Putin Rusiya konstitusiyasına dəyişikliklə bağlı səsvermə tarixini təsdiqləyib .....                     “Vüqar Səfərli həbs olunmalıdır” .....                     “Muğan Bank”ın səhmdarlarının pay bölgüsü dəyişib .....                     “Pandemiyaya baxmayaraq, Milli Məclis işinin öhdəsindən gəldi” .....                     Bakıda oğlan bulvarda şəkil çəkmək istədi, dənizə düşdü .....                     Baş Prokurorluq vəfat edən əməkdaşı ilə bağlı MƏLUMAT YAYDI .....                     Maskanın istifadə edilməməsinə görə cərimə tətbiqinə zərurət yaranıb .....                     Azərbaycanda pul bazası yenidən artmağa başlayıb .....                     “AXC olmasaydı, Azərbaycan SSRİ respublikalarından biri olmayacaqdı” .....                     Bakıda mənzildən 77 yaşlı qadın meyiti tapıldı .....                     "Buraxılış imtahanında iştirak edəcək şagirdlərin koronavirus testindən keçirilməsi nəzərdə tutulmur" .....                     Təhsil Nazirliyinin qarşısında aksiyaya cəhd olub, 7 nəfər saxlanılıb .....                     Nazirlər Kabinetinin İşlər müdiri təyin edilib .....                     Azərbaycanın Baş Nazirinə yeni köməkçi təyin edildi .....                     Nazirlər Kabinetində yeni təyinatlar olub .....                     Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasının gündəliyi açıqlandı .....                     Mahmudovlara 200 milyonu kim verib? .....                     Hakimlərin elektron qaydada əldə edəcəyi məlumatların siyahısı açıqlanıb .....                     Sabah dollar neçəyə olacaq? .....                     Keçmiş hakim azadlığa çıxdı .....                     “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”nin müddəaları açıqlanıb .....                     "Karantin qaydaları yenidən sərtləşdirilməlidir" .....                     Fırıldaqçı Mənsimovun Azərbaycanın adına gətirdiyi LƏKƏ... .....                     Lənkəranda xüsusi karantin və sanitar rejimin tələblərinə nəzarət gücləndirilib .....                     Maliyyə Monitorinqi Xidməti Ümumi Siyahısını yeniləyib .....                     “Dərs vaxtı”nın sabaha olan cədvəli açıqlanıb .....                     Azərbaycanda bərbərxana və gözəllik salonları üçün onlayn növbə sistemi yaradılacaq .....                     Maliyyə Monitorinqi Xidməti Ümumi Siyahısını yeniləyib .....                     Küveytin əmiri Prezident İlham Əliyevə məktub göndərib .....                     Gömrükdə SIXINTILI DURUM .....                     Varidatı az olan bankları nə gözləyir? .....                     Bakıda karantini pozan kafe sahibi həbs edildi .....                     Mahmudovun ailəsinə miras qoyan Aslan Aşurov kimdir? .....                     “Əbülfəz Qarayev bütün pulları arvadının vasitəsiylə xarici daşıyıb” .....                     Bakıya giriş-çıxış qadağası nə zaman götürüləcək? .....                     Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənir .....                     Təhsil Nazirliyi tələbələrin aksiyasına münasibət bildirib .....                     «İki sığorta şirkətinə vaxt verilib» .....                     “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edildi .....                     Tikinti ilə əlaqədar texniki şərtlərin verilməsinə dair yeni prosedur müəyyənləşib .....                 

YAP-çı deputatdan Araz Əlizadəyə ağır sözlər: - “Heç olmasa sus!..”
Tarix: 4-11-2019, 10:22 | Çap et
YAP-çı deputatdan Araz Əlizadəyə ağır sözlər:
“ASDP sədri Araz Əlizadənin İTV-də ictimaiyyəti qıcıqlandıran, təxribat xarakterli fikirləri dövlətimizin qurucusu Heydər Əliyev və möhtərəm prezidentimiz İlham Əliyevin ”Bir millət, iki dövlət" siyasətinə tamamilə ziddir və kökündən yanlışdır. Partiya sədrinin bu fikirlərini məhz Türk Şurasının sonuncu zirvə samitindən sonra səsləndirməsi bir daha göstərir ki, bu - sifarişlidir".

Deputat, YAP-ın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı bu sözləri “Yeni Müsavat”a açıqlamasında deyib. M.İbrahimqızı daha sonra bildirdi ki, yeganə missiyası Azərbaycan-Türkiyə düşmənlərinin sifarişini icra etmək olan sədr danışdığı dilin hansı dil qrupuna aid olduğunun fərqində belə deyil: “O, Azərbaycan xalqını şamil etmək istədiyi və özünün mənsub olduğu irqin Ari (Aryan) irqi olduğunu demək əvəzinə Hind-Avropa irqi deyir. Hansı ki, belə bir irq bu günədək antropologiya elmində mövcud deyil, əslində bu, Hind-Avropa dil ailəsi adlanır. Bizim coğrafiyamızda isə ari irqinə əsasən farslar və ermənilər daxildir. Bu iki xalqın dili də Hind-Avropa dil ailəsinə aiddir. Üç minillik dövlətçilik tarixi olan qonşu və dost İranda yaşayan 30 milyona yaxın azərbaycanlı soydaşlarımız azərbaycanlı deyil, türk adlandırılırlar. Ana dilimiz olan Azərbaycan türkcəsi isə Altay dil ailəsinə və Türk Dilləri Qrupuna aiddir. Azərbaycan xalqı monoetnik deyil, ölkəmizin gözəlliyi çoxsaylı etnik qrupların əsirlər boyu bir ailə şəkilində mehriban yaşamasıdır. Bu mənada Azərbaycan dünyaya tolerantlıq və multikultural dəyərləri ilə örnəkdir və biz bununla da fəxr edirik. Bizim ölkəmizdə yaşayan bütün xalqlar bir-birləri ilə qardaşdır. Amma kiməsə də təxribat xarakterli fikirlər səsləndirməklə insanların hissiyyatına toxunmağına da imkan verilməz! Araz Əlizadə kimi insanlar Azərbaycan və Türkiyə münasibətlərinin geniş və daha sürətlə inkişafını gördükcə vaxtaşırı könül bulandırmağa çalışırlar”.

Deputatın sözlərinə görə, dünyada elə dəyərlər var ki, insan onu istəsə də seçə bilmir: “Bunlardan biri də onun etnik kimliyidir. Bu dəyərlər insanlara ancaq Allah tərəfindən verilir. İstər İslam inancımızda, istərsə də Ümumdünya İnsan Haqları bəyənnaməsində və Ana Qanunumuzda bütün insanlar bərabər hüquqludur. İnsanlar bir-birlərindən ancaq mənəvi dəyərləri ilə fərqlənə bilər. Etnik kimlik Allah tərəfindən verilən dəyər olduğuna görə şükür etməliyik ki, o, bizi bəşəriyyətin əşrəfi olan insan yaradıb. Ulu öndərimiz Heydər Əliyevin sözləri ilə desək, ”Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir". Lakin ASDP deyilən bir mini-partiyanın sədri vaxtaşırı peyda olaraq həqiqətləri təhrif etməklə xalqın heysiyyatına toxunmağı qəhrəmanlıq hesab edir. Bu günlərdə möhtərəm prezidentimiz İlham Əliyevin Rusiyanın mətbu orqanı olan “Komersant”a verdiyi müsahibəsində səsləndirdiyi “XXI əsr Türk Dünyası əsri olacaq” fikirləri türk düşmənçiliyi edən erməni və ermənipərəst qüvvələrin canına birə salıb. Prezidentimizin Azərbaycan-Türkiyə diasporunun 1-ci qurultayında “...Bir millətin iki diasporası ola bilməz” fikri iki ölkənin strateji əməkdaşlığının təməl prinsiplərindəndir. Möhtərəm prezidentimiz hər zaman fəxrlə deyir ki, Azərbaycan - Türkiyə qardaşlığının dünyada analoqu yoxdur. Bu mənada dövlət siyasətinə qarşı çıxan bu cür qüvvələr cəmiyyətdə ifşa olunmalıdır!"

Xanım deputat əlavə etdi ki, iki qardaş dövlətin dostluq və qardaşlığını pozmaq istəyən yeganə qüvvə isə dünya erməniliyidir: “Əslində bəlkə də belə insanlara fikir vermək lazım deyil, çünki onlarda nə dəyişəcək ki? Belələri ətlə dırnaq arasında olmağı sevirlər. Amma ətlə dırnaq arasında olanlar irinə çevrilir. Belə insanlarda müqəddəs dəyər deyilən məfhum yoxdur. Bu tip insanlar dahi Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Əhməd Cavadın və onlarca xalqımızın tarixi şəxsiyyətləri haqda donos verərək onların üzünə durublar. Nəhayət, bu insanlara bir sözüm var: tarixin utanc səhifəsində olmaq istəmirsizsə, heç olmasa susun! Hələ XX əsrin əvvəllərində görkəmli dövlət xadimi Nəriman Nərimanovun Qurtuluş savaşı zamanı qardaş Türkiyənin çətin günlərində etdiyi yardımı Atatürk borc hesab edərkən Nərimanov ”qardaşın qardaşa borcu olmaz" deyib. 1918-ci illərdə erməni daşnaklar imperialist qüvvələrin dəstəyi ilə ölkəmizdə soyqırım törədərkən Nuru Paşa 3 mindən çox Türk əsgəri ilə xalqımızın harayına yetişmiş, Azərbaycanın könüllüləri ilə birgə müqəddəs vətənimizi daşnaklardan azad etmişlər. Təsadüfi deyil ki, iki xalqın qardaşlığının qürurverici tarixi keçən il bu iki dövlətin Ali Baş komandanlarının iştirakı ilə, möhtəşəm hərbi paradla təntənə ilə qeyd edildi. Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələrdə görünür, “yarasa sindromu” var. Çox təəssüf ki, tibb elmi bu sindromu müalicə etməkdə hələ də acizdir. ?Nəhayət, mini partiyanın sədrinin Nuru Paşanın və şəhid olmuş türk əsgərlərinin ünvanına səsləndirdiyi hörmətsiz fikirlər Qurtuluş savaşında Çanaqqala, Sakariya və Qarabağda şəhid olan Azərbaycan şəhidlərinin ruhuna da hörmətsizlikdir. 1919-1923-cu illər Qurtuluş müharibəsində Azərbaycanlılardan kimisi əlində olan 3-5 kuruşunu, kimisi isə canını Türk qardaşları üçün əsirgəmədi. Böyük ehtimalla, Aryan irqinə məxsus olanlar bu müharibədə əks cəbhədə vuruşurdular və onları Azərbaycan xalqının nümayəndəsi hesab etmək olmaz. Ülvi hisslərdən uzaq olan bu cür insanlar dövlətinə, vətəninə, millətinə xidməti ancaq maddiyyətlə ölçürlər! Son olaraq, onu qeyd edim ki, Azərbaycan və Türkiyə qardaşlığına kölgə salanlara möhtərəm prezidentimizin bir fikri ilə yekun vurmaq istərdim: “Bizim Türkiyə ilə qardaşlıq əlaqələrimiz dayanıqlıdır və reallaşdırılan layihələr bunu təsdiqləyir: aramızdakı qardaşlıq, dostluq əbədi olacaq!”

Qeyd edək ki, ASDP sədri, deputat A.Əlizadə İTV-də yayımlanan 3D proqramında aparıcı Dadaş Dadaşlinskinin suallarını cavablandırarkən Osmanlı ordusunu pul qarşılığında xidmət edən muzdlu ordu adlandırıb, Türkiyə və Azərbaycanın isə qardaş ölkə olmadığını iddia edib. Deputat həmin müsahibəsində bir neçə il əvvəl Türkiyə və Osmanlı ordusu barədə dilə gətirdiyi fikirlərini təkrarlayaraq deyib: “Osmanlı ordusu muzdlu ordu idi. Muzdlu ordu pul olmasa, heç vaxt müharibəyə getməz və girişməz. Burda qəbahət bir şey yoxdur”. Müsahibəsinin davamında daha da irəli gedən Araz Əlizadə Türkiyə ilə Azərbaycan xalqı arasında hər hansı qan bağlılığının olmadığını iddia edib: “Türkiyə ilə Azərbaycan arasında olan qan qruplarındakı elementlerə nəzər salsaq görərik ki, bir birilərinə heç uyğun gəlmirlər. Türklər Asiyadan gəlmədirlər, onlar sarı irqə məxsusdur. Azərbaycanlılar isə Hind-Avropa irqinə aiddir”.

Qalmaqallı açıqlama Türkiyədə də səs-küy doğurub, Modern.az-a telefon açan türkiyəli deputatlar və jurnalistlər A.Əlizadənin səsləndirdiyi fikirlərə kəskin etiraz bildiriblər.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin Rusiya konstitusiyasına dəyişikliklə bağlı səsvermə tarixini təsdiqləyib
Bu gün, 18:14
“Vüqar Səfərli həbs olunmalıdır” - deputat
Bu gün, 18:06
“Muğan Bank”ın səhmdarlarının pay bölgüsü dəyişib
Bu gün, 18:04
“Pandemiyaya baxmayaraq, Milli Məclis işinin öhdəsindən gəldi” - RƏYLƏR
Bu gün, 17:53
Bakıda oğlan bulvarda şəkil çəkmək istədi, dənizə düşdü
Bu gün, 17:52
Baş Prokurorluq vəfat edən əməkdaşı ilə bağlı MƏLUMAT YAYDI - "...ən ciddi tədbirlər görüləcək"
Bu gün, 17:49
Maskanın istifadə edilməməsinə görə cərimə tətbiqinə zərurət yaranıb - Baş infeksionist
Bu gün, 17:47
Azərbaycanda pul bazası yenidən artmağa başlayıb
Bu gün, 17:43
“AXC olmasaydı, Azərbaycan SSRİ respublikalarından biri olmayacaqdı” - Vilayət Quliyev
Bu gün, 17:36
Bakıda mənzildən 77 yaşlı qadın meyiti tapıldı
Bu gün, 17:30
"Buraxılış imtahanında iştirak edəcək şagirdlərin koronavirus testindən keçirilməsi nəzərdə tutulmur" - DİM
Bu gün, 17:28
Təhsil Nazirliyinin qarşısında aksiyaya cəhd olub, 7 nəfər saxlanılıb
Bu gün, 17:27
Efirdə ağlayan Nurlan Əzizbəyli haqda şok ittiham: - "30 minimi mənimsədilər"
Bu gün, 17:25
Nazirlər Kabinetinin İşlər müdiri təyin edilib
Bu gün, 17:23
Azərbaycanın Baş Nazirinə yeni köməkçi təyin edildi
Bu gün, 17:19
"5 aydır 1 manat qazanmıram, toya heç 7-10 minə getmirəm"
Bu gün, 17:18
Nazirlər Kabinetində yeni təyinatlar olub - ADLAR
Bu gün, 17:13
Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasının gündəliyi açıqlandı
Bu gün, 17:12
"Buna görə də İcra başçılarının gözü məni götürmürdü..." - VİDEO
Bu gün, 17:10
Mahmudovlara 200 milyonu kim verib? – Eldar Mahmudovun Milli Qəhrəmanın həyat yoldaşı olan bacısının DOSYESİ
Bu gün, 17:08
Hakimlərin elektron qaydada əldə edəcəyi məlumatların siyahısı açıqlanıb
Bu gün, 17:04
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:01
Keçmiş hakim azadlığa çıxdı - icra başçısı təyin etdirmək adı ilə 600 min manat pul almışdı
Bu gün, 17:00
“Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”nin müddəaları açıqlanıb - SİYAHI
Bu gün, 16:58
"Karantin qaydaları yenidən sərtləşdirilməlidir" - Professor
Bu gün, 16:56
Fırıldaqçı Mənsimovun Azərbaycanın adına gətirdiyi LƏKƏ... - İLGİNC
Bu gün, 16:55
Lənkəranda xüsusi karantin və sanitar rejimin tələblərinə nəzarət gücləndirilib
Bu gün, 16:50
Maliyyə Monitorinqi Xidməti Ümumi Siyahısını yeniləyib
Bu gün, 16:49
“Dərs vaxtı”nın sabaha olan cədvəli açıqlanıb
Bu gün, 16:48
Azərbaycanda bərbərxana və gözəllik salonları üçün onlayn növbə sistemi yaradılacaq
Bu gün, 16:48
Maliyyə Monitorinqi Xidməti Ümumi Siyahısını yeniləyib
Bu gün, 16:46
Küveytin əmiri Prezident İlham Əliyevə məktub göndərib
Bu gün, 16:32
Gömrükdə SIXINTILI DURUM - Deputat danışır...
Bu gün, 16:27
Varidatı az olan bankları nə gözləyir? - Bazardakı “əsas üçlük” onları da alacaq?
Bu gün, 16:26
Bakıda karantini pozan kafe sahibi həbs edildi
Bu gün, 16:23
Mahmudovun ailəsinə miras qoyan Aslan Aşurov kimdir? - ILGINC
Bu gün, 16:18
Ebru Gündeş Rüfət Aslanlının saatından aldı - Qiyməti isə...
Bu gün, 16:16
"Röyanın sildirdiyi bütün çılpaq fotoları məndə var" - Ülviyyə Alovludan ŞOK İDDİA
Bu gün, 16:14
“Əbülfəz Qarayev bütün pulları arvadının vasitəsiylə xarici daşıyıb” — HAFİZ HACIYEV
Bu gün, 16:12
Bakıya giriş-çıxış qadağası nə zaman götürüləcək? - Ekspertdən Operativ Qərargahın təmsilçilərinə İRAD
Bu gün, 16:09
Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənir
Bu gün, 16:05
“Uşaqlar üçün təhlükəli verilişlər efirdən yığışdırılmalıdır”
Bu gün, 16:00
Təhsil Nazirliyi tələbələrin aksiyasına münasibət bildirib - AÇIQLAMA
Bu gün, 15:58
«İki sığorta şirkətinə vaxt verilib» - Elman Rüstəmov
Bu gün, 15:57
“Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edildi - FƏRMAN
Bu gün, 15:54
Tikinti ilə əlaqədar texniki şərtlərin verilməsinə dair yeni prosedur müəyyənləşib
Bu gün, 15:50
"Zeynəb Xanlarova, Afaq Bəşirqızıya kimi təhqir etdirdiniz"
Bu gün, 15:44
"Bəzi qüvvələr istəyir ki, insanlar koronavirusa inanmasın"
Bu gün, 15:42
Azərbaycanda Qurban bayramının nə vaxt qeyd olunacağı açıqlanıb
Bu gün, 15:41
Nihilist radikallar vətənpərvərliyi də satışa çıxarırlar - VİDEO
Bu gün, 15:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru