"Daha çox əməkdaşa ehtiyacımız var" .....                     Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib .....                     "Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində faktaraşdırıcı missiyasının həyata keçirilməsinə imkan vermir" .....                     Prezident dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi yubiley medalı haqqında .....                     Zibil qutusundan silah-sursat çıxdı .....                     “Etibar Məmmədov baş nazir olmaqdan imtina etdi” .....                     Sona Vəliyeva öz ərizəsi ilə MTRŞ üzvlüyündən çıxıb .....                     Sumqayıtda idmançını öldürən ata-oğuldan .....                     Bakıda tində qadının başına daş çırpıb, cinayət törədənin .....                     "Gələn il Dövlət İmtahan Mərkəzi üçün gərgin keçəcək" .....                     İcra başçısına RÜŞVƏT İTTİHAMI .....                     BDU-da yoxlamaların başladığı deyilir .....                     “Azərsun”un keçmiş vitse-prezidenti narazıdır .....                     Bakı məktəbində qalmaqal: .....                     Partiyası Tahir Kərimlidən fərqli düşünür? .....                     Qaşıqçının öldürülməsi əmrini Səudiyyə Ərəbistanının vəliəhdi verib .....                     Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb .....                     Neft hasilatı 0,1%, qaz hasilatı 3,5% artıb .....                     32 yaşlı kişi intihar edib .....                     Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq .....                     Məmmədyarovun “görmədiyi” Kiyev .....                     Lukaşenko və Nazarbayev izahat verməlidir .....                     Çin ticarət siyasətini dəyişməyincə ABŞ gömrük rüsumlarını saxlamaq niyyətindədir .....                     Eldar Mahmudovun əmisi oğlu ilə bağlı araşdırma uzanır .....                     Azərbaycanda bu il 103 mindən çox yeni körpə doğulub .....                     Abel Məhərrəmovun general qardaşı da işdən uzaqlaşdırılıb? .....                     Abel Məhərrəmov necə çıxdaş edildi?.. .....                     Azərbaycan əhalisinin SON SAYI açıqlandı .....                     “Rus NATO-su” Ermənistanı qorumayacaq .....                     Azərbaycanın tanınmış idman saytı 10 yaşını qeyd edir .....                     Şərabla dolu bir badə təkcə atanı hədəfə gətirmədi... .....                     ABŞ-dakı Gülən Fondunun rəhbəri Türkiyəyə gətirilib .....                     Səlim Müslümovdan qalan tək müavin... .....                     Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yaradılıb .....                     Banklar faiz məsələsində Mərkəzi Bankı saymır, yoxsa... .....                     Fransa Dağlıq Qarabağdakı separatçı rejimi tanımır .....                     Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Bu fotolar haqda hələ çox danışılacaq .....                     Sumqayıtda fəhlə hündürlükdən yıxılaraq ölüb .....                 

“Onlar əsasən xaricdə Azərbaycanı istəməyən bir sıra dairələrin təsirləri altındadırlar” - deputat
Tarix: 13-09-2018, 09:34 | Çap et
“Onlar əsasən xaricdə Azərbaycanı istəməyən bir sıra dairələrin təsirləri altındadırlar”
Azərbaycan hakimiyyətinin son illərdə siyasi müxalifətdən daha çox dini müxalifətdən ehtiyat etdiyi göz önündədir. Bunu daha çox siyasi düşərgəyə nisbətən dini camiənin son illərdə fəallaşması, müəyyən dərəcədə güclənməsi ilə izah edirlər. Hakimiyyətin demokratik düşərgənin onun üçün təhlükəli olmamasından arxayınlaşdığı qeyd olunur. Dini müxalifətin siyasi müxalifətdən fərqli mübarizə üsullarına üstünlük verməsi sirr deyil. Gəncədəki son hadisələri misal çəkmək olar.

Bütün bunlardan əlavə, dini və siyasi müxalifətin bağlı olduqları xarici dairələrin də burada mühüm rol oynadığı qaçılmazdır. Belə ki, siyasi müxalifət ən çox Avropa ölkələri ilə əlaqələr qurur, maliyyə mənbələri də oradadır. Lakin radikal dini müxalifət Yaxın Şərqin bəzi dövlətlərindən pul vəsaitləri alır.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı iddialarla razılaşmır. O hesab edir ki, ölkə iqtidarı nə siyasi, nə də dini müxalifətdən çəkinmir: “Hakimiyyətin siyasi və radikal dini müxalifətdən çəkinəcək yeri yoxdur. Çünki Azərbaycan dövləti kifayət qədər güclüdür. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar üçün normal imkanlar yaradılıb. Siyasi müxalifət də öz imkanları daxilində Azərbaycanda fəaliyyətini qurmaqdadır. Bu gün ölkəmizin siyasi müxalifəti çoxqütblüdür. Partiyaların bir hissəsi parlamentdə təmsil olunur. Başqa bir hissəsi radikal mövqedə dayanaraq, Qərbdən maliyyə alaraq özünü ayaqda saxlamağa çalışır. Lakin onların çağırışları, tutmuş olduqları radikal mövqe xalqımız tərəfindən dəstəklənmədiyinə görə getdikcə Azərbaycanda sosial dayaqlarını itirirlər. Bu bir reallıqdır. Dindarlara gəlincə, bəllidir ki, Azərbaycan Konstitusiyasında din dövlətdən ayrıdır. Dini görüşlərlə dindar olan şəxslər siyasətlə məşğul ola bilməzlər. Bu, Azərbaycan qanunvericiliyi ilə yasaq edilib. Azərbaycan dünyəvi, hüquqi dövlətdir. Birmənalı şəkildə din dövlətdən ayrı olmalıdır. Milli-mənəvi dəyərlərə söykənərək, İslam dininin qoymuş olduğu ənənələrə, Qurani-Kərimin göstərmiş olduğu yola uyğun olaraq fəaliyyət qurulmalıdır. Bununla əlaqədar Azərbaycanda xüsusi bir dövlət qurumu var. Eyni zamanda Qafqaz Müsəlmanları İdarəsi var ki, buna da çox hörmətli Şeyximiz Allahşükür Paşazadə rəhbərlik edir. Öz fəaliyyətini də kifayət qədər uğurla qura bilib. Azərbaycan dindarları, eləcə də Qafqazda, dünya müsəlmanları arasında böyük hörmətə malikdir, yüksək hörmətlə qəbul edilir. Azərbaycandakı iki dini qurum dini münasibətləri uyğun istiqamətlərə yönləndirə bilir. Amma təəssüf ki, ölkəmizdə radikal xarakterli dindarlar da var. Onlar əsasən xaricdə Azərbaycanı istəməyən bir sıra dairələrin təsirləri altındadırlar. Bunlar Azərbaycanda öz fəaliyyətlərini qururlar və daha çox radikal mövqedə dayanaraq dünyəvi, hüquqi dövlətin İslam dövləti ilə əvəz olunmasına çağırışlar edirlər. Dövlətimiz bu cür çağırışların qarşısını almalıdır. Radikal xarakterli dini qrupların zorakılığa söykənərək Azərbaycanda hakimiyyəti ələ almağa çalışan və bununla bağlı çağırışlar edənlərə qarşı qanunla sərt münasibət göstərilməlidir. Bu sərt münasibət çox normaldır. Lakin bu münasibət hakimiyyətin qeyd etdiyiniz dini müxalifətdən çəkinməsi anlamına gəlməməlidir. Bu Azərbaycan dövlətinin cəmiyyət, insanların təhlükəsizliyi üçün təhlükə yaradan hər bir hala qarşı mübarizəsinin bir elementidir. Bu mübarizə də qanunlarımıza söykənir. Hüquq-mühafizə orqanları Azərbaycan dövlətinin, xalqının təhlükəsizliyini təmin etməyə borcludur. Bu onun konstitusion borcudur. Ona görə də bunların atmış olduğu addımlar tamamilə düzgündür. Belə addımlar heç bir halda dövlətimizin həmin radikal qruplardan çəkinməsi kimi izah edilməli deyil”.

Deputat dini müxalifətin fərqli mübarizə üsulu olması barədə fikirlərlə razıdır: “Bu cür yanaşmalar doğrudur. Mənə elə gəlir ki, siyasi müxalifət daha sivil mövqe nümayiş etdirir. Hətta ən kəskin ifadələrində, qərəzli yanaşmalarında belə siyasi müxalifət zorakılığı inkar edir. Bu gün Azərbaycanda elə bir siyasi müxalifət tanımıram ki, o, hakimiyyətin zorakı yollarla ələ alınmasını açıq şəkildə ifadə etsin. Ola bilsin ki, bunu mitinqlər, əhalinin itaətsizliyi vasitəsilə həyata keçirməyə çalışsınlar. Deyərdim ki, bu da doğru yol deyil. Çünki hakimiyyətə gəlməyin yeganə və düzgün yolu seçkilərdən keçir. Mitinqlər, təzyiqlər vasitəsilə hakimiyyətə gəlməyin özü də müəyyən dərəcədə zorakılığa əsaslanır. Lakin burada zorakılıq nisbətən yumşaq xarakter daşıyır. Yəni silahlanma, ölüm çağırışları yoxdur. Sadəcə olaraq, hakimiyyətə gəlmək istəyirlər. Lakin dini qanad Azərbaycanın konstitusion quruluşunu dəyişməyə qədər olan çağırışlara gedir. Mənə elə gəlir ki, onların bu cür çağırışları daha çox qaragüruhçuluqdur. Sivil dünyagörüşə deyil, daha çox qapalı formada olan mübarizəyə üstünlük verirlər. İstənilən halda istər siyasi, istərsə də dini müxalifət olsun, radikal mövqe, çağırışlar heç bir dövlətə, xalqa heç zaman uğur gətirməyib. Biz bunun acı təcrübəsini qısa zaman kəsiyində müasir tariximizdə, dünyada gedən müxtəlif proseslərdə görmüşük. Bu baxımdan onların hərəkətə keçməsinə, bununla bağlı addımlar atmasına, Azərbaycanın xaotik bir ölkəyə çevrilməsinə imkan verilməli deyil”.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Daha çox əməkdaşa ehtiyacımız var" - DİM sədri
Bu gün, 11:27
Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib
Bu gün, 11:24
Sevgi təklifləri alan Renka: - “Kişinin vacib olan “vidi” deyil…”
Bu gün, 11:19
"Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində faktaraşdırıcı missiyasının həyata keçirilməsinə imkan vermir" - Hikmət Hacıyev
Bu gün, 11:15
Prezident dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi yubiley medalı haqqında əsasnaməni təsdiqləyib
Bu gün, 11:14
Zibil qutusundan silah-sursat çıxdı
Bu gün, 11:09
“Etibar Məmmədov baş nazir olmaqdan imtina etdi” - Oqtay Qasımov
Bu gün, 11:03
"Pariksiz ilk fotom" - Emini görənlər tanımadı
Bu gün, 10:52
Sona Vəliyeva öz ərizəsi ilə MTRŞ üzvlüyündən çıxıb - Nuşirəvan Məhərrəmli
Bu gün, 10:49
Sumqayıtda idmançını öldürən ata-oğuldan YENİ XƏBƏR
Bu gün, 10:46
Bakıda tində qadının başına daş çırpıb, cinayət törədənin İŞİ MƏHKƏMƏDƏ
Bu gün, 10:44
"Gələn il Dövlət İmtahan Mərkəzi üçün gərgin keçəcək" - Məleykə Abbaszadə
Bu gün, 10:42
Əməkdar artist oğluna toy etdi
Bu gün, 10:37
İcra başçısına RÜŞVƏT İTTİHAMI - VİDEO
Bu gün, 10:33
BDU-da yoxlamaların başladığı deyilir - Hələlik bufetdə ilk təftiş aparılır
Bu gün, 10:27
“Azərsun”un keçmiş vitse-prezidenti narazıdır - "25 MİLYONUM BATIR..."
Bu gün, 10:22
Bakı məktəbində qalmaqal: - İş polisə qədər gedib çıxıb
Bu gün, 10:20
Partiyası Tahir Kərimlidən fərqli düşünür?
Bu gün, 10:17
Qaşıqçının öldürülməsi əmrini Səudiyyə Ərəbistanının vəliəhdi verib - “Vaşinqton post”
Bu gün, 10:16
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb
Bu gün, 10:14
Neft hasilatı 0,1%, qaz hasilatı 3,5% artıb
Bu gün, 10:12
32 yaşlı kişi intihar edib
Bu gün, 10:10
Müğənni qızıl yedi
Bu gün, 10:05
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq - Brayza
Bu gün, 10:00
Məmmədyarovun “görmədiyi” Kiyev – Səfir azərbaycanlılarla niyə vuruşur?
Bu gün, 09:58
Lukaşenko və Nazarbayev izahat verməlidir - Paşinyan başını itirib
Bu gün, 09:53
Çin ticarət siyasətini dəyişməyincə ABŞ gömrük rüsumlarını saxlamaq niyyətindədir
Bu gün, 09:46
Eldar Mahmudovun əmisi oğlu ilə bağlı araşdırma uzanır - Nədə ittiham olunur?
Bu gün, 09:45
Azərbaycanda bu il 103 mindən çox yeni körpə doğulub
Bu gün, 09:42
Abel Məhərrəmovun general qardaşı da işdən uzaqlaşdırılıb? - Nazirlikdən açıqlama
Bu gün, 09:41
Abel Məhərrəmov necə çıxdaş edildi?.. - İDDİA
Bu gün, 09:38
Azərbaycan əhalisinin SON SAYI açıqlandı
Bu gün, 09:36
“Rus NATO-su” Ermənistanı qorumayacaq – Bakıya Qarabağ anonsu
Bu gün, 09:34
Azərbaycanın tanınmış idman saytı 10 yaşını qeyd edir
Bu gün, 09:32
Şərabla dolu bir badə təkcə atanı hədəfə gətirmədi... - GƏLİŞMƏ
Bu gün, 09:31
ABŞ-dakı Gülən Fondunun rəhbəri Türkiyəyə gətirilib
Bu gün, 09:29
Səlim Müslümovdan qalan tək müavin... - Səbəbi çox sadədir...
Bu gün, 09:28
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yaradılıb
Bu gün, 09:25
Banklar faiz məsələsində Mərkəzi Bankı saymır, yoxsa... - TƏHLİL
Bu gün, 09:25
Fransa Dağlıq Qarabağdakı separatçı rejimi tanımır - XİN
Bu gün, 09:24
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
Bu gün, 09:22
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:20
Bu fotolar haqda hələ çox danışılacaq
Bu gün, 09:19
Sumqayıtda fəhlə hündürlükdən yıxılaraq ölüb
Bu gün, 09:16
Ermənistanda cinayətkərlığın kəskin artması müşahidə olunur
Bu gün, 09:15
Bu gün Milli Dirçəliş Günüdür
Bu gün, 09:14
“Sərxoş olub şeyxi dolamaq əxlaqsızlıqdır! Sən kimsən ki?!” - Mirələmovdan eks-rektora
Dünən, 18:21
Sadələşdirilmiş vergiyə cəlb edilən fəaliyyət növlərinin sayı artırılır
Dünən, 18:15
Sumqayıtda yeni məktəb binasının tikintisinə 1 milyon manat ayrılıb - SƏRƏNCAM
Dünən, 18:15
Prezident İlham Əliyev Sumqayıt Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayırıb
Dünən, 18:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru