Meksikada jurnalist qətlə yetirilib .....                     Füzuli Ələkbərov narazılıq yaradır .....                     "Qadın pasientim özünü 12-ci imam adlandırırdı" .....                     "Qaçqınkom" şefindən daha bir şikayət .....                     Şairə və tərcüməçi Zinaida Mirkina Moskvada 92 yaşında vəfat edib .....                     OPEC+ Əlcəzairdə neft kvotasının artımını müzakirə edəcək .....                     Sumqayıtda intihar etmək istəyən şəxs xilas edilib .....                     Fransa prezidenti Fələstin-İsrail dialoqunun yenilənməsini təklif edib .....                     Rihanna səfir oldu .....                     Azərbaycanlı tələbə İsveçdə deputat seçildi .....                     Azərbaycan xarici işlər nazirinin müavini isveçrəli həmkarı ilə görüşüb .....                     Tramp BMT Təhlükəsizlik Şurasının İran üzrə iclasına sədrlik edəcək .....                     I sinifdə summativ qiymətləndirmə ləğv olunur .....                     Bakı dünyanın 50 ən təhlükəsiz şəhəri arasındadır .....                     Xalq şairinin həyat yoldaşına "pul atan"a .....                     1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan parlamentinin sədri seçilməsi müasir tariximizdə dönüş nöqtəsi idi .....                     Daha bir sahibkar Qubada cərimələndi .....                     Bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir .....                     Polis əməkdaşları şagirdləri maarifləndirib .....                     Polislər körpənin həyatını xilas etdilər .....                     Sentyabrın 24-nə manatın məzənnəsi .....                     Dövlət Komitəsi “Məhərrəmlik” mərasimləri ilə bağlı keçirdiyi monitorinqin nəticələrini açıqlayıb .....                     "Dedilər Məhəmmədə dərman verməyiblər deyə yandırıb" .....                     İstirahət günləri səyahətə çıxanlar üçün hava proqnozu .....                     İcazəsiz ov edən şəxs saxlanılıb .....                     İrəvanın Bakı ilə "müharibə oynamaq" kimi cəfəng fikri ölüm çırpınışlarını xatırladır .....                     “ABŞ Suriyanın şimalında kürdlər üçün terrorçu dövlət yaratmağa çalışır” .....                     Meyiti dənizdən tapılan Hamlet Xoşqədəmin verilişinə çıxıbmış? .....                     Kəngərli kəndində səyyar-qəbul görüş .....                     Azərbaycanınən sürətli mobil şəbəkəsinin adı açıqlandı .....                     "Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir" .....                     “Nar”-dan tələbələrə təqaüd proqramı .....                     Nazirlik sahibkarı cərimələdi .....                     Erməni girovluğundakı azərbaycanlılara qarşı vəhşilik: .....                     "Allah günahlarını bağışlasın" .....                     Dərbənddə Nizaminin barmaqlarını sındırdılar .....                     Azərbaycanın sığorta bazarı 40% böyüyüb .....                     Paytaxtda restoranlar barəsində tədbirlər görülməyə başlanıldı .....                     Səfər Mehdiyev keçmiş "Broker"ə nələri vəd edib? .....                     Liberman Bakıya görə İrəvandan imtina etdi .....                 

"Əli Kərimlinin yanında duraraq ekranın obyektinə tuş gəlməyə çalışan Vidadi İsgəndərli..."
Tarix: 10-03-2018, 09:41 | Çap et
"Əli Kərimlinin yanında duraraq ekranın obyektinə tuş gəlməyə çalışan Vidadi İsgəndərli..."
Rusiyada martın 18-də prezident seçkisi keçiriləcək. Seçki yaxınlaşdıqca ABŞ-dan Rusiyaya, xüsusilə də Vladimir Putin iqtidarına basqı artır. Artıq ABŞ Rusiyaya qarşı bundan sonrakı sanksiyalar üçün dörd sfera müəyyən edib. Bu halda, Rusiya prezidenti Putin üçün ən təhlükəli zərbə rus oliqarxlarına qarşı məhdudlaşdırıcı tədbirlər ola bilər.

Xəbər verildiyi kimi, YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Milli Azadlıq Hərəkatında iştirak edənlərə adbaad səslənərək, özünü illərin hərəkatçısı kimi təqdim edən, son vaxtlar qalmaqallı videolar yayan və təhqiramiz tonda danışan Vidadi İsgəndərlinin Milli Azadlıq Hərəkatında olub-olmadığına aydınlıq gətirmələrini xahiş edib. Sitat: “Mən Milli Azadlıq Hərəkatında, Meydan Hərəkatında iştirak edənlərə müraciət edirəm, desinlər görək, bu adamı o proseslərdə görüblər? Azərbaycanın müstəqilliyi, ya Qarabağ uğrunda mübarizədə onun iştirak etdiyini görən olubmu? Mən müraciət edirəm, Əbülfəz Elçibəyin ailə üzvlərinə! Allah onun özünə qəni-qəni rəhmət eləsin! Ailə üzvləri desin, bir dəfə bizim onlar haqqında təhqiramiz ifadə işlətdiyimizi eşidiblər?”

S.Novruzovun adını çəkdiyi şəxslərin bəziləri məsələyə münasibət bildiriblər.

Milli Azadlıq Hərəkatının liderlərindən biri, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bidirib ki, Adətən Milli Azadlıq Hərəkatında iştirak edən və üzdə olan insanlar hamısı bir-birini tanıyır. Vidadi İsgəndərli o hərəkatda olsaydı, ən azından, adını eşitmiş olardım: “Mən hərəkatda Vidadi İsgəndərli adlı şəxsi tanımırdım. Milli Azadlıq Hərəkatında yüz minlərlə insan iştirak edib. Əlbəttə, hamısını tanımaya bilərəm. Ancaq o hərəkatda iştirak edən Vidadi İsgəndərli adlı adam tanımamışam. Kim olduğunu da bilmirəm. Bu adda insanın Milli Azadlıq Hərəkatına qoşulduğunu eşitməmişəm”.

Modern.az saytı S.Novruzovun çağırışına mərhum eks-prezident Əbülfəz Elçibəyin ailəsindən münasibət öyrənməyə çalışıb. Elçibəyin xanımı Türkiyədə olduğundan oğlu Ərturqut Əliyev məsələyə dair mövqeyini açıqlayıb: “Azərbaycan hakimiyyəti tərəfindən bizim ailəmiz, ailə üzvlərimiz təhqir olunmayıb. Kimsə kiminsə fikirlərinə etiraz edə bilər. Lazım gəlsə, kimisə tənqid də etmək olar. Amma təhqir yolverilməzdir. Mənim ailəmə qarşı təhqir olmayıb və ola da bilməz”.

Xalq hərəkatının liderlərindən olan ADP sədri Sərdar Cəlaloğlu da xalq hərəkatında V.İsgəndərlinin tanımadığını deyib.

Xalq hərəkatının öncüllərindən olan, deputat Fəzail Ağamalı isə S.Novruzovun müraciəti ilə bağlı ayrıca böyük bəyanat yayıb. Bəyanatda F.Ağamalı V.İsgəndərli adlı hərəkatçı tanımadığını bildirib: “Xalqımız azadlıq uğrunda mübarizəyə başlayandan bu günə qədər onun tam içərisində olanlardanam. Vidadi İsgəndərlini bu mübarizınin nə ortasında, nə də önündə görmüşəm. Ara-sıra müxalifətin keçirdiyi mitinqlərdə İsa Qəmbərin, Əli Kərimlinin yanında duraraq ekranın obyektinə tuş gəlməyə çalışan Vidadi İsgəndərli bir gün xaricə getmək və daha yaxşı yaşamaq üçün ”siyasi mühacir" adını qazanmağa çalışanlardan və buna nail olanlardandır. Vəssalam".

Milli Şuranın sədri Cəmil Həsənli isə bildirib ki, kiminsə ailə üzvünün təhqir edilməsi yolverilməzdir: “İstər mətbuatda, istər siyasi qarşıdurmalarda insanların şəxsiyyətini alçaldan, ailə həyatına müdaxilə edən hər hansı ifadələr yolverilməzdir. Bunu etmək olmaz. Siyavuş Novruzovun narahatlığını başa düşürəm. Ancaq bu narahatçılığı gərək, müxalif düşərgənin adamları təhqir olunanda da keçirərdi”.

“Vidadi İsgəndərli Meydan hərəkatında iştirak edibmi” sualına isə Milli Şura sədri belə cavab verib: “Söhbət Vidadi İsgəndərlinin o hərəkatda iştirak edib-etməməsindən getmir. Vidadi heç iştirak etməyib, amma Vidadiyə görə onun atasının məzarını o formada təhqir etmək olmaz. Əgər bir şəxs düzgün olmayan iş görübsə, onun özüylə haqq-hesab çəkmək lazımdır”.

Xalq Hərəkatının iştirakçısı, politoloq Zərdüşt Əlizadə axar.az-a deyib ki, 7-8 il bundan əvvələ qədər ümumiyyətlə Vidadi İsgəndərli adlı adam tanımayıb: “Vidadi İsgəndərli haqqında son 7-8 il ərzində eşitmişəm. Yəni hüquq müdafiəçisi kimi həbs edildiyi zamanlarda tanımağa başladım. Ondan əvvəl isə ümumiyyətlə onun kim olduğunu bilmirdim. Milli Azadlıq Hərəkatında isə qəti bilirəm ki, Vidadi İsgəndərli adlı adam olmayıb. Bütün bölgələrdən, şəhərdən, minlərlə insan tanıyıram ki, Xalq Hərəkatında iştirak edib. Şəxsən tanıdıqlarım da var, tanımayıb, adını eşitdiklərim də var. Mən Vidadi İsgəndərli adlı insan tanımamışam. Xalq Hərəkatında iştirak etsəydi, hətta şəxsi tanışlığımız olmasaydı belə, adından tanıya bilərdim. Bəlkə kimlərsə tanıyır, mən səhv edirəm?! Mən öz adımdan deyirəm ki, belə bir insan tanımamşam”.

Milli Məclisin deputatı, Xalq Hərəkatının fəallarından olan Fazil Mustafa isə siyasi mübarizə zamanı kimliyindən asılı olmayaraq, qırmızı xətti gözləməyin lazım olduğunu deyib: “Biz 35 ildən artıqdır ki, siyasi mübarizənin içərisindəyik və bu mühitdə xeyli sayda tanımadığımız insan var. Vidadi İsgəndərlinin özünü tanımamışam, amma qardaşı İsfəndiyarı tanıyıram. İsfəndiyar bəy dəyərli, hörmət etdiyim şəxslərdən biridir. Vidadi İsgəndərlini isə bir neçə il öncə həbsdən çıxandan sonra tanımışam. Əvvəllər hakimiyyətə qarşı ən sərt, barışmaz mövqedə dayanmışıq, amma tam səmimi deyim ki, indiyə qədər mənə qarşı da hansısa haqsızlıqlar olub. Həbsə də düşmüşəm, lakin bütün bunlara baxmayaraq, həmişə fikir vermişəm ki, hansısa şəkildə istər Heydər Əliyevin, istərsə də İlham Əliyevin hakimiyyəti dövründə şəxsi və yaxud ailə zəminində təhqirlə qarşılaşmamışam. İnsanlar başa düşməlidirlər ki, siyasi mübarizə insanın özü ilə aparılır. Onun ailəsini, uşaqlarını təhqir etmək, söyüşdən istifadə etmək düzgün deyil. Bu, həm hakimiyyət, həm də müxalifət nümayəndələrinə aiddir”.

Xalq hərəkatının tanınmış simalarından olan Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli də Vidadi İsgəndərlini ancaq son günlər etdiyi radikal çıxışlarına görə tanıdığını bildirib: “Əvvəla, Siyavuş müəllimə təşəkkür edirəm, mənim məhkəmə sədri olduğum halda Milli Azadlıq Hərəkatına qoşulduğumu bildirdiyi üçün. Milli Azadlıq Hərəkatı olan zaman ola bilər ki, Vidadi İsgəndərli orada iştirak edib. Ancaq mən onu görməmişəm, tanımamışam. Onu son dövrlərdə radikal çıxışlarına görə tanımışam. Xalq Hərəkatında iştirak etməsi barədə də heç kəsdən eşitməmişəm. Hazırda yanımda olan partiya yoldaşlarımdan da soruşdum. Onlar da mənimlə eyni fikirdədir, yəni nə Vidadi İsgəndərlini tanıyan var, nə də xatırlayan.

Nə olursa olsun, istənilən halda əxlaqdan kənar mübarizə metodları qəbuledilməzdir".

Xalq hərəkatının öncüllərindən olan, deputat Fərəc Quliyev də V.İsgəndərlini tanımadığını bildirib: “Bütövlükdə istər müxalifət, istərsə də hakimiyyətdə olanlar tərəfindən sərgilənən təhqir xarakterli davranışın əleyhinəyəm. Mən Vidadi İsgəndərlini tanımıram və müstəqillik uğrunda vüsət almış Azadlıq Hərəkatında belə bir adamla hər hansı birgə fəaliyyətimiz olmayıb, lakin bütün hallarda hər hansı bir xidmətinin olub-olmamasından asılı olmayaraq, kiminsə kimisə təhqir etməsi birmənalı şəkildə yolverilməzdir və qınanılmalıdır. Siyasətçilər isə millətin və dövlətin taleyini çiyinlərinə almağa iddialı olan şəxslər kimi, daha da nümunəvi dəyərlərə köklənməlidirlər. Qeyri-etik davranışlar və danışıqlar kimliyindən asılı olmayaraq hüquqi aspektdə və bizim mental dəyərlərəmizlə qəbuledilməzdir”.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Meksikada jurnalist qətlə yetirilib
Bu gün, 07:34
Füzuli Ələkbərov narazılıq yaradır - GİLEY
Bu gün, 07:33
"Qadın pasientim özünü 12-ci imam adlandırırdı"
Bu gün, 07:31
"Qaçqınkom" şefindən daha bir şikayət - Müraciət
Bu gün, 07:23
Şairə və tərcüməçi Zinaida Mirkina Moskvada 92 yaşında vəfat edib
Bu gün, 07:20
OPEC+ Əlcəzairdə neft kvotasının artımını müzakirə edəcək
Bu gün, 07:15
Sumqayıtda intihar etmək istəyən şəxs xilas edilib
Bu gün, 07:10
Fransa prezidenti Fələstin-İsrail dialoqunun yenilənməsini təklif edib
Bu gün, 07:09
Rihanna səfir oldu
Bu gün, 07:08
Azərbaycanlı tələbə İsveçdə deputat seçildi
Bu gün, 07:06
Azərbaycan xarici işlər nazirinin müavini isveçrəli həmkarı ilə görüşüb
Bu gün, 07:04
Tramp BMT Təhlükəsizlik Şurasının İran üzrə iclasına sədrlik edəcək
Bu gün, 07:02
I sinifdə summativ qiymətləndirmə ləğv olunur
Dünən, 17:59
“Dedilər ki, Damlaya görə başını kəsəcəklər...” – mahnı qalamqalı böyüyür
Dünən, 17:56
Bakı dünyanın 50 ən təhlükəsiz şəhəri arasındadır
Dünən, 17:47
Xalq şairinin həyat yoldaşına "pul atan"a AĞIR CƏZA TƏLƏBİ
Dünən, 17:44
1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan parlamentinin sədri seçilməsi müasir tariximizdə dönüş nöqtəsi idi - Prezident İlham Əliyev
Dünən, 17:42
Daha bir sahibkar Qubada cərimələndi - FOTO
Dünən, 17:40
Bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir - Prezident İlham Əliyev
Dünən, 17:38
Polis əməkdaşları şagirdləri maarifləndirib - FOTOLAR
Dünən, 17:36
Polislər körpənin həyatını xilas etdilər - FOTO
Dünən, 17:33
Sentyabrın 24-nə manatın məzənnəsi
Dünən, 17:25
Dövlət Komitəsi “Məhərrəmlik” mərasimləri ilə bağlı keçirdiyi monitorinqin nəticələrini açıqlayıb
Dünən, 17:18
"Dedilər Məhəmmədə dərman verməyiblər deyə yandırıb" - "Narkoloji Mərkəz işi"
Dünən, 17:16
İstirahət günləri səyahətə çıxanlar üçün hava proqnozu
Dünən, 17:14
İcazəsiz ov edən şəxs saxlanılıb
Dünən, 17:05
İrəvanın Bakı ilə "müharibə oynamaq" kimi cəfəng fikri ölüm çırpınışlarını xatırladır - Rusiyalı ekspert
Dünən, 17:03
“ABŞ Suriyanın şimalında kürdlər üçün terrorçu dövlət yaratmağa çalışır”
Dünən, 16:58
Meyiti dənizdən tapılan Hamlet Xoşqədəmin verilişinə çıxıbmış? - FOTOFAKT
Dünən, 16:53
Kəngərli kəndində səyyar-qəbul görüş
Dünən, 16:51
Azərbaycanınən sürətli mobil şəbəkəsinin adı açıqlandı
Dünən, 16:30
Azərbaycanlı aparıcı alt paltarında pozalar verdi - Qalmaqallı FOTOSESSİYA
Dünən, 16:26
"Məmurlar efirdə gözəl qız görən kimi deyir ki, gətirin bağ evimə" - Əli Mirəliyev
Dünən, 16:21
"Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir" - Binəli Yıldırım
Dünən, 16:18
“Nar”-dan tələbələrə təqaüd proqramı
Dünən, 16:17
Nazirlik sahibkarı cərimələdi - FOTO
Dünən, 16:15
Erməni girovluğundakı azərbaycanlılara qarşı vəhşilik: - Hüquqları qorunmur
Dünən, 16:08
"Allah günahlarını bağışlasın" - Deputat mərhum dostunun ölümündən yazdı
Dünən, 16:05
Dərbənddə Nizaminin barmaqlarını sındırdılar - ABİDƏ DÖRDÜNCÜ DƏFƏDİR TƏHQİR OLUNUR...
Dünən, 16:04
Azərbaycanın sığorta bazarı 40% böyüyüb
Dünən, 16:01
Paytaxtda restoranlar barəsində tədbirlər görülməyə başlanıldı - Tüstü-qoxu problemi
Dünən, 15:57
Səfər Mehdiyev keçmiş "Broker"ə nələri vəd edib? - İLGİNC
Dünən, 15:55
“53 milyon dollarımı və həyatımın 18 ilini itirdim” – Lütfi Zadənin oğlundan SENSASSİON AÇIQLAMA
Dünən, 15:38
Liberman Bakıya görə İrəvandan imtina etdi - AÇIQLAMA
Dünən, 15:33
Xətaidə qadınlara və yetkinlik yaşına çatmayan qızlara qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən şəxs saxlanılıb - FOTO
Dünən, 15:30
Ruslar Suriyada tikinti materialları müəssəsi tikəcək
Dünən, 15:26
“Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir” - Azərbaycan Prezidenti
Dünən, 15:24
"Azərenerji" çevik və təkmil idarəetmə mexanizmi üçün yeni struktur üzərində işləyir
Dünən, 15:23
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
Dünən, 15:20
Elvin arvadını yad kişi ilə tutdu - Qaradağda mesaj cinayəti
Dünən, 15:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru