"Bu dünyaya dönə-dönə gəlsəm də başqa peşə seçməzdim" .....                     “Samir Şərifov qanunları pozub” .....                     Dərd içində qalan ana 13 yaşlı oğluna kömək üçün fəryad edir: .....                     Azərbaycanda koronavirusla bağlı testlərin sayı açıqlandı .....                     Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb .....                     Estoniya xaricə uçuşlara qoyulan qadağanı uzatdı .....                     Şəkidə icra hakimiyyətinin yeni binasına bu qədər pul xərclənəcək... .....                     “Prezidentin icra başçısına iradı tamamilə yerində idi” .....                     Azərbaycan şəhəri İrəvan: dünya siyasətində dəyişməyən aktyorlar .....                     "ADB Azərbaycana dair biznes planını yeniləyir" .....                     "Nə edək axı, oxuculara yalvaraq ki, Ayxan Ayvazı da oxusunlar?" .....                     Gürcü polisi Zakir Qaralovun qardaşına cinayət işi açdığını təsdiqlədi .....                     Azərbaycanda turizm şirkətlərinin otellərə olan borcu 1 milyon manatı ötüb .....                     Kürdə batan gəncin axtarışları yerli sakinlər tərəfindən davam etdirilir .....                     Ermənistanda 100 polis koronavirusa yoluxub .....                     Bayramovların biri də təhsili batırır... .....                     “AŞPA-nın Azərbaycana qarşı qərəzi ilk növbədə təşkilatın özünə ciddi ziyan vurur” .....                     Gürcüstan və Ermənistan XİN başçıları regional təhlükəsizliyi müzakirə ediblər .....                     Dövlət Reklam Agetliyində işçilərin sayı artırılıb .....                     8 iyunda dollar neçəyə olacaq? .....                     ReAL lideri ÇAĞIRIŞ ETDİ .....                     Azərbaycan dilinin qaydalarına riayət etməyən 6 028 obyekt aşkarlanıb .....                     AKİA-nın daha bir tender müəmması .....                     Afina Türkiyəyə niyə meydan oxudu? .....                     Kürdə batan bir nəfərin axtarışları davam etdirilir .....                     “Gəncə Avtomobil Zavodu”nun rəhbəri dəyişib .....                     Akif Təvəkküloğlu Milli Məclisə qayıtdı .....                     Azərbaycanda məşqlərə maskada gəlmək tələb olundu .....                     “Bəzi məmurlar bitmiş fikri ifadə edə bilmir” .....                     Kürdə batma təhlükəsi ilə üzləşən 2 uşaq xilas edilib, .....                     Yeni Yasamalda yanğın olub .....                     “Böyük qayıdış” proqramı işə salınıb: .....                     Paşinyanın ölməkdən başqa yolu qalmayıb .....                     “Azyaşlı uşağa baxan ana işləyirsə, ona müavinət verilsin!” .....                     Azərbaycan Premyer Liqasının əsasnaməsindəki dəyişikliklər .....                     Ağstafada 60 yaşlı kişi intihar edib .....                     KİV-ə pandemiya qadağası: qərar doğrudurmu? .....                     Azərbaycanda hakimlər oyuna tibbi maska ilə çıxacaq .....                     "Nar"ın müştəri xidmətləri sərt karantin rejimində fəaliyyətini davam etdirəcək .....                     Azərbaycanın ATƏT-dəki missiyası: Ermənistan həmsədrlərin əhalini sülhə hazırlamaq çağırışını fərqli başa düşür .....                 

"Yeni Bakı" sakinləri 2020-ci ilə ümid etsinlər? - Prezidentə müraciət olundu
Tarix: 5-10-2019, 12:47 | Çap et
"Yeni Bakı" sakinləri 2020-ci ilə ümid etsinlər?
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
Surəti: ​Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevə
Surəti: ​Azərbaycan Respublikası Vergilər Naziri cənab Mikayıl Cabbarova
Surəti: ​Azərbaycan Respublikası İqtisadiyyat naziri cənab Şahin Mustafayevə
Surəti:​ Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Samir Nuriyevə,

Abşeron rayonu, Masazır kəndi, “Yeni Bakı”yaşayış kompleksinin sakinləri tərəfindən
MÜRACİƏT.
​Cənab Prezident!
Biz – “Yeni Bakı” yaşayış kompleksinin sakinləri 2010-cu ildən “İlin Dörd Fəsli” MMC-nin (İDF MMC) Abşeron rayonu, Masazır kəndində inşa etdiyi çoxmənzilli (3200 mənzilli) yaşayış kompleksindən mənzillər almışıq. Mənzil aldığımız dövrdən etibarən bir çox problemlərlə qarşılaşmış, onların bir çoxunu müvafiq dövlət qurumlarına müraciətlər əsasında həll edə bilmişik. Bununla belə hazırda iki (2) ən vacib və həyati problemimiz həll olunmadan qalır və "İDF" MMC bu problemləri sakinlərin marağına uyğun deyil, şirkətin marağına uyğun həll etməyə qərar verib. Bunlardan biri sizin bu ilin fevralın 19-da imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Fərman idi ki, hazırda Şirkət fərmanda nəzərdə tutulan öhdəlikləri sakinlərdən rüşvət yığmaqla "sadələşdirməyə" başlayıb. Sakinlərlə mənzil alqı-satqı müqaviləsində şirkətin adı "İDF" MMC kimi qeyd olunduğu halda, 2019-cu ilin fevralında birdən-birə "İDF-Mənzil Servis” MTK adlı yeni bir qurum cildində peyda olub və faktiki olaraq sakinlərin hüquqlarını kobud və nümayişkaranə şəkildə pozaraq sakinlərin çıxarış alma yolunda böyük bir əngəl yaradıb. Belə ki, 8-10 il əvvəl “İDF” MMC-dən aldığımız mənzillərə aid əlimizdə alqı-satqı müqaviləsi və maliyyə arayışı olduğu halda, Dövlət Əmlak Komitəsinin məsuliyyətsizliyi nəticəsində binalar “İDF” MMC kimi deyil, “İDF-Mənzil Servis” MTK olaraq qeydiyyata alındığına görə əlimizdə olan sənədlər hüquqi qüvvəsini itirib və faktiki olaraq yaşadığımız mənzillərimizə dair əlimizdə heç bir sənədimiz yoxdur. Halbuki binalar “İDF” MMC kimi qeydiyyatdan keçmiş olsaydı, əlimizdəki sənədlər çıxarış almaq üçün yetərli olardı. Qeyd edək ki, Dövlət Əmlak Komitəsi “Yeni Bakı” yaşayış kompleksində yerləşən binaları dövlət reyestrinə qəbul edərkən, tələb olunan sənədlərin içərisində Abşeron rayonu icra hakimiyyətinin binaların istismara qəbul edilməsi Aktını (09.02.2015-ci il tarixli) bilərəkdən nəzərə almamış, həmçinin “Yeni Bakı” y/k-ni“İDF-Mənzil Servis” MTK kimi reyestrə qeydiyyata aldığı zaman adı çəkilən şirkətin üzərinə sakinlərin müvafiq sənədlərlə təmin etmək öhdəliyini qoymamış və bununla da sakinlərin mənzil hüquqlarının pozulmasına birbaşa şərait yaratmışdır. Əlavə olaraq onu da qeyd edək ki, binaların sənədləşdirilməsi ilə bağlı səlahiyyətlər “İDF” MMC-dən alınaraq, “İDF-Mənzil Servis” MTK-ya verilməklə dövlət büdcəsinə hər mənzilə görə ödənilməli olan 2-3 min manat arası vergi (təxminən 8 milyon manat) büdcədən yayınmış oldu.
Hazırda Şirkət çıxarış üçün tələb olunan sənədlərin verilməsinə görə sakinlərdən (1 otaqlı mənzil üçün 150 manat, 2 otaqlı mənzil üçün 225 manat və 3 otaqlı mənzil üçün 300 m) qanunsuz vəsait tələb edir. Bu vəsait tələbinin səbəbini soruşduqda Şirkət rəsmisi ilk öncə bu vəsaitin DƏK-ə ödəniləcəyini (sakinlərə Əmlak Komitəsinə rəsmi ödənmiş 110000 (yüz on min) manatlıq ödəniş qəbzini göstərmişdir. Bu qəbzi qoşma kimi sizə təqdim edirik) bildirmiş, ancaq sonradan bu “səhv”ini düzəldərək “konsaltinq xidmətinə” ödəniləcəyi haqqında məlumat vermişdir. Burada sual ortaya çıxır: 3200 mənzilin hər birinə görə toplanan ortalama məbləğ ümumilikdə 720 000 (yeddi yüz iyirmi min) manat edir ki, Azərbaycanda hansı konsaltinq şirkəti bu məbləğə xidmət göstərir? Bu faktın özü belə “İDF” MMC-nin sakinlərə qarşı dələduzluğunu ortaya qoyur. Onu da qeyd edək ki, Şirkətdən konsaltinq xidməti haqqında məlumat öyrənməyə çalışdığımızda, bunun məxfi informasiya olduğunu bildirirlər.
Əgər konsaltinq şirkəti ilə sakinlərin adından müqavilə bağlanıbsa və bu şirkətə külli miqdarda pul ödənilibsə, MTK üzvlərinin bundan xəbəri olmamalıdır?! Şirkət bununla da kifayətlənməyib sakinlərdən tələb edir ki, Şəhərcikdə qanunsuz idarəetməsini həyata keçirən hazırkı komendantlıqdan “təmizlik arayışı”alsınlar. Belə bir “arayış” isə çıxarış üçün tələb olunan sənədlər siyahısında yoxdur.
Qarşılaşdığımız ikinci ən mühüm problem isə şəhərciyin idarəedilməsi ilə bağlıdır. Belə ki, “İDF” MMC sakinlərin razılığı olmadan təyin etdiyi qanunsuz komendantlıq 2010-cu ildən şəhərcikdə at oynadır. Ən böyük narazılıq isə kommunal xidmətlərin paytaxt qiymətlərindən baha olması (mənzilin hər kv.m. üçün 40 qəpik), şəhərciyin təhlükəsizlik problemi və sakinlərlə normal rəftar edilməməsidir. Belə ki, bu saxta komendantlığın işçiləri dəfələrlə sakinləri təhqir və təhdid edib, onları küçə söyüşləri ilə alçaltmağa çalışıb və bu yolla sakinləri qorxu altında saxlamaq yolunu tutub. Sadəcə bir faktı qeyd etmək kifayətdir ki, şəhərciyin əvvəlki komendantı Ehtiram Yusifov 2019-cu ilin aprel ayının 27-də şəhərcikdə fəaliyyət göstərən 3 maklerə qarşı odlu silahdan istifadə edərək, onları yaralamışdır. Yalnız digər sakinlərin müdaxiləsi nəticəsində o, qətl planını tamamlaya bilməmişdir. Halbuki Ehtiram Yusifov daha əvvəl dəfələrlə sakinlərə və şəhərcikdə fəaliyyət göstərən kiçik sahibkarlara qarşı qanunsuzluqlara əl atmış, hətta gecə saatlarında sakinləri “razborka”ya çağırmaqdan belə çəkinməmişdir. Xatırladaq ki, sözügedən hadisədən sonra Abşeron Rayon Prokurorluğu məlumat yayaraq faktla bağlı Cinayət Məcəlləsinin 29,120.2.4-cü (Xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işinin başlanıldığını və iş üzrə müvafiq ekspertizalar təyin edildiyini bildirmişdi. Cinayəti törətməkdə şübhəli bilinən Ehtiram Yusifov isə iş üzrə şübhəli şəxs qismində saxlanılmışdı. Məlum cinayət hadisəsindən 5 ay keçməsinə baxmayaraq, həbs-qəti imkan tədbiri seçilmiş Ehtiram Yusifov hansı yollasa 24 sentyabr 2019-cu il tarixində “Yeni Bakı” yaşayış kompleksində yenidən görünməklə sakinləri təşvişə salmış və onların ciddi narahatlığına səbəb olmuşdur.
Bütün bunlara görə hazırda şəhərcikdə böyük bir narazılıq var və sakinlər Azərbaycan qanunvericiliyi ilə hazırda tənzimlənən "Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti"ni yaratmaqda və idarəetmənin sakinlər tərəfindən həyata keçirilməsində çox israrlıdır. Onu da qeyd edək ki, şəhərcik sakinləri 2016-cı il mayın 10-da şəhərcikdə, 3 saylı binada "Abşeron-1" MMMC-ni təsis ediblər və həmin Cəmiyyət 2018-ci ilədək fəaliyyət göstərib, sakinlər tərəfindən rəğbətlə qarşılanıb. Lakin Şirkətin təzyiqləri ucbatından hazırda Müştərək Cəmiyyət öz fəaliyyətini müvəqqəti dayandırıb.
Xüsusilə qeyd edək ki, bütün bunlar barədə biz başda Abşeron RİH olmaqla, müvafiq dövlət qurumlarına və hüquq-mühafizə orqanlarınadəfələrlə yazılı və şifahi şəkildə məlumat vermişik. Abşeron RİH-in başçısı İradə Gülməmmədova bu problemlər barədə şəxsən məlumatlıdır və biz onunla bir neçə dəfə görüşmüşük. İradə xanım isə vəzifə səlahiyyətlərinə uyğun davranmayaraq, bizim problemimizə laqeydlik göstərmiş və əslində Sizin məlum Fərmanınızın icrasına dırnaqarası yanaşmışdır.
Möhtərəm Prezident,
Sizdən xahiş edirik ki, yuxarıda qeyd etdiyimiz problemlərin həlliüçün müvafiq dövlət qurumlarına göstəriş verəsiniz.
pia.az





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu dünyaya dönə-dönə gəlsəm də başqa peşə seçməzdim"
Bu gün, 18:25
“Samir Şərifov qanunları pozub” – İqtisadçı alimdən nazirə ittihamlar
Bu gün, 18:24
Dərd içində qalan ana 13 yaşlı oğluna kömək üçün fəryad edir: - “Çarəsizik, nə pulumuz var, nə vaxtımız”
Bu gün, 18:22
Azərbaycanda koronavirusla bağlı testlərin sayı açıqlandı
Bu gün, 18:20
Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb
Bu gün, 18:19
Estoniya xaricə uçuşlara qoyulan qadağanı uzatdı
Bu gün, 17:50
Şəkidə icra hakimiyyətinin yeni binasına bu qədər pul xərclənəcək...
Bu gün, 17:48
“Prezidentin icra başçısına iradı tamamilə yerində idi” - deputat
Bu gün, 17:45
Azərbaycan şəhəri İrəvan: dünya siyasətində dəyişməyən aktyorlar - TƏHLİL
Bu gün, 17:44
“Atam söylədi ki, ondan sənə həyat yoldaşı olmaz”
Bu gün, 17:40
"ADB Azərbaycana dair biznes planını yeniləyir" - MÜSAHİBƏ
Bu gün, 17:38
"Nə edək axı, oxuculara yalvaraq ki, Ayxan Ayvazı da oxusunlar?" - Varis Yolçiyev
Bu gün, 17:37
Gürcü polisi Zakir Qaralovun qardaşına cinayət işi açdığını təsdiqlədi - SƏNƏD
Bu gün, 17:34
“Toyları təxirə sala-sala getməyin ağlabatan izahı yoxdur” - deputat
Bu gün, 17:31
Azərbaycanda turizm şirkətlərinin otellərə olan borcu 1 milyon manatı ötüb
Bu gün, 17:28
Mina sinəsinin ona məxsus olmadığını deyənlərə səsləndi: - "Həkimə gedək, yoxlatdırım"
Bu gün, 17:28
Kürdə batan gəncin axtarışları yerli sakinlər tərəfindən davam etdirilir
Bu gün, 17:26
Ermənistanda 100 polis koronavirusa yoluxub
Bu gün, 17:16
Bayramovların biri də təhsili batırır... - İTTİHAM
Bu gün, 17:13
“AŞPA-nın Azərbaycana qarşı qərəzi ilk növbədə təşkilatın özünə ciddi ziyan vurur” - deputat
Bu gün, 17:12
“Bəsdir də qan içdiniz!” - QALMAQAL
Bu gün, 17:09
Gürcüstan və Ermənistan XİN başçıları regional təhlükəsizliyi müzakirə ediblər
Bu gün, 17:08
Dövlət Reklam Agetliyində işçilərin sayı artırılıb
Bu gün, 17:06
8 iyunda dollar neçəyə olacaq?
Bu gün, 17:01
"Parni iz Baku"nun aktyoru vəfat etdi - FOTO
Bu gün, 16:58
ReAL lideri ÇAĞIRIŞ ETDİ - "İqtidar səhv edə bilər..."
Bu gün, 16:56
Azərbaycan dilinin qaydalarına riayət etməyən 6 028 obyekt aşkarlanıb
Bu gün, 16:54
Rusiyanın Xalq artisti koronavirusdan öldü - Biz də yaxşı tanıyırdıq
Bu gün, 16:52
AKİA-nın daha bir tender müəmması - İLGİNC
Bu gün, 16:49
Afina Türkiyəyə niyə meydan oxudu?
Bu gün, 16:44
Kürdə batan bir nəfərin axtarışları davam etdirilir - FHN
Bu gün, 16:40
“Gəncə Avtomobil Zavodu”nun rəhbəri dəyişib
Bu gün, 16:39
Akif Təvəkküloğlu Milli Məclisə qayıtdı
Bu gün, 16:38
Azərbaycanda məşqlərə maskada gəlmək tələb olundu
Bu gün, 16:05
“Bəzi məmurlar bitmiş fikri ifadə edə bilmir” – Keçmiş icra başçısı
Bu gün, 16:02
"Şad xəbər verdilər mənə ki, nəticə neqativdir"
Bu gün, 16:01
Kürdə batma təhlükəsi ilə üzləşən 2 uşaq xilas edilib, 3-nün axtarışları davam etdirilir
Bu gün, 15:59
Yeni Yasamalda yanğın olub - VİDEO
Bu gün, 15:56
“Böyük qayıdış” proqramı işə salınıb: - “30 il əvvəlki səhvlərə yol verməyəcəyik”
Bu gün, 15:51
Paşinyanın ölməkdən başqa yolu qalmayıb – Rusiyada qənaət
Bu gün, 15:50
“Azyaşlı uşağa baxan ana işləyirsə, ona müavinət verilsin!” - Komitə sədri
Bu gün, 15:48
“Xalq artisti adını pulla satırdı” – Kamil Əbülfəs Qarayevdən danışdı
Bu gün, 15:44
Azərbaycan Premyer Liqasının əsasnaməsindəki dəyişikliklər - SİYAHI
Bu gün, 15:42
"Firəngiz Əlizadə Bəstəkarlar İttifaqını özəlləşdirib, əri işə piyada gəlmişdi, indi ''BMW''-də gəzir — Nadir Əzimovdan SƏRT AÇIQLAMALAR
Bu gün, 15:41
Ağstafada 60 yaşlı kişi intihar edib
Bu gün, 15:37
KİV-ə pandemiya qadağası: qərar doğrudurmu? – Ekspert rəyləri
Bu gün, 15:34
Azərbaycanda hakimlər oyuna tibbi maska ilə çıxacaq
Bu gün, 15:29
"Nar"ın müştəri xidmətləri sərt karantin rejimində fəaliyyətini davam etdirəcək
Bu gün, 15:21
Azərbaycanın ATƏT-dəki missiyası: Ermənistan həmsədrlərin əhalini sülhə hazırlamaq çağırışını fərqli başa düşür
Bu gün, 15:20
Ermənistan polisi maska taxmayan vətəndaşı boğdu - VİDEO
Bu gün, 15:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru