“Azərbaycandakı sabitlik bədniyyət qüvvələrin gözünə girir” .....                     Gürcüstanın hakim partiyası icra başçısı vəzifəsinə azərbaycanlı namizəd irəli sürə bilər .....                     Vətəndaşın "Azəriqaz"dan gileyinə baxan yoxdur... .....                     Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə .....                     Azərbaycanlı deputatın bu müsahibəsi İranı silkələdi .....                     "Yataq görüntülərini özüm sızdırmışdım" .....                     Ermənistanda məmurlar kütləvi şəkildə işdən çıxarılır .....                     "3 məhkəmə qərarı 15 ildir ki, Gəncə icra orqanı tərəfindən icraata yönəldilmir..." .....                     Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib .....                     42 nəfəri xəstəxanalıq edən sürücü yaralanmayıb .....                     Türkiyədə Gürcüstan futbolçuları oğurluğa görə saxlanılıb .....                     İrandan gələrkən ilişdi .....                     Mədəniyyət Televiziyası Vasim Məmmədəliyevi Hacı Şahin Həsənli ilə əvəzləyib .....                     Murad Firaya vəzifə verdi .....                     Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində iki TƏYİNAT .....                     Astarada narkotik taciri yaxalandı .....                     Paşinyan “otel otağına” heç kəsi buraxmır .....                     Asif Ağayevlə bağlı daha bir iddia... .....                     Rusiya öz kömürünü Ukraynaya bu yolla satdırır .....                     Bakıdan İran sərhədinə qədər yeni avtomobil yolunun bir hissəsi bu ilin sonundan ödənişli olacaq .....                     Afiq Səfərov “Azərsun”dan getdi .....                     AFFA Klublar Komitəsinə yeni sədr seçilib .....                     Mehriban Əliyeva tapşırıq verdi .....                     Qubada bıçaqlanma .....                     “Binə” ticarət mərkəzində oğurluq .....                     Arvadını 4 il izlədi, sonda 70 yaşlı kişi ilə tutdu! .....                     Yasamalda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb .....                     Ziya Məmmədovun dövlətə vurduğu yaralar... .....                     Bakının mərkəzində maşın qaçırdılar .....                     Bakı Modern Məktəbi bağlanır? .....                     AzTV Cənub zonası üzrə bölgə müxbirini .....                     Keçmiş başçıya PA-da yüksək vəzifə verildi? .....                     Qarabağ məsələsində “bəzi pozitiv dəyişikliklər” nədir... .....                     “ABŞ “qırmızı xətt”i keçən Ermənistanı bağışlamayacaq” .....                     Bakıda 28 yaşlı qadın intihar edib .....                     Bakıda küçədə kişi meyiti tapılıb .....                     Şəhərin mərkəzində intihara cəhd .....                     "Sosial şəbəkələr boşanmalara səbəb olur" .....                     “Rus qoşunları Qafqazda müharibədən çəkindirici faktordur” .....                     "Amma onlar bizi inandırdılar ki, ora burdan da yaxşı xəstəxanadır" .....                 

“Daşkəsən Filizsaflaşdırma”nı dağıdan əllər - Ələddinin “sehirli” əməlləri
Tarix: 19-01-2018, 09:25 | Çap et
“Daşkəsən Filizsaflaşdırma”nı dağıdan əllər
Zaqafqaziyada yeganə dəmir filizi dağ-zənginləndirici müəssisə “Daşkəsən Filizsaflaşdırma” özəlləşdiriləcəyi günü gözləyir. Ölkə prezidentinin 13 iyul 2016-cı il tarixli sərəncamı ilə “Daşkəsən Filizsaflaşdırma” ASC özəlləşdirilmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilib və müəssisənin özəlləşdirilməyə çıxarılması üçün 3 ay vaxt qoyulub. Həmin gündən 1 il 6 ay vaxt keçib, müəssisə özəlləşdirilməyib. Mətbuatda müəssisənin özəlləşdirilməsinin bəzi məmurların maraqlarına uyğun olmadığı haqda çeşidli yazılar dərc olunub. Ölkənin ağır sənayesini ayağa qaldıracaq gücdə olan “Daşkəsən Filizsaflaşdırma”nın məmur maraqları səddini nə vaxt aşacağı bəlli deyil.

“Yeni Müsavat”ın reportyor qrupu sözgedən müəssisə ilə bağlı son durumu araşdırmaq üçün Daşkəsəndə olub.

Müəssisənin fəhlələri isə ehtiyac və borc içində çabalayırlar. Fəhlələr dövlət qurumlarına, mətbuat orqanlarına usanmadan şikayət yazıb, 2013-cü ildən almadıqları əmək haqlarını tələb edirlər. “Daşkəsən Filizsaflaşdırma” rayonda yeganə müəssisədir ki, vaxtilə orada 2 mindən artıq işçi çalışıb. Hazırda isə müəssisənin 340 işçisi var. 2015-ci ildə müəssisə fəaliyyətini tam olaraq dayandırıb. Bundan sonra bir tərəfdən rayonun sərt iqlimi, digər tərəfdən pulsuzluq fəhlələrin durumunu son həddə qədər qəlizləşdirib. Köhnəlmiş, qolları sürtülmüş nimdaş paltarlarda gəzən fəhlələr bu gün müəssisənin ətrafındakı dükan-bazarlarda arzu olunmayan müştərilərə çevriliblər. Orada 340 işçinin böyük hissəsini ad və soyadla tanıyırlar. Kimin rayonun hansı kəndinin, hansı küçəsində yaşadığını, neçə uşağının olduğunu belə satıcılar əzbər bilirlər. Fəhlələrin qapılarına getməkdən satıcılar da, fəhlələr də, onların ailələri də beziblər. Pul isə yoxdur. Olacağına ümidlər də artıq tükənib. Nisyə dəftərlərində ən böyük məbləğləri müəssisə fəhlələrinin adları qarşısında görmək olur.

Sup-çörəklə yeni ili qarşılayan fəhlələr
“2013-dən bu yana maaş almayan adamlara kim salam verər? İnsaflı satıcılar olmasa, batarıq. Aramızda elələri var, yeni ili sup-çörəklə qarşılayıb. Əkinimiz yox, biçinimiz yox. Evə getməyə belə üzümüz yoxdur. 40 il burada işləyənlər, külüng vuranlar var. Nə olsun? Pul ki ala bilmirik”. Bu sözləri müəssisənin fəhlələrindən biri deyir. Az keçmir ki, ətrafımıza 30-dan çox fəhlə toplaşır.

Yaşı 50-ni haqlayan fəhlələrdən biri deyir ki, 2013-cü ildə 20 min ton konsentrat çıxarıblar: “Burada ən böyük əmək haqqı 300 manat olub. 30 min əhalisi olan Daşkəsən rayonunun gözünü dikdiyi yeganə iş yeri buradır. 2016-cı il iyulun 13-də prezident sərəncamı ilə ”Daşkəsən Filizsaflaşdırma" özəlləşdirməyə çıxarıldı. Sevindik. Dedik ki, bir sahibkar buranı alar, bizə əmək haqqı verər. 4 dəfə özəlləşdirməyə çıxarıblar. Özəlləşdirmə baş tutmur ki, tutmur. İllərdir ki, əmək haqqı ala bilmirik".

Müəssisənin hesabına 68 milyon avro pul gəlməli imiş
“Köhnə rəhbərlik vergi, sosial sığorta, elektrik enerjisinə görə borcları vaxtında ödəməyib. Yeni təyin olunan Fərid Əsədov isə hesaba pul yatıra bilmir. Dövlət Sosial Müdafiə Fondu, ”Azərişıq" müəssisənin hesabına sərəncam qoyub. Müəssisəni milyonlarla manat borca salıblar. Bizim çıxardığımız konsentratın tonunu 6-7 manata rəsmiləşdiriblər, daşıyıblar Potiyə, oradan da Çinə tonu 78 avrodan satıblar. Müəssisənin hesabına 68 milyon avro pul gəlməli imiş. Amma basıb yeyiblər. Biz fəhlələr də burada acından ölürük" -digər bir fəhlə isə belə deyir.

Prezident müəssisənin 100 gün ərzində özəlləşdirməyə çıxarılması üçün vaxt qoymuşdu

Söhbətə qoşulan başqa bir fəhlə də əmək haqqı ala bilmədiklərindən gileylənir: “Dolana bilmirik. Burada iqlim sərtdir, evlərimizi də qızdıra bilmirik. Qazın, işığın pulunu ödəyə bilmirik. Borclu olmadığımız ünvan yoxdur. Prezident müəssisənin 100 gün ərzində özəlləşdirməyə çıxarılması üçün vaxt qoymuşdu. İl yarım keçib və müəssisə özəlləşdirilməyib. Biz əmək haqqı almadığımız müddətdə də konsentrat istehsal etmişik və həmin konsentratı daşıyıb xaricə satıblar. Biz bu gün də bilmirik ki, 100 min tondan artıq konsentratın pulu hara gedib, kimin cibinə gedib. Əvvəlki rəhbərlik Ələddin Sadıqovdan soruşurduq ki, pulları hara xərcləyirsiz, bizim əmək haqqımızı niyə vermirsiz? Deyirdi borca, vergiyə, sığorta pulunuza vermişəm. İndi bilirik ki, 2010-cu ildən bu yana bizim sığorta pullarımızı belə keçirməyib, 1 manat belə verməyib. Bu gün müəssisəyə daxil olan pullara da həbs qoyulub, maaş ala bilmirik. Müəssisəni milyonlarla borca salıblar”.

“Biz də çox acınacaqlı duruma düşmüşük. Get istənilən mağazaya gir, nisyə dəftərlərində bizlərin adı qarşısındakı rəqəmlərə bax! Görəcəksən ki, hərəmizin 300-500 manat borcu var. Elə fəhlə var ki, ona heç nisyə mal verən də yoxdur. O qədər borcu yığılıb ki... Bizə mağazalar nisyə də vermirlər, qaz-işığımızı da kəsirlər. Uşağı məktəbə yola sala bilmirik”.

Prezidentin qəbuluna gedəcəyik

Vahid Bayramov deyir ki, müəssisədə elə fəhlə var ki, işə gəlir, ondan-bundan çörək alıb yeyir. Müəssisə işçiləri borc almaqdan beziblər: “20 yanvarda borc-xərc edib Bakıya gəlib şəhidlərimizin ruhu qarşısında baş əyəcəyik, oradan da Prezident Administrasitasına qəbula gedəcəyik. Qoy bizim müəssisənin real durumunu bilsinlər. Özəlləşdirməyə açıq elan edilən müəssisənin iflic edildiyindən xəbərdar olsunlar”.

Hamının bizim mağazaya borcu var
Akif Bağırov isə təklif edir ki, fəhlələrin borclarını mağazalara getməklə öyrənək: “Mənim 400 manat borcum var. Gəlin mağazalara gedək, baxın, görün hansı gündə yaşayırıq”.

Fəhlələrin təklifi ilə müəssisə ətrafındakı mağazalara da baş çəkirik. Satıcı 5-6 borc dəftərinin vərəqlərini o üz, bu üzə çevirib əlini müəssisənin fəhləsi Elnur Məmmədov adı yazılan sətirin üstünə qoyur: “77 üstə gələk 10 manat, üstəgəl 21 manat... ümumilikdə bərabərdir 397 manat 20 qəpik. Müəssisənin digər işçisi Elnur Bağırovun borcu 328 manat 30 qəpik, bax, o çöldə dayanan Asimin, Qiyasın, Qasımın, elə çöldəkilərin demək olar ki, hamının bizim mağazaya borcu var”.

“Daşkəsən Filizsaflaşdırma”nın başına elə daş salıblar ki...

Çöldə isə müəssisənin 30-dan çox fəhləsi var. Yaxınlıqdakı un və un məhsulları satılan mağazada da oxşar durumdur. Satıcı Aygün xanımın üzündən narazılıq hiss olunur. Əlindəki alboma oxşar borc dəftərini həvəslə açıb kalkulyatoru qabağına qoyur və qalaqlanmış borcları hesablamağa başlayır. Fəhlələrin adı borc dəftərlərində yuxarı başdan yazılıb, satıcı deyir ki, adları yeni dəftərlərə köçürməkdən yorulub: “Nisyə un alıb çörək bişirib ailələrini saxlayırlar. Unu nisyə verməsək, bu adamların uşaqları ac qalar. Veririk, özümüz qazancsız qalırıq. Çox çətin vəziyyətdir. Fəhlələrin pulu verilsə, bizim də yükümüz azalar. Bax buradakı Bəndəl Məmmədovun mağazaya 540 manat borcu var. O dəfə Elnur gəldi, onu qovdum. Nə edim? 169 manat 50 qəpik borcu var. Vermir. Maaş almır axı. Qiyasın 280 manat borcu var. Unu alıb aparıb, pulunu da verə bilmir. ”Daşkəsən Filizsaflaşdırma"nın başına elə daş salıblar ki, bu fəhlələr də qalıb ortalıqda. Onlar batırlar, bizi də batırırlar".

“Daşkəsən Filizsaflaşdırma”nın mal-materialını Gəncəyə daşıyıb metalloma təhvil verirlər

Yada salaq ki, “Daşkəsən Filizsaflaşdırma” ASC 2016-cı ilin martın sonundan bu günə qədər 4 dəfə satışa çıxarılıb. Rəsmi məlumatlarda qeyd olunur ki, müsabiqəyə investorlardan müraciət olmayıb.

Müəssisənin fəhlələri isə bu fikirlə razı deyillər. Onların sözlərinə görə, özəlləşməyə qarşı çıxanlar var. Məqsəd isə “Daşkəsən Filizsaflaşdırma”nın əmlakını dağıtmaqla dəyərsizləşdirməkdir.

“Ələddin Sadıqov bizə əmək haqlarımızı vermirdi, əvəzində eşidirdik ki, Bakıda, Gəncədə obyektlər alırdı, Gürcüstanda hoteldən belə alıb. Müəssisəni böyrü üstə qoydu. Prezident deyir ki, yerlərdə istehsal müəssisələri yaradın. Bu adamlar isə olan istehsal sahəsini məhv edirlər. Gecə-gündüz ”Daşkəsən Filizsaflaşdırma"nın mal-materialını Gəncəyə daşıyıb metalloma təhvil verirlər, bahalı, paslanmayan dəmirdən olan materialları Gəncədə tikilən bazarın damına vurublar. Avtokalonda traktor, maşın, texnika qalmadı, doğradılar, daşıyıb aparıb Gəncədə satdılar. Biz prezidentə, baş nazirə də bu haqda yazmışıq, amma şikayətlərimizin ünvana çatmasına imkan verilmir. Bizlər də borc içində batırıq".

“Daşkəsən Filizsaflaşdırma”nın rəhbərliyindən isə suallarımızı cavablandırmaq istəmədilər.

Xatırladaq ki, ASC-nin elan olunmuş özəlləşmə şərtləri belədir:

Qara metallurgiya müəssisələri zənciri yaradılması nəzərə alınmaqla ümumi investisiya həcmi azı 600 milyon dollar olmalı, dövlət büdcəsinə azı 100 milyon manat köçürülməlidir.

İddiaçılar qarşısında qoyulan şərt və tələblər
Müəssisənin istifadəsində olan dəmir filizi mədənlərinin bazasında xammaldan son məhsula qədər istehsal zəncirini ölkə daxilində təmin edən klaster yaradılmalıdır. 5 il ərzində icra olunacaq İnvestisiya Proqramı (biznes-plan) təqdim edilməlidir:

- səhmdar cəmiyyətinin istifadəsində olan yataqlardakı dəmir filizinin mövcud qanunvericiliyə uyğun olaraq təhlükəsizlik və ekoloji standartlara riayət olunmaqla illik hasilatının həcmi ilə bağlı təklif;

- rəqabətqabiliyyətli və əlavə dəyər yaradan, idxalı əvəz edən, ixrac yönümlü son məhsul istehsalının ölkə daxilində təşkil edilməsi ilə bağlı qurulacaq istehsal zəncirinə daxil olan müəssisələrə və onların istehsal gücünə dair təklif;

- istehsal olunacaq hazır məhsulların çeşidinə dair (məsələn, ikitavr, polad künclük, şveller, pəstah, dəmir lövhə, boyalı/boyasız rulonlar və s.) təklif;

- müəssisədə aparılacaq yenidənqurma, tikinti, təmir-bərpa işlərinə dair təklif;

- yeni avadanlıq və texnologiyaların tətbiqinə dair təklif;

- yeni iş yerlərinin yaradılmasına dair təkliflər (1.000 iş yerindən az olmayaraq);

- istehsal olunacaq məhsulların satış bazarları haqqında təklif;

- təklif olunmuş investisiya həcminin ümumi məbləğinin 5 (beş) %-ə qədərinin pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürülməsi və ondan istifadəyə dair təklif (məbləğ qeyd olunmaqla).

- Dövlət büdcəsinə ödəniləcək pul vəsaitinə dair təklifin verilməsi. Təklifin minimal həddi 100 milyon manat müəyyən edilməklə, maksimal həddi iddiaçılar tərəfindən təklif olunmalıdır.
“Yeni Müsavat”







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azərbaycandakı sabitlik bədniyyət qüvvələrin gözünə girir” - deputat
Bu gün, 12:52
Gürcüstanın hakim partiyası icra başçısı vəzifəsinə azərbaycanlı namizəd irəli sürə bilər
Bu gün, 12:49
Vətəndaşın "Azəriqaz"dan gileyinə baxan yoxdur... - Müraciət
Bu gün, 12:43
Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb
Bu gün, 12:40
Azərbaycanlı deputatın bu müsahibəsi İranı silkələdi
Bu gün, 12:36
"Yataq görüntülərini özüm sızdırmışdım" - Kərim etiraf etdi
Bu gün, 12:33
Ermənistanda məmurlar kütləvi şəkildə işdən çıxarılır
Bu gün, 12:31
"3 məhkəmə qərarı 15 ildir ki, Gəncə icra orqanı tərəfindən icraata yönəldilmir..." - Nizami Qocayev isə deyir ki...
Bu gün, 12:28
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
Bu gün, 12:22
42 nəfəri xəstəxanalıq edən sürücü yaralanmayıb - Açıqlama
Bu gün, 12:20
Türkiyədə Gürcüstan futbolçuları oğurluğa görə saxlanılıb
Bu gün, 12:18
İrandan gələrkən ilişdi
Bu gün, 12:13
Mədəniyyət Televiziyası Vasim Məmmədəliyevi Hacı Şahin Həsənli ilə əvəzləyib
Bu gün, 12:10
Murad Firaya vəzifə verdi
Bu gün, 12:03
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində iki TƏYİNAT
Bu gün, 12:01
Astarada narkotik taciri yaxalandı
Bu gün, 11:55
Paşinyan “otel otağına” heç kəsi buraxmır - KTMT baş katibsiz qalacaq
Bu gün, 11:49
Asif Ağayevlə bağlı daha bir iddia... - Belə deyirlər...
Bu gün, 11:48
Rusiya öz kömürünü Ukraynaya bu yolla satdırır
Bu gün, 11:44
Bakıdan İran sərhədinə qədər yeni avtomobil yolunun bir hissəsi bu ilin sonundan ödənişli olacaq
Bu gün, 11:38
Afiq Səfərov “Azərsun”dan getdi - Yerinə təyinat da olub
Bu gün, 11:31
AFFA Klublar Komitəsinə yeni sədr seçilib
Bu gün, 11:27
Mehriban Əliyeva tapşırıq verdi - Qarabağ əlili üçün ev tikiləcək
Bu gün, 11:25
Qubada bıçaqlanma
Bu gün, 11:23
“Binə” ticarət mərkəzində oğurluq
Bu gün, 11:22
Arvadını 4 il izlədi, sonda 70 yaşlı kişi ilə tutdu! - Gədəbəydə şok olay
Bu gün, 11:20
Yasamalda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb - FOTO
Bu gün, 11:16
Ziya Məmmədovun dövlətə vurduğu yaralar... - Bunun hesabı sorulacaqmı?
Bu gün, 11:14
Bakının mərkəzində maşın qaçırdılar
Bu gün, 11:12
Bakı Modern Məktəbi bağlanır? - VÖEN-ni ləğv olundu
Bu gün, 11:10
AzTV Cənub zonası üzrə bölgə müxbirini işdən azad etdi
Bu gün, 11:07
Keçmiş başçıya PA-da yüksək vəzifə verildi? – Açıqlama
Bu gün, 11:05
Qarabağ məsələsində “bəzi pozitiv dəyişikliklər” nədir... - GƏLİŞMƏ
Bu gün, 11:04
“ABŞ “qırmızı xətt”i keçən Ermənistanı bağışlamayacaq” - TƏHLİL
Bu gün, 11:02
Bakıda 28 yaşlı qadın intihar edib
Bu gün, 11:00
Bakıda küçədə kişi meyiti tapılıb
Bu gün, 10:52
Şəhərin mərkəzində intihara cəhd
Bu gün, 10:48
"Sosial şəbəkələr boşanmalara səbəb olur" - deputat
Bu gün, 10:41
“Rus qoşunları Qafqazda müharibədən çəkindirici faktordur” - Tonoyan
Bu gün, 10:38
"Amma onlar bizi inandırdılar ki, ora burdan da yaxşı xəstəxanadır" - GİLEY
Bu gün, 10:35
Ərdoğan Suriyanın şimalında təhlükəsizlik zonası yarada bilməyəcək - Əsədin müşaviri
Bu gün, 10:32
Leyla Şıxlinskayanın pulunu mənimsəməkdə təqsirləndirilən şəxslərə şərti cəza verilib
Bu gün, 10:28
Yevlaxda silahlı insident - Ölən var
Bu gün, 10:27
İnsan hüquqları üzrə müvəkkil martda seçki gözləmir... - deputat isə konstitusion müddətin bitdiyini söyləyir
Bu gün, 10:24
“Anamın ürəyi aparatla işləyir…”
Bu gün, 10:22
Bir oğurluğa görə ilişdi, digər əməlləri də ifşa olundu
Bu gün, 10:20
Avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb
Bu gün, 10:18
“Əhməd Orucun əli qranta çatmır, onun üçün boş-boş danışır” - QALMAQAL
Bu gün, 10:11
Müxalifət özü də bilir ki, bu aksiyalar mənasızdır, xalqın iradəsini ifadə etmir - Ekspert
Bu gün, 10:07
Sahil Babayevdən Səlim Müslümov dövrünə doğru İRİ BİR ADDIM! - ŞOK maxenasiya ittihamı...
Bu gün, 10:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru