...gecə 7-9, gündüz 12-14 dərəcə isti olacaq .....                     Qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarına qarşı tədbirlər davam etdirili .....                     Uşaq poliklinikasının baş həkimi icra başçısının müavini təyin edildi .....                     Azərbaycanlı milyarderin 18 yaşlı oğlu lüks həyatını belə nümayiş etdirir .....                     Fatimə Mövlanlı şantaj edilir? Müxalifət düşərgəsi "Şantaj" maşınını işə saldı .....                     Azərbaycanda icra başçısının müavini vəzifəsindən azad olundu .....                     “Övladımın işi ilə maraqlanmıram” .....                     Rusiya klubu xoruza bənzədilən erməni baş məşqçisini qovub .....                     Azərbaycan efirindəki kadrlar hər kəsi dəhşətə gətirdi .....                     "AzTV sədrini öldürmək barədə göstəriş almamışam" .....                     Erməni lobbisi xarici ölkələrdə Serj Sarqsyana qarşı aksiyalara başlayıb .....                     Zahid Orucdan hakimiyyətə təklif: .....                     Oqtay Şirəliyev jurnalisti döyən şəxsləri gizlədir .....                     Neftçala sakini Yasamalda yaxalandı .....                     “Rusiya ya Ermənistanı tam işğal edəcək, ya Sərkisyanı dəyişdirəcək...” .....                     Bakıda 6 yaşlı uşaq tapıldı: .....                     Mühafizə polisinin daha bir sayıqlığı .....                     ABŞ Türkiyəyə qarşı sanksiya tətbiq edə bilər, əgər... .....                     Türkiyə ordusu Afrində şəhid verdi .....                     Manat sabit qaldıqca, dollarlaşma azalır .....                     Əsəd Şirakdan aldığı ordeni Fransaya geri qaytardı .....                     Yeni təyin olunacaq təhsil naziri qadın olacaq? .....                     Azərbaycanda tutulan FETÖ-çünün həbs müddəti uzadılıb .....                     Masallı sakininin qəribə şakəri... .....                     Başçı metronun üstünü satıb, “Azadlıq” çökə bilər .....                     Azercell-in Mobil Diş Klinikası pulsuz xidməti davam etdirir .....                     Kimyəvi zəhərləndiyi deyilən uşaq həqiqətləri danışdı .....                     Donald Tramp Vladimir Putini ABŞ-a səfərə dəvət edib .....                     İlqar Əliyevin ailə üzvlərinə məhkəmədən RƏDD CAVABI .....                     Masallıda gənc oğlan intihar edib .....                     “Ermənistan iflasa uğrayıb, dalan ölkəyə çevrilib” .....                     Bayılda evləri dağılan ailələrə verilən maddi yardım hesablara köçürülüb .....                     Azərbaycanlı məktəbli qızın dəhşətli ölümü ilə bağlı .....                     Nardarandan qanunsuz silah tapıldı .....                     Azərbaycanlı iş adamının hesabına səhvən 128 milyon köçürdülər .....                     FED-in uçot dərəcəsini artırması ehtimalı dolları bahalaşdırır .....                     Şenol Günəşin başını yaran azarkeş tutuldu .....                     Beyləqanın icra başçısı şəhid ailəsinə qarşı... .....                     Rusiya Dəməşqin cənubunda İŞİD hədəflərini vurub .....                     Yüksək vəzifəli məmur işdən azad edilir .....                 

"Ənənəvi müxalifətin atdığı addımlara ya qoşulmadıq, ya da bununla razılaşmadıq"
Tarix: 12-04-2018, 08:20 | Çap et
"Ənənəvi müxalifətin atdığı addımlara ya qoşulmadıq, ya da bununla razılaşmadıq"
Aprelin 7-8-də keçirdiyi qurultayla partiyaya çevrilən REAL hərəkatı ətrafında sosial şəbəkələrdə bəzi müzakirələr gedir. Qurumun ənənəvi müxalifətdən fərqli olmayacağı bildirilir. Eyni zamanda hakimiyyətin REAL vasitəsilə yeni müxalifət qurmaq istədiyi barədə iddialar səslənməkdədir.

Bu və ya digər məsələlərlə bağlı REAL-ın icraçı katibi Natiq Cəfərli ilə söhbət etdik.

- Natiq bəy, REAL-ın ənənəvi müxalifətdən heç bir fərqinin olmayacağı deyilir...

- Ənənəvi müxalifətin metodları və onların bu günə qədər atdıqları addımlarla razılaşsaydıq, o yolla getsəydik, yeni partiyanın qurulmasına nə ehtiyac var idi? Mövcud olduğumuz 9 ildə dəfələrlə digər partiyalardan təkliflər almışıq, elçilik də ediblər, dəvət də. Bunun qarşılığında onların hər hansı birində fəaliyyətimizi davam etdirə bilərdik. Atacağımız addımları, görəcəyimiz işləri görmədən indidən belə bir münasibət sərgiləmək anlaşılan deyil. Son 9 ildəki fəaliyyətimizlə çox şeyi sübut etmişik. Ənənəvi müxalifətin atdığı addımlara ya qoşulmadıq, ya da bununla razılaşmadıq. Hətta onları tənqid etdiyimiz hallar da oldu. Milli Şuranın qurulmasından başlayaraq, son mitinqlərə qədər bir çox əks mövqelərimiz oldu. REAL yeganə müxalif qurumdur ki, artıq beş ildir elan etdiyi proqramlar sənədi var. 70 səhifəlik sənəddə ölkənin bütün istiqamətləri orada qeyd olunub. Hətta hökumət beş il öncə yazdığımız bəzi məsələlərin həyata keçirilməsində müəyyən addımlar atıb. Məsələn, beş il qabaq Milli Təhlükəsizlik Nazirliyinin siyasi qurum kimi fəaliyyət göstərməsinin düzgün olmadığını və onun iki quruma ayrılmasının vacibliyini qeyd etmişdik.

Bir müddət sonra bu, baş verdi və proqram sənədlərimizdə nə yazılmışdısa, o da oldu. Regional təhsil və səhiyyə idarələrinin yaradılmasını daha doğru olduğunu yazmışdıq, bununla bağlı da müəyyən addımlar atıldı. Digər sahələrdə də yazdıqlarımızdan yararlanma halları olub. İlk günlərdən elan etmişik ki, parlament sistemli siyasi qurum, yəni parlament partiyası yaradacağıq. Kütləvi üzvlüyə önəm verməyəcəyimizi elan etmişik. Formal olaraq kiminsə ərizə yazması önəmli deyil. Bu istiqamətdə də digər partiyalardan ciddi fərqimiz var. İlk gündən ölkədə siyasi dil və üslubun dəyişməsinə, yeni terminlərin, tezislərin və ideoloji diskussiyaların qurulmasına çalışmışıq. Bütün bunlara müəyyən qədər nail də olmuşduq. İstənilən sahəni götürün, o sahədə atdığımız addımlarla sübut etmişik ki, yeni bir yanaşma, düşüncə gətirməyə çalışırıq.

Azərbaycanda yeni nəsil yetişib. Bunu, çox təəssüf ki, nə iqtidar, nə də ənənəvi müxalifət anlamır. Müstəqillik illərindən başlayaraq, anadan olanların artıq 26-27 yaşı var. Onlar iş-güc, ailə sahibi olublar. Bu gənclər üçün tamam fərqli Azərbaycan baxışları var. Bu gənclərin siyasi tərcüməçisinə çevrilməyə çalışmışıq. Bir çox hallarda məqsədlərimizə nail olmuşuq. Səhvlərimizin olmadığını demək düzgün olmazdı. Səhvsiz nə təşkilat, nə də insan var. Çalışmışıq ki, etdiyimiz səhvlərdən nəticə çıxaraq, sonrakı fəaliyyətimizdə bunları təkrarlamayaq. Partiyamızda daxili demokratiya mövcuddur. Bu partiyanın bir şəxsin olmadığını dəfələrlə vurğulamışıq. İlqar Məmmədov hazırda partiyanın sədridir. Amma istənilən müzakirədə onun bir səsi var. Dəfələrlə olub ki, İlqar Məmmədov həbsdə olmasına baxmayaraq, onun verdiyi təkliflər İdarə Heyətində səsvermədən keçməyib.

- Siz indi demək istəyirsiniz ki, ölkəmizdə siyasi partiyalar şəxslər üzərində qurulub?

- Hansısa partiyada sədr təklif verir, onun əleyhinə çıxırlar? Belə bir fakt yoxdur. REAL olaraq artıq bu ənənəni yaratmışıq. REAL bir və ya bir neçə şəxsin təşkilatı olmaqdan çoxdan çıxıb. Bu, artıq ideoloji bir formaya çevrilib.

- Qurultaydan sonrakı əsas ittihamlardan biri də odur ki, hakimiyyət REAL-ın fonunda yeni müxalifət qurur...

- Bu hakimiyyət REAL-ın fonunda yeni bir müxalifət qurmağa cəhd etsəydi, sədrimizi beş ildən çoxdur niyə həbsdə saxlayır? Bir neçə ay saxlayıb azad edə bilərdi. Belə ittihamları az eşitməmişik. İqtidarın nə fikirləşdiyi bizi maraqlandırmır. Ola bilər ki, hakimiyyətin bizdən yeni müxalifət yaratmaq istəyi olsun. Əgər onlarda bu düşüncəsi olsaydı ki, ölkədə normal iqtidar-müxalifət münasibətləri formalaşsın, bu, çox yaxşı olardı. REAL normal siyasi dil və üslubun ölkədə formalaşmasının daim tərəfdarı olub. İqtidarın belə bir fikri varsa, bunun bizə dəxli yoxdur axı. Biz, sadəcə, düşmənçilik üzərində qurulan siyasətin əleyhinəyik. Nifrət üzərində siyasət mövcud olmamalıdır. İqtidarın içərisində də bizim düşüncədə olanlar varsa, bu, çox yaxşıdır. Bunun ölkəyə heç bir ziyanı yoxdur.

- Amma ənənəvi müxalifət sizlər kimi düşünmür. İqtidar kimi müxalif düşərgədə rəqibinə münasibətdə nifrətə köklənib. Ola bilərmi ki, sizlərin bu münasibəti REAL barədə belə ittihamlara, düşüncələrə yol açır?

- Qeyd etdikləriniz ola da bilər. Belə fikirlərin dolaşması bizdən qaynaqlanmırsa, heç kimin ağzını bağlaya bilmərik. Heç kimin fikirlərini nəzarət altına almaq düşüncəsindən də çox uzağıq. Amma söhbət sərt üslubdan gedirsə, çox təəssüf ki, ənənəvi müxalifət problemi şəxslərdə görür. Onlar düşünürlər ki, başqa prezident, nazir, yaxud digər məmur olsa, hər şey dəyişəcək. Anlamırlar ki, bu, şəxslərlə bağlı problem deyil. Bu, sistem problemidir. Bunun dəyişməsinə, yeni idarəçilik sisteminin formalaşmasına çalışmalıyıq. Şəxslərin dəyişməsi məsələnin önəmli tərəfi deyil.

Son zamanlar ölkədə bir neçə nazir dəyişdi, o nazirliklərdə ciddi dəyişiklərin şahidi olduqmu? Ənənəvi müxalifətin əsas səhvlərindən biri də şəxslərə fokslanmalarıdır. Çünki partiyaların özləri də şəxslər üzərində qurulub. Müstəqillik illərinə baxsaq görərik ki, Azərbaycanda 90-cı illərdə qurulan partiyaların bəziləri, ümumiyyətlə, sıradan çıxıblar, heç kimin yadına da düşmürlər. İndi ayaqda duran partiyalara da diqqət yetirsək, 2000-ci illərdə daha güclü olduqlarını görərik, indi isə getdikcə daha da zəifləyirlər. Bunun səbəblərini tək basqılarda, həbslərdə, hökumətin atdığı addımlarda görmək yanlışdır. Demokratik olmayan ölkələrdə hakimiyyətlər yerində qalmaq üçün təzyiq və digər yollardan istifadə edirlər. Amma son illərin bütün uğursuzluqlarını tək bununla izah etmək doğru deyil. Deməli, insanlara başqa üsullar, yaxşının necə olacağını çatdırmaq lazımdır. Cəmiyyətimiz çox praqmatikdir. Hər kəs problemləri bilir, lakin yaxşının necə olacağını heç kəs təqdim etmədiyi üçün bu cür durum yaranıb. Ancaq ümumi sözlərlə çıxış ediblər. Bizlərin məqsədləri odur ki, ümidləri bərpa edək. Yaxşının necə olacağını göstərmədiyimiz sürəcdə insanlar siyasətdən kənarda qalacaqlar.

- Yeni müxalifət ittihamını üzərindən atmaq üçün nələr etməyi düşünürsünüz?

- Bu ittihamları səsləndirənlər bunu əsaslandıra bilmirlərsə, biz niyə müdafiə mövqeyinə çəkilib deməliyik ki, bu belə deyil? Bizim belə bir dərdimiz də yoxdur. Kimsə ittihamlar səsləndirirsə, sübutları olmalıdır. Ən böyük sübutlardan biri budur ki, bir siyasi təşkilatın sədri beş ildən çoxdur ki, həbsdədir. Bu hər şeyi deyir.

- İlqar Məmmədova qarşı hakimiyyət tərəfindən bu cür münasibətin sərgilənməsinin arxasında onun və REAL-ın populyarlıq qazanması niyyətinin olduğu da iddia edilir...

- Bəy, bu, beş il olmur axı. Bir il, yaxud uzağı iki il olardı. Əgər belə olsaydı, bu ittihamları səsləndirənləri haradasa başa düşərdik. Beş il bir insan ömrünün az qala 10%-idir. Bir insanın ömründən beş il alıb, onu liderə çeviririk demək absurddur. İnsanların həyatı ilə belə oynamaq mümkün də deyil.

- REAL-ın son beş ildə güclənməsinə ən çox sədrin həbsdə olması göstərilir. Belə fikirlər də var ki, İlqar Məmmədov azadlığa çıxandan sonra bu prosesin qarşısı alınacaq...

- Gələcəklə bağlı indidən bir söz demək çətindir. Təbii ki, İlqar Məmmədovun həbsdə olması onun və təşkilatın populyarlığını xeyli artırdı. Bu populyarlıq həm də məsuliyyət deməkdir. Bunu yaxşı anlayırıq. Gözləntilərin şişməsi heç də yaxşı deyil. Əksinə, biz çalışmışıq ki, gözləntiləri aşağı salaq. Çünki şişən gözləntilər həyata keçməyəndə xəyal qırıqlığına gətirib çıxarır. Bizə asılı olmayan səbəblərdən də bu gözləntilər cəmiyyət daxilində şişib. İlqar həbsdən çıxdıqdan sonra bizim üçün daha məsuliyyətli, ağır bir dövr başlayacaq, məsuliyyətimiz daha da artacaq. Çalışacağıq ki, gözləntilərin aradan qalxmasına imkan verməyək. Ən azından bu gözləntiləri idarə etməyə çalışacağıq. Bunu nə qədər bacaracağıq, zaman göstərəcək.

- İ.Məmmədov azadlığa çıxdıqdan sonra bu, REAL-ın populyarlığını artıracaq, yoxsa əksi baş verəcək?

- Hər şey İlqarın və təşkilatın atacağı addımlardan asılı olacaq. Belə bir risklər var ki, REAL-ın populyarlığının böyük bir hissəsi İlqarın həbsinin üzərində qurulubsa, o, azadlığa çıxdıqdan sonra bu populyarlığın azalma trendinə keçmə ehtimalları var. Bunu öz aramızda da daim müzakirə edirik. Çalışacağıq ki, İlqar azad olunduqdan sonra onun verdiyi mesajlar və təşkilatın atacağı addımlarla ölkənin ən güclü müxalif qurumuna çevrilək.

- Qarşıdakı ayda İlqar Məmmədovun azadlığa çıxacağı, nəhayət, reallaşacaqmı?

- Biz buna çox ümid edirik. May ayında Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycana verdiyi son üç aylıq müddət də bitir. Prezident seçkilərindən sonra may ayında siyasi məhbuslar probleminin aradan qaldırılması üçün böyük addımların atılacağına ümidliyik. Siyasi məhbus ayıbından birdəfəlik qurtarmaq lazımdır. Ölkəmiz üçün bu, çox vacibdir.

- Diqqət etdim, fikirlərinizdə ən çox ənənəvi müxalifətə kökləndiniz. Gələcəkdə REAL-ı bu qüvvələrlə bir yerdə görsək necə?

- Biz həmişə bəyan etmişik ki, qapımız bizim tezisləri, proqramları qəbul edən istənilən siyasi təşkilatla dialoqa hazırdır. Bunları bağlı qapılar arxasında etmək düşüncəsindən hər zaman uzaq olmuşuq. Qapımız hətta iqtidara yaxın olan siyasi qurumlara belə açıqdır. Əsas problem odur ki, ənənəvi müxalifətin atdığı addımları öncədən hakimiyyət hesablaya bilir. Nəticədə də əks tədbirləri iqtidar çox effektli görür. Bu səbəbdən də ölkədə ciddi siyasi proses getmir. Bu ənənəni sındırmağa çalışmalıyıq. İstənilən güclü ölkənin peşəkar müxalifəti olmalıdır. Yaxın zamanlarda buna doğru ölkədə müsbət dəyişikliklərin olacağını düşünürəm. Buna iqtidar və müxalifət daxilində hazır olmayan insanlar kifayət qədər çoxdur. Bu baxımdan bir çox siyasi qüvvələrin proseslərdən kənarda qalacağına tam əminəm. Ciddi ideoloji disbut yaransa, bir çox insanlar proseslərə seyrçi qalacaqlar.

- Son sualım, hərəkat kimi fəaliyyət göstərmək asandır, yoxsa partiya kimi?

- Bir neçə gündür ki, partiyaya çevrilmişik. Əslində hərəkat kimi fəaliyyət göstərəndə gələcəkdə qurulacaq partiyanın formatına uyğun təsisatlarımızı qururduq. Biz bilirdik ki, günün birində bu, baş verəcək. Hərəkat kimi fəaliyyətin asan olduğunu deyə bilmərəm, amma elə daha çevik idi. Çünki hərəkatda müxtəlif fikirli şəxslərin olması normal sayılır. Partiya daha çox ideoloji çərçivədədir. Partiyanın daha ciddi, intizamlı bir fəaliyyət növü olduğunu yaxşı anlayırıq. Bunun üçün partiya kimi fəaliyyətin çətin olacağını bilirik. Amma məsuliyyətli və effektiv olacağımıza inanıram.
“Yeni Müsavat”







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ağır xəstəyəm, ölümcüləm” – Roza Zərgərli
Bu gün, 12:42
...gecə 7-9, gündüz 12-14 dərəcə isti olacaq - Belə deyirlər...
Bu gün, 12:37
Qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarına qarşı tədbirlər davam etdirili
Bu gün, 12:35
Uşaq poliklinikasının baş həkimi icra başçısının müavini təyin edildi - FOTO
Bu gün, 12:28
"14 yaşımda atam rəhmətə getdi, mən məcbur oldum oxuyum"
Bu gün, 12:13
Azərbaycanlı milyarderin 18 yaşlı oğlu lüks həyatını belə nümayiş etdirir - VİDEO
Bu gün, 12:08
Fatimə Mövlanlı şantaj edilir? Müxalifət düşərgəsi "Şantaj" maşınını işə saldı - VİDEO
Bu gün, 12:06
Azərbaycanda icra başçısının müavini vəzifəsindən azad olundu - FOTO
Bu gün, 12:04
“Övladımın işi ilə maraqlanmıram” — General Novruzəli Orucov oğlunun məhkəməsindən DANIŞDI
Bu gün, 11:59
Rusiya klubu xoruza bənzədilən erməni baş məşqçisini qovub
Bu gün, 11:58
Azərbaycan efirindəki kadrlar hər kəsi dəhşətə gətirdi - VİDEO
Bu gün, 11:50
"AzTV sədrini öldürmək barədə göstəriş almamışam" - MƏHKƏMƏDƏN
Bu gün, 11:47
Erməni lobbisi xarici ölkələrdə Serj Sarqsyana qarşı aksiyalara başlayıb
Bu gün, 11:43
Zahid Orucdan hakimiyyətə təklif: - “Yeni qurumlar yaradılmalıdır”
Bu gün, 11:41
Oqtay Şirəliyev jurnalisti döyən şəxsləri gizlədir – Nazir çıxılmaz durumdadır
Bu gün, 11:40
Neftçala sakini Yasamalda yaxalandı
Bu gün, 11:37
“Rusiya ya Ermənistanı tam işğal edəcək, ya Sərkisyanı dəyişdirəcək...”
Bu gün, 11:32
Bakıda 6 yaşlı uşaq tapıldı: - “Bədənində zorakılıq əlamətləri var”
Bu gün, 11:25
Mühafizə polisinin daha bir sayıqlığı
Bu gün, 11:23
"Deyirlər ki, səsin ehtiraslıdır, qulağa xoş gəlir" — Hüsniyyə Mürvətova
Bu gün, 11:19
ABŞ Türkiyəyə qarşı sanksiya tətbiq edə bilər, əgər...
Bu gün, 11:14
Türkiyə ordusu Afrində şəhid verdi
Bu gün, 11:08
Azərbaycanda ilk qanuni fahişəxana açılacaq? - ŞOK AÇIQLAMA
Bu gün, 11:07
Manat sabit qaldıqca, dollarlaşma azalır - TƏHLİL
Bu gün, 11:05
Əsəd Şirakdan aldığı ordeni Fransaya geri qaytardı
Bu gün, 11:03
Yeni təyin olunacaq təhsil naziri qadın olacaq? - AÇIQLAMA
Bu gün, 10:59
Azərbaycanda tutulan FETÖ-çünün həbs müddəti uzadılıb
Bu gün, 10:58
Erməninin Rəmişdən aldığı tar – Aqil Abbas yazır
Bu gün, 10:55
Masallı sakininin qəribə şakəri... - Yol nişanlarını oğurlayırmış
Bu gün, 10:52
Başçı metronun üstünü satıb, “Azadlıq” çökə bilər - FOTOLAR
Bu gün, 10:49
Azercell-in Mobil Diş Klinikası pulsuz xidməti davam etdirir
Bu gün, 10:45
Kamran Həsənlidən Rusiyadakı azərbaycanlıları təhqir etməsi xəbərinə REAKSİYA
Bu gün, 10:40
Kimyəvi zəhərləndiyi deyilən uşaq həqiqətləri danışdı - VİDEO
Bu gün, 10:38
Donald Tramp Vladimir Putini ABŞ-a səfərə dəvət edib
Bu gün, 10:34
İlqar Əliyevin ailə üzvlərinə məhkəmədən RƏDD CAVABI - "MTN işi"...
Bu gün, 10:34
Masallıda gənc oğlan intihar edib
Bu gün, 10:32
“Ermənistan iflasa uğrayıb, dalan ölkəyə çevrilib” - deputat
Bu gün, 10:31
Bayılda evləri dağılan ailələrə verilən maddi yardım hesablara köçürülüb
Bu gün, 10:30
Azərbaycanlı məktəbli qızın dəhşətli ölümü ilə bağlı YENİ FAKTLAR
Bu gün, 10:27
Nardarandan qanunsuz silah tapıldı
Bu gün, 10:26
Azərbaycanlı iş adamının hesabına səhvən 128 milyon köçürdülər - O isə...
Bu gün, 10:22
Anar Ağakişiyev bu dəfə Nüşabə Ələsgərlini gözəlləşdirdi - VİDEO
Bu gün, 10:10
FED-in uçot dərəcəsini artırması ehtimalı dolları bahalaşdırır
Bu gün, 10:05
Şenol Günəşin başını yaran azarkeş tutuldu - FOTO
Bu gün, 10:00
Beyləqanın icra başçısı şəhid ailəsinə qarşı... - RİH deyir ki, başçı şantaj olunur
Bu gün, 09:59
Rusiya Dəməşqin cənubunda İŞİD hədəflərini vurub
Bu gün, 09:57
Yüksək vəzifəli məmur işdən azad edilir
Bu gün, 09:56
Elmar Məmmədyarovu bu səfir əvəz edəcək - XİN RƏHBƏRİ YOLA SALINIR
Bu gün, 09:55
“Gənc oğlanlardan sevgi təklifi alıram” - “Elit star” Cəmilə
Bu gün, 09:54
“Arvadımı öldürmək niyyətim yox idi, ona işgəncə vermək istəyirdim” — İsmayıllıda baş verən dəhşətli qətlin təfərrüatı
Bu gün, 09:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru