Güllələnən azərbaycanlıların yaxınları danışdı .....                     Malik İsaqov Yasamalın yeni icra başçısı olacaq?! .....                     "Bank Respublika"nın özbaşınalığı... .....                     “iPhone 8”in Azərbaycanda rəsmi olaraq satılacağı vaxt bilindi .....                     Naxçıvandakı hərbi potensial işə düşsə, .....                     İraq ordusu Ərbilin 50 kilometrliyində .....                     Süni uşaq qidalarının reklamı ilə bağlı cərimələr təsdiq edildi .....                     Uzaq Yaponiyanı Azərbaycana doğmalaşdıran siyasət... .....                     ABUC layihə üzrə yekun mətbuat konfransı keçirdi .....                     Gələn il Azərbaycanda 1,5%-lik iqtisadi artım olacaq .....                     Samuxda kişi arvadını döyərək ağır xəsarət yetirib .....                     Konstitusiyaya dəyişiklik .....                     Gələn ilin dövlət büdcəsində neftin baza qiyməti .....                     Aydınlanan cəhalət .....                     "Yalnız Poroşenkonun partiyasından olan deputatlar Azərbaycanın əleyhinə çıxmayıblar" .....                     Hava yağmursuz keçəcək, duman olacaq .....                     “Elə bil lotereya oynayırlar” .....                     PKK tərəfdarı olan deputat Azərbaycan müxalifətçisinə belə dəstək verdi .....                     Azərbaycanda çörəyin qiymətilə bağlı YENİ XƏBƏR VAR .....                     Oğurluğa cəhd elədi, başqa oğurluqlarının üstü açıldı .....                     “D-8"ə yeni üzvlər qəbul etməyə ehtiyac var” .....                     Küçədən tapdığı kartdan 940 manat çıxardı... .....                     3 il ərzində müdirini çapıb-talayıb... .....                     “Avropa Şurası problemlərini həll etmək əvəzinə hansısa ölkələri hədəfə gətirir” .....                     İstanbulda İlham Əliyev və Ərdoğanın iştirakı ilə D-8 Zirvə görüşü başlayıb .....                     MTN-in adından dələduzluq edənlər yenidən hakim qarşısında .....                     "AtaBank”ın həbs etdirdiyi qadın bələdçi imiş .....                     Uorlik həmsədr olduğu dövrdə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ədalətli çıxışlar edib .....                     Polis rəisinin müavinindən pul tələb edən qadın özünü təqsirli bilməyib .....                     Nazir üçün müşkülə çevrilən balaca post .....                     "Adil Vəliyev icra başçısı gələndə ümid elədik ki..." .....                     Bakıda oğurluq və soyğunçuluq edən 11-ci sinif şagirdi məhkəmə zalından azadlığa buraxılıb .....                     Ermənistanın Müdafiə Nazirliyində səs-küylü hadisə .....                     Türkiyədən İdlib əməliyyatı: .....                     UNEC alimi Harvard Universitetində tədqiqat aparacaq .....                     4 rayonun icra başçısı 1 gündə yola salınacaq... .....                     2 milyonluq dələduzluq edən məmur qohumundan yeni xəbər .....                     Bakıda bələdiyyə işçisi narkotikə görə həbs edilib .....                     Xoşqədəmin verilişində axtarılan qızın atası özünü asdı .....                     “Qarşımızda konkret hədəflər var” .....                 

“Azkontrakt”ın “Azərmetal” Birliyinin kollektivi od püskürdü - İTTİHAM VAR
Tarix: 10-08-2017, 11:26 | Çap et
“Azkontrakt”ın “Azərmetal” Birliyinin kollektivi od püskürdü
“Təzadlar”ın ötən sayında dərc olunmuş “Yusif Hümbətov əmlaklarımızın hərraca çıxarılmasına mane olur” başlıqlı şikayət böyük rezonans doğurmuşdur. “Azkontrakt” Səhmdar Cəmiyyətinin “Azərmetal” Birliyinin kollektivi adından Prezident İlham Əliyevə ünvanlı müraciətdə birliyin rəhbərliyi ölkə başçısından acizanə kömək istəyərək onların əmlakının özəlləşməyə çıxarılmasına və hərraca verilməsinə mane olan məmurların cəzəalandırılmasını xahiş edirdi.

“Azkontrakt”ın “Azərmetal” Birliyinin kollektivi od püskürdü

Yazıdan sonra “Azkontrakt”ın rəhbərliyi adından Azərbaycan Mətbuat Şurasına müraciət edilərək qəzetin bu şikayətə təkzib verməsi xahiş olunmuşdur. Lakin “KİV haqqında” Qanunun tələblərində bildirilir ki, qarşı tərəf dərc olunan materialdan narazı qaldığı halda, redaksiyaya müraciət edə, əsaslandırılmış təkzib məktubunun mətninin dərcinə nail ola bilər.
Maraqlıdır ki, “Azkontrakt” rəhbərliyi redaksiyaya deyil, Mətbuat Şurasına müraciət etmiş, MŞ həmin şikayət əsasında qərar qəbul etmişdir. Qərarda bildirilirdi ki, qəzet rəhbərliyinə qarşı tərəfin təkzibini dərc etmək tövsiyyə olunub. Halbuki biz şikayətin mətnindən xəbərsizik, bilmirik ki, “Azkontrakt” rəhbərliyi SC-nin tabeliyində olan “Azərmetal” Birliyi kollektivinin Prezidentə müraciətindəki hansı məqamlardan narazıdır. Baxmayaraq ki, mübahisələndirilən mətn redaksiyanın məhsulu deyil, “Azkontrakt”ın tabeliyində olan “Azərmetal” Birliyinin kollektivi adından yazılıb redaksiyaya təqdim edilmiş şikayət məktubudur, “Azkontrakt”ın xeyrinədir, təkzibi də kollektivin rəhbərliyi verməlidir. Lakin bütün bunlarla yanaşı, qəzet olaraq Mətbuat Şurasının tövsiyyə xarakterli qərarına hörmətlə yanaşaraq bu barədə məlumatı dərc etdik, qalır təkzib məktubu. Əgər “Azkontrakt” rəhbərliyi həmin məktubu təqdim edərsə, onu da dərc etməyə hazırıq...

“Cənab Prezident! Biz təkzib etməliyik ki, Prezidentin özəlləşməyə verilməyimiz haqqında sərəncamından hələ 10 il əvvəl “Azkontrakt”ın rəhbərliyi bəzi məmurlarla əlbir olub torpaq sahələrimizi satıb ələ keçirməyibdir?”

Dünən “Azkontrakt”ın tabeliyində olan “Azərmetal” Birliyinin baş direktoru Şahin Abbasovun adından redaksiyaya məktub daxil oldu. Məktubda Prezident cənab İlham Əliyevə yenidən müraciət öz əksini tapıb. Aşağıda ixtisarla təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə!
Surəti: “Azkontrakt” SC-nin sədri cənab M.Qəmbərova!
Surəti: “Təzadlar” qəzeti redaksiyasına!
Çox hörmətli cənab Prezident!
Biz “Azərmetal” Birliyinin kollektivi bir daha Sizə müraciətlə bildiririk ki, Sizin 19 may 2016-cı il tarixli, “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanınıza uyğun olaraq neçə aydır Əmlak Komitəsinin mütəxəssisləri tərəfindən müvafiq araşdırma və sənədləşdirilmə aparılaraq idarələrimizin balansında qalan torpaq sahəsi və digər əmlakların hərraca çıxarılaraq satılması qərara alınmışdır. Lakin Respublikanın ən ucqar bölgələrindəki çayxana və ticarət budkaları, sınıq-salxaq texnikalar hərraca çıxarılsa da, bizim Bakı şəhəri, H.Əliyev prospektində (“Atletlər Evi” ilə üzbəüzdə) yerləşən idarə binasının və torpaq sahəsinin, digər əmlakımızın hərraca çıxarılması bizə məlum olmayan səbəblərdən yubadılır. Hər dəfə Əmlak Komitəsinə etdiyimiz müraciətlərə isə cavab olaraq bildirirlər ki, guya yubanmanın səbəbi paytaxtın əsas yollarının üstündə yerləşən müəssisələr üçün Nazirlər Kabinetinin xüsusi qərarı olmalıdır. Lakin Nazirlər Kabinetinin müvafiq strukturları ilə əlaqə saxladıqda məlum olur ki, heç də belə deyildir, bu bizim ərazilərə göz dikmiş hansısa məmurların uydurmasıdır və ümumiyyətlə, yuxarıda qeyd edilən Prezident Fərmanı Nazirlər Kabinetinə belə bir səlahiyyəti verməmişdir. Elə isə Əmlak Komitəsinin rəhbərliyi niyə bizim əmlakların hərraca çıxarılmasını istəmir, yaxud buna mane olur? Bu, Komitə rəhbərliyinin Prezident Fərmanına sayğısızlığı deyilmi???
Cənab Prezident!
Bizim ötən həftə Sizin rəsmi saytınıza göndərdiyimiz şikayətdən, eləcə də KİV-də bu barədə məktubumuzun dərcindən sonra məlum oldu ki, haqlı şikayətimizdən narahat olan bəzi məmurlar Azərbaycan Mətbuüat Şurasına müraciət edərək qəzetin təkzib verməsinə nail olsunlar, bununla da özlərinin Prezident fərmanına sayğısızlıqlarına bəraət qazandırsınlar.
Cənab Prezident!
Biz kollektiv olaraq həmin məmurlardan soruşuruq: “Azərmetal” Birliyinin kollektivi nəyi təkzib etməlidir??? Biz təkzib edək ki, “Azərmetal” Birliyinin H.Əliyev prospektində, “Atletlər kəndi” ilə üzbəüzdə yerləşən inzibati binası və torpaq sahəsi uzun illər əvvəllərdən ayrı-ayrı kənar adamlar (məmurlar) tərəfindən ələ keçirilib özgəninkiləşdirilməyib?
Biz təkzib edək ki, “Azərsutikinti” SC-nin sədri, Prezident Administrasiyasının sabiq şöbə müdiri olmuş Yusif Hümbətovun öz səhmdar cəmiyyətini özəlləşdirib satıb-sovurmasından sonra bizim idarənin ərazisini ələ keçirməyə çalışması və buna da nail olması yalandır? Hansı ki, Yusif Hümbətov Əmlak Komitəsinin sədri Kərəm Həsənovun xeyir-duası, “Azkontrakt” SC rəhbərliyinin dəstəyi ilə, bizim başımızın üzərindən bazamızın torpaq sahəsini elə formada özəlləşdirib ələ keçirib ki, indii balansımızda olmuş 12 ha sahədən bizə qalan 85 sot torpaq sahəsini necə özəlləşdirəcəyimizi belə bilmirik. Neçə illərdir ki, hətta biz idarəmizə daxil ola bilmirik, birliyin darvazası Yusif Hümbətovun ələ keçirdiyi ərazidə qalıb. Yusif Hümbətov faktiki olaraq bizi oyundan kənar vəziyyətə salıb, torpaq sahəmizi elə bir kökə salıb ki, eskiz sənədlərindən heç bir memar belə baş çıxara bilməz, o cümlədən Dövlət Əmlak Komitəsinin mütəxəssisləri də.
Bundan başqa, birliyimiz Ulu Öndər Heydər Əliyevin 1996-cı il 17 dekabr tarixli fərmanı ilə yaradılmış “Azkontrakt”ın tabeliyinə verilən vaxtdan bəri fəaliyyətsiz kimidir, çünki “Azkontrakt” rəhbərliyinin həm SC-nin, həm də onun tabeliyində olan və ölkənin yeganə böyük metal bazasının işlək olmasında marağı olmayıb. Həmin tarixi fərmanda yazılır:
“Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
İdarəetmə strukturunun təkmilləşdirilməsinin həyata keçirilməsinin təmin edilməsi üçün maddi-texniki təchizatın, o cümlədən dövlət ehtiyaclarının təminatı sahəsinin müasir iqtisadi münasibətlərə uyğun qurulması məqsədilə qərara alıram:
1.Azərbaycan Respublikası Material Ehtiyatları Nazirliyinin əsasında açıq tipli Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Səhmdar Cəmiyyəti yaradılsın.
2.Müəyyən edilsin ki, ilkin mərhələdə cəmiyyətin səhmlərinin 100 faizi dövlətə məxsusdur.
3.”Azərkontrakt” Səhmdar Cəmiyyətinə Aəzərbaycan Respublikasının dövlət ehtiyaclarının və strateji əhəmiyyətli istehsal və tikinti proqramlarının maddi-texniki təminatı, bu sahədə dövlətlərarası təsürrüfat əlaqələrinin təşkili, birbaşa münasibətlərin inkişafında mülkiyyət formasından asılı olmayaraq respublikanın müəssisə və təkşilatlarına köməklik edilməsi tövsiyyə edilsin.
4.Azərbaycan Respublikaksının Dövlət Əmlak Komitəsi Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Səhmdar Cəmiyyətinin təsis edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan lazımı tədbirlərin həyata keçirilməsini təmin etsin.
5.Azərbaycan Respublikası prezidentinin “Azərbaycan Respublikası Dövlət Maddi-Texniki Təchizat Komitəsinin Azərbaycan Respublikasının Material Ehtiyyatları Nazirliyinə çevrilməsi haqqında” 1992-ci il 29 may tarixli 801 saylı və “Azərbaycan Respublikasının Material Ehtiyatları Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 1992-ci il 21 avqust tarixli 148 saylı fərmanları öz qüvvəsini itirmiş hesab edilsin.
Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev
Bakı şəhəri, 17 dekabr 1996-cı il”.
Cənab Prezident!
“Azərmetal” Topdansatış Ticarət Birliyinin “Azkontrakt”ın fəaliyyətsiz olduğu ötən 21 il ərzində öz əli, öz başı olub. Amma son illər “bıçaq boğaza” dirənib, artıq neçə illərdir kollektiv əmək haqqı ala bilmir. Belə bir idarə isə artıq çoxdan özəlləşməyə verilməli idi. Amma məlum olur ki, kollektiv dura-dura kənar şəxslər idarənin əmlakını ələ keçirməyə girişiblər. Onlardan biri də “Azərsutikinti” SC-nin sədri Yusif Hümbətovdur. Vaxtilə 12 hektar sahəsi olan idarənin indi cəmi 0,85 ha torpaq sahəsi qalıb. Hamısı satılıb. Şikayətimizin də məzmunu və mahiyyəti ondan ibarətdir ki, bu torpaq sahələri bizə aidiyyəti olmayan adamlara satılıb. Bəlkə bunu da bağışlamaq olardı, amma bizə qalan 85 sot torpağı isə özümüzə, öz kollektivimizə özəlləşdirməyə imkan vermirlər. Bu qədər ədalətsizlik olarmı? Vaxtilə Azərbaycanda metal sahəsində ən böyük baza olmuşuq. “Azkontrakt”ın balansına veriləndən tam fəaliyyətsizik. 1996-cı ildə 123 nəfər idarə işçisi var idi, indi 5-10 nəfər qalıb. Bazanın özəlləşməsi haqqında dəfələrlə Əmlak Komitəsi qarşısında məsələ qaldırmışıq, buna baxmayaraq heç bir vaxt “Azərmetal”da, bizim sistemdə, bizim strukturda işləməyən adamlara ərazilərimizi satıblar, özəlləşdiriblər, bizim kollektivin üzvləri isə baxa-baxa qalıb. Məsələn, Əmlak Komitəsi Mirzə Ramazanov adlı şəxsə 1 ha 20 sot torpaq verib, bizim ərazidən, hətta darvazadan girib-çıxmaq yerimiz də qalmayıb, uzun mübarizə və yazışmalardan sonra Yusif Hümbətovdan icazə almışıq ki, izn verin 21 ildir üzvü olduğumuz doğma idarəmizə keçək. Amma ötən müddətdə yuxarı dairələrdə söz veriblər ki, kollektiv özəlləşməyə ilk növbədə gedəcək. Lakin artıq başa düşürük ki, Yusif Hümbətov bu prosesə ciddi şəkildə mane olur. İnd idə deyirlər ki, Sizə müraciətimizə təkzib verək.
Təkrarən soruşuruq: cənab Kərəm Həsənov, Miri Qəmbərov, Yusif Hümbətov, təkzib edək ki, kollektivin vaxtilə 12 hektar 75 sot torpaq sahəsinin 1 hektar 20 sotu nazirlərdən birinə, 6,1 hektarı Sumqayıtda sonradan yaradılmış qondarma bir MMC-yə satılmayıb? Bəlkə təkzib edək ki, vaxtilə 2,1 ha ərazi üzərində mübahisə gedəndə 90 sot ərazi kollektivin işçisi Elçin Nuriyevin adına sənədləşdirilib, icarə müqaviləsi bağlanıb. Məqsəd bu ərazinin əldən getməsinin qarşısı almaq olmuşdu. Uzun müddətə müqavilə bağlanıb, 60 min manatdan çox icarə haqqı ödənilib və s. Amma sonradan kollektivin bu sahəni özəlləşdirilməsinə imkan verilmədi. Bu barədə dəfələrlə Kərəm Həsənova, “Azkontrak”ın prezidenti Miri Qənbərova müraciətlər yazılıb, amma heç bir faydası olmayıb. Halbuki bizim kollektivlə bərabər bir gün fərqi ilə iki müqavilə bağlanıb. Nömrələri-3804 və 3805. “Azərmetal”ın sahəsi (müqaviləsi-3804) özəlləşməyə verilmir, amma 3805 saylı müqaviləli ərazi özəlləşməyə verilir. Bəlkə bunu təkzib edək?!
Əmlak Komitəsinin sədr müavini Rauf Cəlilovun, apparat rəhbəri Rüstəm Şahbazovun imzaları ilə bizə rəsmi cavablar verilir ki, gözləyin. Hətta çox maraqlıdır ki, Abşeron topdansatış müəssisəsi 1 hektar 0,4 sot və 1 hektar 40 sot sahəni özəlləşdirəndə belə yenə də kollektiv kənarda qaldı. Sizcə, bunu necə, təkzib etmək mümkündürmü?!
Sonradan Baş nazir Artur Rasizadənin “Azkontrakt”la bağlı tarixi sərəncamı oldu, amma nə fayda, bu sərəncam da havadan asılı vəziyyətdə qaldı. Həmin sərəncamı bir daha əmlakımıza acgözlüklə göz dikmiş məmurların yadına salırıq: “Baş nazir A.Rasizadə
05.07.1997-ci il, 131 saylı sərəncam
“Azərkontrakt” Səhmdar Cərniyyətinin strukturuna daxil edilmiş müəssisə və obyektlərin siyahısı
-”Azərmetal” topdansatış ticarəti birliyi və onun Bakı şəhəri, Moskva prospekti, 98 ünvanda yerləşən anbar təchizat şahəsi (“Azərkontrakt” Səhmdar Cəmiyyəti)
-”Azərmaşavadanlıq” idarəsi və onun Bakı şəhəri, Nobel prospekti, 36 və
M.Qaşqay küçəsi, 100 ünvanlarında yerləşən anbar tesərrüfatları (“Azərkontrakt” Səhmdar Cəmiyyəti)
-”Yüngül və yeyinti sənayesi məhsullarının topdansatış birliyi”, “Azəryüngülyeyintisənaye” və onun Bakı şəhəri, Nobel prospekti, 10 və Nizami küçəsi, 149 ünvanlarında yerləşən anbar təsərrüfatları(”Azərkontrakt” Səhmdar Cəmiyyəti)
-”Azkontrakt” Səhmdar Cəmiyyəti (“Azərkontrakt” Səhmdar Cəmiyyətinin Moskva şöbəsi)
-Texniki vasitələrin kirayə müəssisəsi-”Azərkirayə” (“Azərkontrakt” Şəhmdar Cəmiyyəti)
-”Azərətsüd”- icarə müəssisəsi və onun Bakı şəhəri, Montin qəsəbəsi, Köndələn küçəsi-2 ünvanda yerləşən soyuducu bazası (keçmiş Ticarət Nazirliyi)
-”Baqqaliyyə malları üzrə respublika topdansatış ticarəti “Azərbaqqaliyyə” kontoru və onun Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 507-ci məhəllədə yerləşən anbar təsərrüfatı (keçmiş Ticarət Nazirliyi).
-”İstehsalat avtoekspedisiya” birliyi və onun Bakı şəhəri, Xırdalan qəsəbəsi, Şamaxı şossesi, 6 ünvanda yerləşən anbar təsərrüfatı (keçmiş Ticarət Nazirliyi)
-”Azintreyd” xarici ticarət birliyi (keçmiş Ticarət Nazirliyi)
-Qax rayonunda yerləşən istirahət evi (“Azərkontrakt” Səhmdar Cəmiyyəti)
A.Hacıyev, Nazirlər Kabinetinin işlər müdiri
A.Hacıyev”.
Cənab Prezident!
Dövlətin birbaşa təsis etdiyi, prezident sərəncamı ilə böyük səlahiyyətlər əldə etmiş “Azkontrakt” SC-nin tabeliyinə verilmiş bu qədər əmlaklar hardadır, onların torpaq sahələri necə olub, bilən və haqq-hesabını aparan varmı??? Hansı ki, həmin müəssisələrin əmlakları çoxdan bəzi məmurlar tərəfindən ələ keçirilib-satılıb, amma kollektivlər hələ də özəlləşməyə gedə bilmir. Baş verənlərin hamısı “Özəlləşmə haqqında” Qanunun, Prezident sərəncamlarının tamamilə ziddinədir. Hesab edirik ki, bu ziddiyyəti yaradanlar Əmlak Komitəsinin rəhbərliyi və “Azərsutikinti” SC-nin sədri Yusif Kərim oğlu Hümbətovdur. Yusif Hümbətovun 4 ildən çoxdur əmək haqqı almayan “Azərmetal” kollektivinin haqqına da göz dikməsini necə başa düşmək olar?!
Biz hələ onu demirik ki, “Azkontrakt”ın Nobel prospektində yerləşən avtonəqliyyat idarəsi var idi. Hələki adını çəkmək istəmədiyim, lakin “Azkontrakt”ın faktiki rəhbərlərindən biri olan vəzifəli şəxsin diqtəsi ilə həmin müəssisənin bazasında heç bir dövlət sifarişi, tələbat, zərurət olmadığı halda, qaynının adına “Avtonəqliyyat” MMC yaradıldı. Məqsəd burada olan-qalan nəqliyyat vasitələrini, maşın və mexanizmləri MMC adından satmaq idi. Və satdılar da. Bəlkə də əcəb ediblər, çünki “Azkontrakt”a aidiyyəti olmayan Yusif Hümbətov o qədər torpaq alıb bizi zülmə sürükləyəndə, onlar da 5-3 köhnə yük maşınlarını satmaqda həaqlı görünə bilərlər. Bilmirik, bəlkə bunları təkzib edək?!
Cənab Prezident!
Xahiş edirik, bir daha Sizə müraciət edərək kollektivimizin əmlakının hərraca çıxarılmasına mane olan səbəblərin aradan götürülməsinə və bu hərraca mane olan məmurların cəzalandırılmasına göstəriş verməyinizi xahiş edirik. Əvvəlcədən minnətdarlığımızı bildiririk.
Dərin hörmətlə: Şahin Abbasov, “Azərmetal” Topdansatış Birliyinin baş direktoru.
Redaksiyadan: qeyd olunan müraciət bu gün təkrarən cənab Prezident İlham Əliyevin rəsmi saytına göndəriləcək. İnanırıq ki, nəhayət, “Azərmetal” Birliyinin kollektivi qarşılaşdığı problemdən qurtulacaq.
Mövzuya qayıdacağıq.

“Təzadlar”







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Güllələnən azərbaycanlıların yaxınları danışdı - “Pulemyotla atəş açılıb”
Dünən, 13:52
Malik İsaqov Yasamalın yeni icra başçısı olacaq?! - İDDİA
Dünən, 13:51
"Bank Respublika"nın özbaşınalığı... - ETİRAZ
Dünən, 13:49
“iPhone 8”in Azərbaycanda rəsmi olaraq satılacağı vaxt bilindi - 27 oktyabr
Dünən, 13:43
Naxçıvandakı hərbi potensial işə düşsə, Ermənistanda daş-daş üstə qalmayacaq...
Dünən, 13:41
İraq ordusu Ərbilin 50 kilometrliyində - Gərginlik
Dünən, 13:37
Aygün Bəylərin qardaşının işindən XƏBƏR VAR
Dünən, 13:29
Süni uşaq qidalarının reklamı ilə bağlı cərimələr təsdiq edildi
Dünən, 13:21
Uzaq Yaponiyanı Azərbaycana doğmalaşdıran siyasət... - FOTOLAR
Dünən, 13:19
ABUC layihə üzrə yekun mətbuat konfransı keçirdi
Dünən, 13:11
Gələn il Azərbaycanda 1,5%-lik iqtisadi artım olacaq - RƏSMİ
Dünən, 13:07
Samuxda kişi arvadını döyərək ağır xəsarət yetirib
Dünən, 12:55
Konstitusiyaya dəyişiklik - 30 yaş limiti ləğv edildi
Dünən, 12:52
Gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 45 dollardan götürülüb
Dünən, 12:46
Aydınlanan cəhalət - İdris Heydərli yazır...
Dünən, 12:44
"Yalnız Poroşenkonun partiyasından olan deputatlar Azərbaycanın əleyhinə çıxmayıblar"
Dünən, 12:41
Hava yağmursuz keçəcək, duman olacaq - Belə deyirlər...
Dünən, 12:37
“Elə bil lotereya oynayırlar” - Oqtay Əsədov
Dünən, 12:34
PKK tərəfdarı olan deputat Azərbaycan müxalifətçisinə belə dəstək verdi
Dünən, 12:28
Azərbaycanda çörəyin qiymətilə bağlı YENİ XƏBƏR VAR
Dünən, 12:25
Oğurluğa cəhd elədi, başqa oğurluqlarının üstü açıldı - Sumqayıtda
Dünən, 12:23
“D-8"ə yeni üzvlər qəbul etməyə ehtiyac var” - Ərdoğan
Dünən, 12:19
Küçədən tapdığı kartdan 940 manat çıxardı... - Və ələ keçdi
Dünən, 12:18
3 il ərzində müdirini çapıb-talayıb... - Qaradağda OLAY
Dünən, 12:16
“Avropa Şurası problemlərini həll etmək əvəzinə hansısa ölkələri hədəfə gətirir” - Səməd Seyidov
Dünən, 12:14
İstanbulda İlham Əliyev və Ərdoğanın iştirakı ilə D-8 Zirvə görüşü başlayıb - FOTO
Dünən, 12:12
MTN-in adından dələduzluq edənlər yenidən hakim qarşısında
Dünən, 12:09
"AtaBank”ın həbs etdirdiyi qadın bələdçi imiş - QSC-dən AÇIQLAMA
Dünən, 12:04
Uorlik həmsədr olduğu dövrdə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ədalətli çıxışlar edib - deputat
Dünən, 12:02
Polis rəisinin müavinindən pul tələb edən qadın özünü təqsirli bilməyib
Dünən, 12:01
Nazir üçün müşkülə çevrilən balaca post - Bir məktəbin iki direktoru
Dünən, 11:55
"Adil Vəliyev icra başçısı gələndə ümid elədik ki..." - GİLEY
Dünən, 11:53
Bakıda oğurluq və soyğunçuluq edən 11-ci sinif şagirdi məhkəmə zalından azadlığa buraxılıb
Dünən, 11:43
Ermənistanın Müdafiə Nazirliyində səs-küylü hadisə
Dünən, 11:31
Türkiyədən İdlib əməliyyatı: - İlk məntəqə yaradıldı
Dünən, 11:26
UNEC alimi Harvard Universitetində tədqiqat aparacaq - FOTO
Dünən, 11:24
4 rayonun icra başçısı 1 gündə yola salınacaq... - SİYAHI
Dünən, 11:22
Rafiq Hüseynov müalicə üçün Almaniyaya aparılacaq
Dünən, 11:08
2 milyonluq dələduzluq edən məmur qohumundan yeni xəbər
Dünən, 10:59
“Maşın”ı tərk edən Mehriban Elşadı "razborkaya çağırdı": - "Tək gəl"
Dünən, 10:58
Bakıda bələdiyyə işçisi narkotikə görə həbs edilib
Dünən, 10:55
Xoşqədəmin verilişində axtarılan qızın atası özünü asdı - FOTO
Dünən, 10:38
“Qarşımızda konkret hədəflər var” - Yeni energetika naziri
Dünən, 10:34
Ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarında dəyişiklik edilib
Dünən, 10:25
İctimai işlər cəzasına məhkum şəxslərin cəlb ediləcəyi işlərin növləri və işlərin keçiriləcəyi yerlər müəyyənləşdirilib - SİYAHI
Dünən, 10:25
Rektor “oynadığı oyunlarla” işçilərini “oyuna salıb” - İTTİHAM
Dünən, 10:23
Yerli “Emiland” şirkətinin malları niyə od qiymətinədir – şirkətdən səbəbini AÇIQLADI
Dünən, 10:17
Qanunsuz ov edən ərəb Şabranda tutuldu
Dünən, 10:14
Gürcüstan DİN azərbaycanlı namizəd və daha dörd nəfərin güllələnməsi ilə bağlı rəsmi məlumat yayıb - FOTOLAR
Dünən, 09:59
AFFA millilərimizin baş məşqçilərini qovdu
Dünən, 09:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru