Milli Məclisə seçkilərlə əlaqədar 18 nəfər deputatlığa .....                     Bankların yarımçıq missiyası: Real sektorun kreditləşməsi niyə artmır? .....                     Qazaxıstan çekistləri beynəlxalq mafiyanın azərbaycanlı “bankirini” yaxaladı .....                     Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı .....                     Azərbaycanda üç övladı ilə itkin düşən qadının qardaşı danışdı: .....                     Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: .....                     Kəmaləddin Qafarov rəqibinə qarş SAVAŞ AÇIB... .....                     "Onlar heç bir halda cəza təhdidindən xilas ola bilməyəcəklər" .....                     ADP-nin deputatlığa namizədləri Şəhidlər xiyabanını ziyarət etdilər .....                     İrəvanla danışıqları davam etdirməyin mənası varmı? .....                     Rasim Musabəyov Nərimanovda boykot olunur .....                     "Hamama kişi salmısan" deyərək qadını döydülər .....                     MSK DSK-ların qərarlarından şikayətlər əsasında .....                     Fazil Mustafa seçicilərinə 5 manat pul və siqaret payladı .....                     Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başlayıb .....                     Bakıda 45 yaşlı kişi dəm qazından boğulub .....                     Bakıda qızlar ərəbləri qarət etdi .....                     Nazim İsmayılovun SEÇKİ ÖZBAŞINALIĞI... .....                     Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub .....                     Fərhad Əhmədovun keçmiş arvadı bu dəfə oğlu Teymuru məhkəməyə verdi .....                     Əbülfəs Qarayevin də yola salınacağı deyilir... .....                     Bakıda cins it oğurlanıb .....                     Saleh Məmmədov yollara ayrılan pulları belə xərcləyir... .....                     Vüqar Bayramovun daha bir qlobal .....                     Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb .....                     Naqif Həmzəyev seçiciləri ilə görüş keçirib .....                     Sumqayıtda bıçaqlanma olub .....                     Bağlanmış bankın sədri “Azərbaycan Kredit Bürosu”nun rəhbərliyinə gətirilib .....                     Şirvanda dəmiryolundan oğurluq edən şəxs saxlanılıb .....                     Restoran sahibindən heyvanlara qarşı amansız hərəkət .....                     Fitch Ratings Azərbaycanın bağlı növbəti hesabatı təqdim edib .....                     XİN şefində bu sərvət hardandır? .....                     Mingəçevirdə baş verən silahlı insidentlə bağlı cinayət işi başlanıb, .....                     Prezident Davosda Nailə Əsgərzadəyə müsahibə verib .....                     MSK parlament seçkiləri ilə bağlı yeni kitabçalar nəşr edib .....                     "Bazar Store"da biabırçı hadisə... .....                     Azərbaycan nefti yenidən 68 dolları ötüb .....                     "Örüş sahələrimizi də məhv ediblər" .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Xəzərdə suyun səviyyəsi niyə azalır? .....                 

ABŞ Fransanı 2,4 milyard dollarlıq məhsullara rüsum tətbiq edəcəyi ilə hədələyib
Tarix: 3-12-2019, 08:24 | Çap et
ABŞ Fransanı 2,4 milyard dollarlıq məhsullara rüsum tətbiq edəcəyi ilə hədələyib
Fransanın ABŞ şirkətləri ilə bağlı vergi tətbiq etməsinə cavab olaraq Birləşmiş Ştatlar təxminən 2,4 milyard dollar məbləğində fransız mallarına rüsum tətbiq edə bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın ticarət danışıqlarındakı nümayəndəsinin bəyanatında deyilir.

"ABŞ-ın nümayəndə aparatı 1974-cü ilin ticarət haqqında qanununun (Qanun ədalətsiz ticarət partnyorlarına qarşı mümkün sanksiyaları nəzərdə tutur - red) 301-ci maddəsi çərçivəsində araşdırmanın birinci mərhələsini qurtarıb və bu nəticəyə gəldi ki, Fransa rəqəmli vergi ilə ABŞ şirkətlərinə qarşı ayrıseçkilik edir", - deyə Robert Laythayzerin rəhbəri olduğu qurumdan bildirilib.

Aparat qərarı ilə ABŞ-ın Birləşmiş Ştatların şirkətlərinə qarşı diskriminasiyaya yol verənlərə qarşı tədbirlər görəcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, Fransa ilə ABŞ arasında Biarris şəhərində keçirilən G-7 sammiti çərçivəsində rəqəmli xidmətlər göstərən 7 ən iri şirkətin vergiyə cəlb olunmasına dair ilkin razılıq əldə edilib. Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno le Mer, ABŞ maliyyə katibi Steven Mnuçin və ABŞ Milli İqtisadi Şurasının direktoru Larri Kudlou arasında əldə edilmiş razılaşmaya əsasən, Fransa bu ölkədəki mövcud vergi ilə 2020-ci ildə İqtisai Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən qəbul ediləcəyini gözlədikləri vergi mexanizmi arasındakı fərqi sözügedən şirkətlərə ödəməlidir.

Fransada milli rəqəmli verginin tətbiqi Avropa Komissiyası tərəfindən təklif olunmuş vergi layihəsinin Avropa İttifaqı İqtisadiyyat və Maliyyə Şurası tərəfindən qəbul edilməsindən sonra baş tutub. Fransa prezidenti Emmanuel Makron da həmin verginin beynəlxalq miqyasda məsələnin həlli tapılanadək atılan müvəqqəti addım olduğunu dəfələrlə vurğulayıb.