"Qapımı bağlayıblar, görün hardan çıxıram, .....                     Rəşad Dağlı üzr videosundan danışdı: .....                     Rusiyanın qarşısını aldığı SÜLH PROSESİ: .....                     Müştərilərə XARAB mal satır, üstəlik MƏHKƏMƏYƏ VERİR... .....                     23-24 apreldə keçirilmiş buraxılış imtahanlarının nəticəsi açıqlanıb .....                     "Ermənistan əvvəlki siyasətini davam etdirmək niyyətindədir" .....                     Paşinyanın həbsi tələb edildi .....                     Zaur Mirzəzadə məhkəmə zalında həbs edildi .....                     Türkiyədə dollar yenidən bahalaşdı! .....                     Jurnalist İradə Cəlilin "vəfat etməsi” xəbərini kimlər və niyə yayıb? .....                     Ermənistan üçün hamı günahkardır: Paşinyan KTMT-dən nə istəyir? .....                     “Rusiyanın Ukraynaya qarşı müharibədə hava üstünlüyü artıq yoxdur” .....                     Türkan bələdiyyəsinin açıqlaması YALAN ÇIXDI .....                     “Birmənalı şəkildə Azərbaycanı Ermənistandakı proseslərə hazırlayırlar...” .....                     İnstitut direktoru ilə bağlı ağlasığmaz İDDİA: .....                     Bakıda 37 məktəbə yeni direktor təyin olunub .....                     Deputatın klinikası cərimə olundu .....                     "Naxçıvanda 4 nəfərin öldüyü qəza ört-basdır edilir" .....                     İki rayona yeni rəis təyin edildi .....                     Azərbaycanda “repetitor” biznesi: .....                     Ukraynanın işğal edilmiş ərazilərində "referendum" olacaq? .....                     Sabah dollar neçəyə olacaq? .....                     "Qala Sığorta" satılıb .....                     Rusiya Mariupolu “kadırovçular"a verir .....                     Xızıda dövlət tenderlərini KİMLƏR UDUR? .....                     Ramiz Mehdiyevə bağlı şirkəti məhkəməyə verdilər .....                     "OBA" marketin pendiri uşağı .....                     Azərbaycan Laçın dəhlizinin yanında işıq dirəkləri qoyur .....                     Ermənistanın cinayətləri Beynəlxalq Məhkəmədə araşdırıla bilər... .....                     Milli Məclisə yeni Aparat rəhbərinin təyin olunmasına REAKSİYALAR .....                     "Rabitəbank"da hansı QANUNLAR İŞLƏYİR... .....                     İsmayıllıda meşə ərazisində narkotik tərkibli bitkilər becərən şəxs saxlanılıb .....                     “Güman edirəm ki, Paşinyan Rusiyanın Ermənistanda qolunu “kəsməyi” bacaracaq...” .....                     Azərbaycanlıların Rusiyadan “böyük köç”ünün qarşısı alındı .....                     “Göylə gedən” AZAL: “Kef edir” .....                     İrandakı etirazların PƏRDƏARXASI: .....                     “Azərbaycan və Türkiyə federativ dövlətə doğru irəliləməlidir” .....                     Azərbaycan bazarına daha 2 lombard şirkəti .....                     Əli Nağıyevin oğlunun 1 milyon dollara yaxın borcu var .....                     Putin yenə “Qarabağ problemi” dedi .....                 

Analitik Ekspertiza Mərkəzinin YIRTIQ ÇƏTİRİ... - Daha hansı qurumlar bizi TƏHLÜKƏYƏ ATIR...
Tarix: 11-05-2022, 10:20 | Çap et
Analitik Ekspertiza Mərkəzinin YIRTIQ ÇƏTİRİ...
“Azərbaycanda əhalinin sağlamlığı ciddi təhdid altındadır. Dövlət xəstəxanalarına, poliklinikalara, bəzi özəl klinikalara və apteklərə külli miqdarda mənşəyi məlum olmayan və ilk baxışdan keyfiyyətsiz, hətta yararsız olduğu görünən şprislər paylanılıb. Bu şprislərdən istifadə insanların müxtəlif ağır infeksiyalara yoluxmasına, hətta ölümlərə səbəb ola bilər”.

Bu fikirlər dövlət xəstəxanalarından birində çalışan və məlum səbəblərdən adının çəkilməsini istəməyən həkimə aiddir. Redaksiyamıza müraciət edən həkim fakt kimi həmin şprislərin bəzi nümunələrini də təqdim edib. Bəziləri tünd, bəziləri açıq-qara rəngdə olan şprislərin (şəkilləri təqdim olunur-red.) hansısa plastik məhsulların (ola bilsin, birdəfəlik şprislərin) 2-ci, 3-cü təkrar emalından sonra kustar üsullarla hazırlandığı aydın şəkildə görünməkdədir.

“Ən dəhşətlisi odur ki, bu şprislərin üzərində istehsalçısı kimi yazılan şirkətlərlə bağlı hər hansı məlumat tapmaq mümkün deyil. Yəni, tamamilə saxta məhsullardır. Belə saxta, mənşəyi məlum olmayan şprislər İcbari Tibbi Sığorta Agentliyinin (İTSA) və Səhiyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin rəsmilərinin razılığı olmadan nəinki dövlət xəstəxanalarında istifadə oluna, özəl apteklərdə belə satıla bilməz. Ona görə də bu faktın ciddi araşdırılmasına, cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsinə, belə şprislərin xəstəxanalardan və apteklərdən dərhal yığışdırılmasına ehtiyac var. Hüquq-mühafizə orqanları belə saxta və təhlükəli məhsulların ölkəyə necə daxil olduğunu, xəstəxanalara, apteklərə necə yol tapdığını araşdırmaqla, bəlkə də, mütəşəkkil cinayətkar dəstəni ifşa edə bilərlər” – deyə, həkim bildirir.

Məsələni araşdırmaq məqsədi ilə apteklərdə satılan, xəstəxana və poliklinikalarda istifadə olunan şprislərlə maraqlandıq. Qarşılaşdığımız mənzərə həkimin dediklərini təsdiqlədi. Düzdür, bir sıra apteklərdə yerli və xarici şirkətlərin keyfiyyətli məhsulları da satılır. Ancaq bununla yanaşı alıcılara mənşəyi məlum olmayan şprislər təqdim edən apteklər də az deyil.

Məsələn, hazırda alıcılara üzərində göstəriciləri rus dilində yazılan və guya “Dr.Para” adlı şirkət tərəfindən istehsal olunduğu bildirilən 10 qramlıq və 20 qramlıq, eləcə də “B*Braumann” adlı şirkətin məhsulu olduğu iddia edilən 2 və 5 qramlıq keyfiyyətsiz şprislər təqdim olunur. İnternet üzərində araşdırma aparmaqla şpris istehsalı ilə məşğul olan belə şirkətlərin ümumiyyətlə mövcud olmadığını müəyyən etmək çətin deyil. Bir müddət sonra bunları başqa saxta şirkət əvəzləyir...

Yəni, “yeraltı” zirzəmilərdə, antisanitariya şəraitində istehsal olunan və insan həyatı üçün təhlükəli olması ehtimalı yüksək olan şprislər saxta şirkətlərin adları ilə Azərbaycana gətirilir, burada kütləvi şəkildə satışı və istifadəsi təmin olunur.

Bəs belə saxta, keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli məhsullar ölkəyə necə daxil olur, apteklərə və xəstəxanalara necə yol tapır?

Bu istiqamətdə apardığımız ilkin araşdırmalar göstərir ki, bunda bir sıra strukturlardakı səlahiyyətli şəxslərin ya məsuliyyətsizliyi, ya da cinayətkar işbirliyi rol oynayır.

İlk növbədə qeyd edək ki, harada istehsal edildiyi məlum olmayan bu şprislər ölkəyə idxal edilərək gömrük nəzarətindən keçməlidir. Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları sadə vətəndaş hansısa məhsulu gətirərkən az qala istehsalçıya dair məxfi məlumatları da istəyir.

Ancaq necə olursa, saxta şirkətlərə məxsus mənşəyi məlum olmayan şprislər illərdir ki, Azərbaycana kütləvi şəkildə gətirilə bilir. Mətbuatda dəfələrlə həyacan təbili çalınmasına baxmayaraq, heç bir tədbir görülmür. Bunun səbəbini öyrənmək üçün DGK-nin məsul şəxsləri ilə əlaqə saxlamağa cəhd etsək də, həmişəki kimi telefonları susdu. Ona görə də, suallarımızı açıq saxlayır, Komitənin məsələyə münasibət bildirməsini gözləyirik: saxta şprislər ölkəyə necə daxil olur? Komitənin məsul şəxsləri keyfiyyətsiz şprislərin idxalı ilə məşğul olanlarla bacarmır, yoxsa ortada hansısa çirkli razılaşmalar var?

Yeri gəlmişkən, rəsmi statistikaya görə, son bir ildə ölkəyə 10 və 20 qramlıq şprislər idxal edilməyib. Ancaq apteklər və xəstəxanalar xaricdən gətirilən saxta 10 və 20 qramlıq şprislərlə doludur. Belə çıxır ki, 10 və 20 qramlıq şprislərin rüsumları yüksək olduğundan, ya qeydiyyatdan yayındırılır, ya da qaçaqmalçılıqla başqa şprislərin içərisində ölkəyə keçirilir. Ümid edirik ki, Gömrük Komitəsi bu məsələyə də aydınlıq gətirəcək.

Mənşəyi məlum olmayan saxta şprislərin ölkədə satışına və istifadəsinə görə məsuliyyət daşıyan qurumlardan biri də, şübhəsiz ki, Analitik Ekspertiza Mərkəzidir.

Analitik Ekspertiza Mərkəzinin razılığı olmadan əhalinin sağlamlığını risk altında buraxan bu məhsullar apteklərdə satıla, xəstəxanalarda istifadə oluna bilməz. Bəs keyfiyyətsiz olduğu baxanda belə məlum olan bu şprislərin ölkədə satışına niyə icazə verilir?

Təəssüf ki, Mərkəzin məsul şəxslərindən bu sualımıza da cavab ala bilmədik. Telefon nömrəmizi götürən mərkəzin xanım əməkdaşı sualımızı qeyd etdiyini, bizə cavab veriləcəyini bildirsə də, geridönüş olmadı. Görünür, bu rəzalətə verəcək bir cavabları yoxdur.

Xatırladaq ki, “AzPolitika.info” təxminən 2 il əvvəl də ölkədə keyfiyyətsiz şprislərin satılması ilə bağlı problemi gündəmə gətirmişdi. O zaman adıçəkilən Mərkəz ölkədə satılan şprislərin ekspertizadan keçirilmədiyini, bunun üçün laboratoriyanın olmadığını bildirmişdi. Şprislərin onları gətirən şirkətlərin mənşə və keyfiyyət sertifikatları əsasında satışına icazə verildiyini qeyd etmişdi. Hansı ki, bu sertifikatları Azərbaycana şprisin idxal edildiyi Çində 300-500 dolllara almaq mümkündür. Çünki xaricə ixrac olunan məhsulların beynəlxalq keyfiyyət standartlarına cavab verməsinə xüsusi diqqət yetirilmir, hətta bu ölkədə "yeraltı" sex məhsullarına belə sertifikatları alıb verən şirkətlər fəaliyyət göstərir.

Qəribə də olsa, Analitik Ekspertiza Mərkəzi hələ də tibbi ləvazimatların keyfiyyətinin yoxlanılması üçün laboratoriya qurmayıb. Bəlkə də, hansısa maraqlara görə qurmaq istəməyib. Çünki indiki halda laboratoriya olmadığını bəhanə edərək mənşəyi məlum olmayan keyfiyyətsiz şprisləri onların gətirən şirkətlərin təqdim etdikləri “sertifikatlara” əsaslanaraq satışına icazə verə bilir. Təbii ki, nəyinsə müqabilində... Ölkə vətəndaşlarının sağlamlığı isə, görünür, bu qurumun rəhbərliyini maraqlandırmır. Əks halda, bu laboratoriyanı qurardı. Ən azı ölkədəki şpris zavodunda mövcud olan laboratoriyada idxal olunan şprislərin keyfiyyətini yoxladıqdan sonra onların satışına və istifadəsinə icazə verərdi. Bunu etmirsə, deməli, ortada hansısa çirkli razılaşma, işbirliyi var... Bunu isə hüquq-müafizə orqanları araşdırmalıdır.

Ölkədə mənşəyi məlum olmayan təhlükəli şprislərin belə total yayılmasının başlıca günahkarlarından biri və, bəlkə də, birincisi İcbari Tibbi Sığorta Agentliyidir (İTSA) desək, yəqin səhv etmərik. Məsələ ondadır ki, dövlət xəstəxanalarını, poliklinikaları, hətta İTSA ilə müqaviləsi olan bir sıra özəl klinikaları dərmanlarla, tibbi ləvazimatlarla məhz Agentliyin tenderlərdə qalib etdiyi şirkətlər təmin edir. Bu tenderlərin necə keçirildiyi, Agentliyin rəhbərliyinin qalib şirkətləri necə müəyyənləşdirdiyi, hansı qanunsuzluqlara yol verildiyi geniş bir yazının mövzusu olduğundan indi üzərində dayanmırıq.

Ancaq qeyd etmək lazımdır ki, ölkəyə mənşəyi məlum olmayan bu keyfiyyətsiz şprisləri həm də İTSA-nın tenderlərində qalib olan şəxslərin şirkətləri idxal edir. Hansı ki, iz itirmək, ictimaiyyəti çaşdırmaq və məsuliyyətdən qaçmaq üçün bu şirkətlərin adlarının vaxtaşırı dəyişdirildiyi bildirilir. Müxtəlif yollarla mənşəyi məlum olmayan şprisləri gətirib Bakıda anbarlara dolduran və tenderlərdə “kreativ” maxinasiyalarla qalib edilən bu şirkətlərin İTSA-nın rəhbərliyindəki şəxslərin yaxın çevrəsinə aid olduğu da şübhə doğurmur. Hər halda ölkədə beynəlxalq standartlara cavab verən şpris istehsal edən zavod olduğu halda Agentliyin dövlət xəstəxanaları, poliklinikalar üçün şprisləri “yeraltı” sexlərin məhsullarını idxal edən şirkətlətdən almasının başqa izahı ola bilməz.

Misal üçün, bildiyimiz kimi bu günə qədər əhaliyə COVİD 19 əleyhinə 14 000 000 ədədə yaxın vaksin vurulmuşdur. Vaksinasiya üçün istifadə edilən çox əhəmiyyətli olan 0,5ml-lik xüsusi vaksin şprislərinin cəmi 5 700 000 ədədi yerli istehsalçıdan alınmış, 8 000 000 ədədi isə idxal edilmişdir.

Halbuki Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə yerli şpris zavodunun qurulmasında (dövlət 5 milyon kredit ayırıb, səhmlərinin 29 faizi dövlətə məxsus Azərbaycan İnvestisiya Şirkətinə aiddir) əsas məqsəd ölkəni idxaldan asılılıqdan qurtarmaq olub.

Bunu Prezident İlham Əliyev 2019-cu ilin mayından fəaliyyətə başlayan “Diamed Co” şpris istehsalı zavodunun açılışında şəxsən bəyan edib. Sitat: “Azərbaycanda bu sahədə də idxaldan asılılıq aradan götürülmüş olacaq. Bu zavodda bizim siyasətimiz öz əksini tapır, çünki idxaldan asılılığı azaltmaq bizim üçün əsas məsələlərdən biridir. Bu günə qədər biz şprisləri xaricdən alırdıq, indi isə buna ehtiyac qalmır”.

Ancaq qəribə də olsa, İTSA-nın rəhbərliyi və Analitik Ekspertiza Mərkəzi Prezidentin istiqamətləndirdiyi dövlət siyasətinin tam əksinə gedərək tabeliklərindəki tibb müəssisələrini yerli məhsulla deyil, xaricdən gətirilən keyfiyyətsiz şprislərlə təmin etmyə üstünlük verirlər.

Diqqət edək: Azərbaycanda şprisə olan illik tələbat 135 milyon ədəddir. “Diamed Co” şpris istehsalı zavodunun illik istehsal gücü 150 milyon ədəd şprisdir. Yəni zavod Azərbaycanı tam şəkildə, həm də yüksək keyfiyyətli şprislərlə təmin etmək gücündədir.

Ancaq zavod fəaliyyətə başladıqdan sonra ölkəyə Statistika Komitəsinin rəsmi məlumatına görə, 2020-ci il üzrə xaricdən 89 milyona, 2021-ci ildə 70 milyona yaxın şpris idxal olunub. 2022-ci ilin ilk iki ayında ölkəyə təxminən 9 milyon şprisin gətirildiyini nəzərə alsaq, bu il də 70-75 milyon şprisin idxal ediləcəyini deyə bilərik. Hansı ki, bunun böyük hissəsini İTSA-nın tenderlərində qalib elan etdiyi şirkətlər idxal edir.

Ancaq bu da hamısı deyil. Səhiyyə Nazirliyi də hər il humanitar yardım kimi ÜST-dən, Beynəlxalq Qızıl Xaç Komitəsindən və Qızıl Aypara Cəmiyyətindən təxminən 30 milyondan artıq şpris alaraq ölkəyə gətirir. Maraqlıdır ki, Səhiyyə Nazirliyinin humanitar yardım məqsədi ilə gətirdiyi şprislərin hamısı Türkiyənin “Set injekt” şirkətinin məhsulu olur. Həm bu fakt, həm də nazirliyin humanitar yardım kimi insanların daha çox əziyyət çəkdiyi xəstəliklər üçün lazım olan dərmanları deyil, məhz şpris sifariş etməsi ortada hansısa çirkli biznes maraqlarının olduğunu düşünməyə əsas verir. Təsadüfi deyil ki, bu şprislərin də böyük hissəsinin nazirliyin məsul şəxslərinə yaxın apteklərdə satıldığına dair iddialar var.

Yəni, bilavasitə dövlət qurumlarının iştirakı ilə ölkəyə 100 milyondan artıq şpris daxil olur. Həm də mənşəyi məlum olmayan, keyfiyyətsiz, insan sağlamlığı üçün təhlükəli məhsullar. Hansı ki, mütəxəssislər belə şprislərin insanlarda sinir və xərçəng xəstəlikləri yaratdıqlarını bildirirlər.

Burada maraq doğuran əsas suallardan biri də İTSA-nın və İnnovasiya və Təchizat Mərkəzinin niyə yerli zavodun deyil, xaricdən mənşəyi məlum olmayan şprisləri almaqda maraqlı olmasıdır?

Bunun zavodun bazarın tələblərini ödəyə bilməməsi ilə bağlamaq olmaz. Çünki zavod rəsmiləri dəfələrlə mətbuata açıqlamalarında tam gücü ilə işləməyə hazır olduqlarını, anbarlarının dolu olduğunu vurğulayıblar.

Bunu yerli məhsulun baha olması ilə də əlaqələndirmək olmaz. Çünki şprisləri “Diamed Co” zavodundan aldıqda nə nəqliyyat xərcləri, nə gömrük rüsumları, nə də idxal zamanı meydana çıxan başqa xərclər olmadığından yerli məhsulun daha ucuz başa gəldiyi şübhə doğurmur. Təbii ki, müafiq keyfiyyət standartlarına cavab verən, zibildən hazırlanmayan şprislərlə müqayisədə.

Bunu keyfiyyətlə də əlaqələndirmək olmur. Belə ki, “Diamed Co” zavodunun istehsal etdiyi məhsulların xammalı tibbi yönümlü polimerlər olmaqla, İsveçrənin dünyaca məşhur olan “İNEOS” şirkətindən, iynə ucları isə bu sahədə bir nömrə olan Yaponiyanın məşhur “NİPRO” şirkətindən alınaraq gətirilir. Xaricdən gətirilən şprislər, yuxarıda qeyd etdiyimiz kimi tullantı məhsullardan hazırlanır və insan sağlamlığı üçün təhlükəlidir.

Bu halda İcbari Tibbi Sığorta Agentliyinin yerli zavodun məhsullarını almaqdan imtina edərək zibilliyə atılmalı olan şprisləri idxal edən şirkətlərlə işbirliyi qurmasının, Analitik Ekspertiza Mərkəzinin belə şprislərin ölkədə satılmasına “yaşıl işıq” yandırmasının səbəbi kimi bəzi ehtimallar ortaya çıxır.

Birinci ehtimal odur ki, ortada korrupsiya maraqları, külli miqdarda dövlət vəsaitinin talanması var. Belə ki, ya bu şirkətlər adıçəkilən qurumların rəhbərlərinin özlərinindir, xaricdən çox ucuz qiymətə (kilosu 1 -2 qəpiyə) aldıqları keyfiyyətsiz şprisləri baha qiymətə rəsmiləşdirib külli miqdarda dövlətin vəsaitini mənimsəyirlər. Ya da mənşəyi məlum olmayan şprisləri gətirən şirkətləri tenderlərdə qalib edərək, onlardan böyük miqdarda “otkat” alırlar.

İkinci ehtimal isə odur ki, bu qurumların rəhbərliyində Azərbaycanda milli istehsalın, xüsusilə sənayenin inkşafının qarşısını almaq istəyən xarici qüvvələrlə işbirliyi içində olan şəxslər var. Məhz onlardan aldıqları tapşırıqla xaricdən keyfiyyətsiz şprisləri ölkəyə doldurmaqla Prezidentin təşəbbüsü ilə açılan, dövlət kreditilə tikilən zavodun bağlanılmasına çalışırlar.

Üçüncü ehtimal odur ki, bu qurumlarda ölkə rəhbərliyini, siyasətini sabotaj etmək istəyən, ölkədə narazılıq yaratmağa çalışan, Azərbaycanda iş görməyin qeyri-mümkün olduğunu göstərməyə cəhd edən şəxslər var. Təsəvvür edin ki, Prezidentin təşəbbüsü ilə açılan zavod 3 il sonra bağlanır. Həm də məhsuluna yüksək tələbat olan bir zavod. Dövləti istəməyən qüvvələr bunu bütün dünyaya yayacaq. Bunu görən hansı iş adamı Azərbaycana investisiya qoyar, ölkədə yeni zavod açmağa maraq göstərər?! Heç kim!

Başqa ehtimallar da mümkündür. Ancaq istənilən halda ölkəyə mənşəyi məlum olmayan, keyfiyyətsiz şprisləin gətirilməsində iştirak edən, buna şərait yaradan vəzifəli şəxslərin dövlətə və millətə düşmən mövqedə dayandığını, hətta xəyanət etdiyini deyə bilərik. Çünki həm dövlətin vəsaiti talanır, həm külli miqdarda valyuta xaricə axır, həm milli iqtisadiyyatın inkişafına zərbə vurulur, həm də əhalinin sağlamlığı risk altında buraxılır. Odur ki, hüquq-mühafizə orqanlarının bu faktları nəzarətə götürməsinə, cinayətə yol verən vəzifəli şəxslərin aşkara çıxarılmasına ehtiyac var!

Mövzu ilə bağlı araşdırmalarımızı davam etdirərək ekspertlərin, dövlət qurumlarının mövqeyini də dərc etməyə, saxta şprislərin hansı şirkətlər tərəfindən ölkəyə gətirildiyini öyrənməyə çalışacağıq,
“AzPolitika.info”





 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Qapımı bağlayıblar, görün hardan çıxıram, EVİMDƏ XƏSTƏM VAR, BELƏ ŞEY OLAR?"
Dünən, 19:00
Rəşad Dağlı üzr videosundan danışdı: - “Məni kimsə məcbur etməyib, dərəbəylik deyil ki...”
Dünən, 18:04
Rusiyanın qarşısını aldığı SÜLH PROSESİ: - Bakı ilə Moskva qarşı-qarşıya
Dünən, 18:02
Müştərilərə XARAB mal satır, üstəlik MƏHKƏMƏYƏ VERİR... - GİLEY
Dünən, 17:59
23-24 apreldə keçirilmiş buraxılış imtahanlarının nəticəsi açıqlanıb - Diqqət!
Dünən, 17:55
"Ermənistan əvvəlki siyasətini davam etdirmək niyyətindədir" - Ekspert danışır
Dünən, 17:53
Paşinyanın həbsi tələb edildi - İSTİNTAQ QƏRARI
Dünən, 17:50
Zaur Mirzəzadə məhkəmə zalında həbs edildi - TƏFƏRRÜAT
Dünən, 17:48
Türkiyədə dollar yenidən bahalaşdı! – Siyasi amillə bağlıdır?
Dünən, 17:46
Jurnalist İradə Cəlilin "vəfat etməsi” xəbərini kimlər və niyə yayıb? - AXI NİYƏ?!
Dünən, 17:44
Ermənistan üçün hamı günahkardır: Paşinyan KTMT-dən nə istəyir? - GƏLİŞMƏ
Dünən, 17:42
“Rusiyanın Ukraynaya qarşı müharibədə hava üstünlüyü artıq yoxdur” - MN
Dünən, 17:41
Türkan bələdiyyəsinin açıqlaması YALAN ÇIXDI – Qəsəbə sakinləri bu dəfə NAZİRLİYƏ üz TUTDU
Dünən, 17:39
“Birmənalı şəkildə Azərbaycanı Ermənistandakı proseslərə hazırlayırlar...” - Ekspert danışır
Dünən, 17:34
İnstitut direktoru ilə bağlı ağlasığmaz İDDİA: - İşdən azad olunanda bütün elektron məlumat bazasını silib?
Dünən, 17:32
Bakıda 37 məktəbə yeni direktor təyin olunub - SİYAHI
Dünən, 17:25
Deputatın klinikası cərimə olundu – İş məhkəmədə
Dünən, 17:21
"Naxçıvanda 4 nəfərin öldüyü qəza ört-basdır edilir" - NARAZILIQ!
Dünən, 17:17
İki rayona yeni rəis təyin edildi - ƏMR
Dünən, 17:15
Azərbaycanda “repetitor” biznesi: - "Müəllimlər "sədaqət andı" içirlər"
Dünən, 17:13
Ukraynanın işğal edilmiş ərazilərində "referendum" olacaq?
Dünən, 17:11
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:00
"Qala Sığorta" satılıb
Dünən, 16:59
Rusiya Mariupolu “kadırovçular"a verir
Dünən, 16:17
Xızıda dövlət tenderlərini KİMLƏR UDUR?
Dünən, 16:15
Ramiz Mehdiyevə bağlı şirkəti məhkəməyə verdilər – Aralarında Ramiz Rövşən də var...
Dünən, 16:13
"OBA" marketin pendiri uşağı ZƏHƏRLƏDİ
Dünən, 16:09
Azərbaycan Laçın dəhlizinin yanında işıq dirəkləri qoyur – Ermənilər təşvişdə
Dünən, 16:02
Ermənistanın cinayətləri Beynəlxalq Məhkəmədə araşdırıla bilər... - Ekspert danışır
Dünən, 16:01
Milli Məclisə yeni Aparat rəhbərinin təyin olunmasına REAKSİYALAR – Fərid Hacıyevdən gözləntilər
Dünən, 15:58
"Rabitəbank"da hansı QANUNLAR İŞLƏYİR... - NARAZILIQ VAR!
Dünən, 15:56
İsmayıllıda meşə ərazisində narkotik tərkibli bitkilər becərən şəxs saxlanılıb
Dünən, 15:52
“Güman edirəm ki, Paşinyan Rusiyanın Ermənistanda qolunu “kəsməyi” bacaracaq...”
Dünən, 15:50
Azərbaycanlıların Rusiyadan “böyük köç”ünün qarşısı alındı
Dünən, 15:45
“Göylə gedən” AZAL: “Kef edir” - FAKT BUDUR!
Dünən, 15:20
İrandakı etirazların PƏRDƏARXASI: - Rusiya və Çin Qərblə çəkici eyni nöqtəyə vurur?
Dünən, 15:16
“Azərbaycan və Türkiyə federativ dövlətə doğru irəliləməlidir” - TƏKLİF
Dünən, 15:14
Azərbaycan bazarına daha 2 lombard şirkəti - DAXİL OLDU
Dünən, 15:10
Əli Nağıyevin oğlunun 1 milyon dollara yaxın borcu var - DETALLAR
Dünən, 15:08
Putin yenə “Qarabağ problemi” dedi – Bir rəhbər öz imzasına hörmət qoymursa...
Dünən, 15:02
Azərbaycanda insanlar evlərinin damında günəş panelləri yerləşdirə biləcəklər
Dünən, 15:00
Azərbaycan DİN Britaniya səfirliyinə cavab verib
Dünən, 14:58
Azərbaycanı da çörəklə imtahana çəkirlər? - AKTUAL
Dünən, 14:20
“Onun oxuduğu mahnılara bizim müğənnilər yaxın gələ bilməzlər...”
Dünən, 14:17
Koçaryan, Sarkisyan və onların dəstələri çoxdan tarixin arxivinə göndərilib - Ekspert danışır
Dünən, 14:02
TƏBİB-in tenderlərini kimlər udur? - SİYAHI
Dünən, 14:00
Səmayə Məmmədovaya nazirlikdə vəzifə verildi
Dünən, 13:21
Xankəndində İrəvandakı “müqavimət” hərəkatına dəstək ssenariləri müzakirə edilir... - “Hraparak”
Dünən, 13:16
Üçtərəfli İşçi Qrupun növbəti iclası mayda keçiriləcək
Dünən, 13:14
Azərbaycanda sevgilisi rəis olanlardan bəhs edən klip çəkildi - BELƏ HARA GEDİRİK?
Dünən, 13:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru