Mağazada müştərilərin davası polisdə bitdi .....                     “Afrin əməliyyatı üçün Rusiya ilə razılığa gəlmək lazımdır” .....                     Maliyyə naziri işdən azad edildi .....                     ürücüləri çaşdıran işıqfor: .....                     İordaniya İsraillə barışdı .....                     “Kəmaləddin Heydərov evimi təmir etdirəcəyinə söz vermişdi…” .....                     Lənkəranskinin qardaşı bəraət aldı, vəzifəyə qayıdır: .....                     YAP üzvlərinin sayı 710 min nəfəri ötüb .....                     Dayısı azyaşlı qızı dəfələrlə zorladı .....                     Danışıqlara birbaşa təsir edən cəhət məhz etimad mühitinin yaranmasıdır .....                     Daşkəsəndə 20 Yanvar faciəsinin 28-ci ildönümü dərin ehtiramla yad edilib .....                     “Türkiyə və Azərbaycan Avrasiyasının enerji siyasətində xüsusi gücə malikdir” .....                     Əfşarlar dövrünə aid kitabın surəti əldə edilib .....                     Amerika erməni milli komitəsinin sifarişi ilə irəli sürülən qətnamə Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini təhrif edir .....                     Prezidentin ayırdığı 3 milyon manat 5 özəl telekanal arasında bərabər bölünəcək .....                     Torpaq alveri bazarı kimlərin əlindədir? .....                     Psixi xəstəxanadan çıxarılan oğul məhkəməyə gətirildi: .....                     20 Yanvar gününün hava proqnozu: .....                     “Qaynayan” Ermənistan: “Qətiyyətli siyasi qüvvə olsaydı...” .....                     Ermənistan orta əsrlər qaydası ilə hərəkət edirsə, etimaddan danışmaq olmaz .....                     Ermənistanda hakim partiyanın prezidentliyə namizədi məlum olub .....                     Hacıbala Abutalıbovun Bakının yeni Baş Planı ilə bağlı iradları .....                     Alışanov prezidentin ev verdiyi departament rəhbərini işdən uzaqlaşdırdı .....                     "Bitcoin"in qiyməti 125 min dollar olacaq .....                     Prezident İlham Əliyev özbəkistanlı həmkarına .....                     Hacıqabulda 20 Yanvar şəhidləri anıldı .....                     Azərbaycanda daha iki hərbi zavod fəaliyyətə başlayır .....                     Qadınların ciblərinə girənlər həbs olundu .....                     Səs yazısı yayılan direktorla bağlı rəsmi açıqlama: .....                     Bakıda itə görə iki qardaşın qanını axıdana .....                     Azərbaycana səfər etməyin 5 əsas səbəbi .....                     “Bakcell” və “PwC” xüsusi qayğıya ehtiyacı olan uşaqları dəstəkləmək üçün səylərini birləşdirir .....                     Azərbaycan işlənmiş təkərlərə idxal rüsumunu 3 dəfə artırıb .....                     Mənzildən oğurluq edən qadın həbs olundu .....                     Əvvəllər məhkum olunmuş şəxslərdən silah və narkotik götürüldü .....                     Sabah Bakıda bu yollar bağlanacaq .....                     İşdən çıxarılan həkimdən daha bir ŞOK AÇIQLAMA: .....                     Bakıda banka basqın edən şəxsin və onu tutan polislərin fotoları yayılıb .....                     Binə sakinləri yenə qazsız qaldı .....                     Almaniyada ŞOK OLAY: azərbaycanlı ailə polisi girov götürdü .....                 

"Bu problem kifayət qədər çox uzanıb" - deputat
Tarix: 10-01-2018, 09:17 | Çap et
"Bu problem kifayət qədər çox uzanıb"
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı uzun müddətli danışıqlar hələlik bir nəticə vermir. Amma burada bir məqam var ki, iki tərəf arasında davam edən uzun müddətli atəşkəs dövründə Azərbaycan diplomatiyası Ermənistan üzərində üstünlüyə yiyələnib. Ermənistan isə aparılan danışıqlar prosesini müxtəlif bəhanələrlə uzatmağa çalışır, irəli sürülən təkliflərdən yayınmağa çalışır. Təbii ki, burada rəsmi Yerevanın məqsədi mövcud status-kvonu saxlamaqdır. Problemin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədrləri isə hələ ki, irəliləyişə nail ola bilməyib. Ötən 2017-ci ildə isə problemin həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin, o cümlədən xarici işlər nazirlərinin görüşü keçirildi. Bəs, görəsən 2018-ci ildə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı gözləntilər nədən ibarət olacaq?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə bildirdi ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı 2018-ci ildən gözləntilər çoxdur: "Bu problem kifayət qədər çox uzanıb və onun həll edilməsi artıq günün tələbidir. Bir ölkənin qonşu dövlətin torpağının bir hissəsini işğal etməsi və onun ərazi bütövlüyünü tanımaması orta əsr təfəkkürü deməkdir. Azərbaycan problemin həlli üçün bütün variantlardan istifadə edir. Bir tərəfdən dövlətimiz güclənir, beynəlxalq aləmdə nüfuzumuz var, silahlı qüvvələrimiz dünyanın ən güclü 50 ordusu siyahısındadır. Digər tərəfdən diplomatik danışıqlara üstünlük verilir. Problemlə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan tərəfi ilə müzakirələr keçirilir. Dağlıq Qarabağ probleminin 2018-ci ildə həll edilməsini istəyərdik. Düzdür, Ermənistan bu məsələdə qeyri-konstruktivlik göstərir və bacardığı qədər status-kvonu saxlamağa çalışır. Amma bir məsələ var ki, problemin həlli artıq Ermənistanın nə düşünməsindən asılı deyil. Problem həll edilməlidir və bu məsələdə Azərbaycan özünün prinsipiallığını, eləcə də tələbini ortaya qoyub”.

A.Mirzəzadə əlavə etdi ki, Qarabağ probleminin həlli ilə bağlı müxtəlif proqnozlar verilir: "Amma nəyin nə olacağını reallıq göstərəcək. Ermənistanın nə düşünməsindən asılı olmayaraq, Azərbaycan bu problemin həll edilməsində israrlıdır və istəyini ortaya qoyub. Onu da qeyd edim ki, Ermənistan Azərbaycanın silahının gücünü dəfələrlə öz üzərində hiss edib və istənilən təxribatın qarşısı qətiyyətlə alınacaq. Ermənistan isə bunun peşmançılığını çəkəcək”.

Politoloq Qabil Hüseynli bildirdi ki, bu il həm Azərbaycan, həm Ermənistan, həm də Rusiyada seçkilər keçiriləcək: "Belə olan halda, 2018-ci ildə danışıqlar prosesi ilə əlaqədar əlverişli şəraitin olduğunu demək mümkün deyil. Dağlıq Qarabağla bağlı danışıqlar prosesinin taleyi Ermənistan və Rusiyadan daha çox asılıdır, lakin bütün bunlarla yanaşı, müsbət məqamların da olduğunu vurğulamaq olar. Belə ki, Avropa Birliyi problemin həlli ilə əlaqədar danışıqlar prosesinin sürətləndirilməsini tələb edir. ABŞ da bu mövqedə dayanır. Danışıqlarda problemin həlli ilə bağlı müsbət yanaşmaların çoxaldığının şahidiyik. Rusiya və Ermənistanın problemin həlli ilə əlaqədar müəyyən əngəllər yaratmasına baxmayaraq, dünya münaqişənin həllini tələb etməkdədir. Proses belə davam etsə, o zaman danışıqlar prosesində müsbət dinamikanın artacağını gözləmək mümkündür”.

Q. Hüseynlinin fikrincə, danışıqlarda ən zəruri məsələ razılığın əldə olunmasıdır: "Güman edirəm ki, Ermənistandakı seçkilərə, yəni mart-aprel aylarına qədər hər hansı müsbət addım gözləmək mümkün deyil. Amma seçkilərdən sonra Sarkisyan siyasi hakimiyyətdən getsə, o zaman danışıqlar prosesində dinamiklik arta bilər. Çünki Karapetyan ölkədə əsas söz sahibinə çevriləcək. Onun problemlərə yanaşması Sarkisyanın yanaşmasından müəyyən qədər fərqlənə bilər”.

Politoloq qeyd etdi ki, bu il Rusiyanın özündə də problemə yanaşma tərzində müəyyən dəyişikliklərin olacağını proqnozlaşdırmaq mümkündür: "Rusiya-Azərbaycan münasibətləri möhkəmlənir və yeni çalarlarla zənginləşir. Bu nöqteyi-nəzərdən Rusiyanın yanaşmasından müsbət nə isə gözləmək olar. Ümumiyyətlə, əksər ekspertlər, ölkələr 2018-ci ili danışıqlar üçün çox əlverişli hesab edirlər. Ona görə də, Azərbaycanın xarici siyasəti bu istiqamətdə fəallığını artırmaqdadır. Bildiyiniz kimi, yanvar ayının ikinci yarısında Azərbaycan və Ermənistan XİN başçılarının görüşü nəzərdə tutulur. Bu görüşdə prezidentlərin görüşünü hazırlamaq əsas məqsədlərdən biridir. Ola bilsin ki, bu görüşdən danışıqlar prosesinə təkan verə biləcək nəticələr çıxsın. Sarkisyan dövrünə çox ehtiyatla yanaşmağın tərəfdarıyam. Amma hər halda, bu məsələdə müəyyən irəliləyişlərin olacağını təxmin edirəm”.

Politoloq Fikrət Sadıxov isə vurğuladı ki, Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı vəziyyət qeyri-adidir: "Çünki bir çox ölkələr Ermənistanın nazı ilə oynadığı üçün düşmən ölkə beynəlxalq hüquq normalarına əməl etmir. Çox təəssüf ki, ATƏT-in Minsk qrupu da buna müəyyən biganəlik nümayiş etdirir. Bütün bunlara baxmayaraq, Azərbaycan həm hərbi potensialından istifadə edir, həm də diplomatik və siyasi yollara əl atır. Torpaqlarının bir hissəsinin düşmən işğalında olmasına baxmayaraq, Azərbaycan problemin həlli istiqamətində çıxış yolları axtarmağa çalışır”.

F.Sadıxov yanvar ayının ikinci yarısında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçiriləcəyini xatırladaraq, bu görüşdə müsbət gözləntilərin olmayacağını dilə gətirib: "Çünki, əsas məsələlər dövlət başçılarının görüşündə müzakirə və həll olunur. Amma xarici işlər nazirlərinin görüşü təbii ki, münaqişə ilə bağlı aparılan danışıqlarda bir addımdır. Əgər Ermənistan tərəfi bu görüşə yenə də köhnə təkliflərlə, düşüncələrlə gələcəksə, o zaman onun baş tutmaması yaxşıdır. Çünki bizə ölü təkliflər, mənasız təşəbbüslər, formal protokol naminə təşkil olunan görüş lazım deyil”.

Politoloqun fikrincə, Azərbaycan tərəfi 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hücum xarakterli diplomatik addımlar atmalıdır: "Mənə elə gəlir ki, biz addımlarımızı daha da sərtləşdirməli, vaxtaşırı hərbi potensialımızdan istifadə etməli, erməni tərəfinə öz hərbi hazırlığımızı nümayiş etdirməliyik”.







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mağazada müştərilərin davası polisdə bitdi
Bu gün, 15:32
“Afrin əməliyyatı üçün Rusiya ilə razılığa gəlmək lazımdır” - Türkiyəli general
Bu gün, 15:27
Maliyyə naziri işdən azad edildi - Fərman verildi
Bu gün, 15:09
ürücüləri çaşdıran işıqfor: - cərimə yazıla bilərmi?
Bu gün, 15:03
İordaniya İsraillə barışdı - Rəsmi üzr, təzminat və hüquqi prosedur qarşılığında
Bu gün, 15:00
“Kəmaləddin Heydərov evimi təmir etdirəcəyinə söz vermişdi…” – 3 övladı ilə çadırda yaşayan ata
Bu gün, 14:59
Lənkəranskinin qardaşı bəraət aldı, vəzifəyə qayıdır: - MƏHKƏMƏ QƏRARI
Bu gün, 14:57
YAP üzvlərinin sayı 710 min nəfəri ötüb
Bu gün, 14:54
“Qatilin qızını evinizdə gəlin saxlayardınız? “ – xalq artisti əsəbləşdi
Bu gün, 14:49
Dayısı azyaşlı qızı dəfələrlə zorladı - Bakıda iyrənc olay
Bu gün, 14:47
Danışıqlara birbaşa təsir edən cəhət məhz etimad mühitinin yaranmasıdır - deputat
Bu gün, 14:45
Daşkəsəndə 20 Yanvar faciəsinin 28-ci ildönümü dərin ehtiramla yad edilib
Bu gün, 14:43
“Türkiyə və Azərbaycan Avrasiyasının enerji siyasətində xüsusi gücə malikdir”
Bu gün, 14:41
Əfşarlar dövrünə aid kitabın surəti əldə edilib
Bu gün, 14:40
Amerika erməni milli komitəsinin sifarişi ilə irəli sürülən qətnamə Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini təhrif edir - XİN
Bu gün, 13:26
Prezidentin ayırdığı 3 milyon manat 5 özəl telekanal arasında bərabər bölünəcək - SİYAHI
Bu gün, 13:23
Torpaq alveri bazarı kimlərin əlindədir? - İTTİHAM
Bu gün, 13:21
“Öz ərizəsi ilə gedib” - AzTV-dən açıqlama
Bu gün, 13:11
Psixi xəstəxanadan çıxarılan oğul məhkəməyə gətirildi: - "Atamı balta ilə vurdum"
Bu gün, 13:08
20 Yanvar gününün hava proqnozu: - Temperatur düşəcək, şaxta olacaq
Bu gün, 13:03
Nazdan Azərbaycan xalqına hörmətsizlik - FOTO
Bu gün, 12:59
“Qaynayan” Ermənistan: “Qətiyyətli siyasi qüvvə olsaydı...”
Bu gün, 12:55
Ermənistan orta əsrlər qaydası ilə hərəkət edirsə, etimaddan danışmaq olmaz - deputat
Bu gün, 12:44
Ermənistanda hakim partiyanın prezidentliyə namizədi məlum olub - FOTO
Bu gün, 12:43
Hacıbala Abutalıbovun Bakının yeni Baş Planı ilə bağlı iradları NƏZƏRƏ ALINDI
Bu gün, 12:41
Alışanov prezidentin ev verdiyi departament rəhbərini işdən uzaqlaşdırdı – AzTV-də daha bir qalmaqal
Bu gün, 12:38
"Bitcoin"in qiyməti 125 min dollar olacaq
Bu gün, 12:30
Prezident İlham Əliyev özbəkistanlı həmkarına başsağlığı verib
Bu gün, 12:17
Hacıqabulda 20 Yanvar şəhidləri anıldı
Bu gün, 12:15
Azərbaycanda daha iki hərbi zavod fəaliyyətə başlayır
Bu gün, 12:08
Qadınların ciblərinə girənlər həbs olundu
Bu gün, 12:06
Səs yazısı yayılan direktorla bağlı rəsmi açıqlama: - “Araşdırılır”
Bu gün, 11:59
Bakıda itə görə iki qardaşın qanını axıdana AĞIR CƏZA
Bu gün, 11:56
Azərbaycana səfər etməyin 5 əsas səbəbi
Bu gün, 11:53
“Bakcell” və “PwC” xüsusi qayğıya ehtiyacı olan uşaqları dəstəkləmək üçün səylərini birləşdirir
Bu gün, 11:52
Azərbaycan işlənmiş təkərlərə idxal rüsumunu 3 dəfə artırıb
Bu gün, 11:49
Mənzildən oğurluq edən qadın həbs olundu
Bu gün, 11:39
Əvvəllər məhkum olunmuş şəxslərdən silah və narkotik götürüldü
Bu gün, 11:36
Sabah Bakıda bu yollar bağlanacaq - DYP
Bu gün, 11:34
İşdən çıxarılan həkimdən daha bir ŞOK AÇIQLAMA: - "Həqiqət Qədirova Oqtay Şirəliyevin tələbə yoldaşıdır"
Bu gün, 11:33
Bakıda banka basqın edən şəxsin və onu tutan polislərin fotoları yayılıb
Bu gün, 11:29
Binə sakinləri yenə qazsız qaldı
Bu gün, 11:26
Almaniyada ŞOK OLAY: azərbaycanlı ailə polisi girov götürdü - HADİSƏNİN DETALLARI
Bu gün, 11:23
DİN Şamaxıdakı silahlı insidentlə bağlı MƏLUMAT YAYDI
Bu gün, 11:20
Vergilər Nazirliyi ilə Gömrük Komitəsi birləşir? - Aydın Əliyevdən reaksiya
Bu gün, 11:18
Fədayə Laçının daha bir şikayəti rədd edildi
Bu gün, 11:17
“İstəmirəm, səsimi itirməyimə görə kiminsə mənə yazığı gəlsin” - Akif İslamzadə
Bu gün, 11:13
Fətullah Gülənin qardaşı oğlu həbs olundu
Bu gün, 11:02
“Kiməsə görə, damarımı doğramaram” - Oksana
Bu gün, 11:00
"20-yə yaxın gömrük əməkdaşına qarşı cinayət işi açılıb" - Aydın Əliyev
Bu gün, 10:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru