"Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də əsirlikdə olduğu bir şəraitdə "xalq diplomatiyası"nın heç bir faydası yoxdur" .....                     “Bir dəfə güclü külək əssə, daxma başına uçacaq” .....                     Yanan bazarın Eldar Həsənova məxsus olduğu deyilir .....                     “Əgər qərb təhsilli adamlar parlamentdə çox olsa…” .....                     “O qədər saxta əlillik alan var ki…” .....                     Cavanşir Tağıyev nədən toxunulmazdır... .....                     AQTA-nın gizlətdiyi yağ siyahısı: 70 faiz insanı xəstə edir .....                     Nefti bahalaşdıran BÖYÜK ANLAŞMA .....                     AQTA rəhbərliyi yenə də heyrətləndirir .....                     "Müxalifətin bu şəraitdə “seçkilərdə” qalib gəlmək şansı kifayət qədər aşağı düşür" .....                     Ələkbər Yasamallı Aqşin Fatehi təhqir etdi .....                     "İranın bu vəziyyətdən yeganə çıxış yolu..." .....                     "70-dən çox seçki dairəsi üzrə namizədlərimiz artıq məlumdur" .....                     “Mən Lənkəranın icra başçısının fəaliyyətini izləmirəm” .....                     Bakıda DƏHŞƏT: .....                     “Aygünü problem, Röyanı gizli sevgi, Faiqi vəzifə, Nadiri fəxri ad gözləyir” .....                     Türkiyə ABŞ üçün İncirlik aviabazasını bağlaya bilər .....                     Daşkəsəndə 64 yaşlı qadının boynu qırılıb .....                     Türkiyə ABŞ-ın hindilərə qarşı etnik təcavüzünü soyqırım kimi tanıya bilər .....                     Liviya dəstək istəyəcəyi halda, Türkiyə kömək etməyə hazırdı .....                     Polkovnik Cəlil Xəlilovun Milli Məclisə namizədliyi irəli sürülüb .....                     Bakıda avtomobil 19 yaşlı gənci vurub .....                     Mərhum Xalq artisti Mirzə Babayevin nəvəsi də namizədidir .....                     “Fəzail Ağamalı bunu Əli Həsənov işdən çıxarılandan əvvəl etməli idi” .....                     Kanada sakini lotoreyada 6,8 milyon dollar udub .....                     Qəbələdəki futbol şəraiti Xorvatiyada yoxdur .....                     Türkiyəli iş adamı Azərbaycan yol polisindən görün nə yazdı .....                     Bakıda 9 yaşlı uşağın qarnına oxlov batıb .....                     Bələdiyyə saytında qumarxana təbliğatı .....                     Bakının ucuz və bahalı Yeni il “yolka”ları .....                     Şəmkirdə maşınla vurulan piyada xəstəxanada ölüb .....                     Üzeyirin bu çağırışına 1 milyon insan toplandı .....                     Bakıda təcili yardım avtomobili qəzaya uğrayıb .....                     Xaçmaz RİH başçısı məktəbin vəziyyətini görüb heyrətləndi .....                     "Bir daha xahiş edirəm, atam Oktay Gülalıyev ilə bağlı..." .....                     Sudanın devrilmiş prezidenti 2 il azadlıqdan məhrum edilib .....                     Fransa Rusiyadan Napoleonun silahdaşının qalıqlarlarını istəyir .....                     Şəmkirdə maşınla piyadanı vuran sürücü hadisə yerindən qaçıb .....                     Google Türkiyədəki xidmətlərini dayandırır .....                     "Mən həmişə jurnalistikanı ucada görmək istəmişəm" .....                 

SABİNA FREYZERDƏN QANQARALDICI PROQNOZ
Tarix: 6-03-2012, 16:38 | Çap et
SABİNA FREYZERDƏN QANQARALDICI PROQNOZ

“YENİ MÜHARİBƏ UZUN VƏ DAĞIDICI OLACAQ”

Beynəlxalq Böhran Qrupunun Avpopa Proqramının direktorunun Turana eksklüziv müsahibəsini təqdim edirik...

Sual: Beynəlxalq Böhran Qrupu bu yaxınlarda Azərbaycanda məcburi köçkünlərin problemləri ilə bağlı geniş məruzə dərc edib. Sizcə, bu kateqoriya insanların ən ciddi problemləri nədir və təşkilatınızın Azərbaycan hökumətinə tövsiyələri nələrdir?

Cavab: Beynəlxalq Böhran Qrupu fevralın 27-də “Azərbaycanda məcburi köçkünlərin problemləri” adlı məruzə dərc edib. Məruzədə deyilir ki, son illər hökumət əhalinin bu qrupuna (təxminən 600 000 nəfər) qayğını xeyli artırıb. Baxmayaraq ki, çoxları hələ də qeyri-sabit yaşayış problemi ilə üz-üzədir, dövlət isə yeni mənzillərin tikilməsinə və maddi yardımın artırılmasına böyük vəsait ayırır. Çadır düşərgələrinin ləğvi dəyişikliklərin mühüm göstəricisi oldu.

Lakin hökumət 100 000-dən çox insan üçün yeni mənzillər tiksə də, bəziləri evlərin və infrastrukturun keyfiyyətinin aşağı olmasından, ictimaiyyətin planlaşdırmada iştirak etməməsindən, torpaq əldə etmək imkanlarının məhdudluğundan və yeni icmalarda iş yerlərinin çatışmazlığından şikayət edirlər.

Məcburi köçkünlər mənzil, xidmətlər məsələləri üzrə qərarların qəbulu, habelə etimadın möhkəmləndirilməsi üzrə tədbirlərin planlaşdırılması prosesinə daha səmərəli inteqrasiya etməlidir.

Məcburi köçkünlərin öz maraqlarını ifadə etmək imkanları məhduddur. Dağlıq Qarabağdan 40000 nəfər Dağlıq Qarabağın Azərbaycanlı İcması adlı ictimai təşkilata daxildir, lakin qurum rəhbərliyi əhali tərəfindən seçilməyib, Dağlıq Qarabağ ətrafında işğal edilmiş rayonlardan olan 560 000 məcburi köçkün burada təmsil edilməyib.

Məcburi köçkünlərin siyasi səsi də zəif olaraq qalır. Təmas xətti boyunca bu kateqoriya şəxslərin və digər vətəndaşların müdafiəsi üçün Azərbaycan hakimiyyəti Ermənistan hökuməti və Dağlıq Qarabağın de-fakto hakimiyyəti ilə ATƏT monitorinqlərinin genişləndirilməsi üzrə razılıq əldə etməli, snayperlərin təmas xəttindən uzaqlaşdırılması haqqında təklifi qəbul etməli, hadisələrin araşdırılması mexanizmini müəyyən etməli, habelə cəbhə xətti yaxınlığında hərbi təlimlərə son qoymalıdır.

Sual: Bir neçə həftə əvvəl Fransa Senatı erməni soyqırımının inkarı haqqında qanun qəbul etdi. Bu qərar Azərbaycanda Fransanın ATƏT-in Minsk Qrupundan çıxarılmasını tələb edən etiraz dalğaları ilə eyni vaxta təsadüf etdi. Necə düşünürsünüz, bundan sonra Fransanın Parisin münaqişənin nizamlanmasında qərəzsiz vasitəçi olduğu haqqında iddiası nə dərəcədə inandırıcıdır?

Azərbaycanın Fransanı ATƏT-in Minsk Qrupundan istisna etmək üçün real addımlar ata biləcəyinə inanırsınız? Bu, Bakının maraqlarına cavab verər?

Cavab: Fransanın Konstitusiya Şurası erməni soyqırımının inkarına görə cəza nəzərdə tutan qanunu ləğv edib, mən isə inanıram ki, bu qanunun qəbulu daha çox Fransanın daxili siyasəti, habelə Fransada 500 000-ə yaxın etnik erməni olması ilə bağlıdır.

Minsk Qrupu artıq 20 ildir fəaliyyət göstərir və zənnimcə, bunun nizamlanma üzrə danışıqlar üçün ən yaxşı format olması məsələsi tamamilə ədalətli və adekvatdır.

Lakin düşünmürəm ki, soyqırımın inkarına görə cəza qanunu Fransanın erməniyönlü və ya Azərbaycanyönlü olması deməkdir. Fransada çox az insan Bakını 1915-ci ilin faciəvi hadisələri ilə əlaqələndirir. Orada hətta azərbaycanlıların türk etnosu ilə hər-hansı əlaqəsi olduğunu belə dərk etməyə bilərlər.

Lakin bu, Parisə Azərbaycanda problemləri həll edilməmiş 600 000 məcburi köçkün olduğunu xatırlatmaq üçün yaxşı fürsətdir.

Məncə ATƏT-in Minsk Qrupu həmsədrlərinin hazırki formatını dəyişmək çox çətin olar. Bu dəyişikliyi kim edər? ATƏT-in hazırki sədri, Minsk qrupunu bütün üzvləri, yoxsa ATƏT-in bütün üzvləri?

İstənilən halda, konsensus əldə ediləcəyi ehtimalı kiçikdir, xüsusən, Bakı və Yerevanın dəstəkləməli olduğu Avropa İttifaqı üzvləri arasında.

Sual: Azərbaycanın və Ermənistanın döyüş hazırlığını necə qiymətləndirirsiniz? Azərbaycan müharibəyə başlasa qalib gələ bilər?

Cavab: Bir il əvvəl Beynəlxalq Böhran Qrupu “Ermənistan və Azərbaycan – müharibənin qarşısının alınması” adlı məruzə dərc edib. Burada biz təsadüfi gərginləşmə mümkünlüyü barədə xəbərdarlıq etmişdik, belə ki, hər iki ölkə qızğın şəkildə silahlanır, cəbhədə qarşıdurmaların gərginləşməsində iştirak edir, hərbi ritorikadan istifadə edir.

Azərbaycanda və Ermənistanda tezliklə qələbə əldə edə biləcəklərini düşünən qüvvələr var. Amma bizim məruzədə deyilir ki, istənilən müharibə uzun və ağır olacaq.

Azərbaycanın silahlı qüvvələri 95 000, Ermənistan və Dağlı Qarabağın isə 70 000 nəfərdən ibarətdir.

Tərəflərin arsenalları getdikcə daha öldürücü, uzunmüddətli müharibəyə tab gətirmək iqtidarında olur. Bu arsenallar iri yaşayış məntəqələrini, həyati əhəmiyyət kəsb edən infrastrukturu və kommunikasiyaları məhv etməyə imkan verir.

Azərbaycan üçün əsas problem erməni qoşunlarının taktiki üstünlüyə malik olmasıdır, belə ki, Dağlıq Qarabağ ətrafındakı yüksəkliklərin böyük hissəsinə nəzarət edir. Füzuli və Cəbrayıldan kənarda istənilən hücum mürəkkəb dağ relyefində ağır döyüş olacaq və Azərbaycan qüvvəsinə və silahlarına görə, ən az üç dəfə üstünlüyə malik olmalıdır.

Sual: Bu halda böyük dövlətlərin – Rusiya, ABŞ, Türkiyə və İranın hansı rolu ola bilər? Onlardan hansı və niyə bu və ya digər tərəfi dəstəkləyəcək (dəstəkləsə)?

Cavab: Regional dövlətlərin müharibəyə cəlb edilməsi tamamilə mümkündür, baxmayaraq ki, Rusiya və Türkiyə hazırda yaxın strateji müttəfiqlərdir.

Ermənistan, çox güman ki, Rusiyanın KTMT çərçivəsində öhdəliklərinə istinad edərək, onun hərbi müdaxiləsini təmin etməyə çalışacaq. Rusların birbaşa hərbi iştirakı haqqında danışmaq çətin olardı. Lakin Gümridə Rusiya hərbi bazası haqqında saziş 2010-cu ilin avqustunda dəyişdirilib. İmzalanmış sənədə Ermənistanın təhlükəsizliyinə ümumi hədələrə qarşı təhlükəsizlik zəmanəti daxildir və Qarabağ münaqişəsi bərpa edildiyi halda Moskvanın hərbi öhdəliklərini tam izah etmir.

16 avqust 2010-cu ildə Rusiya-Ermənistan hərbi sazişinin yenilənməsindən bir gün öncə Türkiyə və Azərbaycan strateji tərəfdaşlıq və ölkələrdən birinə hərbi hücum və ya “təcavüz” olduğu halda “bütün imkanlardan istifadə etməklə” bir-birinə dəstək göstərilməsini nəzərdə tutan qarşılıqlı yardım haqqında müqavilə imzalayıblar.

ABŞ və Aİ-nin bilavasitə cəlb ediləcəyinə inanmıram, amma hərbi əməliyyatların bərpası ABŞ və Aİ-nin energetika, enerji daşıyıcılarının Avropaya nəqli üçün alternativ mənbə və tranzit marşrutları qismində Cənubi Qafqazın inkişafı sahəsində maraqlarını ciddi şəkildə sarsıda bilər.

Tammiqyaslı müharibə Qafqaz dəhlizini təhlükə altına qoyacaq. NATO hərbi nəqliyyat aviasiyasının Mərkəzi Asiyadakı bazalara bütün uçuşlarının təxminən 70%-i bu dəhlizin hava məkanından keçir. Əfqanıstana alternativ quru yolu marşrutu da Azərbaycandan keçir.

Sual: Ermənilərin və Azərbaycanlıların münaqişəni sülh yolu ilə həll edə biləcəyinə inanırsınız? Əgər bu mümkündürsə, 20 ildir niyə alınmır?

Münaqişənin həlli üzrə təməl prinsiplərin qəbuluna mane olan əsas səbəb nədir? Bakının Qarabağda referenduma razılaşa biləcəyinə inanırsınız?

Cavab: Hesab edirəm ki, Ermənistan və Azərbaycan üçün təməl prinsiplər münaqişənin həllində irəliləyiş əldə etmək üçün əla plandır. Amma tərəflər arasında bütün səviyyələrdə - prezidentlərdən sadə insanlara qədər etimadsızlıq olduğu aydındır. Bu, təməl prinsiplər haqqında saziş əldə edilməsini daha da çətinləşdirir, belə ki, münaqişənin dərhal həllini deyil, uzunmüddətli qayıtma, bərpa və normallaşma prosesi nəzərdə tutur.

Tərəflər yavaş gedən proqresdən 10 il, 20 il sonra da olsa Dağlıq Qarabağın yekun statusu haqqında razılıq əldə edə biləcəklərinə inanmalıdırlar. Bu prosesə başlamaq üçün onların etimada ehtiyacı var. Beynəlxalq ictimaiyyət gəlib hansısa qərar təqdim edə bilməz.

Hazırda Ermənistan və Azərbaycan Dağlıq Qarabağın gələcək statusu haqqında razılıq əldə edə bilmir. Ermənilər, əlbəttə ki, müstəqil Dağlıq Qarabağ üçün aydın gələcək istəyir (ətrafında işğal edilmiş ərazilərinin bir hissəsinin əvəzində), Bakı isə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olaraq qalmalı olduğunu hesab edir.

Təməl prinsiplər statusla bağlı istənilən qərarı ləngitməyə çalışır, amma hər iki tərəf daim status haqqında nə isə daxil etməyə və öz mövqeyini təmin etməyə çalışır.

Azərbaycan Dağlıq Qarabağın statusu haqqında səsverməyə razılaşa biləcəyini güman edərək müxtəlif ifadələrdən istifadə edib. Problem referendum və ya səsvermə anlayışında deyil. Problem detallardadır: hansı sualın veriləcəyində, səsvermənin harada keçiriləcəyində, kimin səs verəcəyində, Dağlıq Qarabağdakı səsvermədən sonra Azərbaycanda onu təsdiq edəcək səsvermə keçirilib-keçirilməyəcəyindədir.

Sual: ATƏT-in Minsk Qrupunun yerinə beynəlxalq vasitəçilərin yeni formatının yaradılması haqqında təkliflərlə bağlı nə düşünürsünüz?

Cavab: Bir az əvvəl də dediyim kimi, Minsk Qrupunun yaradılmasından 20 il sonra onun səmərəli olub-olmadığını soruşmaq məntiqlidir.

Aydındır ki, o, daha şəffaf olmalı və tərəflər arasında etimadı artırmaq üçün daha çox şey etməlidir. Bu o deməkdir ki, bütün mexanizm dəyişdirilməlidir? Ola bilər.

Amma ən iri regional dövlətləri – Rusiya, ABŞ və Fransa vasitəsilə Aİ-ni kim əvəz edə bilər?

Bu sual Beynəlxalq Böhran Qrupunun gələcək məruzəsinin mövzusu olacaq.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də əsirlikdə olduğu bir şəraitdə "xalq diplomatiyası"nın heç bir faydası yoxdur" - REAL MƏNZƏRƏ...
Bu gün, 08:48
“Bir dəfə güclü külək əssə, daxma başına uçacaq” - GİLEY
Bu gün, 08:45
Yanan bazarın Eldar Həsənova məxsus olduğu deyilir - İDDİA
Bu gün, 08:41
“Əgər qərb təhsilli adamlar parlamentdə çox olsa…” - GƏLİŞMƏ
Bu gün, 08:34
“O qədər saxta əlillik alan var ki…” - GİLEY
Bu gün, 08:29
Cavanşir Tağıyev nədən toxunulmazdır... - İDDİA
Bu gün, 08:22
AQTA-nın gizlətdiyi yağ siyahısı: 70 faiz insanı xəstə edir - BÖYÜK İDDİA
Bu gün, 08:18
Nefti bahalaşdıran BÖYÜK ANLAŞMA - TƏHLİL
Bu gün, 08:11
AQTA rəhbərliyi yenə də heyrətləndirir - MÜƏMMA
Bu gün, 08:04
"Müxalifətin bu şəraitdə “seçkilərdə” qalib gəlmək şansı kifayət qədər aşağı düşür" - Keçmiş baş nazir
Bu gün, 08:01
Ələkbər Yasamallı Aqşin Fatehi təhqir etdi
Bu gün, 07:58
"İranın bu vəziyyətdən yeganə çıxış yolu..."
Bu gün, 07:52
"70-dən çox seçki dairəsi üzrə namizədlərimiz artıq məlumdur" - Arif Hacılı
Bu gün, 07:36
“Mən Lənkəranın icra başçısının fəaliyyətini izləmirəm”
Bu gün, 01:04
Bakıda DƏHŞƏT: - gənc qız 4-cü mərtəbədən yıxılaraq ağır xəsarət alıb
Bu gün, 00:55
“Aygünü problem, Röyanı gizli sevgi, Faiqi vəzifə, Nadiri fəxri ad gözləyir” - Zirəddindən proqnoz
Bu gün, 00:47
Türkiyə ABŞ üçün İncirlik aviabazasını bağlaya bilər
Bu gün, 00:44
Daşkəsəndə 64 yaşlı qadının boynu qırılıb
Bu gün, 00:43
Türkiyə ABŞ-ın hindilərə qarşı etnik təcavüzünü soyqırım kimi tanıya bilər
Bu gün, 00:41
Liviya dəstək istəyəcəyi halda, Türkiyə kömək etməyə hazırdı - Ərdoğan
Dünən, 22:46
Polkovnik Cəlil Xəlilovun Milli Məclisə namizədliyi irəli sürülüb
Dünən, 22:39
Bakıda avtomobil 19 yaşlı gənci vurub
Dünən, 22:29
Mərhum Xalq artisti Mirzə Babayevin nəvəsi də namizədidir - FOTO
Dünən, 22:25
“Fəzail Ağamalı bunu Əli Həsənov işdən çıxarılandan əvvəl etməli idi” - Mətləb Mütəllimli
Dünən, 22:16
Kanada sakini lotoreyada 6,8 milyon dollar udub
Dünən, 22:03
Qəbələdəki futbol şəraiti Xorvatiyada yoxdur - Sopiç
Dünən, 22:01
Türkiyəli iş adamı Azərbaycan yol polisindən görün nə yazdı - FOTO
Dünən, 21:44
Bakıda 9 yaşlı uşağın qarnına oxlov batıb
Dünən, 21:20
Bələdiyyə saytında qumarxana təbliğatı - Bakıda - FOTO
Dünən, 21:19
Bakının ucuz və bahalı Yeni il “yolka”ları - 10 min AZN
Dünən, 21:09
Şəmkirdə maşınla vurulan piyada xəstəxanada ölüb
Dünən, 21:05
Üzeyirin bu çağırışına 1 milyon insan toplandı - VİDEO
Dünən, 20:50
Bakıda təcili yardım avtomobili qəzaya uğrayıb - FOTO
Dünən, 20:38
Xaçmaz RİH başçısı məktəbin vəziyyətini görüb heyrətləndi - FOTO, VİDEO
Dünən, 20:36
"Bir daha xahiş edirəm, atam Oktay Gülalıyev ilə bağlı..." - hüquq müdafiəçisinin oğlu etiraz etdi
Dünən, 20:25
Sudanın devrilmiş prezidenti 2 il azadlıqdan məhrum edilib
Dünən, 20:16
Fransa Rusiyadan Napoleonun silahdaşının qalıqlarlarını istəyir - FOTO
Dünən, 20:14
Şəmkirdə maşınla piyadanı vuran sürücü hadisə yerindən qaçıb
Dünən, 20:11
Google Türkiyədəki xidmətlərini dayandırır - Play Store, Gmail və YouTube İŞLƏMƏYƏCƏK
Dünən, 20:03
"Mən həmişə jurnalistikanı ucada görmək istəmişəm"
Dünən, 19:53
Mingəçevirdə gənc oğlan bıçaqlandı
Dünən, 19:40
Bazarı canlandıracaq 50 manat: Onu hər kəs ödəməlidir, bir şərtlə ki… - AÇIQLAMA
Dünən, 19:34
"2000-ci ildə Əli Kərimli parlamentə necə düşdü, razılaşmışdınızmı?" - QALMAQAL
Dünən, 19:29
Fərhad Əhmədovun fəallaşması Rusiyanın yeni “Milyarderlər ittifaqı” layihəsidir? - VİDEODEBAT
Dünən, 19:17
İrəvanda Gürcüstan səfirliyinin avtomobili qarət edilib
Dünən, 19:13
General deputatlığa namizədliyini irəli sürdü - FOTO
Dünən, 19:11
Türkiyə təhlükəsizlik qüvvələri kamikadze-PUA-larla təchiz ediləcək
Dünən, 19:09
YAP-çı deputat həbs edilən polkovnikin müdafiəsinə qalxdı – “Elə insanlara borcluyuq...”
Dünən, 19:07
Deputatın VARİS PLANI - İDDİA
Dünən, 19:05
Müsavat AKM-in bütün üzvlәrinin Almaniyada istintaqa çağırılmasına başlanıb - Mühacir qalmaqalı dərinləşir
Dünən, 18:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru