Şəmkirdə vətəndaş DAD DEYİR... .....                     Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb .....                     Aİ Azərbaycandan qaz tədarükünü artırmağı istəyəcək .....                     "4 aydır ət üzünə həsrətik, ailəm xəstədir, soyuducuda yeməyə heç nə yoxdur" .....                     Azərbaycanda daha 3 564 nəfər koronavirusa yoluxub, 19 nəfər ölüb .....                     "Yasmin"dəki sahibkarlar DƏRD İÇİNDƏ... .....                     Qırğız-tacik savaşı yenidən qızışır .....                     "Baxın, BƏRBAD HALDADIR, BAXAN YOXDUR" .....                     Rusiya veteranları faşist Njde haqqında film çəkən Rusiya Erməniləri İttifaqına qarşı çıxıblar .....                     Bərdədə şagirdlərlə görüş keçirilib .....                     “Bu, savadsız və cahil bir toplum üçündür” .....                     "Ağlım sığortalanmağa layiqdir" .....                     Füzuli rayonunda traktor minaya düşüb .....                     Ağstafa Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin edilib .....                     Murad Dadaşovun Kardaşyan TUTQUSU .....                     Xaçmazda polis əməkdaşları məktəblilərin qonağı olublar .....                     Sərhəd qarşıdurması, yoxsa KTMT-ni xilas planı? .....                     Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə .....                     Şərqşünas virtual həcc ziyarətini dəstəkləmir: .....                     Hər binada 4 nömrəli mənzil alıb .....                     Sabah dollar neçəyə olacaq? .....                     Oğlunun gözü önündə arvadına 30 bıçaq vurdu: .....                     YAP-da görəv alanlar .....                     Qubada spirtli içkinin təsiri altında avtoxuliqanlıq edən şəxs saxlanılıb .....                     Salyan rayon sakini itkin düşüb .....                     İki deputat YAP-dakı .....                     YAP rayon təşkilatlarına yeni sədrlər təyin olunub .....                     Prezident Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı .....                     Tibbi sığortanın uğursuzluğu və Niyazi-Zəbur tandeminin zəlil gününə qoyduğu səhiyyə sistemi .....                     Hava şəraiti dəyişəcək, güclü külək əsəcək .....                     Şabranda polis əməkdaşları məktəblilərlə görüşüblər .....                     Sabunçu rayonunda 7000 manata “Kalaşnikov” markalı avtomat satmaq istəyən şəxs saxlanılıb .....                     Vilayət Eyvazov bölmə rəisini nöqsanlara görə İŞDƏN ÇIXARDI .....                     "Sezen Aksu demişkən, bu ağılla yesinlər sizi!" .....                     Tərtər rayonunda indiyədək vətəndaşlara 106 min 286 doza vaksin vurulub .....                     Şamaxıda aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb .....                     İki nəhəng inhisarçı qurum birləşir: .....                     Pensiya yaşından tez ölənlərin pulu varisə veriləcək? .....                     Bizə Vahid Dövlət İmtahanı lazımdırmı? .....                     Operativ Qərargah Prezidentin fərmanını niyə nəzərə almayıb? .....                 

İraqda yarışiə-yarışünni ittifaqı qurulur – Bağdad Tehrana “əlvida” deyəcəkmi?
Tarix: 12-10-2021, 15:01 | Çap et
İraqda yarışiə-yarışünni ittifaqı qurulur
İraqda keçirilən parlament seçkilərinin ilk nəticələri açıqlanıb.

Ovqat.com-un xəbər verir ki, İraq MSK-nın açıqlamasına görə, seçkiyə qatılan partiyalardan heç biri təkbaşına hökumət quracaq sayda millət vəkili çıxara bilməyiblər.

329 mandatlı parlamentdə ən çox deputat yeri qazanan Müqtəda əs-Sədrin partiyası Sədr Qrupu olub. Qrup sandıqdan 73 millər vəkili çıxarıb. Onu sünnilərin siyasi təşkilatı İraq Təqəddüd Partiyası təqib edir. Partiyanın 38 namizədi deputat mandatı qazana bilib. Seçkilərin 3-cüsü Hüquqi Dövlət Koalisiyası isə 37 millət vəkili ilə parlamentdə təmsil olunacaq. Dəqiq olmayan məlumatlara görə, Kürdüstan Demokratik Partiyasından 32 millət vəkili seçilib.

Görünən budur ki, İraqda hökumət qurmağa ən yaxın partiya Sədr Qrupudur. Onun quracağı hökumət ən azı 4 partiyanın koalisiyasından ibarət olacaq.

Sədr Qrupu indidən 2 ortağının kim olacağını bəyan edib. Qrupun sözçüsü İssam Hüseyn, “böyük ittifaq qurmaq üçün sünni lider Məhəmməd Helbusinin rəhbərlik etdiyi İraq Təkəddüm Partiyası və Kürdüstan Demokratik Partiyası (KDP) ilə əməkdaşlığa meylli olduğunu bildirib. KDR-in Bərzani əşirətinə bağlı, Bərzanilərin isə sünni olduğunu nəzərə alsaq, İraqın yeni hökumətinin İran şiəçiliyindən xeyli uzaqlaşacağı nəticəsi ortaya çıxır.

Üstəlik, İraqın yazılmamış qanununa görə, ölkənin prezidenti mütləq kürd, parlamentinin sədri sünni, Baş naziri isə şiə olmalıdır. Yeni hökumətdə Baş nazir şiə olsa da, onun formalaşdırdığı kabinetdə şünnilərin mühüm postlar tutacağı indidən aydındır. Yeri gəlmişkən, Baş nazirliyə ən yaxın namizəd Müqtəda əs-Sədrin də bacardığı qədər İranla məsafə saxladığı bilinir. Müqtəda əs-Sədrin 2017-ci ildə Səudiyyə Ərəbistanına səfəri və orada vəliəhd Məhəmməd bin Salmanla görüşməsi təkcə İraqda deyil, İranda da böyük şok yaratmışdı. Ekspertlər bu görüşdən çəkilən foto-şəkillərin paylaşılmasını İrana göndərilən açıq mesaj olduğuna və bu mesajla rəsmi Riyadın Sədri dəstəkləyəcəyini dosta-düşmənə çatdırıldığına inanırlar. Həqiqətən də bu görüşdən bir il sonra – 2018-ci ildə keçirilən seçkilərdə Müqtəda əs-Sədrin rəhbərlik etdiyi koalisiya ilk dəfə ən çox səs toplayan partiya olmuşdu. Di gəl ki, o, öz ətrafına yetərli səviyyədə deputat toplaya bilmədiyindən hökumət də qura bilməmişdi.

Üzərindən 3 il keçəndən sonra Sədr Qrupu qatıldığı seçkilərdə yenə də ən çox səs toplayan təşkilat kimi hökumət qurmaq haqqı əldə etdi. Onunla seçkinin ikincisi arasında hardasa iki qat fərq var və bu da Sədrin şansını artır. Sədr isə öz komandasını yalnız şiələrdən yox, həm də sünnilər arasından seçir. Bundan əlavə, parlament sədrinin və prezidentin də sünni olacağını hesaba qatsaq, İranın İraqa təsir imkanlarının məhdudlaşdırılmasının tamamlanacağı güman etmək olar.

Ən əsası isə, İraqın əsas söz sahibi olan Ayətullah Sistani də İran cizgisində deyil və zaman-zaman Həşdi Şabiyə qarşı yumşaq mövqeyini ortaya qoyur. Onun bu mövqeyi də anti-İran koalisiyasının əlini gücləndirir.

İraqdakı bu əhval-ruhiyyənin formalaşmasının əsas günahkarı İrandır. ABŞ işğalından sonra hakimiyyətə gətirilən şiə hökumətlərinin yumşaq damarından və İŞİD təhlükəsindən sui-istifadə edən İran İraqı amansızcasına sömürərək və Həşdi Şabi kimi xalqın nifrətini qazanan qüvvələri dəstəkləyərək ölkədəki nüfuzunu tamamən itirdi. İş o yerə çatdı ki, İraq şiələri belə, 2019-cu ildə İranpərəst hökumətlərə və Həşdi Şabiyə qarşı ölüm-dirim mübarizəsinə qalxdılar. Son günlərə qədər davam edən bu mübarizədə yüzlərlə dinc sakin öldü, İraq iqtisadiyyatı iflic vəziyyətə düşdü. Hətta İran bu təhlükənin öz ölkəsinə də sıçrama ehtimalını nəzərə alıb uzun müddət İraqla sərhədləri bağladı. İran zülmünə qarşı aktiv mübarizəyə qalxan İraqlıların son parlament seçkilərinə bəslədiyi ümid nəticəsində etiraz dalğaları səngisə də, gözləntilər özünü doğrultmayacağı təqdirdə ölkənin yenidən xaosa sürüklənməsi qaçınılmaz olacaq.

Xatırladaq ki, İraq hökuməti xalqın Həşdi Şabiyə və İrana təsirlərinə qarşı ayaqlanması nəticəsində Körfəz Əməkdaşlıq Şurasının nəzarəti altında seçki keçirmək şərtilə razılaşmışdı. Bu isə faktiki olaraq İraqın İrandan təmizlənməsi mərhələsinin başlanğıcı demək idi.

Sözsüz ki, İran özü üçün həyati əhəmiyyət daşıyan coğrafiya olaraq gördüyü İraqdan asanlıqla çəkilməməyə çalışacaq. Onun Həşdi Şabi qüvvələrindən istifadə edib öz mövqeyini qorumağa çalışacağı şübhə doğurmur. Bu isə İraqı vətəndaş müharibəsinə sürükləyə və ərəb ölkələrinin prosesə müdaxiləsini şərtləndirə bilər. İranın xoşluqla İraqdan çəkilməkdən və ya bu ölkədə vətəndaş müharibəsinə qatılmaqdan başqa çarəsi qalmayıb. Hər iki hal İraq qapılarının İranın üzünə ədəbi bağlanması anlamına gəlir.

Qəribədir ki, İran Azərbaycan-Ermənistan konfliktində də strateji xətaya yol verərək, faktiki Cənubi Qafqaz qapılarını da öz üzünə bağlayıb. Fars körfəzi – Qara dəniz marşrutunu əldə saxlamaq üçün Azərbaycana qarşı Ermənistanı müdafiə etməsi heç bir nəticə vermədi. Tehranın bu dəhlizlə Avropaya çıxmaq gözləntilərinə Gürcüstan sərhədləri bağlayaraq son nöqtəni qoydu. Tehranın indiyədək yürütdüyü ermənipərəst mövqeyindən sonra Azərbaycan da ona alternativ marşrut verə bilməz, verməməlidir. Versə, özünün ciddi dövlət imicini şübhə altında qoymuş olar.

İran eyni şəkildə öz yanlış xarici siyasətləri ilə Əfqanistan, Pakistan, körfəz ölkələri, Türkiyə qapılarını da öz üzünə bağlamış vəziyyətdədir. Hazırda İranın yalnız Oman körfəzi vasitəsilə dünyaya çıxış qapısı qalıb ki, bu su hövzəsində də onu İsrail və ABŞ kimi nəhəng “timsahlar” gözləyir. Ən əsası isə bu çıxış qapısı İranın arzuladığı “Bir Kəmər, Bir yol” layihəsinə qoşulmasını təmin etmir.

Ovqat.com





 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şəmkirdə vətəndaş DAD DEYİR... - MÜRACİƏT
Dünən, 19:00
Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Dünən, 18:47
Aİ Azərbaycandan qaz tədarükünü artırmağı istəyəcək - KİV
Dünən, 18:45
"4 aydır ət üzünə həsrətik, ailəm xəstədir, soyuducuda yeməyə heç nə yoxdur" - II qrup ƏLİLİN ETİRAZI
Dünən, 18:40
Azərbaycanda daha 3 564 nəfər koronavirusa yoluxub, 19 nəfər ölüb
Dünən, 18:39
"Yasmin"dəki sahibkarlar DƏRD İÇİNDƏ... - NƏ ETSİNLƏR?
Dünən, 18:37
Qırğız-tacik savaşı yenidən qızışır - 11 min nəfər bölgədən təxliyə edildi
Dünən, 18:31
"Baxın, BƏRBAD HALDADIR, BAXAN YOXDUR" - Lənkaran tibb məntəqəsinin ACINACAQLI DURUMU
Dünən, 18:28
Rusiya veteranları faşist Njde haqqında film çəkən Rusiya Erməniləri İttifaqına qarşı çıxıblar
Dünən, 18:23
Bərdədə şagirdlərlə görüş keçirilib
Dünən, 18:18
“Bu, savadsız və cahil bir toplum üçündür” - deputat
Dünən, 18:14
"Ağlım sığortalanmağa layiqdir" - Elza Seyidcahan
Dünən, 18:09
Füzuli rayonunda traktor minaya düşüb
Dünən, 17:54
Ağstafa Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin edilib - ƏMR
Dünən, 17:45
Murad Dadaşovun Kardaşyan TUTQUSU - Xəzər TV prezidentinin erməni sevgisi haradandır?
Dünən, 17:43
Xaçmazda polis əməkdaşları məktəblilərin qonağı olublar
Dünən, 17:34
Sərhəd qarşıdurması, yoxsa KTMT-ni xilas planı? - İNCƏLƏMƏ...
Dünən, 17:29
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə təbrik məktubu göndərib
Dünən, 17:26
Şərqşünas virtual həcc ziyarətini dəstəkləmir: - “Bu, ziyarət sayılmır”
Dünən, 17:24
Hər binada 4 nömrəli mənzil alıb - 30 MİLYONLUQ ƏMLAK SİYAHISI
Dünən, 17:20
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:18
Oğlunun gözü önündə arvadına 30 bıçaq vurdu: - “Yalvarıram, məni öldürmə”
Dünən, 17:16
YAP-da görəv alanlar - SİYAHI
Dünən, 17:14
Qubada spirtli içkinin təsiri altında avtoxuliqanlıq edən şəxs saxlanılıb
Dünən, 16:49
Salyan rayon sakini itkin düşüb - FOTO
Dünən, 16:48
İki deputat YAP-dakı vəzifələrini itirdilər
Dünən, 16:43
YAP rayon təşkilatlarına yeni sədrlər təyin olunub
Dünən, 16:39
Prezident Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı SƏRƏNCAM İMZALAYIB
Dünən, 16:32
Tibbi sığortanın uğursuzluğu və Niyazi-Zəbur tandeminin zəlil gününə qoyduğu səhiyyə sistemi - “Naxçıvan harayı”
Dünən, 16:31
Hava şəraiti dəyişəcək, güclü külək əsəcək - Belə deyirlər...
Dünən, 16:24
Şabranda polis əməkdaşları məktəblilərlə görüşüblər
Dünən, 16:19
Sabunçu rayonunda 7000 manata “Kalaşnikov” markalı avtomat satmaq istəyən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:17
Vilayət Eyvazov bölmə rəisini nöqsanlara görə İŞDƏN ÇIXARDI
Dünən, 16:14
"Sezen Aksu demişkən, bu ağılla yesinlər sizi!" - deputat
Dünən, 16:07
Tərtər rayonunda indiyədək vətəndaşlara 106 min 286 doza vaksin vurulub
Dünən, 16:02
Şamaxıda aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
Dünən, 16:00
İki nəhəng inhisarçı qurum birləşir: - alqışlayanlar da var, daha ziyanlı sayanlar da
Dünən, 15:59
Pensiya yaşından tez ölənlərin pulu varisə veriləcək? - "Ölüm haqq, miras halal"
Dünən, 15:54
Bizə Vahid Dövlət İmtahanı lazımdırmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:47
Operativ Qərargah Prezidentin fərmanını niyə nəzərə almayıb? - FOTOFAKT
Dünən, 15:43
Şabran sakini evində olan odlu silahı polisə təhvil verdi
Dünən, 15:38
Azərbaycanda 5 şirkət - “PMD Group”a QOŞULUR
Dünən, 15:37
AMEA-nın Coğrafiya İnstitunda tualet yoxdur - Direktor
Dünən, 15:33
Agentlikdən vətəndaşın əlillik təyinatı ilə bağlı şikayətinə CAVAB
Dünən, 15:28
Ermənistan ordusunun acınacaqlı aqibəti: - otuz illik böyük yalan və terror
Dünən, 15:26
“Milli Broker” şirkətinə yeni direktor təyin edilib
Dünən, 15:23
Abdin Fərzəliyev Masazır, Novxanı və Saray qəsəbələrindəki şəhidlərin məzarlarını ziyarət edib, onların ailə üzvləri ilə görüşdü
Dünən, 15:22
Səməd Seyidov AŞPA-nı tənqid edib
Dünən, 15:20
"OBA" marketin qabağında insanları söyən şəxs bir nəfəri öldürüb - TƏFƏRRÜAT
Dünən, 15:18
"Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
Dünən, 14:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru