərəcədə məntiqli və şəffafdır? .....                 

Əksər partiyalar seçkilərdə iştirakın tərəfdarıdır, Əli Kərimli cəbhəsi isə...
Tarix: 3-12-2019, 09:02 | Çap et
Əksər partiyalar seçkilərdə iştirakın tərəfdarıdır, Əli Kərimli cəbhəsi isə...
Milli Şura və AXCP növbədənkənar parlament seçkilərini boykot edəcəyi barədə bəyanat yayıb. Açıqlamada bildirilib ki, seçki islahatları həyata keçirilmədiyi, şəffaf seçki mühiti yaradılmadığı, seçki komissiyaları dəyişdirilməyəcəyi halda seçkidə iştirak etməyi düşünmürlər.

Bəs digər müxalifət partiyaları seçkilərə qatılacaqlarmı?

Ümid Partiyasının sədri İqbal Ağazadə “Yeni Müsavat”a bildirdi ki, müxalifətin bu cür bəyanatı və tələbi ilə Seçki Məcəlləsi dəyişən deyil: “Bu bəyanatı verib seçkiyə getməməkdənsə istədiyin dəyişikliyi əldə etməyin yollarını aramalısan, ən pis situasiyada da qalib gəlməyin yollarını aramalısan. Məgər Gürcüstanda Seçki Məcəlləsi dəyişmişdi müxalifət qüvvələri birləşib mübarizə aparanda? Xeyr. Yaxud Yuşşenkonun mübarizə apardığı dövrdə Seçki Məcəlləsi dəyişmişdi? Yox. Biz ən pis vəziyyətdə belə, demokratiyanın qalib gəlməsi üçün nə edə biləcəyimizi düşünməliyik. Olmazmı bu gün hakimiyyətdən tələb edilsin ki, seçki komissiyaları səsləri düz saysın? Mənim üçün səsləri kimin saymasının, Ümidin, Müsavatın, yaxud da YAP-ın saymasının heç bir fərqi yoxdur.

Əsas məsələ sayanın düz saymasıdır. Mən sayandan tələb etməyi düzgün sayıram. Saymaq üçün hər kəs öz adamını yerləşdirmək istəyirsə, bu, doğru yanaşma deyil. Gücümüz çatırsa, kimin saymağından asılı olmayaraq düzgün saydırmağı bacarmalıyıq. Biz bunu bacarmırıq. Ona görə ki, hakimiyyətdən umuruq ki, amandır beş adam da mənim adamımı saymaq üçün komissiyaya qoy. Ümid Partiyasının Rəyasət Heyətinin seçkidə iştirakla bağlı tövsiyəedici qərarı var. Amma son qərarı Ali Məclis verəcək. Situasiya aydınlaşandan sonra Ali Məclis çağıracağıq”.

VİP sədri Əli Əliyev isə bildirdi ki, əsas məsələ seçkinin demokratik keçirilməsi üçün siyasi iradənin olmasıdır: “Siyasi iradə ortaya qoyulacağı halda indiki seçki komissiyaları ilə də demokratik seçki keçirmək mümkündür. Ən mürtəce qanunlarla belə normal seçki, ən demokratik məcəllə ilə saxta seçki keçirmək olar. Ona görə də siyasi iradəni mühüm sayırıq. Hakimiyyətin irəli sürülən fundamental dəyişikliklər etməsi üçün şərtlər- müxalifətin təzyiqi, beynəlxalq ictimaiyyətin mövqeyi, cəmiyyətin təsirli təpkisi ortada yoxdur. Fikrimizcə, mümkün olan konsensus variantı, siyasi iradə və məsuliyyətdir. Biz hələlik baş verənləri müşahidə edirik. Prezidentin məsələ ilə bağlı sərəncamı çıxdıqdan sonra vəziyyəti dəyərləndirməyə başlayacağıq”.

AĞ Partiyanın sədri Tural Abbaslı isə qeyd etdi ki, seçki islahatları ilə bağlı edilən ümumi çağırışlarla razıdır. Bu mənada ki, hazırkı seçki qanunu və seçki komissiyaları əsasən hakim partiyanın üstünlüyü ilə formalaşıb. Yəni müxalifətin maraqları və təmsilçiliyi nəzərə alınmayıb. Bu cür seçki komissiyalarının keçirdiyi seçkilərə də inamsızlıq olur: “İqtidar bunu nəzərə almalı və nə qədər zaman varsa, bu istiqamətdə bəzi mütərəqqi addımlar atılmalıdır. Əks təqdirdə, boykot çağırışları edənlərin ciddi arqumentləri olacaq.

Seçkidə iştirak məsələsinə gəlincə, AĞ Partiyanın hələlik seçki ilə bağlı konkret qərarı yoxdur, zamanı gəldikdə bununla bağlı müzakirə edərək müvafiq qərar qəbul edəcəyik. Hakimiyyətin atacağı addımları gözləyirik. Partiya olaraq, seçkilərin boykot taktikasının əleyhinəyik. Çünki bu heç bir effekt vermir. Ona görə biz də seçkilərdə iştirakın tərəfdarıyıq. Amma dediyim kimi, hazırkı situasiya ilə bağlı konkret qərarımız yoxdur".

REAL Partiyasının icra katibi Natiq Cəfərli isə bildirdi ki, təmsil etdiyi partiya xeyli öncədən parlament seçkilərində iştirak edəcəyini bəyan edib və hazırlıqlara başlayıb: “İşimizi elə qurmuşuq ki, növbədənkənar seçki də olsa, prosesə hazır olaq. Ona görə, namizədlərin, müşahidəçilərin müəyyənləşdirilməsinə çoxdan start verilib. Hazırda 80-90 arası partiya üzvümüz namizədlərimiz siyahısındadır. Amma başqa formatlar da ola bilər. Müxtəlif şəxslərə, siyasi partiyalara, seçkidə iştirak etmək istəyən tanınmış insanlara da müraciətlərimiz olub. Seçkidə birgə fəaliyyət göstərmək üçün səylərimizi birləşdirmək haqqında müraciətlərimiz olacaq”.

Müsavat Partiyasının başqanı Arif Hacılı isə modern.az-a deyib ki, seçki məsələsini müzakirə etmək üçün partiyada genişləndirilmiş müşavirə, növbədənkənar Divan iclası keçirilib: “Biz ”Əvvəl islahat, sonra seçki" tələbini irəli sürmüşük. Seçki islahatları ilə bağlı təkliflər paketimiz ictimaiyyətə təqdim olunub. Seçkilərdə iştirakımız islahatlar paketinin qəbul olunması ilə bağlı olacaq. Mövcud parlamentin əvəzinə buna oxşar Milli Məclis deyil, mövcud qanunvericiliyi həyata keçirə bilən parlamentin formalaşması üçün islahatlar tələb edirik. Bu halda seçkiyə qatıla bilərik".

VHP sədri Sabir Rüstəmxanlı da seçkilərdə iştirakla bağlı partiyanın dəqiq qərarının olmadığını bildirib: “Hələlik heç nə deyə bilmərəm. Qərar yekunlaşsın, dəqiqləşsin, buna baxacağıq. Bəlkə də seçkilərin keçirilməsi məsələsində də dəyişiklik olacaq. Bunlara proseslərin yekununda baxarıq”.

AMİP katibi Əli Oruclu isə seçkini boykot etməyəcəklərini bildirib: “Ümumiyyətlə, partiya heç vaxt seçkilərdən kənar qalmayıb. Təcrübə göstərib ki, boykot qərarı səmərə vermir. Ona görə belə addım atmağımız yanlış olar”.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ölkədə turizm böhranı: - Qonaqsız evin ruzisi qaçar
Bu gün, 18:14
Daha 260 Azərbaycan vətəndaşı Dağıstandan Vətənə gətirilib
Bu gün, 18:13
BNA 69 min manat vergi borcu olan şirkəti 828 min manatlıq tenderin qalibi etdi - FOTOFAKT
Bu gün, 18:11
Paşinyan xalqın əleyhinə gedir - Şirak Bünyatyan
Bu gün, 18:10
“Gürcüstanın timsalında strateji tərəfdaş görmədik”
Bu gün, 18:08
“Space” telekanalının yayımı 3 saat dayandırılacaq - MTRŞ
Bu gün, 18:06
“Daim qorxu içində yaşayıram”
Bu gün, 18:03
Bakı Nəqliyyat Agentliyinin şirkətlərinin 300 min manatdan çox vergi borcu var
Bu gün, 17:54
“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib
Bu gün, 17:52
“Səhiyyə xərcləri rekord səviyyədə artırılır” - Maliyyə naziri
Bu gün, 17:46
“Neftin qiymətinin 35 dollar götürülməsi kifayət qədər əsaslıdır” - Nazir
Bu gün, 17:41
Afaqla Brilliant niyə küsüb?
Bu gün, 17:32
“Guya, mən demişəm ki, Azərbaycan bayrağındakı ulduzu götürmək lazımdır” – Elman Nəsirov
Bu gün, 17:30
“Paşinyanın ətrafı ondan “qalib lider” obrazı yaratmağa çalışır” - Erməni ekspert
Bu gün, 17:26
Azərbaycanda aparılmış koronavirus testlərinin sayı 750 mini keçib
Bu gün, 17:25
Azərbaycanda COVID-19-a yoluxanların sayı 32 910-a çatıb, 473 nəfər vəfat edib
Bu gün, 17:24
Azərbaycanda bir gündə 588 nəfər COVID-19-dan sağalıb, 226 nəfər yoluxub, 5 nəfər vəfat edib
Bu gün, 17:22
“26 min vakant iş yerimiz var, vətəndaşlar isə işləmək əvəzinə, 190 manatı tələb edirlər” - Nazir müavini
Bu gün, 17:21
Xızının icra başçısı karantin qaydalarını belə pozdu - VİDEO
Bu gün, 17:15
Deputat TƏBİB-i tənqid edib - "Onun fəaliyyəti şübhə altındadır"
Bu gün, 17:11
Müavinət xərclərində 23,6 mln. manat artıq ödəmə aşkar edilib
Bu gün, 17:10
Ədalət Vəliyev partiya sədri Asim Mollazadə ilə görüşüb
Bu gün, 17:08
AXCP və "Milli Şura" növbəti qeybətxana şousunda əsl iç üzlərini açdılar - "Biz maraqlı olmalıyıq ki, İlham Əliyev karantini artırsın..."
Bu gün, 17:07
“Bu ərazi zəbt olunmuşdu və hissə-hissə satmaq istəyirdilər” - Eldar Əzizov
Bu gün, 17:04
Nazirin “üsyankar səfir”in qohumunu vəzifəyə təyin etməsinə aydınlıq gətirildi - "Bu da yaxın qohumluq əlaqəsi demək deyil..."
Bu gün, 17:02
“Mehdiyevin göndərilməsinin bir səbəbi də...” - Ölkədə SİYASİ SİSTEM DƏYİŞİKLİYİ
Bu gün, 17:01
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:00
“Kapital Bank”dan Şəhidlərin adı ilə ÖZÜNÜREKLAM: - “O borc bağışlanmayıb, qanunla avtomatik silinib”
Bu gün, 16:59
Türkiyə Milli Müdafiə Nazirliyi Liviya ilə bağlı açıqlama yaydı
Bu gün, 16:57
"İlkinin oynadığı rollar təkrardır"
Bu gün, 16:56
AMEA-nın iki müxbir üzvü vaksin hazırlayıb: - Biri terapevtik zülal, digəri bitki mənşəli peyvənd
Bu gün, 16:50
“Qapanmalara gedilibsə, 190 manat ödəniş verilməlidir” - deputat
Bu gün, 16:48
Göstəriş verdim ki, bütün hasarlar sökülsün və vətəndaşların sərəncamına gözəl bir park verilsin - Dövlət başçısı
Bu gün, 16:45
Əgər bu iş ilin sonuna qədər başa çatsa, bu park sakinlər üçün yaxşı Yeni il bayramı hədiyyəsi ola bilər - Prezident İlham Əliyev
Bu gün, 16:44
ƏDV nəşriyyatların BELİNİ “QIRIR”: - “…Ləğv edilməlidir!”
Bu gün, 16:42
Azərbaycanda 2 idman kompleksi modul tipli xəstəxanaya çevrilir
Bu gün, 16:40
Dəniz suyunda "COVID-19"a yoluxmaq mümkündürmü? – ƏTRAFLI İZAH
Bu gün, 16:15
Pandemiya ilə əlaqədar mart ayının sonlarından ölkədə iqtisadi artım səngiməyə başlayıb
Bu gün, 16:14
Qazaxda yeni məktəb binası tikiləcək - SƏRƏNCAM
Bu gün, 16:12
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva nekroloq imzalayıblar
Bu gün, 16:11
DİN-dən karantin rejimi ilə bağlı AÇIQLAMA
Bu gün, 15:39
"Bu məktublar da hər dəfə yox, ayda-ildə bir dəfə gəlir" - Şahbaz Quliyevin qardaşı
Bu gün, 15:36
Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb - Diqqət!
Bu gün, 15:35
Səfər Mehdiyevdən ŞOK ADDIM - İLGİNC
Bu gün, 15:33
Regionlara və Bakıya gediş-gəlişin təklif olunan forması nə dərəcədə məntiqli və şəffafdır?
Bu gün, 15:26
Moskvada ermənilərin hücumlarına məruz qalan azərbaycanlılar Sərkisovdan pul almaq istəmir - “AMMA BİZ BUNA HAZIRIQ...”
Bu gün, 15:23
“Azərbaycanda şəffaflaşmanın səviyyəsi artıb”
Bu gün, 15:21
Müğənni Elnarə Xəlilovadan sərt reaksiya: - "Biz ev heyvanıyıq, siz də sahibimiz?"
Bu gün, 15:15
Elza Seyidcahan insanlara bayramda görün nə payladı?
Bu gün, 15:12
2020-ci il dövlət büdcəsinə dəyişikliklər Milli Məclisin komitəsində müzakirə olunur
Bu gün, 15:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru