Deputat hərbçilərimizi təxribata çəkən gürcüləri tərbiyəsiz adlandırdı .....                     Sumqayıtda 27 yaşlı oğlan faciəli şəkildə ölüb .....                     Bakıda məşhur ticarət və əyləncə mərkəzində yanğın başlayıb .....                     İraq mənbələri İŞİD lideri əl-Bağdadinin gizləndiyi yeni bölgə barədə məlumat veriblər .....                     Rüşvətə görə tutulan hakimin vəsatəti təmin edilməyib .....                     Müalicə alan erməni əsgər fərarilik etdi .....                     "Kadr çatışmazlığı olan məktəbdə müəllimin yaşına və qəbul balına baxılmır" .....                     "Bu gün məktəblərdə öz ixtisasını yaxşı bilməyən müəllimlər çalışır" .....                     Rusiya təyyarələri Suriyanın şimalında "Ceyşul-İzzə"ni vurub .....                     Günel Ağayeva itlə fotosessiya etdirdi .....                     Sabah dollar neçəyə olacaq? .....                     Azərbaycan Xalq Hərəkatının Qərargahına basqın edilməsi barədə məlumatlar yalandır .....                     Rasim Əliyev Prezidentin fəxri diplomu ilə təltif edilib .....                     Diaspor gəncləri rəsmi şəxslərlə görüşüb .....                     Keçmiş arvadına 12 bıçaq vuran şəxsə hökm oxunub .....                     İnternet provayderləri hüququmuzu belə pozur: .....                     Gürcüstanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb .....                     SDU-da “Odlar Yurdu Azərbaycana səyahət” adlı Yay Məktəbinin təntənəli açılış mərasimi keçirildi .....                     Bütün məsələləri dostluq və əməkdaşlıq şəraitində həll etməyə qadirik .....                     Vilayət Eyvazov yeni polis heyəti ilə bir arada .....                     ““Keşikçidağ” insidentindən dərs və nəticə çıxarmalıyıq .....                     Şəkidə xəsarət alaraq paytaxta gətirilən əcnəbilərlə bağlı .....                     Dövlət Sərhəd Xidməti Keşikçi dağda baş verən hadisə haqqında məlumat yayıb .....                     “Bələdiyyə sədri deyir ki, ağlın var idi, çuxura düşməzdin” .....                     “İstənilən halda məsuliyyət Gürcüstanın üzərinə düşür” .....                     "Azərbaycanda su qıtlığı var və quraqlıq mövsümündə bunun təsiri daha ciddi hiss olunur" .....                     Dünyanın 10 ən “zibillənmiş” ölkəsi .....                     “Meqafon” Azərbaycanın ərazi bütövlüyü ilə bağlı yanlışlığı aradan qaldırıb .....                     Bakıda 9 manata görə quldurluq edən şəxsə hökm oxundu .....                     Rusiyada FTX-nin "Alfa" bölməsinin başçısı işdən çıxarılıb .....                     Moqerini: “Türk xalqı ilə həmrəyliyimiz şübhə altına alına bilməz” .....                     KTN-nin Beyləqan Aran Regional İdarəsi ÖZBAŞINA QALIB? .....                     "Tapança Adil"in məhkəməsi başlayır .....                     Etibar Pirverdiyev at ilxısını satdı .....                     "Uşağımın cansız bədənini mənə verib “keçmiş olsun”, dedilər..." .....                     Böyük Britaniya şirkəti Azərbaycanda qiymətli metalların hasilatını 7% artırıb .....                     Azərbaycan vətəndaşı Moskvada 1 tondan çox qara kürü ilə yaxalandı .....                     "4.3 milyardlıq mülki iddiada müsadirə olunmuş əmlaklar nəzərə alınmayıb" .....                     Kəmaləddin Heydərov üçün ÖZƏL GÜN .....                     Türkiyəyə S400 sistemlərinin çatması fonunda ABŞ İsrailə daha iki F-35 verib .....                 

“Bəziləri göstərmək istəyir ki, guya ən radikal onlardır” - QALMAQAL
Tarix: 20-02-2019, 09:21 | Çap et
“Bəziləri göstərmək istəyir ki, guya ən radikal onlardır”
Qarabağ Komitəsində ötən həftə baş verən istefalar qurumun daxilində gərginlik yaradıb. Qarşılıqlı ittihamlarla müşahidə olunan prosesə sabiq daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü ilə yaranan Azərbaycan Xalq Hərəkatı daxilində Qarabağ Komitəsinin yaradılması əlavə gərginlik gətirib. Artıq Azərbaycan Xalq Hərəkatında təmsil olunan bəzi partiya sədrləri Qarabağ Komitəsində fəaliyyət göstərən bir qrupu hakimiyyətin istəyi ilə hərəkət etməkdə suçlamağa başlayıb. Baş verənlərlə bağlı Qarabağ Komitəsinin İdarə Heyətinin üzvü, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı ilə danışdıq.

- Akif bəy, Qarabağ Komitəsində son zamanlar nə baş verir?

- Doğrusu, mən də Qarabağ Komitəsi daxilində nə baş verdiyini anlamağa çalışıram. Amma hələ dəqiq bir şey deyə bilmərəm. Müəyyən versiyalarım var. Görünən odur ki, Qarabağ Komitəsi kimlərəsə mane olur, onu aradan qaldırmağa çalışırlar. Digər tərəfdən, kimlərsə ya sifarişlə, ya da öz təşəbbüsü ilə Qarabağ Komitəsində nəzarəti ələ keçirmək istəyir.

- Qurumun daxilində baş verənlərdə, istefalarda kənar qüvvənin əli ola bilərmi?

- Qarabağ Komitəsində baş verənlərdə kənar əlin rolunun olması versiyası da mümkündür. Faktlarım olmadığına görə bir şey deyə bilmərəm, amma kənar müdaxilə olmamış deyil, bəlkə də əsas amildir. Biz çox böyük əziyyətlə Qarabağa dair birliyə nail olmuşduq, xalq da bu birliyi çox istəyirdi, bu birliyə çox sevindi. Emosiyaya qapılmadan hər kəs desin görək bu birliyi pozan kimlər oldu?

- İsgəndər Həmidov istefa verib gedəndə şəxsən sizə yönəlik ağır ittiham səsləndirdi, sizi hakimiyyətlə alver etməkdə suçladı. Qarabağ Komitəsi yaranandan bəri, ümumiyyətlə, hakimiyyətdən kiminləsə Qarabağ Komitəsi mövzusunda söhbətiniz olub?

- İsgəndər bəyin ittihamının heç bir əsası yoxdur, daha çox gedişinə bəhanədir. Getmək istəyirdi, bəhanə axtarırdı, bəhanə tapa bilmədi, ona görə də əsassız bir ittiham irəli sürdü. Eyni ittihamı mən də ona qarşı deyə bilərəm. Sadəcə, bu cür söz güləşdirməsinə getmək istəmirəm. Mən iş görməyə üstünlük verirəm, bəziləri heç bir iş görmür, mənasız qeybətlərlə gündəmə gəlməyə çalışırlar. Mənim hakimiyyətdən heç kəslə heç bir təmasım olmayıb, heç nəyi məsləhətləşməmişəm. Mən həmişə demişəm və deyəcəyəm ki, Qarabağın azadlığı üçün hakimiyyətlə cəmiyyət, müxalifət bir yerdə hərəkət etməlidir. Mən Qarabağ Komitəsinin yaranmasının əvvəlində də bu tezisi demişəm, komitəni də bu prinsip əsasında yaratmışıq. O vaxt hamı da bu prinsipə razılaşıb. İndi nə olub ki, boş ittihamlara keçiblər?! Əsassız ittihamları kənara qoymaq lazımdır.

- Komitənin İdarə Heyətinin üzvü Pənah Hüseyn isə deyir ki, son vaxtlar Qarabağ Komitəsi ətrafında hansısa əməliyyatlar aparılmağa başlandığı sezilirdi. Siz də bu cür düşünürsünüz? İstefalar bu əməliyyatın əlamətləri sayıla bilərmi?

- Qarabağ Komitəsi ətrafında kimlərinsə əməliyyat keçirmək istəkləri hiss olunur. Məqsədləri komitəni ya ələ keçirmək, ya da bu mümkün olmasa dağıtmaqdır. Mən heç vaxt bu cür oyunlarda iştirak etməmişəm, indi də etməyəcəyəm. Böyük ehtimalla kənara çəkiləcəyəm. Meydanı verəcəyəm söz pəhləvanlarına. Mənim intriqa pəhləvanları ilə söz güləşdirməyə vaxtım və həvəsim yoxdur.

- Qarabağ Komitəsindən istefa verənlər fevralın 18-də Azərbaycan Xalq Hərəkatı nəzdində Qarabağ Komitəsi yaradıblar. Onların bu addımına münasibətiniz necədir? Bu hadisə Qarabağ Komitəsinə alternativ yaradılmasıdırmı?

- AXH deyilən qurumda Qarabağ Komitəsi yaradıblarsa, bu, onların haqqıdır, heç nə deyə bilmərəm. Uğurlar arzulayıram. Qarabağ adına kim nə yaradır, nə iş görürsə, ancaq alqışlanmalıdır. Qarabağ Komitəsinə alternativ deyəndə, sağlam yarış mənasında yaradırlarsa, olsun. Ziyanı yoxdur. Amma “mən də varam” məntiqi ilə yaradırlarsa, sönüb gedəcək.

- AXH üzvü, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə bildirir ki, cəmi bir dəfə mitinqlə bağlı Qarabağ Komitəsinin iclasında iştirak edib və görüb ki, yaxşı atmosfer yoxdur. Əvvəldən problemlərin olduğunu iddia edir. Bu iddialar doğrudurmu?

- Mitinq ərəfəsində çox müsbət atmosfer var idi, hamı iş gömək, bir işin qulpundan yapışmaq həvəsində idi. Elşad bəy nəyi necə görüb, deyə bilmərəm.

- Eyni zamanda həm istefa verənlər, həm də Elşad Musayev deyirlər ki, Qarabağ Komitəsində mitinq məsələsində hakimiyyətin dediyi ilə oturub duranlar var, problem həm də bundan qaynaqlanır.

- Söhbət hakimiyyətin dediyi ilə durub oturmaqdan getmir. Əksəriyyət hesab edirdi ki, icazəsiz aksiyaya, mitinqə getmək olmaz, mitinq razılaşdırılmalıdır. Bəziləri isə “istefa” tələbində israr edirdi. İstefa tələbi ilə hakimiyyəti Qarabağı azad etməyə məcbur etmək olmaz. Bəziləri istefa tələbi səsləndirməklə Qarabağın azadlığına deyil, özlərinin reklamına xidmət edirlər. Göstərmək istəyirlər ki, guya ən radikal onlardır.

- Qarabağ Komitəsini Qarabağ məsələsini inhisara almağa çalışmaqda da qınayırlar...

- QAT-ı da həmişə ittiham ediblər ki, guya Qarabağ məsələsini inhisara almışıq. Heç bir inhisar yoxdur. Meydan həmişə açıq olub, buyursunlar görək nə iş görəcəklər. Amma mənasız danışıqlara son qoyub iş görsünlər, çalışsınlar. Elə olarsa, ancaq sevinərik.

- İsgəndər Həmidov istefa verdikdən sonrakı keçən günlərdə onunla ikilikdə görüşünüz, söhbətiniz olub?

- Xeyr, heç bir görüşümüz, söhbətimiz olmayıb. İsgəndər Həmidovla görüşə ehtiyac görmürəm. Müsbət nəticəyə çox çalışmışdıq, amma bir şey alınmadı.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Deputat hərbçilərimizi təxribata çəkən gürcüləri tərbiyəsiz adlandırdı
Dünən, 18:10
Xatunun oğlu əsgərlikdən qayıtdı
Dünən, 18:04
Sumqayıtda 27 yaşlı oğlan faciəli şəkildə ölüb
Dünən, 18:01
Bakıda məşhur ticarət və əyləncə mərkəzində yanğın başlayıb
Dünən, 17:58
İraq mənbələri İŞİD lideri əl-Bağdadinin gizləndiyi yeni bölgə barədə məlumat veriblər
Dünən, 17:50
Rüşvətə görə tutulan hakimin vəsatəti təmin edilməyib
Dünən, 17:43
Müalicə alan erməni əsgər fərarilik etdi
Dünən, 17:40
Səidə efirdə olduğunu unutdu:Ətəyini çəkdi yuxarı - FOTO
Dünən, 17:32
"Kadr çatışmazlığı olan məktəbdə müəllimin yaşına və qəbul balına baxılmır" - Məhəbbət Vəliyeva
Dünən, 17:26
"Bu gün məktəblərdə öz ixtisasını yaxşı bilməyən müəllimlər çalışır" - Nazir müavini
Dünən, 17:22
"Prodüser müğənninin şəxsi mülkü deyil" - Səbinə
Dünən, 17:20
Rusiya təyyarələri Suriyanın şimalında "Ceyşul-İzzə"ni vurub
Dünən, 17:15
Günel Ağayeva itlə fotosessiya etdirdi
Dünən, 17:12
“Mehriban Əliyeva mənim harayıma çatdı” - Yalçın Rzazədə
Dünən, 17:07
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:04
Azərbaycan Xalq Hərəkatının Qərargahına basqın edilməsi barədə məlumatlar yalandır - Bakı polisi
Dünən, 17:03
Rasim Əliyev Prezidentin fəxri diplomu ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 17:02
Diaspor gəncləri rəsmi şəxslərlə görüşüb
Dünən, 17:01
Keçmiş arvadına 12 bıçaq vuran şəxsə hökm oxunub
Dünən, 16:49
İnternet provayderləri hüququmuzu belə pozur: - Qiymət baha, xidmət aşağı...
Dünən, 16:47
Gürcüstanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb - "Bu, iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribatdır"
Dünən, 16:37
SDU-da “Odlar Yurdu Azərbaycana səyahət” adlı Yay Məktəbinin təntənəli açılış mərasimi keçirildi
Dünən, 16:34
"Mən üzləşdiyim böyük haqsızlıqlarla əlaqədar cənab Prezident İlham Əliyevə müraciət hazırlayıram" - QALMAQAL
Dünən, 16:33
Bütün məsələləri dostluq və əməkdaşlıq şəraitində həll etməyə qadirik - Gürcüstan parlamentinin komitə sədri
Dünən, 16:28
Vilayət Eyvazov yeni polis heyəti ilə bir arada - FOTO
Dünən, 16:26
““Keşikçidağ” insidentindən dərs və nəticə çıxarmalıyıq - Hərbi ekspert
Dünən, 16:14
Şəkidə xəsarət alaraq paytaxta gətirilən əcnəbilərlə bağlı YENİ XƏBƏR
Dünən, 16:03
Dövlət Sərhəd Xidməti Keşikçi dağda baş verən hadisə haqqında məlumat yayıb
Dünən, 16:02
“Bələdiyyə sədri deyir ki, ağlın var idi, çuxura düşməzdin” - GİLEY
Dünən, 15:59
“İstənilən halda məsuliyyət Gürcüstanın üzərinə düşür”
Dünən, 15:57
"Azərbaycanda su qıtlığı var və quraqlıq mövsümündə bunun təsiri daha ciddi hiss olunur" - BMT rəsmisi
Dünən, 15:53
Dünyanın 10 ən “zibillənmiş” ölkəsi – Siyahıda Ermənistan da var
Dünən, 15:50
“Meqafon” Azərbaycanın ərazi bütövlüyü ilə bağlı yanlışlığı aradan qaldırıb
Dünən, 15:42
Bakıda 9 manata görə quldurluq edən şəxsə hökm oxundu - 8,3 il
Dünən, 15:41
Rusiyada FTX-nin "Alfa" bölməsinin başçısı işdən çıxarılıb
Dünən, 15:35
Moqerini: “Türk xalqı ilə həmrəyliyimiz şübhə altına alına bilməz”
Dünən, 15:27
Azərbaycanlı qadın müğənninin bədəninin yarısı çöldə qaldı
Dünən, 15:21
KTN-nin Beyləqan Aran Regional İdarəsi ÖZBAŞINA QALIB? - VİDEOMÜRACİƏT
Dünən, 15:17
"Tapança Adil"in məhkəməsi başlayır
Dünən, 15:13
Etibar Pirverdiyev at ilxısını satdı
Dünən, 15:11
"Uşağımın cansız bədənini mənə verib “keçmiş olsun”, dedilər..." - Səhiyyə sistemi qatilə çevriləndə...
Dünən, 15:04
Böyük Britaniya şirkəti Azərbaycanda qiymətli metalların hasilatını 7% artırıb
Dünən, 14:58
Azərbaycan vətəndaşı Moskvada 1 tondan çox qara kürü ilə yaxalandı - ÇİN VƏTƏNDAŞI İLƏ BİRLİKDƏ...
Dünən, 14:55
"4.3 milyardlıq mülki iddiada müsadirə olunmuş əmlaklar nəzərə alınmayıb" - Cahangir Hacıyevin vəkilləri
Dünən, 14:51
Kəmaləddin Heydərov üçün ÖZƏL GÜN
Dünən, 14:50
Türkiyəyə S400 sistemlərinin çatması fonunda ABŞ İsrailə daha iki F-35 verib
Dünən, 14:47
"Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb"
Dünən, 14:44
32 "qanuni oğru" ilə tutulan Sahib Mehdiyev kimdir? - DOSYE
Dünən, 14:41
Maliyyə Bazarlarına Nəzarət Palatası şirkəti 12 min dollardan çox cərimələyib
Dünən, 14:33
Gürcüstana radioaktiv maddə keçirməyə cəhd edən Ermənistan vətəndaşı saxlanılıb
Dünən, 14:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru