Xalqımızı birliyə səsləyən MAHNI .....                     Bu ildən müəllimlər sertifikatlaşdırmadan keçəcəklər .....                     Sellofan torbalardan biz də imtina edəcəyik: .....                     Müəllimlərin işə qəbulunda edilən dəyişikliklərin detalları açıqlanıb .....                     Azercell “Təhlükəsiz internet” təlimin keçirilməsinə dəstək oldu .....                     Yelo Bankın İdarə Heyətinə sədr müavini təyin olunub .....                     “Sovetski”də söküntü dayandırıldı: Sakinlər və İcra Hakimiyyəti ortaq məxrəcə gələcəkmi? .....                     İradə Gülməmmədova ödənişli ictimai işlərdə çalışan işçilərlə görüşdü .....                     “Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının uğurla inkişaf edəcəyinə əminəm” .....                     Parlament seçkiləri ilə əlaqədar 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib .....                     Yanvarın 22-nə manatın məzənnəsi .....                     “Bəziləri qəsdən elə vəziyyət yaradırlar ki, onları qeydə almaq mümkün olmur” .....                     “95 nəfər namizədliyini geri götürüb” .....                     Göygölün icra başçısından plakat yasağı .....                     Deputatlığa namizədlərin sayı 1542-yə çatıb .....                     Azərbaycan Davos Forumunun çox nüfuzlu üzvlərindən biridir .....                     Prezident Davosda: Qarabağla bağlı müzakirə... .....                     Azərbaycanda ziyanlı mallar məhv edilmir: Başqa adla yenidən əhaliyə satılır .....                     Gülər Əhmədovanın deputatlığa namizədliyi qeydə alınmayıb .....                     Xəbər portalının təsisçisi və baş redaktoruna xəbərdarlıq edilib .....                     "Mingəçevir camaatı yeniləşən Azərbaycanı ünvanlarında görmək istəyir" .....                     Naqif Həmzəyevin seçiciləri ilə görüşləri davam edir .....                     İran parlamentinin deputatı Donald Trampın başına 3 milyon dollar qoyub .....                     Növbəti hit duet gəlir .....                     Vilayət Eyvazov DYP-yə müvafiq tapşırıq və tövsiyələr verib .....                     ““Yaz gələcək” şüarımız fəsil anlamından daha çox siyasi və sosial mesajdır” .....                     Əlilliyin qiymətləndirilməsi qaydalarında hansı yeniliklər edilib? .....                     Prezident İlham Əliyev Mixail Qusmanı .....                     Ermənistan parlamentində dava düşdü .....                     Balakən rayonunda dövlət tenderlərini KİMLƏR UDUR? .....                     Mikayıl Cabbarov karyera qurmağa başlayan gənclərə dəvət ünvanlayıb .....                     "Viski" əməliyyatının tələbə qurbanı barədə .....                     Azərbaycanın 30 aylıq idxalı ödəyəcək qədər valyuta ehtiyatları mövcuddur .....                     İmişlidəki qəbiristanlıqda dəfn edilən naməlum şəhidlərdən birinin kimliyi dəqiqləşib .....                     Səhər bəzi yerlərdə zəif duman olacaq .....                     Milli Məclisə seçkilərlə əlaqədar 18 nəfər deputatlığa .....                     Bankların yarımçıq missiyası: Real sektorun kreditləşməsi niyə artmır? .....                     Qazaxıstan çekistləri beynəlxalq mafiyanın azərbaycanlı “bankirini” yaxaladı .....                     Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı .....                     Azərbaycanda üç övladı ilə itkin düşən qadının qardaşı danışdı: .....                 

“Onlar ABŞ-da ermənilərə taleyini bağlamış, Trampı impiçment etmək istəyən, korrupsiyada ittiham olunan şəxslərdir” - deputat
Tarix: 11-10-2019, 08:21 | Çap et
“Onlar ABŞ-da ermənilərə taleyini bağlamış, Trampı impiçment etmək istəyən, korrupsiyada ittiham olunan şəxslərdir”
ABŞ Konqresinin ermənipərəst nümayəndələrinin Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərləri intensivləşib. Budur, ABŞ Konqresinin üzvləri Cudi Çu və Cek Spayer Qarabağa qanunsuz səfər edən növbəti konqresmenlərdən olublar.

Konqresmenlər Ermənistandan helikopterlə Azərbaycan torpaqlarına uçublar və Bakının istismarına icazə vermədiyi hava limanına eniblər.

Bu, amerikalı konqresmenlərin ilk belə səfəri deyil. Niyə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz şəkildə ayaq basırlar, nə üçün Bakı-Vaşinqton münasibətlərini nəzərə almırlar? Necə ola bilir ki, BMT-nin qətnamələri ilə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı təsbit olunduğu halda, ABŞ işğal olunmuş Dağlıq Qarabağa maliyyə yardımı həyata keçirir, amma əraziləri işğal olunmuş ölkəyə yardım üçün embarqo uzun illərdir ki, qüvvədə qalır?

Ümumiyyətlə, lobbi qruplarının ABŞ-ın siyasi sistemində fəaliyyəti ona gətirib çıxarıb ki, qanunverici orqanı təmsil edən ayrı-ayrı konqresmenlər beynəlxalq sistemdəki obyektivliyi kənara qoyaraq öz şəxsi maraqlarını güdən işlərlə məşğuldurlar.

Bundan əvvəl də ABŞ konqresmeni Frenk Pallone işğal altında olan Dağlıq Qarabağa səfər etmiş və erməni mətbuatına Vaşinqtonun Azərbaycana hərbi yardım göstərməsinə qarşı çıxmışdı.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə ilə söhbətimizdə bu məsələlərə toxunmuşuq. Onun “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:

- Asim müəllim, bu gün ABŞ - Azərbaycan münasibətləri hansı səviyyədədir?

- Azərbaycanla Amerika arasında münasibətlər tərəfdaşlıq və bir sıra istiqamətlərdə əməkdaşlıqdan ibarətdir. Bu istiqamətlərdən ən prioritet sahə təhlükəsizliklə bağlıdır.

Azərbaycan antiterror koalisiyasına üzv ölkələrdən biridir, Əfqanıstanda terrorizmlə mübarizəyə dəstəyini verməkdədir. ABŞ-la əməkdaşlıq sahələrindən digər mühüm biri enerji istiqamətindədir. Azərbaycan Amerikanın enerji sahəsində mühüm tərəfdaşları sırasındadır, dövlətimizin həyata keçirdiyi layihələr ABŞ tərəfindən dəstəklənir. Digər bir əməkdaşlıq istiqaməti isə enerji təhlükəsizliyi ilə bağlıdır və bu məsələdə iki ölkə münasibətləri mühüm rol oynayır. Eyni zamanda, ABŞ Azərbaycanla humanitar sahədə əməkdaşlığı davam etdirir. Bura mədəniyyət və təhsil sektorları daxildir. Bir məsələni də qeyd etməliyəm ki, ABŞ təhlükəsizlik sahəsi ilə bağlı ciddi vəsaitlər ayırıb, Azərbaycanda mütəxəssislər hazırlanır.

- Obama administrasiyası ilə Tramp hakimiyyətini Azərbaycana münasibətdə nə fərqləndirir?

- Birinci fərq ondan ibarətdir ki, Barak Obama administrasiyasında 907-ci düzəlişin müəllifləri olanlar mühüm vəzifələr tuturdular. Onlar erməni lobbisi ilə əlaqəli, bilavasitə layihələr həyata keçirənlər idilər. Obama administrasiyasında ermənilərlə əməkdaşlıq edən, vəsait ayıran qüvvələr fəaliyyət göstərirdilər. Amma bunların heç biri Tramp hakimiyyətində olmadı. Onun administrasiyasında 907-ci düzəlişin müəllifləri yoxdur, ermənilərə dəstək vermirlər.

- Siz iki ölkə arasında əməkdaşlıq sahələrini qeyd etdiniz, lakin amerikalı konqresmenlər növbəti dəfə Qarabağa qanunsuz səfər ediblər. Niyə tərəfdaş ölkəyə qarşı bu addımlar atılır?

- Söhbət ondan gedir ki, erməni diasporu ilə müəyyən əlaqələri olan şəxslər Qarabağa gəlirlər. Bu da həmin konqresmenlərin ermənipərəst olmasından qaynaqlanır.

Lakin onların torpaqlarımıza qanunsuz şəkildə səfəri heç bir halda Amerika hökumətinin mövqeyi, rəsmi səfəri kimi qiymətləndirilə bilməz. Bu konqresmenlər nəzərə almırlar ki, atdıqları addım ABŞ-ın milli təhlükəsizlik maraqlarına ziddir.

- Yəni bu konqresmenlər erməni lobbisindən maliyyələşirlər?

- Onlar Amerikada ermənilərə taleyini bağlamış şəxslərdir və hər bir formada asılılıqları var.

- Sizcə, konqresmenlərin vertolyotla Qarabağa gəlişi hansı mesaj idi?

- Bu da ənənəvi erməni şüurudur. Onlar düşdükləri ağır vəziyyətdən çıxmaq üçün amerikalı, avropalı, ermənilərlə sıx işləyən xarici siyasətçiləri dəvət edirlər.

- Bəs, Azərbaycan tərəfi bu məsələ ilə bağlı hansı addımı atmalıdır?

- İlk növbədə o konqresmenlərin siyasi korrupsiyasını ifşa etməliyik. Eyni zamanda beynəlxalq ictimaiyyəti bu məsələlərdən məlumatlandırmalıyıq. Amerika ictimaiyyətinə, konqresmenlərə bildirilməlidir ki, onların bu səfərləri ABŞ hökumətinin prinsiplərinə, öz ölkələrinin maraqlarına tamamilə ziddir. Əslində, Paşinyan o günə qalıb ki, Kim Kardaşyanı çağırır, onunla şəkil çəkdirir. Bu, Ermənistan hökumətinin düşdüyü acınacaqlı vəziyyətin göstəricisidir. Erməni lobbisi ilə əlaqəli konqresmenlər Qarabağa gəlir, Kardaşyan dəvət olunur...

- ABŞ-Azərbaycan arasında tərəfdaşlıqdan danışılır, ATƏTdə həmsədr ölkədir, sizcə, konqresmenlərin Qarabağa qanunsuz gəlişi bizə qarşı hörmətsizlik deyilmi?

- Əslində korrupsiyada ittiham edilən konqresmenlərin Trampın impiçmentini həyata keçirmək cəhdləridir. Onlar Trampın impiçmentini istəyirlər və buna görə Amerikanın maraqlarına qarşı çıxış edirlər. O baxımdan hesab etmirəm ki, onların Qarabağa gəlişi ABŞ-Azərbaycan münasibətlərinə, iki ölkə arasındakı tərəfdaşlığa kölgə salır. Sadəcə, özlərini ifşa edirlər, çünki onlar haqda korrupsiya məlumatları yayılır.

- Asim müəllim, konqresmenlərin Qarabağa səfəri, ermənilərlə sıx əlaqələri həm də Azərbaycanın Amerikadakı diasporunun zəif fəaliyyətinin nəticəsi deyilmi?

-Azərbaycan diasporu təbii ki, Amerikada çox zəifdir. Ermənilərin milyardlara malik, güclü diasporu orada fəaliyyət göstərir, illərlə kök salıblar, təşkilatlanıblar.

Eyni zamanda, erməni diasporu Avropada da öz işini görür. Bu mənada onlaral güc nümayiş etdirmək çətindir. Çünki bizim diasporamız hələ təzə başlayıb, ermənilər isə Amerikada çoxdan təşkilatlanıblar. Hesab edirəm ki, ABŞ və Avropa mediası ilə əməkdaşlığımız olmalıdır, beynəlxalq ictimaiyyətə sözümüzü çatdırmalıyıq.