Rusiyadan oyunbazlıq: Paşinyanın adamları Qarabağa ayaq açıb .....                     Postlardan keçməyə cəhd göstərən 2059 nəqliyyat vasitəsi geri qaytarılıb .....                     Separatçı-terrorçu erməni xuntası torpağımızda “daxili işlər nazirliyi” də yaratdı... .....                     Ramiz Mehdiyev keçmiş nazirə vəzifə verir .....                     Müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti mərhələsinə fevraldan başlanılacaq .....                     ETSN Xəzərin səviyyəsinin aşağı düşəcəyi barədə proqnozlara aydınlıq gətirib .....                     Goranboy hərbi komissarlığı xəstəni hərbiyə yollamaq istəyir? .....                     Lerikin icra başçısından absurd bəhanə... .....                     “Deyirlər, get, müalicə ol…” .....                     “Yayı gözləyə bilmərik, ona görə vaksinasiya çox vacibdir” .....                     "Lotu Quli"nin adam oğurluğunda təqsirləndirilən tərəfdarının istintaqı başa çatıb .....                     Əhali ölkəmizin vaksinasiya tədbirlərinin təhlükəsizliyinə güvənsin .....                     Neftin ucuzlaşması davam edir .....                     “Azİmport” MMC ittihamlara cavab verdi .....                     Səfirlik ABŞ-dakı azərbaycanlılara müraciət etdi .....                     Arvadını bıçaqlayan qısqanc ər hakim qarşısına çıxarılır .....                     Prezidentin mesajı: Zərif buna görə gəlir .....                     Bakıda yol buz bağladı, hər iki istiqamətdə zəncirvari qəza oldu .....                     Qonşuların pomidor bəhanəsi: .....                     "Belə bir qərar varsa, Samir Şərifovu Ömər aşırımına göndərmək lazımdır" .....                     Mülkiyyət hüququ olmayan vətəndaş Gəncə icra hakimiyyətini məhkəməyə verdi .....                     Ermənilərin Bayden ümidi və Qarabağ: .....                     “Rusiyanın hansısa kadrları müdafiə etməsi təbiidir” .....                     Anadangəlmə xəstəyə əlillik dərəcəsi niyə verilməyib? .....                     Sumqayıtda bələdiyyə-mələdiyyə oyunu... .....                     "Bugünkü Rusiya həmin SSRİ-nin varisidir" .....                     Türkiyədə zəlzələ olub .....                     “Leyla Yunus üçün əsas pul qazanmaqdır” .....                     Azərbaycanda ibtidai icma dövründə baş verən edamla bağlı aparılan tədqiqatın nəticələri açıqlanıb .....                     "Azəriqaz" Gəncədə belə iş görürmüş... .....                     "Azərxalça"da ilginc korrupsiya ilmələri... .....                     Harada görsənib ki, 50 minlik bir etnik qrupa xüsusi status verilsin? .....                     “Uzun müddətdir ki, kənara çəkilib, dilimi qarnıma qoymuşam...” .....                     “Deyir ki, Əli Həsənovun evində erməni var...” .....                     Xankəndinin girişində Rusiya bayrağı və erməni əskisi yan-yana… .....                     “O vaksindən biz də istifadə edəcəyik” .....                     Necə oldu ki, Azərbaycan və Türkmənistan aralarındakı mübahisəyə son qoyaraq anlaşdılar? .....                     Rasim Musabəyov yenə də ağıllı-ağıllı danışdı... .....                     Ermənistanın əsas nəqliyyat xətləri Azərbaycanın nəzarəti altına keçə bilər .....                     Uşaqlara COVİD-19 peyvəndi vurulacaqmı? .....                 

Goranboyda büdrəyən YENİ SİYASƏT... - İslahatlara kim mane olur?
Tarix: 14-09-2020, 09:56 | Çap et
Goranboyda büdrəyən YENİ SİYASƏT...
Prezident İlham Əliyevin 2018-ci ildən başlayaraq həyata keçirdiyi dəyişikliklər, reputasiyası zədələnməmiş kadrları irəli çəkməsi göstərdi ki, iqtidar yeni strategiya və model ortaya qoymağı hədəfləyib. Bu siyasətin tərkib hissəsi yerli idaretmə orqanlarının fəaliyyətində əsaslı islahatlar aparmaq, köhnə qvardiyanın korrupsioner maraqlarına xidmət edən məmurları strukturlardan uzaqlaşdırmaqdır. Artıq 6 icra başçısının həbs olunması, bir neçəsinin vəzifəsindən azad edilməsi təsdiqləyir ki, hakimiyyət əyalətlərdə idarəçiliyə radikal şəkildə əl gəzdirir.

Bu prosesin davamının gələcəyi də şübhə doğurmur.
Prezidentin “Ağ inqilab” adlandırılan dəyişiklikləri nazirlikərlərdən, parlamentdən tutmuş, İH-lərə qədər hər yeri əhatə edəcək. Xüsusən də, icra hakimlərinin fəaliyyətində hələ də vətəndaşları narazı salan, süründürən, korrupsiyaya səbəb olan hallar var.

Goranboyda mehdiyevizm ənənəsi

araz.az-ın siyasət şöbəsinin məlumatına görə, yerli icra orqanları arasında ən çox qaranlıq işləri diqqət çəkən, tez-tez medianın gündəminə gələn, adı müxtəlif maxinasiyalarda, xoşagəlməz hadisələrdə hallanan Goranboy Rayon İcra Hakimiyyətidir.
KİV üzərindən monitorinqlər, müşahidə və araşdırmalar bu qənaəti hasil edir ki, Goranboy İH və onun rəhbərliyi prezidentin yuxarıda sadaladığımız islahatlar kursuna daban-dabana zidd fəaliyyətdədir. Rayonun icra başçısı Məhərrəm Quliyev Ağstafadan Goranboya transfer edilməsinə, ona siyasi rəhbərlik tərəfindən böyük etimad göstərilməsinə, hər iki bölgədə nələrin baş verdiyini, rüşvət üstündə həbslər olduğunu hamının bilməsinə baxmayaraq, öz xoşagəlməz əməllərini, ənənəvi idarəçilik metodlarını tərgitmir. M. Quliyevə elə gəlir ki, köhnə əyyamlardır, Ramiz Mehdiyev nomenklaturası davam edir və özünü “kiçik padşah” kimi apara bilər.

Nağdəliyev sayəsində yüksəliş və...

Sirr deyil ki, M. Quliyev Prezidentin ərazi-təşkilati məsələlər üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyevin kadrı kimi tanınır. Z. Nağdəliyev hələ Lənkəranın icra başçısı postunu tutarkən əslən bu bölgədən olan və yerli İH-də işləyən M. Quliyevi yanına çəkir, müavin təyin edir. Halbuki, Məhərrəm Quliyevin dosyesi ürəkaçan deyildi. Mediada gedən iddialara görə, atası Böyükağa Quliyev Lənkəran İH-də şöbə müdiri vəzifəsində çalışdığı dövrdə yol verdiyi korrupsiyaya görə həbs edilib. Başqa iddialara görə, M. Quliyev “Avrora” sovxozunda aqronom işlədiyi vaxtlarda aktiv şəkildə siyasi proseslərə qoşulub. Söhbət 1993-cü ildən gedir və həmin dövrdə Lənkəranda hansı siyasi hadisələrin cərəyan etdiyini əksəriyyət xatırlayır. Bütün bu təqdimatlar onun karyera yüksəlişində tormozlayıcı faktor olmalıydı. Amma Nağdəliyev Quliyevə “yaşıl işıq” yandırır və tramplin rolunu oynayır. Ardınca Prezident Administrasiyasına dəvət edilən və yüksək vəzifəyə təyin olunan Z. Nağdəliyevlə birgə, M.Quliyevin də, xoş günləri başlayır.
Məhərrəm Quliyevin Ağstafaya icra başçısı təyin olunmasında sözsüz ki, Nağdəliyevin müsbət təqdimatı ciddi rol oynayıb. Ancaq Ağstafada işlədiyi dövrdə adı müxtəlif maxinasiyalarda, hazırda həbsdə olan I müavin Ramiz Tatarovla qanunsuz işlərdə çəkilib. Di gəl ki, rayonu viran qoyan Məhərrəm Quliyev yenə də özünü qoruya bilib. Ağstafadan Goranboya icra başçısı təyinatında da, məhz, Zeynal Nağdəliyevin yüksək nüfuzu, prezident qarşısında etimadı rol oynayıb. Amma son vaxtlar Goranboy İH və başçısı ilə bağlı elə xəbərlər yayılıb ki, onun həm kurator Nağdəliyevin, həm prezidentin etimadını doğrultmadığına əsaslar yaradır.
WhatsApp Image 2020 09 14 at 00.16.18

Quliyev - Həsənov tandemi: Yığım, xərac...

Əldə edilən məlumatların birində deyilir ki, rayon sakini Arzu Verdiyev icra başçısının qəbuluna düşmək istəyir. Əvəzində başçının I müavini Ceyhun Həsənov tərəfindən şil-küt edilir. Hətta iddialara görə, qəbula gələn goranboylu pəncərədən atılır. Qəribə də olsa, bu haqda İH tərəfindən indiyədək heç bir rəsmi münasibət ortada yoxdur. Məgər budurmu xalqla işləmək? Prezident qəbula gələn sakini döyməyi, yoxsa dərdini dinləməyi tapşırıb?
Ümumiyyətlə, M. Quliyev - C. Həsənov tandemi uğurlu alınıb və onlar Goranboyda bütün qeyri-rəsmi maliyyə əməliyyatlarını birgə həyata keçirirlər.
O, həmin Ceyhun Həsənovdur ki, I müavin vəzifəsini daşıyarkən, Goranboyda həddi-hüdudu bilinməyən qanunsuzluqlara imza atıb. Hətta onun vasitəçiliyi ilə, Rayon Təhsil Şöbəsinin 20-dən çox vəzifəlisinə cinayət işi qaldırılıb.
Deyilənlərə görə, Məhərrəm Quliyev Göoranboya icra başcısı təyin olunduqdan sonra C. Həsənovun mövqeyi daha da möhkəmlənib.
İddialara görə, icra başçısı ilk günlərdə idarə və təşkilat rəhbərlərinə mesaj göndərib --

"Mən deyən olmalıdır, vəssalam!..".

Məsələn, həmin vaxt rayonun Telekommunikasiya Qovşağının rəisi 70 min manat, “Sukanal” idarəsinin müdiri buna bənzər məbləğ ödəməli olublar. Səhiyyə şöbəsinin müdiri də vəzifədə qalmaq naminə tələbi yerinə yetirib. Yəni, şöbə müdiri ayda 2-3 min “haqq” verməyə razılaşıb. Bütün bu iddialar mətbuatda tirajlanıb, ittihamlar səslənib, amma ortada Goranboy İH tərəfindən heç bir rəsmi açıqlama, təkzib və ya təsdiq yoxdur.
Madam belədirsə, “susmaq -- razılıq əlamətidir” ifadəsi yada düşür. Maraqlıdır, niyə, icra başçısı ona ünvanlanan bu ittihamların heç birinə cavab verməyib?
Həmçinin, Goranboy rəhbərinin torpaq sahələrini ələ keçirdiyi, sakinlərin problemlərinə ürək qızdırmadığı barədə də, ortadakı danılması mümkünsüz tükürpədici faktlar belə indiyədək təkzib olunmayıb.

Goranboyda feodalizm mühiti, hədə-qorxuyla, gözümçıxdıyla,.. hallanan qanunsuz hərəkətlər

Elə, bu yaxınlarda, rayonun Qızılhacılı qəsəbə sakinləri Eldar Musayevin və Arzu Verdiyevin ölkə rəhbərlinə ünvanladıqları şikayət xarakterli müraciət də bu barədədir. Həmin müraciətdə onlar bildiriblər ki, Goranboyda orta əsrlərə məxsus feodal quruluşu yaşanır: “Olkə başçısından Qızılhacılı qəsəbəsində, keçmiş Qara Məmməd adına kolxozun Aqrar İslahat Komissiyası tərəfindən yerli əhalinin istifadəsi üçün nəzərdə tutulan azad örüş sahələrinin qanunsuz zəbt edilərək, əkilməsinə, idman meydançalarına, elat yollarına, zibil tökülməsi üçün nəzərdə tutulan sahələrə, bələdiyyənin ehtiyat fonduna və digər sosial yönümlü sahələrə aid özbaşınalıqların aradan qaldırılması üçün xahiş etmişik. 2020-ci ilin yazında, heyvanların örüşə gedən vaxtı biz gördük ki, hər yer şumlanıb və toxum səpilib. Mayın 4-də icra başçısı Məhərrəm Quliyevin qəbulunda olduq və geniş tərkibli komissiya yaradılması qərara alındı. Həmin qəbulda RPŞ-nin və DTX-nın rayon şöbəsinin rəisləri də iştirak edirdilər. Bütün bunlardan sonra, bizə qarşı hədə-qorxu gəlməklə, təzyiq etməyə çalışdılar. Biz vəziyyətin ciddiliyini nəzərə alıb, sosial şəbəkələr vasitəsi ilə Prezidentə Goranboy rayon Qızılhacılı qəsəbəsində rayon İcra başçısının I müavini, oliqarx məmur kimi ad çıxaran Ceyhun Həsənovun kirvəsi Ehtibar Lətif oğlu Əhmədovun dövlət içində dövlət yaradaraq, illərlə qəsəbəni taladığını və hər cür qanunsuzluq edərək, Qızılhacılı bələdiyyəsini zəbt etdiyini bildirdik”, -- bu sözlər həmin müraciətin sonudur və ciddiliyi ilə diqqəti cəlb edir.
Biz, araz.az-ın oxucularına prezidentə ünvanlanan həmin geniş müraciətin yalnız kiçik parçasını və əsas məğzini təqdim etdik ki, onlarda, Goranboyda İH rəhbərliyinin qanun çərçivəsindən kənar hansı əməllərlə məşğul olduğu təsəvvürü yaransın.
Yeri gəlmişkən, onu da qeyd edək ki, icra başçısı M. Quliyevin subartezian quyularının istismarı idarəsinin rəisi Rauf Teyyubovu gözümçıxdıya saldığı barədə də əlimizdə məlumatlar var. Əlimizdə olan digər bir informasiya isə bu barədədir ki, icra başçısı ona verilən “Toyota Avalon” markalı xidməti avtomobil ətrafında da qanunları tapdalayır. KİV-də yayılan fotolardan, texniki pasport və radar bildirişindən, o cümlədən vətəndaşlarla görüşdəki şəkillərdən məlum olur ki, ərazidə saxlanan 22-AA-001 qeydiyyat nömrəli avtomobil heç də M. Quliyevə verilən xidməti “Toyota Avalon” deyil, “BMW”-dir.
Bütün bunlar da, birbaşa, prezidentin icra başçılarını təyin edərkən, hər dəfə səsləndirdiyi ciddi tapşırıqlarının əleyhinə getmək deməkdir. Ən qəribəsi odur ki, M. Quliyevin özfəaliyyəti yuxarıdakı məsələlərlə məhdudlaşmır. Bütün bunlar barədə, növbəti araşdırma yazılarımızda tanış ola biləcəksiniz.
araz.az



 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyadan oyunbazlıq: Paşinyanın adamları Qarabağa ayaq açıb - Kim “yaşıl işıq” yandırır?
Bu gün, 10:08
Postlardan keçməyə cəhd göstərən 2059 nəqliyyat vasitəsi geri qaytarılıb - DİN
Bu gün, 10:06
Separatçı-terrorçu erməni xuntası torpağımızda “daxili işlər nazirliyi” də yaratdı... - NƏ BAŞ VERİR?
Bu gün, 10:04
Ramiz Mehdiyev keçmiş nazirə vəzifə verir - FOTO
Bu gün, 10:01
Müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti mərhələsinə fevraldan başlanılacaq - Diqqət!
Bu gün, 09:56
ETSN Xəzərin səviyyəsinin aşağı düşəcəyi barədə proqnozlara aydınlıq gətirib
Bu gün, 09:55
Goranboy hərbi komissarlığı xəstəni hərbiyə yollamaq istəyir? - GİLEY
Bu gün, 09:53
Lerikin icra başçısından absurd bəhanə... - İLGİNC FAKT
Bu gün, 09:48
“Deyirlər, get, müalicə ol…” - GİLEY
Bu gün, 09:42
“Yayı gözləyə bilmərik, ona görə vaksinasiya çox vacibdir” - AÇIQLAMA
Bu gün, 09:36
"Lotu Quli"nin adam oğurluğunda təqsirləndirilən tərəfdarının istintaqı başa çatıb
Bu gün, 09:33
Əhali ölkəmizin vaksinasiya tədbirlərinin təhlükəsizliyinə güvənsin - ÇAĞIRIŞ
Bu gün, 09:32
Neftin ucuzlaşması davam edir
Bu gün, 09:29
“Azİmport” MMC ittihamlara cavab verdi
Bu gün, 09:28
Səfirlik ABŞ-dakı azərbaycanlılara müraciət etdi
Bu gün, 09:23
Arvadını bıçaqlayan qısqanc ər hakim qarşısına çıxarılır
Bu gün, 09:18
Prezidentin mesajı: Zərif buna görə gəlir - GƏLİŞMƏ
Bu gün, 09:17
Bakıda yol buz bağladı, hər iki istiqamətdə zəncirvari qəza oldu - FOTO
Bu gün, 09:11
Qonşuların pomidor bəhanəsi: - Yerli aqronomlar onları təkzib edir
Bu gün, 09:09
"Belə bir qərar varsa, Samir Şərifovu Ömər aşırımına göndərmək lazımdır" - Hərbi ekspert
Bu gün, 09:07
Mülkiyyət hüququ olmayan vətəndaş Gəncə icra hakimiyyətini məhkəməyə verdi - QALMAQAL
Bu gün, 09:03
Ermənilərin Bayden ümidi və Qarabağ: - Güney Qafqaz uğrunda yeni oyun başlayır
Bu gün, 09:02
“Rusiyanın hansısa kadrları müdafiə etməsi təbiidir” – Ramiz Mehdiyevlə bağlı AÇIQLAMA
Bu gün, 09:00
Anadangəlmə xəstəyə əlillik dərəcəsi niyə verilməyib? – ƏƏSMN-dən qəribə qərar
Bu gün, 08:58
Sumqayıtda bələdiyyə-mələdiyyə oyunu... - Sərvis Süleymanov kimdir?
Bu gün, 08:56
"Bugünkü Rusiya həmin SSRİ-nin varisidir" - ekspert
Bu gün, 08:54
Türkiyədə zəlzələ olub
Bu gün, 08:53
“Leyla Yunus üçün əsas pul qazanmaqdır” - yeni “məhbus siyahısı”na etirazlar...
Bu gün, 08:52
Azərbaycanda ibtidai icma dövründə baş verən edamla bağlı aparılan tədqiqatın nəticələri açıqlanıb
Bu gün, 08:49
"Azəriqaz" Gəncədə belə iş görürmüş... - NARAZILIQ!
Bu gün, 08:48
"Azərxalça"da ilginc korrupsiya ilmələri... - İTTİHAM
Bu gün, 08:44
Harada görsənib ki, 50 minlik bir etnik qrupa xüsusi status verilsin? - ETİRAZ
Bu gün, 08:40
“Uzun müddətdir ki, kənara çəkilib, dilimi qarnıma qoymuşam...”
Bu gün, 08:38
“Deyir ki, Əli Həsənovun evində erməni var...” - “Mən heç bilmirəm ”beşinci kolon" nə deməkdir"
Bu gün, 08:35
Xankəndinin girişində Rusiya bayrağı və erməni əskisi yan-yana… - SUSACAĞIQMI?
Bu gün, 08:31
“O vaksindən biz də istifadə edəcəyik”
Bu gün, 08:30
Necə oldu ki, Azərbaycan və Türkmənistan aralarındakı mübahisəyə son qoyaraq anlaşdılar? - TƏHLİL
Bu gün, 08:27
Rasim Musabəyov yenə də ağıllı-ağıllı danışdı... – Adam Qarabağı düşmən torpağı sayaraq müqayisə aparır...
Bu gün, 08:25
Ermənistanın əsas nəqliyyat xətləri Azərbaycanın nəzarəti altına keçə bilər – Kərki kəndinin strateji əhəmiyyəti
Bu gün, 08:22
Uşaqlara COVİD-19 peyvəndi vurulacaqmı? - AKTUAL
Bu gün, 08:20
Postpandemiya dövrünə diqqət: Bizi daha nələr gözləyir? - Ekspertlər danışır
Bu gün, 08:19
Azərbaycan Qafqazda bir nömrəli iqtisadi tərəfdaşımızdır - Fransalı deputat
Bu gün, 08:17
Nazir dəyişdi, bəs, nazirlik? - Köhnə hamam, köhnə tas...
Bu gün, 08:15
“Dəmir yumruq” əməliyyatı “Dəmir təpik” ilə tamamlana bilər” - GƏLİŞMƏ
Bu gün, 08:13
Respublikaçılar Trampın impiçmentinə fevralda başlamağı təklif edirlər
Bu gün, 08:11
Bu gün dollar neçəyədir?
Bu gün, 08:07
"“Dostluq” yatağında əldə olunan karbohidrogen ehtiyatları bu formada dünya bazarına çıxarılacaq" - ekspert
Dünən, 19:43
Telekanallar artıq qanunları poza bilməyəcəklər - MTRŞ-nın yeni cəzası effekt verir
Dünən, 19:32
Rəsmi Bakının "dəmir yumruğu" yenidən havaya qalxır - Paşinyanın qorxduğu başına gələ bilər
Dünən, 19:28
“Paşinyan da Şuşada şərab içəndə nələrsə deyirdi” - deputat
Dünən, 19:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru