FHN-in dələduzluqda ittiham edilən keçmiş inspektoruna hökm oxunub .....                     “Heydər Əliyev və Şeyx həzrətlərinin dostluğu dövlət-din münasibətlərinin formalaşmasında həlledici rol oynayıb” .....                     Maliyyə Bazarlarına Nəzarət Palatası sahibkarlara müraciət etdi .....                     “Qarabağa Qayıdış” İctimai Birliyi Ədliyyə Nazirliyini məhkəməyə verdi .....                     Bu gün tutulan rəis 2 il öncə arvadını bıçaqlamışdı .....                     Deputat vergi islahatı lə bağlı təkliflər irəli sürüb .....                     Ermənistanlı 3 qat dünya çempionu Moskvada güllələnib .....                     Noyabrın 15-də fasilələrlə yağış yağacağı gözlənilir .....                     Dariqa Nazarbayeva İrəvana gəlib .....                     Gələn ildən tikinti şirkətlərinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ .....                     “Dövlət-din münasibətlərinin əsasını Ulu öndər Heydər Əliyev qoyub” .....                     “Biz söz azadlığını nifrət çağırışlarına çevirənlərin əleyhinəyik” .....                     “Nar”ın sosial layihəsi nüfuzlu beynəlxalq müsabiqədə qalib oldu .....                     “Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst yaşayır, fəaliyyət göstərir, öz dini ayinlərini icra edir” .....                     Rektor nazirə necə yalan informasiya ötürür... .....                     Həbs edilənlərdən biri Mədət Quliyevin işdən qovduğu rəisdir .....                     Dələduzluqda təqsirləndirilən "makler" məhkəmə zalında həbs edilib .....                     “Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir” .....                     Yeni imicləri gündəm oldu .....                     Rusiyadakı azərbaycanlı gənclərinin toplantısı keçirilib .....                     Prezident İlham Əliyev Allahşükür Paşazadəyə “Heydər Əliyev” ordenini .....                     "Baku Electronics” yenə də narazılıq yaradır... .....                     Türkiyədə hakim hakimi döyüb .....                     Dərbənd-Ermənistan münasbətlərini quran Azərbaycanlı milyarderin məqsədi nədir? .....                     "Az qala xalqı ittiham edirdilər ki..." .....                     “Etdikləri əməllərə görə Almaniya qanunları qarşısında cavab versinlər” .....                     UEFA “Qarabağ”a 781 min avro ayırıb .....                     “Bu, azərbaycanlıların adına ucalıq gətirən hal olmayacaq” .....                     Saatlı və Sabirabadda PENSİYA DƏLƏDUZLUĞU .....                     Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Dünya dini liderlərinin II Sammitində .....                     "Müsavat Partiyası Azərbaycanın adına ləkə gətirəcək "miqrant alveri"lə bağlı ictimaiyyətə açıqlama verməlidir" .....                     Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb .....                     Radikal müxalifət Avropaya tək uydurma siyasi mühacirlər yox, həm də cinayət şəbəkəsi ixrac edirmiş .....                     Ərdoğan və Tramp Ağ Evdə nələrdən danışdı? .....                     Mingəçevirdə 4 qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb .....                     ABŞ-da azərbaycanlı gənc qəzada öldü .....                     “Məndən 400-500 manat pul tələb edirlər” .....                     Məmurların mediaya çıxışı: .....                     Qazaxa yeni DYP rəisi təyin olunub .....                     Bakıda 39 yaşlı kişi yüksək dozada narkotikin təsirindən ölüb .....                 

“Əli İnsanov prezident olsa, ilk növbədə dəyirmi masada oturanları ”içəri" atacaq" - QALMAQAL
Tarix: 7-11-2019, 08:55 | Çap et
“Əli İnsanov prezident olsa, ilk növbədə dəyirmi masada oturanları ”içəri" atacaq"
Noyabrın 5-də sabiq nazir Əli İnsanovun demokrat “qiyafəsində”, lider “ədası” ilə Müsavat Partiyasının qərargahına qədəmlərini qoymasının alqışla qarşılanacağını gözləyənlər var idi. Olmadı.

Vaxtilə Müsavatın eks-başqanı İsa Qəmbərə və müxalifətçilərə hədyanlar yağdıran, “onların nəvələri müxalifətçi babalarından xəcalət çəkəcəklər” deyən, jurnalistə “konkret rədd ol” söyləyən, səhiyyəni öz dövründə “qanqrenaya” çevirən Ə.İnsanovun Müsavat qərargahında “söz verilir hörmətli professora” təqdimatı elə hakimiyyətin ən sərt tənqidçiləri tərəfindən pislənildi.

Müsavat başqanı Arif Hacılının təşəbbüsü ilə baş tutan dəyirmi masa ətrafında Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, AXCP sədri Əli Kərimli, “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, politoloq Hikmət Hacızadə və Əli İnsanovun demokratiyanı müzakirə eləməsi elə müxalifyönlü, iqtidara ən kəskin tənqidlər yazanlar tərəfindən “topa tutuldu”.

Məsələn, jurnalist Şahvələd Çobanoğlu facebook-da belə reaksiya vermişdi: “Gördülər bir Əli önə çıxmaqdadır, oturtdular günü keçmiş Əli ilə yanaşı.. xalq hərəkatı, strateji düşüncə, nə bilim nə...”

REAL Partiyasından Altay Göyüşov bu görüşdən yayılan şəkli klassik foto adlandırıb: “Adını faciəmizin dəyirmi masası da qoymaq olar. Əli İnsanov bunlara yaraşır, bunlar da Əli İnsanova... İlham Əliyevdən xahiş etmək lazımdır ki, bunları pensiyaya göndərdiyini özlərinə xəbər eləsin”.

Müsavatın başqanlığna namizədi olmuş Yadigar Sadıqlı İnsanovun Rəsulzadənin portreti qarşısında çəkilmiş fotosunu şərhsiz paylaşaraq eyham vurub.

Keçmiş vicdan məhbusu Qiyas İbrahimov Ə.İnsanovu belə xarakterizə edib: “İdeologiyası ”voravskoy" olan adi qisasçı Əli İnsanov diktaturadan qopmayıb, elə indi də gözümüzün önündə diktaturanın canlı simvoludur".

AG Partiyanın sədri Tural Abbaslı “Report”a bildirib ki, təşkilatçı Ə.İnsanovu bu dialoqda iştirak etməyə layiq bilirsə, bu, onun şəxsi qərarıdır: “Ona birdən-birə belə qucaq açmaq cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Biz bunu görməzlikdən gələ bilmərik. Əli İnsanovun müxalifətin dəyirmi masasında təmsil olunması o insanların yanaşdığı mənəvi dəyərlərdən asılıdır. Bizə bununla bağlı müraciət olunsaydı? konkret cavab verərdik”.

Tənqidçi jurnalist Azər Rəşidoğlu görüşə belə şərh verib: “Əli İnsanov prezident olsa, ilk növbədə dəyirmi masada oturanları ”içəri" atacaq".

Norveçdə yaşayan yazar Günel Mövlud isə dəyirmi masanı biabırçılıq adlandırıb: “O dəyirmi masanın porno versiyasını yazıb məclisdə olanların hamısının burnundan gətirmək mənə borc olsun. Başqa heç bir reaksiya düşünə bilmirəm dünənki rüsvayçılığa...”

AXCP Ali Məclisinin üzvü Nicat Abdullazadə belə reaksiya verib: “Dostlar, Əli Kərimlinin doğru qərarlar vermə qabiliyyətinə şübhəm yoxdur. İndiyədək onun verdiyi ən qeyri-populyar qərarların belə sonradan düzgün qərar olduğu sübuta yetib. Amma bəyin dəyirmi masaya qatılmaq qərarını anlamaqda çətinlik çəkirəm. Xalqın onu siyasi partiya liderliyindən xalq liderinə çevirdiyi bir məqamda adları siyasi intriqalarla assosiasiya olunan, birlikləri dağıdan, keçmişi ləkəli adamlarla bir masa ətrafında əyləşməyə Əli bəyi nə vadar etdiyini doğrudan anlamaqda çətinlik çəkirəm”.

“Anlamıram, nə zamandan Əli İnsanov orada oturan müxalifət rəhbərləri ilə səmimi olub və beləcə hamısını bir araya gətirib?! Xeyirdimi, inşallah? Bu şəkildə mübarizələrini elan edirlər eks-nazirlə? Hər kəs bitdi, Əli İnsanovla yola çıxmaq qərarına gəldilər?”, - deyə azərbaycanlı iş adamı Mübariz Mənsimov da dəymir masaya münasibət bildirib.

Onun sözlərinə görə, iqtidar gəncləşirkən müxalifət yaşlanır: “Əli İnsanov bu yaşdan sonra evdə oturub prosesləri kənardan seyr etsə idi, daha məqsədəuyğun olardı. Bəlkə elə deyil? Həbs olunana qədər bir çox insanların taleyi ilə istədiyi kimi oynayan, rüşvətdə günahlandırılan və korrupsiya əməlləri içində üzən, vaxtilə iqtidarın ən güclü fiqurlarından biri, haqlı və ya haqsız yerə həbsdə olan Əli İnsanov indi ”ağır topa" çevrildimi?!"

YAP icra katibinin müavini Siyavuş Novruzov özünün facebook hesabında yazıb ki, vaxtı keçmiş, müddəti bitmiş bir qrup insan yığılıb ora və Azərbaycanın gələcəyi haqqında hər hansı bir qərar qəbul etmək istəyir.

“Bu şəxslər indiyə qədər siyasətdə biabırçı şəkildə məğlub olublar və indi yenidən ”xod"a düşüblər, guya bunları Azərbaycan maraqlandırır, Azərbaycanın problemi maraqlandırır?! Vaxtilə Əli İnsanov insanları işdən qovurdu, onların işə bərpa olunması ilə bağlı məhkəmə qərarlarını cırıb atırdı ki, “mən qanundan üstünəm”. Əli İnsanov belə işləyirdi və korrupsiyaya qurşanmış adam idi. Məhz bu əməllərinə görə o, vəzifəsindən uzaqlaşdırıldı, həbs olundu. İndi bu adam nə millət dərdi çəkəcək? Və yaxud demokratiyadan danışanlar necə korrupsionerlə bir yerdə oturur?" - YAP-çı deputat sual edib.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı “Yeni Müsavat”a bildirdi ki, həmin dəyirmi masa ilə bağlı ona aydın olmayan məsələlər var: “Hansı məntiqlə, hansı tarixi xidmətlər, prinsiplər əsas götürülüb? Mən bax, bu haqda məlumatsızam. Ona görə Allah xeyir versin”.

Ə.İnsanovun tədbirdə iştirakına isə VHP sədri belə şərh verdi: “Şəxsiləşdirmək istəmirəm. İnsan ömrüdür, mövqelər, prinsiplər dəyişir. Ancaq ora toplaşanları əsas müxalifət kimi qələmə vermək doğru deyil. Ümumiyyətlə, həmin görüş mənə aydın olmayan formatdır. Çünki müxalifət düşərgəsi böyükdür, dəfələrlə yığışır, ayrılır, hər dəfə də sarsılır. Hesab edirəm ki, toplaşmalara daha ciddi baxmaq lazımdır”.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
FHN-in dələduzluqda ittiham edilən keçmiş inspektoruna hökm oxunub
Bu gün, 13:10
“Heydər Əliyev və Şeyx həzrətlərinin dostluğu dövlət-din münasibətlərinin formalaşmasında həlledici rol oynayıb” - Dövlət başçısı
Bu gün, 13:08
Opera və Balet teatrı ilə bağlı daha bir qalmaqal - "Məcnun" roluna görə də pul istəyirlər?
Bu gün, 13:04
Maliyyə Bazarlarına Nəzarət Palatası sahibkarlara müraciət etdi
Bu gün, 13:01
“Qarabağa Qayıdış” İctimai Birliyi Ədliyyə Nazirliyini məhkəməyə verdi
Bu gün, 12:58
Bu gün tutulan rəis 2 il öncə arvadını bıçaqlamışdı - VİDEO
Bu gün, 12:56
Deputat vergi islahatı lə bağlı təkliflər irəli sürüb
Bu gün, 12:53
"Röya "vor zakon"luğu İlhamə Quliyevadan öyrəndi" - Xalq artisti
Bu gün, 12:49
Ermənistanlı 3 qat dünya çempionu Moskvada güllələnib
Bu gün, 12:46
Noyabrın 15-də fasilələrlə yağış yağacağı gözlənilir - Belə deyirlər...
Bu gün, 12:44
Dariqa Nazarbayeva İrəvana gəlib
Bu gün, 12:41
Gələn ildən tikinti şirkətlərinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ ləğv ediləcək
Bu gün, 12:39
“Dövlət-din münasibətlərinin əsasını Ulu öndər Heydər Əliyev qoyub” - Prezident İlham Əliyev
Bu gün, 12:38
“Biz söz azadlığını nifrət çağırışlarına çevirənlərin əleyhinəyik” - Şeyxülislam
Bu gün, 12:37
“Nar”ın sosial layihəsi nüfuzlu beynəlxalq müsabiqədə qalib oldu - VİDEO
Bu gün, 12:36
“Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst yaşayır, fəaliyyət göstərir, öz dini ayinlərini icra edir” - Prezident İlham Əliyev
Bu gün, 12:22
Rektor nazirə necə yalan informasiya ötürür... - İDDİA
Bu gün, 12:19
Həbs edilənlərdən biri Mədət Quliyevin işdən qovduğu rəisdir - İLGİNC FAKTLAR
Bu gün, 12:13
Dələduzluqda təqsirləndirilən "makler" məhkəmə zalında həbs edilib
Bu gün, 12:10
Məmurların, iş adamlarının, vəzifəlilərin övladları nə işlə məşğuldur? - SİYAHI
Bu gün, 12:08
“Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir” - Azərbaycan Prezidenti
Bu gün, 12:05
Yeni imicləri gündəm oldu
Bu gün, 12:03
Rusiyadakı azərbaycanlı gənclərinin toplantısı keçirilib - FOTO
Bu gün, 11:55
Prezident İlham Əliyev Allahşükür Paşazadəyə “Heydər Əliyev” ordenini təqdim edib
Bu gün, 11:53
"Baku Electronics” yenə də narazılıq yaradır... - GİLEY
Bu gün, 11:50
Türkiyədə hakim hakimi döyüb
Bu gün, 11:47
Dərbənd-Ermənistan münasbətlərini quran Azərbaycanlı milyarderin məqsədi nədir? - Belə davam edərsə...
Bu gün, 11:41
"Az qala xalqı ittiham edirdilər ki..." - Əli Həsənovdan müxalifətə daha bir DƏRS
Bu gün, 11:38
“Etdikləri əməllərə görə Almaniya qanunları qarşısında cavab versinlər” - YAP-dan mühacirlərin həbsinə REAKSİYA
Bu gün, 11:34
UEFA “Qarabağ”a 781 min avro ayırıb
Bu gün, 11:33
“Bu, azərbaycanlıların adına ucalıq gətirən hal olmayacaq” - Almaniyadakı Koordinasiya Şurasının əlaqələndiricisi
Bu gün, 11:32
Saatlı və Sabirabadda PENSİYA DƏLƏDUZLUĞU - RƏSMİ İTTİHAM
Bu gün, 11:30
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Dünya dini liderlərinin II Sammitində iştirak edirlər
Bu gün, 11:27
"Müsavat Partiyası Azərbaycanın adına ləkə gətirəcək "miqrant alveri"lə bağlı ictimaiyyətə açıqlama verməlidir" - deputat
Bu gün, 11:22
"Spirtli içki içirdi, gəlib qapıma, dava salırdı" - VİDEO
Bu gün, 11:18
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
Bu gün, 11:12
Radikal müxalifət Avropaya tək uydurma siyasi mühacirlər yox, həm də cinayət şəbəkəsi ixrac edirmiş - Ekspert
Bu gün, 11:07
“Zeynəb Xanlarova hansısa iclasa qatılmırsa, bu da sağlamlığına görə olur” - Ağacan Abıyev
Bu gün, 11:06
Ərdoğan və Tramp Ağ Evdə nələrdən danışdı? - VİDEO
Bu gün, 11:04
“Bəzən radio aparıcıları çox yersiz hərəkətlər edirlər”
Bu gün, 11:00
Mingəçevirdə 4 qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb - FOTO
Bu gün, 10:55
ABŞ-da azərbaycanlı gənc qəzada öldü - FOTO
Bu gün, 10:53
“Məndən 400-500 manat pul tələb edirlər” - Xaçmaz sakini sosial yardım ala bilmir
Bu gün, 10:50
Məmurların mediaya çıxışı: - Vəzifəlilər mətbuatla işləməkdə maraqlı olmalıdırlar
Bu gün, 10:48
"Övladını internata atan valideynlərə normal baxıram"
Bu gün, 10:47
Qazaxa yeni DYP rəisi təyin olunub
Bu gün, 10:43
Xalq artisti Tünzalə Ağayeva 2 milyon insanı təhqir etdi: - "Zir-zibil istəmirəm"
Bu gün, 10:42
Bakıda 39 yaşlı kişi yüksək dozada narkotikin təsirindən ölüb
Bu gün, 10:37
Almaniyada həbs olunan azərbaycanlı müxalifətçilər barədə yeni FAKTLAR - İLGİNC
Bu gün, 10:36
"Şirvan Şəhər Məhkəmə sədri Elçin Qurbanov sözünü tutmadı..." - Ədalətsiz Qərar çıxartdı
Bu gün, 10:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru