Bakıda sahibsiz itlər kütləvi şəkildə məhv edildi .....                     Lukaşenko hökumətə yeni baş nazir və nazirlər təyin edib .....                     "Belarus heç vaxt kiminsə vassalı olmayacaq" .....                     Prezident İlham Əliyev əfqanıstanlı həmkarını .....                     Husilər yenidən Səudiyyəni hədəf aldı .....                     Nazir məhkəməyə verildi .....                     Prezident İlham Əliyev Lerikdə yol tikintisinə 11,3 milyon manat ayırıb .....                     Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb .....                     "Mühasirəyə düşən ermənilər "UAZ”ı yandırıb qaçdı" .....                     DGK sədri Bakı Baş Gömrük İdarəsində və "Qoşa Təpə" gömrük postunda olub .....                     Fermerlər alıcı tapmaqda çətinlik çəkirlər .....                     Koçaryan üçün yeni “layihə”: Keçmiş prezidenti siyasətə kim və niyə qaytarır? .....                     “Ermənistanda iqtisadi siyasət yoxdur” .....                     Kofi Annan ölüb .....                     “Moody’s” və “Standart&Poors” Türkiyənin kredit reytinqini aşağı salıb .....                     Ermənistan ordusunun baş qərargah rəisi Qarabağa gəlib .....                     “BakuBus”un marşrutunda kişinin 400 manatını oğurladılar .....                     General Rəsul Çunayevin rütbəsini artırdı .....                     Əli Əhmədov Türkiyəyə gedib .....                     Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb .....                     Şəkidə küçədən kişi meyiti tapılıb .....                     Azərbaycanda elektron xidmət növlərinin siyahısı genişləndirilib .....                     Məhkəmə Hüseyn Abdullayevin anasının ev dustaqlığını daha iki ay uzadıb .....                     Tramp xüsusi muzdlu ordu yaradır .....                     Putin avstriyalı nazirin toyundan sonra Merkellə görüşəcək .....                     Alimlər kişi və qadınların hansı yaşda qarşı tərəf üçün daha cazibədar olduğunu araşdırıblar .....                     Sabah yağış yağacaq, şimşək çaxacaq .....                     11 illik hakimiyyətin SONU ÇATIR .....                     Azərbaycan vətəndaşı olan qadın Ukraynada avtomobil qəzasında ölüb .....                     “Özünü də, məni də bədbəxt etdi” .....                     Sosial şəbəkələr, informasiya terroru və həqiqətin dəyəri .....                     "Bu cür edirlər ki, turistlər də daha gəlmək istəmir" .....                     ABŞ-dan Trampla Putinin əlaqəsinə dair etiraf .....                     Merkelin Azərbaycan səfərinin arxasında nələr durur? .....                     11 mənzildən oğurluq edən şəxs videokamera görüntüsü ilə saxlanıldı .....                     Qardaşlar uzun illərdən sonra bir-birini Həcc ziyarətində tapdı .....                     Azərbaycan nefti bahalaşmaqda davam edir .....                     Mərkəzi Neftçilər Xəstəxanasında ÖZBAŞINALIQ .....                     Salyanda zəlzələ olub .....                     Azərbaycanda 13 azyaşlı qızı fahişəliyə cəlb etdilər .....                 

“Rəsulzadəyə də abidə qoyulmalıdır, Elçibəyə də” - Arif Rəhimzadə
Tarix: 8-06-2018, 08:13 | Çap et
 “Rəsulzadəyə də abidə qoyulmalıdır, Elçibəyə də”
Deputat, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin fikirləri növbəti dəfə geniş müzakirələrə səbəb olub. Onun sovet hökuməti ilə bağlı səsləndirdiyi fikirlər mətbuatda və sosial şəbəkələrdə sərt təpkilərlə qarşılanıb. Qeyd edək ki, bir neçə ay əvvəl də A.Rəhimzadə səsləndirdiyi fikirlərə görə tənqidlərə məruz qalmışdı. “Yeni Müsavat”a müsahibəsində komitə sədri fikirlərinin kontekstdən çıxarıldığını bildirdi.

- Arif bəy, Milli Məclisin komitə iclasında dedikləriniz birmənalı qarşılanmadı, yəqin bunun fərqindəsiniz... Doğrudanmı siz hesab edirsiniz Azərbaycan dövlətini sovet hökuməti qurub?

- Mən çox yaxşı bilirəm ki, Azərbaycan Demokratik Respublikası təkcə müsəlman aləmində yox, bütün Şərq aləmində ilk dəfə ölkəmizdə yaranıb. Ancaq sonra bu respublika sovet hakimiyyətinin qəddar münasibətinin qurbanı olub. Eyni zamanda sovet hökuməti bizim respublikanı formalaşdırıb. Bizim təhsilimizi, səhiyyəmizi, elmimizi yaradıb. Ən əsası, biz özümüz-özümüzü azərbaycanlı kimi tanımırdıq, bizə onu tanıtdı. Bir vaxtlar deyirdik müsəlmanıq, sonra dedik türkük. Ancaq bütün dünyada yerin adına görə də xalqın adı formalaşır. Azərbaycanda yaşayan insanların hamısı azərbaycanlıdır, etnik mənsubiyyətindən asılı olmayaraq. Bax, bu, bizim dövlət siyasətimizdir.

- Yeri gəlmişkən, keçən dəfə bizim türk olmamağımızla bağlı fikirləriniz də mübahisə yaratmışdı...

- Mən deməmişdim ki, biz türk deyilik. Mən demişdim kökümüz türkdür, amma biz azərbaycanlıyıq.

- Amma bu da var ki, sovet hökuməti heç də bizi çox istədiyindən türklüyümüzü unutdurub, azərbaycanlı olmağımızı önə çəkmədi. Sovetlərin verdiklərinə gəldikdə, Cümhuriyyətimiz qurulanda hətta xarici ölkələrə tələbələr göndərilmişdi. Ancaq o gəncləri məhv edən də sovetlər oldu...

- Aydındır. Mən də o fikirdəyəm ki, sovetlər bizimlə qəddarcasına rəftar etdilər. Mən soveti ideallaşdırmıram. Həqiqətən də Azərbaycan xalqına çox böyük mənfi təsiri olub, qəddarlıq ediblər.

- Repressiyalar olub, bunlar unudula bilməz...

- Bəli, repressiyalar olub, nə qədər azərbaycanlı həlak olub, sürgün olunub, ən savadlı adamlar məhv edilib.

- Cümhuriyyət qurucularının birinin belə məzarının Azərbaycanda olmaması hər şeyi deyir.

- O söhbət bilirsiniz nəyə görə yarandı? Bizim qəzetçilər həmişə bir sitatı götürüb onun əsasında oynamağa başlayırlar. Adların dəyişməsi ilə bağlı müzakirələr gedirdi. Çıxış edənlər başladılar ki, biz çox gecikmişik. Bunu gərək çoxdan edəydik. Sovet dövründə verilən adların hamısını dəyişək. Düzgün olmayıb, nə bilim nə olub... Mən də dedim ki, sovet dövrünün qəddarlığına baxmayaraq, müsbət cəhətləri də olub axı... Gəlin onda Nəriman Nərimanovun adı ilə bağlı olan yerlərin də adlarını dəyişək, o da sovet dövründə olub. O adam ki, həqiqətən Azərbaycan xalqına qarşı qəddar münasibət bəsləyib, onun adını dəyişdirmək olar. Amma məsələn, Ağamalıoğlu Azərbaycan xalqına nə edib, nə ziyan vurub? Biz onun adını niyə dəyişək? İkinci məsələ bu oldu ki, mən Mixaylovka kəndi haqqında danışdım. Göygöl rayonunun Mixaylovka kəndi 1845-ci ildə yaradılıb, özü də ona qədər orada yaşayış olmayıb. Rusların xristianlıqdan bir az fərqlənən nümayəndələri var, onlara “malakan” deyirlər. Çar hakimiyyəti də həmişə onları sıxışdırırdı və mərkəzdən uzaqlaşdırmaq istəyirdi. Misal üçün, Rusiyada Morozov var idi, milyonçu idi, onun kimi zənginləri də sıxışdırırdılar. Digər məqsəd ondan ibarət idi ki, imperiyanın sərhədində xristianları yerləşdirsinlər. Yəni özlərinə çox xoş gəlməyənlər də olsa, məhz xristianları yerləşdirmək istəyirdilər. Elə erməniləri də o səbəbdən gətirib orada yerləşdirdilər, ona görə yox ki, ermənilərə bənd olmuşdular. Mövqe bu idi ki, necə xristian olur-olsun, qeyri-müsəlmandan xristian yaxşıdır. Elə bir kəndin adının dəyişdirilməsi, məncə, düzgün deyil. Ona görə ki, biz bu kəndin adını deyəndə istər-istəməz həmin tarixi yadımıza salırıq. Niyə bu Mixaylovkadır? Hə, deməli, keçmişdə belə bir imperiyanın tərkibində olmuşuq, Azərbaycanı sıxışdırıblar, bura başqa xalqları köçürüblər. Bundan sonra oranın Günəşli, ya Çəmənli adlandırılması orda yaşayan, yaxud yaşayacaq insanlara nə deyəcək? Dedim, əlbəttə, daha iş-işdən keçib, bunlar qərar qəbul ediblər, özü də təkid edirlər. Amma biz gərək onlara izah edək, camaata başa salaq ki, bu tarixi bir addır, bunu dəyişdirmək düzgün deyil, çünki bizim xeyrimizə deyil, ziyanımızadır. Bu, istər-istəməz bizim camaatı tarixə qaytarır. Məsələn, bilirsiniz Qusar necə yaranıb? Orada Qusar alayı olub, Lermantov da o alayda xidmət edib. O ev də bu saat durur. Həmin evdə bizim bir nazir yaşayırdı, Şair Nəcməddin oğlu Həsənov. Həmin şəxsin şərəfinə rayonun adını Şair qoyublar. Onda gəlin Qusarın da adını dəyişək də. Yaxud Novxanı, Zağulba adlarını da dəyişək də. Zağulba nədir? Ərəb sözüdür. Demək, hansısa əsrdə bura ərəblər gəlib, yaxud iranlılar burada olub. Bunun özü tarixdir, bunu dəyişmək olmaz. Tarix xoşumuza gəlsə də, gəlməsə də, onu inkar etmək tamamilə səhvdir.

- Deputat həmkarlarınız Fazil Mustafa ilə Tahir Kərimli də sizin fikirlərinizə etiraz edib. Onlar da bu fikirdədirlər ki, ilk növbədə Azərbaycan Xalq Cümhuriyyətinin memarlarının adları əbədiləşdirilməli, Rəsulzadəyə, Nuru Paşaya abidə qoyulmalıdır. Siz bu haqda nə deyə bilərsiniz?

- Mən bu fikirlərlə tamamilə razıyam. Azərbaycan xalqına xidmət edən, Azərbaycan xalqı qarşısında nailiyyətləri olanların hamısının adı əbədiləşdirilməlidir.

- Amma bu da var ki, hətta müstəqilliyimizin 27-ci ilində belə, xalqımıza qarşı düşmənçilik edənlərin də adlarını daşıyan küçələrə rast gəlirik. Bunlar da tarix üçün saxlanılmalıdır?

- Misal üçün, bizim abidələr var idi. Sənət əsəri idi də. Bunların hamısını söküb apardılar, “metallom”a verdilər, məhv etdilər. Məndən olsaydı, bir yer ayırardım, həmin abidələrin hamısını ora düzərdim. Qabağına da yazardım ki, bax, Şaumyan xalqımıza qarşı belə qəddarlıq edib, terrorçu təşkilatların başında dayanıb, Azərbaycana qarşı zülmlər edib, bizə qarşı soyqırımlar törədib və s.

- Amma illərdir təklif səslənsə də, nə soyqırım muzey-kompleksi, nə Cümhuriyyət qurucuları ilə bağlı eyni mərkəzin yaradılması reallaşmayıb. Bəlkə əvvəlcə bundan başlanılsın.

- Lazımdır. Mütləq lazımdır. Bütün bunları etmək lazımdır.

- Bəs niyə bunu işləmirik. Hətta “sovet adamı” kateqoriyasına daxil olan Arif Rəhimzadə də bu təkliflərlə razıdırsa, niyə bu vacib addımlar atılmır?

- Addımlar atılmır, yəqin hələ imkan yoxdur. Amma mən əminəm ki, bu istiqamətdə addımlar atılacaq. Biz gərək olanlarımızı məhv etməyək, heç olmasa olanları qoruyub saxlayaq.

- Məhəmməd Əmin Rəsulzadəyə abidə qoyulması barədə təklifləri də müdafiə edirsiniz?

- Mütləq qoyulmalıdır. Mən hesab edirəm Elçibəyə də abidə qoyulmalıdır. Düzdür, qəbirüstü abidə qoyulub, amma başqa bir yerdə də qoyulmalıdır. Çünki bu, tarixdir.

- Elə söhbətimiz Elçibəyin prezident seçilməsinin növbəti ildönümünə təsadüf edir...

- Bəli. Hesab edirəm ki, gərək ona da abidə qoyulsun. Düzdür, abidələrin hamısını eyni vaxtda qoymaq mümkün deyil. Amma Əlimərdan bəy Topçubaşovn abidəsi Sankt Peterburqda qoyulub, mən abidənin açılış mərasimində iştirak və çıxış etmişəm, onun silinməz ideyalarından danışmışam. Vaxtilə o, Sankt-Peterburqdan qovulmuşdu. Amma zaman gəldi, bu şəhərdə ona abidə qoyuldu. Bu, çox əlamətdar hadisədir.

- Əbülfəz Elçibəyin 80 illik yubileyinə hazırlıq görülür. Dəvət alsanız, iştirak edərsinizmi?

- Nə vaxtdır?

- İyunun sonlarında olmalıdır.

- Yox, mən burada olmayacağam. Dəqiq deyə bilmərəm. Ancaq burada olsam, əlbəttə, gələrəm.

- Bakıda Nəriman Nərimanovun nəhəng abidəsi var. Bu barədə nə deyə bilərsiniz?

- Nərimanov sovet dövrünün xadimi olub, Azərbaycan xalqına xidmət edib və müəmmalı şəraitdə dünyasını dəyişib. Elə o xidmətinə, Azərbaycanın mövqeyini müdafiə etdiyinə görə sovetlər dövründə “qara siyahı”ya düşüb.

- Arif bəy, sizin Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər barədə fikriniz necədir? Yubiley ilində əlavə təklifləriniz varmı?

- Mən hesab edirəm ki, bu tədbirlər daim keçirilməlidir. Məncə, yubileyi təmtəraqlı keçirməkdən daha çox, insanların biliyini artırmasına çalışmaq və onlara düzgün istiqamət vermək əsasdır. Biz bir dəfə yubiley tədbiri keçirməklə kifayətlənməməliyik. Bu məsələlər gərək dərsliklərdə olsun, müsbət və mənfi cəhətləri deyilsin. Tarixi hadisə baş verən məsələdir. Bunun üzərindən xətt çəkmək, ona göz yummaq düzgün deyil. O cümlədən Elçibəyin də. Müsbət cəhəti varsa, demək lazımdır, mənfi cəhətləri varsa, onlar da deyilməlidir.

- Yəqin Bakı Dövlət Universitetinin qarşısında üzərində Rəsulzadəyə abidə qoyulacağı yazılmış daş lövhəni görmüsünüz...

- Yəqin hələ abidəni qoymağa imkanları yoxdur. Yazıblarsa, qoyacaqlar.

- Yəni abidə qoyulmalıdır?

- Əlbəttə.

- Cümhuriyyət qurucularının məzarlarının Azərbaycana gətirilməsinə necə baxırsınız?

- Vallah mən bilmirəm, onların məzarları orada necədir, hansı şəraitdədir? Yaxşı şəraitdə deyilsə, əlbəttə, gətirilməlidir. Hüseyn Cavidin məzarı gətirildi də. İndi o məzarlar niyə gətirilməsin? Amma digər məsələ də var. O məzarların xaricdə olmasının özü də təbliğatdır, Azərbaycan tarixinə dair əyani faktlardır.

- Söhbətimizdən belə qənaətə gəldim ki, siz də Azərbaycan dövlətinin əsasının sovetlərdən gəldiyini güman etmirsiniz...

- Yox, mən heç vaxt belə hesab etməmişəm. Ancaq mən həmişə hesab etmişəm ki, rus imperiyası da, sovet dövrü də bizə nə qədər mənfi təsir göstərsə də, nə qədər bizi sıxıntıda saxlasa da, bizi xristianlardan seçib, bizə pislik etsə də, onun müsbət cəhətləri də olub. İndi biz deyirik birinci demokratik respublikamız. İranda bu respublika niyə yaranmadı? Demək istəyirəm ki, bunların hamısının müsbət cəhətləri ilə yanaşı, mənfi cəhətləri də olub. Bizim ilk Demokratik Respublikanı yaradanlar təhsillərini harada almışdılar? Əsasən Rusiyada. Mən bunu demək istəyirəm.

- Amma Xalq Cümhuriyyəti yaşasaydı və 1920-ci ildə işğalçı ordu gəlməsəydi, bəlkə biz indi Avropa ölkələrini də geridə qoya bilərdik. Deməli, bizə ən böyük zərbəni sovetlər vurub, deyilmi?

- Ola bilər. Amma deyir tarix belə şeyləri sevmir, olsaydı, gəlsəydi... Fakt budur ki, Cümhuriyyət məhv edildi, 20-ci illərdə əksəriyyəti Azərbaycana qəlbən yaxın olmayan insanlar rəhbərliyə gəldi, Azərbaycanın bütün vacib orqanlarında əcnəbilər, bizə düşmən mövqeyində dayanan insanlar oldu. Ancaq eyni zamanda müsbət cəhətləri də olub. Yəni bir boya ilə çəkmək düzgün deyil. Yəni bu, tarixdir, inkar etmək düzgün deyil. Pisi də demək lazımdır, yaxşını da.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda sahibsiz itlər kütləvi şəkildə məhv edildi – Tükürpədici VİDEO
Dünən, 17:43
Lukaşenko hökumətə yeni baş nazir və nazirlər təyin edib
Dünən, 17:34
"Belarus heç vaxt kiminsə vassalı olmayacaq" - Lukaşenko
Dünən, 17:28
Prezident İlham Əliyev əfqanıstanlı həmkarını təbrik edib
Dünən, 17:23
Husilər yenidən Səudiyyəni hədəf aldı
Dünən, 17:15
Nazir məhkəməyə verildi - "Bəli, mən hazırda işsizəm"
Dünən, 17:12
Prezident İlham Əliyev Lerikdə yol tikintisinə 11,3 milyon manat ayırıb - SƏRƏNCAM
Dünən, 17:09
"Təranəni 3 ilədək həbs gözləyir" - Sonuncu məhkəmə olacaq
Dünən, 17:08
Emmaya qarşı saxtakarlıq: - "Ciddi böhtandır, görəcəklər..."
Dünən, 17:06
Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb
Dünən, 17:04
"Mühasirəyə düşən ermənilər "UAZ”ı yandırıb qaçdı" - General baş verənlərdən danışdı
Dünən, 17:01
DGK sədri Bakı Baş Gömrük İdarəsində və "Qoşa Təpə" gömrük postunda olub - FOTOLAR
Dünən, 16:58
Sənətkara bu qədər hörmətsizlik olmaz
Dünən, 14:12
Fermerlər alıcı tapmaqda çətinlik çəkirlər
Dünən, 14:08
Koçaryan üçün yeni “layihə”: Keçmiş prezidenti siyasətə kim və niyə qaytarır? - TƏHLİL
Dünən, 14:06
“Ermənistanda iqtisadi siyasət yoxdur” - Vardan Bostanjyan
Dünən, 14:03
"Mənim tək rəqibim atamdır"
Dünən, 14:00
Kofi Annan ölüb
Dünən, 13:57
“Moody’s” və “Standart&Poors” Türkiyənin kredit reytinqini aşağı salıb
Dünən, 13:45
Ermənistan ordusunun baş qərargah rəisi Qarabağa gəlib
Dünən, 13:39
“BakuBus”un marşrutunda kişinin 400 manatını oğurladılar
Dünən, 13:36
General Rəsul Çunayevin rütbəsini artırdı - FOTO
Dünən, 13:29
Əli Əhmədov Türkiyəyə gedib
Dünən, 13:24
Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb
Dünən, 13:23
Şəkidə küçədən kişi meyiti tapılıb
Dünən, 13:22
Azərbaycanda elektron xidmət növlərinin siyahısı genişləndirilib
Dünən, 13:21
Məhkəmə Hüseyn Abdullayevin anasının ev dustaqlığını daha iki ay uzadıb
Dünən, 13:16
Tramp xüsusi muzdlu ordu yaradır
Dünən, 12:51
Putin avstriyalı nazirin toyundan sonra Merkellə görüşəcək
Dünən, 12:49
Alimlər kişi və qadınların hansı yaşda qarşı tərəf üçün daha cazibədar olduğunu araşdırıblar
Dünən, 12:47
Oğlanla öpüşdüyü yerdə fotosu yayıldığı iddia edilən Pərvindən: - "Tüpürüm sifətinizə"
Dünən, 12:45
Sabah yağış yağacaq, şimşək çaxacaq
Dünən, 12:39
11 illik hakimiyyətin SONU ÇATIR - Belə deyirlər...
Dünən, 12:37
Azərbaycan vətəndaşı olan qadın Ukraynada avtomobil qəzasında ölüb
Dünən, 12:25
“Özünü də, məni də bədbəxt etdi” – Keçmiş məhkumların türmə söhbəti ölümlə nəticələndi
Dünən, 12:23
Sosial şəbəkələr, informasiya terroru və həqiqətin dəyəri - II HİSSƏ
Dünən, 12:19
"Bu cür edirlər ki, turistlər də daha gəlmək istəmir" - Dağı özəlləşdirib ərəbdən pul istədi
Dünən, 12:17
ABŞ-dan Trampla Putinin əlaqəsinə dair etiraf
Dünən, 12:11
Merkelin Azərbaycan səfərinin arxasında nələr durur? - TƏHLİL
Dünən, 12:09
11 mənzildən oğurluq edən şəxs videokamera görüntüsü ilə saxlanıldı — TƏFƏRRÜAT
Dünən, 12:08
Qardaşlar uzun illərdən sonra bir-birini Həcc ziyarətində tapdı - VİDEO
Dünən, 12:07
Azərbaycan nefti bahalaşmaqda davam edir
Dünən, 12:05
Mərkəzi Neftçilər Xəstəxanasında ÖZBAŞINALIQ - İDDİA
Dünən, 11:47
Salyanda zəlzələ olub
Dünən, 11:38
Azərbaycanda 13 azyaşlı qızı fahişəliyə cəlb etdilər - DƏHŞƏTLİ CİNAYƏT
Dünən, 11:35
Paşinyan komediya aktyorunu mer görmək istəyir
Dünən, 11:33
Elza Paşinyana şeir yazacaq
Dünən, 11:30
Gəncədə ata və qızını öldürən şəxs tutuldu
Dünən, 11:26
Əməkdar artistin klipinə çəkilən model: - "Röya Ayxanı qucaqlayanda..."
Dünən, 11:25
Azərbaycanlı xanım ifaçı 3-cü dəfə qəzaya düşdü - FOTO
Dünən, 11:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru