"Qapımı bağlayıblar, görün hardan çıxıram, .....                     Rəşad Dağlı üzr videosundan danışdı: .....                     Rusiyanın qarşısını aldığı SÜLH PROSESİ: .....                     Müştərilərə XARAB mal satır, üstəlik MƏHKƏMƏYƏ VERİR... .....                     23-24 apreldə keçirilmiş buraxılış imtahanlarının nəticəsi açıqlanıb .....                     "Ermənistan əvvəlki siyasətini davam etdirmək niyyətindədir" .....                     Paşinyanın həbsi tələb edildi .....                     Zaur Mirzəzadə məhkəmə zalında həbs edildi .....                     Türkiyədə dollar yenidən bahalaşdı! .....                     Jurnalist İradə Cəlilin "vəfat etməsi” xəbərini kimlər və niyə yayıb? .....                     Ermənistan üçün hamı günahkardır: Paşinyan KTMT-dən nə istəyir? .....                     “Rusiyanın Ukraynaya qarşı müharibədə hava üstünlüyü artıq yoxdur” .....                     Türkan bələdiyyəsinin açıqlaması YALAN ÇIXDI .....                     “Birmənalı şəkildə Azərbaycanı Ermənistandakı proseslərə hazırlayırlar...” .....                     İnstitut direktoru ilə bağlı ağlasığmaz İDDİA: .....                     Bakıda 37 məktəbə yeni direktor təyin olunub .....                     Deputatın klinikası cərimə olundu .....                     "Naxçıvanda 4 nəfərin öldüyü qəza ört-basdır edilir" .....                     İki rayona yeni rəis təyin edildi .....                     Azərbaycanda “repetitor” biznesi: .....                     Ukraynanın işğal edilmiş ərazilərində "referendum" olacaq? .....                     Sabah dollar neçəyə olacaq? .....                     "Qala Sığorta" satılıb .....                     Rusiya Mariupolu “kadırovçular"a verir .....                     Xızıda dövlət tenderlərini KİMLƏR UDUR? .....                     Ramiz Mehdiyevə bağlı şirkəti məhkəməyə verdilər .....                     "OBA" marketin pendiri uşağı .....                     Azərbaycan Laçın dəhlizinin yanında işıq dirəkləri qoyur .....                     Ermənistanın cinayətləri Beynəlxalq Məhkəmədə araşdırıla bilər... .....                     Milli Məclisə yeni Aparat rəhbərinin təyin olunmasına REAKSİYALAR .....                     "Rabitəbank"da hansı QANUNLAR İŞLƏYİR... .....                     İsmayıllıda meşə ərazisində narkotik tərkibli bitkilər becərən şəxs saxlanılıb .....                     “Güman edirəm ki, Paşinyan Rusiyanın Ermənistanda qolunu “kəsməyi” bacaracaq...” .....                     Azərbaycanlıların Rusiyadan “böyük köç”ünün qarşısı alındı .....                     “Göylə gedən” AZAL: “Kef edir” .....                     İrandakı etirazların PƏRDƏARXASI: .....                     “Azərbaycan və Türkiyə federativ dövlətə doğru irəliləməlidir” .....                     Azərbaycan bazarına daha 2 lombard şirkəti .....                     Əli Nağıyevin oğlunun 1 milyon dollara yaxın borcu var .....                     Putin yenə “Qarabağ problemi” dedi .....                 

Kreml fiqurların yerini dəyişdirir: amma cəm dəyişəcəkmi?.. - İNCƏLƏMƏ...
Tarix: 14-05-2022, 08:49 | Çap et
Kreml fiqurların yerini dəyişdirir: amma cəm dəyişəcəkmi?..
Rusiyada bir sıra vilayətlərin qubernatorları gözlənilmədən istefa verməyə başlayıblar. Mayın 10-da Tomsk vilayətinin qubernatoru Sergey Jvaçkin, Kirov vilayətinin başçısı İqor Vasilyev, Saratov vilayətinin qubernatoru Valeri Radayev və Mari El Respublikasının rəhbəri Aleksandr Evstifeyevin da daxil olduğu beş regionun rəhbərləri tutduqları vəzifələrdən istefa veriblər. Ryazan vilayətinin qubernatoru Nikolay Lyubimov isə növbəti müddətə vilayət rəhbəri vəzifəsinə namizədliyini irəli sürməyəcəyini açıqlayıb.

Rusiya Prezidenti Vladimir Putin həmin gün Mari El Respublikası, Kirov, Ryazan, Saratov və Tomsk vilayətlərinin qubernatorlarının səlahiyyətlərini müvəqqəti icra edənlərin təyin edilməsi haqqında fərman imzalayıb. Kalmıkiya hökumətinin rəhbəri Yuri Zaytsev Mari El Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən, Aleksandr Sokolov Kirov vilayətinin qubernatoru vəzifəsini icra edən təyin edilib, o, Rusiya Dövlət Şurasının fəaliyyətini təmin etmək üçün Prezident Aparatında çalışıb. Ryazan vilayətinə Rosstatın rəhbəri Pavel Malkov, Saratov vilayətinə Region hökumətinin sədri Roman Busargin, Tomsk vilayətinə Rusiya Prezidentinin daxili siyasət idarəsinin rəis müavini Vladimir Mazur təyin edilib.

Kremlin saytında verilən məlumata görə, Putin videobağlantı vasitəsilə müvəqqəti təyin olunmuş şəxslərlə görüşüb və onlarla etibar edilmiş regionların perspektivlərini müzakirə edib.

Rusiya Mərkəzi Seçki Komissiyasından (RMSK) “RİA Novosti”yə verilən məlumata görə, rəhbərləri tutduqları vəzifədən istefa verdiyini elan edən 5 regionda seçkilər bir səsvermə günündə keçiriləcək.

Bəziləri yazırlar ki, baş verənlər bu rayonlarda hakim partiyanın reytinqini itirməsi ilə bağlıdır, amma buna inanmaq çətindir. Rusiyada hakimiyyət sisteminin o korrupsiya komponenti ilə, istənilən səviyyədə seçki saxtakarlığının yüksək inkişaf etmiş sistemi ilə həmin qubernatorlar uzun müddət öz kreslolarında sakit otura bilərdilər. Bəs onda nə baş verir? Budur sual. Putini onlardan qurtulmağa başlamaq fikrinə tam olaraq nə vadar etdi? Dia.az xəbər verir ki, AYNA mövzunu tanınmış rusiyalı ekspertlərlə müzakirə edib.

Rusiyanın Demokratik Seçim Partiyasının həmsədri, Qaydar adına İqtisadi İnkişaf İnstitutunun baş eksperti Sergey Javoronkov:

“Növbəti seçkilər ərəfəsində qubernatorların seçilməsində istənilən nəticəni təmin edə bilməyən və ya qeyri-populyar olanların dəyişdirilməsi 2012-ci ildə qubernatorların seçkiləri bərpa edildikdən sonra Kremlin adi, illik addımıdır. Rusiyada seçkilərə tam nəzarət etmək mümkün deyil. 2012-ci ildən sonra 4 bölgədə rəsmi namizədlər seçkilərdə uduzublar. 2021-ci ilin sentyabrında keçirilən parlament seçkilərində ölkə üzrə “Vahid Rusiya”nın nəticələri Şimali Qafqaz respublikalarında 90%-dən yuxarı, Xabarovsk diyarında 24%-ə qədər dəyişib.

Bu baxımdan, “Vahid Rusiya”nın zəif nəticələr aldığı Tomsk və Kirov vilayətlərinin, Mari El Respublikasının (müvafiq olaraq 33%, 29,5% və 33,4%) rəhbərlərinin dəyişdirilməsi başadüşüləndir. Baxmayaraq ki, Tomsk qubernatoru iqtisadi cəhətdən kifayət qədər uğurlu idi. Ryazan vilayətinin başçısı Lyubimov Rusiya qubernatorlarının yarıdan çoxu kimi yerli deyil, Kaluqadandır və 2017-ci ildə təyin olunsa da, regional elita ilə ortaq dil tapa bilmədi. Nəticədə “Vahid Rusiya”nın buradakı reytini 10% azalıb - 54-dən 44% -ə qədər.

Yalnız Saratov qubernatoru Radayevdə seçkilərlə bağlı hər şey qaydasında idi, lakin onun istefası 2016-cı ildə rəsmi olaraq yüksək, lakin həqiqətdə əhəmiyyətsiz Dövlət Dumasının rəhbəri vəzifəsini tutan himayədarı Volodinin mövqelərinin zəifləməsinin nəticəsidir. Volodinin əvvəllər tutuduğu Prezident Administrasiyası rəhbərinin daxili siyasət üzrə müavini vəzifəsi Rusiya hakimiyyət sistemində daha önəmli idi.

Yeri gəlmişkən, bu əvəzetmələr onu göstərir ki, Kreml Putinin, guya artan dəstəyinə əsaslanan parlaq nəticəyə qətiyyən əmin deyil və onlar seçkilərə kifayət qədər ciddi hazırlaşırlar”.

Postindustrial Cəmiyyətin Tədqiqatları Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru, sosioloq Vladislav İnozemtsev:

“Mən hesab edirəm ki, burada hansısa siyasi proseslərlə birbaşa əlaqə yaratmağa ehtiyac yoxdur (baxmayaraq ki, bunu Rusiyada çoxları edir). İlk növbədə ona görə ki, Rusiyada uzun müddətdir normal siyasət olmayıb, heç bir göstərici yoxdur. İndi hakim partiyanın “populyarlığı” heç nə demək deyil və bu populyarlıq heç nəyə təsir etmir.

Və bu halda, mühakimə edə bildiyim kimi, artıq Kostroma qubernatoru, Saratov və Tomsk vilayətlərinin qubernatorları haqqında çox deyilib ki, bu insanlar çoxdan istefa verməli idilər - bu, 2-3 il əvvəl müzakirə edilirdi. Ona görə də bunda gözlənilməz heç nə yoxdur.

Hakimiyyət, görünür, seçkiləri sentyabrda, bir səsvermə günündə keçirmək qərarına gəlib - onların ümumiyyətlə, keçirilib-keçirilməyəcəyi, qubernatorların qanunvericilik məclisi səviyyəsində seçilib-seçilməyəcəyi ətrafında çoxlu müzakirələr oldu, amma görünür, bir növ başlanğıc oldu. Bu prosesə start verilmişdi, ona görə də köhnə qubernatorlar gedir və yeni fiqurlar meydana çıxır.

Yeni fiqurların heç biri bu rayonların əhalisinə məlum deyil. Bu yeni şəxslərə böyük ümidlər yoxdur və ola da bilməz. Ona görə də mən tam əminəm ki, fiqurların belə dəyişməsindən bu regionlarda hakimiyyətin reytinqində heç bir irəliləyiş olmayacaq.

Bu vəziyyətdə bir menecerin digərinə dəyişdirilməsi üçün sırf texniki əməliyyatlar görürəm və başqa heç nə yoxdur. Yəni köhnə kartlar kolodanı sadəcə tərk edirlər, Putin qarşısında bəzi xidmətləri olan daha gənc kartlar isə meydana çıxır. Bütün bunların rəqabətli siyasət ilə heç bir əlaqəsi yoxdur”.





 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Qapımı bağlayıblar, görün hardan çıxıram, EVİMDƏ XƏSTƏM VAR, BELƏ ŞEY OLAR?"
Dünən, 19:00
Rəşad Dağlı üzr videosundan danışdı: - “Məni kimsə məcbur etməyib, dərəbəylik deyil ki...”
Dünən, 18:04
Rusiyanın qarşısını aldığı SÜLH PROSESİ: - Bakı ilə Moskva qarşı-qarşıya
Dünən, 18:02
Müştərilərə XARAB mal satır, üstəlik MƏHKƏMƏYƏ VERİR... - GİLEY
Dünən, 17:59
23-24 apreldə keçirilmiş buraxılış imtahanlarının nəticəsi açıqlanıb - Diqqət!
Dünən, 17:55
"Ermənistan əvvəlki siyasətini davam etdirmək niyyətindədir" - Ekspert danışır
Dünən, 17:53
Paşinyanın həbsi tələb edildi - İSTİNTAQ QƏRARI
Dünən, 17:50
Zaur Mirzəzadə məhkəmə zalında həbs edildi - TƏFƏRRÜAT
Dünən, 17:48
Türkiyədə dollar yenidən bahalaşdı! – Siyasi amillə bağlıdır?
Dünən, 17:46
Jurnalist İradə Cəlilin "vəfat etməsi” xəbərini kimlər və niyə yayıb? - AXI NİYƏ?!
Dünən, 17:44
Ermənistan üçün hamı günahkardır: Paşinyan KTMT-dən nə istəyir? - GƏLİŞMƏ
Dünən, 17:42
“Rusiyanın Ukraynaya qarşı müharibədə hava üstünlüyü artıq yoxdur” - MN
Dünən, 17:41
Türkan bələdiyyəsinin açıqlaması YALAN ÇIXDI – Qəsəbə sakinləri bu dəfə NAZİRLİYƏ üz TUTDU
Dünən, 17:39
“Birmənalı şəkildə Azərbaycanı Ermənistandakı proseslərə hazırlayırlar...” - Ekspert danışır
Dünən, 17:34
İnstitut direktoru ilə bağlı ağlasığmaz İDDİA: - İşdən azad olunanda bütün elektron məlumat bazasını silib?
Dünən, 17:32
Bakıda 37 məktəbə yeni direktor təyin olunub - SİYAHI
Dünən, 17:25
Deputatın klinikası cərimə olundu – İş məhkəmədə
Dünən, 17:21
"Naxçıvanda 4 nəfərin öldüyü qəza ört-basdır edilir" - NARAZILIQ!
Dünən, 17:17
İki rayona yeni rəis təyin edildi - ƏMR
Dünən, 17:15
Azərbaycanda “repetitor” biznesi: - "Müəllimlər "sədaqət andı" içirlər"
Dünən, 17:13
Ukraynanın işğal edilmiş ərazilərində "referendum" olacaq?
Dünən, 17:11
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:00
"Qala Sığorta" satılıb
Dünən, 16:59
Rusiya Mariupolu “kadırovçular"a verir
Dünən, 16:17
Xızıda dövlət tenderlərini KİMLƏR UDUR?
Dünən, 16:15
Ramiz Mehdiyevə bağlı şirkəti məhkəməyə verdilər – Aralarında Ramiz Rövşən də var...
Dünən, 16:13
"OBA" marketin pendiri uşağı ZƏHƏRLƏDİ
Dünən, 16:09
Azərbaycan Laçın dəhlizinin yanında işıq dirəkləri qoyur – Ermənilər təşvişdə
Dünən, 16:02
Ermənistanın cinayətləri Beynəlxalq Məhkəmədə araşdırıla bilər... - Ekspert danışır
Dünən, 16:01
Milli Məclisə yeni Aparat rəhbərinin təyin olunmasına REAKSİYALAR – Fərid Hacıyevdən gözləntilər
Dünən, 15:58
"Rabitəbank"da hansı QANUNLAR İŞLƏYİR... - NARAZILIQ VAR!
Dünən, 15:56
İsmayıllıda meşə ərazisində narkotik tərkibli bitkilər becərən şəxs saxlanılıb
Dünən, 15:52
“Güman edirəm ki, Paşinyan Rusiyanın Ermənistanda qolunu “kəsməyi” bacaracaq...”
Dünən, 15:50
Azərbaycanlıların Rusiyadan “böyük köç”ünün qarşısı alındı
Dünən, 15:45
“Göylə gedən” AZAL: “Kef edir” - FAKT BUDUR!
Dünən, 15:20
İrandakı etirazların PƏRDƏARXASI: - Rusiya və Çin Qərblə çəkici eyni nöqtəyə vurur?
Dünən, 15:16
“Azərbaycan və Türkiyə federativ dövlətə doğru irəliləməlidir” - TƏKLİF
Dünən, 15:14
Azərbaycan bazarına daha 2 lombard şirkəti - DAXİL OLDU
Dünən, 15:10
Əli Nağıyevin oğlunun 1 milyon dollara yaxın borcu var - DETALLAR
Dünən, 15:08
Putin yenə “Qarabağ problemi” dedi – Bir rəhbər öz imzasına hörmət qoymursa...
Dünən, 15:02
Azərbaycanda insanlar evlərinin damında günəş panelləri yerləşdirə biləcəklər
Dünən, 15:00
Azərbaycan DİN Britaniya səfirliyinə cavab verib
Dünən, 14:58
Azərbaycanı da çörəklə imtahana çəkirlər? - AKTUAL
Dünən, 14:20
“Onun oxuduğu mahnılara bizim müğənnilər yaxın gələ bilməzlər...”
Dünən, 14:17
Koçaryan, Sarkisyan və onların dəstələri çoxdan tarixin arxivinə göndərilib - Ekspert danışır
Dünən, 14:02
TƏBİB-in tenderlərini kimlər udur? - SİYAHI
Dünən, 14:00
Səmayə Məmmədovaya nazirlikdə vəzifə verildi
Dünən, 13:21
Xankəndində İrəvandakı “müqavimət” hərəkatına dəstək ssenariləri müzakirə edilir... - “Hraparak”
Dünən, 13:16
Üçtərəfli İşçi Qrupun növbəti iclası mayda keçiriləcək
Dünən, 13:14
Azərbaycanda sevgilisi rəis olanlardan bəhs edən klip çəkildi - BELƏ HARA GEDİRİK?
Dünən, 13:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru