Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə övladlığa götürmə ilə bağlı .....                     Ağstafada 35 yaşlı kişi döyülüb .....                     İDDİA: Bu YDM-də 70 litrlik çənə 86 litr benzin vurulur .....                     İki dövlət qurumu arasında 26 milyonluq qalmaqal: .....                     Qazaxda kişi damarlarını kəsərək intihara cəhd edib .....                     Həmin müsahibədə Arşalyusun gəlini Leyla tam özü idi .....                     Tərtər Rayon Məhkəməsinin hakiminin səlahiyyətlərinə vaxtından əvvəl .....                     Ağstafa Rayon Məhkəməsinin sədrinin vəzifəsi dəyişdirilib .....                     Azərbaycanın üç ali təhsil müəssisəsinin qəbul qaydalarına .....                     Qarabağ qazisi xərçənglə mübarizə aparır .....                     Lari yenidən ucuzlaşıb .....                     230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb .....                     Azərbaycanda nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması halları artırılır .....                     Rüşvətə görə tutlan polisə hökm oxunub .....                     İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb .....                     "Tamamilə təkəm, köməyim yoxdu..." .....                     Baş prokurorun keçmiş müavininə hökm oxunub .....                     Sevinc Musayeva imicini dəyişdi .....                     ONLAR DEPUTAT OLMAQ İSTƏYİR .....                     Cəlilabadda vurduğu piyadanı öz avtomobili ilə xəstəxanaya aparan sürücü yolda qəza törədib .....                     Gömrük rəisi 32 min dollarlıq telefonlar üçün 14 min dollar tələb edir: .....                     İyulun 22-nə dolların məzənnəsi .....                     “Sərhəddə baş verən insidentin arxasında Gürcüstan və Azərbaycana dost olmayan qüvvələr dayanır” .....                     Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək .....                     “Əli Kərimli Leyla Yunusun şantajlarından qorxur” .....                     Elinaya görə işdən çıxarılan direktor .....                     BŞİH Qarabağ komitəsinin mitinqinə razılıq verməyib .....                     Prezident Azərbaycanla Koreya arasında qrant yardımına dair sazişi .....                     “Azərbaycan Banklar Assosiasiyası”nın “Marketinq və PR üzrə” Ekspert Qrupunun rəhbəri dəyişib .....                     Dia.az-da texniki fasilə .....                     Puta qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib .....                     Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini .....                     “Türkiyə və Azərbaycan üçün fərqli layihələr hazırlanır...” .....                     Azərbaycan Dövlət Tərcümə Mərkəzi ötən il 65 min manat mənfəət əldə edib .....                     İqtisadiyyatın, sənayenin, o cümlədən əhalinin artan tempinə uyğun olaraq elektrik enerjisi istehlakı da artıb .....                     Əhməd Vəliyevin bankı ağır durumda .....                     «Bakıda 100-150 manata olan geyimi Türkiyədən 20-30 manata gətiririk» .....                     Bizim PUA-larımız yerindədi, ABŞ bəlkə də öz dronunu vurub .....                     "Tarqovı"da polisin fahişə bilib, saxladığı qadın jurnalist olub? .....                     Tovuzda məktəb müəllimini arı sancaraq öldürüb .....                 

“Təhqirlə başlayan hər hansı gərginliyin qarşısını vaxtında almaq lazımdır” - deputat
Tarix: 11-07-2019, 08:43 | Çap et
“Təhqirlə başlayan hər hansı gərginliyin qarşısını vaxtında almaq lazımdır”
Artıq bir neçə gündür ki, Gürcüstanda “Rustavi 2" telekanalının aparıcısının Rusiya prezidenti Vladimr Putini təhqir etməsi ilə bağlı məsələ hər iki ölkə mətbuatında ciddi müzakirə olunmaqdadır. Qeyd edək ki, baş verən olaydan sonra telekanalın binasının qarşısında etiraz aksiyası keçirilib və yayımının dayandırılması tələb edilib. Aksiya səbəbi ilə baş direktor Nika Qvaramia yayımın dayandırıldığını bəyan edib. Daha sonra telekanal yayımını bərpa edib. Aparıcı Giorgi Qabunianın 2 ay müddətinə kanalın efirindən uzaqlaşdırılmasına qərar verilib. Bundan başqa, aparıcının telekanalın efirində yayımlanan istənilən proqramda iştirakı da qadağan edilib. Aparıcı barədə cinayət işinin açılması ilə bağlı fikirlər də səsləndirilib.

Məsələyə Rusiya prezidenti Vladimir Putinin də cavabı gecikməyib. Prezident “Hər hansı cinayət işi başlamaq onun üçün böyük şərəf olar. Qoy, o, bundan sonra da işləsin”, - deyə reaksiya verib.

Maraqlıdır, Azərbaycan siyasətçiləri eynilə Putinin vəziyyəti ilə qarşılaşsaydılar, yəni jurnalist təhqiri ilə üzləşsəydilər, reaksiyaları necə olardı?

Mövzu ilə bağlı “Yeni Müsavat” tanınmış bir neçə siyasətçi arasında sorğu keçirib.

Deputat Aydın Mirzəzadə sorğumuza bu cür cavab verdi: “Mən də eynilə Putinin qarşılaşdığı vəziyyətdə olsaydım, yəqin ki, sakit və təmkinli münasibət sərgiləyərdim. Təhqir, küçə ifadələri etikadan kənar münasibət Azərbaycan cəmiyyətinə xas olan məsələ deyil. Lakin ara-sıra kimsə bu cür davranış nümayiş etdirirsə, bu, artıq onun xarakterinin, mədəniyyətinin göstəricisidr. Onun səviyyəsinə enmək, polemikaya girmək düzgün olmazdı. Və yaxud ona cəza tətbiq edilməsini tələb etməyin də özü düzgün olmazdı. Hesab edirəm ki, siyasətçi, ziyalı, cəmiyyətdə üzdə olan şəxslər həmişə təmkinli olmalıdır. Bu baxımdan təhqirlə başlayan hər hansı gərginliyin qarşısını vaxtında almaq lazımdır. Bunun da yeganə yolu təmkinli olmaqdır”.

Aydın Mirzəzadə jurnalist təhqiri ilə qarşılaşdığını da qeyd etdi: “Çox təəssüf ki, belə hallar olub və bu günlərdə də qarşılaşmışam. Belə ki, facebook səhifəmdə, eləcə də profilimdə ara-sıra bu cür təhqirlər, heç bir mədəniyyətə sığmayan yazılar olur. Mən, sadəcə, onları silirəm və hesab edirəm ki, millət vəkili hər zaman səbirli və təmkinli olmalıdır".

Deputat Fəzail Ağamalı isə istənilən bir situasiyada, vəziyyətdə təhqiri çox pis qarşıladığını bildirdi: “Təhqir acizlik əlaməti, səviyyəsizliyin göstəricisidir. Gürcüstan jurnalistinin Rusiya prezidenti Vladimir Putini təhqir etməsini qətiyyətlə pisləyirəm və düşünürəm ki, jurnalist bunu etməməli idi. Putin də öz səviyyəsini saxlayaraq, jurnalistə cinayət işinin açılmasını məqbul hesab etmədi və düşünürəm ki, bu onun dövlət xadimi kimi böyüklüyünün ifadəsidir. Bu cür hallar Azərbaycanda da var. Çox təəssüf ki, mətbuatda biz bunun şahidi olmuşuq. Dəfələrlə olub ki, bizdə də millət vəkilləri, o cümlədən yüksək vəzifə tutan məmurlar bu cür halla qarşılaşıb, lakin böyük nümayiş etdirərək, bu məsələyə əhəmiyyət verməyiblər. Şəxsən mənim özüm uzun illər boyu ən müxtəlif şəkildə təhqirlərə məruz qalmışam. Lakin buna qarşı təmkinlik nümayiş etdirmişəm”.

ADP sədri Sərdar Cəlaloğlunun məsələyə münasibəti bu cür oldu: “Düşünürəm ki, həmin gürcü aparıcı jurnalist kimi deyil, vətəndaş kimi çıxış edib. Məlum məsələdir ki, Rusiya bu ölkənin ərazisini işğal edib və sairə. Ona görə də düşünürəm ki, aparıcı bir vətəndaş münasibəti ortalığa qoyub. Hər bir işğalçı da bilməlidir ki, işğal etdiyi ölkənin vətəndaşı ona hörmət etməz. Putin də bunu anladığı üçün qeyd edib ki, ”şərhə ehtiyac yoxdur". Yəni Putin də başa düşür ki, jurnalist məhkəməyə verilərsə, o da Rusiyanın işğalçı ölkə olması ilə bağlı proseslərə başlaya bilər. Ona görə də ağıllı siyasət yürüdərək bu məsələnin üstündən keçəcək".

Sərdar Cəlaloğlu heç bir zaman jurnalist təhqiri ilə rastlaşmadığını bildirdi.

Öz növbəsində AĞ Partiyanın sədri Tural Abbaslı da hər zaman təhqirin əleyhinə olduğunu dedi: “Əvvəla onu qeyd edim ki, istər siyasətdə, istər məişətdə, istərsə də digər ictimai sferalarda, ümumiyyətlə, təhqirin əleyhinəyəm. Bu məsələ həm əxlaqi, həm də hüquqi baxımdan qətiyyən qəbuledilən deyil. Şükür ki, hələ mənim şəxsimə qarşı Azərbaycanda fəaliyyət göstərən hər hansı bir jurnalist təhqiramiz ifadə və ya fikir işlətməyib. Belə bir hərəkətə şərait yarada biləcək addımlarımın da olduğunu düşünmürəm. Ancaq nəzərə alsaq ki, biz siyasətçilər ictimai xadimlərik, o zaman belə münasibətlə hər an üzləşə bilərik. Mənə qarşı belə bir münasibət sərgilənərsə, təbii ki, ilk növbədə həmin jurnalistlə bu məsələyə səmimi ortamda şəxsən aydınlıq gətirməyə çalışaram. Daha sonra isə gərək olarsa qanunların verdiyi hüquqlarımdan istifadə edərəm. Ümumiyyətlə isə belə xoşagəlməz halların baş verməsini arzulamıram. Həmçinin belə bir deyimimiz də var ki, təhqir cavabsız qaldıqda sahibinə aid olur”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə övladlığa götürmə ilə bağlı yeni səlahiyyətlər verilib
Bu gün, 18:35
Azərbaycanın Əməkdar incəsənət xadimi vəfat etdi
Bu gün, 18:32
Ağstafada 35 yaşlı kişi döyülüb
Bu gün, 18:29
İDDİA: Bu YDM-də 70 litrlik çənə 86 litr benzin vurulur - VİDEO
Bu gün, 18:27
İki dövlət qurumu arasında 26 milyonluq qalmaqal: - Məktəblər, xəstəxanalar, mənzillər qışda istiliksiz qalacaq?
Bu gün, 18:23
Qazaxda kişi damarlarını kəsərək intihara cəhd edib
Bu gün, 18:18
Elcan ARB-dən ATV-yə keçdi
Bu gün, 18:15
Həmin müsahibədə Arşalyusun gəlini Leyla tam özü idi
Bu gün, 18:12
Tərtər Rayon Məhkəməsinin hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib
Bu gün, 18:07
Ağstafa Rayon Məhkəməsinin sədrinin vəzifəsi dəyişdirilib - SƏRƏNCAM
Bu gün, 18:06
İş adamı ilə ailə quran Afət: - “Başqasının ərini özümə ər etməmişəm”
Bu gün, 18:03
Azərbaycanın üç ali təhsil müəssisəsinin qəbul qaydalarına dəyişiklik edilib
Bu gün, 17:58
Qarabağ qazisi xərçənglə mübarizə aparır – 6 yaşlı qızı kömək gözləyir
Bu gün, 17:57
Lari yenidən ucuzlaşıb
Bu gün, 17:55
230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb
Bu gün, 17:53
Azərbaycanda nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması halları artırılır
Bu gün, 17:51
Fatimə canlı efirdə niyə əsəbiləşdi?
Bu gün, 17:45
Rüşvətə görə tutlan polisə hökm oxunub
Bu gün, 17:41
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb
Bu gün, 17:36
"Tamamilə təkəm, köməyim yoxdu..." - GİLEY
Bu gün, 17:32
Baş prokurorun keçmiş müavininə hökm oxunub
Bu gün, 17:27
Sevinc Musayeva imicini dəyişdi
Bu gün, 17:26
ONLAR DEPUTAT OLMAQ İSTƏYİR - Keçmiş nazirlərdən geridönüş cəhdi
Bu gün, 17:21
Cəlilabadda vurduğu piyadanı öz avtomobili ilə xəstəxanaya aparan sürücü yolda qəza törədib
Bu gün, 17:18
Gömrük rəisi 32 min dollarlıq telefonlar üçün 14 min dollar tələb edir: - “Qırmızı Körpü”dən NÖVBƏTİ ŞİKAYƏT
Bu gün, 17:15
İyulun 22-nə dolların məzənnəsi
Bu gün, 17:13
“Sərhəddə baş verən insidentin arxasında Gürcüstan və Azərbaycana dost olmayan qüvvələr dayanır” - Gürcü ekspertlər
Bu gün, 17:11
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Bu gün, 17:01
“Əli Kərimli Leyla Yunusun şantajlarından qorxur” - Siyasi təhlilçi
Bu gün, 17:00
Elarizi ələ saldılar
Bu gün, 16:56
Elinaya görə işdən çıxarılan direktor - Məhkəmədə görüntüləndi
Bu gün, 16:52
BŞİH Qarabağ komitəsinin mitinqinə razılıq verməyib
Bu gün, 16:50
Prezident Azərbaycanla Koreya arasında qrant yardımına dair sazişi təsdiqləyib
Bu gün, 16:47
“Azərbaycan Banklar Assosiasiyası”nın “Marketinq və PR üzrə” Ekspert Qrupunun rəhbəri dəyişib
Bu gün, 16:45
Dia.az-da texniki fasilə
Bu gün, 15:34
Puta qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
Bu gün, 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
Bu gün, 15:23
“Türkiyə və Azərbaycan üçün fərqli layihələr hazırlanır...”
Bu gün, 15:20
Azərbaycan Dövlət Tərcümə Mərkəzi ötən il 65 min manat mənfəət əldə edib
Bu gün, 15:17
İqtisadiyyatın, sənayenin, o cümlədən əhalinin artan tempinə uyğun olaraq elektrik enerjisi istehlakı da artıb - RƏSMİ
Bu gün, 15:13
Əhməd Vəliyevin bankı ağır durumda – 9.8 milyonluq zərər
Bu gün, 15:11
«Bakıda 100-150 manata olan geyimi Türkiyədən 20-30 manata gətiririk» - MÜSAHİBƏ
Bu gün, 11:15
Bizim PUA-larımız yerindədi, ABŞ bəlkə də öz dronunu vurub – İran rəsmisi
Bu gün, 11:08
"Tarqovı"da polisin fahişə bilib, saxladığı qadın jurnalist olub? - RƏSMİ AÇIQLAMA
Bu gün, 11:00
Tovuzda məktəb müəllimini arı sancaraq öldürüb
Bu gün, 10:47
Afət Fərmanqızı ərə getdi
Bu gün, 10:43
“Turan Bank”a yeni səhmdarlar gəlib
Bu gün, 10:40
Bakıda yaşlı kişi küçədə yıxılaraq vəfat edib
Bu gün, 10:39
DİN işçi axtarır - ELAN
Bu gün, 10:37
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar 41 Təcili Tibbi Yardım briqadası ayrılıb - Nazirlik
Bu gün, 10:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru