"Çin ABŞ-dakı seçkilərə təsir etməyə çalışır" .....                     Pakistan Senatının sədri Azərbaycana gəlir .....                     “Təyyarəmizin vurulmasını cavabsız qoymayacağıq” .....                     Qubada çoban döyülüb .....                     Ermənistan hakimiyyəti öz qeyri-peşəkar hərəkətləri ilə vəziyyəti gərginləşdirir .....                     İsmayıllı rayonunun işdən çıxarılan prokurorunun məhkəməsi başlayıb .....                     Daxili İşlər Nazirliyi Tibb İdarəsinə həkim vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir .....                     Biləsuvar şəhərində yeni ümumtəhsil məktəbi binası tikiləcək .....                     Prezident İlham Əliyev Biləsuvarda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına maliyyə vəsaiti ayırıb .....                     "Rus təyyarəsini İsrail vurmayıb" .....                     Masallı şəhərində abadlıq-quruculuq və 10 küçədə əsaslı yenidənqurma işlərinə 3 milyon manat ayrılıb .....                     Ağsuda qanunsuz dini yığıncaq keçirənlər saxlanıldı .....                     İş başında ölən polkovnikin yerinə təyinat olub .....                     Ələt-Astara-İran sərhədi-Biləsuvar avtomobil yolunun yenidən qurulmasına maliyyə vəsaiti ayrılıb .....                     Masallıda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına 1 milyon manat ayrılıb .....                     Vətənə xidmət şərəfdir .....                     Liberman Ermənistana niyə getmədi? .....                     “Nar”-ın dəstəyi ilə “Brain Ring” intellektual yarışları start götürdü .....                     Sabah dolar neçəyə olacaq? .....                     "Əgər parada getməyibsə, bu o demək deyil ki, səhhətində nə isə problemlər var" .....                     Ukraynada sərhədçilərə rüşvət təklif edən azərbaycanlı saxlanıldı .....                     “Mən də qaçsaydım, indi Mamedin yerində oturmuşdum” .....                     Kreml Nikola İrəvanda seçkini udmağa imkan verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətinin daha bir şöbə müdiri vəzifədən azad edilib .....                     Təhqir edilərək döyülən erməni əsgəri xəstəxanalıq oldu .....                     Mətbuat Şurası bu saytlara xəbərdarlıq etdi .....                     "Bədxahlar “Azərbaycan çökür” deyərkən Azərbaycan daha möhtəşəm addımlarla irəlilədi" .....                     Qarabağa göndəriləcəyini öyrənən erməni gənc intihar etdi .....                     İsrail Moskvanın ittihamlarına cavab verdi .....                     Azercell Gəncədə yeni Eksklüziv mağazasını abunəçilərin ixtiyarına verib .....                     Rusiyada neft hasilatı 2021-ci ildə ən yüksək həddə çata bilər .....                     Ukraynada qazın qiyməti artırılacaq .....                     DİN 207 nömrəli məktəbin ətrafındakı "manyak"lar barədə araşdırma aparıb .....                     Ermənistanda seçkidən öncə şok sorğu: .....                     “Fərhad Əhmədovun adamlarının bu işdə öz maddi maraqları olub...” .....                     Dağıstanda itən azərbaycanlı gəncin meyiti tapıldı .....                     “Mənə hər ay 25 min dollar verəcəyini dedi” .....                     Xaləddin İsgəndərovun əsas adamlarından daha biri "vuruldu" .....                     Sinaqoqun dini rəhbəri sosial şəbəkələrdəki müzakirələrə SON QOYDU .....                     Kəndlərdə müəllim qıtlığı .....                 

Şeyxin qudası vətəndaşın 3 mərtəbəli evini dağıdıb - İTTİHAM
Tarix: 12-03-2018, 09:33 | Çap et
Şeyxin qudası vətəndaşın 3 mərtəbəli evini dağıdıb
“Hacı Qalib Salahzadə Milli Məclisin deputatı olduğu dövrdə mənim vətəndaş olaraq mülkümü zəbt etməklə sübut etdi ki, Azərbaycan Konstitusiyasını saymır. Konstitusiya ilə təsbit olunan mülkiyyət hüquqlarımızı ayaqları altına atıb tapdayır. Hazırda Qalib Salahzadə deputat deyil. Amma qanunsuz əməllərini davam etdirməkdədir. 7 ildir ki, polisdə, prokurorluqda, məhkəmələrdəyik. İstəyirik ki, ölkə rəhbərliyi bu məsələyə əncam çəksin, bizim mülkiyyət hüququmuz bərpa olunsun”. “Yeni Müsavat”ın redaksiyasına gələn Seymur Quliyev belə deyir.

“Qalib Salahzadənin polisə saxta sənəd təqdim etdiyi rəsmən təsdiqləndi”

Onun sözlərinə görə, 2004-cü ildə Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi döngə 21, ev 2 ünvanındakı 25 sot torpaq sahəsində yerləşən mülkü notarial qaydada alqı-satqı müqaviləsi ilə alıb: “Mülkiyyətimizdə olan torpaq sahəsi 1997-ci ilə qədər ”Zəfəran" sovxozunun ərazisi olub. Həmin ildə Sabunçu Rayon İcra Hakimiyyəti başcısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsinin sərəncamı ilə torpaq sahəsi əkinə yararsız sahə kimi Minəvvər Qəni qızı Əliyevaya fərdi yaşayış evi tikdirmək üçün ayrılıb. 2000-ci ildə isə alqı-satqı müqaviləsi ilə ev Nazim Sultan oğlu Babazadəyə satılıb. 2004-cü ildə Nazim Babazadə həmin torpağı alqı-satqı müqaviləsi ilə mənə satdı. Bundan sonra qardaşımla bərabər həmin torpaq sahəsində 2 və 3 mərtəbəli 2 ev tikdirdik. Meyvə ağacları əkdik, su quyusuna əl gəzdirdik, hovuz inşa etdirdik. İlin çox vaxtını orda yaşayırdıq. 2011-ci ilin axırlarında 14-cü polis bölməsindən zəng gəldi ki, guya mən Bilgəh bələdiyyəsinin Rəhilə Salahzadəyə satdığı torpağı zəbt etmişəm. Dedilər ki, polisə bələdiyyədən torpağın zəbt edilməsi ilə bağlı sənədlər də təqdim olunub. Xaricdə olduğum üçün bu işi araşdırmağı vəkilimə həvalə etdim. Məlum oldu ki, bu işlərin arxasında o dövrdə Milli Məclisin deputatı olan Qalib Salahzadə dayanır. Rəhilə Salahzadə də Qalib Salahzadənin qardaşının həyat yoldaşıdır. Qadının adından polisə saxta bələdiyyə sənədi və qəbz təqdim edən də elə Qalib Salahzadə idi. Həmin saxta sənədlərdə yazırdılar ki, guya mənim mülkiyyətimdə olan torpaq bələdiyyənin olub və 2003-cü ildə köhnə manatla 37 milyona Rahilə Salahzadəyə satılıb. Məsələni vəkilim araşdırdı. Dövlət qurumlarına sorğu verdi. Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə sorğuya cavab verdi ki, mülkiyyətimdəki torpaq bələdiyyə torpağı deyil və polisə təqdim edilən alqı-satqı qeydə alınmayıb. Yəni Qalib Salahzadənin polisə rəsmi sənəd kimi təqdim etdiyi müqavilənin saxta olduğu ortaya çıxdı. Həmin sənədlərin içinə 2003-cü ilə aid qəbz də vardı. Vəkil həmin qəbzlə bağlı da araşdırma apardı. Qəbzin çap edildiyi mətbəədən vəkilimin verdiyi sorğuya cavab gəldi ki, həmin qəbz 2005-ci ildə Bilgəh bələdiyyəsi tərəfindən sifariş olunub. Yəni Qalib Salahzadənin polisə saxta sənəd təqdim etdiyi rəsmən təsdiqləndi. 2005-ci ildə çap edilən qəbzdən Bilgəh Bələdiyyəsi 2003-cü ildə necə istifadə edə bilərdi?"

“İnşaat Servisez”dən dedilər ki, bizə haram mal lazım deyil, amma..."

Seymur Quliyev deyir ki, Qalib Salahzadənin saxtakarlığını ortaya qoyduqdan sonra o, sakitləşməyib: “Bundan sonra Bakı Şəhəri İcra Hakimiyyəti mənim və qonşumun mülkiyyətimizdə olan torpağı qanunsuz olaraq ”İnşaat Servisez" tikinti şirkətinə verdi. Bunu biləndən sonra “İnşaat Servisez” tikinti şirkətinin rəsmiləri ilə görüşdüm. Dedilər ki, bizə haram mal lazım deyil və sərəncamın ləğv olunmasına etiraz etmirik. Gedin verin məhkəməyə, biz torpağın sizə aid hissəsindən imtina edəcəyik. Sonradan “İnşaat Servisez” təqdim etdiyi sənəddə torpağın bizə aid hissəsindən imtina etdi. Həmin məhkəmə dövründə Qalib Salahzadə deputat idi, səlahiyyətlərindən istifadə etməklə məhkəmələrə təzyiq edirdi. Buna baxmayaraq, məhkəmə ədalətli qərar çıxardı. Məhkəmənin qərarından sonra torpağımız çıxarışla Hacı Qalibin gəlini Xatirə Allahşükür qızına satıldı".

“Dedi ki, nə oldu, tutmuşdular da məni, neynədilər ey mənə?”

Seymur Quliyev deyir ki, Bakı Şəhər İcra Hakimiyyətinin məhkəmə qaydasında qanunsuz olması təsdiqlənən sərəncamından sonra mülkiyyətində olan 2 mərtəbəli və 3 mərtəbəli evləri sökülüb, əşyaları oğurlanıb: “Bu həmin vaxt baş verdi ki, məhkəmə gedirdi. Məhkəmə qərar da vermişdi ki, söküntü işləri dayansın. 2012-ci ilin aprel ayı idi. Evimə gələndə gördüm ki, qonşumun həyətində söküntü işləri gedir və qonşu ilə bizim aramızda daş hasar tikilir. Qonşum xaricdə yaşayır, qonşumla aramızda heç vaxt daş hasar olmayıb, taxtadan balaca çəpər var idi. Bütün bu tikinti işlərinə rəhbərlik edən Hacı Qalib Salahzadə idi. Ona dedim ki, sənin nə ixtiyarın var burda bu işləri görürsən, dedi ki, bura mənimdi. Mən onunla mübahisə etdim. Dedi ki, nə oldu, tutmuşdular da məni, neynədilər mənə? Sonra məlum oldu ki, qonşumun xaricdə yaşamağından istifadə edərək, Qalib Salahzadə onun torpağını saxta sənədlərlə öz rəhmətə getmiş nənəsinin adına yazdırıb. Bu söhbətdən sonra mən xaricə getdim. Mənə zəng edib dedilər ki, Qalib Salahzadə hasarımı və 3 mərtəbəli evimin damını sökməyə başlayıb. Vəkilim məsələ ilə bağlı Sabunçu Rayon Məhkəməsinə müraciət etdi. Məhkəmə araşdırması zamanı müəyyən oldu ki, bu torpaq sahəsi heç vaxt Bilgəh Bələdiyyəsinin ərazisi olmayıb və Rəhilə Salahzadəyə satmaq hüququna malik olmayıb. 27.04.2012-ci məhkəmə söküntü işlərinin dayanmasına və qapıların açılmasına qərardad verdi. Məhkəmə icraçılarının iştirakı ilə qapılarımızı açıb bizi mülkümüzə daxil etdilər. Səhəri Qalib Salahzadə başının dəstəsi və Bilgəh Bələdiyyəsinin iştirakı ilə zor gücü ilə bizi öz mülkümüzdən çıxardı. Qalib Salahzadə məhkəmənin qərarına əhəmiyyət vermədi. Mənə məxsus 2 mərtəbəli evi Bilgəh Bələdiyyəsinin sədri ilə 18.07.2012-ci il tarixində bələdiyyənin texnikası ilə yerlə yeksan etdirdi”.

“Fəhlələr də deyib ki, söküntünün təşkilatçısı Qalib Salahzadədir”

Seymur Quliyev deyir ki, ona vurulan maddi və mənəvi ziyanın həcmi olduqca böyükdür: “Müstəqil ”Azəri-Audit" auditor firmasının 1 mart 2012-ci il tarixli qiymətləndirmə aktına görə təkcə bağ sahəmdə apardığım tikinti işləri 2 milyon 500 min manat dəyərləndirilib. Evlərin sökülməsini və əşyaların talan edilməsini əks etdirən videoyazının təqdim edilməsinə baxmayaraq, hüquq-mühafizə orqanları bu günədək cinayətkarları məsuliyyətə cəlb etməyiblər. Həmin dövrdə mülkümün dağıdılması ilə bağlı Bakı Şəhər Baş Polis idarəsində 1200500219 saylı cinayət işi başlanıb. Şahidlər dindirilib, söküntü işləri aparan fəhlələr də deyib ki, söküntünün təşkilatçısı Qalib Salahzadədir. Uzun sürən, təzyiq altında keçən məhkəmə proseslərinin nəticəsi də (4 Ali Məhkəmə, 2 Konstitusiya Məhkəməsi) bir daha Qalib Salahzadənin bu işlərdə günahkar olduğunu göstərdi. Bu məsələ ilə bağlı mən baş prokuror Zakir Qaralovun qəbulunda olmuşam. Bundan sonra müvafiq faktla bağlı cinayət işi başlanıb və bu günə qədər sona çatdırılmayıb. Uzun sürən məhkəmələrdən sonra 2016-cı ildə mülkiyyətimə cıxarış aldım. Lakin məhkəmə qərarlarının mövcudluğuna baxmayaraq, yenə də Qalib Salahzadə öz qohumluq imkanlarından və bir sıra hörmətli şəxslərin adından istifadə edərək mənim hüquqlarımı pozmaqda davam edir. Qalib Salahzadə əmlakımı zəbt edib. O, mənim ərazimə gedən yolu tam bağlayıb. Görünür o, mənim əmlakımı sökməsinə və talan etməsinə görə cəzasız qaldığından ruhlanaraq qanunsuz hərəkətlərini davam etdirməkdədir".

“Hacı Qalib Salahzadə evimə gedən dövlət avtomobil yolunu dəmir darvaza ilə bağlayıb”

S.Quliyev deyir ki, Bakı Şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da məhkəmələr boyu Qalib Salahzadəni müdafiə edib: “Onu Hacıbala Abutalıbov nə marağı vardı ki, müdafiə edirdi, bu gün də bizim üçün qaranlıqdır. Saxta sənəd məsələsini də bu günə qədər araşdırıb sona çatdıran yoxdur. Hacı Qalib Salahzadənin saxtakarlığını üzə çıxarmaq istəmirlər. Hacı Qalib də bizim torpaqdan əl çəkmir. Qardaşı arvadının adından istifadə etdi, gördü ki, torpağı zəbt edə bilmir. Bu dəfə də gəlinini qabağa verib. Torpağımızı bütün Qafqazın şeyxi, Hacı Allahşükür Paşazadənin qızı Xatirə Salahzadənin adına verilmiş çıxarışla ələ keçirmək istədi. Bu dəfə də məhkəmələr ədalətli qərar çıxardılar. Ən maraqlısı odur ki, Hacıbala Abutalıbov həmin qanunsuz çıxarışın ləğvi ilə bağlı iddiamız məhkəmələrdə olduğu dövrdə qarşı tərəfi müdafiə edirdi. Ali Məhkəməyə qədər Hacıbala Abutalıbov Hacı Qalibin gəlinini müdafiə etdi. Görəsən bunların marağı nədir? Qalib Salahzadə öz qara əməllərinə bu dövlət orqanlarına necə cəlb eləyib? 2017-ci ildə qanunsuz sərəncamların ləğvi ilə bağlı uzun sürən məhkəmələrdən sonra ”İnşaat Servisez"in və Xatirə Allahşükür qızına verilən çıxarışlar ləğv olundu. Məhkəmə yolu ilə mülkiyyətimə yeni çıxarış aldım. Lakin bu günə qədər mülkiyyətimə gedib-gələ bilmirəm. Hacı Qalib Salahzadə evimə gedən dövlət avtomobil yolunu dəmir darvaza ilə bağlayıb. Dəfələrlə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevlə görüşüb məsələni ona izah etmişəm. Adil Vəliyev yola qanunsuz qoyulan darvazanın açılacağına söz verdi. Sabunçu Rayon İcra Hakimiyyətindən sorğuma cavab verirlər ki, məhkəməyə müraciət edin. Amma məhkəməyə kimi verməli olduğumu göstərmirlər. Sorğularda həmin darvazanı kimin və hansı əsasla dövlət yoluna qoyub bağlanmasına aydınlıq gətirilməsini istəyirəm. Lakin sorğudakı suala konkret cavab verilmir. Yazırlar ki, torpaqdan “Şəbəkə” restoranının sahibi tərəfindən dayanacaq kimi istifadə olunur və torpaq sahəsindən dayanacaq kimi istifadə edilməsi haqda müqavilə icra hakimiyyətinin arxivində yoxdur. Bu cavabla Sabunçu Rayon İcra Hakimiyyəti “Şəbəkə” restoranının qanunsuz fəaliyyət göstərdiyini təsdiqləyir. Bunu isə araşdıran yoxdur".

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
\\musavat.com\\

Şeyxin qudası vətəndaşın 3 mərtəbəli evini dağıdıb
Şeyxin qudası vətəndaşın 3 mərtəbəli evini dağıdıb
Şeyxin qudası vətəndaşın 3 mərtəbəli evini dağıdıb




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Çin ABŞ-dakı seçkilərə təsir etməyə çalışır"
Dünən, 18:32
Pakistan Senatının sədri Azərbaycana gəlir
Dünən, 18:19
“Təyyarəmizin vurulmasını cavabsız qoymayacağıq” - Rusiyanın müdafiə naziri
Dünən, 18:17
Qubada çoban döyülüb
Dünən, 18:02
Ermənistan hakimiyyəti öz qeyri-peşəkar hərəkətləri ilə vəziyyəti gərginləşdirir - Rusiyalı ekspert
Dünən, 17:59
İsmayıllı rayonunun işdən çıxarılan prokurorunun məhkəməsi başlayıb
Dünən, 17:52
Daxili İşlər Nazirliyi Tibb İdarəsinə həkim vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
Dünən, 17:49
Biləsuvar şəhərində yeni ümumtəhsil məktəbi binası tikiləcək - Prezident pul ayırdı
Dünən, 17:47
Prezident İlham Əliyev Biləsuvarda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına maliyyə vəsaiti ayırıb - SƏRƏNCAM
Dünən, 17:46
"Rus təyyarəsini İsrail vurmayıb" - Putindən ilk açıqlama
Dünən, 17:39
Masallı şəhərində abadlıq-quruculuq və 10 küçədə əsaslı yenidənqurma işlərinə 3 milyon manat ayrılıb - SƏRƏNCAM
Dünən, 17:38
Ağsuda qanunsuz dini yığıncaq keçirənlər saxlanıldı - ƏMƏLİYYAT
Dünən, 17:37
İş başında ölən polkovnikin yerinə təyinat olub - ƏMR
Dünən, 17:36
Ələt-Astara-İran sərhədi-Biləsuvar avtomobil yolunun yenidən qurulmasına maliyyə vəsaiti ayrılıb - SƏRƏNCAM
Dünən, 17:35
Masallıda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına 1 milyon manat ayrılıb - SƏRƏNCAM
Dünən, 17:34
Vətənə xidmət şərəfdir - Deputat yazır...
Dünən, 17:32
Liberman Ermənistana niyə getmədi? - Gürcü general səbəbləri açıqladı
Dünən, 17:29
“Nar”-ın dəstəyi ilə “Brain Ring” intellektual yarışları start götürdü
Dünən, 17:26
Sumqayıt Dövlət Dram Teatrı 50-ci yubiley mövsümündə Hüseyn Cavidi anacaq...
Dünən, 17:22
Sabah dolar neçəyə olacaq?
Dünən, 17:11
"Əgər parada getməyibsə, bu o demək deyil ki, səhhətində nə isə problemlər var" - Kəmaləddin Heydərovla bağlı yayılan xəbərlərə REAKSİYA
Dünən, 17:09
Ukraynada sərhədçilərə rüşvət təklif edən azərbaycanlı saxlanıldı
Dünən, 17:04
“Mən də qaçsaydım, indi Mamedin yerində oturmuşdum”
Dünən, 17:00
Kreml Nikola İrəvanda seçkini udmağa imkan verəcək?
Dünən, 16:54
Bakı Şəhər İcra Hakimiyyətinin daha bir şöbə müdiri vəzifədən azad edilib
Dünən, 16:49
Xalq artisti biabır etdi: - “Pul verib efirə çıxır”
Dünən, 16:42
Təhqir edilərək döyülən erməni əsgəri xəstəxanalıq oldu
Dünən, 16:39
Mətbuat Şurası bu saytlara xəbərdarlıq etdi
Dünən, 16:35
"Bədxahlar “Azərbaycan çökür” deyərkən Azərbaycan daha möhtəşəm addımlarla irəlilədi" - Əli Həsənov
Dünən, 16:32
Qarabağa göndəriləcəyini öyrənən erməni gənc intihar etdi
Dünən, 16:31
İsrail Moskvanın ittihamlarına cavab verdi
Dünən, 16:29
Azercell Gəncədə yeni Eksklüziv mağazasını abunəçilərin ixtiyarına verib
Dünən, 16:21
Rusiyada neft hasilatı 2021-ci ildə ən yüksək həddə çata bilər
Dünən, 16:18
"İlhamənin Əli Mirəliyevə heç bir xeyri dəymədi" - Flora Kərimova
Dünən, 16:03
Ukraynada qazın qiyməti artırılacaq
Dünən, 16:01
DİN 207 nömrəli məktəbin ətrafındakı "manyak"lar barədə araşdırma aparıb
Dünən, 15:59
Tacirin anası gözyaşı tökdü: - "Bir dəfə qapımı açmayıb"
Dünən, 15:49
Ermənistanda seçkidən öncə şok sorğu: - Paşinyan uduzur
Dünən, 15:44
“Fərhad Əhmədovun adamlarının bu işdə öz maddi maraqları olub...” - Vəkil
Dünən, 15:43
Dağıstanda itən azərbaycanlı gəncin meyiti tapıldı
Dünən, 15:41
“Mənə hər ay 25 min dollar verəcəyini dedi” - İcra hakimiyyətinin əməkdaşının qardaşı məhkəmədə ifadə verib
Dünən, 15:33
Xaləddin İsgəndərovun əsas adamlarından daha biri "vuruldu" - GƏLİŞMƏ
Dünən, 15:31
Sinaqoqun dini rəhbəri sosial şəbəkələrdəki müzakirələrə SON QOYDU - “Bu, fotomontaj deyil!”
Dünən, 15:26
"Sandıqdakı pulları tələbələrə verirdi..." - Xalq artistləri dahi Üzeyirdən danışır
Dünən, 15:24
Kəndlərdə müəllim qıtlığı - TƏKCƏ İKİ RAYONUN ONLARLA KƏNDİNDƏ…
Dünən, 15:20
Prezident İlham Əliyev Cavid Qurbanovu "Şöhrət" ordeni ilə təltif edib - SƏRƏNCAM
Dünən, 15:09
Səhiyyə Nazirliyi Şamaxının baş həkiminin qanunsuz ağac kəsməsi faktını araşdırdı - "Baş həkim orda səhv edib ki..."
Dünən, 15:08
“Kontakt Home” məcburi köçkünün hüquqlarını pozub - nazirə şikayət
Dünən, 15:06
ATƏT-də erməni separatçılarının təxribatının qarşısı alındı - VİDEO
Dünən, 15:02
“Bakcell” növbəti beynəlxalq ekoloji aksiyaya qoşuldu
Dünən, 14:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru