Balakəndə narkobaron Bəxtiyar saxlanılıb .....                     Arabir yağış yağacağı gözlənilir .....                     "Bizləri qanun adı ilə uçuruma yuvarladırlar..." .....                     Sumqayıtda intihara cəhdin qarşısı alınıb .....                     Fars-molla rejimi QORXU İÇİNDƏ .....                     Bakıda iki azyaşlı yoxa çıxdı .....                     Bakıda əvvəlcə qadına kömək edib pulunu oğurlayan, .....                     "...onu tezliklə milli azadlıq hərəkatının gerçək liderinə çevirdi" .....                     Ramil Usubov Moskvada Təhlükəsizlik Şurası katiblərinin görüşündə .....                     Yüksək cərimələr qapıdadır? .....                     "Bəlkə uşağımı öldürüblər?" .....                     Azərbaycanın işğal altında olan ərazilərinə səyahət etmək istəyən əcnəbilərə .....                     Əli İnsanovla ittifaqa girməklə partiya onsuz da zəif olan hörmətini daha da itirmiş oldu .....                     72 yaşlı Tərtər sakini Bərdədə küçədə öldü .....                     “Bakı” klubunun sabiq futbolçusu narkotik ticarətinə görə həbs olunub .....                     "Bəzi deputatlar cümlələri düzgün qura bilmirlər" .....                     MTK-dan narazı olan Bakı sakini intihara cəhd etdi .....                     Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları yevlaxlı narkotacirlərə qarşı əməliyyat keçirib .....                     Prezidentin nəzarətə götürdüyü borc məsələsi həll edildimi? .....                     Azərbaycanda mobil etibarnamə sistemi fəaliyyətə başlayır .....                     Azərbaycan Dillər Universitetinə daha bir prorektor .....                     Bərdəyə qonaq gedən Goranboy sakini itkin düşüb .....                     QNET-dən növbəti xeyriyyə aksiyası: Ərazi yaşıllığa büründü... .....                     AKM sədri Arif Hacılını təkzib etdi .....                     Təhsil Nazirliyində yeni təyinat olub .....                     Bakıda xalasıgilə gedən 21 yaşlı qız itdi .....                     Bakıda küçədən qadın meyiti tapılıb .....                     “Ombudsman olmaq fikrində deyiləm” .....                     Offlayn etirazlar: İranda nə baş verir .....                     Oqtay Gülaləyev ikinci dəfə əməliyyat olunur .....                     "2017-ci ildə bu rəqəm 120 milyon dollar təşkil edib" .....                     ABŞ-ın vitse-prezidenti: "Çinlə ticarət razılaşmasının imzalanması çətinləşə bilər" .....                     Novruz Məmmədov ADU-nun kollektivinə təqdim olunub .....                     Ağsuda Qarabağ əlilinin haqqını kimlər yeyir? .....                     Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb .....                     “Gələcək tör-töküntülər deyil, sağlam köklər üzərində yüksəlir” .....                     "Mənə qarşı süni tənqidlər var, bəzən təhqirlərə də yol verilir" .....                     İki nüfuzlu azərbaycanlı oliqarxın SEÇKİ MARAĞI... .....                     Azərbaycanda əcnəbilər iş icazəsini daha qısa müddətə ala biləcəklər .....                     “Xocalı” futbol klubu yaradılıb .....                 

Müştərilər “Bank Avrasiya”dan niyə qaçır? - ASLANLININ BANKINDA 10 MİLYONLUQ AZALMA
Tarix: 31-10-2019, 10:16 | Çap et
Müştərilər “Bank Avrasiya”dan niyə qaçır?
Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq və qalmaqallı sədri Rüfət Aslanlının bankı kimi tanınan “Bank Avrasiya” ASC-nin cari ilin 3-cü rübünün nəticələrini əks etdirən hesabatı göstərir ki, bankın bir sıra göstəricilər üzrə geriləməsi davam edir. Bu proses artıq 2 ilə yaxındır ki, müşahidə olunur.

Məsələn, istənilən bankın biznes fəaliyyətinin əsas meyarlarından biri olan əməliyyat mənfəəti “Bank Avrasiya”da 700 min manata yaxın, dəqiq desək, 689 min manat azalaraq, 8 milyon 409 min manata enib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faizə yaxın azalma deməkdir. Faiz gəlirinin azalması isə birbaşa olaraq, müştərilərə verilən kreditlərin azalması ilə əlaqədardır. Bunun da nəticəsi olaraq, 2019-cu ilin yanvar-sentyabr dövründə “Bank Avrasiya”nın cəmi gəlirləri yarım milyon manata yaxın, daha dəqiq desək, 449 min manat azalaraq 9 milyon 651 min manat təşkil edib. Bank ötən ilin 9 ayında 10 milyon 100 min manat cəmi gəlir əldə etmişdi.

Cəmi gəlirlərin 449 min manat azalması ilə bərabər cəmi xərclərin 28 min manat azalması nəticəsində “Bank Avrasiya”nın əməliyyat mənfəəti 421 min manat azalaraq 4 milyon 226 min manata düşüb.

2019-cu ilin ilk 9 ayında mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatdan 1 milyon 699 min manat daxil olub və məhz bunun sayəsində “Bank Avrasiya”nın mənfəəti 5 milyon 926 min manata yüksəlib.
Bankın 30 Sentyabr tarixinə 164 milyon 387 min manat cəmi aktivləri olub və aktivlərin 90 milyon 39 min manatını müştərilərə verilən kreditlər təşkil edib. Ötən ilin eyni tarixində bankın cəmi aktivləri 164 milyon 765 min manat, o cümlədən müştərilərə verilən kreditlər 92 milyon 547 min manat təşkil etmişdi. Deməli, bankın cəmi aktivləri 378 min manat, kredit portfeli isə 2 milyon 509 min manat və ya 2.7% azalıb.

Bu yerdə bir məqama da xüsusi diqqət yetirmək lazımdır ki, “Bank Avrasiya” hesabat dövrü ərzində biznes kreditlərini azaltdığı halda, istehlak kreditlərini kəskin şəkildə artırıb. Bank öz kredit portfelinin 59 milyon 794 min manatını biznesə ayırıb ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9 milyon 640 min manat və ya 14 % azdır. Əvəzində bank bu ilin 9 ayında 5 milyon 148 min manat istehlak krediti verib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 664 min manat və ya az qala 50% çoxdur. Xatırladaq ki, ölkə başçısı son iqtisadi müşavirədə bu məsələyə toxunaraq, bankların istehlak kreditlərinə üstünlük verməsini tənqid etmişdi. Göründüyü kimi, “Bank Avrasiya” da bu “prosesdə” fəal iştirak edən banklardandır.

Həmçinin bank ötən illə müqayisədə daşınmaz əmlak kreditlərini də artırıb. Belə ki, bank bu il 25 milyon 097 min manat daşınmaz əmlak krediti verib ki, bu da ötən illə müqayisədə 5 milyon 466 min manat və ya 27,88% çoxdur.

Lakin bütün bunlarla yanaşı, bankın real durumunu və perspektivini müəyyən edən əsas göstəricilərdən birində – depozitlərin həcmində ciddi geriləmə var. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə “Bank Avrasiya”da depozitlər 6 milyon 808 min manat və ya 13 faizə yaxın azalaraq, 46 milyon 888 min manat təşkil edib. Fiziki şəxslərin depozitləri isə əsl antirekord vuraraq, 10 milyon 460 min manat azalıb. Və nəticədə cəmi 37 milyon 974 min manat təşkil edib.

Bu nəticə onu göstərir ki, xüsusilə fiziki şəxslərin, yəni əhalinin banka münasibəti heç də ürəkaçan deyil və insanlar depozitlərini götürməyə başlayıblar. Bu məbləğin 10 milyon manatı aşması isə prosesin kifayət qədər kütləvi hal aldığına işarədir.

Bununla yanaşı qeyd edək ki, Azərbaycanda əsasən korporativ yönümlü bankların sırasında olan “Bank Avrasiya” bir müddət əvvəl fiziki şəxslər üçün depozit faizlərini həm manatda həm də ABŞ dollarında faiz dərəcələrini endirməli olub. Belə ki, bank bazarda 3 depozit məhsulu ilə çıxış edir və hər üç məhsulda ciddi azalmaya gedərək, depozit faizlərini aşağı salıb. Məsələn, “Yığım” depozitinin illik faiz dərəcəsini manatla 7% -dən 5% -ə, “Rahat” depozit məhsulunun isə illik faiz dərəcəsini milli valyutada 6%-dən 4%-ə, dollar depozitlərini isə 2 %-ədək endirməli olub. Təbii ki, bu da bankın çətinliklərindən xəbər verir və bankdan əmanətlərin çəkilməsinə təsirsiz ötüşməyib. Lakin qeyd edək ki, depozit faizlərinin azaldılması bir çox digər banklarda da həyata keçirilməsinə baxmayaraq, onların əksəriyyətində əmanətlərin belə kəskin şəkildə azalması müşahidə olunmayıb.

Onu da vurğulamağa dəyər ki, adətən ölkə bankları rəsmi hesabatlarda real durumlarını yaxşı göstərməyə çalışırlar və çox zaman hesabatlarda göstərilən rəqəmlərlə reallıq heç də üst-üstə düşmür.

Qeyd edək ki, rəsmən “Bank Avrasiya”nın Müşahidə Şurasının sədri Fuad Aslanlı Rüfət Aslanlının qardaşıdır və bu bankın maliyyə göstəricilərində geriləmələr, kiçilmələr məhz R.Aslanlı 2016-cı ildə vəzifəsindən azad ediləndən sonra müşahidə olunub. Bu fakt Azərbaycanın bank sisteminin ən böyük “özəlliklərindən” birini bir daha ortaya qoyur – ölkə banklarının taleyi onların məmur sahiblərinin taleyinə çox sıx şəkildə bağlıdır./azpolitika.info/





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Balakəndə narkobaron Bəxtiyar saxlanılıb
Bu gün, 13:08
Arabir yağış yağacağı gözlənilir - Belə deyirlər...
Bu gün, 13:05
"Bizləri qanun adı ilə uçuruma yuvarladırlar..." - GİLEY
Bu gün, 13:04
Sumqayıtda intihara cəhdin qarşısı alınıb
Bu gün, 12:59
Fars-molla rejimi QORXU İÇİNDƏ - "Traktor"un oyunu ləğv olundu
Bu gün, 12:58
Bakıda iki azyaşlı yoxa çıxdı
Bu gün, 12:54
Azərbaycanlı rejissor Moskvada “İlin adamı” mükafatına layiq görülüb
Bu gün, 12:53
Bakıda əvvəlcə qadına kömək edib pulunu oğurlayan, bir neçə ay sonra quldurluq yolu ilə həmin qadının çantasını talayan şəxs saxlanılıb
Bu gün, 12:49
"...onu tezliklə milli azadlıq hərəkatının gerçək liderinə çevirdi" - Əli Həsənov
Bu gün, 12:48
Ramil Usubov Moskvada Təhlükəsizlik Şurası katiblərinin görüşündə iştirak edib
Bu gün, 12:44
Yüksək cərimələr qapıdadır? - Daha bir sahədə qanunvericilik sərtləşdirilə bilər
Bu gün, 12:42
“Uşaqlıqdan qaydasız döyüşləri çox sevmişəm” - Elçin Əlibəylinin xanımı
Bu gün, 12:38
"Bəlkə uşağımı öldürüblər?" - namus cinayəti
Bu gün, 12:35
Azərbaycanın işğal altında olan ərazilərinə səyahət etmək istəyən əcnəbilərə xəbərdarlıq edilib
Bu gün, 12:34
Əli İnsanovla ittifaqa girməklə partiya onsuz da zəif olan hörmətini daha da itirmiş oldu - Müsavatçılar bir-birini didir
Bu gün, 12:32
Aşıq Mübarizlə restoran müdürü qırğına çıxdı: - “Sazı başında kökləyərəm”
Bu gün, 12:30
72 yaşlı Tərtər sakini Bərdədə küçədə öldü
Bu gün, 12:20
“Bakı” klubunun sabiq futbolçusu narkotik ticarətinə görə həbs olunub
Bu gün, 12:19
"Bəzi deputatlar cümlələri düzgün qura bilmirlər" - deputat
Bu gün, 12:17
MTK-dan narazı olan Bakı sakini intihara cəhd etdi - VİDEO
Bu gün, 12:16
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları yevlaxlı narkotacirlərə qarşı əməliyyat keçirib
Bu gün, 12:12
Prezidentin nəzarətə götürdüyü borc məsələsi həll edildimi? - Bankdan AÇIQLAMA
Bu gün, 12:09
Azərbaycanda mobil etibarnamə sistemi fəaliyyətə başlayır
Bu gün, 12:05
Azərbaycanda bu telekanal bağlandı
Bu gün, 11:59
Azərbaycan Dillər Universitetinə daha bir prorektor təyin edilib
Bu gün, 11:57
Bərdəyə qonaq gedən Goranboy sakini itkin düşüb - FOTO
Bu gün, 11:56
QNET-dən növbəti xeyriyyə aksiyası: Ərazi yaşıllığa büründü... - FOTO
Bu gün, 11:55
AKM sədri Arif Hacılını təkzib etdi – “Verməyən namərddir”
Bu gün, 11:52
Təhsil Nazirliyində yeni təyinat olub
Bu gün, 11:51
Bakıda xalasıgilə gedən 21 yaşlı qız itdi - Rusiyada tapıldı
Bu gün, 11:45
Bakıda küçədən qadın meyiti tapılıb
Bu gün, 11:34
“Ombudsman olmaq fikrində deyiləm” - deputat
Bu gün, 11:33
Offlayn etirazlar: İranda nə baş verir - TƏHLİL
Bu gün, 11:31
Müşfiq Abbasovun evini əlindən necə aldılar? - Detallar
Bu gün, 11:30
Oqtay Gülaləyev ikinci dəfə əməliyyat olunur
Bu gün, 11:28
"2017-ci ildə bu rəqəm 120 milyon dollar təşkil edib" - "SOCAR Energy Georgia” şirkətinin Baş direktoru
Bu gün, 11:24
ABŞ-ın vitse-prezidenti: "Çinlə ticarət razılaşmasının imzalanması çətinləşə bilər"
Bu gün, 11:23
Novruz Məmmədov ADU-nun kollektivinə təqdim olunub
Bu gün, 11:22
Ağsuda Qarabağ əlilinin haqqını kimlər yeyir? - GİLEY
Bu gün, 11:13
Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb
Bu gün, 11:08
“Gələcək tör-töküntülər deyil, sağlam köklər üzərində yüksəlir” - Əli Əhmədov
Bu gün, 11:05
"Mənə qarşı süni tənqidlər var, bəzən təhqirlərə də yol verilir" - Elxan Məmmədov
Bu gün, 11:04
İki nüfuzlu azərbaycanlı oliqarxın SEÇKİ MARAĞI... - ŞOK İDDİA
Bu gün, 11:02
Elçin Əlibəylinin arvadı hardadır və ya kim yalan danışır? - İlginc faktlar
Bu gün, 10:50
Azərbaycanda əcnəbilər iş icazəsini daha qısa müddətə ala biləcəklər
Bu gün, 10:45
“Xocalı” futbol klubu yaradılıb
Bu gün, 10:43
Eldar Əzizov Abutalıbovun korrupsiya yuvasının “işığı”nı söndürdü - GƏLİŞMƏ
Bu gün, 10:39
Ramiz Mehdiyev Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə görüşüb
Bu gün, 10:37
"Evin də "kupçası" saxta imiş və saxta çıxarışa əsasən də mənə çıxarış verilib" - QALMAQAL
Bu gün, 10:36
Azərbaycanda müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı yeni qərarın tətbiqinə başlanılıb
Bu gün, 10:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru