Əli Hüseynovun bacanağı sədr təyin edildi .....                     Beyləqandan nazirə müraciət... .....                     "Lotu Quli"nin qohumunun məhkəməsində polislər dindiriləcək .....                     Beynəlxalq Qırmızı Xaç azərbaycanlı hərbi əsirləri İrəvandan Bakıya gətirir .....                     BŞİH-dən cırılan bayraqla bağlı AÇIQLAMA gəldi: .....                     38 yaşlı hamilə qadın sirkə turşusu içdi... .....                     Xəzər İnşaat Həftəsinə start verilib .....                     Kürdüstan əyalətinin parlamenti Bərzanidən istefa tələb edib .....                     Erkin Qədirli siyasətdən getdi .....                     Jurnallar üçün satış və ya pul yığımı həyata keçirilmir .....                     Daha 3 xarici şirkət Azərbaycanı tərk edir .....                     İraq ordusu Mosuldakı su anbarına nəzarəti bərpa edib .....                     Prezident İlham Əliyev Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası nümayəndə heyətini .....                     İraq ordusu Mosula doğru: .....                     Azərbaycan nefti 58,7 dollara satılır .....                     Balakənli atalığın zorladığı 12 yaşlı qızdan .....                     “Smit və erməni lobbisi Ermənistanı “müdafiəyə ehtiyacı olan tərəf” kimi tanıtmaq istəyir” .....                     İran ABŞ-ın neft şirkətləriylə işləməyə hazırdır .....                     "Mardan Palace" hotelinin borc səbəbindən suyu kəsilib .....                     "Belə müəllimlər öz şagirdlərinə nə verə bilər?" .....                     Bərdədə yol qəzasında 4 nəfər ağır xəsarət alıb .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     İcra hakimiyyətinin binasına cırıq bayraq asılıb .....                     Sarkisyanın prezident kimi şəxsi fikri yoxdur, daim idarə olunur .....                     Yol polisi həm sevinir, həm də çox narahatdır .....                     Dələduzluq edən müavini direktor təyin etdilər .....                     Neft bahalaşdı .....                     Görəsən, Hafiz Məmmdəov xəcalət çəkdimi? .....                     "Bu, qətiyyən qəbul edilən deyil" .....                     "Çin Tayvanın müstəqil olmasını var qüvvəsi ilə əngəlləyəcək" .....                     Bakı-Tiflis-Ankara oxu güclənir .....                     Bu gün Helsinki Komissiyasında Qarabağ dinləmələri başlayır .....                     “Quli”i ilə düşmən olan gəncəli “qanuni oğru” arasında yeni savaş .....                     Aydın Əliyevlə bağlı yeni iddialar... .....                     Stilist Fərid Röyanı imicini dəyişdi .....                     Etnoqrafiya İnstitutunun sektor müdirinə ittiham .....                     Bu gün “Qarabağ” Çempionlar Liqasında növbəti oyununu keçirəcək .....                     Qardaş bacısını başından güllələyərək qətlə yetirib .....                     “Rusiya münaqişənin həlli, tənzimlənməsi ilə deyil, onun idarə olunması ilə məşğuldur” .....                     Bakıda kirayə mənzillər bahalaşıb .....                 

“Mən bu işə qarışmıram” - Deputat qəzadan danışmaq istəmədi
Tarix: 9-08-2017, 08:59 | Çap et
“Mən bu işə qarışmıram”
YAP-ın icra katibinin müavini, deputat, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Yeni Müsavat”a müsahibə verib.

- Siyavuş bəy, bir ara mətbuatda görünmədiniz. Yəqin istirahətdəydiniz, eləmi?

- Yox, istirahətə getməmişdim. Uşağın təhsili, yay məktəbi ilə bağlı bir-iki məsələ var idi, onunla məşğul idim. Həm dil kursları, həm sərbəst yaşaması ilə əlaqədar indidən hazırlıq işləri görürük ki, öyrənsin, uyğunlaşsın ki, gələcəkdə təhsilini artırmaq istəsə, əlavə təhsil almaq istəsə, tam hazırlıqlı olsun.

- Övladınızın neçə yaşı var?

- 15 yaşı var, indidən bu işlərə başlayırıq ki, sonrakı illərdə çətinlik çəkməsin.

- Bəs, yay tətili?

- Mən tətilə çıxanda da Naxçıvana gedirəm. Ən yaxşı tətil elə ordadır.

- Siyavuş bəy, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsinin törətdiyi avtoqəza böyük rezonansa səbəb oldu. Hakim partiyadan deputat həmkarınız Aydın Mirzəzadənin şərhini oxudum, amma deyəsən, digər açıqlama olmadı. Siz partiya rəhbərliyində təmsil olunan şəxs kimi bu barədə nə deyə bilərsiniz?

- Bu, hüquq-mühafizə orqanlarının səlahiyyətlərinə aid məsələdir. Ona görə də bunun partiyaya heç bir aidiyyəti yoxdur.

- Razılaşmaq olar. Amma eyni zamanda cənab Əli Həsənov YAP sədrinin müavinidir...

- Təbii. Amma bunun partiyaya heç bir aidiyyəti yoxdur.

- Bəs, hazırda hakim partiyanın gündəliyindəki əsas məsələ nədir?

- Biz partiyanın konfranslarını keçiririk. Rayon təşkilatlarında tədbirlər keçirir, ilk təşkilatlarla əlaqələr məsələsini həll edirik, partiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi ilə məşğul oluruq. Həmçinin gələcəkdə keçiriləcək seçkilərlə əlaqədar kadr bazasının formalaşdırılması ilə məşğuluq. 5 mindən artıq məntəqələr mövcuddur ki, bunlarda müşahidəçilər, məşvərətçi səs hüququ üzvləri təyin edəndə bu, 10 mindən artıq şəxs edir. Həmçinin imza toplaya biləcək şəxslər var. Yəni dünya praktikasına uyğun olaraq biz seçkilərə hazırlığı qabaqcadan başlayırıq. Birinci növbədə partiya təşkilatının sıralarına baxırıq. Artıq 84 təşkilatdan 63-də konfrans keçirilib, qalan 21-də də keçiriləcək. Bu ilin sonuna qədər yekunlaşdırmağa çalışacağıq. Partiyamızın yaranmasının 25 illik yubileyi gəlir, bununla bağlı bir sıra silsilə tədbirlərimiz keçiriləcək. Həmçinin layihələrin, proqramların hazırlanması, rayon təşkilatlarının qərargahları, maddi-texniki bazası, orada çalışan işçilərin təkmilləşdirilməsi, kursların artırılması, əlaqələrin genişləndirilməsi, rayon təşkilatlarının İdarə Heyətində hesabatların təqdim edilməsi, Qadınlar Şurası, Gənclər Birliyinin işinin aktivləşdirilməsi, sosial şəbəkələr və partiya həyatı ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi ilə məşğuluq. Gələn ildən isə inşallah bütün fəaliyyətimiz seçki istiqamətində olacaq.

- Hələ ki partiyanın seçkilərdəki namizədi ilə bağlı konkret qərarınız yoxdur, eləmi?

- Yox, bu, partiyanın qurultayında müəyyənləşdirilir. Partiyanın qurultayının da çağırılması sədrin və yaxud Siyasi Şuranın qərarı ilə həyata keçirilir.

- Qurultay bu il baş tutacaq, yoxsa 2018-ci ilə qalacaq?

- İlin axırına qədər konfranslar qurtarmalıdır. Çünki nümayəndələr konfranslarda seçilir. Bu proses başa çatdıqdan sonra artıq qurultay haqqında fikirləşmək olar.

- Deputat həmkarınız Astan Şahverdiyev son açıqlamaları ilə yenə də diqqəti özünə cəlb elədi və buna görə hətta İntizam Komissiyasının sədri Ağacan Abıyevi qəzəbləndirdi. Siz vaxtilə İntizam Komissiyasının sədri olmusunuz. Necə bilirsiniz, niyə bəzi deputatlar qalmaqallı çıxışlarla gündəmdə qalmağa bu qədər həvəslidirlər?

- Bununla bağlı İntizam Komissiyası məşğul olur, onların səlahiyyətindədir. Vaxtilə mən bu komissiyanın sədri idim, amma indi İctimai birliklər və dini qurumlar komitəsinin sədriyəm. Ona görə də mənim səlahiyyətimə daxil olan məsciddir, molladır, qəbiristanlıqdır...(gülür) O mövzularla bağlı nə maraqlandırsa, buyura bilərsiniz.

- Amma belə görünür ki, İntizam Komissiyasının sədri olarkən çəkdiyiniz əziyyətlər boşuna gedib, bəzi deputatlar yenə də öz ampulasındadır, hətta spikerin xəbərdarlıqlarına, prezidentin deputatların etik davranış kodeksini imzalamasına baxmayaraq...

- Bir şeyi deyə bilərəm, mən İntizam Komissiyasına elə sədrlik etmişəm ki, heç kəsin işi bu komissiyaya düşməyib.

- Çox humanist olmuşunuz...

- Yox, o qədər ciddi olmuşam ki, çalışıblar mənə işləri düşməsin (gülür).

- Molla, məsciddən söz düşmüşkən, siz bir neçə dəfə demişdiniz ki, bu sahədə qanunvericiliyə təkliflər olacaq. Bu sahədə vəziyyət necədir?

- İş gedir. Qəbiristanlıqlarla bağlı artıq proses tam təkmilləşib. Yəqin ki, nümunəvi qəbiristanlıqların yaranması və idarə olunması barədə Nazirlər Kabinetinin qərarı olacaq. Bütün instansiyalardan artıq rəy alınıb, tam hazır vəziyyətdədir. Ola bilsin bu, qanun şəklində olsun. Hələ ki məsələ müzakirədədir, inşallah sentyabrda ortaya çıxar. Siyasi partiyalar, o cümlədən QHT-lərlə bağlı təkliflər gündəlikdədir.

- Söhbət qanunların sərtləşdirilməsindən gedir?

- Təkmilləşdirmədən, şəffaflığın təmin olunmasından. Maliyyə məsələsi, maliyyə dövriyyəsi bu gün dünyada hər kəsi maraqlandırır. Çünki terrorizmin, ekstremizmin maliyyələşməsi kimi məsələlər qanunla qadağan olunur. Siyasi partiyaların maliyyələşməsi də qanunla tənzimlənir. Burada da şəffaflıq önəmli məsələdir ki, hər bir təşkilatın maliyyə mənbələri məlum olsun və onun məsrəfləri müəyyənləşsin.

- 2018-ci prezident seçkisi ilindən gözləntiləriniz nədir?

- Təbii ki, hər bir seçki ili qaynar keçir. Siyasi debatlar, siyasi ab-hava olduğundan seçki ili bütün dünyada digər illərdən daha “isti” keçir.

- Vaxtaşırı Azərbaycanın keçmiş məmurları, yaxud oliqarxlarla bağlı xəbərlər yayılır. Rusiyanın dəstəklədiyi sürpriz namizəd ortaya çıxa bilərmi?

- İnanmıram. Rusiya ilə Azərbaycanın münasibətləri, prezidentlər, dövlət və xalqlar arasındakı münasibətlər normaldır. Ara qızışdırmaq istəyən, erməni “barmağı” olan qüvvələr var ki, indiki münasibətlərin üstünə kölgə salmaq istəyir. Ona görə də dezinformasiya yayır, müxtəlif məqalələr dərc edir, yaxud televiziya verilişlərində qərəzli fikirlər söyləyirlər. O cümlədən Rusiyanın ayrı-ayrı dövlət strukturlarında kifayət qədər ermənilər yerləşib, telekanal və mətbuat orqanlarında ermənilər fəaliyyət göstərir, dolayısı ilə Azərbaycan və Türkiyəyə qarşı fikirlər söyləyir, ictimaiyyəti çaşdırmaq istəyir. Belələri təbii ki, olacaq, amma onlar iki dövlət arasını korlamaq imkanında deyillər. Həm də ki, seçkidə xalqın rəyi əsasdır, qalan məsələlərin mənası yoxdur. Bu gün Azərbaycan prezidentinin gördüyü işlər, atdığı addımlar, sosial layihələrin həyata keçirilməsi, kənd təsərrüfatının inkişafı ilə əlaqədar qərarları və digər hadisələr ictimaiyyət tərəfindən bütövlükdə dəstəklənir. Xalqın dəstəyi olan yerdə digər kənar qüvvələrin heç bir rolu ola bilməz.

- Söhbətin əvvəlində dediniz ki, bu məsələyə qarışmırsınız. Amma bu da var ki, ayrı-ayrı məmurlar öz hərəkətləri ilə prezidentin gördüyü işlərə xələl gətirirlər.

- Bunlar hamısı hüquq-mühafizə orqanlarının işidir, onlar araşdırıb öz sözlərini deyəcəklər, qərarlarını verəcəklər. Bu məsələnin mənim sahəmə - istər partiya baxımından, istərsə də Milli Məclisdəki fəaliyyət baxımından - heç bir aidiyyəti yoxdur.

- Belə yanaşmalar da var ki, bu hadisədən sonra həmin məmur xalqın qarşısına çıxıb üzr istəməli və postunu təhvil verməli idi.

- Yenə deyirəm, mən bu məsələyə qarışmıram.







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Hüseynovun bacanağı sədr təyin edildi – Prezident sərəncamı
Bu gün, 11:02
Beyləqandan nazirə müraciət... - GİLEY
Bu gün, 11:01
"Lotu Quli"nin qohumunun məhkəməsində polislər dindiriləcək
Bu gün, 10:57
Beynəlxalq Qırmızı Xaç azərbaycanlı hərbi əsirləri İrəvandan Bakıya gətirir
Bu gün, 10:53
Azərbaycanlı futbolçu cinsiyyətini dəyişdi - FOTOLAR
Bu gün, 10:48
BŞİH-dən cırılan bayraqla bağlı AÇIQLAMA gəldi: - "Qeyri-adi bir hal deyil..."
Bu gün, 10:37
38 yaşlı hamilə qadın sirkə turşusu içdi... - Gədəbəydə DƏHŞƏT
Bu gün, 10:35
Xəzər İnşaat Həftəsinə start verilib
Bu gün, 10:34
Kürdüstan əyalətinin parlamenti Bərzanidən istefa tələb edib
Bu gün, 10:27
Erkin Qədirli siyasətdən getdi
Bu gün, 10:23
Jurnallar üçün satış və ya pul yığımı həyata keçirilmir - Təhsil Şöbəsindən REAKSİYA
Bu gün, 10:17
Daha 3 xarici şirkət Azərbaycanı tərk edir - SİYAHI
Bu gün, 10:13
İraq ordusu Mosuldakı su anbarına nəzarəti bərpa edib
Bu gün, 10:06
Leyla Əliyeva Zülfiyyənin ad günündə - FOTOLAR
Bu gün, 10:04
Prezident İlham Əliyev Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası nümayəndə heyətini qəbul edib
Bu gün, 10:00
İraq ordusu Mosula doğru: - peşmərgə ilə şiddətli döyüş
Bu gün, 09:44
Azərbaycan nefti 58,7 dollara satılır
Bu gün, 09:36
Balakənli atalığın zorladığı 12 yaşlı qızdan XƏBƏR VAR
Bu gün, 09:34
“Smit və erməni lobbisi Ermənistanı “müdafiəyə ehtiyacı olan tərəf” kimi tanıtmaq istəyir”
Bu gün, 09:32
İran ABŞ-ın neft şirkətləriylə işləməyə hazırdır
Bu gün, 09:30
"Mardan Palace" hotelinin borc səbəbindən suyu kəsilib
Bu gün, 09:27
"Belə müəllimlər öz şagirdlərinə nə verə bilər?" - BDU-nun dosentindən AÇIQ MƏKTUB
Bu gün, 09:25
Bərdədə yol qəzasında 4 nəfər ağır xəsarət alıb
Bu gün, 09:21
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:19
Qızınızı müğənniyə ərə verərdiniz? - VİDEO
Bu gün, 09:17
İcra hakimiyyətinin binasına cırıq bayraq asılıb - VİDEO
Bu gün, 09:16
Sarkisyanın prezident kimi şəxsi fikri yoxdur, daim idarə olunur - deputat
Bu gün, 09:13
Yol polisi həm sevinir, həm də çox narahatdır - Vaqif Əsədov ciddi faktları AÇIQLADI
Bu gün, 09:08
Dələduzluq edən müavini direktor təyin etdilər - İDDİA
Bu gün, 08:59
Neft bahalaşdı
Bu gün, 08:53
Görəsən, Hafiz Məmmdəov xəcalət çəkdimi? - Qarabağı HAFİZədən silən qızlar...
Bu gün, 08:52
"Bu, qətiyyən qəbul edilən deyil" - İrandan ABŞ-a CAVAB
Bu gün, 08:48
"Çin Tayvanın müstəqil olmasını var qüvvəsi ilə əngəlləyəcək"
Bu gün, 08:45
Bakı-Tiflis-Ankara oxu güclənir - Generalların zirvə görüşü
Bu gün, 08:42
Bu gün Helsinki Komissiyasında Qarabağ dinləmələri başlayır - Bakıdan sərt reaksiyalar
Bu gün, 08:38
“Quli”i ilə düşmən olan gəncəli “qanuni oğru” arasında yeni savaş
Bu gün, 08:36
Aydın Əliyevlə bağlı yeni iddialar... - DGK-ni kim idarə edir?
Bu gün, 08:34
Stilist Fərid Röyanı imicini dəyişdi
Bu gün, 08:30
Etnoqrafiya İnstitutunun sektor müdirinə ittiham VAR
Bu gün, 08:22
Bu gün “Qarabağ” Çempionlar Liqasında növbəti oyununu keçirəcək
Bu gün, 08:18
Qardaş bacısını başından güllələyərək qətlə yetirib - Abşeronda
Bu gün, 08:18
“Rusiya münaqişənin həlli, tənzimlənməsi ilə deyil, onun idarə olunması ilə məşğuldur” - deputat
Bu gün, 08:13
Bakıda kirayə mənzillər bahalaşıb - Səbəb tələbələr
Bu gün, 08:11
Seyranın Almaniya konserti anşlaqla keçib
Bu gün, 08:09
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 26 il keçir
Bu gün, 08:04
Azərbaycan gözəli İstanbulda ad gününü kimlərlə keçirdəcək?
Bu gün, 08:03
"Cənab nazirlə şəxsən təkbətək görüşüm oldu..." - GİLEY
Bu gün, 08:01
Stilist Timson rus modeli belə bəzədi
Bu gün, 07:57
Belarusdan gələn nümayəndə heyəti STP ilə tanış olub - FOTO
Bu gün, 07:55
Qətər bankları dollar satışını azaldıb
Dünən, 18:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru