"Yaxşı olar ki, həkim göndərilsin və camaat bu qədər əziyyət çəkməsin" .....                     Gəndob-Yalama yolunda iki maşın toqquşub, xəsarət alanlar var .....                     Ermənistanın atəşkəsi pozması nəticəsində Qazax sakini güllə yarası alıb .....                     Dələduzluqda təqsirləndirilən sabiq bank əməkdaşının apellyasiya şikayəti təmin edilməyib .....                     "Neft ucuzlaşacaq, manat bahalaşacaq" .....                     Lerik sakini intihar edib .....                     Netanyahu Putinə zəng etdi .....                     Bayramdan sonra icra başçıları ilə bağlı yeni DALĞA BAŞLAYIR .....                     Birinin başına konyak şüşəsini vurdu, qanağına çıxanı da bıçaqladı... .....                     Bakıda məzunlar “Çukur”un mahnısına oynadı .....                     Cəbhəboyu zonada hərbi birliyin təlimləri başa çatıb .....                     Özbəkistan Bakı-Tiflis-Qars vasitəsilə Aralıq dənizinə çıxmaqda maraqlıdır .....                     Fuad Muradov Gürcüstan parlamentinin vitse-spikeri ilə görüşüb .....                     İran sərhədimizdən çəkilib, indi isə... .....                     Azərbaycanın “Khazar”i .....                     Sumqayıtda qız söhbətinə görə qətl törədən şəxsin cəzası azaldılıb .....                     Keçmiş "Qaçqınkom" şefinin qardaşı da "vurulur"... .....                     Qubadlının başçısından ayın tarixini soruşan da yoxdur... .....                     Pozğun qadının əcaib rəqsi iki dostu qanlı davaya saldı .....                     Ukraynalı ombudsman Sentsovla görüşə bilməyib .....                     Azərbaycanda əcnəbilərə iş icazəsinin verilməsi tam elektronlaşdırılacaq .....                     Ermənistan hökuməti Təhqiqat komitəsinin rəhbərini işdən azad etdi .....                     "Gürcüstanın TANAP-ın açılışında yüksək səviyyədə iştirak etməməsi ölkədaxili siyasi vəziyyətlə bağlıdır" .....                     Bərdədə yük maşınının təkərinin partlaması nəticəsində bir nəfər ölüb .....                     Goranboyda iki yeniyetmə kanalda batıb .....                     Azərbaycanda mobil operatorlar 5 ayda 349 milyon manatdan çox gəlir əldə ediblər .....                     Azərbaycanlılar amerikalı hərbçini döydülər .....                     Bakıda kafedə adam öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsində şahidlər dindirilib .....                     Rütbəsi alınan polkovnikin ailəsinə daha bir zərbə .....                     Novruz Məmmədov Azərbaycan xalqını sosial şəbəkə vasitəsilə təbrik etdi .....                     Əlverişli mühitin yaradılması Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas zəmin sayılır .....                     İnam Kərimovun tabeliyində yeni qurum təsis edildi .....                     İlham Əliyev və Nikol Paşinyan görüşü barədə danışmaq hələ tezdir .....                     Azərbaycana spirtli içki və siqaret idxalı zamanı tətbiq edilən vergi güzəştinin həcmi azaldılır .....                     Ramazan bayramında Azercell abunəçilərinə pulsuz dəqiqələ .....                     Şeyx məscidə nəvəsi ilə gəldi .....                     Azərbaycan nefti ucuzlaşıb .....                     Məşhur şirkət cərimələndi, məhkəmə ləğv etdi .....                     "Şamaxı rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət edilməsinə baxmayaraq..." .....                     TANAP vacib infrastruktur layihəsidir .....                 

ATƏT-in seçki müşahidəçiləri bu gündən fəaliyyətə başlayır
Tarix: 8-03-2018, 09:25 | Çap et
ATƏT-in seçki müşahidəçiləri bu gündən fəaliyyətə başlayır
Aprelin 11-nə təyin edilmiş prezident seçkisi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) “Seçki-2018" Müstəqil Media Mərkəzi martın 7-dən fəaliyyətə başlayıb.

Martın 7-də “Seçki-2018" Müstəqil Media Mərkəzinin açılış mərasimi keçirilib. Tədbirdə MSK sədri Məzahir Pənahov, MSK üzvləri və MSK Katibliyinin təmsilçiləri iştirak ediblər. ”Seçki-2018" Müstəqil Media Mərkəzində yaradılmış şəraitlə tanış olan MSK sədri yerli və beynəlxalq KİV-in asanlıqla məlumat əldə etmələri, habelə digər seçki prosesi iştirakçılarına daha keyfiyyətli və səmərəli xidmət göstərmək üçün öz tövsiyələrini də verib.

Prezident seçkiləri dövründə 24 saat ərzində fəaliyyət göstərəcək “Seçki-2018" Müstəqil Media Mərkəzi namizədlər və onların səlahiyyətli nümayəndələrinin mətbuat konfransları keçirmək və bəyanatlar verməsi üçün də açıqdır. Prezidentliyə namizədliyi qeydə alınmış namizədlər öz seçkiqabağı təşviqat materiallarını mərkəzdə yerləşdirə bilərlər.

“Seçki-2018" Müstəqil Media Mərkəzinin www.secki-2018.az internet səhifəsi də artıq Azərbaycan, rus və ingilis dillərində mütəmadi fəaliyyət göstərir. Bu səhifədə seçki prosesi ilə bağlı səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatlar yerləşdirilir, həmçinin seçkilərlə bağlı foto və videogörüntülər təqdim edilir.

Məzahir Pənahov həmçinin bildirib ki, prezident seçkilərində müşahidə aparmaq üçün dünya ölkələrinə və beynəlxalq təşkilatlara dəvət göndərilib. O qeyd edib ki, həm Milli Məclis, həm Xarici İşlər Nazirliyi, həm də Mərkəzi Seçki Komissiyası prezident seçkilərində müşahidə aparmaq üçün kifayət qədər təşkilat və ölkə parlamentlərinə dəvət göndərib.

M.Pənahov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun missiyasının müşahidəçi kimi martın 8-dən fəaliyyətə başlayacağını məlumat verib.

MSK sədri həmçinin qeyd edib ki, namizədlər seçkiqabağı təşviqat kampaniyası başlamamış təbliğat aparmamalıdırlar. Təbliğat kampaniyası başlamamış təşviqat aparmaq qanun pozuntusudur: “Ola bilər ki, bunu özləri etməsinlər, başqaları-onları gözdən salmaq istəyən şəxslər edir. Bütün tərəflər diqqətli olmalıdır. Azərbaycanda insanlar məsələlərə düzgün qiymət vermək bacarığındadırlar. Hansısa namizəd bu cür əməllərə əl atırsa, öz seçicilərini itirir”.

Seçkiqabağı təşviqat martın 19-da başlayır.

Bu arada İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) prezident seçkilərində ödənişli seçkiqabağı təşviqat aparılması üçün qiymətləri açıqlayıb. İctimai Televiziyada prezidentliyə qeydə alınan namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının saniyəsi minimum 20 manat, maksimum qiyməti isə 50 manat müəyyən edilib. Bu isə o deməkdir ki, 1 dəqiqə çıxış üçün minimum 1200, maksimum 3000 manat tələb olunur.

İctimai radioda isə çıxışın bir saniyəsi üçün minimum 7, maksimum 25 manat ödəmək lazımdır.

Ödənişli təşviqata qoşulan namizədlər günün müxtəlif saatlarında İTV və İctimai radioda çıxış edə bilərlər.

İctimai Televiziya və Radio Yayımları Şirkəti prezidentliyə qeydə alınan namizədlərə həm də ödənişsiz efir vaxtı ayıracaq. Həmin müddət namizədlər arasında bərabər bölünəcək.

Martın 7-də isə MSK-nın qeydə aldığı namizədlərin sayı 4-ə (Buna qədər YAP-ın namizədi İlham Əliyev qeydə alınmışdı) çatıb. MSK-nın iclasında prezidentliyə namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Zahid Orucun, prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadənin, prezidentliyə namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyevin namizədliyinin qeydə alınması məsələsinə baxılıb. MSK katibi Arifə Muxtarova iclasda məlumat verib ki, Zahid Orucun, Araz Əlizadənin və Qüdrət Həsənquliyevin müdafiəsi üçün toplanan imzalar MSK-ya təqdim edilib, Mərkəzi Seçki Komissiyası həmin imzaları yoxlayıb və hər birinin 40 mindən artıq seçici imzası etibarlı sayılıb, onların prezidentliyə namizədliyinin qeydə alınması üçün əsaslar var.

Onların namizədliyinin qeydə alınması məsələsi səsverməyə çıxarılaraq qəbul edilib.

Hər üç namizəd Milli Məclisin deputatıdır.

Qeyd edək ki, MSK 15 nəfərin namizədliyinin irəli sürülməsini təsdiqləyib. İddiaçıların bəziləri artıq imzatoplama kampaniyasını yekunlaşdırıblar. Bəziləri isə hələ davam edirlər. Dünən daha bir iddiaçı-VİP-in namizədi Əli Əliyevin imzatoplama kampaniyası başa çatdırılıb. VİP mətbuat xidmətindən verilən xəbərə görə, tələb olunan imzalar toplanıb. Dairələr üzrə əhatəliliyi araşdırılır, imza vərəqələri qərərgaha toplanaraq yoxlanışdan keçirilir. Vərəqələrin düzgünlüyü yoxlanandan sonra MSK-ya təqdim olunacaq. Prosesin həftə sonuna qədər tamamlanacağı qeyd olunur.
“Yeni Müsavat”







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Yaxşı olar ki, həkim göndərilsin və camaat bu qədər əziyyət çəkməsin" - GİLEY
15-06-2018, 18:26
Gəndob-Yalama yolunda iki maşın toqquşub, xəsarət alanlar var
15-06-2018, 18:24
Ermənistanın atəşkəsi pozması nəticəsində Qazax sakini güllə yarası alıb
15-06-2018, 18:21
Dələduzluqda təqsirləndirilən sabiq bank əməkdaşının apellyasiya şikayəti təmin edilməyib
15-06-2018, 18:04
"Neft ucuzlaşacaq, manat bahalaşacaq"
15-06-2018, 18:03
"Mən geyimdən, yeməkdən utanan deyiləm" - Əməkdar artist
15-06-2018, 17:58
Lerik sakini intihar edib
15-06-2018, 17:49
Netanyahu Putinə zəng etdi – Suriyaya görə
15-06-2018, 17:44
Bayramdan sonra icra başçıları ilə bağlı yeni DALĞA BAŞLAYIR - Kimi yeni vəzifə alacaq, kimini sorğu-suala çəkəcəklər...
15-06-2018, 17:43
Birinin başına konyak şüşəsini vurdu, qanağına çıxanı da bıçaqladı... - Bakıda
15-06-2018, 17:33
"Özümə ər yox, uşağıma ata axtarıram" - Mələk Heydərova
15-06-2018, 17:31
"Gərək üzümü dartdırardım, krem vurardım..." - Əlikram Bayramov
15-06-2018, 17:27
Bakıda məzunlar “Çukur”un mahnısına oynadı - VİDEO
15-06-2018, 17:22
Cəbhəboyu zonada hərbi birliyin təlimləri başa çatıb - VİDEO
15-06-2018, 17:15
Özbəkistan Bakı-Tiflis-Qars vasitəsilə Aralıq dənizinə çıxmaqda maraqlıdır
15-06-2018, 16:53
Ramil Qasımovdan Milli Qurtuluş Gününə töhfə - “Vətən nəğməsi”
15-06-2018, 16:51
Fuad Muradov Gürcüstan parlamentinin vitse-spikeri ilə görüşüb
15-06-2018, 16:49
İran sərhədimizdən çəkilib, indi isə... - Liberman
15-06-2018, 16:46
Azərbaycanın “Khazar”i - VİDEOREPORTAJ
15-06-2018, 16:39
Sumqayıtda qız söhbətinə görə qətl törədən şəxsin cəzası azaldılıb
15-06-2018, 16:38
Keçmiş "Qaçqınkom" şefinin qardaşı da "vurulur"... - Raqub Məmmədovdan sonra sıra ona yetişib
15-06-2018, 16:35
Qubadlının başçısından ayın tarixini soruşan da yoxdur... - İTTİHAM
15-06-2018, 16:30
Pozğun qadının əcaib rəqsi iki dostu qanlı davaya saldı - TƏFƏRRÜATLAR
15-06-2018, 16:25
“Özümə yaraşdırmıram” – Xalq artisti hansı verilişdən imtina etdi?
15-06-2018, 16:18
Ukraynalı ombudsman Sentsovla görüşə bilməyib
15-06-2018, 16:15
Azərbaycanda əcnəbilərə iş icazəsinin verilməsi tam elektronlaşdırılacaq - DMX
15-06-2018, 16:13
Ermənistan hökuməti Təhqiqat komitəsinin rəhbərini işdən azad etdi
15-06-2018, 16:00
"Gürcüstanın TANAP-ın açılışında yüksək səviyyədə iştirak etməməsi ölkədaxili siyasi vəziyyətlə bağlıdır" - Vitse-spiker
15-06-2018, 15:59
Bərdədə yük maşınının təkərinin partlaması nəticəsində bir nəfər ölüb
15-06-2018, 15:58
Goranboyda iki yeniyetmə kanalda batıb
15-06-2018, 15:57
Azərbaycanda mobil operatorlar 5 ayda 349 milyon manatdan çox gəlir əldə ediblər
15-06-2018, 15:44
"Yatağını bölüşə bilmir evdəki ilə" - Azərbaycanlı aparıcıdan XƏYANƏT AÇIQLAMASI
15-06-2018, 15:41
“Səviyyədən və sənətdən danışmasınlar” - Brilliant Dadaşova
15-06-2018, 15:39
Azərbaycanlılar amerikalı hərbçini döydülər
15-06-2018, 15:36
Bakıda kafedə adam öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsində şahidlər dindirilib
15-06-2018, 15:30
Rütbəsi alınan polkovnikin ailəsinə daha bir zərbə - GƏLİŞMƏ
15-06-2018, 15:26
Novruz Məmmədov Azərbaycan xalqını sosial şəbəkə vasitəsilə təbrik etdi
15-06-2018, 15:22
Fuad Poladov yad edildi
15-06-2018, 15:21
Əlverişli mühitin yaradılması Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas zəmin sayılır - Rəsmi Moskva
15-06-2018, 15:16
İnam Kərimovun tabeliyində yeni qurum təsis edildi - Rəhbəri Leyla Məmmədova oldu
15-06-2018, 15:15
İlham Əliyev və Nikol Paşinyan görüşü barədə danışmaq hələ tezdir - Kreml
15-06-2018, 15:13
Azərbaycana spirtli içki və siqaret idxalı zamanı tətbiq edilən vergi güzəştinin həcmi azaldılır
15-06-2018, 12:40
Ramazan bayramında Azercell abunəçilərinə pulsuz dəqiqələ
15-06-2018, 12:30
Şeyx məscidə nəvəsi ilə gəldi - FOTO
15-06-2018, 12:26
Azərbaycan nefti ucuzlaşıb
15-06-2018, 12:20
Məşhur şirkət cərimələndi, məhkəmə ləğv etdi
15-06-2018, 12:17
"Şamaxı rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət edilməsinə baxmayaraq..." - GİLEY
15-06-2018, 12:15
TANAP vacib infrastruktur layihəsidir - deputat
15-06-2018, 12:06
İndira Qandi aerportunda 5 azərbaycanlı həbs edildi - SƏBƏB
15-06-2018, 12:05
Məşhurlar məzunları belə təbrik etdilər - FOTO
15-06-2018, 11:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru