Güney Azərbaycan: Milli Hərəkat nə zaman ortaya güc qoyacaq? .....                     "Lavrovun milli motivasiyası Azərbaycan-Ermənistan konfiliktində özünü hiss etdirib" .....                     Azərbaycan ordusu Qazaxda iki ermənini məhv etdi .....                     230 hektar torpağı əlindən alınmış kənd .....                     İsfəndiyar Axundovun qaranlıq yolları... .....                     Saatlıda bir ailənin 5 üzvü göbələkdən zəhərlənib .....                     ABŞ Venesuela hakimiyyətini yenidən Hizbullahla əlaqədə olmaqda ittiham edir .....                     "Dövlətin ayırdığı pulu yeyiblər" .....                     ABŞ Yaponiyaya nüvə sınaqlarından yaranan çirklənməni aşkarlaya bilən təyyarə göndərib .....                     Deputatlığa namizəd Prezidentə müraciət etdi .....                     İnstagram-ın kraliçası o oldu .....                     Bakıda kişi naməlum şəxs tərəfindən bıçaqlanıb .....                     Bu gün dollar neçəyədir? .....                     Deputatlığa namizədlərin seçkiqabağı təşviqatı başlayıb .....                     Əlilliyin qiymətləndirilməsi qaydası müəyyənləşib .....                     Kargüzarlığın aparılmasına görə vəsaitin hakimlərin bank hesablarına köçürülməsi qaydası təsdiqlənib .....                     Gürcüstan-Azərbaycan sərhədində silahlı insident törədən şəxs həbs olunub .....                     «Sənaye Sığorta»da YENİ TƏYİNAT .....                     Əlilliyin qiymətləndirilməsinə dair ekspertiza müayinəsinə göndərişlərin verilməsi üçün yeni qayda müəyyənləşib .....                     Daha bir icra başçısının qanunsuz hərəkətlərindən Prezidentə ŞİKAYƏT .....                     Vilayət Eyvazov Fariz Rzayevi “Bandotdel“də yüksək vəzifəyə təyin etdi .....                     MSK seçkiqabağı təşviqatla bağlı əsas prinsiplərə aydınlıq gətirib .....                     DSK-larda deputatlığa namizədlərin qeydə alınması prosesi .....                     DİA.AZ-da texniki fasilə .....                     Bakının gözəlləşməsini istəməyənlər... .....                     Azərbaycan Mərkəzi Bankının strukturu dəyişib .....                     “Ermənistan yaxşı bilir ki, torpaqları geri qaytaracaq” .....                     "Kommunist" fraksiyası Mişustinin namizədliyini dəstəkləyə bilməyəcəyini açıqlayıb .....                     Cənub küləyi əsəcək .....                     Nərminin atası Bakıda ev istəmələrindən danışdı: .....                     Bakıda yük maşını nazirlik əməkdaşını vurub öldürdü .....                     Evdən qaçan məktəbli: .....                     İKZF mənzil fondu yaradıb .....                     Bazarlıq üçün namizəd olanlar: .....                     ETSN-də ictimai dinləmə keçiriləcək .....                     Başqa qurumdan ehtiyata buraxılan polkovnik Müdafiə Nazirliyindən nə istəyir? .....                     Yunis Səfərov və digərlərinin məhkəməsi davam etdirilib .....                     Nərminin anası nəyisə gizlədir?: Birlik sədrindən qəribə mesaj .....                     PA rəsmisindən ermənipərəst Zatulinə dərs .....                     Deputatlığa namizədlər üçün yaddaş kitabçası hazırlanıb .....                 

"İqtidar nə qədər ki, cəsarətli qərarlar qəbul etməlidir" - deputat
Tarix: 3-09-2019, 09:26 | Çap et
"İqtidar nə qədər ki, cəsarətli qərarlar qəbul etməlidir"
Son vaxtlar hakimiyyətin daxili siyasətdə sərt idarəçilikdən imtina etdiyi müşahidə olunur. Bu siyasət ilin əvvəlindən özünü daha qabarıq göstərir. Cəmiyyətin, ayrı-ayrı vətəndaşların müraciəti, istəyi həssas qarşılanır, problem tez bir zamanda həll edilir.

Açığı, əvvəlki illərdə vətəndaşların problemlərinə, çətinliklərinə məmurlar tərəfindən həssaslıq göstərilmirdi. Sonradan prezident İlham Əliyevin məmurlar qarşısında qoyduğu tələblərdən sonra vətəndaşlara münasibətdə xeyli dəyişiklik baş verdi. Həmçinin ölkə başçısının özünün də sosial-iqtisadi sahəyə yönəlik ardıcıl addımları cəmiyyətdəki gərginliyi və müəyyən narazılığı aradan qaldırmış oldu.

Bu siyasət siyasi rəqiblərə münasibətdə də özünü göstərir. Hakimiyyət əvvəlki illərdə siyasi rəqiblərinə qarşı daha sərt və dözümsüz yanaşırdısa, indi bu rəftarı təmkinli siyasət əvəz etməkdədir. Hətta söyüş müxalifətinə qarşı belə yüksək dözümlülük nəzərəçarpacaq dərəcədədir.

Son günlər bəzi yüksək rütbəli məmurların sosial şəbəkəyə gəlməsi, buradan çağırışlar etməsi sözügedən siyasətin tərkib hissəsidir.

Bəs müxalifət nə düşünür? Hakimiyyətin yürütdüyü bu xəttin sonadək davam edəcəyinə inanırmı? Bu siyasətin hansı effektlərinin olacağını düşünür?

AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, uzun illərdən bəri aparılan sərt idarəçiliyi nəzərə alsaq, son günlər atılan bəzi addımları nisbətən yumşalma hesab etmək olar. Əslində isə belə idarəçilik forması bütün normal hüquqi dövlətlərdə normadır:

“Ancaq təəssüf ki, biz belə xırda yumşalmalara belə islahat cəhdi kimi yanaşmağa məcbur qalmışıq. Həmçinin kənardan görünən odur ki, hakimiyyət daxilində hətta belə xırda yumşalmalara qarşı da sərt çıxış edənlər mövcuddur. Çünki hakimiyyətin bu yumşalma ilə yanaşı, sərt xəttinin də davam etdirildiyinin şahidi oluruq. Hələ də insanları adi etiraz aksiyalarına görə həbs edirlər, facebook statuslarına görə prokurorluq orqanlarına çağırırlar, məhkəmələrdə qurama işlərə görə illərlə həbs cəzası verirlər və sair. Odur ki, mən düşünürəm ki, iqtidarın özü üçün də sərt idarəçilikdən nisbi yumşaq idarəçiliyə keçid heç də rahat olmayacaq.

Tural Abbaslı: “AĞ Partiya olaraq hər cür demokratik açılımları müsbət qarşılayırıq”

Ancaq istənilən halda biz AĞ Partiya olaraq hər cür demokratik açılımları müsbət qarşılayırıq və bu açılımların köklü, ardıcıl, davamlı olmasına ümid edirik. Artıq iqtidar da bilməlidir ki, bu günə qədər aparılan sərt xətti dəyişməyin və müxalifətlə aradakı problemləri aradan qaldırmağın zamanıdır. Əgər bu prosesi bir daha uzatsalar, bu, nə iqtidar üçün, nə də Azərbaycan üçün xoş gələcək vəd etməyəcək. İqtidar köklü islahatlara başlamalıdır. Əgər həqiqətən də bu islahatlar aparılarsa və ortaya bu yöndə siyasi iradə qoyularsa, Azərbaycan tez bir zamanda siyasi, iqtisadi, sosial problemlərini həll edər və dayanıqlı inkişaf istiqamətində irəliləyər. Yekunda isə hamımızın əsas ümummilli problem hesab etdiyimiz Qarabağın işğaldan azadlığına nail olarıq. Bu yöndə əminəm ki, müxalifət də üzərinə düşənləri etməyə hazırdır və edəcək. Təki iqtidar səmimi və həqiqi siyasi iradə nümayiş etdirsin”.

Əli Orucov: “Siyasi partiyalara, mətbuata, vətəndaş cəmiyyəti institutlarına yanaşma olduğu kimi qalır”

AMİP katibi Əli Orucov isə hakimiyyətdən öz siyasi rəqiblərinə və opponentlərinə qarşı hansısa yumşalma və humanistliyə cəhdlər edildiyini görmədiyini dedi: “Əksinə, düşünürəm ki, yaxın dönəmlərdə münasibətlər daha gərgin və sərt xarakter alacaq. Qarşıdan bələdiyyə və parlament seçkiləri gəlir. Ümumən götürdükdə, siyasi partiyalara, mətbuata, vətəndaş cəmiyyəti institutlarına yanaşma olduğu kimi qalır. Ola bilər bir-iki məmur problemlərə yumşaq mövqe sərgiləyir. Bunu da iqtidarın ümumi siyasi kursunun dəyişməsi kimi qiymətləndirmirik.

Bəzi YAP funksionerləri real vəziyyəti anlamağa başlayıblar. Görürlər ki, sosial şəbəkələrin və sosial medianın ictimai şüura və proseslərə çox ciddi təsiri var. Bununla belə, YAP yetkililərinin sosial şəbəkələrə gəlmələri müsbət haldır".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev isə moderator.az-a açıqlamasında bildirib ki, onun da bir vətəndaş kimi gözləntiləri çoxdur. Çünki cəmiyyətimiz dəyişiklik istəyir. Bunu görməmək mümkün deyil: “Yaranmış vəziyyəti bölgədə marağı olan güclər də görür. İslahatların gecikməsi iqtidarı xalqın böyük ictimai dəstəyindən mərhum edə bilər ki, bu da ölkəmizi təxribatlar qarşısında zəif edərdi. Hər hansı təxribatın arzuolunmaz ekstremist qüvvələrin hakimiyyətinə yol aça biləcəyindən əndişələnən xarici güclər, hətta daxildə ölkəni gücləndirəcək islahatların aparılmasında maraqlı olmasa da, Azərbaycanın daxili siyasətinə daha ciddi müdaxilə etmək barədə düşünər, iqtidar bu gün malik olduğu beynəlxalq dəstəyi itirərdi. Yalnız güc strukturlarının peşəkarlığına və sədaqətinə güvənmək aşırı arxayınçılıq olardı. İqtidar nə qədər ki, güclüdür, prosesin ağrılı olmasına baxmayaraq, cəsarətli qərarlar qəbul etməlidir”.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Güney Azərbaycan: Milli Hərəkat nə zaman ortaya güc qoyacaq? - GƏLİŞMƏ
17-01-2020, 08:54
"Lavrovun milli motivasiyası Azərbaycan-Ermənistan konfiliktində özünü hiss etdirib"
17-01-2020, 08:52
Azərbaycan ordusu Qazaxda iki ermənini məhv etdi –BİRİ QƏRARGAH RƏİSİDİR
17-01-2020, 08:50
230 hektar torpağı əlindən alınmış kənd –YENİ ZUVAND CAMAATI CARƏSİZ QALIB
17-01-2020, 08:49
İsfəndiyar Axundovun qaranlıq yolları... - İTTİHAM
17-01-2020, 08:47
Saatlıda bir ailənin 5 üzvü göbələkdən zəhərlənib
17-01-2020, 08:46
ABŞ Venesuela hakimiyyətini yenidən Hizbullahla əlaqədə olmaqda ittiham edir
17-01-2020, 08:44
"Dövlətin ayırdığı pulu yeyiblər" - GİLEY
17-01-2020, 08:42
ABŞ Yaponiyaya nüvə sınaqlarından yaranan çirklənməni aşkarlaya bilən təyyarə göndərib
17-01-2020, 08:38
Deputatlığa namizəd Prezidentə müraciət etdi - "Sizə güvənimiz sonsuzdur!!!"
17-01-2020, 08:27
İnstagram-ın kraliçası o oldu
17-01-2020, 08:00
Bakıda kişi naməlum şəxs tərəfindən bıçaqlanıb
17-01-2020, 07:59
Bu gün dollar neçəyədir?
17-01-2020, 07:57
Deputatlığa namizədlərin seçkiqabağı təşviqatı başlayıb
17-01-2020, 07:56
Əlilliyin qiymətləndirilməsi qaydası müəyyənləşib
16-01-2020, 19:05
Kargüzarlığın aparılmasına görə vəsaitin hakimlərin bank hesablarına köçürülməsi qaydası təsdiqlənib
16-01-2020, 19:03
"İlkin filmin pulunu xərcləyəndə elə demirdi"
16-01-2020, 18:59
Gürcüstan-Azərbaycan sərhədində silahlı insident törədən şəxs həbs olunub
16-01-2020, 18:57
«Sənaye Sığorta»da YENİ TƏYİNAT
16-01-2020, 18:57
Əlilliyin qiymətləndirilməsinə dair ekspertiza müayinəsinə göndərişlərin verilməsi üçün yeni qayda müəyyənləşib
16-01-2020, 18:55
Daha bir icra başçısının qanunsuz hərəkətlərindən Prezidentə ŞİKAYƏT - VİDEO
16-01-2020, 18:54
Vilayət Eyvazov Fariz Rzayevi “Bandotdel“də yüksək vəzifəyə təyin etdi
16-01-2020, 18:51
MSK seçkiqabağı təşviqatla bağlı əsas prinsiplərə aydınlıq gətirib
16-01-2020, 18:48
DSK-larda deputatlığa namizədlərin qeydə alınması prosesi sabah başa çatır
16-01-2020, 18:47
DİA.AZ-da texniki fasilə
16-01-2020, 15:54
Bakının gözəlləşməsini istəməyənlər...
16-01-2020, 15:53
Azərbaycan Mərkəzi Bankının strukturu dəyişib
16-01-2020, 15:51
“Ermənistan yaxşı bilir ki, torpaqları geri qaytaracaq” - Tural Gəncəliyev
16-01-2020, 13:08
"Kommunist" fraksiyası Mişustinin namizədliyini dəstəkləyə bilməyəcəyini açıqlayıb
16-01-2020, 13:06
Cənub küləyi əsəcək - Belə deyirlər...
16-01-2020, 13:02
Nərminin atası Bakıda ev istəmələrindən danışdı: - "Jurnalistlərin uydurmasıdır"
16-01-2020, 13:01
"Niyə onları əzirik?"
16-01-2020, 12:58
Bakıda yük maşını nazirlik əməkdaşını vurub öldürdü - TƏFƏRRÜAT
16-01-2020, 12:55
Evdən qaçan məktəbli: - Valideynlərimlə yaşamaq istəmirəm
16-01-2020, 12:48
İKZF mənzil fondu yaradıb
16-01-2020, 12:46
Bazarlıq üçün namizəd olanlar: - Ev, maşın, pul, mobil telefon, kostyum...
16-01-2020, 12:44
ETSN-də ictimai dinləmə keçiriləcək
16-01-2020, 12:40
Başqa qurumdan ehtiyata buraxılan polkovnik Müdafiə Nazirliyindən nə istəyir? - ATMACA
16-01-2020, 12:35
Yunis Səfərov və digərlərinin məhkəməsi davam etdirilib
16-01-2020, 12:32
Nərminin anası nəyisə gizlədir?: Birlik sədrindən qəribə mesaj - “Hara getsən də...”
16-01-2020, 12:31
PA rəsmisindən ermənipərəst Zatulinə dərs - Rusiya oxucuları bundan danışır
16-01-2020, 12:30
Deputatlığa namizədlər üçün yaddaş kitabçası hazırlanıb
16-01-2020, 12:25
Gəncə şəhər icra başçısına birinci müavin təyin edilib - SƏRƏNCAM
16-01-2020, 12:24
“Seçkiləri izləmək üçün Rusiyadan Azərbaycana böyük nümayəndə heyəti gələcək” - Slutski
16-01-2020, 12:22
Biləsuvar rayonunda dövlət tenderlərini KİMLƏR UDUR? - İLGİNC SİYAHI
16-01-2020, 12:20
Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində mənzil fondu yaradılıb
16-01-2020, 12:14
Şəkinin “seçki bəxti” - Yenəmi Cavanşir Feyziyev?..
16-01-2020, 12:08
Kremldəki mənbə Putinin yeni planlarını mətbuata SIZDIRDI
16-01-2020, 12:05
Alimpaşa Məmmədovun gedəcəyi tarix bəlli oldu - "Seçkilərdən dərhal sonra..."
16-01-2020, 12:04
Şəkidə kriminal aləmə meyilli olan şəxslər saxlanılıb
16-01-2020, 11:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru