Bakı və Yerevan əsir düşən vətəndaşlarının siyahısını .....                     Kəlbəcərin Yanşaq kəndinin görüntüləri .....                     Sərt karantin qayıtsın? .....                     "Köhnə mövzu ətrafında yeni müzakirə açmaq əbəsdir" .....                     Bakıda 51 yaşlı qadın sirkə turşusundan zəhərlənərək ölüb .....                     "Bir gün bu cür performansı Qarabağda hazırlayacağıma ümid edirəm" .....                     Azərbaycan növbəti dəfə Fransaya nota verib, .....                     Ermənilər Rusiya və İsraili də düşmən sayırlar .....                     Neftin bahalaşması bir qədər səngidi .....                     Serbiya Azərbaycana 170 milyon avro borcunu ödəyəcək .....                     7 dekabrda dollar neçəyə olacaq? .....                     İki erməni əsir rus sülhməramlıları vasitəsilə .....                     "PAŞA Sığorta" ATEF-dən pulunu ala bilmir .....                     Vətən müharibəsinin həkim qazisi belində 7 mm yırtıqla gəzir: .....                     ATƏT-in rəhbər postlarına yeni təyinatlar təsdiqlənib .....                     “Şəhərin görkəmli yerlərində şəhidlərə abidə ucaldılacaq” .....                     Saatlıda koronavirus xəstəsi barəsində araşdırmalara başlanılıb .....                     Sabiq icra başçısı vəfat edib .....                     Ərdoğan koronavirusa qarşı peyvənd olunacağını istisna etməyib .....                     Paytaxt küçələri Yeni il münasibətilə bəzədiləcəkmi? .....                     "Bir daha deyirəm, Türklərin ermənilər və azərbaycanlılar arasında durmağı məntiqsizdir" .....                     Fransa Avropanın Ermənistanına çevrilir .....                     İşğalçını qovan Azərbaycanın koronavirusa qarşı mübarizədə rolu .....                     Əhəd Abıyev özünə yeni müavin təyin etdi .....                     Ərdoğan Bakıya xanımı ilə birgə gələcək .....                     Keçmiş başçı ilə bağlı ilginc iddialar... .....                     "İlham Əliyevin fransızlara verdiyi tövsiyəyə mən də qatılıram" .....                     Ermənilər Dilqəmlə Şahbazı geri vermək istəmir? .....                     TANINMIŞ VƏKİL DEPUTATI VƏTƏN XAİNİ ADLANDIRDI .....                     “Rasim Musabəyov kimilərini qınamaq azdır, onu görəndə...” .....                     Azərbaycanda indiyədək aparılan koronavirus testlərinin sayı açıqlanıb .....                     Azərbaycanda indiyədək 138000 nəfər koronavirus infeksiyasına yoluxub .....                     Azərbaycanda daha 4267 nəfər COVID-19-a yoluxub, 2566 nəfər sağalıb, .....                     “Cənnət məkanımızda dərs deməyin özü şərəfdir” .....                     "Ağdam çaxırının şöhrətini özünə qaytarmaq lazımdır" .....                     Dünyaya açılan Mehri dəhlizi: .....                     "Təqdim olunan ritmlər də bir istəyə xidmət edirdi" .....                     Vətən müharibəsinin yaratdığı yeni reallıq .....                     Düşmənin belini qıran qəhrəman neftçilər .....                     "Yaxşı olar ki, Rasim Musabəyov...” .....                 

GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİNDƏ BİABIRÇILIQ - Vəkilsiz müttəhim, 5 dəqiqəlik proses və prokurorluq edən hakim...
Tarix: 12-12-2019, 09:59 | Çap et
GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİNDƏ BİABIRÇILIQ
Bir xeyli əvvəl Gəncə şəhərində ölümlə nəticələnən mübahisə ilə bağlı maraqlı məqamlar ortaya çıxıb. JAMAZ.İNFO xəbər verir ki, 15 sentyabr 2018-ci ildə baş vermiş hadisə Daşkəsən rayon Almalı kənd sakini, 20 yaşlı Asəf İsayevlə Şəmkir rayon sakini Bahadur Qasımov arasında baş verib.

Belə ki, Bahadur Qasımovun bacısı qızı Asif İsayev tərəfindən qaçırılıb. Lakin bir həftə sonra İisayev qızı geri qaytarıb. Məsələ ilə bağlı qızın valideynləri bir neçə dəfə qızı qaçıran şəxslə görüşməyə, problemin nədən qaynaqlandığını araşdırmağa, habelə qızla oğlanı barışdırmaq üçün danışmağa çalışıblar. Lakin bütün cəhdlər nəticəsiz qalıb.

Cinayət işində müttəhim qismində qeyd olunan Bahadur Qasımovun qardaşı Şakir Qasımov bununla bağlı JAMAZ.İNFO-ya açıqlama verib. O bildirib ki, rəsmi məlumatda yazılanlar həqiqəti əks etdirmir. Onun sözlərinə görə, qardaşı Bahadur Rusiyada yaşayıb və Şəmkirə gəldikdən sonra bacısı qızının başına gələnlərdən xəbər tutub. Bununla bağlı, Asif İsayevlə görüşmək istəyib. Hətta görüşə qədər Asifə xəbər göndərib ki, əgər hər hansı maddi və mənzil problemi varsa, onu həll etməyə hazırıdır. “Qardaşımın Gəncədə evi vardı. Onu bacım qızı ilə Asifə verməyə hazır idi. Deyirdi ki, iş məsələsi də problem deyil və o, bu məsələni həll edə bilər. Asif İsayevlə görüşə getməkdə məqsədi də yaranmış vəziyyəti düzəltmək, problemi aradan qaldırmaq olub. Rəsmi məlumatda yazılır ki, guya, qardaşım Aasiflə Gəncədə evdə görüşüb. Yalandır. Qardaşım onunla Asifgilin evinin yaxınlığında görüşüb. Hətta görüşdən əvvəl onun valideynlərini, ağsaqqallarını da görüşə çağırıb ki, birlikdə problemi yoluna qoysunlar. Ancaq görüşə tək Asif gəlib”.

Şakir Qasımov deyir ki, görüş zamanı qardaşım Asifdən xahiş edib ki, daşı ətəyindən töksün. “Ona bütün köməklikləri etməyə hazır olduğunu bildirib. Biz istəmirdik ki, Şəmkirdə adımız pisə çıxsın. Çünki günah bizdə deyildi, Asif qızı tək yox, anası və daha bir neçə nəfərlə qaçırmışdı. Sonra da geri qaytarmışdı. Saytlar yazırdı ki, guya, biz gedib qızı gətirmişik. Yalandır, onlar özləri qızı qovublar. Bizə maraqlı olan o idi ki, axı, bu adamların bizlə nə düşmənçiliyi var. Heç onları tanımırdıq da”.

Hadisənin necə baş verməsi ilə bağlı danışan ittiham olunan şəxsin qardaşı deyir ki, Asifin ölümü təsadüf baş verib. “Qardaşım görüşə kimisə öldürmək üçün getməmişdi. Əksinə, barışıq əldə etmək üçün çalışırdı. Adam öldürməyə gedən adam öldürəcəyi adamın valideynlərini, ağsaqqallarını görüşə çağırardımı? Bıçaq da Asifə məxsus olub, hətta qardaşıma silah çəkən də o olub. Bunu təsdiq edən 25 nəfər adam var. Lakin istintaq onların heç birini dəvət edib, ifadəsini almayıb”.

Şakir Qasımıv deyir ki, qardaşı Bahdurla Asif Gəncədə görüşüblər və mübahisənin səbəbkarı da elə ölən şəxsin özü olub. Onun sözlərinə görə, qardaşı hər vəchlə problemi aradan qaldırmağa çalışsa da, Asif onu təhqir etməyə, alçaltmağa çalışıb. “Bahadur əsəbi və ya qəddar biri olmayıb. Asif görüşdə onu təhqir edib. Deyib ki, istəsə onun özünü də zorlaya bilər. Bu təhqirlərə dözməyən Bahadurla aralarında mübahisə yaranıb. Həmin vaxt Asif İsayev cibindən bıçaq çıxarıb və qardaşıma hücum çəkib. Qardaşım özünü müdafiə etmək üçün yerdən ağac tapıb. Sonra isə iş gəlib əlbəyaxa davaya çıxıb. Asif bir neçə dəfə qardaşıma bıçaq atsa da, onu vura bilməyib. Bu vaxt imkan edən qardaşım bıçağı onun əlindən almağa çalışıb. Ancaq necə olubsa bıçaq Asifin boğazına saplanıb. Ekspertiza da təsdiq edir ki, hadisə yerindən tapılmış bıçaqda Bahadur Qasımovun əl izi yoxdur. Üstəlik, həmin vaxt ərazidə kanalizasiya qazıntısı aparan 25-ə yaxın fəhlə də hadisəyə şahid olublar. Onları nə istintaqa, nə də məhkəməyə çağırdılar. Halbuki biz bununla bağlı vəsatət də qaldırmışdıq. Elə fəhlələrin bir neçəsi məhkəmədə ifadə verməyə hazır olduqlarını desələr də, qəbul etmədilər. Eyni zamanda, Bahadur hadisədən sonra özü polisə gedib və hadisəni danışaraq, təslim olub”.

Şakir Qasımov deyir ki, Gəncə Şəhər Prokurorluğunda aparılan istintaq tamamilə qərəzli və saxtadır. Onun dediyinə görə, istintaq zamanı nə şahidlər dindilib, nə əsaslar araşdırılıb, nə də xüsusatlara diqqət yetirilib. “Mən əminm ki, işin bu şəkildə aparılması sifariş əsasında baş verib. Bunu indiyə qədər keçirilən iki məhkəmə instansiyalarındakı proseslər də təsdiq edir. Çünki dəhşətli dərəcədə ədalətsizliklər var”.

Bahadur Qasımovun qardaşı bildirir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəm prosesləri o qədər saxtakarlıq və eybəcərliklə müşahidə olunub ki, onlar nə edəcəklərini belə bilməyiblər. “Dəfələrlə vəsatətlər qaldırdıq. Sübut etdik ki, istintaqa verilən ifadələrlə şahid ifadələri arasında ziddiyyətlər var və onlar araşdırılmadı. Hakim hər vəchlə qardaşımı günahkar çıxarmağa çalışdı. Əvvəl düşündük ki, istintaqın saxtakarlığı və bivecliyi məhkəmədə araşdırlacaq və tədbir görüləcək. Lakin tam tərsi baş verdi. Qardaşıma haqsız olaraq 18 il həbs cəzası verildi. Halbuki qardaşım Asifi öldüməyib. Bu ehtiyatsızlıqdan baş vermiş hadisədir. Bunu prokurorluq da, məhkəmə də görürdülər, lakin mövqelərini dəyişmirdilər”.

Lakin daha biabırçı hadisə Gəncə Apellyasiya Məhkəməsində baş verib. JAMAZ.İNFO-ya danışan Şakir Qasımov qeyd edir ki, hakim Teyyub Muxtarov işə baxıb. “Əslində, buna işə baxmaq demək olmaz. Cəmi üç məhkəmə prosesi keçirilib. Onun da biri baş tutmayıb. Lakin biabırçılıq odur ki, hakim Teeyub Muxtarov heç nəyi nəzərə almayıb. Üstəlik, nə qardaşıma, nə də prokurora danışmaq imkanı verməyib. Ən dəhşətlisi odur ki, qardaşım vəkilsiz halda ittiham edilib. Belə ki, Bahadur məhkəmə prosesində vəkili Rəşid Məhərrəmlidən imtina edib. Və bunu yazılı şəkildə hakimə təqdim edib. Bildirib ki, vəkili indiyə qədər onunla maraqlanmayıb, heç bir işini araşdırmayıb və müdafiəsini də təşkil etməkdə passivlik göstərib. Eyni zamanda, yeni müqavilə bağladığı vəkil Elxan Osmanovun oderini qəbul etməsini xahiş edib. Lakin hakim Teyyib Muxtarov isə vəsatətə baxmaq yerinə, qardaşımın və vəkilin üzərinə çığıraraq, onlardan sonuncu çıxışlarını etməyi tələb edib. Üstəlik, vəkil Elxan Osmanovun oderini də qəbul etməkdən imtina edib”.

Şakir Qasımov bildirir ki, hakim Teyyub Muxtarov özünü hakimdən daha çox, prokuror kimi aparırdı. “Vəkil Rrəşid Məhərrəmlinin üstünə çığırırdı ki, əgər çıxış etməsə, onunla bağlı Vəkillər Kollegiyasına təqdimat göndərəcək. Lakin vəkil hakimə dedi ki, axı, o, çıxış edə bilməz, çünki müvəkkili onun xidmətindən imtina edib. O, hakimdən müvəkkili ilə 5 dəqiqəlik görüşmək istədiyini desə də, Teyyub Muxtarov heç onu dinlımədi və müşavirə otağına getdi. 5 dəqiqə sonra gələrək, qərarını oxudu. Bu ciddi qanun pozuntusudur və bir hakim tərəfindən edilərsə, daha ciddi qanunsuzluq anlamı daşıyır”.

Bahadur Qasımovun qardaşı deyir ki, məhkəmənin qərarı ilə onun cəzası daha 1 il artırılaraq, 19 il edilib. “Biz görmüşük ki, məhkəmə ədalətli olar, cəzanı mümkün qədər aşağı salmağa çalışar. Lakin Teyyub Muxtarov cəzanı heç bir şeyi araşdırmadan və əsas olmadan daha bir il artırdı. Belə başa düşürəm ki, qardaşımın daha ağır cəza alması sifarişdir. Çünki bir hakim bu qədər qanunlara hörmətsizlik edib, müdafiəsiz qalmış, vəkilsiz, son söz deməmiş şəxsə 5 dəqiqə içində 19 il cəza verirsə, deməli, iş sifarişlidir”.

Şakir Qasımov üzləşdiyi ədalətsizlikdən dolayı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Xanım Əliyevaya müraciət edib. O dövlət başçısı və birinci xanımdan xahiş edib ki, qardaşının işinin ədalətli şəkildə araşdırılması, məhkəmələrin ədaləti hökm çıxarmasına yardımçı olsunlar. “Cənab Prezident, hörmətli Birinci Vitse-Prezident, Sizdən xahiş edirəm ki, qardaşım Bahadur Qasımovun işini nəzarətinizə götürərək, ədalətli şəkildə araşdırılmasına yardımçı olasınız. Teyyub Muxtarov kimi hakimlər insanların taleyi ilə oynayır, onların gələcəklərini əlindən alır və cəmiyyətdə məhkəmələrə qarşı inamsızlıq yaradır. Sizdən onu da xahiş edirəm ki, belə hakimləri məhkəmə sistemindən uzaqlaşdırın. Çünki belə “hakim”lər sizin həyata keçirdiyini islahatlara, reallaşdırdığınız işlərə öz əməlləri ilə kölgə salırlar”.

Qeyd edək ki, yazıda adı keçən şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırıq.
JAMAZ.İNFO





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı və Yerevan əsir düşən vətəndaşlarının siyahısını TƏQDİM ETDİ
Bu gün, 17:36
Kəlbəcərin Yanşaq kəndinin görüntüləri - VİDEO
Bu gün, 17:34
Sərt karantin qayıtsın? - Tanınmış həkim tərəfdar deyil, əvəzində isə...
Bu gün, 17:32
"Köhnə mövzu ətrafında yeni müzakirə açmaq əbəsdir"
Bu gün, 17:26
Bakıda 51 yaşlı qadın sirkə turşusundan zəhərlənərək ölüb
Bu gün, 17:22
"Bir gün bu cür performansı Qarabağda hazırlayacağıma ümid edirəm" - VİDEO
Bu gün, 17:21
Azərbaycan növbəti dəfə Fransaya nota verib, səfir XİN-ə çağırılıb
Bu gün, 17:18
Ermənilər Rusiya və İsraili də düşmən sayırlar
Bu gün, 17:17
Neftin bahalaşması bir qədər səngidi
Bu gün, 17:12
Serbiya Azərbaycana 170 milyon avro borcunu ödəyəcək
Bu gün, 17:06
7 dekabrda dollar neçəyə olacaq?
Bu gün, 17:05
İki erməni əsir rus sülhməramlıları vasitəsilə Ermənistana QAYTARILIB
Bu gün, 17:04
"PAŞA Sığorta" ATEF-dən pulunu ala bilmir - ŞİRKƏT MƏHKƏMƏYƏ ÜZ TUTUB
Bu gün, 16:58
Vətən müharibəsinin həkim qazisi belində 7 mm yırtıqla gəzir: - “Bu qədər işin içində mənim arxamca düşəsi deyillər ki…”
Bu gün, 16:53
ATƏT-in rəhbər postlarına yeni təyinatlar təsdiqlənib
Bu gün, 16:50
“Şəhərin görkəmli yerlərində şəhidlərə abidə ucaldılacaq”
Bu gün, 16:49
Saatlıda koronavirus xəstəsi barəsində araşdırmalara başlanılıb
Bu gün, 16:43
Sabiq icra başçısı vəfat edib
Bu gün, 16:42
Ərdoğan koronavirusa qarşı peyvənd olunacağını istisna etməyib
Bu gün, 16:41
Paytaxt küçələri Yeni il münasibətilə bəzədiləcəkmi? - RƏSMİ AÇIQLAMA
Bu gün, 16:32
"Bir daha deyirəm, Türklərin ermənilər və azərbaycanlılar arasında durmağı məntiqsizdir" - Rasim Musabəyov dediyini deyir
Bu gün, 16:30
Fransa Avropanın Ermənistanına çevrilir - ekspert
Bu gün, 16:26
İşğalçını qovan Azərbaycanın koronavirusa qarşı mübarizədə rolu - GƏLİŞMƏ
Bu gün, 16:22
Əhəd Abıyev özünə yeni müavin təyin etdi - FOTO
Bu gün, 16:09
Ərdoğan Bakıya xanımı ilə birgə gələcək
Bu gün, 16:08
Keçmiş başçı ilə bağlı ilginc iddialar... - müavinlər nələrə şərik olub?
Bu gün, 16:04
"İlham Əliyevin fransızlara verdiyi tövsiyəyə mən də qatılıram" - Ərdoğan
Bu gün, 16:01
Ermənilər Dilqəmlə Şahbazı geri vermək istəmir?
Bu gün, 16:00
TANINMIŞ VƏKİL DEPUTATI VƏTƏN XAİNİ ADLANDIRDI - "Saxtakarlıq maskasını tamam ifşa etmişdim"
Bu gün, 15:57
“Rasim Musabəyov kimilərini qınamaq azdır, onu görəndə...” - Partiya sədri
Bu gün, 15:54
Azərbaycanda indiyədək aparılan koronavirus testlərinin sayı açıqlanıb
Bu gün, 15:53
Azərbaycanda indiyədək 138000 nəfər koronavirus infeksiyasına yoluxub
Bu gün, 15:52
Azərbaycanda daha 4267 nəfər COVID-19-a yoluxub, 2566 nəfər sağalıb, 41 nəfər vəfat edib
Bu gün, 15:51
“Cənnət məkanımızda dərs deməyin özü şərəfdir” - deputat
Bu gün, 15:50
"Ağdam çaxırının şöhrətini özünə qaytarmaq lazımdır"
Bu gün, 15:49
Dünyaya açılan Mehri dəhlizi: - Qazanan təkcə Azərbaycan olmayacaq
Bu gün, 15:48
"Təqdim olunan ritmlər də bir istəyə xidmət edirdi"
Bu gün, 15:42
Vətən müharibəsinin yaratdığı yeni reallıq – Peşəkar ordu sisteminə keçid
Bu gün, 15:40
Düşmənin belini qıran qəhrəman neftçilər - FOTO
Bu gün, 15:39
"Yaxşı olar ki, Rasim Musabəyov...” - Zərdüşt Əlizadədən deputatın səs-küylü müsahibəsinə CAVAB
Bu gün, 15:34
Müharibədən sağ qayıdan oğlunu belində gəzdirdi - VİDEO
Bu gün, 15:33
İsmayıllıda koronavirus xəstəsinə cinayət işi başlanılıb
Bu gün, 15:31
Rövşən Rzayevin daha bir şübhəli ortağı... - İLGİNC
Bu gün, 15:31
Azərbaycanın böyük qələbəsini şərtləndirən əsas amillər - TƏHLİL
Bu gün, 15:24
"Güzəştlər ləğv edilsin" - Paşinyandan Türkiyə ilə bağlı TƏKLİF
Bu gün, 15:23
"Azərbaycanda da koronavirusa təkrar yoluxma halları var - Sərt karantin rejiminin tətbiqi vacibdir"
Bu gün, 15:21
ŞOK QƏRAR: Rusiyanın yardımı ilə Qarabağda 8 min ev TİKİLƏCƏK - Rəsmi Bakı buna susacaqmı?
Bu gün, 15:20
Şuşa qalasında Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb - FOTO
Bu gün, 15:18
“Qarabağın kimə məxsus olması BMT qətnamələrində göstərilib” - Peskov
Bu gün, 15:17
"Laçın dəhlizi və Xankəndinə gedən magistral yolun 28 km hissəsi təmizlənib"
Bu gün, 15:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru