Saakyanın Brüsselə növbəti turist səfəri də iflasa uğradı .....                     İraq krüdləri Bağdaddan sülh istədi .....                     Cocuq Mərcanlının günəşli payızı .....                     Hacı İbrahim qoyun biznesinə qoşuldu? .....                     Növbəti 3 gündə güclü geomaqnit həyəcanlaşması gözlənilir .....                     Qatardan qaçan “Qoca” həbsdə “nadzor”u öldürübmüş... .....                     Azərbaycanın beynəlxalq nüfuzu daim artır .....                     Manat və dolların sabahkı məzənnəsi .....                     Erməni nazir üstünə su atılmasını xatırlatdı .....                     Getdikcə Azərbaycanda dolların məzənnəsini idarə etmək çətinləşəcək .....                     Bakıda azyaşlı uşaq soyuqda yarıçılpaq halda diləndirilir .....                     Tovuzda usta iş yerində "laqonda" ilə əlini doğradı .....                     Fikrət Qocanın nəvəsi məhkəmədə ifadə verib .....                     “Belə bir rəzalət ola bilərmi?” .....                     Sarkisyan Cenevrədə verdiyi vədə əməl etmir .....                     Vitse-admiralla prokuror arasında “dəniz döyüşü”: .....                     Bakıda gənclərə narkotik satan aptek belə ifşa olundu .....                     Daha bir estetik əməliyyat qurbanı özəl klinikalardan narazıdır .....                     Avtomobillə adam vurub qaçan şəxs tutuldu .....                     Türkiyə İŞİD-çilərə qoşulan rusiyalı sabiq zabiti geri göndərdi .....                     Karate Federasiyasında qalmaqal: .....                     Hərbi qulluqçulara istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydası dəyişib .....                     Bakıda xüsusi təyinatlı vaqondan qaçan “Qoca” ləqəbli avtoritet kimdir? .....                     Dubay əmiri “Baku” kafesində .....                     Rusiyaya təzyiqimiz artan xətlə davam edəcək .....                     Baş Prokurorluqda məhkumların qaçışına görə cinayət işi açıldı .....                     "İşini bacarmayan federasiya prezidenti istefa verməlidir" .....                     Sevdiyi oğlandan ayrılan tələbə intihara cəhd etdi: .....                     Azərbaycanın İsraildən aldığı “Spayk” erməniləri qorxuya salıb .....                     Nikah kağızını götürməyən cütlüyə Bakı aeroportunda .....                     İndoneziya Baş Qərargah rəisi ABŞ-a buraxılmadı .....                     1956 cı il Macarıstan inqilabı .....                     Bakıda “Panama dosyesi”nin izi ilə .....                     "AŞPA müəyyən dairələrin əlində alətə çevrilib" .....                     Telefonu alıb, aradan çıxmaq istədilər... .....                     Sinan Oğana Azərbaycandan təşəkkür... .....                     Sabiq deputat Qalib Salahzadənin oğlunun cinayət işi üzrə .....                     MTN-in sabiq şöbə rəisinin apellyasiya şikayəti üzrə məhkəmə başlayır .....                     Onlar bu savaşda bizə lazımdır .....                     “Salyan Broyler” satışa çıxarılır .....                 

"Azərbaycanda jurnalistikaya dünyanın heç bir ölkəsində olmayan diqqət və qayğı var" - MÜSAHİBƏ
Tarix: 10-10-2017, 08:32 | Çap et
"Azərbaycanda jurnalistikaya dünyanın heç bir ölkəsində olmayan diqqət və qayğı var"
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

- Akif müəllim, necəsiniz?

- Çox sağ olun, yaxşıyam.

-Zatən gümrah görünürsünüz, iş baxımından vəziyyətiniz necədir?

- “Mən yaxşıyam” deyəndə, hamısını nəzərdə tuturam. Həyat baxımından da, iş baxımından da hər şey yaxşıdır.

- Parlamentin plenar iclaslarında, qonaqlar gələndə, bir sözlə, gərgin iş qrafiki olan günlərdə heç yorulmursunuz?

- İnsan orqanizmi belədir ki, çox yüklənəndə yorulmalar olur. Sadəcə olaraq bu işi sevəndə, ona məsuliyyətlə yanaşanda yorğunluq ikinci plana keçir. Ona görə də, gəlin yorğunluqdan danışmayaq.

- 2006-cı ilə qədər AzTV-də işləmisiniz, yəni dediyinizdən belə başa düşmək olar ki, jurnalist fəaliyyətindən də çox zövq almısınız. Sualı belə qoyaq: jurnalist fəaliyyətindən daha çox zövq alırdınız, yoxsa indiki fəaliyyətinizdən daha çox zövq alırsınız?

- Mən hansı işdə çalışıramsa, o işə hörmətlə, məhəbbətlə yanaşıram. Bu gün də öz işimdən həddindən artıq zövq alıram. Ümumiyyətlə, hər hansı bir addım atanda, bir hərəkəti edəndə ondan zövq almaq lazımdır. Bu zövqü almasan iş də səni məmnun etməz. Məmnun olmaq istəyirsənsə, işə sevgi, məhəbbətlə yanaşmaq lazımdır.

- Zövq yaradıcılıq üçün əlavə imkanların açılması deməkdir. Bilirik ki, siz həm də yaradıcı insansınız. Bəs sizi nə vadar etdi ki, şeir də yazmağa başladınız?

- Açığı bu, bir insanın öz hissləridir. Şeir deyib mənim yazdıqlarımı həddindən artıq böyütmək də lazım deyil. Şeir bir insanın daxili hisslərinin qələmə alınması, onun yazıya çevrilməsidir. Bu yazılar hisslərin təcəssümüdür.

- Akif Təvəkküloğlu daxili hisslərini kağız üzərində tam ifadə edə bilirmi?

- Mənə elə gəlir ki, hissi ifadə etməkdə çətinlik yaranmaz. Amma bir şey var ki, bütün hissləri də yazıya köçürmək olmaz. İnsanın içində, qəlbində çox fikirlər ola bilər. Bunun hamısının qələmə alınmasına ehtiyac yoxdur. Ancaq hansı hissləri ki, oxucu, tamaşaçılar, dostlar, ailə üzvləri ilə bölüşmək olarsa, onlar qələmə alına bilər.

- Hisslərdən söz düşmüşkən, adətən yaradıcı insanlar romantik olurlar. Siz romantiksiniz, yoxsa realistlərə daha yaxınsınız?

- Sual yaxşıdır. Amma buna konkret “hə”, ya da “yox” demək o dərəcədə də alınmaz. Qoy onu səni tanıyanlar və səni izləyənlər desin.

- Uzun müddət AzTV-də çalışmısınız. O dövrün AzTV-si ilə bu dövrün AzTV-si arasında keyfiyyət baxımından hansı fərqlər var?

- Zaman hər an dəyişir. Zaman dəyişdikcə, istər-istəməz cəmiyyətdə də dəyişikliklər yaranır, irəliləyişlər olur. Elm, texnika elə sürətlə inkişaf edir ki, cəmiyyət bunun bəhrələrini görür. İndi televiziyaların sayı get-gedə çoxalır, cəmiyyətimizdə, mediamızda hər şey inkişafa doğru gedir. Bu mənada 10-15 il bundan əvvəlki televiziya ilə bugünkü fərqlənir, nə qədər inkişaf var Bu, xarici televiziyalarda da belədir. Bu gün telekanalların istifadə etdiyi texnikalar çox müasirdir. Tamaşaçıya, radio dinləyicilərinə tamamilə ayrı bir aura bəxş edirlər. İnkişaf, texniki imkanlar o qədər yüksəlib ki, bunun vasitəsilə tamaşaçıları, dinləyiciləri daha yaxşı cəlb etmək olur. Bunlar həm də keyfiyyət göstəriciləridir. Hər birimizin arzusu budur ki, daha yaxşı verilişlər olsun, daha mütərəqqi fikirlər öz əksini tapsın.
Bu gün dövlətimizin bütün sahələrində inkişaf var. Bu inkişafın təcəssümü, təqdim olunması daha da yaxşı olar bilər. Müxtəlif yaradıcı metodlarla bu inkişafı daha yaxşı təqdim etmək olar. Bu da jurnalistlərin özünün peşəkarlığından, yaradıcılıq qabiliyyətindən asılı bir şeydir. Ümumilikdə isə inkişaf, özü də çox sürətli inkişaf var. Hər bir jurnalist bu inkişafı önündə olmalıdır.


- Azərbaycanda müxtəlif sahələrin inkişafı jurnalistikadan da yan keçməyib. Ancaq bununla belə jurnalistika ən çox tənqid olunan sahələrdəndir. Sizcə, jurnalistikamızın ümumi mənzərəsi necədir? Məsələn, çox oynaq başlıqlar sizi cəlb edirmi?

- Oynaq başlıqlar tamaşaçını, dinləyicini, oxucunu cəlb edir. Bu, mümkündür və bir elementdir. Amma bu element vərdişə çevrilib tamaşaçılara, dinləyicilərə, oxuculara sirayət edib onların zövqünü korlamamalıdır.
İndi mətbuatda dərc olunan yazılar dərhal izlənilir, internet vasitəsi ilə sürətlə yayılır. 1 dəqiqənin içərisində bir xəbəri milyonlarla insan izləyə bilir. Düzgün olmayan, ucuz sensasiya yaratmaq naminə ortaya atılan hər bir səhv informasiya milyonları özünə cəlb edə bilər. Bu da cəmiyyətdə fikir çaşqınlığı yarada bilər. Bunlar əlbəttə ki, qəbuledilməzdir. Baxın, dövlətimiz mətbuata, jurnalistikaya nə qədər diqqət göstərir. Jurnalistikaya dünyanın heç bir ölkəsində olmayan diqqət və qayğı var. Məsələn, jurnalistlərə cənab prezident tərəfindən ev hədiyyə edildi.
Jurnalistlər ümumi inkişafa töhfə verməlidir. Hansısa ucuz sensasiya xatirinə “məni çox oxusunlar” prinsipi ilə yanaşmaq olmaz. Çox oxunandan sonra məlum olsa ki, bu xəbər yanlışdır, onda bu, böyük bir qəbahətə çevrilir.

- Tərəzinin bir gözünə Azərbaycanın peşəkar, digər gözünə isə qeyri-peşəkar mətbuatı qoyaq. İctimai rəyə təsir etmək baxımından hansı daha ağır gələr?

- Mən qeyri-pəşəkarlardan heç danışmaq istəmirəm. Əgər bir yerdə qeyri-peşəkarlardırsa, onlar heç zaman özlərinə ağıllı adamları cəlb edə bilməzlər. Peşəkarlıq daha üstündür, peşəkarlar daha çoxdur. Və hər birimiz də bu peşəkarlığın yüksəlməsi üçün əlimizdən gələni etməliyik. Qeyri-peşəkarlıq varsa, deməli orada heç nə yoxdur...

- Jurnalist özündə özünütənqid ruhunu da formalaşdırmalıdır. Mətbuatda özünüzlə bağlı tənqid görsəniz buna necə reaksiya verərsiniz?

- Söhbət haqlı tənqiddən gedirsə, hər bir kəs, o cümlədən də mən bunu qəbul edib, bundan nəticə çıxarıb, səhv işimizi düzgün istiqamətləndirməliyik. Bunun başqa yolu yoxdur.

- Milli Məclis rəhbərliyinin sizə münasibəti yaxşıdır ki, sizə etimad göstərib hələ də bu vəzifədə saxlayırlar. Gəlin bir az detallara varaq, gündəlik iş mühitində münasibətləriniz necə olur?

- Hər şey qayda-qanun, Milli Məclisin Daxili Nizamnaməsi çərçivəsindədir. Biz, yəni Milli Məclisin mətbuat xidməti öz xidmətini, işini yerinə yetirir. Parlamentin mətbuat xidməti media ilə Milli Məclis rəhbərliyi arasında körpü rolunu oynayır. Biz də var gücümüzlə çalışırıq ki, bu vəzifəni yerinə yetirək.
-
Bəzi mətbu orqanlarda, saytlarda parlamentin işi də tənqid olunur...

- Biz demokratik bir ölkəyik. Milli Məclis jurnalistlər, cəmiyyət üçün ən açıq, əlçatan bir orqandır. Bəlkə də birincisidir. Burada xalqımızın seçdiyi insanlar fəaliyyət göstərirlər. Onlar qayda-qanun çərçivəsində işlərini görürlər, ölkəmizin beynəlxalq əlaqələrinə öz töhfələrini verirlər. Millət vəkilləri həm xarici, həm də daxili siyasətin ayrı-ayrı istiqamətlərinə qanun yaradıcılığı baxımından öz töhfələrini verirlər. Onlar Konstitusiya ilə üzərinə düşən vəzifələrin həyata keçirilməsinə çalışırlar. Və uğurlu da alınır.
Tənqidlərə gəlincə. Əgər Milli Məclisin bir əməkdaşı ya da bir deputat tənqid olunursa bunu da təhlil edirik. Əgər haqlı tənqiddirsə, bundan heç kim inciməməlidir. Çünki biz demokratik dövlətik. Amma jurnalistlər də məsələyə birtərəfli şəkildə yanaşmamalıdır. “Haradansa eşitdik”, “haradansa səda gəldi” prinsipi ilə yazmamalıdırlar.
İndi dəbə minib: yazırlar ki, “etibarlı mənbələrdən aldığımız məlumata görə...”. Hər şeyi etibarlı mənbə adı ilə yazmaq yanlışdır. Bu jurnalistikaya başucalığı gətirmir.

- Parlament müxalifəti dialoqa meyllidir, konstruktivdir. Bəs ənənəvi, klassik müxalifətə münasibətiniz necədir?

- Mən özümü bu dövlətin əsgəri hesab edirəm. Mən o adamları, o təşkilatları müxalifət adlandırardım ki, onlar bu dövlət, cəmiyyət üçün daha yaxşı işlər ortaya qoya bilsinlər. Boş-boş ittihamlar, ara qarışdırmalar, dövlətə ziyan olan işlərlə məşğul olmaq, insanların normal yaşayışına mane olmaq müxalifətçilik deyil. Müxalifətçilik odur ki, daha gözəl proqram ortaya qoyulsun. Milləti, dövləti daha da irəli aparmaq üçün daha tutarlı təkliflər olsun. Ara qarışdırmaq, mitinqlər edib 5-10 nəfərlə haradasa qışqırıq salmaq, pozuculuq fəaliyyəti ilə məşğul olmaq müxalifətçilik deyil.

- Gələcəkdə yaradıcılığınızı yeni bir istiqamətə yönləndirmək niyyətiniz varmı? Məsələn, böyük həcmli roman yazmaq, xatirə yazmaq və sair kimi.

- Bunu indidən deyə bilmərəm. İndi işlər çoxdur, daha çox mütaliəyə, yeni nəsə yazmağa o qədər də vaxt olmur. Nə zaman qismət olsa, Allah ömür versə, nəsə yaradıcılıq məhsullarından istifadə edib işləyərik.


- Milli Məclisin mətbuat katibi vəzifəsindən getsəniz, hansı növ mediada çalışmaq istəyərsiniz: çap mediasında, saytlarda, yoxsa televiziyada?

- Bu barədə fikirləşməmişəm. Mətbuat mətbuatdır. Harada olsan, qələm, beyin işləməlidir.

- 55 yaşınız var. Çox insan yaşı 50-ni keçəndən sonra “mən artıq qocalıram” deyir. Siz də bunu deyənlərdənsiniz?

- Mən fərqli düşünürəm. Hesab edirəm ki, insan 50 yaşından sonra yeni həyata başlayır. İnsan 50 yaşından sonra həyatı, ətrafı, cəmiyyəti, insanları daha çox sevməyə başlayır. Çünki müəyyən baxışlar artıq formalaşmış olur. İnsan 50-dən sonra hər şeyə incəliyi ilə yanaşır. Təbii ki, 50 yaşından sonra insan bədənində biolojı dəyişikliklər baş verir. Mənə belə gəlir ki, ruhu baxımından isə insanın həyatında yeni mərhələ başlayır. İnsan həyata sevgi ilə baxmalıdır ki, həyat da sənə bu sevgini qaytarsın.

- Hər bir insan gəncliyində çılğınlıq edir. Siz də belə etmisiniz?

- Mən həmişə sülh adamı olmuşam, bu gün də eləyəm. İnsanların hamısına sülh, əmin-amanlıq arzulayıram. Kiminləsə mübahisə etmək və mübahisənin davaya çevrilməsi çılğınlıq yox, hadisələrə düzgün yanaşmamağın nəticəsidir. İnsanların bir-birilə düzgün dil tapa bilməməsinin nəticəsidir. Əgər sənin qarşında qanmaz bir adam əyləşibsə, o, heç nəyi başa düşmürsə, sən qanan olmalısan.
Ataların misalı var: “Biri od olanda, biri su olar”. Yox əgər hər ikisi od olsa, alışıb yanacaq. Belə bir məsəl də var: “Qanan qanmaza borcludur”. İnsanlar bu düsturla hərəkət etsələr, xoşagəlməz hadisələr baş verməz. İnsanın biri başa düşməyəndə, o biri gərək hər şeyi anlasın və məsələ böyüməsin.

- Azərbaycan ədəbiyyatında hər bir yazıçı və şairin öz yeri var. Bəs kimin əsərləri sizi daha çox cəlb edib?

- Əlinə qələm alıb hər hansı bir yaradıcılıqla məşğul olub bədii məhsul olan adam hörmətə-izzətə layiqdir. Həcmindən, onun daşıdığı məna yükündən asılı olmayaraq, ortalıqda bir əsər varsa, insan oradan az-çox nəsə öyrənə bilir.
Mən isə daha çox Nizaminin yaradıcılığına meylliyəm. Oradan bir sətir də oxusam, bu, mənə çox böyük informasiyalar verir. Nizamidə olan sətirlər həyatla sənin arada bir körpü yaradır.

- Hər il Səməd Vurğun və onun yaradıcılığı müzakirə mövzusu olur. Sizin Səməd Vurğuna baxışınız necədir?

- Səməd Vurğunu hamımız uşaqlıqdan sevirik. İndi də sevirik və gələcəkdə də sevəcəyik.

- Müasir yazarlardan kiminsə əsərini mütaliə edirsiniz?

- Konkret ad çəkmək istəmirəm. Gündəlik olaraq mətbuatdan izləyirik, oxuyuruq. İndi oxuduğum Sona xanım Vəliyevanın Həsən bəy Zərdabinin həyat və yaradıcılığına həsr olunan “İşığa gedən yol” kitabıdır. Artıq bitirmək üzrəyəm. Mən Həsən bəy Zərdabini Sona xanım Vəliyevanın kitabında yenidən kəşf etdim.

- Şəxsi həyatınızda pozitivsiniz?

- Mən neqativliyi sevməyən adamam. Kiminsə qanı qara olanda elə bir mühit yaratmağa çalışıram ki, onun qan qaralığı tamamilə yadından çıxsın. Çox zaman da buna nail oluram. Buna görə də insan həyata baxışını, insanlara münasibətini elə qurmalıdır ki, hər şey yaxşı olsun. İnsan həyatla aşiq-məşuqdur. Həyata nə qədər sevgi verirsənsə, həyat bir o qədər də üstünə qoyub onu sənə qaytarır.
Həyatı sevmək lazımdır, insanlara xoş üz göstərmək lazımdır. Nəyə görə deyirlər ki, dərdi bölüşdürəndə azalır, sevinci bölüşdürəndə çoxalır?! Gəlin dərdi elə bölüşdürək ki, heç ondan əsər-əlamət qalmasın. Sevincimizi o qədər bölüşdürək ki, bütün dünya, ətrafımız ancaq sevinc-xoşbəxtlik saçsın.







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saakyanın Brüsselə növbəti turist səfəri də iflasa uğradı
Bu gün, 18:04
İraq krüdləri Bağdaddan sülh istədi
Bu gün, 17:59
Arif Quliyevə avtomobil hədiyyə edəcəklər - Görün kim...
Bu gün, 17:59
Cocuq Mərcanlının günəşli payızı - FOTOLAR
Bu gün, 17:46
Hacı İbrahim qoyun biznesinə qoşuldu? - "O, qoyunlar mənə məxsus deyil"
Bu gün, 17:39
Növbəti 3 gündə güclü geomaqnit həyəcanlaşması gözlənilir - XƏBƏRDARLIQ
Bu gün, 17:37
Qatardan qaçan “Qoca” həbsdə “nadzor”u öldürübmüş...
Bu gün, 17:32
Azərbaycanın beynəlxalq nüfuzu daim artır - deputat
Bu gün, 17:29
Manat və dolların sabahkı məzənnəsi - 1,7001 manat
Bu gün, 17:25
Erməni nazir üstünə su atılmasını xatırlatdı
Bu gün, 17:22
Getdikcə Azərbaycanda dolların məzənnəsini idarə etmək çətinləşəcək - "Saxo Bank"
Bu gün, 17:08
Bakıda azyaşlı uşaq soyuqda yarıçılpaq halda diləndirilir
Bu gün, 17:03
Tovuzda usta iş yerində "laqonda" ilə əlini doğradı
Bu gün, 17:01
Fikrət Qocanın nəvəsi məhkəmədə ifadə verib
Bu gün, 16:54
“Belə bir rəzalət ola bilərmi?” – Avstriyanın türk vətəndaşlara qarşı təhqiramiz hərəkətinə Ərdoğandan sərt reaksiya
Bu gün, 16:48
Sarkisyan Cenevrədə verdiyi vədə əməl etmir - Cəbhədə nə baş verir?
Bu gün, 16:44
Vitse-admiralla prokuror arasında “dəniz döyüşü”: - “Belə çıxır ki, həftəyə 1 səhifə oxuyub?...”
Bu gün, 16:39
Bakıda gənclərə narkotik satan aptek belə ifşa olundu - VİDEO
Bu gün, 16:34
Daha bir estetik əməliyyat qurbanı özəl klinikalardan narazıdır - "Grand Hospital"-dan şikayət
Bu gün, 16:32
Avtomobillə adam vurub qaçan şəxs tutuldu
Bu gün, 16:28
Türkiyə İŞİD-çilərə qoşulan rusiyalı sabiq zabiti geri göndərdi
Bu gün, 16:25
Karate Federasiyasında qalmaqal: - maaşlar verilmir, işçilər işdən gedir
Bu gün, 16:21
Hərbi qulluqçulara istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydası dəyişib
Bu gün, 16:18
Bakıda xüsusi təyinatlı vaqondan qaçan “Qoca” ləqəbli avtoritet kimdir? - DOSYE
Bu gün, 16:12
Dubay əmiri “Baku” kafesində - FOTO
Bu gün, 16:10
Rusiyaya təzyiqimiz artan xətlə davam edəcək – Conson
Bu gün, 15:56
Baş Prokurorluqda məhkumların qaçışına görə cinayət işi açıldı
Bu gün, 15:52
"İşini bacarmayan federasiya prezidenti istefa verməlidir" - Azad Rəhimov
Bu gün, 15:50
Sevdiyi oğlandan ayrılan tələbə intihara cəhd etdi: - "Dəfələrlə təcili tibbi yardım çağrılıb"
Bu gün, 15:48
Azərbaycanın İsraildən aldığı “Spayk” erməniləri qorxuya salıb - “Spayk” nədir?
Bu gün, 15:47
Nikah kağızını götürməyən cütlüyə Bakı aeroportunda - Qadağa
Bu gün, 15:42
İndoneziya Baş Qərargah rəisi ABŞ-a buraxılmadı
Bu gün, 15:42
1956 cı il Macarıstan inqilabı - ƏN YAXIN TARİX
Bu gün, 15:35
Bakıda “Panama dosyesi”nin izi ilə - Rusiyalı “Kommersant”
Bu gün, 15:24
"AŞPA müəyyən dairələrin əlində alətə çevrilib" - Azərbaycan prezidentinin köməkçisi
Bu gün, 15:23
Telefonu alıb, aradan çıxmaq istədilər... YAXALANDILAR
Bu gün, 15:20
Sinan Oğana Azərbaycandan təşəkkür...
Bu gün, 13:17
Tahir İmanovdan tərs sillə: - "Əli Kərimli siyasi cəsəddir"
Bu gün, 13:12
Sabiq deputat Qalib Salahzadənin oğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb
Bu gün, 13:08
MTN-in sabiq şöbə rəisinin apellyasiya şikayəti üzrə məhkəmə başlayır
Bu gün, 13:07
Onlar bu savaşda bizə lazımdır – Aynur Camalqızı
Bu gün, 12:59
“Salyan Broyler” satışa çıxarılır
Bu gün, 12:57
Dövlət İmtahan Mərkəzi 5 milyon manatı hara xərcləyəcək...
Bu gün, 12:57
Kəmaləddin Heydərov qadın generalı işdən QOVDU - GƏLİŞMƏ
Bu gün, 12:52
Ağstafada fabrikdə yanğın olub, FHN-nin polkovnik-leytenantı xəsarət alıb
Bu gün, 12:47
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb - Belə deyirlər...
Bu gün, 12:46
Qarabağda daha bir erməni əsgər intihar edib - Detallar
Bu gün, 12:45
Səsvermə davam edir…
Bu gün, 12:43
Biləsuvarda polisdən uğurlu əməliyyat
Bu gün, 12:37
Lənkəranda narkomaniya əleyhinə tədbir keçirilib
Bu gün, 12:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru