"Azərbaycan Diaspor Könüllüləri" proqramı təqdim edildi .....                     General işdən çıxarılıb, lakin ABŞ səfirliyinə sığınmayıb .....                     ”Türkiyə qəhrəman şəhidlərinin qanı üzərində qurulan dövlətdir” .....                     Rusiyada Azərbaycan diasporu birləşir .....                     Görkəmli alimlərin adına mükafatlar təsis edildi .....                     Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü ilə görüşüb .....                     ABŞ Prezidenti yenə "soyqırım" ifadəsi işlətməyib .....                     Su Polisi intihar etmək istəyən şəxsin həyatını xilas edib .....                     "Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir" .....                     Fərhad Qəribovun “Billur” restoranı söküldü .....                     Sabah dollar neçəyə olacaq? .....                     “Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” .....                     “Azərbaycan yeganə ölkədir ki, imzaladığı müqavilələrin şərtinin heç birini birtərəfli qaydada dəyişməyib” .....                     “Bu gün Çinlə siyasi münasibətlərimiz yüksək səviyyədədir” .....                     "Sergey Lavrovla Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr apardıq” .....                     Prezident İlham Əliyev Çin liderini Azərbaycana .....                     İran İnqilab Keşikçiləri Qvardiyası əks-kəşfiyyat idarəsinin keçmiş komandanı ölkədən qaçaraq ABŞ səfirliyinə sığınıb .....                     DGK rəhbərliyi hazır məhsulu NİYƏ külçə kimi sənədləşdirir .....                     “Azərbaycan Sənaye Korporasiyası” ətrafında MÜƏMMA .....                     Son üç ildə qadınların zorakılığına məruz qalan kişilərin arasında ölənlər də olub .....                     Azərbaycan və Çin şirkətləri 821 milyon dollarlıq .....                     Azərbaycan Prezidenti və Çin Xalq Respublikasının Sədri arasında .....                     Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı 500-ü keçib .....                     Bakıda 221 saylı orta məktəb də var... .....                     “Para” BOKT-un rəhbərliyi yenidən formalaşdırılacaq .....                     Əlilliklə bağlı göndərişlərin rəsmiləşdirilməsində yenilik edilib .....                     Azərbaycan ilə İran arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub .....                     Qubanın icra başçısı bunları görmürmü? .....                     Bakıda tap.az ÖZBAŞINALIĞI... .....                     Yazıçılar Birliyində yeni təlaş .....                     Ermənilər çəkildi: azərbaycanlılar hazır gözləyir .....                     Bakıda Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi keçirilir .....                     Qarabağ: danışıqlar nə barədə gedir, Paşinyan özü sülh istəyirmi? .....                     Oqtay Şirəliyev onu vəzifəsində çox saxlamadı... .....                     Bu abituriyentlər qəbul imtahanının növbəti mərhələsində iştirak edə bilməyəcəklər .....                     "Konkret olaraq yaxşı tanıdığım Xalidə xanım Bayramovaya qarşı yönəlmiş ittihamları nəzərdə tuturam" .....                     Altı barmaqlı uşaq əməliyyat olunub .....                     Ermənistan və havadarları tərəfindən növbəti təxribat hazırlanır .....                     “Azəriqaz”dan qazın limiti ilə bağlı mühüm .....                     Ramanada ölümlə bitən “razborka”: .....                 

“Bu, cəmiyyətdə Milli Məclisin nüfuzunun aşağı düşməsinə gətirib çıxaracaq” - deputat
Tarix: 1-11-2018, 08:45 | Çap et
“Bu, cəmiyyətdə Milli Məclisin nüfuzunun aşağı düşməsinə gətirib çıxaracaq”
Milli Məclisin 30 oktyabrda keçirilən plenar iclasında “Milli Məclisin deputatının statusu haqqında” və “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunlara təklif edilən dəyişikliklər geniş müzakirələrə və mübahisələrə səbəb oldu.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinin 23-cü maddəsinə (Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsi ilə əlaqədar məsələyə baxılması qaydası) dəyişiklik təklif olunur. Dəyişikliklərə görə, konstitusiyanın 89-cu maddəsinin I hissəsinin birinci bəndinin 4-cü, 6-cı və 7-ci yarımbəndlərində göstərilən əsaslar olduqda, Milli Məclisin sədri həmin deputat haqqında məsələni Milli Məclisin İntizam komissiyasına göndərir. İntizam komissiyası bu məsələyə mandatından məhrum edilməsi nəzərdə tutulan deputatın iştirakı ilə iki həftə müddətində baxıb müvafiq rəy qəbul edərək Milli Məclisin sədrinə təqdim edir. Pozuntu halları rəydə öz əksini tapdıqda Milli Məclisin sədri həmin deputatın mandatdan məhrum edilməsi ilə bağlı İntizam komissiyasının rəyini Mərkəzi Seçki Komissiyasına göndərir.

Milli Məclisin deputatı Milli Məclisin iclasında mandatdan imtina etdikdə və həmin imtina Milli Məclisin iclasının stenoqramına daxil edildikdə, deputat bu imtinasını geri götürə bilməz. Bu halda Milli Məclisin sədri həmin deputatın mandatdan imtina etdiyi iclasın stenoqramını və ya stenoqramdan çıxarışı Mərkəzi Seçki Komissiyasına göndərir.

Mövcud qanunvericilik isə aşağıdakı kimidir:

Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin II hissəsinə görə, Milli Məclisin deputatı öz səlahiyyətlərini daimi icra edə bilmədikdə və qanunla nəzərdə tutulmuş başqa hallarda onun səlahiyyətləri itirilir. Daxili Nizamnamədə və “Milli Məclisin deputatının statusu haqqında” Qanunda nəzərdə tutulmuş hallarda Milli Məclisin İntizam komissiyasının rəyinə Milli Məclisin növbəti iclasında baxılır.

İntizam komissiyası bu məsələyə baxarkən deputatın səlahiyyətlərinin itirilib-itirilməməsi barədə öz qənaətini söyləyir.

Milli Məclis bu barədə məsələlərə, bir qayda olaraq, deputat səlahiyyətlərinin itirilməsi məsələsi qaldırılan deputatın iştirakı ilə baxır. İclasda iştirak edən deputatlar yalnız deputat səlahiyyətlərinin itirilməsi üçün kifayət qədər əsasların olub-olmamasını aydınlaşdıra bilərlər və İntizam komissiyasının üzvlərinə suallar verə bilər, deputat səlahiyyətlərinin itirilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Milli Məclis tələb olunan səs çoxluğu ilə deputat səlahiyyətlərinin itirilməsi barədə qərar qəbul edə bilər.

Deputatların bir çoxu seçicilərin səsverməsi ilə mandat əldə etmiş deputatların taleyinin İntizam komissiyasından asılı olmasına etiraz ediblər.

“Milli Məclisin deputatının etik davranış qaydaları haqqında" Qanuna təklif edilən dəyişiklikdə isə göstərilib ki, bundan sonra deputatlar onlara təqdim olunan dəyəri 55 manatdan yuxarı olan hədiyyələri Milli Məclis Aparatına akt üzrə təhvil verəcəklər. Qanunun 10-cu (Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər) maddəsinə əlavə edilən 10.1-1 bəndinə əsasən, deputat xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və hüquqi şəxsdən ümumi məbləği 55 manatdan yuxarı olan hədiyyə qəbul edə bilməz, habelə bu cür hədiyyəni xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi şəxsə təklif edə bilməz. Əlavə edilən 10.3-cü maddəyə əsasən isə deputata qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, deputat onlardan imtina etməlidir. Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər deputata ondan asılı olmayan səbəblərdən verilərsə, o bu barədə Milli Məclisin İntizam komissiyasına məlumat verməli və dəyəri 55 manatdan yuxarı olan hədiyyələri Milli Məclisin Aparatına akt üzrə təhvil verməlidirlər.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Birinci vitse-spiker deputatları narahat olmamağa çağırıb və bu qanunların onların əleyhinə olmadığını əminliklə deyib. Amma bir sıra deputatlar, hətta hakim partiyanın üzvləri bu dəyişiklikləri parlamentin səlahiyyətlərinin azaldılmasının əlaməti olaraq dəyərləndirir.

Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci (Milli Məclisin İntizam komissiyası) maddəsinə dəyişiklik də təklif olunub. Təklif edilən dəyişikliklə İntizam komissiyası üzvlərinin sayı 7-dən 9-a artırılıb.

Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abiyev modern.az-a bildirib ki, yaxın vaxtlarda komissiyanın iclası keçiriləcək. A.Abiyev İntizam komissiyasının üzvlərinin artırılması məsələsinə də toxunub: “İntizam komissiyasının işi çoxalıb. İş çox olduğuna görə 7 nəfər çatdırmayacaq. Ona görə də İntizam komissiyasının üzvlərinin sayı 7-dən 9-a qaldırılır. Komissiya üzvlərinin sayının artırılması bununla bağlıdır”.

Payız sessiyası başlayandan deputatların davamiyyətinə gəlincə, A.Abiyev bunun normal olduğunu bildirib. Deputat onu da bildirib ki, hər il Milli Məclisin yaz sessiyasının birinci iclasında İntizam komissiyasının tərkibinə yenidən baxılır. “2019-cu ilin yaz sessiyasında da Milli Məclisin birinci iclasında komissiyanın tərkibinə yenidən baxılacaq”.

Deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, əslində deputatların statusu ilə bağlı kifayət qədər aydın müddəalar mövcuddur: “Orada hər hansı bir şəkildə inzibati tənbeh tədbirləri, mandatdan məhrum edilmənin şərtləri var. Sadəcə, bir vaxtlar konstitusiyaya etik davranış qaydaları ilə bağlı maddə salındı. Ona görə də onu əsaslandırmaq üçün belə bir addım atıldı. Əslində deputatın etik davranış qaydalarını bura salmaq doğru deyildi. Çünki bunlar ayrı bir prosedurla seçilən təmsilçilər olduğuna görə bu formada təqdimat doğru deyil. Amma konstitusion normanı əsaslandırmaq üçün qanun qəbul olundu”. F.Mustafanın fikrincə, İntizam komissiyasında deputatın davranışına rəy verilmə proseduru ola bilər: “Amma bütün hallarda Milli Məclis bunu həll etməlidir. Çünki əks halda, Milli Məclisin iradəsinə zidd hansısa addımlar atıla bilər. Həm də son mərhələ olaraq məhkəmə proseduru unudulmamalıdır. Söhbət sıradan bir vəzifə sahibindən getmir, müəyyən əhali kontingentini təmsil edən şəxsdən gedir. Ona görə də bu məsələyə həssas yanaşılmalıdır və burada məhkəmə proseduru aydın göstərilməlidir. Elə-belə deputatın mandatdan məhrum edilməsi mümkün olmamalıdır. Məsələn, deputat tutaq ki, mandatdan imtinasını bəyan etdisə, stenoqrama düşdüsə, vəssalam, bu, getdi. Hansı formada bəyanetmədən söhbət gedir? Biri hirslənib deyə bilər ki, mən bir də burada oturmayacağam, yaxud iclasa gəlməyəcəyəm. Stenoqrama düşdüsə, deməli, mandatdan məhrum olmalıdır? Yox. Bunun yazılı forması var. Əgər kimsə deputat olmaq istəmirsə, yazılı formada imtina etdiyini yazır və müraciət edir. Yəni bir sıra məqamlar var ki, orada məsələnin daha doğru, optimal həllini tapmaq mümkündür. O baxımdan bu məsələ mübahisə doğurdu. Amma indi yəqin ki, ikinci oxunuşdan sonra bir cilalanma olacaq, məsələyə aydınlıq gələcək”.

F.Mustafa bu dəyişikliklərin hansı zərurətdən ortaya çıxdığı barədə danışarkən bunları bildirdi: “Açığını deyim ki, son vaxtlar bəzi məsələlərin bu qədər açıq qabardılmasının heç bir məntiqi izahı da yoxdur. Durub deputat fəaliyyəti ilə bağlı məsələnin bu qədər geniş şərh olunmasına mən zərurət görmürəm. Yəni adi bir hədiyyə məsələsi, yaxud başqa məsələlərdən söhbət gedir. Tam şəkildə aydınlıq yaranmalıdır. Tutaq ki, deputata hədiyyə verilir. Maddi imtiyaz yaradan hədiyyələrdən söhbət getməlidir. Amma kimsə araşdırma aparan deputata qiyməti 100 manat olan hansısa bir kitab verirsə, bunun pulunu almırsa, onda nə edək? Deputat kitabı gətirib Milli Məclisin Aparatına verməlidir? Belə məsələlər bir az yaxşı görünmür. Burada söhbət korrupsiyanın qarşısının alınmasından gedirsə, onsuz da Cinayət Məcəlləsində, korrupsiyaya qarşı olan qanunlarda kifayət qədər müddəalar var, bunu tətbiq etmək mümkündür. Odur ki, bu məsələlərin bu qədər gündəmə gəlməsi, deputat fəaliyyətinin məhdudlaşdırılması kimi anlaşılacaq. Məsələn, əlavə və dəyişikliklər məsələsinə yanaşmada olduğu kimi. Deputat əvvəl qanunvericilik təşəbbüsü ilə çıxış edə bilirdi. İndi qanunvericilik təşəbbüsü üçün mütləq ekspertiza rəyi olmalıdır. Deputat öz pulu ilə ekspertiza rəyini necə keçirsin? Elə ona görə də son beş ildə heç kim qanun layihəsi təqdim etmir. Bu, təşəbbüsün müəyyən dərəcədə məhdudlaşdırılmasına gətirib çıxarır. Halbuki maraqlı olmalıdırlar ki, deputat həm qanunvericilik təşəbbüsü ilə çıxış etsin, həm komitələrdə aktiv iştirak etsin. Heç bir sözün, heç bir fikrin təsir gücü yoxdursa, deputat susacaq, yayınacaq, aktiv iştirak etməyəcək. Bu, cəmiyyətdə də Milli Məclisin nüfuzunun aşağı düşməsinə gətirib çıxaracaq. Halbuki nə qədər deputatlar fəal olursa, bu, həm də Milli Məclisin nüfuzunun qalxması deməkdir”.

Milli Məclisin komitə sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov isə qanunlara edilən dəyişikliklərlə bağlı narahatlığın olmadığını bildirdi: “Etik davranış qaydası belədir ki, kim özünü etik qaydada aparmayacaqsa, o narahat olsun. Öz davranışlarına nəzarət edən insan narahat olmamalıdır. Əgər qanun qəbul olunubsa, başqa fikirlər bəhanədir. Ay səlahiyyət alınır, nə bilim nə olur, yox, belə deyil. Mən 5 il parlamentin İntizam komissiyasının sədri olmuşam və bu işlərin siftəsini elə biz başlamışdıq. Bütün dünya ölkələrinin təcrübəsini öyrənirdik ki, hansı formada deputat adına xələl gətirən hərəkətlərin qarşısını alaq. Düzdür, bizim Daxili Nizamnamə var. Amma bu, ancaq Milli Məclis daxili ilə bağlıdır, oradakı qaydaların parlamentin kənarına təsir gücü yoxdur. Etik davranış kodeksində deputatın parlament xaricindəki fəaliyyətindən bəhs olunur. Ola bilər deputat elə bir hərəkət edər ki, nəinki özünə, digər deputatlara da hörmətsizlik gətirər. Onda biz bunu hansı qaydada həll edək? Burada məsələlər çoxdur. Təkcə ondan danışmaq olmaz ki, kiməsə hədiyyə verildisə, gətirib parlamentə təhvil versin. Yox, burada söhbət təkcə bundan getmir. Mətbuatda haqlı-haqsız deputat haqqında yazırlar ki, bu işə girişdi, oradan kredit götürdü, orada nə etdi. Bütün bunların aradan qaldırılması üçün etik davranış kodeksi lazımdır və təsdiq olunmalıdır. O adam başa düşsün ki, əgər qanunu pozacaqsa, düşünsün ki, daha onun üçün geniş sfera yaradılmayıb və digərlərindən fərqlənməyəcək, çünki qanun qarşısında hamı bərabərdir”.

S.Novruzov qeyd etdi ki, bu qanunlara dəyişikliklər edilməsi zərurəti yeni ortaya çıxmayıb: “Məsələ bu günün məsələsi deyil. Hələ mən İntizam komissiyasının sədri olan dövrdə görürdüm ki, müəyyən deputatlar Milli Məclisin iclasında iştirak etmir, yaxud günün birinci yarısı gəlir, ikinci yarısı gəlmir. Siyahılarını götürürdüm, bir gün özləri ilə söhbət aparırdım. Bunları ictimailəşdirmirdik, amma Daxili Nizamnamənin tələbləri qaydasında məsələyə qiymət verirdik. İndi isə bu, zərurətə çevrildi və dünya təcrübəsində olan qaydalar bizdə də təsdiq olunur”. Komitə sədri bir daha bildirdi ki, burada parlamentə heç bir təhlükə yoxdur: “Burada parlamentin hər hansı səlahiyyətinə toxunulmur”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azərbaycan Diaspor Könüllüləri" proqramı təqdim edildi - FOTO
Dünən, 18:10
General işdən çıxarılıb, lakin ABŞ səfirliyinə sığınmayıb - İran KİV
Dünən, 18:07
”Türkiyə qəhrəman şəhidlərinin qanı üzərində qurulan dövlətdir” - Ufuk Aydın
Dünən, 18:05
Rusiyada Azərbaycan diasporu birləşir - NƏHAYƏT
Dünən, 18:02
Azərbaycanlı müğənni haqqında ŞOK ittiham - "Arvadımı əlimdən alıb aparıb"
Dünən, 17:59
Görkəmli alimlərin adına mükafatlar təsis edildi
Dünən, 17:53
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü ilə görüşüb - FOTO
Dünən, 17:45
Röyanın illər öncə boşanan valideynləri bir arada - FOTO
Dünən, 17:31
ABŞ Prezidenti yenə "soyqırım" ifadəsi işlətməyib
Dünən, 17:25
Su Polisi intihar etmək istəyən şəxsin həyatını xilas edib - FOTO
Dünən, 17:24
Xanım çöldə içki içib, əyyaşlıq edərsə... - Emil Bədəlov
Dünən, 17:21
"Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir" - Çin lideri
Dünən, 17:11
Fərhad Qəribovun “Billur” restoranı söküldü - FOTO
Dünən, 17:09
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:05
“Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” - Si Cinpi
Dünən, 17:03
“Azərbaycan yeganə ölkədir ki, imzaladığı müqavilələrin şərtinin heç birini birtərəfli qaydada dəyişməyib” - "BP-Azerbaijan"ın vitse-prezidenti
Dünən, 17:02
“Bu gün Çinlə siyasi münasibətlərimiz yüksək səviyyədədir” - Azərbaycan Prezidenti
Dünən, 17:01
"Sergey Lavrovla Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr apardıq” - Tomas Qreminger
Dünən, 16:57
Prezident İlham Əliyev Çin liderini Azərbaycana səfərə dəvət edib
Dünən, 16:54
İran İnqilab Keşikçiləri Qvardiyası əks-kəşfiyyat idarəsinin keçmiş komandanı ölkədən qaçaraq ABŞ səfirliyinə sığınıb
Dünən, 16:53
DGK rəhbərliyi hazır məhsulu NİYƏ külçə kimi sənədləşdirir -FAKT
Dünən, 16:51
“Azərbaycan Sənaye Korporasiyası” ətrafında MÜƏMMA - Şübhəli milyonlar...
Dünən, 16:48
Məhkəmə "Space" televiziyasını cərimələyib
Dünən, 16:44
Son üç ildə qadınların zorakılığına məruz qalan kişilərin arasında ölənlər də olub - Dövlət Komitəsi
Dünən, 16:31
Azərbaycan və Çin şirkətləri 821 milyon dollarlıq sənədlər imzalayıb
Dünən, 16:30
"Bacım və ailəsi evimizi əlimizdən alır" — XANIM BƏSTƏKARLA QALMAQALLI MÜSAHİBƏ
Dünən, 16:29
Azərbaycan Prezidenti və Çin Xalq Respublikasının Sədri arasında görüş olub
Dünən, 16:21
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı 500-ü keçib
Dünən, 16:14
Bakıda 221 saylı orta məktəb də var... - Əgər belə demək mümkündürsə...
Dünən, 16:12
“Para” BOKT-un rəhbərliyi yenidən formalaşdırılacaq
Dünən, 16:08
Əlilliklə bağlı göndərişlərin rəsmiləşdirilməsində yenilik edilib
Dünən, 16:06
Ermənistan “Eurovision”da Azərbaycana səs vermək istəyir
Dünən, 16:01
Azərbaycan ilə İran arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
Dünən, 15:57
Qubanın icra başçısı bunları görmürmü? - FOTO
Dünən, 15:56
Bakıda tap.az ÖZBAŞINALIĞI... - Vətəndaşa belə narahatçılıq yaradılır...
Dünən, 15:53
Yazıçılar Birliyində yeni təlaş - Təzə binada mənzillər necə bölüşdürüləcək?
Dünən, 15:40
Ermənilər çəkildi: azərbaycanlılar hazır gözləyir - FOTO
Dünən, 15:36
Bakıda Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi keçirilir
Dünən, 15:31
Qarabağ: danışıqlar nə barədə gedir, Paşinyan özü sülh istəyirmi? - ERMƏNİSTAN RƏHBƏRİ VƏ NAZİRİ BU SUALLARA CAVAB VERDİLƏR
Dünən, 15:28
Hesablayırdıq ki, Nazimin qırx mərasimi filan gün olacaq - Elgiz
Dünən, 15:25
Oqtay Şirəliyev onu vəzifəsində çox saxlamadı... - FOTO
Dünən, 15:14
Bu abituriyentlər qəbul imtahanının növbəti mərhələsində iştirak edə bilməyəcəklər - DİM
Dünən, 15:11
"Konkret olaraq yaxşı tanıdığım Xalidə xanım Bayramovaya qarşı yönəlmiş ittihamları nəzərdə tuturam" - Anar icra başçısının müavinini müdafiə etdi
Dünən, 15:09
Altı barmaqlı uşaq əməliyyat olunub - Bakıda
Dünən, 15:07
Ermənistan və havadarları tərəfindən növbəti təxribat hazırlanır - deputat
Dünən, 15:05
“Azəriqaz”dan qazın limiti ilə bağlı mühüm - Açıqlama
Dünən, 13:23
Ramanada ölümlə bitən “razborka”: - Abbasquliyev hakim önündə
Dünən, 13:20
İki vəkilin fəaliyyətinə qoyulmuş məhdudiyyətin müddəti yekunlaşıb
Dünən, 13:18
İkinci Dünya müharibəsi iştirakçılarına və digər şəxslərə birdəfəlik maddi yardım 9300 nəfərə şamil olunacaq
Dünən, 13:16
Havalar isinir... - Belə deyirlər...
Dünən, 13:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru