“Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolu artacaq” .....                     Vikipediyada Kəlbəcərdə baş vermiş “Başlıbel faciəsi” haqqında məqalə yaradılıb .....                     Ərdoğan erkən seçkilərə niyə gedir? - 4 versiya .....                     Ötən il Azərbaycanda 66 tibb işçisi intizam məsuliyyətinə cəlb edilib .....                     Ötən il Azərbaycan vətəndaşı olan 53 məhkum xarici dövlətlərdən təhvil alınıb .....                     "İşçilərin etiraz aksiyası keçirməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir" .....                     Manatın sabahkı .....                     Qonşunun evindən oğurluq etmişdi və... .....                     Polis ətraf mühitin qorunmasına nəzarət edir .....                     “Unibank” “Akkord”u məhkəməyə verib .....                     İlham Əliyevin andiçmədən sonra ilk rəsmi səfəri .....                     16 yaşlı Füzuli sakinindən təhdid yolu ilə 610 min manatlıq qızıl ələ keçirdilər .....                     Azərbaycanın AÇG və Şahdəniz üzrə gəlirləri açıqlanıb .....                     Bakı-Rusiya dövlət sərhədi avtomobil yolunun 60 km hissəsinin I kateqoriyaya uyğun tikintisinə 25 milyon manat ayrılıb .....                     Onun da vaxtı yetişib... .....                     “Prezidentin bu fərmanı bizi çox sevindirdi” .....                     Türkiyədə növbədənkənar seçkilər .....                     "Atan rektor olanda səsin çıxmırdı..." .....                     "Xalqımız zərər çəkə bilər" .....                     Ombudsman uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyinə qaytarılmasını təklif edir .....                     Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin NATO Baş Komandanı ilə görüşünün Bakıda keçirilməsi ölkəmizə olan inamın göstəricisidir .....                     Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib .....                     “Aliment fondunun yaradılması qaçılmaz zərurətdir” .....                     Sarkisyan 3 naziri vəzifəsində saxladı .....                     Ermənilərin yaraladığı 27 yaşlı Rahimin vəziyyəti necədir? .....                     TRT Bakı nümayəndəliyinin rəhbəri "Beynəlxalq Jurnalistika Məktəbi"ndə olub .....                     Filosof da deyir ki, polisdən küsmək olmaz, onu sevmək lazımdır... .....                     Bakı və Abşeron yarımadasında tozun miqdarı normadan 35 faiz yuxarıdır .....                     “Elşad Abdullayevin arxasında dayanan qüvvə MTN idi .....                     Deputatlar efirdən sonra əlbəyaxa oldular .....                     Keçmiş MTN-in şöbə rəisi cəzaçəkmə müəssisəsinə köçürülüb .....                     Metronun "Koroğlu" stansiyasının bir giriş-çıxışı müvəqqəti bağlanır .....                     Xalq antimilli qüvvələrin yerini çoxdan müəyyən edib .....                     Təcili yardım çağırdılar, həkimlər ''Jiquli''də gəldi .....                     DİN hüquq müdafiəçisinin saxlanılmasına aydınlıq gətirdi .....                     Prezident İlham Əliyev ABŞ-ın 41-ci Prezidenti Corc Buşa başsağlığı verib .....                     “Əsgərə məktub” layihəsi Tərtərdə .....                     Azərbaycanda tutulan FETÖ-çünün məhkəməsi təxirə salınıb .....                     Hüquq müdafiəçisi 3 polisə xəsarət yetirdi: .....                     "Rahat" marketdə nə baş verib? .....                 

Ankara ilə Vaşinqton arasında viza böhranı
Tarix: 10-10-2017, 09:00 | Çap et
Ankara ilə Vaşinqton arasında viza böhranı
Türkiyə ilə ABŞ arasında münasibətlər gərgin mərhələyə qədəm qoyub. Bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Vaşinqtonda qəbul edib onu "dostum” adlandıran ABŞ prezidenti Donald Tramp indi qardaş ölkənin vətəndaşlarına viza rejiminin dayandırılmasına göstəriş verir. ABŞ-ın bu ölkədəki səfirliyi yaydığı açıqlamada bəyan edib ki, Türkiyədən gələn viza müraciətlərini qəbul etməyi qeyri-müəyyən bir müddətə dayandırıblar. "Son vaxtlar baş verən olaylar ABŞ hökumətini ölkədəki türk rəsmilərin taleyi haqda fikirləşməyə məcbur edib. Buna görə də Türkiyədən gələn viza müraciətlərini qəbul etməyi müvəqqəti olaraq dayandırırıq”, - açıqlamada deyilir. Rəsmi Ankara da bu qadağanı cavabsız qoymayıb. Türkiyə hökuməti ABŞ-ın bu ölkədəki bütün diplomatik missiyalarında qeyri-immiqrant viza məsələsini dayandırmaq qərarına cavab olaraq, öz ərazisindəki bütün diplomatik missiyalarda vizaların verilməsini dayandırıb. Bildirilir ki, səfirlik və konsulluqlar vizaların verilməsi üzrə işi dayandırıb. Türkiyənin Vaşinqtondakı səfirliyi verdiyi bəyanatda bildirib: "Son hadisələr Türkiyə hökumətini ABŞ hökumətinin türk missiya qurumlarının və personalının təhlükəsizliyi ilə bağlı öhdəliyini yenidən qiymətləndirməyə məcbur etdi”. "Bu qiymətləndirmə davam edərkən, ABŞ-dakı diplomatik və konsulluq missiyasına gələnlərin sayını minimuma endirmək üçün ABŞ-da diplomatik və konsulluq missiyalarında ABŞ vətəndaşları ilə əlaqədar bütün viza xidmətlərini dərhal dayandırdıq”, - deyə bəyanatda bildirilir. Bu tədbirin stiker vizaları, eləcə də e-viza və sərhəd vizalarına tətbiq olunacağı da deyilir. Türkiyənin bəyanatı ABŞ-ın bəyanatı ilə eynidir, yalnız ölkənin adı dəyişdirilib.

Qeyd edək ki, viza verilməsinin dayandırılmasına səbəb ABŞ-ın İstanbuldakı Baş konsulluğunun əməkdaşının FETÖ ittihamı ilə həbs edilməsidir. Qərarın qeyri-müəyyən müddətə qədər qüvvədə qalacağı deyilir. Xatırladaq ki, FETÖ ilə bağlı aparılan istintaq çərçivəsində barələrində cinayət işi başladılan keçmiş polis əməkdaşları Yakup Sayğılı, Nazmi Ardıç, Mahir Çakallı, Mehmet Akif Üner və keçmiş prokuror, Türkiyədən qaçdığı üçün hazırda axtarışda olan Zəkəriyyə Özlə işbirliyində olduğu güman edilən ABŞ Baş konsulluğunun əməkdaşı Metin Topuz barəsində həbs qərarı verilib. O, Konstitusiya qaydalarını pozmaqda, dövlətin təhlükəsizliyi, xarici və daxili siyasi mənfəət baxımından gizli qalması vacib olan məlumatları ötürməklə casusluq etməkdə və Türkiyə hökumətini devirmək təşəbbüsündə təqsirli bilinir. "Yeni Şafak” qəzetinin xəbərinə görə isə Topuzun FETÖ-çü polis şefləri ilə birlikdə ABŞ-a səfər etdiyi ortaya çıxıb. Topuzun başqasının adına qeydiyyatda olan telefon xətti ilə saxta dəlil və səs qeydlərinin ölkə xaricinə çıxarılması işində FETÖ-çülərlə əlaqəli olduğu müəyyən edilib. Ardınca da ABŞ-ın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Filip Kosnett Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib. Görüşdə Türkiyə ilə ABŞ arasındakı viza sanksiyası məsələsi müzakirə olunub. Müvəqqəti işlər vəkilindən ABŞ-ın Türkiyə vətəndaşlarına tətbiq etdiyi viza məhdudiyyətini aradan qaldırması istənilib.

Öz növbəsində, xarici işlər naziri Mövlud Çavuşoğlu mövzunu dəyərləndirərək deyib ki, Birləşmiş Ştatların İstanbuldakı konsulluğunun əməkdaşı Mətin Topuz barəsində hökm verəcək siyasi xadimlər mən, yaxud da ABŞ Dövlət Departamenti deyil, müstəqil məhkəmədir. Ciddi ittihamlar və dəlillər var. Diplomatik vəzifədə olduğundan məlumatlandırıldım, mənim özüm də İstanbuldakı məhkəmə səlahiyyətlilərinə sordum. Onlar da ciddi məlumatlar və sübutlar olduğunu söylədilər”. Prezident Ərdoğanın lideri olduğu AKP də Vaşinqtonla yaşanan viza gərginliyinə rəsmi reaksiya verib. Partiya sözçüsü Mahir Ünal Xarici İşlər Nazirliyi tərəfindən məsələyə aydınlıq gətiriləcəyini deyib: "Cənab prezident Ərdoğan gərəkli açıqlama verəcək. Bəli, ABŞ səfirliyi açıqlama yaydı, bizim də ABŞ-dakı səfirliyimiz eyni addımı atdı. Prosesi yaxından izləyirik. Son dərəcə diqqətli və beynəlxalq hüquqda haqlı olduğumuzun arxasında duraraq, bərabər şəkildə varlığımızı göstəririk. Türkiyəyə qarşı hər hansı bir sanksiyaya səssiz qalmayacağıq”. Mahir Ünal ABŞ-la müttəfiq olduqlarını da xatırladıb: "Hər şeydən əvvəl NATO-da müttəfiqik. O üzdən münasibətlərimizə son dərəcə diqqət edirik”.

Son məlumatlara görə, dünən Türkiyə məhkəməsi ABŞ-ın İstanbuldakı baş konsulluğunun daha bir əməkdaşının həbs olunması barədə qərar qəbul edib. Türkiyə KİV xəbər verir ki, kimliyi açıqlanmayan həmin şəxs Türkiyə vətəndaşıdır və konsulluqda təhlükəsizlik məsələləri ilə məşğul olur. Məlumata görə, şübhəli şəxs konsulluğun binasından çıxmadığı üçün hələlik onu saxlamaq mümkün olmayıb. İnformasiyaya əsasən, Fətullahçı Terror Təşkilatına (FETÖ) maliyyə dəstəyinin verilməsi ilə bağlı təşkilat rəhbərliyinin çağırışından sonra onun həyat yoldaşı "Bank Asya”ya pul yatırıb. "Bank Asiya” isə FETÖ-nün nəzarətində olub və bağlanıb. O da bəlli olub ki, rəsmi Ankara başqa sərt cavab tədbirlərinə hazırlaşır. Belə ki, Türkiyə "İncirlik” hərbi-hava qüvvətləri bazasını ABŞ HHQ üçün bağlaya bilər. Bu məlumatı Türkiyənin "Hürriyet” qəzeti yayıb. Gərginlik maliyyə bazarlarına da təsir edib. Türkiyədə ABŞ dollarının məzənnəsi bir gündə 6%-dən çox artaraq 3,85 lirəni ötüb. "Bloomberg” xəbər verir ki, Amerika valyutasının kəskin bahalaşmasına səbəb kimi ABŞ və Türkiyə arasında yaranmış siyasi gərginlik göstərilir. Qeyd edək ki, Türkiyədə dolların məzənnəsi bu səviyyəyə sonuncu dəfə bu il yanvarın 30-da, yəni təxminən 8 ay bundan əvvəl çatıb.
\\kaspi.az\\






 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolu artacaq” - Vüqar Bayramov
Bu gün, 17:40
Vikipediyada Kəlbəcərdə baş vermiş “Başlıbel faciəsi” haqqında məqalə yaradılıb
Bu gün, 17:35
Əli Mirəliyev bu dəfə görün nə oxudu
Bu gün, 17:32
Ərdoğan erkən seçkilərə niyə gedir? - 4 versiya - TƏHLİL
Bu gün, 17:28
Ötən il Azərbaycanda 66 tibb işçisi intizam məsuliyyətinə cəlb edilib
Bu gün, 17:22
“Ali Məhkəməyə qədər gedəcəyik” - Faytonçu Nazim coşdu
Bu gün, 17:19
Ötən il Azərbaycan vətəndaşı olan 53 məhkum xarici dövlətlərdən təhvil alınıb
Bu gün, 17:13
"İşçilərin etiraz aksiyası keçirməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir" - "SOCAR Polymer”
Bu gün, 17:12
Manatın sabahkı MƏZƏNNƏSİ
Bu gün, 17:09
Qonşunun evindən oğurluq etmişdi və...
Bu gün, 17:07
Polis ətraf mühitin qorunmasına nəzarət edir
Bu gün, 17:04
“Unibank” “Akkord”u məhkəməyə verib
Bu gün, 16:58
İlham Əliyevin andiçmədən sonra ilk rəsmi səfəri - Qardaş Türkiyəyə...
Bu gün, 16:57
16 yaşlı Füzuli sakinindən təhdid yolu ilə 610 min manatlıq qızıl ələ keçirdilər
Bu gün, 16:52
Azərbaycanın AÇG və Şahdəniz üzrə gəlirləri açıqlanıb
Bu gün, 16:46
Bakı-Rusiya dövlət sərhədi avtomobil yolunun 60 km hissəsinin I kateqoriyaya uyğun tikintisinə 25 milyon manat ayrılıb
Bu gün, 16:44
Onun da vaxtı yetişib... - SƏBƏBİ...
Bu gün, 16:43
“Prezidentin bu fərmanı bizi çox sevindirdi” – Qarabağ qazisi
Bu gün, 16:35
Türkiyədə növbədənkənar seçkilər - Ərdoğanın "məxməri inqilab"ı
Bu gün, 16:29
Aygün Səmədzadə bəstəkarları oğurluqda ittiham etdi: - “Halal eləmirəm”
Bu gün, 16:27
"Atan rektor olanda səsin çıxmırdı..." - Ermənilərə işləyən Arzu Qeybullanı ifşa edən MƏKTUB
Bu gün, 16:23
"Xalqımız zərər çəkə bilər" - Hərbi ekspertdən ŞOK AÇIQLAMA
Bu gün, 16:21
"Oğlum razılıq versə, ikinci dəfə ailə qura bilərəm" — Əməkdar artist
Bu gün, 16:18
Ombudsman uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyinə qaytarılmasını təklif edir
Bu gün, 16:15
Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin NATO Baş Komandanı ilə görüşünün Bakıda keçirilməsi ölkəmizə olan inamın göstəricisidir - Azərbaycan Prezidenti
Bu gün, 16:08
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Bu gün, 16:07
“Aliment fondunun yaradılması qaçılmaz zərurətdir” - Elmira Süleymanova
Bu gün, 16:04
Sarkisyan 3 naziri vəzifəsində saxladı
Bu gün, 15:58
Ermənilərin yaraladığı 27 yaşlı Rahimin vəziyyəti necədir?
Bu gün, 15:55
TRT Bakı nümayəndəliyinin rəhbəri "Beynəlxalq Jurnalistika Məktəbi"ndə olub - FOTO
Bu gün, 15:51
Filosof da deyir ki, polisdən küsmək olmaz, onu sevmək lazımdır...
Bu gün, 15:49
Bakı və Abşeron yarımadasında tozun miqdarı normadan 35 faiz yuxarıdır
Bu gün, 15:35
“Məmurlar ancaq pis əməllər üçün yanıma gəlir” - Cindar Həsən
Bu gün, 15:33
“Elşad Abdullayevin arxasında dayanan qüvvə MTN idi – Allah o qüvvəni toz kimi yox etdi”
Bu gün, 15:24
Deputatlar efirdən sonra əlbəyaxa oldular
Bu gün, 15:21
Tolikin videosunda “əli olduğu” deyilən əkizlərin prodüseri: - “Hələ ki, susurlar…”
Bu gün, 15:14
Keçmiş MTN-in şöbə rəisi cəzaçəkmə müəssisəsinə köçürülüb
Bu gün, 15:11
Metronun "Koroğlu" stansiyasının bir giriş-çıxışı müvəqqəti bağlanır
Bu gün, 15:10
Xalq antimilli qüvvələrin yerini çoxdan müəyyən edib - Tarixin zibilxanası
Bu gün, 15:06
Təcili yardım çağırdılar, həkimlər ''Jiquli''də gəldi - Azərbaycan səhiyyəsində RƏZALƏT
Bu gün, 15:04
DİN hüquq müdafiəçisinin saxlanılmasına aydınlıq gətirdi
Bu gün, 14:52
Prezident İlham Əliyev ABŞ-ın 41-ci Prezidenti Corc Buşa başsağlığı verib
Bu gün, 14:50
“Əsgərə məktub” layihəsi Tərtərdə - FOTO
Bu gün, 14:47
Stiven Siqal Azərbaycan prezidentini təbrik edib
Bu gün, 14:44
Azərbaycanda tutulan FETÖ-çünün məhkəməsi təxirə salınıb
Bu gün, 13:11
Hüquq müdafiəçisi 3 polisə xəsarət yetirdi: - Cinayət işi açıla bilər
Bu gün, 13:07
"Faytonçu Nazim" həkimə uduzdu - MƏHKƏMƏ
Bu gün, 13:05
"Rahat" marketdə nə baş verib? - VİDEOFAKT
Bu gün, 13:00
Bu gün və sabah Bakının əsas yollarında hərəkət məhdudlaşdırılacaq
Bu gün, 12:57
Şəbnəm Tovuzlunun hamıdan gizli saxladığı biznesmen həyat yoldaşı - Bakı Şəhər İcra Hakimiyyətində “tenderlər kralı” kimi tanınan Ramazan Mirzəyev…
Bu gün, 12:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru