ABŞ MKİ-yə məxsus ultramüasir raketlər İŞİD-in əlinə necə düşüb? .....                     Ukraynada klub prezidenti axtarışa verilib .....                     Baba Rzayevin Sabunçudakı kadrı “gün verib, işıq vermir” .....                     Qırğızıstan 4 bal gücündə "silkəlnib" .....                     Turizmə dayaq verəcək dəyişiklik .....                     Brent markalı neft ucuzlaşıb .....                     Parisdə Dilqəm və Şahbaza görə etiraz aksiyası keçirilib .....                     Dünyanı idarə edən 12 gizli yəhudi ailəsi .....                     Azərbaycan prokurorluğunun keçmiş əməkdaşı vəfat edib .....                     “Lavrovun Azərbaycana səfir planı baş tutmayıb” .....                     Örüş sahələri xüsusi mülkiyyətə verilə bilməz .....                     Türkiyədə Azərbaycan bayrağı endirildi: etiraz qalxdı .....                     Leyla Əliyeva Qəbələdə keçirilən “Poeziya günü”ndə .....                     Oqtay Əsədovun mobil telefon iradı, yoxsa yasağı... .....                     İstanbul sammiti Bakıya nə verəcək? .....                     Sərhəddə 865 torpil, 8 fişəng və 100 qutu pirotexniki vasitə aşkar olundu .....                     Bakıda evdə yanğın olub .....                     Şaxta babanın olmadığını uşağa hansı yaşda demək olar? .....                     Vergi Auditi Departamenti niyə "sürgün" edildi? .....                     Xanım deputata ağır itki .....                     Nazirliyin bu qərarı ciddi problemlər yaradacaq .....                     “Tarixi abidlərimizin dağıdılması da Avropa Məhkəməsinə çıxarılmalıdır” .....                     Bakıda kişi xiyar turşusundan zəhərlənərək ölüb .....                     “AMAY Abdulla”nın bitməyən tikinti qalmaqalı .....                     Ermənilər atəşkəs rejimini 115 dəfə pozub .....                     "Əgər bir ölkədə aktyor aylıq 600 manata serial çəkilirsə..." .....                     Eldar Mahmudovla Fazil Məmmədovun həbsi reallaşır .....                     "Rusiya Ermənistanı müəyyən güzəştlərə razı sala bilər" .....                     Saakaşvili Poroşenko ilə razılığa gəlməyin zəruri olduğunu bildirib .....                     Ermənistanda kütləvi bahalaşma .....                     “Qrin-kard” lotereyası vasitəsilə ABŞ-a “pislərin ən pisi” gəlir” .....                     “İlk günlər atəş səsindən qorxdum, öz rayonumuza qayıtmaq istədim” .....                     Düşmən bizim bu “qəhrəmanları” qızışdırır .....                     Xaricdə Azərbaycan folkloru nümunələrindən kommersiya üçün istifadə haqqı .....                     Milli Məclisdən mühüm dəyişikliklər... .....                     "Abşeron" gənclər şəhərciyində 26 yaşlı oğlana .....                     ABŞ-da 28 yaşlı erməni qadın saxta nigahların təşkilinə görə həbs edilib .....                     Parisdə Ermənistan səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib .....                     Oqtay Əsədov deputatlar .....                     İlham Əliyev 2 sərəncam imzaladı .....                 

“İran məsələsinin gündəmə gəlməsi Azərbaycan məsələsinin də gündəmə gəlməsi deməkdir”
Tarix: 19-06-2017, 09:08 | Çap et
“İran məsələsinin gündəmə gəlməsi Azərbaycan məsələsinin də gündəmə gəlməsi deməkdir”
ABŞ prezidenti Donald Tramp Mayamidə öz tərəfdarları qarşısında çıxışında sələfi Barak Obamanın Kuba və İranla bağlı son illərdə yürütdüyü siyasəti kəskin tənqid edib və onun imzaladığı sazişlərin əksəriyyətindən imtina edib.

Yada salaq ki, Barak Obama dönəmində istər İran, istərsə də Kuba ilə siyasi dialoq, sanksiyalar məsələsində ABŞ Konqresindəki respublikaçılar sərt mövqedə olublar. Hətta respublikaçı çoxluq “Altılığ”ın İranla iki il öncəki məlum anlaşmasını sabotaj eləməyə, sıfırlamağa çalışmışdı. İndi artıq ABŞ-ın respublikaçı prezidenti kimi D.Tramp da eyni mövqe sərgiləyir. Çıxışından açıq görünür ki, yeni prezident ABŞ-ı Kuba və İranla “soyuq müharibə” dönəminə qaytarmağa çalışır.

Venesuela, Kuba və İran rejimlərini təhdid edən Tramp bəyan edib ki, bu ölkələrə qarşı əvvəlki sanksiyalar, blokada qüvvədə qalacaq: “Mən əvvəlki administrasiyanın qərarını ləğv edirəm. Qərarım dərhal qüvvəyə minir”, - deyə o vurğulayıb. Tramp İrana qarşı yeni sanksiyaların qəbul ediləcəyini, hədəfində İranın olacağını da bəyan edib. Bir gün öncə isə ABŞ Senatı Rusiya ilə yanaşı, İrana qarşı da sanksiyaların tətbiqini nəzərdə tutan qanun qəbul edib.

Ekspertlərə görə, cənub qonşumuz İranın hədəf alınması və ona qarşı yeni sanksiyaların tətbiqi qonşu ölkə kimi Azərbaycanı regionda daha çevik və həssas siyasət aparmaq, İranın maraqlarına daha diqqətli yanaşmaq, hətta seçim qarşısında qoya bilər. Beləliklə, getdikcə məlum olur ki, Barak Obama hakimiyyətinin son illərində İranla münasibətlərin yumşaldılması strategiyasının üstündən prezident Donald Tramp xətt çəkməkdə israrlıdır. ABŞ Barak Obama hakimiyyətinin son illərindən öncəki on illər ərzində tutulan siyasi xəttə-İranla konfrantasiya xəttinə qayıdır. Bu siyasətə qayıdışın isə təkcə İrana deyil, ətraf ölkələri də müxtəlif formalarda təsir edəcəyini ekspertlər vurğulayırlar. Azərbaycanın İranla sərhəd qonşusu, sıx əlaqələri olduğunu nəzərə alsaq, ABŞ-ın İranı yenidən sərt şəkildə hədəfə almaq siyasətinə qayıdışının xeyirimizə, yoxsa zərərimizə olacağı sualı aktuallaşır.

Politoloq Qabil Hüseynli bu mövzuda “Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycan heç zaman İranın Vaşinqtonun hədəfində olmasını istəməz: “Bunun birinci səbəbi ondan ibarətdir ki, İran qonşu dövlətdir və bizi həmin ölkə ilə tarixi, mədəni, dini bağlar bağlayır. İkincisi ondan ibarətdir ki, orada 35 milyona yaxın soydaşlarımız yaşayır. Yəni hədəfdə sanki həm də bizim soydaşlarımız olacaq. Üçüncüsü, Trampın bu siyasəti heç də dəqiqliklə dünya reallıqlarını özündə əks etdirmir. İrana qarşı sanksiyaların bir qismi götürülmüşdü və İran sanki dünyaya açılmağa başlamışdı. İndi təzədən İranla münasibətlərin əvvəlki gərginliyə qaytarılması yaxın Şərqi həddindən artıq təlatümlərə gətirib çıxaracaq. Heç bir dövlət istəməz ki, qonşuluğunda müharibə alovlansın. Çünki o alovun sıçrama ehtimalı böyükdür. Vaşinqtonun İrana qarşı düşündüklərinin içində rejim dəyişikliyi məsələsi, hətta hərbi müdaxilə variantı da var. Bu, xeyli qaçqınlar ordusu yarada bilər. Bundan əziyyət çəkən əsas ölkələrdən biri məhz Azərbaycan olar. İrana qarşı güc tətbiqi Azərbaycan da daxil, əksər bölgə dövlətləri üçün ciddi təhlükələr yarada bilər. Tramp Obama dövrünü təftiş etməklə yanlışlıqlara yol verir. Xüsusilə İran siyasətində yanlışlıqların olduğu qənaətindəyəm. İrana qarşı ənənəvi sərt siyasətə qayıdış, sərt addımlar onun qonşuluğunda olan Azərbaycanın ABŞ üçün əhəmiyyətini artıra bilər. Ancaq əhəmiyyətin artması heç də həmişə müsbət effekt vermir, ölkəyə xeyir gətirmir”.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə bildirdi ki, Donald Trampın İranı konkret olaraq hədəfə çıxarmaqda məqsədinin nə olduğunu şərh etdikdə öncə onun komandasına diqqət etmək, yəhudi lobbisinin, İsrailin onun hakimiyyətə gəlməsində roluna baxmaq lazımdır: “Tramp əgər hakimiyyətdə konstitusiyanın ona verdiyi müddətdə qala biləcəksə, İran siyasətinə öncəlik verəcəyi ortadadır. Rusiya məsələsinin sərt şəkildə gündəmə gəlib-gəlməyəcəyi isə Rusiyanın İran məsələsində davranışına bağlı olacaq. Mənə belə gəlir ki, Rusiyaya doğru reveransların Tramp tərəfindən edilməsinin bir səbəbi də ondan ibarətdir ki, Tramp Rusiyanı sadəlövhcəsinə neytrallaşdırmaq niyyətindədir. Hansı ki, praktiki olaraq bunun mümkün olma ehtimalı sıfıra yaxındır. Rusiyanın 300 illik cənub strategiyasından imtina etməsini düşünmək sadəlövhlük olardı. Digər tərəfdən ABŞ-da daxili vəziyyəti nəzərə alsaq, Konqresin, Senatın, Maliyyə Palatasının xarici siyasətdə rolunu nəzərə alsaq, düşünürəm ki, Trampın bu strategiyanı həyata keçirməsi qeyri-mümkün olacaq. Amerika daxili balanslaşdırıcı güclər buna imkan verməyəcək və Tramp yenidən qlobal strategiyaya dönməli olacaq. Amma İran məsələsi gündəmdə olacaq. Çünki bunda maraqlı olan başqa böyük güclər də var. İran məsələsinin gündəmə gəlməsi, İranın hədəf seçilməsi ehtimalı çox yüksəkdir”.

S.Əkbərin fikrincə, İran məsələsinin gündəmə gəlməsi Azərbaycan məsələsinin də gündəmə gəlməsi deməkdir: “Çünki Azərbaycanın tarixi coğrafiyasının böyük hissəsi İranda yerləşir, Azərbaycan türklərinin böyük hissəsi İranda yaşayır. Azərbaycan Respublikasının da İranla həmsərhəd olduğunu nəzərə alsaq əminliklə deyə bilərik ki, İran məsələsi həm də Azərbaycan məsələsidir. İran məsələsi gündəmə gələcəksə, bu o deməkdir ki, istər Cənubi Azərbaycan, istər Şimali Azərbaycan məsələsi gündəmə gələcək. Onu da nəzərə alaq ki, ABŞ İranda yumşaq dəyişiklik strategiyasını həyata keçirmək istəyir. Bu isə o deməkdir ki, Vaşinqton yumşaq gücdən, İrandaxili faktorlardan, ilk növbədə Cənubi Azərbaycan məsələsindən daha çox istifadə etməyə çalışacaq. Belə vəziyyətdə isə Azərbaycan Respublikasının da kənarda qalması demək olar praktiki imkansız olacaq. Biz istəsək də, istəməsək də bu məsələyə-prosesə cəlb olunacağıq. Azərbaycanı bu məsələdə tərəf seçməyə həm Rusiya, həm də ABŞ məcbur etməyə çalışacaq. Bütövlükdə region qızışacaq, Azərbaycan Respublikasının ABŞ, Avropa Birliyi və İsrail üçün önəmi artacaq”.







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ MKİ-yə məxsus ultramüasir raketlər İŞİD-in əlinə necə düşüb? - “BuzzFeed”
Dünən, 10:21
Ukraynada klub prezidenti axtarışa verilib
Dünən, 10:19
"Bir az şişirtmişəm. 7 dəfə yox, 5 dəfə ərdə olub" - QALMAQAL
Dünən, 10:18
Baba Rzayevin Sabunçudakı kadrı “gün verib, işıq vermir” - FOTO
Dünən, 10:16
Qırğızıstan 4 bal gücündə "silkəlnib"
Dünən, 10:12
Turizmə dayaq verəcək dəyişiklik - 3 saata viza
Dünən, 10:11
Brent markalı neft ucuzlaşıb
Dünən, 10:09
Parisdə Dilqəm və Şahbaza görə etiraz aksiyası keçirilib - FOTO
Dünən, 10:06
Dünyanı idarə edən 12 gizli yəhudi ailəsi - Sensasiya
Dünən, 10:04
Azərbaycan prokurorluğunun keçmiş əməkdaşı vəfat edib
Dünən, 10:01
“Lavrovun Azərbaycana səfir planı baş tutmayıb”
Dünən, 09:54
Örüş sahələri xüsusi mülkiyyətə verilə bilməz - Qanun dəyişdirilir
Dünən, 09:51
Türkiyədə Azərbaycan bayrağı endirildi: etiraz qalxdı - VİDEO
Dünən, 09:49
Leyla Əliyeva Qəbələdə keçirilən “Poeziya günü”ndə öz şeirlərini səsləndirib
Dünən, 09:44
Oqtay Əsədovun mobil telefon iradı, yoxsa yasağı...
Dünən, 09:40
İstanbul sammiti Bakıya nə verəcək? - İƏT-də liderlik Türkiyəyə keçdi
Dünən, 09:39
Sərhəddə 865 torpil, 8 fişəng və 100 qutu pirotexniki vasitə aşkar olundu
Dünən, 09:36
Bakıda evdə yanğın olub
Dünən, 09:34
Şaxta babanın olmadığını uşağa hansı yaşda demək olar?
Dünən, 09:33
Vergi Auditi Departamenti niyə "sürgün" edildi? - İLGİNC
Dünən, 09:31
Xanım deputata ağır itki
Dünən, 09:28
Nazirliyin bu qərarı ciddi problemlər yaradacaq - Ekspert
Dünən, 09:26
“Tarixi abidlərimizin dağıdılması da Avropa Məhkəməsinə çıxarılmalıdır”
Dünən, 09:24
Bakıda kişi xiyar turşusundan zəhərlənərək ölüb
Dünən, 09:20
“AMAY Abdulla”nın bitməyən tikinti qalmaqalı və ya milyonlar necə mənimsənilib
Dünən, 09:19
Ermənilər atəşkəs rejimini 115 dəfə pozub
Dünən, 09:14
Oğluna görə yad kişinin yanına köçən qadın - VİDEO
Dünən, 09:12
"Əgər bir ölkədə aktyor aylıq 600 manata serial çəkilirsə..."
Dünən, 09:10
Eldar Mahmudovla Fazil Məmmədovun həbsi reallaşır - sensasion gəlişmə
Dünən, 09:08
"Rusiya Ermənistanı müəyyən güzəştlərə razı sala bilər" - keçmiş diplomat
Dünən, 09:01
Saakaşvili Poroşenko ilə razılığa gəlməyin zəruri olduğunu bildirib
Dünən, 08:58
Ermənistanda kütləvi bahalaşma - düşmən fəlakətlə üz-üzə
Dünən, 08:56
“Qrin-kard” lotereyası vasitəsilə ABŞ-a “pislərin ən pisi” gəlir”
Dünən, 08:55
“İlk günlər atəş səsindən qorxdum, öz rayonumuza qayıtmaq istədim” - Cəbhə bölgəsinin gənc müəllimi
Dünən, 08:53
Düşmən bizim bu “qəhrəmanları” qızışdırır - deputat
Dünən, 08:47
Xaricdə Azərbaycan folkloru nümunələrindən kommersiya üçün istifadə haqqı dövlət tərəfindən tənzimlənəcək
Dünən, 08:44
Milli Məclisdən mühüm dəyişikliklər...
Dünən, 08:42
"Abşeron" gənclər şəhərciyində 26 yaşlı oğlana 12 bıçaq zərbəsi vurulub
Dünən, 08:36
ABŞ-da 28 yaşlı erməni qadın saxta nigahların təşkilinə görə həbs edilib
Dünən, 08:35
Parisdə Ermənistan səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib
15-12-2017, 18:09
Oqtay Əsədov deputatlar ı DANLADI
15-12-2017, 18:07
İlham Əliyev 2 sərəncam imzaladı - MƏTN
15-12-2017, 18:00
Zakir Həsənov yeni idarəetmə məntəqəsinin açılışında iştirak edib - FOTO
15-12-2017, 17:57
Azərbaycan istehsalı olan döyüş vasitələri və avadanlıqları sınaqdan keçirilib
15-12-2017, 17:40
Milli Məclis 25 qanuna dəyişiklik layihəsini təsdiqləyib
15-12-2017, 17:38
Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi münasibətilə medal təsis edilib
15-12-2017, 17:35
Deputatların cəzalandırılmasını nəzərdə tutan layihənin — DETALLARI
15-12-2017, 17:33
Azərbaycanda yeni tikilən binalardan mənzil almaq üçün yeni qaydalar tətbiq ediləcək
15-12-2017, 17:32
Eldar Mahmudov yenidən istintaqda - Oğluna görə sorğu-sual edildi/ FOTOLAR
15-12-2017, 17:31
Azercell-in prezidenti Bakı Mühəndislik Universitetində tələbələrlə görüşüb
15-12-2017, 17:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru