İrəvanı qarşıdurma gözləyir .....                     Şəkida daha bir nadir olay .....                     ƏMDK sədri qanunsuz tikililərin qarşısının alınması ilə bağlı tapşırıq verib .....                     “Bir-birini seviblər” .....                     Parlament İntizam Komissiyası üzvlərinin sayını artırır .....                     Oğuz sakini cərimələndi .....                     Elmar Vəliyevin oğlu da vəzifəsini itirdi .....                     Dəyişməyəni dəyişirlər .....                     Oktyabrın 22-si axşam saatlarında gözlənilən hava şəraiti .....                     Britaniyanın baş nazirinə istefa verməsi üçün 72 saat vaxt verilib .....                     Ağdamda sakinləri kim narazı salır... .....                     Azərbaycan-Rusiya-Türkiyə Mədəniyyət Birliyi yaradıldı .....                     İranlı Mühacirlər Cəmiyyətində Saminə Hidayətqızı ilə görüş .....                     Bakıda piyadanın ölümündə təqsirləndirilən DYP əməkdaşına bəraət verildi .....                     Ulduz layihə: “Star”-ın bizə və Türkiyəyə xeyri nə olacaq .....                     Yazıçılar birliyinə qəbul dayandırılıb .....                     “Star” Neft Emalı Zavodunun əsas qazancı mənəvi dəyəridir .....                     Bakıda eyni mənzili bir neçə şəxsə satan şirkət əməkdaşlarının məhkəməsi başlayıb .....                     Renka burun əməliyyatına hazırlaşır .....                     Bakıda 19 nəfərdən rüşvət alan bağça müdiri və nazirliyin əməkdaşının məhkəməsi başlayıb .....                     Bakıda DYP-nin reydi zamanı sərxoş sürücülər cərimələniblər .....                     Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin direktoru işdən çıxarılıb .....                     Putin jurnalistin işi üzrə araşdırma başa çatdıqdan sonra Səudiyyə Ərəbistanına səfər edəcək .....                     “Bank of Baku” qara siyahıda .....                     “Azərişıq” ASC-nin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışı olub .....                     Azərbaycanda qadın hakim istefa verdi .....                     Polis qanunsuz silahlara qarşı bir neçə ünvanda əməliyyat keçirdi .....                     23 oktyabrda gözlənilən hava şəraiti .....                     Quldurluqda ittiham olunan meyvə-tərəvəz kralı Elçin Əhmədov hələ Bakıdadır .....                     “Nar” Tərtərdə 4G şəbəkəsini qurdu .....                     Hadisə yerindən yayınan sürücülər saxlanılıblar .....                     Prezident İlham Əliyev İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun açılışında iştirak edib .....                     Paytaxtın Xətai rayonunda maşın oğruları saxlanılıb .....                     Bakıda polisin keçirdiyi əməliyyat zamanı torpağa basdırılmış 2 kiloqram tiryək aşkar olunub .....                     İmişlidə prezidentin iştirakı ilə Araz çayının yeni qol-kanalının açılış mərasimi keçirilib .....                     DTX-dan sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ .....                     Azərbaycanın 2019-cu il büdcəsinin MM-də müzakirəyə başlama vaxtı bilindi .....                     Türkiyədə ticarət mərkəzində işçiləri girov saxlayan əsgər saxlanıldı .....                     İlham Əliyev İmişliyə .....                     Ədliyyə nazirliyinin yüksək vəzifəlisinə ağır ittihamlar... .....                 

"Çünki Qarabağda onların dominantlığı güclüdür" - sabiq nazir
Tarix: 11-10-2018, 08:35 | Çap et
"Çünki Qarabağda onların dominantlığı güclüdür"
DİA.AZ Teleqraf.com-a istinadən Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla müsahibəni təqdim edir:

- Tofiq müəllim, Ermənistanda dekabrda keçiriləcək növbədənkənar parlament seçkiləri öncəsi siyasi durumu necə şərh edərdiniz?

- Ermənistanda siyasi baxımdan vəziyyət gərgindir. Baş verənlər onu deməyə əsas verir ki, Ermənistanda ciddi siyasi parçalanma var. Bu parçalanmanın tərəfləri Qarabağ klanı və Ermənistan erməniləridir. Əslinə qalsa inqilab, onun səbəbi Ermənistan-Azərbaycan konflikti və bu konfliktdən irəli gələn fəsadlarla bağlıdır. İqtisadi, siyasi, demoqrafik problemlər və yerlipərəstlik qüsuru ortaya çıxıb. Ermənistanı 20 ildən çox müddətdə Qarabağ klanı istismar edirdi. Bu da indiki vəziyyətə gətirib çıxardı.

Hazırda Nikol Paşinyanın Ermənistan ictimaiyyəti və xalqı arasında nüfuzu böyükdür. Amma 20 il iqtidarda olan Qarabağ klanı güc strukturlarında, Müdafiə Nazirliyində, yerli icra orqanlarında öz adamlarını yerləşdirib. Üstəlik parlamentdə Qarabağ klanının qurduğu Respublika Partiyası ən çox deputat mandatına sahibdir. Başqa sözlə, Ermənistanda əvvəlki hakimiyyət olduğu kimi qalıb.

Gedən proseslər də bununla bağlıdır. Həm də unutmayaq ki, Ermənistanda qarşıdurma tərəfi olan bu iki qüvvə həm də xaricdən olan fərqli qüvvələrə arxalanır. Qarabağ klanı Rusiyaya, Paşinyan komandası isə Qərbə arxalanır. Hazırda siyasi qarşıdurma və böhran davam edir. Fikrimcə, qüvvələr təxminən bərabər olduğu üçün böhran uzunmüddətli olacaq. Klanlar arasında artıq ilkin toqquşmalar da özünü göstərib. Məsələn, Dövlət Təhlükəsizlik Şurası katibinin atası Qarabağda özünü asıb.

Nəhayət, Ermənistan ictimaiyyəti sual verir: bu inqilab nəyə görə baş verib? Əsgərin “tuşenkasını” itlərinə yedizdirən bir generalı həbs ediblər və keçmiş prezident Köçəryanı bir neçə gün həbsdə saxlayıblar. Hələlik inqilabın nəticəsi bundan ibarətdir. Başqa nəticə yoxdur.

- Dekabrda keçiriləcək seçkilərdən nə gözləyirsiniz?

- Fikrimcə, seçkilərdə Paşinyan tərəfdarları parlament çoxluğunu əldə edəcək. Bu, bir növ Paşinyan hakimiyyətinin legitim mənbələrini daha da gücləndirəcək. İnqilab baş versə də, əslində Paşinyanı seçən parlament olub. Bu baxımdan Paşinyana parlament çoxluğunu əldə etmək lazımdır.

Ancaq nəzərə alın ki, qarşı tərəf də qollarını yanına salıb sakit durmaq və əllərində olanların alınmasına dözmək fikrində deyil. Bilirlər ki, əslində onlara qarşı sərt addımlar atılmalıdır, ancaq hələlik atılmır. Ermənistanın siyasi ənənəsini nəzərə alaraq, deyə bilərik ki, onlar daha çox terror variantına əl atmağa meyllidir. Vaxtilə parlamentin güllələnməsi, polis alayının qərargahının işğal edilməsi və s. nümunələr var. Bu mənada istisna etmirəm ki, indiki gərgin vəziyyət sonda toqquşmalara gətirib çıxara bilər.

- 1997-ci ildə Levon Ter Petrosyanın devrilməsi, 1999-cu ildə parlamentin gülləbaran olunması kimi faktlar Qarabağ klanının ayağına yazılır. Sizcə, bu kimi hallar seçkilərə qədər təkrarlana bilərmi?

- Nəzərə alaq ki, bu gərgin vəziyyət orada həm siyasi, həm də coğrafi bölünmə ilə müşahidə olunur. Baxın, ən gərgin nöqtə Azərbaycanın işğal edilən əraziləridir. Orada olan silahlı dəstələr Qarabağ klanını və ya öz yerlilərini dəstəkləyir. Bu mənada onlar daha çox güc amilindən istifadə etməyin tərəfdarıdır. Siyasətdə terror amilindən geniş istifadə edilməsi onların təbiətinə xasdır. Bu baxımdan toqquşma qaçılmazdır.

Eyni zamanda regionlararası toqquşma da ortaya çıxacaq. Qarabağlılar daha çox işğal olunan ərazilərdə toplaşacaq və çalışacaqlar ki, burada öz hakimiyyətlərini, əllərində olan qüvvəni qoruyub saxlasınlar. Başqa sözlə, “miyatsun” deyilən şüar heç də birləşməyə gətirib çıxarmayacaq. Biz görürük ki, indi Ermənistanda və ermənilər arasında “Myatsum” üçün əsaslar yoxdur. Əksinə, onlar bir-birindən daha uzaqlaşırlar. Üstəlik indiki Qarabağ 10-15 il əvvəlki Qarabağ deyil. Orada yaşayan erməni əhalisinin sayı iki dəfə azalıb. Çoxu Ermənistana və ya başqa ölkələrə köçüblər. Odur ki, müxtəlif hadisələr baş verə bilər. Hesab edirəm ki, sadaladığım amillərdən xarici qüvvələr istifadə edəcək.

- “Xarici qüvvələr” deyəndə konkret Rusiyanı nəzərdə tutursunuz?

- Təbii. Çünki Qarabağda onların dominantlığı güclüdür. Həm hərbi, həm də “siyasi” cəhətdən. Hesab edirəm ki, biz bu məsələlərə diqqətlə yanaşmalıyıq. Hətta burada bizim üçün imkanlar pəncərəsi açıla bilər.

- Demək istəyirsiniz ki, Qarabağ klanı ilə İrəvan erməniləri arasında siyasi və coğrafi ziddiyyətlərin inkişaf etməsi bizim üçün yeni imkanlar açacaq?

- Vaxtilə Ermənistan Azərbaycanın işğal edilən ərazilərində qondarma qurumlar yaradıb. İndi bu qondarma qurumlar Ermənistana qarşı çıxırlar. Buna bənzər hadisə Pakistanla “Taliban” arasında yaşanır. Əvvəllər Pakistanın “Taliban”a böyük dəstəyi var idi. Ancaq indi “Taliban” Pakistana düşməndir.

- Paşinyan seçkilərdə qalib gəldikdən sonra siyasətində kardinal dəyişikliklər baş verə bilərmi?

- Konkret Dağlıq Qarabağ mövzusuna aid siyasətində dəyişiklik edəcəyini gözləmirəm. İndi onun əsas maraq dairəsində olan məsələ şəxsi hakimiyyəti və daxildə gedən proseslərdir. Bəllidir ki, həm Qarabağ klanı, həm də İrəvan klanı Dağlıq Qarabağ kartından istifadə edəcək. İstisna etmirəm ki, daxili siyasətdə istifadə etmək üçün güc tətbiq edərək, Azərbaycanı buna cəlb etməyə çalışacaqlar. Başqa sözlə, xaricdə düşmən obrazı yaradıb daxili maraqları üçün istifadə etmək planı ola bilər.

Biz belə təxribatları istisna etməməliyik. Bunun tərəfdarları həm Qarabağda, həm də Ermənistanda var. Yəni gərginliyi aradan qaldırmaq məqsədilə də diqqəti Azərbaycana yönəltmək istəkləri ola bilər. Biz həmişə belə təxribatları gözləməliyik.

- Erməni tərəfinin cəbhə bölgəsində təxribat yarada biləcəyi haqqında proqnozlarınız hansı arqumentlərə əsaslanır?

- Belə fikirlər Düşənbə baş tutan kontaktın təhlili əsasında ortaya çıxır. Paşinyanın əsas marağı atəşkəs rejiminin gücləndirilməsi mövzusu idi. O, faktiki olaraq etiraf etdi ki, işğal edilən ərazilərdə təxribatlar baş verə bilər. Yəni birbaşa əlaqələrin qurulmasından sonra sabah Paşinyan zəng edib deyə bilər ki, cəbhədə baş verən təxribat bizim işimiz deyil, hansısa daxili qüvvələr atəşkəsi pozaraq təxribat yaradıblar. Fikrimcə, Paşinyan komandası belə ssenarilərin baş verməsini mümkün hesab edirlər.

- Seçkidən sonra Paşinyanın Rusiya siyasəti necə qurulacaq?

- Əvvəla, Ermənistanda anti-rus əhval-ruhiyyəsinin güclü olmasının səbəblərinə diqqət etmək lazımdır. Bu təkcə Paşinyanın yox, həm də erməni ictimaiyyətinin baxışlarıdır. Onlar anlayır ki, Rusiya nə bacarıbsa onlara verib. İndi gözləyirlər ki, investisiyalar gəlsin, inkişaf baş versin və s. Baxırlar ki, Azərbaycan inkişaf edir, onlar isə iqtisadi və demoqrafik istiqamətdə deqradasiya edirlər.

Ölkəyə investisiya cəlb etmənin yeganə mənbəyini Qərbdə görürlər. Amma bu məsələdə də ziddiyyətlər var. Birincisi, investisiyanın ölkəyə gəlməsi üçün qərbpərəst siyasət aparılmalıdır. Lakin Ermənistana su və hava qədər təhlükəsizlik qarantiyası vacibdir. Bunu isə Rusiya verir. Bir ölkənin sənə təhlükəsizlik qarantiyası, digər ölkənin isə investisiya verməsi qeyri- mümkündür. Bu nöqtədə ziddiyyət var. Buna nə Qərb razılıq verər, nə də Rusiya bundan razı qalar. Rusiya deyər ki, mən səni müdafiə edirəm, təhlükəsizliyini təmin edirəm və sən də gedib başqası ilə dost olmaq istəyirsən?

Məhz bu səbəbdəndir ki, bir müddət əvvəl Rusiyada Ermənistanla bağlı keçirilən ictimai müzakirədə ekspertlərdən biri Ermənistanı gəzəyən qadına bənzətdi. Hazırda yuxarıda qeyd etdiyim ziddiyyət erməni siyasətində qalıb. Dekabr seçkilərindən sonra Ermənistan ya Qərb xəttini, ya da Rusiya xəttini seçməlidir. Amma indiki vəziyyətdə Paşinyanın bir yolu qalır. Zənnimcə, o hansısa mərhələdə hərbi əməliyyatları bərpa etmək, yaxşı zərbə almaq istəyəcək. Rusiya da onu müdafiə etməyəndə deyəcək ki, ruslar bizimlə dostluğa “xəyanət” ediblər. Beləcə Qərbə doğru gedəcəklər. Təxminən belə bir ssenari qaçılmazdır. Ancaq seçkilərdən sonra. Qərb də Paşinyandan tələb edir ki, hərəkət et. Bir generalı həbs etməklə qərbpərəst ola bilməzsən.

- Sizin fikirlərinizdən belə çıxır ki, Ermənistanı gərgin bir gələcək gözləyir...

- Mən qeyd etdiyim faktorları analiz edəndə ortaya o çıxır ki, erməni siyasətində xəttin seçilməsi böyük toqquşmadan keçir. Siyasi cəhətdən bölünən erməni siyasətçilərinin barışması mümkünsüzdür.

- Paşinyan Qərbə üstünlük verəcək?

- Xatırladım ki, Paşinyandan əvvəl Qərbə üstünlüyü Sərkisyan verməyə başlamışdı. O da anlayırdı ki, artıq Rusiyadan ala biləcəkləri bir şey qalmayıb. Onlar anlayır ki, ölkəyə investisiya gəlməsə, inkişaf olmayacaq. İnkişaf olmasa, camaat qaçacaq və ölkə məhv olacaq.

Bu mənada Ermənistanda yaşananların Azərbaycanın apardığı siyasətin nəticəsi olduğu haqqında fikirlər doğrudur. Çünki blokada siyasəti, Ermənistanın regional layihələrdən kənarda saxlanılması Ermənistanı böhrana salıb. Bu qaçılmaz həqiqətdir.

Onu da qeyd edim ki, ermənilərin psixoloji və siyasi əhvalı imkan verməz ki, onlar qərar qəbul edərək işğal olunan ərazilərimizi azad etsin. Bunu ermənilərdən gözləmək sadəlöhvlükdür. Deməli hansı yol qalır? Biz düşündüyümüz yol.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvanı qarşıdurma gözləyir - TƏHLİL
Bu gün, 16:26
Şəkida daha bir nadir olay - pişik 29 yaşlı qadını...
Bu gün, 16:22
ƏMDK sədri qanunsuz tikililərin qarşısının alınması ilə bağlı tapşırıq verib
Bu gün, 16:19
"Məni kim döyə bilər" — "Azəri Vandam"dan döyülməsi xəbərinə REAKSİYA
Bu gün, 16:16
“Azəri Vandam”ı Bakıda döydülər
Bu gün, 16:13
“Bir-birini seviblər” - Qız qaçırdığına görə öldürülən oğlanın atası
Bu gün, 16:11
"Sinəmin böyük olması üçün hər gecə dua etmişəm" - Azərbaycanlı aktrisa
Bu gün, 16:03
Parlament İntizam Komissiyası üzvlərinin sayını artırır
Bu gün, 16:00
Oğuz sakini cərimələndi
Bu gün, 15:58
Xanım Qafarovanın qızı Mahsun Kırmızıgülün filmində
Bu gün, 15:55
Elmar Vəliyevin oğlu da vəzifəsini itirdi
Bu gün, 15:43
Dəyişməyəni dəyişirlər – Ceyhun Bayramov islahatlar aparmağa məhkumdur
Bu gün, 15:39
Oktyabrın 22-si axşam saatlarında gözlənilən hava şəraiti açıqlanıb
Bu gün, 15:37
Britaniyanın baş nazirinə istefa verməsi üçün 72 saat vaxt verilib
Bu gün, 15:30
Ağdamda sakinləri kim narazı salır... - GİLEY
Bu gün, 15:29
Azərbaycan-Rusiya-Türkiyə Mədəniyyət Birliyi yaradıldı
Bu gün, 15:26
İranlı Mühacirlər Cəmiyyətində Saminə Hidayətqızı ilə görüş
Bu gün, 15:19
Bakıda piyadanın ölümündə təqsirləndirilən DYP əməkdaşına bəraət verildi
Bu gün, 15:14
Ulduz layihə: “Star”-ın bizə və Türkiyəyə xeyri nə olacaq - TƏHLİL
Bu gün, 15:11
Yazıçılar birliyinə qəbul dayandırılıb
Bu gün, 15:10
“Star” Neft Emalı Zavodunun əsas qazancı mənəvi dəyəridir — Ərdoğanın baş sözçüsü
Bu gün, 15:07
Bakıda eyni mənzili bir neçə şəxsə satan şirkət əməkdaşlarının məhkəməsi başlayıb
Bu gün, 15:04
Renka burun əməliyyatına hazırlaşır
Bu gün, 15:00
Bakıda 19 nəfərdən rüşvət alan bağça müdiri və nazirliyin əməkdaşının məhkəməsi başlayıb
Bu gün, 14:59
Bakıda DYP-nin reydi zamanı sərxoş sürücülər cərimələniblər
Bu gün, 14:58
Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin direktoru işdən çıxarılıb
Bu gün, 14:54
Putin jurnalistin işi üzrə araşdırma başa çatdıqdan sonra Səudiyyə Ərəbistanına səfər edəcək
Bu gün, 13:14
“Bank of Baku” qara siyahıda - HESABAT
Bu gün, 13:10
Gələcəyin xanım jurnalistləri saqqallı oğlanlara üstünlük verir
Bu gün, 13:07
“Azərişıq” ASC-nin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışı olub - Prezidentin iştirakı ilə
Bu gün, 13:02
Azərbaycanda qadın hakim istefa verdi
Bu gün, 13:00
Polis qanunsuz silahlara qarşı bir neçə ünvanda əməliyyat keçirdi
Bu gün, 12:53
23 oktyabrda gözlənilən hava şəraiti - Belə deyirlər...
Bu gün, 12:51
Quldurluqda ittiham olunan meyvə-tərəvəz kralı Elçin Əhmədov hələ Bakıdadır - ŞİŞTƏPƏLİ XƏLİLOV QARDAŞLARI İLƏ MÜHARİBƏ
Bu gün, 12:49
“Nar” Tərtərdə 4G şəbəkəsini qurdu
Bu gün, 12:46
Hadisə yerindən yayınan sürücülər saxlanılıblar
Bu gün, 12:45
Prezident İlham Əliyev İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun açılışında iştirak edib - FOTOLAR
Bu gün, 12:44
Paytaxtın Xətai rayonunda maşın oğruları saxlanılıb - FOTO
Bu gün, 12:42
Bakıda polisin keçirdiyi əməliyyat zamanı torpağa basdırılmış 2 kiloqram tiryək aşkar olunub - FOTO
Bu gün, 12:33
İmişlidə prezidentin iştirakı ilə Araz çayının yeni qol-kanalının açılış mərasimi keçirilib - FOTOLAR
Bu gün, 12:25
DTX-dan sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ
Bu gün, 12:23
Azərbaycanın 2019-cu il büdcəsinin MM-də müzakirəyə başlama vaxtı bilindi
Bu gün, 12:16
Türkiyədə ticarət mərkəzində işçiləri girov saxlayan əsgər saxlanıldı
Bu gün, 12:14
İlham Əliyev İmişliyə gedib
Bu gün, 12:10
Ədliyyə nazirliyinin yüksək vəzifəlisinə ağır ittihamlar... - Müraciət
Bu gün, 12:07
“STAR-ın açılması Azərbaycan və Türkiyənin enerji siyasəti baxımından çox vacibdir"
Bu gün, 12:03
Bakıda mer seçkiləri keçiriləcək? - GƏLİŞMƏ
Bu gün, 12:02
Türkiyədə hərbi hissədən qaçan silahlı əsgər ticarət mərkəzində işləyənləri girov götürüb - FOTO
Bu gün, 12:00
Oktyabrın 22-si gündüz saatlarında gözlənilən hava şəraiti açıqlanıb
Bu gün, 11:54
Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı
Bu gün, 11:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru