Radikal müxalifətin ikinci oktyabr iflası .....                     Deputatlar küçəyə atılan uşağa baş çəkdilər .....                     "Bu cəhd bir daha göstərdi ki..." .....                     "Küçələrdə səs-küy salan bu insanlar Azərbaycanın reallıqlarından və xalqdan çox uzaq düşüblər" .....                     "Onlar mitinq yox, təxribat həyata keçirməyi planlaşdırırdılar" .....                     "Milli Şura" 220 nəfərlə qanunları pozmağa çalışsa da... .....                     Türkiyə ordusu Suriyada terrorçulara məxsus böyük silah anbarını ələ keçirib .....                     "Vergini ödəməyən cinayət məsuliyyətinə cəlb edilməli, onlara qarşı ciddi cəza tədbirləri tətbiq edilməlidir" .....                     Yeznəsinə 7 bıçaq vuran şəxs apellyasiya şikayəti verib .....                     Beynəlxalq hesabatlarda irəliləyiş Azərbaycana yaxşı imkanlar yaradır .....                     Dəyişdirilmiş Avropa Sosial Xartiyasının daha iki maddəsinin ratifikasiyası istiqamətində işlər aparılır .....                     Qurban Qurbanov “avtoşluq” edən futbolçunu əsas heyətdən kənarlaşdırıb .....                     "Qanunsuz aksiya cəhdinin qarşısı polis tərəfindən qətiyyətlə alınıb, saxlanılanlar var" .....                     Hacıqabul sakini itkin düşüb .....                     UEFA “Neftçi”ni 40 min avro cərimələyib .....                     Gələn həftə dəyişikliklərin START DÜYMƏSİ BASILIR... .....                     Gələn ilin dövlət büdcə zərfinin Milli Məclisin plenar iclaslarında müzakirə olunacağı tarixlər müəyyənləşib .....                     Yağış yağacağı gözlənilir .....                     "Rusiyadakı iş adamlarımızın çoxunu elə özümüzünkülər öldürür" .....                     Mingəçevirdə intihara cəhd .....                     Bakıda taksi sürücüsünü döyərək pulunu və telefonunu aparıblar .....                     İqtisadi proqnozlaşmada dəqiqliyə nail olmaq üçün nə etməli... .....                     Bakının mərkəzinə çoxlu sayda polis cəlb olunub .....                     Mətbuat Şurası jurnalistlərə və hüquq-mühafizə orqanlarına .....                     "28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti .....                     Sedat Peker “Quli”nin rəqibi ilə görüşündən danışdı .....                     Ailədə iki uşaq təhsil alırsa, vəziyyət çətindir .....                     Ağaclar necə əkilməlidir ki, bitiş faizi yüksək olsun? .....                     UEFAdan İKİLİ STANDART!!! .....                     Şirvan sakini keçmiş qayınatasının evindən 5000 manatlıq qızıl-zinət əşyaları oğurlayıb .....                     Keçmiş nazirin şirkəti .....                     Suriya Ordusu Fəratın şərqində yeni kəndlərə daxil olub .....                     Azərbaycan iqtisadiyyatının “təhlükəsizlik yastığı”nın gəlirləri çoxalır, model dəyişir .....                     Dövlət sifarişi ilə ali məktəblərdə oxuyanlar üçün təhsil xərclərinin miqdarı artırılacaq .....                     “Həmsədrlər deyir ki, Azərbaycan torplaqlarının işğalı ilə barışsın, ermənilərə güllə atmasın” .....                     Türk Şurası dünyada vacib güc mərkəzinə çevriləcək .....                     “Ded Xasan”ın qətlinin üstü açılır .....                     "Dağlıq Qarabağ məsələsində Azərbaycanı daima dəstəkləyirik" .....                     Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinə başlanılıb .....                     Deputatın bacısı oğlu vəzifədən niyə azad olundu? .....                 

"Nə gizlədim, İsa bəyin nüfuzu partiyada böyükdür" - İsa Qəmbərin açıqlaması Müsavatdakı seçkiyə müdaxilədir?
Tarix: 10-10-2019, 08:37 | Çap et
"Nə gizlədim, İsa bəyin nüfuzu partiyada böyükdür"
Müsavat Partiyası oktyabrın 12-də 9-cu qurultayını keçirməyə hazırlaşır. Hələ ki, qurultayın harada keçiriləcəyi Bakı Şəhər İcra Hakimiyyəti ilə dəqiqləşdirilməyib. Qurultayda partiya başqanı da seçiləcək. Bu posta indiki başqan Arif Hacılı və Divan üzvləri Tofiq Yaqublu ilə Yadigar Sadıqlı namizəddir.

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər oktyabrın 9-da özünün “Facebook” səhifəsində yaydığı açıqlamada 9-cu qurultayın nümayəndələrini Arif Hacılıya səs verməyə çağırıb: “2014-cü ilin sentyabrında-Müsavat Partiyasının 8-ci qurultayında başqanlığa namizədlərlə bağlı öz mövqeyimi açıqlamadım. Bunun iki əsas səbəbi var idi.

Birincisi, mənə elə gəlirdi ki, fikrimi açıqlasam, dəstəklədiyim namizəd asanlıqla qalib gələ bilər. Nəticədə bir tərəfdən gerçək seçki yarışı baş tutmaz, digər tərəfdən faktiki olaraq mən varis müəyyənləşdirmiş olaram. Mən isə demokratik seçki yarışının Müsavata və cəmiyyətə faydalı olacağına inanırdım və varis müəyyənləşdirmək istəmirdim.

İstəyirdim ki, məndən sonrakı başqanı və nəticədə partiyamızın növbəti mərhələdə siyasi kursunu müsavatçılar mənim təsirim olmadan müəyyənləşdirsinlər.

İkincisi, namizədlərdən bəziləri mənim öz mövqeyimi bildirməməyimi xahiş və təkid edirdilər.

İndi isə-9-cu qurultay ərəfəsində partiyamızda azad demokratik seçki ənənəsi o dərəcədə oturuşub ki, namizədlərdən heç biri mənə mövqeyimi nə bildirmək, nə də bildirməmək xahişi ilə müraciət etməyə ehtiyac duymur və bu məni sevindirir.

Odur ki, indi mən də mövqeyimi açıqlaya bilərəm. Qurultayda səs verəcəyim, başqan kimi görmək istədiyim namizəd Arif Hacılıdır”.

İsa Qəmbər bu mövqeyinin səbəblərini də sadalayıb: “Arif Hacılı Azərbaycanımızın ən təcrübəli, ən parlaq bioqrafiyaya malik siyasətçilərindən biridir. Onun 30 illik siyasi fəaliyyətinə diqqət yetirək. Arif Hacılı milli azadlıq hərəkatının liderlərindən biri, AXC rəhbərlərindən biri, istiqlalçı millət vəkili, Elçibəy hakimiyyətinin sütunlarından biri, 1-ci Qarabağ savaşının səngər qəhrəmanlarından biri, Müsavat Partiyasının bərpasında, inkişafında və idarə edilməsində əsas simalardan biri, Müsavatın 6-cı başqanıdır. Azərbaycanda belə bioqrafiyaya malik çoxmu siyasətçi saya bilərsiniz?

Arif Hacılı 5 ildir ki, Müsavat Partiyasına rəhbərlik edir. Avtoritar rejimin daha da azğınlaşdığı, repressiyaların tüğyan etdiyi, partiyamıza həm daxildən, həm xaricdən hücumların artdığı bu 5 ildə Arif Hacılı silahdaşları ilə birlikdə maksimum səbir və fədakarlıq göstərərək Müsavatın gücünü qorumaq və artırmaq, gerçək müxalifətin sözdə deyil, əməldə birliyinə nail olmaq, xalqımızın köklü maraqlarını müdafiə etmək sahəsində mümkün olan hər bir şeyi edib.

Arif Hacılı milli maraqlara, Müsavat dəyərlərinə, Rəsulzadə-Elçibəy yoluna, demokratiya prinsiplərinə sadiq olan, xalqımıza təmənnasız xidmət etməyə, hər bir vətəndaşımıza dost əli uzatmağa, dost yolunda hər bir fədakarlığa hazır olduğunu bütün həyatı boyu və hər an sübut edən bir ictimai-siyasi xadimdir. 2014-də mən başqanlıqdan çəkilib namizədlər üçün bərabər imkanlar yaratmağa çalışdım. Arif Hacılı isə başqan olduğu və başqanlığa namizəd olduğu halda bütün namizədlərə bərabər imkanlar yaradır. Bu daha böyük fədakarlıqdır.

Lakin mənim seçimim sadəcə Arif Hacılının bu sadaladığım və sadalaya biləcəyim keyfiyyətləri ilə bağlı deyil, yalnız onun keçmiş xidmətləri və bugünkü fəaliyyəti ilə bağlı deyil.

Mənim seçimim Arif Hacılı ilə 30 illik dostluğumuza da bağlı deyil. Bu seçim dostluğa bağlı olsaydı mən bunu Arif Hacılının bəlkə də mənim köməyimə ehtiyacı olduğu 2014-cü ildə nümayiş etdirərdim. İndi isə mən əminəm ki, mövqeyimi bəyan etməsəm də 9-cu qurultayda başqan seçkisinin qalibi bəllidir.

Mənim seçimim Arif Hacılının gələcək fəaliyyəti və millətimizə gələcək xidməti ilə bağlıdır. Mən müsavatçılara və bütün vətəndaşlarımıza bəyan etmək istəyirəm ki, Müsavatımızın və Azərbaycanımızın Arif Hacılının xidmətlərinə ehtiyacı var”.

Müsavat Məclisinin üzvü Alya Yaqublu isə facebook-da müsavatçıları Tofiq Yaqubluya səs verməyə çağırıb.

Müsavat Divanının üzvü Elman Fəttah isə sosial şəbəkədə geniş yazı ilə çıxış edərək müsavatçıları Yadigar Sadıqlıya səs verməyə dəvət edib.

Müsavat Partiyasının başqanlığına namizəd Yadigar Sadıqlı isə partiyanın sabiq başqanı İsa Qəmbərin Arif Hacılıya səs verəcəyini açıqlamasına özünün facebook səhifəsində münasibət bildirib. Y.Sadıqlı İsa Qəmbərin mövqe ortaya qoymasından təəssüfləndiyini bildirib: “İsa bəyin mövqeyi mənim üçün gözlənilməz olmadı. Məhz mənim və Tofiq Yaqublunun Müsavat başqanlığına namizədliyimizi irəli sürməmiz son illər ərzində ilk dəfə doğma partiyamızı gündəmə çevirdi. Namizədliyimi bəyan edəndə gördüm ki, insanlar Müsavat Partiyasını sevir, onu yenidən güclü, parlaq, iyrənc şayiələrdən uzaq görmək istəyir. Müsavatın tarixi, ideologiyası, xidmətləri barədə xeyli xoş sözlər oxudum. Məlum oldu ki, neqativ münasibət partiyaya deyil, onun mövcud rəhbərliyinədir. Əmin oldum ki, baş verəcək dəyişiklik Müsavat Partiyasının tarixində tamamilə yeni bir səhifə açacaq. Təəssüf ki, partiyanın önəmli ismi İsa Qəmbərin açıqladığı mövqe belə bir mümkün dəyişikliyin baş tutması ehtimalını xeyli aşağı salır. Nə gizlədim, İsa bəyin nüfuzu partiyada böyükdür və bir çoxları üçün onun mövqeyi həlledicidir. Arif Hacılıya qalib gəlmək olardı, lakin İsa Qəmbərlə tandemində qalibiyyət çox müşkül görünür. Bununla belə, mən sona qədər namizədliyimdə qalacam, mübarizə aparıb qalib gəlməyə çalışacam. Çünki Arif Hacılının başqanlığı dövründə Müsavatın çöküşü davam edəcək. O zaman mən heç olmasa “bacardığımı etdim” deyə vicdan rahatlığı ilə yaşamaq istəyirəm”.

Onu da qeyd edək ki, oktyabrın 9-da başqanlığa namizədlərin partiyanın qərargahında debatı keçirilib. Debat internet üzərindən canlı yayınlanıb.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Radikal müxalifətin ikinci oktyabr iflası - Əli Həsənov
Bu gün, 18:17
Deputatlar küçəyə atılan uşağa baş çəkdilər - FOTO
Bu gün, 18:00
"Bu cəhd bir daha göstərdi ki..." - deputat
Bu gün, 17:58
"Küçələrdə səs-küy salan bu insanlar Azərbaycanın reallıqlarından və xalqdan çox uzaq düşüblər" - Əli Əhmədov
Bu gün, 17:56
"Onlar mitinq yox, təxribat həyata keçirməyi planlaşdırırdılar" - deputat
Bu gün, 17:55
"Milli Şura" 220 nəfərlə qanunları pozmağa çalışsa da... - RƏSMİ
Bu gün, 17:53
Türkiyə ordusu Suriyada terrorçulara məxsus böyük silah anbarını ələ keçirib
Bu gün, 16:51
"Vergini ödəməyən cinayət məsuliyyətinə cəlb edilməli, onlara qarşı ciddi cəza tədbirləri tətbiq edilməlidir" - deputat
Bu gün, 16:50
Yeznəsinə 7 bıçaq vuran şəxs apellyasiya şikayəti verib
Bu gün, 16:37
Beynəlxalq hesabatlarda irəliləyiş Azərbaycana yaxşı imkanlar yaradır - TƏHLİL
Bu gün, 16:35
Dəyişdirilmiş Avropa Sosial Xartiyasının daha iki maddəsinin ratifikasiyası istiqamətində işlər aparılır
Bu gün, 16:32
Qurban Qurbanov “avtoşluq” edən futbolçunu əsas heyətdən kənarlaşdırıb
Bu gün, 16:27
"Qanunsuz aksiya cəhdinin qarşısı polis tərəfindən qətiyyətlə alınıb, saxlanılanlar var" - BŞBPİ-nin İdarə rəisi
Bu gün, 16:26
Hacıqabul sakini itkin düşüb - FOTO
Bu gün, 13:25
UEFA “Neftçi”ni 40 min avro cərimələyib
Bu gün, 13:22
Gələn həftə dəyişikliklərin START DÜYMƏSİ BASILIR... - Kimlər gedir?
Bu gün, 13:20
Gələn ilin dövlət büdcə zərfinin Milli Məclisin plenar iclaslarında müzakirə olunacağı tarixlər müəyyənləşib
Bu gün, 13:12
"Axırıncı dəfə dünən gecə görüşmüşük"
Bu gün, 13:10
Yağış yağacağı gözlənilir - Belə deyirlər...
Bu gün, 13:06
"Rusiyadakı iş adamlarımızın çoxunu elə özümüzünkülər öldürür" - Hafiz Hacıyev
Bu gün, 13:04
Mingəçevirdə intihara cəhd
Bu gün, 13:02
"İndi mən varam, sağam! Kim öyrənmək istəyirsə, buyursun..."
Bu gün, 13:01
Bakıda taksi sürücüsünü döyərək pulunu və telefonunu aparıblar
Bu gün, 12:54
İqtisadi proqnozlaşmada dəqiqliyə nail olmaq üçün nə etməli... - AKTUAL
Bu gün, 12:52
Bakının mərkəzinə çoxlu sayda polis cəlb olunub
Bu gün, 12:46
Mətbuat Şurası jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib
Bu gün, 12:42
"28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti müvəqqəti dayandırılacaq
Bu gün, 12:41
Sedat Peker “Quli”nin rəqibi ilə görüşündən danışdı – “Rəis” Badri ilə nə barədə söhbət edib?
Bu gün, 12:34
Ailədə iki uşaq təhsil alırsa, vəziyyət çətindir - TƏHSİL HAQQI PROBLEMİ
Bu gün, 12:32
Ağaclar necə əkilməlidir ki, bitiş faizi yüksək olsun? - Mütəxəssis rəyi
Bu gün, 12:21
UEFAdan İKİLİ STANDART!!! - “Qarabağ”ı cərimələdi, amma erməni təxribatı ilə bağlı açıqlama vermədi
Bu gün, 12:15
Şirvan sakini keçmiş qayınatasının evindən 5000 manatlıq qızıl-zinət əşyaları oğurlayıb
Bu gün, 12:11
Keçmiş nazirin şirkəti - 12 MİLYONLUQ MÜQAVİLƏ QAZANDI
Bu gün, 12:08
Suriya Ordusu Fəratın şərqində yeni kəndlərə daxil olub
Bu gün, 12:03
Dəmir parçasına görə “Maşın”ın iştirakçıları mənliklərini satdılar - QALMAQAL
Bu gün, 11:56
Azərbaycan iqtisadiyyatının “təhlükəsizlik yastığı”nın gəlirləri çoxalır, model dəyişir - TƏHLİL
Bu gün, 11:54
Dövlət sifarişi ilə ali məktəblərdə oxuyanlar üçün təhsil xərclərinin miqdarı artırılacaq
Bu gün, 11:50
"Maşın"da finalda uduzan Lalə: - "Suna artıq mənim üçün yoxdur”
Bu gün, 11:49
“Həmsədrlər deyir ki, Azərbaycan torplaqlarının işğalı ilə barışsın, ermənilərə güllə atmasın” - deputat
Bu gün, 11:47
Türk Şurası dünyada vacib güc mərkəzinə çevriləcək
Bu gün, 11:42
“Ded Xasan”ın qətlinin üstü açılır
Bu gün, 11:29
"Dağlıq Qarabağ məsələsində Azərbaycanı daima dəstəkləyirik" - Pakistan generalı
Bu gün, 11:28
Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinə başlanılıb - Bu gündən
Bu gün, 11:25
Deputatın bacısı oğlu vəzifədən niyə azad olundu? - İDDİA
Bu gün, 11:24
Bakıda tikintidə faciə: - başına boru düşən fəhlə öldü
Bu gün, 11:21
Azərbaycan neftinin qiyməti bahalaşıb
Bu gün, 11:19
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb
Bu gün, 11:02
Azərbaycan kinosunun inkişafına ayrılan vəsait 5 dəfə artırılır
Bu gün, 10:59
Şəhərin mərkəzi küçələri və metronun çıxışı bağlanır - Mitinq təxirə salınsa da...
Bu gün, 10:54
"Laləyə dedim sona qədər mübarizə apar" - VİDEO
Bu gün, 10:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru