"Bu küçə göydən düşməyib ki?!" .....                     “Kripto FETO-çu”lar Bakıda “at oynatdılar” .....                     "Biz Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıyıq" .....                     “GENERALLAR ÖZ İŞLƏRİNDƏ, İCRAÇILAR HƏBSDƏDİR…” .....                     Oğlu güllələnən İlyas İsmayılov hadisənin şokundadır .....                     Tələbələrin kirayə ev və yataqxana problemi... .....                     Orqan transplantasiyası üzrə tanınmış həkim Mərkəzi Neftçilər Xəstəxanasından çıxdı .....                     ABŞ Paşinyana “xilas kəməri” atır .....                     "İrəvanı çox ciddi cəzalar gözləyir" .....                     Şamaxının icra başçısı bu kəndin üstündən xətt çəkib? .....                     Bazar və marketlərdə “kənd toyuğu” fırıldağı... .....                     “STAR” zavodunun ildə 1 milyon ton Rusiya nefti ilə təchiz olunması gözlənilir" .....                     Məktəb başladı, amma bu məktəbdə nə müəllim var, nə də dərslik .....                     Qarabağ səmasında barıt qoxusu güclənir .....                     Sevil Nuriyevadan Etimad İsmayılovun qətlilə bağlı .....                     Vətəndaşın başına görün, necə oyun açıblar... .....                     Nazirliyin qadağan etdiyi ucuz və keyfiyyətli təhsil .....                     Polşa şirkətinin rəhbəri Qarabağda ermənilərə təlim keçdi .....                     Ərdoğan ABŞ-la strateji tərəfdaşlığın möhkəmlənəcəyinə ümid bəsləyir .....                     "TAP layihəsi üzrə ümumi iş həcminin 75 faizdən çoxu icra edilib" .....                     Qobustanda zəlzələ baş verib .....                     "Qarabağ" Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirəcək .....                     ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir .....                     Bu gün Azərbaycanda Neftçilər günüdür .....                     Azərbaycanda dünyanın ilk arxeoparkı yaradılacaq .....                     Bu gün dollar neçəyədir? .....                     Sahibkarlar prezidentdən və Cavid Qurbanovdan kömək istədilər... .....                     Etimad İsmayılov buna görə öldürülüb .....                     “Nikoil Bank”ın 10 filialı bağlanıb .....                     Rubl günbəgün bahalaşır .....                     Cəbhədə erməni hərbçi öldü .....                     Prezident İlham Əliyev qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı .....                     Prezident İlham Əliyev Hüseyn Saltuk Düzyolu “Dostluq” ordeni ilə təltif edib .....                     Prezident İlham Əliyev Mixail Şvıdkoyu .....                     İlham Əliyev bu şəxsləri təltif etdi .....                     Prezident İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinə sədr təyin edib .....                     İŞİD lideri əl-Bağdadinin müavini edam ediləcək .....                     Quba rayonunda avtomobil yolunun tikintisinə maliyyə vəsaiti ayrılıb .....                     “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı .....                     Rusiyada qırıcı təyyarə qəzaya uğrayıb .....                 

“Əslində dinsiz olan radikallar var ki, müxtəlif dövlətlərə xidmət edirlər” - deputat
Tarix: 8-09-2018, 09:21 | Çap et
“Əslində dinsiz olan radikallar var ki, müxtəlif dövlətlərə xidmət edirlər”
3 gün sonra Məhərrəm ayı başlayır. Sentyabrın 11-də Aşura günü qeyd olunacaq. Aşura günü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası “Fətva” verərək Məhərrəmlik mərasimlərinin yalnız məscidlərdə keçirilməsinin vacibliyini bildirib. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Məhərrəm ayında təxribata cəhdlərin ola biləcəyi ehtimalının mümkünlüyünü dilə gətirib.

Şeyx deyib ki, bunu edənlər “xaricdən tapşırıq alan və maliyyələşən bəzi qruplar”dır. Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) də Məhərrəmlik ayı ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə birgə tədbir keçirilib. Komitənin sədr müavini Səyavuş Heydərov bildirib ki, əvvəlki illərdə bir neçə dəfə qanunvericilikdə müəyyən olunduğu kimi mərasimləri məscidlərdən kənarda keçirmək tələbini pozma halları olub. Lakin o, ümid etdiyini deyib ki, bu il belə neqativ hallar baş verməz.

Deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Yeni Müsavat”a açıqlamasında deyib ki, bizim milli mənəvi dəyərlərimizdə dini dəyərlər xüsusi yer tutur: “Baxmayaraq ki, 73 il sovetlər dövründə yaşadıq və bu dövr dinsizlik dövrü idi, ateizm təbliğatı gedirdi, məscidlər bağlanmışdı. Kommunist olanlar məscidlərə, dini ibadət yerlərinə gedəndə sərt cəzalandırılırdılar, hətta partiya sıralarından xaric edilirdilər. Orta məktəbdən tutmuş ali məktəblərə qədər hər yerdə dinin əleyhinə təbliğat aparılırdı. Bütün bunlar xalqımızın qəlbində Allaha inamı sarsıtmadı, xalq bu inamı qəlbində yaşatdı. Xalq dini untmadı, gizli də olsa dini ayinləri icra etdi. Xəlvət də olsa, məscidlərə, dini ibadət ocaqlarına getdi. Bu dəyərlər bizim içimizdədir və bunu bizdən almaq mümkün deyil.

”Qırmızı terror"la bizi dindən ayrı sala bilmədilər. İndi isə heç mümkün deyil. Müstəqillik dövründə isə həqiqi demokratiya, həqiqi prülarizmdir və şəxsiyyət azaddır. Bizim dövlətimizin rəhbərləri - prezident olduğu müddətdə mərhum Heydər Əliyev, indi isə cənab prezident İlham Əliyev məscidlərə, ibadət yerlərinə baş çəkir, yeni məscidlərin tikintisi aparılır, bütün məscidlər təmir olunub. Fəaliyyət olan məscidlərin sayı xeyli artıb. Azərbaycanda insanlar istədikləri vaxt məscidə gedir, ibadət edir, namazını qılır, xütbələri dinləyir. Amma dini ayinlərin icrasında biz dünyəvi dövlətik. Dünyaya, Avropaya inteqrasiya edən dövlətik. Burada da bir norma olmalı, əndazə gözlənilməlidır. Məhərrəm ayında məscidə gedən orada mərsiyəyə qulaq asa, nəzirini verə, dini tədbirdə iştirak edə bilər.

Əvvəllər şəbeh şəklində yaranmış xalq tamaşaları din tərəfinə bir qədər nüfuz etməsi nəticəsində zəncir vurmaq, baş yarmaq, məscidlərin kənarlarına çıxıb yolları bağlamaq, çadırlar qurmaq kimi ənənələri ortaya çıxarıb. Belə hərəkətlər bugünkü Azərbaycana yaraşmır. İslam dinində bu ayinlər əvvəldən bu şəkildə olmayıb. Sonradan qondarılmış, şişirdilən mərasimlərdir. İlk növbədə övladlarımızı qorumalı, onları dini ayinləri necə icra etmək lazım olduğu barədə maarifləndirməliyik. Qəbul olunmayan, İslama yaraşmayan hərəkətlərə yol verilməməlidir. Çox yaxşı bir haldır ki, şeyximizin təşəbbüsü ilə illərdir ki, zəncir vurmaq, baş yarmaq əvəzinə qanvermə aksiyası keçirilir. Bu praktika bir çox dünya ölkələrinə də yayılıb. Əgər Məhərrəmilik vaxtı savab iş görmək istəyirsənsə, ən yaxşısı qan verməkdir.

Azərbaycan müharibə vəziyyətində olan dövlətdir. Əsgərlərimiz tez-tez yaralanır, travma alır. Ümumilikdə qana ehtiyacı olan xəstə insanlar var. Qan həmin insanlar, əsgərlərimiz üçün vacibdir. Qan verənlər də savab qazanır, ehtiyaclar da qarşılanır. Nümayişkaranə küçələrə çıxmaq, haray-həşirlə küçələrə çıxmaq bu kimi addımların vaxtı keçib. İslam dini kiminsə özünə xətər-xəsarət yetirməsinə qarşıdır. İslam dini insanın özünə əziyyət verməsini qəbul etmir. Qəbul olunmayan bir işi Aşura günündə təkrar etmək nəyə gərəkdir?"

Deputat Qafqaz Müsəlmanları İdarəsinin verdiyi “Fətva”ya riayət olunmasının vacib olduğunu bildirdi. Hər kəsi həmin fətvaya əməl etməyə çağırdı: “Övladlarımızı, gənclərimizi bu ruhda tərbiyə edib dinini sevməklə bağlı, dini ayinləri necə icra etməklə bağlı maarifləndirməli, münasib formasını onlara aşılamalıyıq”.

Bəxtiyar Sadıqov deyir ki, Nardaranda, Gəncədə baş verən hadisələr və bu hadisələrin araşdırılması göstərib ki, Azərbaycanda dini-radikal qruplar var: “Əslində dinsiz radikallar var ki, müxtəlif dövlətlərə xidmət edir, ayrı-ayrı qruplardadırlar. Onlar din pərdəsi altında gizlənmiş və antiazərbaycançı şəbəkəyə xidmət edən insanlardır. Kütləvi tədbirlər zamanı, xüsusən Məhərrəmilik ayı ərzində bu cür tədbirlər keçirilən vaxtlar onlar öz əməllərini həyata keçirməyə çalışırlar. Müxtəlif təxribat, terror hərəkətləri də ola bilər. Azərbaycanın hüquq-mühafizə orqanları bu məqamları heç vaxt nəzərdən qaçırmırlar. Ona görə də hüquq-mühafizə orqanlarının atdığı addımları anlayışla qarşılamalıyıq. Hüquq-mühafizə orqanları Azərbaycan vətəndaşlarının asayişini təmin edir, təhlükəsizliklərini qoruyurlar. Əgər bu gün Bakı Şəhər Baş Polis İdarəsi, Dini Komitə açıqlama verib ayinlərin küçələrdə icrasının məqsədəuyğun olmadığını açıqlayırlarsa, vətəndaşlar buna riayət etməlidirlər. Azərbaycana qarşı hər hansı bir qəsdin alınmasında da vətəndaş kimi iştirak etməliyik”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu küçə göydən düşməyib ki?!" - Adil Vəliyevin nəzər-diqqətinə...
Bu gün, 09:29
“Kripto FETO-çu”lar Bakıda “at oynatdılar” - Mədəniyyət Nazirliyi isə heç nə olmamış kimi susdu
Bu gün, 09:23
"Biz Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıyıq" - NATO Baş katibinin müavini
Bu gün, 09:21
“GENERALLAR ÖZ İŞLƏRİNDƏ, İCRAÇILAR HƏBSDƏDİR…” - “Hospitallarda cərrahi əməliyyatlar həyata keçirir”
Bu gün, 09:20
Oğlu güllələnən İlyas İsmayılov hadisənin şokundadır - Partiyadan AÇIQLAMA
Bu gün, 09:17
Tələbələrin kirayə ev və yataqxana problemi...
Bu gün, 09:14
Orqan transplantasiyası üzrə tanınmış həkim Mərkəzi Neftçilər Xəstəxanasından çıxdı - AÇIQLAMA
Bu gün, 09:12
ABŞ Paşinyana “xilas kəməri” atır - Ermənistan uğrunda rəqabət qızışır
Bu gün, 09:09
"İrəvanı çox ciddi cəzalar gözləyir" - deputat
Bu gün, 09:06
Ən ucuz bazar: - Gəl, ay müştəri, artistdən qalmadı
Bu gün, 09:05
Şamaxının icra başçısı bu kəndin üstündən xətt çəkib? - GİLEY
Bu gün, 09:01
Bazar və marketlərdə “kənd toyuğu” fırıldağı...
Bu gün, 08:55
“STAR” zavodunun ildə 1 milyon ton Rusiya nefti ilə təchiz olunması gözlənilir" - Rövnəq Abdullayev
Bu gün, 08:53
Məktəb başladı, amma bu məktəbdə nə müəllim var, nə də dərslik - GİLEY
Bu gün, 08:50
Qarabağ səmasında barıt qoxusu güclənir - düşmənin müharibə təlaşı
Bu gün, 08:47
Sevil Nuriyevadan Etimad İsmayılovun qətlilə bağlı - İlk açıqlama
Bu gün, 08:46
Vətəndaşın başına görün, necə oyun açıblar... - GİLEY
Bu gün, 08:39
Nazirliyin qadağan etdiyi ucuz və keyfiyyətli təhsil
Bu gün, 08:37
“Siz xalqın qarşısına çıxırsınız, axı! Ayıb deyil?” - Xeyrəddin Qoca
Bu gün, 08:35
Polşa şirkətinin rəhbəri Qarabağda ermənilərə təlim keçdi - FOTOLAR
Bu gün, 08:33
Ərdoğan ABŞ-la strateji tərəfdaşlığın möhkəmlənəcəyinə ümid bəsləyir
Bu gün, 08:29
"TAP layihəsi üzrə ümumi iş həcminin 75 faizdən çoxu icra edilib" - Rövnəq Abdullayev
Bu gün, 08:20
Qobustanda zəlzələ baş verib
Bu gün, 08:18
"Qarabağ" Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirəcək
Bu gün, 08:16
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir
Bu gün, 08:15
Bu gün Azərbaycanda Neftçilər günüdür
Bu gün, 08:13
Azərbaycanda dünyanın ilk arxeoparkı yaradılacaq
Bu gün, 08:12
Bu gün dollar neçəyədir?
Bu gün, 08:07
Sahibkarlar prezidentdən və Cavid Qurbanovdan kömək istədilər... - Müraciət
Bu gün, 08:05
Etimad İsmayılov buna görə öldürülüb – TƏFƏRRÜAT
Bu gün, 08:04
“Nikoil Bank”ın 10 filialı bağlanıb - 46 MİLYON MANAT ZƏRƏRDƏ
Bu gün, 08:00
Rubl günbəgün bahalaşır
Dünən, 18:16
Cəbhədə erməni hərbçi öldü
Dünən, 18:14
Prezident İlham Əliyev qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı sərəncam imzalayıb
Dünən, 18:12
Prezident İlham Əliyev Hüseyn Saltuk Düzyolu “Dostluq” ordeni ilə təltif edib - SƏRƏNCAM
Dünən, 18:10
Prezident İlham Əliyev Mixail Şvıdkoyu təltif edib
Dünən, 18:10
İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI
Dünən, 18:04
Prezident İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinə sədr təyin edib - SƏRƏNCAM
Dünən, 18:03
İŞİD lideri əl-Bağdadinin müavini edam ediləcək
Dünən, 18:01
Quba rayonunda avtomobil yolunun tikintisinə maliyyə vəsaiti ayrılıb - SƏRƏNCAM
Dünən, 17:57
“Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı
Dünən, 17:55
Qadınları fahişəliyə cəlb edən müğənni Təranənin məhkəməsi başladı
Dünən, 17:52
Rusiyada qırıcı təyyarə qəzaya uğrayıb
Dünən, 17:44
Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin - Ərdoğan
Dünən, 17:43
"Özünü tanımayan "qaquş"lar deyir ki, Yetim Eyvazın oriyentasiya pozğunluğu olan oğlu"
Dünən, 17:34
Cəlilabadda məktəb direktoru ilə müəllim arasında əlbəyaxa dava - AÇIQLAMA
Dünən, 17:30
“BTE formasında sintetik maddə çox olduğundan uşaq tərləyir”
Dünən, 17:29
"Paşinyan əvvəlcə gedib öz ailədaxili problemlərini həll etsin" - Şuşanın icra başçısı
Dünən, 17:27
Elmar Vəliyevin "sağ əli" qeybə çəkilib? - İTTİHAM
Dünən, 17:25
Xaçmaz sakini göldə batıb
Dünən, 17:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru