Əli Kərimlidən növbəti "xiyaban şousu"na cəhd .....                     ABŞ müttəfiq və tərəfdaşı Azərbaycanın yanındadır .....                     Axısxa türkü olan “Azərbaycan bayrağı” ordenli döyüşçü ölüm ayağındadır .....                     10 ildir şəhid ailəsinə rədd cavabı verilir... .....                     Neft yenidən ucuzlaşıb .....                     DSMF-nin pensiya özbaşınalğı... .....                     Azərbaycanda seçici deputatlığa namizədə pul verdi: .....                     Kürdəmirin başçısı da seçkilərə müdaxilə edir .....                     "Can Azərbaycan" Rusiyada bəyənildi .....                     Seçkidə bu qalmışdı... BUNU DA GÖRDÜK... .....                     Seçkilərdə VİLYAM HACYEV ÇALARI... .....                     Mahir Emrelinin ferması .....                     "Kontakt Home" şefinin deputatlıq arzusu .....                     Rusiya Türkiyəyə 120-dən artıq S-400 üçün raket satıb .....                     Bakıda ər arvadını döyərək ona xəsarət yetirib .....                     İran Ukrayna təyyarəsini vurması ilə bağlı hesabatı yayıb .....                     Bu gün dollar neçəyədir? .....                     Dünya İqtisadi Forumu çərçivəsində "Caspian Week" forumu başlayır .....                     Tramp bu qadınlara viza verilməsi qaydalarını sərtləşdirmək niyyətindədir .....                     Mövlud Çavuşoğlu 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı ver .....                     "İşğalçı Ermənistanla fars hakimiyyətinin bu günkü qardaşlaşması nədir..?" .....                     Bakıda restoranın parkinqində insident: .....                     Abşeron rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb .....                     Qəbələdə adı “Qırmızı kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanılıb .....                     Deputatın nazirlə şərikli offşor şirkətinin Azərbaycanda da filialı varmış .....                     Səhiyyə Nazirliyi ləğv olunub! .....                     Bu gün Dünya İqtisadi Forumu başlayır .....                     ABŞ konqresmenləri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yaydı .....                     Nəriman Əliyev “Embawood” şefinin qabağına kimi çıxardı? .....                     “Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı komissiyanın ikinci iclasının tarixi dəqiqləşdirilir” .....                     Mərhum jurnalistin həyat yoldaşı vəfat edib .....                     Rusiya Dumasının sədri Tehrana rəsmi səfərə gedəcək .....                     Azərbaycan Prezidentinin köməkçisi Nobel Sülh Mükafatının Qorbaçovdan alınması üçün ictimai təşkilatları .....                     Şimal küləyi əsəcək .....                     “Onlar dedilər: Ser, onlar bir yerdədir. Ser, onların 2 dəqiqə 11 saniyəsi qalır…” .....                     "Doğrudanmı, mən bu ordunun tərkibində Əfqanıstanda xidmət etmişəm?" .....                     Azərbaycanın tanınmış jurnalisti vəfat edib .....                     Analitik qrup 20 Yanvar faciəsinə az qalmış nələri proqnozlaşdırmışdı? .....                     Təbrizi bir gecədə “Azadlıq” şüarları bəzədi .....                     Gəmilər, avtomobillər və qatarlar səs siqnalları verib .....                 

“Lazım gələrsə, Əli Kərimli ilə duelə də çıxacağam”
Tarix: 10-09-2019, 09:27 | Çap et
“Lazım gələrsə, Əli Kərimli ilə duelə də çıxacağam”
Tez-tez şou-biznesdə müğənnilərin, sənət adamlarının bir-birilərindən küsülü olmaları ilə bağlı xəbərlər yayılır. Məsələn, son yayılan məlumatlara görə, müğənni Röya Ayxan 21 nəfərlə küsülüdür. Azərbaycanın siyasi cameyəsində də bir-birindən küsən, bir-biriləri ilə mübahisə edən siyasətçilərə rast gəlirik. Xüsusilə də müxalifət düşərgəsində bu cür hallarla bağlı daha çox məlumat yayılır. Müxalifət nümayəndələrindən bir neçəsindən soruşduq. Onlar kiminlə küsülüdür? Siyasətçiyə küsülülük anlayışı nə dərəcədə uyğundur?

“Yeni Müsavat”a danışan AĞ Partiyanın lideri Tural Abbaslı bildirdi ki, dünyada siyasət bir peşədir və peşədə küskünlük yolverilməzdir:

“Küskünlük şəxsi münasibətlər zəminində formalaşan bir əlaqədir. Bu, sadəcə olaraq, emosional bir prosesdir. Ancaq düşünürəm ki, işlə, peşə ilə bağlı küskünlük qeyri-peşəkar yanaşmadır. Siyasət də deyərdim ki, ən məsuliyyətli peşələrdən biridir. Belə olduğu halda isə küskünlüklərin olmaması lazımdır. Ancaq təəssüf ki, Azərbaycanda nəinki yeni, hətta illərdir ki, küskünlüklərini davam etdirənlər var. Bu gün siyasətdə 20-30 ildir küsülü olanlar var.

Hansı ki, bu küskünlüklər nəyiki, öz şəxslərinə, hətta ümumi proseslərə ziyan verir. Dövlətçilik, müxalifətçilik baxımından bu cür küsülü olmalar böyük zərərlər gətirir. Mənim küsülü olduğum kimsə yoxdur. Çünki siyasət peşədirsə, burada peşə, iş kimi yanaşmaq lazımdır. Şəxsi münasibətlərimdə isə dostlarımla küsə, barışa bilərəm. Siyasətdə isə bu cür hal yoxdur. Lakin məndən küsən, inciyən siyasi baxımdan küskünlük saxlayan varsa, bu da onların biləcəyi bir işdir”.

ReAL Partiyasının funksioneri Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a söyləyib ki, şəxsi münasibətlərdə problemlər olur:

“İstər siyasətçilər olsun, istərsə də adi vətəndaşlar. Şəxsi münasibətlərdə problemlərin yaşanması mümkündür. Bunu inkar etmək də doğru olmazdı. Ancaq şəxsi inciklik və şəxsi münasibətlər hesab edirəm ki, siyasi polemikaya təsir etməli deyil. Bu cür hallar hesab edirəm ki, qarayaxma kampaniyasına çevrilməməlidir. Əgər siyasi mübarizədə ideoloji fikir ayrılıqları varsa, bunun şəxsi zəmində deyil, ideoloji zəmində təqdim olunmasına da ehtiyac var. Təbii ki, bir-biriləri ilə şəxsi münasibətlərində problemlər olan, son 20-25 ildə belə problemlərin dəfələrlə üzə çıxdığını siyasətçilər arasında görmüşük. Bütün bunlar şəxsi münasibətlər zəminində olub. Nə siyasi proseslərə, nə ideoloji baxış fərqinə, nə də məsələlərin təhlilinə görə münasibətlərin gərginləşdiyini görməmişik. Kiminsə kimdənsə incikliklərini siyasi səhnəyə gətirmək istəyirlər. Bu, yolverilməz haldır və doğru deyil. Ancaq ümumilikdə hər kəs insandır və şəxsi zəmində də problemlərin yaşanması normal haldır”.

Tez-tez müxtəlif məsələlərlə bağlı qalmaqallara çəkilən deputat Fazil Mustafa müsahibələrinin birində söyləyib ki, hazırda siyasətdə küsülü olduğu kimsə yoxdur.

Onu da qeyd edək ki, siyasətdə Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə ilə onun qardaşı və vaxtilə partiya silahdaşı olmuş politoloq Zərdüşt Əlizadənin illərdir küsülü olması ilə bağlı çoxsaylı xəbərlər yayılıb. Tərəflər isə bu xəbərləri təsdiq və ya inkar etməyiblər...

Bundan başqa, ADP sədri Sərdar Cəlaloğlu və qardaşı, hazırda mühacirətdə olan qardaşı Qurban Məmmədovun küsülü olduğu bildirilir...

Adı tez-tez qalmaqallarda hallanan siyasətçi Hafiz Hacıyevin isə konkret olaraq danışmadığı şəxslər var. “Yeni Müsavat”a açıqlamasında H. Hacıyev bildirib ki, onları bir ömür bağışlaya bilməz:

“Azərbaycanın siyasi partiyalarının əksəriyyətində ”salam-sağ ol"um olduğu adamlar var. Onlarla görüşüb, normal qaydada söhbət edirəm. Düzdür, məni bəyənməyənlər də var. Onların içərisində mənə qarşı kinli olanları da mövcuddur. Bəllidir ki, siyasətdə Hafiz Hacıyevə qarşı kin gəzdirən əsas 3 nəfər var ki, onlar da Kərimli Əli, Həsənli Cəmil və Hacılı Arifdir. Onların da hamısının üzünə həqiqəti dediyimə görə mənə qarşı kin saxlayırlar. Kərimov Əli kimi adamlarla həmişə düşmən olmuşam, axıra qədər də bu, belə olacaq. Lap lazım gələrsə, duelə çıxacağam. Bu adamlarla mənim ulduzlarım barışmaz. Digərləri ilə müzakirələrim olub. Siyasətçinin küsməsinə çox pis baxıram. Çünki siyasətçi arvad deyil ki, hər şeydən küssün. Siyasətçi hər zaman mübarizə aparmalıdır. Siyasətçilər bir-birilərini söyər də, döyər də. Ancaq siyasi meydanda dövlətin maraqlarını qorumaq gərəkəndə hamı bir yerdə olar. Ona görə də siyasətçilərin bir-biriləri ilə küsülü olmalarını normal qarşılamıram. Düşmən olmaq başqa şeydir. Mənim özüm də yuxarıda adlarını çəkdiyim şəxslərlə düşmən kimiyəm və bir yerdə ola bilmərəm. Bu, küsülülük deyil".