1-ci günə qədər dollar bu qiymətə olacaq... .....                     Donald Tramp Əfqanıstan ilə bağlı yeni qərarlar qəbul olunduğunu bildirib .....                     Jirinovski Moskva bazarında corab satdı .....                     İqtidar-müxalifət görüşü olmayacaq .....                     Ukraynada 200 milyon avro oğurluğa görə axtarışda olan Fransa vətəndaşı saxlanılıb .....                     Azərbaycanda çayların mövcud vəziyyəti açıqlanıb .....                     Tbilisi "Dinamo"su Qəbələyə gəlib .....                     Küçə itlərinin yaratdığı qorxu .....                     İsveç 106 yaşlı miqrantı ölkədən çıxarır .....                     Lerikdə avtomobil dərəyə aşıb, .....                     Musa Yaqub nəvəsinə elə bir yerdə toy edir ki... .....                     Şəkidə toydan çıxıb evə gedən kişi kanalizasiya quyusuna düşdü .....                     Amerikalı analitik Azərbaycana qarşı dezinformasiya hücumuna görə Kremldən şübhələnir .....                     Prezident Göygöldə .....                     Rusiya paytaxtının dəyişdirilməsi təklif olunur .....                     Azərbaycan kimya məhsullarının ixracından gəlirini 30% artırıb .....                     Daha bir dərslik RÜSVAYÇILIĞI: İşğalda olan torpaqlar İRONİYA HƏDƏFİNDƏ .....                     Salyanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 11,8 milyon manat ayrılıb .....                     Keçmiş icra başçısının klinikasına ittiham .....                     Əslən qazax olan haker ABŞ-a təslim olur .....                     Azərbaycan türkcəsi “Google” səsli axtarış sisteminə daxil edilib .....                     Erməni ordusunda BÖHRAN .....                     Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır .....                     Bakıda kobud qayda pozuntusuna yol verən .....                     Azərbaycan nefti 1% bahalaşıb .....                     Sabir Rüstəmxanlıdan türkiyəli professora DƏSTƏK: .....                     "Qaçqınkom" bu ailələrlə maraqlanmırmı? .....                     “Əli Kərimli övladlarının təhsilinə 2 milyon manat ödəyib” .....                     Rövşən Bağırov milyonları necə mənimsəyir... .....                     “Kopenhagen”dən Azərbaycana qadağa .....                     Yevlax Gömrüyünün işçiləri QOÇULUQ EDİR .....                     Əli Həsənovun istefası tələb olunur .....                     Sumqayıtda meyvə satan qadın döyülüb .....                     Atasına heykəl qoyan deputatdan şok açıqlama .....                     Uşaq paralimpiyaçılarımız boccia üzrə beynəlxalq yarışda .....                     Rusiya raketlərini Avropaya tuşlayıb .....                     Seyran İsmayılxanov beynəlxalq festivalda çıxış edib .....                     Mahir parodiyaçı Samiraldoya nələr dedi: .....                     Göyçay İcra Hakimiyyəti mərkəzi bazarı bağladı: .....                     Siyavuş Novruzovdan Şeyxin qudasına irad .....                 

“İlin ən yaxşı müəllimi” nazirə məktub yazdı - İttiham dolu MƏTN
Tarix: 5-08-2017, 14:11 | Çap et
“İlin ən yaxşı müəllimi” nazirə məktub yazdı
Cəlilabad rayon V.Mürsəlov adına Göytəpə şəhər 1 №-li tam orta məktəbin müəllimi, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qaliblərindən biri Zaur Ələkbərov Təhsil naziri Mikayıl Cabbarova “Açıq Məktub”la müraciət edib. “AzPolitika”nın elektron poçtuna daxil olmuş məktubu, aktuallığını nəzərə alaraq, təqdim edirik:

“Hörmətli Cənab Nazir!
Mən – Ələkbərov Zaur Zakir oğlu Xocalı şəhərində anadan olmuşam. Məlum faciə zamanı yaxın qohumlarımızdan xeyli sayda (73 nəfər) şəhid vermişik, anam yaralanıb, əsir düşənlərimiz olub və çoxundan hələ də bugünkü günə qədər xəbər yoxdur. Həmin vaxt atam hərbi hissələrin birində könüllü olaraq xidmətə başladı. Döyüşlərin birində yaralansa da, bir müddət sonra mərhum Prezidentimiz, Ulu Öndər Heydər Əliyevin çağırışı ilə yenidən döyüşlərə qatılmışdır. Xidmət etdiyi hərbi hissə Cəlilabad rayon Göytəpə şəhərində yerləşdiyindən biz də burada məskunlaşdırıldıq. Göytəpə şəhər 1 №-li tam orta məktəbi bitirdikdən sonra 1996-cı ildə ADPU-nun Tarix fakültəsinə daxil olmuşam. 2000–ci ildə ADPU-nu bitirdikdən sonra təyinatım Cəlilabad rayonuna, özüm isə hərbi xidmətə yollanmışam. Düşmənlə sərhəd olan döyüş bölgəsində xidmət etmişəm. 2005-ci ildə Cəlilabad rayon V.Mürsəlov adına Göytəpə şəhər 1 №-li tam orta məktəbdə pedaqoji fəaliyyətə başlamışam. İctimaiyyət arasında nüfuzum, əhali arasında hörmətim nəzərə alınaraq, Göytəpə şəhər ağsaqqallar şurasının təklifi ilə Göytəpə şəhər ərazi nümayəndəliyi tərəfindən mənə “Göytəpə şəhərinin Fəxri sakini” statusu verilmişdir. 2012-2013-cü illərdə “Mədəd Azərbaycan” MMC–nin təşkilatçılığı ilə ümumtəhsil məktəblərində keçirilən kurikulum təlimlərinin cənub bölgəsi və Biləsuvar rayonu üzrə əlaqələndirici-koordinatoru olmuşam. 2014-cu ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qaliblərindən biri olmuşam. Cəlilabad rayonunda elektron lövhəsi olan yeganə məktəbdə hələlik bu lövhədən istifadə edərək dərs deyən yeganə müəlliməm. Ailəliyəm, 3 qızım var. 2-ci qrup Qarabağ əlili olan valideynlərimlə birlikdə yaşayıram.

Həyatda indiyə qədər əldə etdiyim uğurların hamısı göydə Allahın, yerdə isə Ulu Öndərimiz Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin köməyi ilə mümkün olub. Ali məktəblərdə məcburi köçkün uşaqlarına yaradılan imkan olmasayadı, bəlkə də heç zaman ali təhsil ala bilməzdim. Dövlət və onun rəhbəri güclü olanda bizim kimi ailələr də bundan yararlana bilir, əks təqdirdə heç bir şəxs sənə kömək etmir. Yadımdadır, hələ illər öncə dövlət müəssisələrindən birində Xocalıdan olduğumu bilən bir məmur, faciədən necə qurtulduğumuzu ürək ağrısı ilə yarım saat sorğu–sual etdikdən sonra məndən almaq istədiyim sənədin rüşvətini istədi…

trend_mikayil_cabbarov_281114

Heç kimə sirr deyil ki, ölkədəki qurumlarda nə qədər şəffaf şarait yaradılsa da, həmin qurumun rəhbərinin vicdanı olmasa orada heç bir nəticə əldə etmək olmur. Rüşvət həyatımıza o qədər nüfuz edib ki, hətta işə düzələn insanı işin əmək haqqısı deyil, gəliri maraqlandırır.
Həyat təcrübəmdə ilk dəfə şəffaf iş şəraiti ilə “Mədəd Azərbaycan” təşkilatında tanış olmuşam. Yüksək mədəniyyət və intellektual insanların birliyi olan bu təşkilatda insana insan kimi yanaşmağı, dəyər verməyi görmüşəm. O zaman təhsildə şəffaf olan yalnız bu cür təşkilatların fəaliyyəti idi.

Hörmətli Cənab Nazir!
Cənab Prezident Sizi təhsil naziri təyin etdikdən sonra, təhsilimizdə müsbətə doğru xeyli dəyişikliklər oldu. Gələcəyimizə ümidimiz artdı. Aparılmış islahatlar nəticəsində Bakı şəhərində birinci sinfə qəbul, mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulu, direktorların müsabiqəsi, Regional Maliyyə İdarələrinin yaradılması və s. işləri hər kəs tərəfindən yüksək qiymətləndirilir. Vətəndaşlarımızın rahatlığı üçün hər cür şərait yaradılır. Məhz sizin şəffaf idarəçiliyinizin sayəsində “İlin ən yaxşı müəllimi” müsabiqəsində qaliblərdən biri olmuşam. İlin müəllimlərinə Cənab Prezidentin Sərəncamı ilə verilən 5000 manat pul mükafatını gec aldığıma görə məndən çox nazirlikdən tez-tez zəng edən xanımın narahatçılığı insanı heyran etməyə bilmirdi. Keçən il direktorların müsabiqəsində qalib olub, müəyyən səbəbdən müsahibə mərhələsinə gəlmədiyim üçün də eyni vəziyyət yaranmışdı. Zəng edən nazirlik işçisi səbəbini tam aydınlaşdırmamış və imtina məktubu almamış əlaqəni kəsməmişdi. Sizin gəlişiniz regionlarda hər kəsin ümidini artırmışdı. İnanırdıq ki, artıq “bazarkomu” xatırladan təhsil rəhbərlərindən canımızı qurtaracaqsınız. Doğrusu, düşünürdük ki, bu qədər müsbətə doğru iş gördüyünüz halda, əziyyətinizə qiymət verməyərək təhsilin vəziyyətini bərbad hala salan Elminaz Nadirova kimilər işdən uzaqlaşdırılacaq və ya belə şəxslər rəhbərlikdə vəzifə tutmağa cəsarət etməyəcəklər.

Hörmətli Cənab Nazir!
Mətbuatdan oxuduğuma görə Elminaz Nadirova əvvəllər işlədiyi şəhər 7 nömrəli məktəbdə yol verdiyi qüsurlara görə töhmət alıb və sonra RTŞ müdiri təyin olunub. Cəlilabad rayon təhsilində, yaxından tanımasam da Hafiz Cavadov, Nadir Babayev, Ərəstun Hüseynov kimi savadlı kadrlar var. Onlardan kimisə bu vəzifəyə qoyulmaması bir yana, Elminaz Nadirovanın onlara rəhbər təyin edilməsini ironiya kimi qəbul etməmək olmur. Buradakı bu cür təyinat istər-istəməz bütün məktəblərə də təsir göstərir. İşlədiyim V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbə ixtisasca geoloq olan səriştəsiz birinin, sonra isə ixtisasını bilməyən, danışıq qabiliyyəti olmayan digər birinin “nəyinsə” müqabilində direktor təyin olunması bir daha sübut edir ki, burada təhsildən başqa hər şey düşünülür. Digər bir problem: bu cür insanların rəhbərliyində məktəbə verilən invertarların miqdarı və dəyəri qat-qat şişirdilir, məktəbdə olan “ölü canlar” çoxalmaqda davam edir. Məktəblərdə adı olub, özü olmayan və məvacib kartları rəhbərlikdə olan işçilər var və bunlar rəsmi statistik məlumatda işləyən kimi gedirlər. Bu səbəbdən Cənab Prezidentimiz İlham Əliyev xalq qarşısında çıxış edərkən, işsizliyin azaldığını deyəndə çox adamlar bunu qəbul etmirlər. Məhz Elminaz Nadirova kimi məmurlarımızın sayəsində Cənab Prezidentimiz pis vəziyyətdə qalır, xalqın hökumətə etimadı azalır.

Cənab Nazir!
Cəlilabad təhsilindəki neqativ hallarla bağlı dəfələrlə nazirliyə müraciət olunduğunu və sonra həmin müraciətlərin araşdırılması üçün, RTŞ–nin özünə göndərilməsi insanlarımızın dövlətə inamını və etimadını azaldır. Halbuki, Cənab Prezidentin 14 oktyabr 2016-cı il tarixli sərəncamında korrupsiya haqqında qanuna dəyişiklik edilərək “Barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz” – deyilir.
Şikayətçiləri ya pulla, ya da qorxudaraq şikayətlərindən döndərirlər. Fikrindən dönməyənlərə qarşı qərəzli mövqe tutulur, fürsət düşdükcə əzirlər. Məktəbimizin müəllimlərindən şikayət edən şəxslərdən iki nəfərinin işi hələ də məhkəmədədir. Dövlət nümunəli olmayan sənədlə bağlı heç kim məhkəməyə verilmədiyi və nazirlik bu cür sənədi olanlarla bağlı humanist qərar çıxarmasına baxmayaraq, müəllimlərimizi məhz konstitusion hüququndan istifadə etdiklərinə görə incidirlər. Məktəbimizdə müəllimlərimizin dərs yükü normal olmadığı halda dərslər vakansiyaya çıxarılır. Buna görə etiraz edənlərə isə deyilir ki, nazirin göstərişidir. Əgər belədirsə nəyə görə RTŞ müdirinin himayədarlıq etdiyi və aylıq aldığı digər məktəblərdə vakansiya olduğu halda, gizlədilib vakant verilmir….

Hörmətli Cənab Nazir!
Cəlilabad təhsilinin bərbad vəziyyətə düşməsi haqqında əlimdə kifayyət qədər faktlar var. Bunları Sizinlə görüşsəm, açıqlayacam.
Müraciət etməkdə heç bir şəxsi qərəzim, xeyrim yoxdur və bunları təhsilimizin düzəlməsi üçün, şagirdlərimizin pulsuz (repetitorsuz) təhsil alması, neqativlərin aradan qaldırılması üçün edirəm. Əksinə, direktorluq müsabiqəsində iştirak etdiyim bir dönəmdə bu müraciətin mənim üçün zərərli ola biləcəyini düşünüb, məni bu müraciətimdən çəkindirmək istəyən insanlar belə oldu. Lakin mən vəzifəyə görə neqativlərə göz yuma bilmərəm və düşünürəm ki, ən yaxşı vəzifə neqativlərə biganə qalmamaq, dövlətinə və onun Prezidentinə xidmət etməkdir. İnanıram ki, təhsilimizi bərbad vəziyyətə salan şəxslər haqqında ölçü götürəcəksiniz.

Hörmətlə, Zaur Ələkbərov”






 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
1-ci günə qədər dollar bu qiymətə olacaq... - MƏZƏNNƏ
Dünən, 17:00
Donald Tramp Əfqanıstan ilə bağlı yeni qərarlar qəbul olunduğunu bildirib
Dünən, 16:48
Jirinovski Moskva bazarında corab satdı - VİDEO
Dünən, 16:36
İqtidar-müxalifət görüşü olmayacaq - AÇIQLAMA
Dünən, 16:27
Ukraynada 200 milyon avro oğurluğa görə axtarışda olan Fransa vətəndaşı saxlanılıb
Dünən, 16:01
Azərbaycanda çayların mövcud vəziyyəti açıqlanıb
Dünən, 15:59
Bred Pitt və Ancelina Coliyə boşanma öncəsi rekord təzminat
Dünən, 15:56
Tbilisi "Dinamo"su Qəbələyə gəlib
Dünən, 15:51
Küçə itlərinin yaratdığı qorxu - Problemin həlli üçün yeni təklif hazırlanıb
Dünən, 15:50
İsveç 106 yaşlı miqrantı ölkədən çıxarır
Dünən, 15:47
Lerikdə avtomobil dərəyə aşıb, ölən var
Dünən, 15:46
Musa Yaqub nəvəsinə elə bir yerdə toy edir ki... - TƏFƏRRÜATLAR
Dünən, 15:44
Şəkidə toydan çıxıb evə gedən kişi kanalizasiya quyusuna düşdü - VİDEO
Dünən, 14:53
Amerikalı analitik Azərbaycana qarşı dezinformasiya hücumuna görə Kremldən şübhələnir
Dünən, 14:52
Prezident Göygöldə SƏFƏRDƏDİR
Dünən, 14:47
Rusiya paytaxtının dəyişdirilməsi təklif olunur
Dünən, 14:36
Azərbaycan kimya məhsullarının ixracından gəlirini 30% artırıb
Dünən, 14:19
Daha bir dərslik RÜSVAYÇILIĞI: İşğalda olan torpaqlar İRONİYA HƏDƏFİNDƏ - FOTOFAKT
Dünən, 14:17
Salyanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 11,8 milyon manat ayrılıb - SƏRƏNCAM
Dünən, 14:14
Keçmiş icra başçısının klinikasına ittiham VAR
Dünən, 14:11
Əslən qazax olan haker ABŞ-a təslim olur
Dünən, 14:01
“Kişi bir qadını sevərsə, başqa kişidən olan övladını qəbul etməlidir” - ƏRİNDƏN AYRILAN GƏNC AKTRİSA
Dünən, 14:00
Azərbaycan türkcəsi “Google” səsli axtarış sisteminə daxil edilib
Dünən, 13:54
Erməni ordusunda BÖHRAN
Dünən, 13:53
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır
Dünən, 13:47
Bakıda kobud qayda pozuntusuna yol verən 350 sürücü cərimələnib
Dünən, 13:46
Azərbaycan nefti 1% bahalaşıb
Dünən, 13:46
Sabir Rüstəmxanlıdan türkiyəli professora DƏSTƏK: - “Doğurdan da azəri deyilik”
Dünən, 13:25
"Qaçqınkom" bu ailələrlə maraqlanmırmı? - İcradan gəliblər, amma...
Dünən, 13:21
Əkiz övladları olan cütlük özünə toy etdi - Bakıda maraqlı hadisə
Dünən, 13:09
Səhnəyə alt paltarında çıxan 71 yaşlı müğənninin cavanlıq sirri AŞKAR OLDU
Dünən, 13:03
“Əli Kərimli övladlarının təhsilinə 2 milyon manat ödəyib” - açıqlama
Dünən, 13:00
Rövşən Bağırov milyonları necə mənimsəyir... - İTTİHAM VAR
Dünən, 12:58
“Kopenhagen”dən Azərbaycana qadağa - söyüşə görə
Dünən, 12:56
Yevlax Gömrüyünün işçiləri QOÇULUQ EDİR - GİLEY
Dünən, 12:55
Əli Həsənovun istefası tələb olunur – Müraciət
Dünən, 12:48
Sumqayıtda meyvə satan qadın döyülüb
Dünən, 12:45
Atasına heykəl qoyan deputatdan şok açıqlama — Məhkəmə ilə hədələdi
Dünən, 12:44
Uşaq paralimpiyaçılarımız boccia üzrə beynəlxalq yarışda - FOTOLAR
Dünən, 12:42
Rusiya raketlərini Avropaya tuşlayıb – “Qoca qitə” ölüm zonasına çevrilə bilər
Dünən, 12:40
Seyran İsmayılxanov beynəlxalq festivalda çıxış edib - FOTOLAR
Dünən, 12:38
Mahir parodiyaçı Samiraldoya nələr dedi: - "Sənin ürəyin kimi ürəyi olardı.."
Dünən, 12:35
Göyçay İcra Hakimiyyəti mərkəzi bazarı bağladı: - ticarətçilərlə qarşıdurma
Dünən, 12:32
Siyavuş Novruzovdan Şeyxin qudasına irad - "BU HARAMDIR"
Dünən, 12:29
Renkanın “Facebook”-da rəsmi səhifəsi açılıb
Dünən, 12:26
Rusiyanın tanınmış telekanallarından biri bağlanıb
Dünən, 12:24
Tovuzda camış bir qadını vuraraq öldürüb, digərini yaralayıb
Dünən, 12:23
Bakıda oğurluq edən qrup saxlanıldı: - aralarında qadın da var
Dünən, 12:21
Deputatın bu əməli səs-küy yaratdı - FOTO
Dünən, 12:20
Soçi görüşünün daha bir mühüm detalı...
Dünən, 12:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru