Türkiyəli müğənni "Həsrət nəğməsi"nə klip çəkdirdi .....                     "Putin gələcəkdə senator və ya Federasiya Şurasının sədri ola bilər" .....                     "30 ildir bu yolla kimsə maraqlanmayıb" .....                     “Pulunuz çox ola bilər, amma nüfuzunuz yoxdur” .....                     Sabirabadda dializ xəstələri kütləvi zəhərlənib .....                     Saatlıda biabırçı seçki mənzərəsi .....                     Lerik İqbal Məmmədovdan imtina edir .....                     Stoltenberq: “Türkiyə NATO-nun əhəmiyyətli müttəfiqidir” .....                     Parlament seçkiləri demokratik keçəcək? .....                     "Sovetski"də yenidən söküntü başlandı .....                     Bu universitet rektorlarının vəzifələrini itirəcəkləri gözlənilir .....                     “Azərbaycanda seçkidən küsmüş bir toplum var” .....                     Cəmi 2303 nəfər rus soyad sonluğundan imtina edib: .....                     “Ermənistanın burnu əzilməyincə, öz hərəkətlərindən çətin ki, əl çəksin” .....                     “Ölkənin birinci naziri təhsil naziri olmalıdır!” .....                     Amerika hərbçiləri Suriyada Rusiya generalını tutdu .....                     Tramp Ağ Evdə Netanyahunu qəbul edəcək .....                     “Panorama Park” Yaşayış Kompleksinin sakinləri kimdən narazıdır? .....                     Şirvanda Əsmər Əliyeva “rüzgar“ı .....                     Namizədin plakatlarını kim cırır? .....                     Böyük Bəhmənli sakinləri Vüqar Bayramova tam etimad nümayiş etdirdilər .....                     Avropa Parlamentinin komitəsi "Brexit" razılaşmasını bəyənib .....                     Erməni diasporunun Moskvada Azərbaycana qarşı təxribatının qarşısı alınıb .....                     Vilayət Eyvazovdan yeni TƏYİNAT .....                     Oğlu tərəfindən küçəyə atılan ata və ana: .....                     Ermənistan 1990-cı ilin yanvar hadisələri ilə bağlı uydurma təbliğat aparır .....                     "Sürücülər yol polislərinə başqa şey təklif edirlər" .....                     “Vodafone Ukraine”nin Müşahidə Şurası yenidən formalaşdırılıb .....                     Mahir Abbaszadə üçün görüşləri kim təşkil edir? .....                     Azercell-in 4G şəbəkəsi ölkənin ən yüksək keyfiyyətli şəbəkəsi olaraq tanınıb .....                     “Özünü buraxmış yaşlı deputatlar da geri çəkilsinlər” .....                     “Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək” .....                     Şirvan sakinindən külli miqdarda narkotik vasitələr götürülüb .....                     Tovuzda 3 nəfəri elektrik cərəyanı vurub .....                     Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinə yeni rəis təyin olunub .....                     Soyadlar milliləşir: .....                     Bələdiyyə sədri möhür və ştampı yas mərasimində itirib .....                     Məzahir Pənahov siyasi partiyalara müraciət edib .....                     Nizami Rayon İcra başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilib .....                     Prezident İlham Əliyev Vaqif Şadlinskini təltif edib .....                 

Əli İnsanov Rəsul Quliyevin yolunu gedir - “Onların kiməsə qoşulması ağılabatan deyil”
Tarix: 27-11-2019, 08:53 | Çap et
Əli İnsanov Rəsul Quliyevin yolunu gedir
Sabiq səhiyyə naziri Əli İnsanovun yaratdığı Haqq Ədalət Partiyası (HƏP) ətrafında gedən müzakirələr səngimir, əksinə, güclənir. İnsanovun bu partiya ilə uğur qazanıb-qazanmayacağı, ətrafına gücü elektorat yığıb-yığmayacağı əsas müzakirələr sırasındadır.

Müxalifətdən, yaxud vaxtilə təmsil olunduğu hakim komandadan ona yönəlik qopmaların olub-olmayacağı müzakirə edilir. Həmçinin sabiq nazir 1998-ci ildə bir proses başladan, Amerikada yaşayan sabiq spiker Rəsul Quliyevlə müqayisə olunur. 21 il öncə bir neçə deputat, həmçinin iri ranqlı məmurlar R.Quliyevin çağırışına cavab vermişdilər.

"İndi necə olacaq" sualı hər kəsin beynində dolaşır.

Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli sabiq nazirin uğur qazanacağına inanmır: “Əli İnsanov Azərbaycan vətəndaşıdır. O, vətəndaş kimi, digər vətəndaşlarla birlikdə hər hansı bir siyasi partiya qura bilər. Qanunvericilik nöqteyi-nəzərindən ona irad tutmaq olmaz. Lakin bu istiqamətdə cəmiyyət arasında siyasi və mənəvi paralellərin aparılmasını doğru hesab edirəm. İnsanov partiyasının adını Haqq Ədalət qoyub və deyir ki, haqq-ədalət bərpa olunsun. Sual olunur: əgər Əli İnsanov nazir işləməkdə davam etsəydi, bu sözləri deyərdimi, yaxud müxalifət mövqeyi sərgiləyərdimi? Təbii ki, yox. Bir sözü də deyim ki, müxalifət onunla birlikdə bir dəyirmi masa keçirdi və bunun özü müxalifətə daha ağır zərbə vurdu. Bizim müşahidələrimiz, məlumatlarımız bundan ibarət oldu. Əli İnsanovun elan etdiyi partiyanın yaradılması ilə bağlı təşəbbüs qrupunda İsfəndiyar Vahabzadədən başqa tanınan sima yoxdur. İnsanov bu hakimiyyətdən gedənləri, yaxud narazı qalanları öz ətrafına cəlb etmək istəyir. Hətta gələcək üçün nəzərdə tutur ki, iqtidardan qopmalar olsa, onları da ətrafına cəmləsin, onları da öz tərəfinə çəkə bilsin. Açığı, indidən demək çətindir ki, onun yaratdığı partiya gələcəkdə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçəcək ya yox. Buna şübhəm də var. Onun müxalifətlə birliyinin də alınacağına inanmıram. Ənənəvi müxalifət deyilən qüvvələr ideologiyalarını daha çox müsavatçılıq üzərində qurublar.

Tahir Kərimli: “O, istəyinə nail ola bilməyəcək”

Əli İnsanovla onların ortaqlığı nə ola bilər ki? İdeoloji birlik olmayan istənilən birlik mənfi nəticələr verir. İnsanovla bağlı haqlı olaraq, onunla Rəsul Quliyevin oxşarlığı aparılır. Rəsul da o zaman müxalifəti öz tərəfinə çəkmək, ağsaqqallılıq istəyirdi, eyni zamanda hakimiyyətdən narazıları ətrafına cəmləmək niyyətində idi. Onu unutmaq olmaz ki, o zaman Rəsul gənc, enerjili, istəkli idi, dövlətdə yüksək postda təmsil olunurdu. Çox səxavətli idi. Bu nöqteyi-nəzərdən ona inam yaranmışdı. Həm də Rəsul Quliyev müxalifət partiyası olan ADP-nin başına keçmişdi. O, daha çox adamları özünə inandırmışdı, nəinki ƏIi İnsanov. İnsanov uzun müddət həbsdə yatdı, ona yazığı gələnlər oldu. Amma o, belə insanları da məyus etdi. Onun siyasi fəaliyyətində müvəffəqiyyət görmürəm. Nə qədər ki, bu hakimiyyət möhkəmdir, o, istəyinə nail ola bilməyəcək. Adətən bu hakimiyyətdən qovulanlar müxalif olurlar. Onların hər hansı bir siyasi hərəkata qoşulması, Əli İnsanov ətrafında birləşmələri daha çox diqqət çəkər”.

Pənah Hüseyn: “Buna şərh verməyi doğru saymıram”

AXP sədri, sabiq baş nazir Pənah Hüseyn: “Hər kəsin partiya yaratmaq konstitusion hüququdur. Eyni zamanda siyasi və qeyri-siyasi təşkilatlarda birləşmək hüququ da var. Ona görə də, məncə, bu hadisəyə də o hüquq çərçivəsində baxmaq lazımdır. Azərbaycanın bir qrup vətəndaşı toplaşıb, siyasi partiya təsis etdiklərini elan ediblər. İndiki məqamda buna şərh verməyi doğru saymıram. Müxalifətdən Əli İnsanov tərəfə keçmələrin olub-olmayacağını zaman göstərəcək. Onun Rəsul Quliyevlə müqayisə olunmasına gəlincə, deyə bilərəm ki, 1998-ci ildəki situasiya ilə indiki situasiya tamam fərqlənir. Təbii ki, oxşarlıqlar tapmaq olar. Amma məncə, bunlar ikinci dərəcəli məsələlərdir”.

Elşad Musayev: “Onların kiməsə qoşulması ağılabatan deyil”

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev zamanın hər şeyi göstərəcəyini söylədi: “Bir partiyanın yaranacağı ilə bağlı yalnız bəyanat verilib. Sonrasının necə olacağını zaman göstərəcək. Hansısa ciddi qopmaların olacağını gözləmək üçün əsaslar olmalıdır. Belə əsaslar yoxdur, çünki üzdə olanların əksəriyyəti mövqeyini bəlli edib. Rəsul Quliyevin 1998-ci ildə apardığı proseslə Əli İnsanovun 2019-cu ildə apardığı prosesin heç bir uyğunluğu yoxdur. Zaman, şərait, şərtlər, siyasi vəziyyət, qüvvələr nisbəti və s. fərqlidir. Hakimiyyətdən kənarlaşdırılan qüvvələr isə əsasən öz varidatlarını qorumağa çalışırlar. Onlardan açıq müxalifətçilik gözləmək sadəlövhlük olardı. Bu baxımdan onların kiməsə qoşulması ağılabatan deyil”.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyəli müğənni "Həsrət nəğməsi"nə klip çəkdirdi
Dünən, 07:22
"Putin gələcəkdə senator və ya Federasiya Şurasının sədri ola bilər"
Dünən, 04:28
"30 ildir bu yolla kimsə maraqlanmayıb" - GİLEY
Dünən, 04:14
“Pulunuz çox ola bilər, amma nüfuzunuz yoxdur” – ƏLƏŞRƏFQIZI “ÜSYAN” ETDİ
Dünən, 04:12
Xəzər TV-yə Murad Dadaşov rəhbərlik etməyəcək - Yeni rəhbər kim olacaq?
Dünən, 04:09
Sabirabadda dializ xəstələri kütləvi zəhərlənib - AĞIR İDDİA
Dünən, 04:01
Saatlıda biabırçı seçki mənzərəsi - İDDİA
Dünən, 03:56
Lerik İqbal Məmmədovdan imtina edir - İTTİHAM
Dünən, 03:49
Stoltenberq: “Türkiyə NATO-nun əhəmiyyətli müttəfiqidir”
Dünən, 03:46
Parlament seçkiləri demokratik keçəcək? - Prezident Administrasiyası rəsmilərinin xəbərdarlığının pərdəarxası...
Dünən, 03:45
"Sovetski"də yenidən söküntü başlandı - Narazı da var, razılaşan da...
Dünən, 03:39
Bu universitet rektorlarının vəzifələrini itirəcəkləri gözlənilir - İDDİA
Dünən, 03:37
“Vücudum istənilən cəsarətli bir geyimi insanlara nümayiş etdirməyə imkan verirsə, niyə də bunu etməyim?”
Dünən, 03:31
“Azərbaycanda seçkidən küsmüş bir toplum var” - Günel Səfərova
Dünən, 03:29
Cəmi 2303 nəfər rus soyad sonluğundan imtina edib: - Proses niyə ləng gedir?
Dünən, 03:28
“Ermənistanın burnu əzilməyincə, öz hərəkətlərindən çətin ki, əl çəksin” - deputat
Dünən, 03:26
"Çox təsəlli verdim, amma kişi yenə fikir elədi"
Dünən, 03:25
“Ölkənin birinci naziri təhsil naziri olmalıdır!” - MÜSAHİBƏ
Dünən, 03:20
Amerika hərbçiləri Suriyada Rusiya generalını tutdu
Dünən, 03:16
Tramp Ağ Evdə Netanyahunu qəbul edəcək
Dünən, 03:14
“Panorama Park” Yaşayış Kompleksinin sakinləri kimdən narazıdır? - GİLEY
Dünən, 03:09
Şirvanda Əsmər Əliyeva “rüzgar“ı – Eldar Mahmudovun “sağ əli”nin qızı haqqında ilginc məlumatlar
Dünən, 03:06
Namizədin plakatlarını kim cırır? - VİDEO
Dünən, 03:04
Böyük Bəhmənli sakinləri Vüqar Bayramova tam etimad nümayiş etdirdilər - FOTO
Dünən, 03:01
Avropa Parlamentinin komitəsi "Brexit" razılaşmasını bəyənib
Dünən, 02:59
Erməni diasporunun Moskvada Azərbaycana qarşı təxribatının qarşısı alınıb
Dünən, 02:57
Vilayət Eyvazovdan yeni TƏYİNAT
23-01-2020, 19:03
Oğlu tərəfindən küçəyə atılan ata və ana: - "Əziyyətlə aldığım evimə bizi buraxmır"
23-01-2020, 19:01
Ermənistan 1990-cı ilin yanvar hadisələri ilə bağlı uydurma təbliğat aparır - XİN
23-01-2020, 18:52
"Sürücülər yol polislərinə başqa şey təklif edirlər" - Vaqif Əsədov
23-01-2020, 18:51
“Vodafone Ukraine”nin Müşahidə Şurası yenidən formalaşdırılıb
23-01-2020, 18:46
Mahir Abbaszadə üçün görüşləri kim təşkil edir? - İDDİA
23-01-2020, 18:42
Azercell-in 4G şəbəkəsi ölkənin ən yüksək keyfiyyətli şəbəkəsi olaraq tanınıb
23-01-2020, 18:33
"Verilişdən sonra aparıcıya deyirdim ki, niyə belə edirsiz?"
23-01-2020, 18:28
“Özünü buraxmış yaşlı deputatlar da geri çəkilsinlər” - Namizədliyini geri götürən Mais Səfərli
23-01-2020, 18:23
“Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək” - Stefan Şennak
23-01-2020, 18:22
Şirvan sakinindən külli miqdarda narkotik vasitələr götürülüb
23-01-2020, 18:18
Tovuzda 3 nəfəri elektrik cərəyanı vurub
23-01-2020, 18:10
Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinə yeni rəis təyin olunub
23-01-2020, 18:07
Soyadlar milliləşir: - Heç bir əngəl yoxdur, kim istəyirsə 5-10 günə…
23-01-2020, 18:05
"Biz tənqidlərə, amma sağlam tənqidə hörmətlə yanaşırıq"
23-01-2020, 18:03
Bələdiyyə sədri möhür və ştampı yas mərasimində itirib - Azərbaycanda
23-01-2020, 17:53
Məzahir Pənahov siyasi partiyalara müraciət edib
23-01-2020, 17:44
Nizami Rayon İcra başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilib
23-01-2020, 17:41
"Bütün məşhurlar efirdə 10 kiloqram çəkisindən artıq görsənir"
23-01-2020, 17:39
Prezident İlham Əliyev Vaqif Şadlinskini təltif edib - SƏRƏNCAM
23-01-2020, 17:36
“İstəmirik ki, kimsə namizədliyini geri götürsün” - Məzahir Pənahov
23-01-2020, 17:35
İslahatların növbəti dalğası başlayacaq – İlham Əliyevdən anons
23-01-2020, 17:31
Bakcell və İNNOLAND gənc developerləri investorlarla tanış edib
23-01-2020, 17:29
Milli Məclisə seçkilərlə əlaqədar 42 min 257 yerli müşahidəçi qeydiyyatdan keçib
23-01-2020, 17:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru