MSK parlament seçkiləri ilə bağlı yeni kitabçalar nəşr edib .....                     "Bazar Store"da biabırçı hadisə... .....                     Azərbaycan nefti yenidən 68 dolları ötüb .....                     "Örüş sahələrimizi də məhv ediblər" .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Xəzərdə suyun səviyyəsi niyə azalır? .....                     Əli Kərimlidən növbəti "xiyaban şousu"na cəhd .....                     ABŞ müttəfiq və tərəfdaşı Azərbaycanın yanındadır .....                     Axısxa türkü olan “Azərbaycan bayrağı” ordenli döyüşçü ölüm ayağındadır .....                     10 ildir şəhid ailəsinə rədd cavabı verilir... .....                     Neft yenidən ucuzlaşıb .....                     DSMF-nin pensiya özbaşınalğı... .....                     Azərbaycanda seçici deputatlığa namizədə pul verdi: .....                     Kürdəmirin başçısı da seçkilərə müdaxilə edir .....                     "Can Azərbaycan" Rusiyada bəyənildi .....                     Seçkidə bu qalmışdı... BUNU DA GÖRDÜK... .....                     Seçkilərdə VİLYAM HACYEV ÇALARI... .....                     Mahir Emrelinin ferması .....                     "Kontakt Home" şefinin deputatlıq arzusu .....                     Rusiya Türkiyəyə 120-dən artıq S-400 üçün raket satıb .....                     Bakıda ər arvadını döyərək ona xəsarət yetirib .....                     İran Ukrayna təyyarəsini vurması ilə bağlı hesabatı yayıb .....                     Bu gün dollar neçəyədir? .....                     Dünya İqtisadi Forumu çərçivəsində "Caspian Week" forumu başlayır .....                     Tramp bu qadınlara viza verilməsi qaydalarını sərtləşdirmək niyyətindədir .....                     Mövlud Çavuşoğlu 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı ver .....                     "İşğalçı Ermənistanla fars hakimiyyətinin bu günkü qardaşlaşması nədir..?" .....                     Bakıda restoranın parkinqində insident: .....                     Abşeron rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb .....                     Qəbələdə adı “Qırmızı kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanılıb .....                     Deputatın nazirlə şərikli offşor şirkətinin Azərbaycanda da filialı varmış .....                     Səhiyyə Nazirliyi ləğv olunub! .....                     Bu gün Dünya İqtisadi Forumu başlayır .....                     ABŞ konqresmenləri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yaydı .....                     Nəriman Əliyev “Embawood” şefinin qabağına kimi çıxardı? .....                     “Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı komissiyanın ikinci iclasının tarixi dəqiqləşdirilir” .....                     Mərhum jurnalistin həyat yoldaşı vəfat edib .....                     Rusiya Dumasının sədri Tehrana rəsmi səfərə gedəcək .....                     Azərbaycan Prezidentinin köməkçisi Nobel Sülh Mükafatının Qorbaçovdan alınması üçün ictimai təşkilatları .....                     Şimal küləyi əsəcək .....                 

YAP nədən indi qərar verdi? - GƏLİŞMƏ
Tarix: 4-09-2019, 08:59 | Çap et
YAP nədən indi qərar verdi?
Yeni Azərbaycan Partiyası (YAP) vaxtilə öz qərargahında nazirlərin, komitə sədrlərinin mətbuat konfranslarını təşkil edirdi. Jurnalistlər bu cür tədbirlərdə onları maraqlandıran suallara cavab ala bilirdilər.

YAP-ın qərargahında mətbuat konfranslarının keçirilməməsinin səbəbini belə izah etmişdi ki, hakim partiya bu təşəbbüsü irəli sürən ərəfədə Azərbaycanda informasiya vasitələrinin nümayəndələrinin rəhbər şəxslərə, strukturların birinci şəxslərinə çıxışları indiki qədər asan deyildi. Bir qədər informasiya qıtlığı yaşanırdı. Ona görə də YAP kütləvi informasiya vasitələrinin nümayəndələri ilə rəhbər şəxslər arasında bir növ vasitəçi missiyasını üzərinə götürdü. Hakim partiya hesab edirdi ki, informasiya qıtlığını aradan qaldırdığı üçün artıq bu cür mətbuat konfranslarının keçirilməsinə lüzum yoxdur.

Sentyabrın 3-də isə məlum olub ki, YAP İcra Katibliyi partiyanın mənzil qərargahında keçirilən ənənəvi mətbuat konfranslarının bərpası haqda qərar qəbul edib.

YAP-dan “Report”a verilən məlumata görə, layihənin məqsədi Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurları, cəmiyyət həyatının bütün sahələrini əhatə edən islahatlar, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan məqsədyönlü addımlar haqqında Azərbaycan vətəndaşlarına daha mötəbər, operativ və dolğun informasiyanın çatdırılmasıdır.

Layihə çərçivəsində bütün dövlət və hökumət qurumlarının rəhbərlərinin iştirakı ilə YAP İcra Katibliyində mətbuat konfranslarının keçirilməsi nəzərdə tutulur. Sentyabrın 10-da ilk mətbuat konfransı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin iştirakı ilə keçiriləcək.

Yeri gəlmişkən qeyd edək ki, son günlər tanınmış hakimiyyət nümayəndələrinin sosial şəbəkələrdə aktivləşməsi diqqət çəkir. Məsələn, YAP-çı deputat Siyavuş Novruzov, daha sonra isə “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov facebookda özünə hesab açdı. Onun bu platformaya gəlişi medianın diqqətindən yayınmadı. Bəzi saytlar YAP-çı deputatın bu addımını xəbərə çevirdi.

Həmçinin prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da bu günlərdə facebook profili açdı. Xatırladaq ki, Ə.Həsənovun facebookda səhifəsi vardı və buradan intensiv paylaşımlar edirdi. Amma o, yeni bir profil də açaraq sosial şəbəkədə daha fəal olmağa qərar verib.

Baş nazirin müavini, YAP icra katibi Əli Əhmədov, YAP-çı deputat Aydın Mirzəzadə facebookda hesabı olan siyasətçilərdəndi.

Bütün bunlar, YAP-ın ənənəvi mətbuat konfransılarını bərpa etməsi, iqtidar düşərgəsində yeni bir siyasi açılım xətti olduğunu deməyə əsas verir.
“Yeni Müsavat”