Milli Məclisdə növbəti ilin dövlət büdcəsi ilə bağlı müzakirələr başa çatıb .....                     “Maşallah, hansı kanalı açırsan deputatlardan başqa danışan yoxdur” .....                     Deputat Mahir Abbaszadəyə yüksək vəzifə verildi .....                     “Dövlətqaçqınkom”un sədr müavini işdən ÇIXARILDI .....                     Qətlin iştirakçısı, yoxsa "Müsəlman qardaşları"nın üzvü? .....                     “Baku Business Factory” kovörker mərkəzi üçün layihələrin qəbulunu davam etdirir .....                     16 noyabrda gözlənilən hava şəraiti .....                     “Reket jurnalistlər bizi biabır edir” .....                     “Qarabağ məsələsində güzəştə gedən deyilik” .....                     Ermənistanda hökumət əleyhinə etiraz aksiyası keçirilir .....                     Milli Məclis işçilərinin mənzillə təmin olunması üçün vəsait ayrılması təklif edilib .....                     Qida Təhlükəsizliyi Agentliyinin adından istifadə edən şəxslərin məhkəməsi başlayıb .....                     “AzTV-də bizi yaxşı işıqlandırmırlar” .....                     Prezident İlham Əliyev Beynəlxalq Paralimpiya Federasiyasının prezidentini .....                     “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi çərçivəsində konfrans keçirilir .....                     Bitkoinin qiyməti 2017-ci ilin oktyabrından bəri minimuma enib .....                     Qanunsuz ov hallarına qarşı tədbirlər davam etdirilir .....                     Azercell-in dəstəyi ilə IV Uşaq Paralimpiya oyunları keçirilib .....                     Kosmosda dövlət quran azərbaycanlı milyarder haqq qoydu .....                     Zorla istəmədiyinə verilən 16 yaşlı qız nişan günü elə bir hərəkət etdi ki... .....                     Dünyaca məşhur hoteldə səfir qalmaqalı .....                     Saatlı Gigiyena və Epidemiologiya Mərkəzi niyə “ölü təşkilat”a çevrilib? .....                     Günəş enerjisi ilə qidalanan lövhələri oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb .....                     İki həkim arasında qalmaqal: Cinayət, şikayət, model…. .....                     Rusiya vətəndaşının evindən 30 min dollarlıq oğurluq .....                     Dilçilik İnstitutunun təklifi media cameəsində birmənalı qarşılanmadı .....                     Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir .....                     Türkiyədə güclü qar dərslərin dayanmasına səbəb oldu .....                     Ermənistanda yezidilərə qarşı milli zülm siyasəti aparılır .....                     Cinayət başında yaxalandılar .....                     Niderlandda apelyasiya məhkəməsi Azərbaycan-Türk diasporunun rəhbəri barəsində hökmü dəyişməyib .....                     Qarabağda yol qəzası olub, 3 erməni ölüb .....                     Prezident İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə .....                     Azərbaycanın İsraildəki dostu yüksək posta doğru .....                     Vergilər Nazirliyində Fazil Məmmədov ab-havası... .....                     ABŞ Rusiyanı Dəməşqə təzyiq göstərməyə çağırıb .....                     Yasamalda qadın kirayə qaldığı evdə qətlə yetirilib .....                     Bakının ən cazibədar avtomobil sürücüsü Zümrüd .....                     Hacı Qalib dövlət məmurlarına hücum çəkdi .....                     Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb .....                 

20 İLİN İCRA BAŞÇISI KİMDİR?
Tarix: 24-03-2012, 13:45 | Çap et
20 İLİN İCRA BAŞÇISI KİMDİR?

ŞABRAN RAYONUNU İSƏ LERİKLİ İDARƏ EDİR

Azərbaycanda regionların “kiçik padşahları” adlandırılan rayon İcra hakimiyyətləri başçılarının fəaliyyəti bir sıra hallarda ölkə rəhbərliyi tərəfindən də tənqidlərə məruz qalır.

Çünki Prezidentin etimadından sui-istifadə edən bəzi icra başçıları bir çox hallarda onlara etibar olunan vəzifədən öz şəxsi maraqları naminə yararlanır, qohum-əqrəbalarını başına toplayır, rüşvət yığmaqla məşğul olur, sadə vətəndaşları incitməkdən çəkinmirlər.

Elə martın 1-də Quba rayonunda İcra Hakimiyyəti başçısının istefası ilə nəticələnən kütləvi etiraz aksiyası da sakinlərin regiondakı məmur özbaşınalığıa qarşı bir çıxışı idi.
Qubadan qovulan sabiq icra başçısı Rauf Həbibov da əslən oradan deyildi, o, 1965-ci ildə Lənkəran şəhərində anadan olub. Qubalılar deyirlər ki, Həbibovun onların problemlərinə can yandırmaması bir yana, təhqirlərə yol verməsinə dözə bilmədilər. Regionlarda yaşayanların 80 faizi belə düşünür ki, icra başçısı o rayonda doğulan, camaat arasından çıxan, əsli-kökü oralı şəxs olmalıdır. Hər halda yerlərdə belə düşünürlər.

Maraqlıdır, Azərbaycanda hansı rayonun icra başçısı əslən işlədiyi bölgədən deyil, orada doğulmayıb?
Modern.az-ın əməkdaşı rayon İcra Hakimiyyəti başçılarının tərcümeyi-hallarını araşdırmağa çalışıb. Ötən günlərdə 25 rayon və şəhərin İcra Hakimiyyəti başçısının tərcümeyi-halını, harada doğulduqlarını diqqətinizə çatdırmışdıq.

Beləliklə, daha 5 rayonun icra başçısı ilə bağlı təqdimata baxaq. Şərhsiz, filansız...

20 ilin icra başçısı

Ağdaş rayonu İcra Hakimiyyətinin başçısı Rafiq Niftəliyevin tərcümeyi-halını araşdırmaq üçün bir xeyli əziyyət çəkdik. Onun neçənci ildə doğulduğunu dəqiqləşdirə bilməsək də, Ağdaşda anadan olmadığını öyrəndik.
Rafiq Niftəliyev uzun illərdir İcra Hakimiyyət sistemində çalışır. Mərhum dövlət başçısı Heydər əliyev onu 20 avqust 1993-cü il taixində Xaçmaz rayonu İcra Hakimiyyətinin başçısı təyin edib. Cənab Niftəliyev 9 il Xaçmaza rəhbərlik edib.
2 may 2002-ci il tarixində Rafiq Niftəliyev Xaçmaz rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Ölkə başçısı elə həmin tarixdə də onu digər rayona başçı göndərib.
Prezidentinin 2 may 2002-ci il tarixli, 910 nömrəli sərəncamı Ağdaş rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən ilə Rafiq Həbibulla oğlu Niftəliyev artıq 10 ildir burada çalışır.
Bu bir rayonda 1-ci şəxs işləmək üçün az müddət deyil. Ağdaşda çalışdığı müddətdə onun fəaliyyəti barədə mətbuat mütəmadi olaraq müxtəlif məlumatlar dərc edib. Bu məlumatlardan bəzilərində ağdaşlıların narazılıqları ifadə olunub.
Rəsmi məlumata görə, hər həftənin çərşənbə axşamı günü R.Niftəliyevin qəbul saatı olur. Bu saatlara gələnlər öz dərdlərinə çarə tapa bilirlərmi? Bax bunu ağdaşlılar daha dəqiq söyləyər.

Yazıçı-publisist – icra başçısı

Bərdə rayonu İcra Hakimiyyətinin başçısı Vidadi İsayev də bu bölgədən deyil. O da uzun müddətdir ki, İcra Hakimiyyəti sistemində 1-ci şəxs işləyir.
Vidadi İsa oğlu İsayev 1959-cu ildə Qərbi Azərbaycanın (indiki Ermənistan) Dərələyəz mahalında anadan olub. Çoxlarının icra başçısı olaraq tanıdığı V.İsayev tarix elmlər doktoru, yazıçı-publisistdir.
Vidadi İsayev Bərdədən öncə Tərtər rayonunda 1-ci şəxs olaraq çalışıb. Prezidentin 19 iyul 2005-ci il tarixli sərəncamı ilə Vidadi İsa oğlu İsayev Tərtər rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.
O, burada 6 il çalışıb. 2011-ci ildə ölkə başçısı V.İsayevi Tərtər rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edib.
Prezidentinin 3 mart 2011-ci il tarixli sərəncamı ilə V.İsayevin iş yeri dəyişdirilib, o, Bərdə rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib
Yazıçı-publisist olaraq “Hardan gəlir bu köç?”, “Yevlax sənədlərdə və yaddaşlarda”, “503-cü eşalon” adlı kitabların müəllifi kimi tanınan V.İsayev icra başçısı kimi necə ad qazanıb?
Suala bərdəlilər cavab versə yaxşıdır...

Şabranın lerikli başçısı

Şabran rayonu İcra Hakimiyyətinin başçısı Novruz Novruzov şabranlı deyil, leriklidir. Novruzov Novruz Nəcəf oğlu 02.05.1954-cü ildə Lerik rayonu Zövnə kəndində anadan olub. O, Bakı Dövlət Universitetini kitabxanaçı, Bakı Sosial İdarəetmə Politologiya İnsititutunu politoloq ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə başladıqdan sonra müxtəlif vəzifələrdə, o cümlədən Lerik Komsomol Komitəsinin II katibi, Azərbaycan LKGİ Lerik rayon Komitəsinin I katibi, Lerik rayon Xalq nəzarəti Komitəsinin sədri, Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində mütəxəssis, Lerik rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifələrində çalışıb.
Daha sonra ölkə başçısının etibadını qazanaraq Lerik rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə irəli çəkilib. Bir müddət sonra Prezident onun iş yerini dəyişərək Goranboy rayon İcra Hakimiyyəti başçısı vəzifəsində təyin edib.
Prezidentin 28.06.2007-ci il tarixli sərəncamı ilə Novruz Novruzov Şabran rayon İcra Hakimiyyəti başçısı təyin edilib.
Artıq 3-cü rayona rəhbərlik edən Novruz Novruzovun Şabrandan sonra harada icra başçısı işləyəcəyini deyə bilmərik. Şabranlıların isə ondan razı və ya narazı qaldığı başqa bir yazının mövzusudur.

Məşhur Elmar Vəliyev

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev. Əslən Gəncədən olmayan Elmar Vəliyev Azərbaycanda məşhur personalardan biridir. Ölkənin ikinci böyük şəhərinə rəhbərlik edən E.Vəliyevin adı daim mətbuatda müzakirə olunan bir çox məsələlərdə hallandırılır.
Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin qardaşı olan Elmar Vəliyev hətta Bakı şəhəri İcra Hakimiyyətinin başçısı vəzifəsinə irəli çəkiləcəyi barədə söz-söhbət dolaşır.
Elmar Rüstəm oğlu Vəliyev 2004-2011-ci illərdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2011-ci il tarixli sərəncamı ilə isə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib
Hər həftənin 2-ci günü saat 15:00-dan (qəbula yazılış 5-ci günü 15:00-dan 18:00-dək aparılır) Gəncə şəhəri İcra Hakimiyyətində Elmar Vəliyev vətəndaşları qəbul edir. Hər halda Gəncə şəhəri İcra Hakimiyyətinin rəsmi məlumatında belə bildirilib.
Gəncədə onran narazı olanlr da çoxdur, razılıq edənlər də. Deyilənə görə, Gəncədə məmurlar E.Vəliyevin zəhmindən çəkinirlər. Onun gəncəli deputatlarla münasibətinin yaxşı olmadığı söylənilir.

Keşmiş meliorasiya işçisi, indiki icra başçısı

Yuxarıda adıçəkilən icra başçılarından fərqli olaraq Füzuli rayonunda 1-ci şəxs yerli kadrdır. Füzuli rayonu İcra hakimiyyətinin başçısı Alı Alıyev əslən füzulilidir. Düzdür ondan öncə Füzuli rayonu İcra hakimiyyətinin başçısı işləyən Nəbi Muxtarov da elə buralı idi, amma camaat onun əlindəın elə bezmişdi ki...
Alı Alıyevin necə işləməsinə gəlincə, hələlik deyəsən ciddi narazılıq yoxdur.
Alı Aliyev artıq bir ildir Füzukli rayonuna rəhbərlik edir. 25.02.2011-ci il tarixində ölkə başçısının sərəncamı ilə Alı Nuşrəvan oğlu Alıyev Füzuli rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.
Əslən Füzuli rayonundan olan A.Alıyev uzun müddət Füzuli rayonunda müxtəlif vəzifələrdə çalışıb. Vaxtı ilə Ali Partiya Məktəbini bitirdikdən sonra, rayon partiya komitəsində təlimatçı, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində işləyib.
Alı Alıyev uzun müddət Füzuli rayonunda Aqrar Sənaye Kombinantının direktoru vəzifəsində çalışıb. Son təyinatadək o, Füzulidə Suvarma Sistemləri İdarəsində rəis vəzifəsində çalışırdı.
Prezident İlham Əliyevin 4 iyun 2009-cu il tarixli sərəncamı ilə Alı Alıyevə Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı verilib.

Modern.az





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Milli Məclisdə növbəti ilin dövlət büdcəsi ilə bağlı müzakirələr başa çatıb
Bu gün, 13:10
“Maşallah, hansı kanalı açırsan deputatlardan başqa danışan yoxdur”
Bu gün, 13:03
“ARB Şimal” telekanalı 11 yaşını qeyd edir
Bu gün, 13:00
Deputat Mahir Abbaszadəyə yüksək vəzifə verildi
Bu gün, 12:56
“Dövlətqaçqınkom”un sədr müavini işdən ÇIXARILDI
Bu gün, 12:55
Qətlin iştirakçısı, yoxsa "Müsəlman qardaşları"nın üzvü? - Kaşoqinin nişanlısı
Bu gün, 12:53
“Baku Business Factory” kovörker mərkəzi üçün layihələrin qəbulunu davam etdirir
Bu gün, 12:49
16 noyabrda gözlənilən hava şəraiti açıqlanıb
Bu gün, 12:48
“Reket jurnalistlər bizi biabır edir” - deputat
Bu gün, 12:42
11 dəfə əməliyyat olunan müğənni Mənzurə: - "Nəfəs ala bilmirəm"
Bu gün, 12:39
“Qarabağ məsələsində güzəştə gedən deyilik” - Keçmiş erməni nazir Paşinyanı hədələdi
Bu gün, 12:34
Ermənistanda hökumət əleyhinə etiraz aksiyası keçirilir
Bu gün, 12:32
Milli Məclis işçilərinin mənzillə təmin olunması üçün vəsait ayrılması təklif edilib
Bu gün, 12:29
Qida Təhlükəsizliyi Agentliyinin adından istifadə edən şəxslərin məhkəməsi başlayıb
Bu gün, 12:29
“AzTV-də bizi yaxşı işıqlandırmırlar” - Deputat narazılıq etdi
Bu gün, 12:25
Prezident İlham Əliyev Beynəlxalq Paralimpiya Federasiyasının prezidentini qəbul edib
Bu gün, 12:19
“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi çərçivəsində konfrans keçirilir - FOTO
Bu gün, 12:14
Bitkoinin qiyməti 2017-ci ilin oktyabrından bəri minimuma enib
Bu gün, 12:10
“Çukur”un azərbaycanlı aktyoruna qadağa: - “Səsimi heç kəs eşitməməlidir”
Bu gün, 12:09
Qanunsuz ov hallarına qarşı tədbirlər davam etdirilir
Bu gün, 11:50
Azercell-in dəstəyi ilə IV Uşaq Paralimpiya oyunları keçirilib
Bu gün, 11:49
Kosmosda dövlət quran azərbaycanlı milyarder haqq qoydu - ASGARDİYA VƏTƏNDAŞLIĞI ÜÇÜN İLDƏ 100 AVRO...
Bu gün, 11:47
55 yaşlı xalq artistinin makiyajsız halına təriflər yağdı
Bu gün, 11:45
Zorla istəmədiyinə verilən 16 yaşlı qız nişan günü elə bir hərəkət etdi ki... - Azərbaycanda
Bu gün, 11:40
Dünyaca məşhur hoteldə səfir qalmaqalı
Bu gün, 11:37
Saatlı Gigiyena və Epidemiologiya Mərkəzi niyə “ölü təşkilat”a çevrilib? - İTTİHAM
Bu gün, 11:36
Günəş enerjisi ilə qidalanan lövhələri oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Bu gün, 11:32
İki həkim arasında qalmaqal: Cinayət, şikayət, model…. – Təfərrüat
Bu gün, 11:31
Rusiya vətəndaşının evindən 30 min dollarlıq oğurluq - BAKIDA
Bu gün, 11:27
Dilçilik İnstitutunun təklifi media cameəsində birmənalı qarşılanmadı
Bu gün, 11:23
Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir - FOTO
Bu gün, 11:15
Türkiyədə güclü qar dərslərin dayanmasına səbəb oldu
Bu gün, 11:11
Ermənistanda yezidilərə qarşı milli zülm siyasəti aparılır
Bu gün, 11:09
Cinayət başında yaxalandılar
Bu gün, 11:06
"Efirlərin heç birində meyxanaçıların adını çəkib onlara şərəf verməyəcəm" - QALMAQAL
Bu gün, 11:05
Niderlandda apelyasiya məhkəməsi Azərbaycan-Türk diasporunun rəhbəri barəsində hökmü dəyişməyib
Bu gün, 11:02
Qarabağda yol qəzası olub, 3 erməni ölüb
Bu gün, 11:00
Prezident İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə tanış olub
Bu gün, 10:53
Azərbaycanın İsraildəki dostu yüksək posta doğru – İlginc gəlişmə
Bu gün, 10:50
Vergilər Nazirliyində Fazil Məmmədov ab-havası... - İDDİA
Bu gün, 10:46
Tanınmış jurnalistə vəzifə verildi
Bu gün, 10:42
ABŞ Rusiyanı Dəməşqə təzyiq göstərməyə çağırıb
Bu gün, 10:40
Yasamalda qadın kirayə qaldığı evdə qətlə yetirilib
Bu gün, 10:39
Bakının ən cazibədar avtomobil sürücüsü Zümrüd
Bu gün, 10:37
"Hicran"ın SİRRİ 30 il sonra açıldı: - "Nəsibə xanım Siyavuş və Hacıbabadan buna görə incimişdi"
Bu gün, 10:35
Hacı Qalib dövlət məmurlarına hücum çəkdi - Bilgəhdə qovğa
Bu gün, 10:29
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb
Bu gün, 10:25
Cəlilabad polisi ADPU-nun Cəlilabad filialında "Narkomaniya və erkən nikaha yox deyək" tədbiri keçirib - FOTO
Bu gün, 10:23
"Vəkilliklə bağlı Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla əməkdaşlıqdan məmnunluq duyuruq" - Ədliyyə nazirinin müavini
Bu gün, 10:15
Bu gün Milli Məclisdə büdcə müzakirələri sona çatacaq
Bu gün, 10:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru