“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi payız sessiyasında müzakirəyə çıxarılacaq .....                     Bakıda dağlıq ərazidə baş verən yanğın söndürülüb .....                     Evdən oğurluq edən erməni hərbçi saxlanıldı .....                     Kamran Əliyevdən təqdirəlayiq addım .....                     Bakıda qadın qızının sevgilisini bıçaqladı .....                     Karantindən çıxan Bakı: Bankların qarşısında dollar növbəsi .....                     “Çirkli pullar” ölkəyə qaytarılır? .....                     Yeni vergi rejimində sahibkarlar daha az vergi ödəməklə xərclərinə qənaət edəcəklər .....                     Mədəniyyətimizin vəhşicəsinə TALANI .....                     Anar Mahmudovun vəkilindən Aşurovlarla qohumluq barədə .....                     Sabiq deputatdan məmur övladlarına ETİRAZ: .....                     Bank sektorunun əsas problemi virus deyil .....                     Eldar Mahmudovun Zimbabvenin platin yataqları ilə nə əlaqəsi... .....                     "Ermənistanda vəziyyət fəlakət həddindədir" .....                     Qadın keçmiş əriylə yaşamaq istədi və ... .....                     İnvestisiya qoyuluşunun azalması tikinti sektoruna mənfi təsir edib .....                     Gürcüstanın Baş Naziri istefa verir .....                     Sergey Narışkin Prezident İlham Əliyevə .....                     Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlar üçün etibarlı tərəfdaşdır .....                     “Ermənistan Avropadan ciddi zərbə alıb” .....                     Səfirlik ABŞ-dakı kütləvi iğtişaşlarla bağlı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib .....                     Maskalarla bağlı qərar qüvvəyə mindi .....                     Şamaxı rəsədxanasında əxlaqsızlıq yuvasının olması barədə direktor müavinindən AÇIQLAMA .....                     “Finoko” BOKT BAĞLANMA YOLUNDA .....                     Dilqəm Əsgərovun girovluqda nəvəsinə yazdığı şeir .....                     Varlıya dənizi satır, kasıba şıllaq atır… .....                     Balakəndə heroinlə tutulan şəxsin icra nümayəndəsinin oğlu olduğu məlum olub .....                     Mübariz Mənsimova ŞOK İTTİHAM... .....                     Ermənistan təyyarələrinin Avropa İttifaqı üzərindən uçuşu .....                     "Abituriyentlər üçün dərs vaxtı" keçiriləcək .....                     Yol qəzalarında ölənlərin ailələri bu hadisələrin əleyhinə təbliğat aparacaq .....                     Zakir Qaralovun qardaşı DANIŞDI: .....                     "İndiyədək jurnalist evlərinin verilməsi ilə bağlı seçim doğru edilməyib" .....                     “Lombardlar haqqında” qanun layihəsi parlamentin növbədənkənar sessiyasında müzakirəyə çıxarılacaq .....                     Vüsal Kərimli milyonları necə havaya sovurdu... .....                     57 Qarabağ ermənisi koronavirusa .....                     Maska taxmayan uşağa görə valideyni cərimələnəcək: .....                     Universitetlərə sənəd qəbulunun müddəti uzadıldı .....                     Bakıda 34 yaşlı qadın evdən qaçıb .....                     Azərbaycanda “Son zəng” keçirilməyəcək .....                 

Sahil Babayevin Prezidentin siyasətinə qarşı MƏSULİYYƏTSİZLİYİ - Nazir bütün bunları bilərəkdən edir?
Tarix: 8-04-2020, 11:48 | Çap et
Sahil Babayevin Prezidentin siyasətinə qarşı MƏSULİYYƏTSİZLİYİ
Epidemiya ölkədə yayılmağa başlayanda hökumət bunu minimallaşdırmaq və vətəndaşın sağlamlığını qorumaq məqsədilə üzərinə düşən hər şeyi etməyə başladı. Prezident İlham Əliyevin yürütdüyü bu siyasət indi Azərbaycanın dünyada virusla ən effektli mübarizə aparan ölkələr sırasında qərarlaşmasına səbəb olub. Ümumdünya Səhiyyə Təşkilatı hesabatlarında bunu açıq şəkildə ifadə edir. Lakin koronavirus təkcə insanların sağlamlığını yox, həm də gəlir mənbələrini hədəfə alıb. Çünki yoluxma hallarının qarşısını almaq üçün digər ölkələr kimi Azərbaycan da xüsusi karantin rejimini tətbiq edir və təbii olaraq, iş yerləri müvəqqəti bağlanıb. Ən çox əziyyət çəkən təbəqə günəmuzd işləyənlərdir. Bu situasiya təkcə Azərbaycanda yox, virusun yayıldığı bütün ölkələrdə də eynidir.
Misal üçün, ABŞ-da son iki həftədə 10 milyondan çox insan işsizlik müavinəti üçün müraciət edib. Azərbaycanın digər ölkələrdən fərqi odur ki, dövlət vətəndaşını ondan əvvəl düşünür, karantin rejimini tətbiq edərək, vətəndaşın sağlamlığını qoruduğu kimi, buna paralel olaraq, sosial dəstək paketləri də hazırlayır. Bizim ölkənin fərqi də məhz buradadır...



Prezident İlham Əliyevin göstərişi ilə hökumət 2,5 milyard manatlıq dövlət dəstəyi paketi hazırlayıb. Bu, koronavirus pandemiyasının zərər çəkən sahibkarlardan tutmuş, sadə vətəndaşa qədər hər kəsi əhatə edir. 300 mindən artıq günəmuzd işləyən vətəndaşın əmək haqqısı dövlət tərəfindən ödəniləcək, sosial çətinliyi olan hər kəsə iki ay müddətində birdəfəlik yardımlar ediləcək. Vətəndaşlar “e-sosial.az” portalında “e-xidmətlər” bölməsinə daxil olmaqla müraciət edə və dövlət yardımını ala bilərlər.

Göründüyü kimi, Prezident vətəndaşa xidmət siyasətinə sadiqdir, ən çətin gündə dövlət dəstəyi verilir, heç bir vətəndaş bu prosesdən kənarda qalmamalıdır. Prezident İlham Əliyevin “Bizim iqtisadi siyasətimizin hədəfində vətəndaş, onun sağlamlığ və rifahı durur” bəyanatı həmişə prioritet olaraq qalır və həyata keçirilən siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşları dayanır.

Lakin qeyd etdiyimiz kimi, Azərbaycan təkcə koronavirusdan yox, həm də bəzi məmurların məsuliyyətsizliyindən əziyyət çəkir. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında bu əziyyətlə yenidən üz-üzə qaldıq.



Sahil Babayevin açıqlamaları iki istiqamət təşkil edir.

Birincisi, bu, Prezidentin çoxşaxəli sosial siyasətinin əleyhinə olan çıxışlardır.

İkincisi, əhalinin sosial rifahı aşağı olan həssas təbəqəsi bu çətin günlərdə ruhdan salınır. Halbuki, nə olursa olsun, bir nazir belə açıqlamalar verməməli idi.

Birinci istiqamət üzrə baxdıqda, cənab nazirin dedikləri Prezident İlham Əliyevin dediklərinin tam əksinədir. Axı dövlət başçısı məhz əhalinin sosial rifahı aşağı olan təbəqəsinə dəstək məqsədilə sosial paketin hazırlanması və vətəndaşın bundan yararlanması tapşırığını verib.

Sahil Babayev isə bildirir ki, “Bütün işsizlər birdəfəlik yardımı almayacaq”.

İctimaiyyət nazirin bu açıqlamalarına sərt reaksiyalar verir. Misal üçün, iqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, bu, “düşmən” açıqlamalarıdır: “Sahil Babayevin absurda açıqlamaları həm Azərbaycan konstitusiyasında təsbit olunan sosial dövlət modelinə, həm də “Bizim iqtisadi siyasətimizin hədəfində vətəndaş, onun sağlamlığ və rifahı durur” bəyanatını verən İlham Əliyevin açıqlamalarına ziddir”.

Açıqlamanın davamına baxaq. Nazir bildirir ki, ailənin bir üzvü işləyirsə, əmək haqqı alırsa, digər üzvünə bu məbləğin verilməsinə ehtiyac yoxdur:
“Əgər ailənin hər hansı üzvü dövlətdən hansısa dəstək alırsa (müavinət, sosial yardım, pensiya və s.) ona birdəfəlik ödəmə verilməyəcək. Resurslardan düzgün şəkildə istifadə etməliyik. Son 2 gündə on minlərlə müraciət emal edilib”.

Bu açıqlamanın cəmiyyətdə narazılıq yaradan tonda olduğu müşahidə olunur. Sosial şəbəkə istifadəçilərindən biri yazır ki, “O zaman ailədə bir nəfər əsgər gedibsə, digərləri getməsin, 3 nəfər işləyirsə, bir nəfər vergi versin və sairə”.

Məntiqlə baxsaq, cəmiyyət haqsız da deyil. Nazir ya fikrlərini düzgün ifadə etmir, ya da ifadə etdiyi fikrin nə qədər yanlış olduğunu anlamır.



Məsələ kimin haqlı, kimin haqsız olmasında da deyil. Mümkündür ki, ehtiyacı olmayan, yaxud rəsmi şəkildə işləyən şəxslər də birdəfəlik ödəmə üçün müraciət ediblər. Zaman-zaman belə halların şahidi olmuşuq və ola bilsin ki, Sahil Babayev bunu demək istəyir. Amma bu belə düzgün formada ifadə edilməli, cəmiyyətin haqlı tənqidinə şərait yaradılmamalı idi. Ancaq təkcə Sahil Babayev yox, onun mətbuat xidməti də eyni tonda, eyni rəngdə təkəbbürlü açıqlamalar verməklə bu həssas dövrdə dövlətin vətəndaşı üçün etdiklərinə kölgə salır.

Nazir Sahil Babayev kimi, onun rəhbərlik etdiyi qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilmiş “kriteriyalara uyğun gəlməyən şəxslərdən işsiz kimi qeydiyyata alınmaq üçün elektron müraciət etməyi xahiş edirik” kimi açıqlamalar da cəmiyyətdə narazılığı körükləyən rəngdədir. Çünki indiki halda insanlar təkcə virusla yox, həm də sosial çətinliklərlə üzləşiblər.

Prezident vətəndaşlara dövlət tərəfindən yardım ediləcəyini açıqlayanda hər kəsdə böyük ümidlər yaranır, Sahil Babayev və işçiləri isə öz açıqlamaları ilə bu ümidi alt-üst edirlər. Hər-halda bu açıqlamaları daha normal şəkildə vermək olardı.

Cənab Sahil Babayev isə danışdıqca özünü daha da çətin vəziyyətə salır. Bildirir ki, şəxsiyyət vəsiqəsinin vaxtı keçmiş şəxslər birdəfəlik ödəniş almaq üçün qeydiyyatdan keçə bilməzlər.

“Həmin şəxslərin qeydiyyatdan keçməsi üçün problem yaranacaq. Çünki elektron hökumət portalı üzərindən məlumatlar şəxsiyyət vəsiqəsinin FİN kodu əsasında oxunur. Ona görə də şəxsiyyət vəsiqəsi yenilənməlidir. Əgər mövcud şəxsiyyət vəsiqəsi qüvvədə deyilsə, məlumatlar toplana bilmir və buna görə də ona işsiz statusu verə bilmərik. Məsləhət görərdim ki, karantin müddətində evdən çıxmaq üçün verilən 2 saatlıq icazə müddətindən istifadə edib istənilən “ASAN xidmət” mərkəzlərinə gedərək şəxsiyyət vəsiqələrini yeniləsinlər”, - qeyd edir.

Əslində bu, vətəndaşların kütləvi şəkildə küçəyə çıxmasına, karantin rejimini pozmasına şərait yaradacaq məsuliyyətsiz açıqlamadır. Çünki nazirin bu açıqlamasından sonra mövcud şəxsiyyət vəsiqəsi qüvvədə olmayan vətəndaşlar birdəfəlik yardımdan yararlanmaq üçün kütləvi şəkildə 8103 xidmətinə SMS göndərəcək, kütləvi şəkildə ASAN xidmət mərkəzlərinə axın edəcəklər.

Hökumət vətəndaşların evdən çıxmamasını tövsiyə edir, icazəsiz çıxan şəxslər cərimələnir. Məqsəd kütləviliyin aradan qaldırılması və virusun daha çox yayılmasının qarşısının alınmasıdır. Belə görünür ki, Sahil Babayev bu açıqlaması ilə vətəndaşları karantin qaydalarını pozmağa və kütləviliyin yaranması ilə virusun yayılmasına sövq edir.

Sual yaranır, nazir bütün bunları bilərəkdən, ya bilməyərəkdən edir? Cavabın hər iki halında bu, məsuliyyətsiz yanaşma və dövlətin, birbaşa Prezidentin həyata keçirdiyi siyasətə kölgə salmaqdır...
"Demokrat.az"





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Nazirlik 20 il bizi görməzdən gəldi, indi isə...”
Bu gün, 16:00
“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi payız sessiyasında müzakirəyə çıxarılacaq - deputat
Bu gün, 15:57
Bakıda dağlıq ərazidə baş verən yanğın söndürülüb
Bu gün, 15:56
Xalq artisti Arif Məlikovun qəbirüstü abidəsi ucaldılıb - VİDEO
Bu gün, 15:55
Evdən oğurluq edən erməni hərbçi saxlanıldı
Bu gün, 15:50
Mir Şahin AzTV-nin “Ağ-Qara”sını 4 dəqiqəyə dağıtdı - VİDEO
Bu gün, 15:48
Kamran Əliyevdən təqdirəlayiq addım - kürəkənini işdən çıxartdı
Bu gün, 15:44
Bakıda qadın qızının sevgilisini bıçaqladı - Qızı ilə evlənmək istəmədiyi üçün
Bu gün, 15:41
Nyu-Yorkdakı aksiyanı işıqlandıran "Xəzər TV"-nin əməkdaşı çətin anlar yaşadı
Bu gün, 15:41
Karantindən çıxan Bakı: Bankların qarşısında dollar növbəsi
Bu gün, 15:38
“Çirkli pullar” ölkəyə qaytarılır? - “Xaricdə olan maliyyəyə həbs qoyulması faktdır”
Bu gün, 15:37
Yeni vergi rejimində sahibkarlar daha az vergi ödəməklə xərclərinə qənaət edəcəklər - deputat
Bu gün, 15:34
Mədəniyyətimizin vəhşicəsinə TALANI - FAKTLAR
Bu gün, 15:30
Rəqqasə Fatimə karantin qaydalarını sərt şəkildə pozdu
Bu gün, 15:19
Anar Mahmudovun vəkilindən Aşurovlarla qohumluq barədə - Açıqlama
Bu gün, 15:15
“Sputnik Azərbaycan”ın əməkdaşları koronavirusa yoluxdu: - Ailələri ilə karantinə alındılar
Bu gün, 15:12
Sabiq deputatdan məmur övladlarına ETİRAZ: - “Vay bizim halımıza!”
Bu gün, 15:08
Bank sektorunun əsas problemi virus deyil - TƏHLİL
Bu gün, 15:05
Eldar Mahmudovun Zimbabvenin platin yataqları ilə nə əlaqəsi... - OFFŞOR SİRLƏRİ AÇILANDA
Bu gün, 15:04
"Ermənistanda vəziyyət fəlakət həddindədir" - Paşinyan
Bu gün, 15:02
Qadın keçmiş əriylə yaşamaq istədi və ... — Bakıdakı dəhşətli cinayətin İLGİNC TƏFƏRRÜATI
Bu gün, 14:58
İnvestisiya qoyuluşunun azalması tikinti sektoruna mənfi təsir edib - Hesablama Palatası
Bu gün, 14:56
Gürcüstanın Baş Naziri istefa verir
Bu gün, 14:55
Sergey Narışkin Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Bu gün, 14:50
Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlar üçün etibarlı tərəfdaşdır
Bu gün, 14:48
“Ermənistan Avropadan ciddi zərbə alıb” - AKTUAL
Bu gün, 13:04
Səfirlik ABŞ-dakı kütləvi iğtişaşlarla bağlı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib
Bu gün, 12:57
"Uşaq böyüyəndə anaya deyir ki, sənə demişdim məni dünyaya gətirəsən?"
Bu gün, 12:56
Maskalarla bağlı qərar qüvvəyə mindi – Apteklərdə maska ajiotajı başladı
Bu gün, 12:50
Şamaxı rəsədxanasında əxlaqsızlıq yuvasının olması barədə direktor müavinindən AÇIQLAMA - VİDEO
Bu gün, 12:48
“Finoko” BOKT BAĞLANMA YOLUNDA - Borcunu qaytara bilmir
Bu gün, 12:44
Dilqəm Əsgərovun girovluqda nəvəsinə yazdığı şeir - FOTO
Bu gün, 12:42
Varlıya dənizi satır, kasıba şıllaq atır…
Bu gün, 12:38
Azərbaycanda “Teleradio haqqında” yeni qanun qəbul ediləcək
Bu gün, 12:37
Balakəndə heroinlə tutulan şəxsin icra nümayəndəsinin oğlu olduğu məlum olub - FOTO
Bu gün, 12:36
Mübariz Mənsimova ŞOK İTTİHAM... - Məşhur dənizçi İŞİD-FETÖ-Eldar Mahmudov üçbucağında
Bu gün, 12:35
Ermənistan təyyarələrinin Avropa İttifaqı üzərindən uçuşu QADAĞAN EDİLDİ
Bu gün, 12:33
"Abituriyentlər üçün dərs vaxtı" keçiriləcək
Bu gün, 12:28
ABŞ-a köçən “Dəyirman”çı: - “Mərkəzdə kütləvi iğtişaşlar var”
Bu gün, 12:26
Yol qəzalarında ölənlərin ailələri bu hadisələrin əleyhinə təbliğat aparacaq
Bu gün, 12:24
Zakir Qaralovun qardaşı DANIŞDI: - "Cinayət məsuliyyətinə cəlb edilməmişəm"
Bu gün, 12:20
"İndiyədək jurnalist evlərinin verilməsi ilə bağlı seçim doğru edilməyib" — Vüsalə Mahirqızından MARAQLI TƏKLİF
Bu gün, 12:18
“Lombardlar haqqında” qanun layihəsi parlamentin növbədənkənar sessiyasında müzakirəyə çıxarılacaq
Bu gün, 12:16
Vüsal Kərimli milyonları necə havaya sovurdu... - BNA-dan narazılıq...
Bu gün, 12:14
57 Qarabağ ermənisi koronavirusa YOLUXUB
Bu gün, 12:11
Maska taxmayan uşağa görə valideyni cərimələnəcək: - “Bu birmənalıdır”
Bu gün, 12:09
Universitetlərə sənəd qəbulunun müddəti uzadıldı - Diqqət!
Bu gün, 12:04
"Artıq reanimasiyadan palataya köçürülmüşəm" - Əməkdar artist
Bu gün, 12:02
Bakıda 34 yaşlı qadın evdən qaçıb
Bu gün, 11:59
Azərbaycanda “Son zəng” keçirilməyəcək - Təhsil Nazirliyi
Bu gün, 11:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru