Sarkisyan prezident postundan niyə xaricdə olarkən istefa verib? .....                     Kremldən qorxu şousu: heç özününkülər də buna inanmırlar .....                     Azərbaycanda 757 nəfər COVID-19-a yoluxub, .....                     "Əmrahbank”-ın cinayətinin qurbanı olan qadın 15 ildir pulunu geri ala bilmir .....                     Şəhərdaxili hərəkət planının hazırlanması Qaydası .....                     “Rabitəbank’’ ASC-də İdarə Heyəti Sədrinin 1-ci müavini təyin olunub .....                     “Nar” Azərbaycan çempionu tituluna sahib oldu .....                     Kəmaləddin Heydərovun iki şirkəti .....                     İsfahanda Xomeyninin heykəlini yıxmaq istədilər .....                     Ermənistanda hakimiyyət böhranı: .....                     Böyük məişət texnikaları niyə birdən-birə 200-300 manat bahalaşıb? .....                     Prezident İlham Əliyev Fatma Səttarovaya .....                     Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif edildi .....                     Sumqayıt sakinləri KİMƏ ŞİKAYƏT ETSİNLƏR? .....                     Qərb diplomat ailələrini Ukraynadan niyə çıxardır? .....                     “AzSığorta” ötən ili uğusuz başa vurub .....                     Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna əsasən .....                     Toylarla bağlı mart ayından QAYDA dəyişir .....                     TƏLƏBƏ KÖCÜRÜLMƏLƏRİ NİYƏ TƏXİRƏ SALINDI? .....                     Vilayət Eyvazov DYP rəisinin müavinini təqaüdə göndərib .....                     Buraxılış imtahanlarının tarixləri açıqlanıb .....                     Baş Prokurorluq Eldar Mahmudovun əmisi oğlu ilə bağlı məhkəməyə müraciət edib .....                     "Prezidentin istefası iqtidara sürpriz oldu" .....                     Sabah dollar neçəyə olacaq? .....                     “Müəllim zəng edir ki, gəlin uşaqlarınızı aparın, istilik yoxdur” .....                     Vilyam Hacıyevin həbsini KİM SİFARİŞ EDİB? .....                     “Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: .....                     AŞPA-nın yeni prezidenti seçilib .....                     “İcbari tibbi sığorta ilə bağlı seçicilərdən xeyli şikayətlər daxil olur” .....                     Ülvi Həsənli COVID xəstəsi olduğu halda polis orqanına gəlib .....                     "Yerindən durana, 2 mahnı oxuyana ad verilir, İLLƏRİMİ QOYMUŞAM,NİYƏ DƏYƏR VERİLMİR?" .....                     Fransa diasporu Laçınla sərhəddəki kənddə Qarabağ erməniləri üçün mərkəz açdı... .....                     Məhkəmə Vilyam Hacıyevin prosesə onlayn qoşulmasına .....                     Elton Məmmədovun oğlu Azərbaycanın tarixi şəxslərini ələ saldı: .....                     Kəmalə Qaramollayevaya ev və maşın hədiyyə edən şəxs hansı məmurun oğludur? .....                     İrəvanda daha bir rəzalət: .....                     Rusiya bircə raketlə Ukraynanı belə çökdürəcək .....                     Azərbaycanda 4-cü mobil operator bazara daxil olmalıdırmı? .....                     Paşinyan “böyük təmizliyin” son akkordunu vurdu .....                     Terrorçuluqda ittiham olunan ermənilərin məhkəmə istintaqı başa çatıb .....                 

Avrasiyanın hakimi kim olacaq: Rusiya, yoxsa Türkiyə?!. - TƏHLİL
Tarix: 30-11-2021, 12:27 | Çap et
Avrasiyanın hakimi kim olacaq: Rusiya, yoxsa Türkiyə?!.
Türk Şurası öz tarixi İstanbul Zirvəsində Türk Dövlətləri Təşkilatına çevrildi. Türkmənistan da müşahidəçi statusu ilə olsa da, Təşkilata qoşuldu; Türkiyə Prezidentinin sözləri ilə desək, "ailə tablomuz tam oldu".

Türkiyənin Cənubi Qafqazda və Mərkəzi Asiyada təsirinin gözlənildiyindən də sürətlə yayılması ağıllarda belə bir sual oyadır: Avrasiyanın hakimi kim olacaq: Rusiya, yoxsa Türkiyə?!

Ancaq məsələnin bu cür qoyuluşu bəri başdan antoqonizmi, geopolitik rəqabəti körükləyir. Bu bölgələrdə əsrlərdir, Rusiyanın, demək olar, şəksiz və şəriksiz üstünlüyü olub. Bu regiondakı xalqlar iki imperiya dövründə Rusiyanın tərkibində, SSRİ dağıldıqdan sonra yenə də təsirində olub. Son dövrlərdə bu təsir müəyyən qədər zəifləyib; Rusiya Gürcüstanı əsasən, Ermənistanı qismən ABŞ-a uduzub. Gürcüstanda və Azərbaycanda Türkiyə təsirinin artmasına qarşı durmaq imkanı olmayıb. Bəlkə də bəzi məqamlarda buna özü də razı olub - "ABŞ və Avropa İttifaqındansa, Türkiyə olsun, dil taparıq" düşüncəsi ilə. Eyni şey Mərkəzi Asiya regionunda da baş verir; Türkiyə ora daxil olur. Xüsusilə, Özbəkistana. Burda da ola bilsin, Rusiya eyni səbəblərdən "səbrli" yanaşma göstərir: əvvəla, Cənubi Qafqazı olduğu kimi, Mərkəzi Asiyanı da öz nəzarətində saxlamaq üçün siyasi və iqtisadi resursları çatmır - ona görə düşünə bilər ki, Mərkəzi Asiyaya Çinin gəlişini Türkiyənin öncüllüyündə türk faktoru neytrallaşdıra bilər. İkincisi, düşünür ki, ABŞ fundamental "islamçı" şəbəkəsini Troya atı kimi istifadə edərək Əfqanıstandan Mərkəzi Asiyaya, oradan da Rusiyanın müsəlman xalqları yaşayan regionlarına keçər. Belə bir keçid Şimali Qafqaza, Volqaboyuna daxil olub oradan Urala və Şərqi Sibirə yayılsa, Rusiyanın sonu gələr. Bu təhlükəyə qarşı Rusiya Avrasiyanın başqa böyükləri ilə birlikdə hərəkət etmək zorundadır. Turan ordusu quruculuğuna və Çinin Tacikistanda hərbi baza yaratmasna da bu səbəbdən belə "sakit" baxır. Eyni zamanda daim güclənən və dünya liderinə çevrilməkdə olan Çin özü də Rusiya ilə "səssiz müharibə" aparır; əhali ekspansiyası ilə artıq Sibirin və Uzaq Şərqin dərinliklərinə yayılmaqdadır. Bu, Rusiyanı narahat edən əsas səbəblərdən biridir. Ona görə də Rusiya-Türkiyə tandemi başqa bir geopolitik proyektin də içindədir.

Rusiya və Belarusun timsalında Slavyan birliyi ilə Türk birliyi prosesləri yanaşı gedir. Bəlkə də bu, sonda Avropa İttifaqı modelində Avrasiya İttifaqına doğru gedəcək. İndiki Avrasiya İqtisadi İttifaqının bazasında və ya yeni formatda.

Rusiyanın və İranın əhalisinin əhəmiyyətli hissəsi türklərdir. Ancaq nə Eləcə də, Azərbaycanda və Mərkəzi Asiya ölkələrində, xüsusilə, Qazaxıstanda rusdilli əhalinin böyük icmaları var. Bu günlərdə Aşqabadda Sammiti keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı da bu yeni Avrasiya İttifaqının sərhədlərini daha da geniş tuta bilər - Pakistan gələcəkdə Əfqanıstan bəlkə burada ola bilər. "3+3" formatı da alınsa, Cənubi Qafqaz bütövlükdə bu geopolitik sistemə daxil olar. Bəli, məhz belə bir Avrasiya İttifaqının xəyalını Rusiyada da, elə Türkiyədə də quranlar var. Çinlə Avropanın arasında yeni qlobal güc formalaşdırmaq düşüncəsi Avrasiyada çoxdan dolaşır. Bu, nə dərəcədə realistik və effektiv olacaq - orasını demək çətindir. Ancaq bu cür xəyali planlar var ən azı. Rusiya ilə, ya da Rusiyasız. Amma düşünürəm ki, Avrasiyada belə bir geopolitik kombinasiya qurmaq Rusiyasız və (və ya) Türkiyəsiz mümkün deyil. Bu iki dövlət,iki etnos Avrasiya geosiyasətinin qoşa qanadıdır...

Ancaq belə bir ambisioz layihə varsa, onun qırılma nöqtəsi Ukraynadır. Bu aralıqda Donbasda hərbi kampaniyanın körüklənməsi, Rusiyanın Ukrayna ilə sərhədə 92 minlik qoşun yığması, ABŞ-ın bu slavyan ölkəsinə məhdud da olsa, hərbi kontingent göndərməsi... bunlar təsadüfə oxşamır. Eyni zamanda Türkiyə prezidentinin Rusiya ilə Ukrayna arasında vasitəçilik etmək təşəbbüsü də burdan qaynaqlanır. ABŞ Ukraynanı Rusiya ilə açıq qarşıdurmaya itələyir. Ki, Rusiya Ukraynaya lokal hərbi müdaxilə etsin. O zaman Avropanı Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə "inandırmaq" asan olacaq. Və, təbii ki, Amerika sanksiyaları da sərtləşəcək. Hazırda Putinin Belarus-Polşa sərhədində yaratdığı və moderatorluğunu Lukaşenkoya həvalə etdiyi "miqrant müharibəsi" də Avropaya pressinqdir ki, əsasən Almaniya, eləcə də, Fransa ABŞ diqtəsinə boyun əyməsinlər. ABŞ və Almaniya da fərqindədirlər ki, Ukraynanı əldən versələr, Rusiya dayanmsyacaq; Şərqi Avropanın içərilərinə nüfuz edəcək. Bunun da ilkin mexanizmi Rusiya-Belarus ittifaqıdır ki, Ukraynanı bu İttifaq üçün qazanmaqla Putin ilkin mərhələdə Ukrayna ilə həmsərhəd olan Polşanı və Slovakiyanı Rusiya "təsir zonası"na çəkə bilər. Macarıstan artıq Türkiyə ilə unison davranır. İndilik görünən budur ki, ABŞ bu savaşı iqtisadi silahlarla, Rusiya hərblə həll etməyə meyllidir. Türkiyə isə siyasi həll variantı təklif edir; Ukrayna ilə Rusiya arasında vasitəçiliklə. Ancaq Rusiya Türkiyə vasitəçiliyinə hələ ki isti yanaşma göstərmir. Türkiyə Ukraynaya verdiyi "Bayraktar"larla Rusiyanı barışdan başqa yolu olmadığına "razı salmaq" fikrindədir. Moskvada əsas qıcıq yaradan bir səbəb budur. Eyni zamanda Krım. Rusiya ilə Türkiyənin Ukrayna masasında Krım kartı var - Türkiyə Krımı Ukraynada görür...

Bahəddin Həzi





 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sarkisyan prezident postundan niyə xaricdə olarkən istefa verib? - İNCƏLƏMƏ...
Bu gün, 19:02
Kremldən qorxu şousu: heç özününkülər də buna inanmırlar - GƏLİŞMƏ
Bu gün, 19:00
Azərbaycanda 757 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib
Bu gün, 18:36
"Əmrahbank”-ın cinayətinin qurbanı olan qadın 15 ildir pulunu geri ala bilmir - “80 yaşım var, daha nə qədər gözləməliyəm?”
Bu gün, 18:31
Şəhərdaxili hərəkət planının hazırlanması Qaydası TƏSDİQLƏNDİ
Bu gün, 18:27
“Rabitəbank’’ ASC-də İdarə Heyəti Sədrinin 1-ci müavini təyin olunub - FOTO
Bu gün, 18:19
“Nar” Azərbaycan çempionu tituluna sahib oldu
Bu gün, 18:09
Kəmaləddin Heydərovun iki şirkəti məhkəməyə verildi
Bu gün, 18:05
İsfahanda Xomeyninin heykəlini yıxmaq istədilər - Ara qarışdı
Bu gün, 18:01
Ermənistanda hakimiyyət böhranı: - Armen Sarkisyan siyasətdən uzaqlaşır?
Bu gün, 17:50
Böyük məişət texnikaları niyə birdən-birə 200-300 manat bahalaşıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:48
Prezident İlham Əliyev Fatma Səttarovaya təbrik məktubu ünvanlayıb
Bu gün, 17:44
Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif edildi - SƏRƏNCAM
Bu gün, 17:43
Sumqayıt sakinləri KİMƏ ŞİKAYƏT ETSİNLƏR? - NARAZILIQ!
Bu gün, 17:42
Qərb diplomat ailələrini Ukraynadan niyə çıxardır? - GƏLİŞMƏ
Bu gün, 17:34
“AzSığorta” ötən ili uğusuz başa vurub – ŞİRKƏT MİLYONLARLA PUL İTİRİR
Bu gün, 17:31
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna əsasən qərardad çıxarıb
Bu gün, 17:28
Toylarla bağlı mart ayından QAYDA dəyişir – Şərtlər AÇIQLANDI
Bu gün, 17:22
TƏLƏBƏ KÖCÜRÜLMƏLƏRİ NİYƏ TƏXİRƏ SALINDI? - “Vaxt məhdudiyyəti sadəcə bəhanədir”
Bu gün, 17:19
Vilayət Eyvazov DYP rəisinin müavinini təqaüdə göndərib - ƏMR
Bu gün, 17:17
Buraxılış imtahanlarının tarixləri açıqlanıb - Diqqət!
Bu gün, 17:09
Baş Prokurorluq Eldar Mahmudovun əmisi oğlu ilə bağlı məhkəməyə müraciət edib - TƏFƏRRÜAT
Bu gün, 17:05
"Prezidentin istefası iqtidara sürpriz oldu" - Köçəryan
Bu gün, 17:04
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:03
“Müəllim zəng edir ki, gəlin uşaqlarınızı aparın, istilik yoxdur” - GİLEY
Bu gün, 16:56
Vilyam Hacıyevin həbsini KİM SİFARİŞ EDİB? - Özü belə İDDİA EDİR
Bu gün, 16:50
“Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: - Vasitəçilərin aqibəti necə olacaq?
Bu gün, 16:48
AŞPA-nın yeni prezidenti seçilib
Bu gün, 16:46
“İcbari tibbi sığorta ilə bağlı seçicilərdən xeyli şikayətlər daxil olur” - deputat
Bu gün, 16:44
Ülvi Həsənli COVID xəstəsi olduğu halda polis orqanına gəlib - DİN
Bu gün, 16:40
"Yerindən durana, 2 mahnı oxuyana ad verilir, İLLƏRİMİ QOYMUŞAM,NİYƏ DƏYƏR VERİLMİR?" - Əməkdar ARTİST
Bu gün, 16:37
Fransa diasporu Laçınla sərhəddəki kənddə Qarabağ erməniləri üçün mərkəz açdı... - BU NƏDİ BELƏ?
Bu gün, 16:36
Məhkəmə Vilyam Hacıyevin prosesə onlayn qoşulmasına icazə vermədi
Bu gün, 16:26
Elton Məmmədovun oğlu Azərbaycanın tarixi şəxslərini ələ saldı: - "Yenə də yığışmışıq..."
Bu gün, 16:24
Kəmalə Qaramollayevaya ev və maşın hədiyyə edən şəxs hansı məmurun oğludur? - FOTO
Bu gün, 16:22
İrəvanda daha bir rəzalət: - Baş prokuror vətəndaşlıq üçün Rusiyaya müraciət edib
Bu gün, 16:15
Rusiya bircə raketlə Ukraynanı belə çökdürəcək – Şok ssenari
Bu gün, 16:11
Azərbaycanda 4-cü mobil operator bazara daxil olmalıdırmı? - AKTUAL
Bu gün, 16:10
Paşinyan “böyük təmizliyin” son akkordunu vurdu - NƏ BAŞ VERİR?
Bu gün, 16:04
Terrorçuluqda ittiham olunan ermənilərin məhkəmə istintaqı başa çatıb
Bu gün, 16:02
Səbail rayonunda narkotacir və obyektlərdən nəzarətsiz qalan mobil telefonları oğurlayan şəxslər saxlanılıblar - VİDEO
Bu gün, 15:59
Rubenin çaldığına oynayan Müşfiq: - “Cəzalandırılmalı, konsertləri boykot edilməlidir”
Bu gün, 15:57
Böyük Turan planına qoyulan sərmayə və kəşfiyyat savaşları - İNCƏLƏMƏ...
Bu gün, 15:54
Müsadirə olunan mallar bazarlara necə “ayaq açıb”? - Generalın “pirotexniki biznesi”
Bu gün, 15:51
Həyətində Stalinin heykəli olan Oğuz sakini – Mədəniyyət Nazirliyinin “heykəl parkı” ideyası nə yerdə qaldı?
Bu gün, 15:49
“AMEA məhv olur, elm ocağında alver baş alıb gedir” - ETİRAZ
Bu gün, 15:46
“Biz haray çəkib etirazımızı bildirəndə, onlar özlərini görməməzliyə vururdu” - deputat
Bu gün, 15:43
Cavid Qurbanovun qumar MONAPOLİYASI... - "Topaz" rəqiblərini belə sıradan çıxarır
Bu gün, 15:39
Lənkəranda qanunsuz ov edən şəxslər saxlanılıb
Bu gün, 15:36
Məmurların BÜDCƏDƏN OĞURLADIQLARI... - ARAŞDIRMA
Bu gün, 15:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru