Neftin ucuzlaşması davam edir .....                     “Abşeron City” müştərilərin başına oyun açır .....                     Düşmən ölkənin dizi aclıqdan büküləcək .....                     Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ! .....                     BP 25 ildir Bakıda neft çıxarır, təhlükə olmur, amma bir futbol matçına görə “təhlükə” yaranır... .....                     "Unibank" kompensasiya maxinasiyasını davam etdirir .....                     Peşəkar mühasib sertifikatının verilməsi ilə bağlı qaydalar təsdiqlənib .....                     Paşinyanı rəqibləri ilə son döyüş gözləyir .....                     Saxta əlil pensiyası alan direktorla bağlı məsələ qapanmayıb .....                     Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatı start götürür .....                     Gömrük fəlsəfəsinin dəyişməsinə ehtiyac var... .....                     Taxıl asılılığımız artır: Çörək tələbatı, yoxsa? .....                     “DOST” mərkəzlərinin Nümunəvi Nizamnaməsi təsdiqlənib .....                     Azərbaycanda lisenziyalaşdırılan şəxslərin fəaliyyətinin yoxlanılması qaydası müəyyənləşib .....                     Sensasion iddialar: Azərbaycan müharibəyə hazırlaşır .....                     Bakıda 38 yaşlı kişi boğazından bıçaqlanıb .....                     Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti BU YOLLA müəyyən olunacaq .....                     Səbail rayonunda kişi meyiti tapılıb .....                     “Azərbaycan xüsusi xidmət orqanları tərəfindən bu istiqamət daim əməliyyat nəzarətində saxlanılır” .....                     Bu gün dollar neçəyədir? .....                     Azərbaycan nefti ucuzlaşır .....                     Öz evində bıçaqlayıb öldürdülər .....                     Bakıda 41 yaşlı kişi döyülüb .....                     “Həmin siyasi dərnək bu günə kimi mitinq keçirməyib, amma finala bir gün qalmış...” .....                     Ruhani: İran bombardmana məruz qalsa belə təslim olmayacaq .....                     “Azərbaycanla sərhədlə bağlı danışıqları diqqətlə izləyirik” .....                     Qarabağ separatçılarının “dünya çempionatı” fiaskosu .....                     "Yeni Yasamal" MTK işində "Şərurlu İsfəndiyar" da peyda oldu .....                     Azərbaycanda kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası artırılıb .....                     “Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur .....                     Ermənistan ordusu Zakir Həsənova atəş açmaq istəyib? .....                     Gürcüstanın XİN başçısı Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın fəaliyyəti ilə bağlı gözləntilərini açıqlayıb .....                     Misir və Qazaxıstan prezidentləri Azərbaycan dövlət başçısına .....                     “Amnesty İnternational”ın qərəzli açıqlamalarının heç bir əhəmiyyəti olmayacaq .....                     Fuad Abbasov sabah Azərbaycana .....                     İnam Kərimovu mətbuatda kim "vurur"? .....                     Moskvada Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradılıb .....                     Maliyyə Nazirliyi “Azərbaycan Beynəlxalq Bankı”ndakı payını 93%-ə çatdırıb .....                     Keçmiş səfirin Fuad Abbasovun həbsinə reaksiyasının səbəbləri .....                     Eldar Mahmudovun əmisi oğlu .....                 

“İnsanov Azərbaycan insanının ona dəyişməz nifrətini bilir” - Reaksiyalar
Tarix: 8-05-2019, 08:23 | Çap et
“İnsanov Azərbaycan insanının ona dəyişməz nifrətini bilir”
Bu ilin martında Novruz əfvi ilə azadlığa çıxan sabiq səhiyyə naziri Əli İnsanovun günlər öncəki müsahibəsi ətrafında narazılıq durmadan artır. Ən çox da onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dediklərinə sərt etirazlar var.

Açıq şəkildə ermənilərlə barışıqdan dəm vuran Ə.İnsanov bu müsahibəsində azadlığa çıxdığı ilk andan təşəkkür etməkdən doymadığı Qərbə mesaj ünvanlayır ki, məni Azərbaycanda iqtidara gətirin, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll edim. Bundan əlavə, eks-nazir demokratiya pərdəsi altında gizlənərək, bildirir ki, Azərbaycan elə bir qurulmalıdır ki, ermənilər dövlətimizin tərkibində yaşamaq istəsinlər. Ə.İnsanov hətta daha irəli gedərək, beynəlxalq qurumların Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində Azərbaycan tərəfinə inanmadığını da önə çəkir. Bir növ günahı dövlətimizdə görür. Rəsmi Bakının beynəlxalq konvensiyalara əməl etmədiyini deyən sabiq nazir bu səbəbin də münaqişəsinin həll edilməməsində mühüm rol oynadığını önə çəkir.

ONA İnformasiya Agentliyinin rəhbəri Vüsalə Mahirqızı facebook profilində bununla bağlı status paylaşıb. Agentlik rəhbəri yazır: “Əli İnsanovun o müsahibəni verməkdə məqsədi Qarabağ münaqişəsini Ermənistanın üstünlüyü ilə ”həll etməyə" çalışan xarici mərkəzlərə “məni dəstəkləyin, təslimçi sülh imzalamağa hazıram” mesajı verməsidir. Gülməlidir, bilirəm, əvvəl o mərkəzlər adamı persona kimi qəbul etməlidirlər ki, sonra danışsınlar, ümumiyyətlə. Amma İnsanov Azərbaycan insanının ona dəyişməz nifrətini bilir, ona görə də xalqı hesabdan silib. Adamlar üçün ən dəhşətli həqiqət toplumun onun barəsində gerçəkdən nə düşünməsini dərk etməsidir. Əli İnsanov zamanında təhqir elədiyi, aşağıladığı, əzdiyi adamların onu qəbul etmədiyini, etməyəcəyini yaxşı bilir və qisasını da bu cür alır. Xalq üçün ən müqəddəs olan məsələ ilə - Qarabağla belə alver etməyə hazır olduğunu açıq bildirir. Normal adam bunu iki səbəbdən etməməlidir: birincisi, Dövləti-Vətəni üçün. İkincisi, adamların nifrətini qazanmamağa görə. Birinciyə 2005-ci ildə xəyanət edib, ikincini də adamlar onu tanıyandan bəri qazanıb. İtirməyə dəyəri olmayan adam toplumun dəyərinə hörmət edə bilməz".

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev: “Əvvəla onu deyim ki, gerçəkdən Əli İnsanovu izləmirəm. Heç bir açıqlamasına baxmamışam, çıxışlarını izləməmişəm. O insan mənə maraqlı deyil. Siyasətçi də deyil. Həkimdir, yaşlı bir adamdır. Vaxtilə korrupsiyada ittiham olunub. Onun perspektivinə belə inanmıram. Siyasi səhnədə yer tutacağını, bir iş görəcəyini, ən azından bir təklif belə vermək bacarığının olduğunu düşünmürəm. Hər hansı bir siyasətçi siyasi təklifi, analizləri, siyasi fəaliyyəti ilə çıxış edəndə nəsə düşünmək olur. Amma Əli İnsanovda bunların heç birini görmədiyim üçün onunla ümumiyyətlə maraqlanmıram. Azərbaycan münaqişənin həlli üçün dinc yolla sülhə çatmağı arzulayır. Sülh yolu sözü doğru deyil. Azərbaycan dinc yolla problemi həll etmək üçün indiyə qədər çalışıb, təkliflərini verib. Amma bu dinc yol 25 ildir heç bir fayda vermir. Görünür, bu insanın çox şeylərdən xəbəri yoxdur. Onun ”Azərbaycan elə bir ölkə olmalıdır ki, ermənilər burada yaşamağa maraqlı olsunlar" deyə səsləndirdiyi fikirlər barədə onu deyə bilərəm ki, ölkəmizin vəziyyəti qat-qat Ermənistandan üstündür. Bunu hər kəs bilir. Digər tərəfdən, Dağlıq Qarabağdakı erməni əsilli azərbaycanlıların özləri əslində girov vəziyyətindədir. Əli İnsanov başa düşmək istəmir ki, bu, etnik münaqişə deyil. Bir qonşu dövlət hücum edib, Azərbaycan torpaqlarını işğala məruz qoyub. İşğal etdiyi ərazilərin bir hissəsində də qondarma rejim qurub. Əli İnsanov açıqlamalarında Azərbaycan tərəfi dolayısı ilə günahkar bilirsə, bunu heç şərh etməyə ehtiyac qalmır. Bir dövlət gəlib sənin ərazilərini işğal edir, sən də günahı özündə axtarırsan. Bizim burada yeganə günahımız odur ki, indiyə qədər ərazilərimizi hərbi yolla işğaldan azad etməmişik. Beynəlxalq aləmə inandıq ki, problemi həll edəcəklər. Bu da bizdən asılı olmayan günahdır. 2016-cı ilin aprel savaşına girdik, bizi saxladılar ki, dinc yolla həll edərik. Amma etmədilər. İnsanovun verdiyi mesajlardan aydın olur ki, məsələnin mahiyyətindən xəbərsizdir, eyni zamanda siyasi peşəkarlığı yoxdur. Açığı, sizə rəğmən, qəzetinizə hörmətim olduğu üçün onun dediklərinə şərh verdim. Belə bir qeyri-ciddi, siyasətlə məşğul olan adamların dediklərinə cəmiyyətin köklənməsini heç də doğru saymıram".

Deputat sabiq nazirin Azərbaycanı beynəlxalq konvensiyalara əməl etməməkdə suçlamasına da mövqeyini bildirdi: “Bunların hamısı çox mənasız fikirlərdir. Əli İnsanov Qərbi Azərbaycandan olduğu üçün məsələlərdən xəbərdar olduğunu düşünürəm. Bunun müqabilində belə məsələləri qaldırmaq nə dərəcədə doğrudur? Düşmənə qarşı mübarizə aparanda daxildə səfərbər olmaq lazımdır. Belə olduqda daxili məsələləri qaldırıb düşmənin əlinə nələrisə verməyə ehtiyac qalmır. Ermənistanda parlamentə daxil olub qanunverici orqanı gülləbaran edirlər, ölənlər olur, amma bu barədə Ermənistanın daxilindən heç nə deyilmir. Amma bu şəxs korrupsiyada ittiham olunub, həbsə düşüb, çəkilişlərdə bunun hər biri öz əksini tapıb, indi başlayıb mənasız fikirlər səsləndirir. Hər bir ölkədə həbsə atılan adamlar olur. Hətta bəzi hallarda qanunsuz şəkildə tutulan adamlar da ola bilər. Amma bunun Dağlıq Qarabağın işğal altında qalmasına heç bir dəxli yoxdur. İnsan haqlarından danışan bu şəxs səhiyyə naziri olanda ANS-in müxbirlərinə qarşı etdiyini hər kəs bilir. Azərbaycan tərəfi işğala məruz qalıb. Əgər birisi üstüörtülü şəkildə erməni tərəfə üstünlük verirsə, bunun bir adı varmı? Buna şərh verməyə gərək qalırmı? Məncə, yoxdur”.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Neftin ucuzlaşması davam edir
Bu gün, 09:15
“Abşeron City” müştərilərin başına oyun açır – Rəhbərləri isə yoxa çıxıb
Bu gün, 09:13
Düşmən ölkənin dizi aclıqdan büküləcək - GƏLİŞMƏ
Bu gün, 09:10
Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ! - 459 manat ödədi amma...
Bu gün, 09:08
BP 25 ildir Bakıda neft çıxarır, təhlükə olmur, amma bir futbol matçına görə “təhlükə” yaranır... - Gərginlik
Bu gün, 09:03
"Unibank" kompensasiya maxinasiyasını davam etdirir - İTTİHAM
Bu gün, 09:01
Peşəkar mühasib sertifikatının verilməsi ilə bağlı qaydalar təsdiqlənib
Bu gün, 08:58
Paşinyanı rəqibləri ilə son döyüş gözləyir - GƏLİŞMƏ
Bu gün, 08:55
Saxta əlil pensiyası alan direktorla bağlı məsələ qapanmayıb - "Bu, birinci hal deyil"
Bu gün, 08:53
Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatı start götürür
Bu gün, 08:51
Gömrük fəlsəfəsinin dəyişməsinə ehtiyac var... - Əks halda...
Bu gün, 08:50
Taxıl asılılığımız artır: Çörək tələbatı, yoxsa? - TƏHLİL
Bu gün, 08:48
“DOST” mərkəzlərinin Nümunəvi Nizamnaməsi təsdiqlənib
Bu gün, 08:47
Azərbaycanda lisenziyalaşdırılan şəxslərin fəaliyyətinin yoxlanılması qaydası müəyyənləşib
Bu gün, 08:45
Sensasion iddialar: Azərbaycan müharibəyə hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 08:44
“Bütün bunlar sübut etdi ki, xalq ancaq bayağı materiallara baxmaq həvəsində deyil...”
Bu gün, 08:42
Bakıda 38 yaşlı kişi boğazından bıçaqlanıb
Bu gün, 08:36
Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti BU YOLLA müəyyən olunacaq
Bu gün, 08:35
Səbail rayonunda kişi meyiti tapılıb
Bu gün, 08:31
“Azərbaycan xüsusi xidmət orqanları tərəfindən bu istiqamət daim əməliyyat nəzarətində saxlanılır”
Bu gün, 08:30
Bu gün dollar neçəyədir?
Bu gün, 08:28
Azərbaycan nefti ucuzlaşır
Bu gün, 08:28
Öz evində bıçaqlayıb öldürdülər
Bu gün, 08:26
Bakıda 41 yaşlı kişi döyülüb
Bu gün, 08:25
“Həmin siyasi dərnək bu günə kimi mitinq keçirməyib, amma finala bir gün qalmış...” - deputat
Bu gün, 08:24
Ruhani: İran bombardmana məruz qalsa belə təslim olmayacaq
Bu gün, 08:22
“Azərbaycanla sərhədlə bağlı danışıqları diqqətlə izləyirik” - Gürcüstan Patriarxlığı
Bu gün, 08:20
Qarabağ separatçılarının “dünya çempionatı” fiaskosu
Dünən, 18:18
"Yeni Yasamal" MTK işində "Şərurlu İsfəndiyar" da peyda oldu - GİLEY
Dünən, 18:11
Azərbaycanda kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası artırılıb
Dünən, 18:10
“Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur
Dünən, 18:07
Ermənistan ordusu Zakir Həsənova atəş açmaq istəyib? - REAKSİYA
Dünən, 18:05
Gürcüstanın XİN başçısı Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın fəaliyyəti ilə bağlı gözləntilərini açıqlayıb
Dünən, 18:03
Ulviranı Gülben Ergenə bənzətdilər
Dünən, 18:02
Misir və Qazaxıstan prezidentləri Azərbaycan dövlət başçısına təbrik göndəriblər
Dünən, 17:59
“Amnesty İnternational”ın qərəzli açıqlamalarının heç bir əhəmiyyəti olmayacaq
Dünən, 17:55
Fuad Abbasov sabah Azərbaycana deportasiya edilə bilər
Dünən, 17:50
İnam Kərimovu mətbuatda kim "vurur"? - İLGİNC
Dünən, 17:47
Moskvada Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradılıb - FOTO
Dünən, 17:39
“Teleradio yayımı” haqda qanun “Lisenziyalar və icazələr” haqqında qanuna uyğunlaşdırılacaq
Dünən, 17:34
Maliyyə Nazirliyi “Azərbaycan Beynəlxalq Bankı”ndakı payını 93%-ə çatdırıb
Dünən, 17:29
"Mənə həqiqətən çox təsir edir, pis oluram" - Xalq artisti
Dünən, 17:27
Keçmiş səfirin Fuad Abbasovun həbsinə reaksiyasının səbəbləri - İLGİNC
Dünən, 17:24
Eldar Mahmudovun əmisi oğlu məhkəməyə gətirilməyib
Dünən, 17:19
“Laçın”ın sahibinin oğluna hökm oxundu
Dünən, 17:08
Sahil Babayev müşavirinə yeni vəzifə verdi - Çingiz Əliyev uzaqlaşdırıldı
Dünən, 17:05
Gürcüstanın XİN başçısı Keşikçi Dağla bağlı emosional çıxışlardan çəkinməyə çağırıb
Dünən, 16:58
Zelenski Rusiya ilə danışıqlar aparmayacağını bəyan edib
Dünən, 16:53
“Yaradıcı məktəblər təhsilin hansı yöndə dəyişməli olduğuna...”
Dünən, 16:50
Səfər Mehdiyev keçmiş gömrükçülərə qarşı... - ETİRAZ
Dünən, 16:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru