Dünya İqtisadi Forumu çərçivəsində "Caspian Week" forumu başlayır .....                     Tramp bu qadınlara viza verilməsi qaydalarını sərtləşdirmək niyyətindədir .....                     Mövlud Çavuşoğlu 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı ver .....                     "İşğalçı Ermənistanla fars hakimiyyətinin bu günkü qardaşlaşması nədir..?" .....                     Bakıda restoranın parkinqində insident: .....                     Abşeron rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb .....                     Qəbələdə adı “Qırmızı kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanılıb .....                     Deputatın nazirlə şərikli offşor şirkətinin Azərbaycanda da filialı varmış .....                     Səhiyyə Nazirliyi ləğv olunub! .....                     Bu gün Dünya İqtisadi Forumu başlayır .....                     ABŞ konqresmenləri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yaydı .....                     Nəriman Əliyev “Embawood” şefinin qabağına kimi çıxardı? .....                     “Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı komissiyanın ikinci iclasının tarixi dəqiqləşdirilir” .....                     Mərhum jurnalistin həyat yoldaşı vəfat edib .....                     Rusiya Dumasının sədri Tehrana rəsmi səfərə gedəcək .....                     Azərbaycan Prezidentinin köməkçisi Nobel Sülh Mükafatının Qorbaçovdan alınması üçün ictimai təşkilatları .....                     Şimal küləyi əsəcək .....                     “Onlar dedilər: Ser, onlar bir yerdədir. Ser, onların 2 dəqiqə 11 saniyəsi qalır…” .....                     "Doğrudanmı, mən bu ordunun tərkibində Əfqanıstanda xidmət etmişəm?" .....                     Azərbaycanın tanınmış jurnalisti vəfat edib .....                     Analitik qrup 20 Yanvar faciəsinə az qalmış nələri proqnozlaşdırmışdı? .....                     Təbrizi bir gecədə “Azadlıq” şüarları bəzədi .....                     Gəmilər, avtomobillər və qatarlar səs siqnalları verib .....                     Qaradağda məskunlaşan seçicilər Vüqar Bayramovu böyük çoşğu ilə qarşılayıb .....                     "Bakı və Sumqayıtda baş vermiş hadisələri ağ-qara rəngdə təsvir etmək mümkün deyil" .....                     Xızıda narazılıq yaradan məmur kimdir? .....                     “Polislər məndən informasiya istəyirdilər” .....                     Azərbaycanın əsas xarici ticarət tərəfdaşları açıqlanıb .....                     Elman Nəsirov Cəlilabadda rüsvay oldu .....                     İran «Zəfər» süni peykini yaxın günlədə orbitə buraxacaq .....                     “Həkim sözümü kəsərək, “get, kimə istəyirsən şikayət edirsən et, rədd ol otaqdan” dedi” .....                     "MSK-ya daxil olan şikayətlərin sayı əvvəlki seçkilərlə müqayisə olunmaz dərəcədə azdır" .....                     Gəncə Apelyasiya Məhkəməsinə şikayət verib, ancaq... .....                     Bu da İqbal Məmmədovun sərvəti... .....                     Onun üzərində nə qədər xəstənin haqqı var... .....                     Peyman Sadıqov bir neçə şəhid ailəsini evlərində ziyarət edib .....                     DSMF-in sosial təminat sektorunun müdiri bu işi tək bacarmaz... .....                     "Səhiyyə nazirliyi də kampaniya xatirinə bir neçə baş həkimi işdən çıxartdı, amma..." .....                     Lerikdə yaşanan məmur özbaşınalığı .....                     Sumqayıt Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub .....                 

14 SAYLI “KOLON”DA MONİTORİNQ APARILACAQ
Tarix: 24-01-2012, 15:07 | Çap et
14 SAYLI “KOLON”DA MONİTORİNQ APARILACAQ

ƏDLİYYƏ NAZİRLİYİ MƏHBUSLARIN ŞİKAYƏTİNƏ REAKSİYA VERDİ

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmət üzrə İctimai Komitənin üzvləri sabah 14 saylı cəzaçəkmə müəssəində monitorinq aparacaq. Bu barədə Modern.az-a məlumat daxil olub. İctimai Komitənin üzvləri bu müəssədə cəza çəkən məhbusları təkbətək qəbul edəcək, şikayətlərini dinləyəcək, məhbusların saxlanma şəraiti ilə tanış olacaqlar.

Xatırladaq ki, bu cəzaçəkmə müəssisəsində “2 aprel işi” ilə əlaqadar həbs edilmiş Müsavat partiyasının gənclər təşkilatının sədri Tural Abbaslı, onun müavini Əhəd Məmmədli və Harvard Unversiteinin məzmunu, hərbi xidmətdən yayınmaq ittihamı ilə cəza kəsilmiş Bəxtiyar Hacıyev saxlanılır.

Tural Abbaslı dünən KİV-ə göndərdiyi mesajda həbsxana şəraitinidən narazılıq edib. Onun anası Baxşxanım Abbasova 14 saylı cəzaçəkmə müəssisəsində saxlanan oğlu, vicdan məhbusu Tural Abbaslıya baş çəkərkən bildirib ki, 14 saylı cəzaçəkmə müəssisəsində dəhşətli sıxlıq yaranıb.
“Əvvəllər Turalgilin saxlandığı həbsxanada 600 nəfər dustaq var idisə, indi məhbusların sayı 800-ə çatıb. Onlara su da verilmir. Məhbuslar iki həftədir çimə bilmirlər. Biz içməli suyu şəhərdən alıb aparırıq”.

B.Abbasova bildirib ki, həbsxanada inanclı məhbusların namaz qılmasına məhdudiyyətlər qoyulub:
“Ancaq Turala, Əhəd Məmmədliyə və Bəxtiyar Hacıyevə gündə üç dəfə namaz qılmağa imkan verilir. Başqa məhbuslar namaz qıla bilmirlər. Amma onlar gün ərzində beş dəfə namaz qılmalı olduqlarını deyirlər”.

B.Abbasova deyib ki, cəzaçəkmə müəssisəsinin rəis əvəzi Nazim Kəngərli Tural Abbaslının və Əhəd Məmmədlinin həbsxanadan məktub göndərməsinə imkan vermir.
T.Abbaslı həbsxanadakı şəraitsizliyi və qanunsuzluqları görmələri üçün ədliyyə naziri Fikrət Məmmədovu və Penitensiar Xidmətin rəisi Mədəd Quliyevi 14 saylı cəzaçəkmə müəssisəsinə dəvət edib.